Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3567/2025 21.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiаçı İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 21 oktyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş E00190113ASL №-li göndəriş əsasında ona orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq (61-80 faiz arası) əlilliyi olan şəxs statusunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı xx.xx.2024-cü il tarixli, E00190113ASL nömrəli göndəriş əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 40 % orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyin təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1990-cı il tarixdə Şuşa RHK tərəfindən hərbi xidmətə çağrılmışdır. xx.xx.1991-ci il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət (diaqnoz: sol bel nahiyəsinin qəlpə yarası) almışdır. AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2008-ci il tarixli 1365 saylı Qərarı ilə travmanın "hərbi travma, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınması” təsdiq edilmişdir. AR Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyası xx.xx.2018-ci il tarixli Qərarı ilə xx.xx.2018-ci il tarixli 8 nömrəli göndərişə, xx.xx.2018-ci il tarixli 163 saylı arayışa, xx.xx.1991-ci il tarixli epikrizdən çıxarışa əsaslanmaqla xəsarətin bir daha Azərbaycan Respublikasının dövlət suverenliyi uğrunda mübarizə alması öz təsdiqini tapmışdır. İddiaçı 1991-ci ildən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ dərəcəli (orqanizmin funksiyalarının 61-80 faiz pozulması) əlilliyi olan şəxs statusuna malik olmuşdur. Mütəmadi olaraq stasionar və ambulator müalicələr almasına baxmayaraq sağlamlıq vəziyyəti bərpa olunmamışdır. İddiaçı dövri olaraq X7 (xx.xx.2023-xx.xx.2023, xx.xx.2024- xx.xx.2024) və X9 Xəstəlikləri İnstitutunda (xx.xx.2023-xx.xx.2023) stasionar müalicə almışdır. 36 nömrəli Şəhər Poliklinikası tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş S00003850GAJ nömrəli 21 fevral 2024-cü il tarixli göndərişdə və E00190113ASL nömrəli 06 may 2024-cü il tarixli göndərişdə iddiaçının əsas diaqnozu (XBT) M54.1- diskogen bel-oma radikulopatiyası, davamlı kökcük ağrı sindromu (sol bel nahiyəsində 1991-cı ildə Şuşanın müdafiəsi zamanı qəlpə yarası); ağırlaşma (XBT) G83.1- Sol aşağı ətrafın monoparezi; yanaşı xəstəlikləri (XBT) J45.8-bronxial astma, qarışıq forma, nəzarət olunmayan hormand anaslı; (XBT) M42-onurğanın yayılmış osteoxondrozu; (XBT) İ10- hipertoniya xəstəliyi İİ dərəcə; (XBT) İ20.8-Stabilı gərginlik stenokardiyası 3-cü funksional sinif; (XBT) D32- Sol fronto-temporal nahiyyədə (44-35mm) meningioma; (XBT) İ11.9-Hipertoniya xəstəliyi 2-ci dərəcə; (XBT) Z95.1- AKŞəməliyyatından sonrakı vəziyyət; (XBT) Y36.2hərbi əməliyyatlar nəticəsində digər növ partlayışla və ya qəlpələrlə törəmiş zədələnmələr, sol qalça qanadı səviyyəsində və ağ ciyərin yuxarı payında metal yad cisimlər (qəlpələr) qeyd olunmuşdur. İddiaçı sonuncu dəfə xx.xx.2024-cü il tarixində X7 müayinə zamanı bel fəqərələrində (L1-L5) oynaq yarığın daralması və fəqərələrin kənarlarında osteofitlər və sol böyrəyə yaxın böyük ölçüdə yad cismin, yəni qəlpənin olması bir daha öz təsbitini tapmışdır. Göstərilənlərlə yanaşı, iddiaçı səhhətində olan xəstəliklərlə əlaqədar 2024-cü ildə müxtəlif dövrlərdə bir sıra tibb müəssisələrində Bakı Yeni Klinikada, X3, əsasında X11 mütəmadi ambulator müalicə almışdır. Bundan sonra, 36 nömrəli Şəhər Poliklinikası tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanlanmış 02 fevral 2024-cü il tarixli E00190113ASL nömrəli göndərişlə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müraciət edilmişdir. Göndərişin 21 fevral 2024-cü il tarixdə göndərilməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixədək ƏƏSMN-nin "əlillik alt sistemi”ndə iddiaçının əlilliyinin qiymətlədirilməsinin nəticələrinə dair heç bir məlumat öz əksini tapmamışdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 1455 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol bel nahiyəsinin qəlpə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, sağ yuxarı, sol aşağı ətrafında hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik məlumatlarında 1995-ci ildən bronxial astma xəstəliyindən əziyyət çəkdiyini, iki ay öncə AKŞ (aorta koronar şuntlama) əməliyyatı keçirdiyini, medikamentoz preparatlardan “Polcortolon”, “Cordarone” qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı sol bel nahiyəsində çapıq və AKŞ əməliyyatına məxsus çapıq izlənilmiş, aşağı ətraflarda dəri rəngi dəyişiksiz, trofiki pozuntular, ödem müşahidə edilməmiş, çəkisi 93 kq, boyu 166 sm, BKİ=34.4 müəyyənləşdirilmişdir. Auskultasiya zamanı ağciyərlər üzərində quru və yaş xırıltılar eşidilmiş, ürək tonları karlaşmış, saturasiyası SpO2 99%, nəbzi 76 vurğu, tənəffüs hərəkətlərinin sayı 20 müəyyənləşdirilmişdir. Nevroloji baxış zamanı hər iki tərəfdə axil refleksi alınmış D=S, patoloji reflekslərdən Babinski alınmamış, klonus aşkarlanmamış, əzələ gücü 4/5 bal dəyərləndirilmiş, tonusun yoxlanılmasına müqavimət göstərərək müayinəyə mane yaratmış, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. X8 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 1642 nömrəli Çıxarışında diaqnoz “Diskogen. Bel-oma radikulopatiyası. Onurğanın yayılmış osteoxondrozu, davamlı kökçük ağrı sindromu. Sol aşağı ətrafın monoparezi. Sol bud nahiyəsinin qəlpə yaralanmasından sonrakı vəziyyət. Hipertoniya xəstəliyi, İİ mərhələ.” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X2 xx.xx.2024-cü il tarixli EMG müayinəsinin nəticəsi “Sol tərəfli peroneal və tibial hərəki sinir amplitudları sağ ilə müqayisədə azalmışdır. F-cavabları alınmamışdır. Sol tərəfli femoral hərəkli sinir potensialı kəskin azalmışdır. İkitərəfli sural hissi sinir analizi normaldır. İynə EMQ zamanı seyrəlmiş yüksək amplitudlu MÜP-lər alınmışdır. Spontanda FİB müşahidə edilmişdir. Bu incələmədə əldə edilən nəticə sol tərəfli L3-L4-L5-S1 sinir kök radikulopatiya ilə uyğundur” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 1482 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Xarici ventilyasiya pozğunluğu qeyd olunmur. FVC-84%, FEV1-87%” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “AKŞ əməliyyatından sonrakı vəziyyət (2024). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, sistolik funksiyası (LVEF-52%) cüzi azalıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Sol mədəciyin ekssentrik hipertrofiyası izlənilir. Sol mədəcikdə false tendon izlənildi. Seqmentar divar hərəkət qüsuru-interiorun bazalı ciddi hipokinetikdir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Perikard səhifələrinin sol mədəciyin posterior divarının arxasında sistola 18 mm, diastolda 10 mm, sağ qulaqcığın sərbəst divarının ətrafında 20 mm genişlənməsi izlənilir (Perikard maye-orta dərəcə). Asendan aorta dilatasiyası (38 mm). PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO KQ-də min-TÇ qeyd edilir.” kimi müəyyənləşdirilmiş, ürək strukturunda müalicə tələb edən dəyişiklikər izlənilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda Ümumi xəstəlik ilə əlaqədar Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermişlər və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tibbi göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirildikdən sonra nəticəsi üzrə qəbul edilmiş inzibati aktın iddiaçıya nə zaman təqdim edilməsi və ona hüquqi müdafiə vasitələrinin izah edilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, hazırki iddia müddət baxımından da mümkünlük şərtlərinə cavab verir. Faktiki hallar və sübutlar: İş materiallarından müəyyən olunur ki, iddiaçı barəsində verilən xx.xx.2024-cü il tarixli, E00190113ASL nömrəli göndərişdə - Əsas diaqnoz: “M54.1 Radikulopatiya, Diskogen bel-oma radikulopatiyası, davamlı kökcük ağrı sindromu ilə (sol bel nahiyyəsində 1991-ci ildə Şuşanın müdafiəsi zamanı qəlpə yarası”; Ağırlaşma: “G83.1 Aşağı ətrafların monoplegiyası, sol aşağı ətrafın monoparezi”; Yanaşı xəstəliklər: “J45.8 Qarışıq astma, bronxial astma, qarışıq forma, nəzarət olunmayan hormonal anaslı; Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hərbi əməliyyatlar nəticəsində digər növ partlayışla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sol qalca qanadı səviyyəsində və ağ ciyərin yuxarı payında metal yad cismlər; İ10 Essensial hipertenziya, hipertoniya xəstəliyi İİ dərəc; M42 Onurğanın osteoxondrozu, onurğanın yayılmış osteoxondrozu” qeyd olunmuşdur. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli qərarından görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1991-ci ildə aldığı və xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə kimi X12 Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz “Sol bel nahiyəsinin qəlpə yarası” - “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş T 604/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: G63.0-Digər rubrikalarda təsnif olunan infeksion və parazitar xəstəliklərdə polinevropatiya. Keçirilmiş difteriya polinevropatiyasının davamlı qalıqları; Ağırlaşma: G82.0-Süst paraplegiya. Aşağı ətrafların paraparezi. R26-Hərəkətin və yerişin pozulmaları. Yeriş funksiyasının pozulması; Yanaşı xəstəliklər: İ40.0-İnfeksion miokardit. Keçirilmiş miokarditdən sonrakı vəziyyət. İlO-Essensial (birincili) hipertenziya. Arterial hipertenziya İİ mərhələ” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də şəxsin xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı aşağı ətraflarda reflekslər normal alınmış, əzələ gücü və tonusu tam olmuş, iflic, parez, atrofıya aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixdə özünün məhkəmə-tibbi müayinəsi zamanı tərəfimizdən hər iki aşağı ətraflarda iynə batırılması müayinəsi keçirilmiş və xəstə sol aşağı ətrafda heç bir ağrı hiss etmədiyini qeyd etmiş, yerişi çətindir, əsa ilə hərəkət edir. İddiaçı xx.xx.2025-ci il tarixdə “X11” phş-nə ambulator müraciət etmiş və ona “M54.1, M42, G54.1, G83.1, R26, G56.0, 110, İ50, İ25.2, Z95.1, İ48-Diskogen, bel-oma radikulopatiyası. Onurğanın yayılmış osteoxondrozu. Davamlı kökcük ağrı sindromu. Sol aşağı ətrafın monoparezi, yerişin pozulması. Sol bud nahiyəsində qəlpə yaralanmasından sonrakı vəziyyət. Karpal tunel sindromu. Hipertoniya xəstəliyi İİİ dərəcə, İV mərhələ. Ürək çatmamazlığı F.S.İ. Ü.l.X. İnfarktdan sonrakı vəziyyət. AKŞ əməliyyatından sonrakı vəziyyət. Səyrici aritmiya” diaqnozu qoyulmuşdur. Qərardadın müvafiq yarımbəndlərində sual və patomorfoloji əlamətlərin təyini DTSERA-nm tibbi sosial ekspertlərinin (nevroloji xəstəliklər üzrə) səlahiyyətlərinə aid olduğundan onlar tərəfindən həll edilməlidir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 6.5.1.Serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) – G81-G83 Qiymətləndirmə 6.5.1.1. ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular; (40 % - 1 il) 6.5.1.2. mülayim hemiparez (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və (və ya) aşağı ətraflarda aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsəkdə 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, budçanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi ilə (baş barmağın distal falanqasının 4-cü barmağa qədər çatmaması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması); mülayim statodinamik pozuntular; (40-60% - 2 il) 6.5.1.3. cüzi tetraparez (əzələ gücünün 4 bala qədər enməsi, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, aşağı və yuxarı ətraf oynaqlarının aktiv hərəkətlərinin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); mülayim statodinamik pozuntular; (40-60% - müddətsiz) 6.5.1.4. təzahür edən hemiparez (əzələ gücünün 2 bala qədər azalması, yuxarı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının 10-20 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulması, böyük əşyaların uzun müddət saxlanılmasının qeyri-mümkünlüyü (barmaqların distal falanqalarının 3-4 sm məsafədə ələ çatmaması, barmaqların yumruğa bükülməsinin təzahür edən məhdudlaşması), yuxarı ətrafın əsas funksiyasının pozulması və ya bütün aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının təzahür edən məhdudlaşması (bud-çanaq oynağının 20 dərəcəyə, diz oynağının 10 dərəcəyə, aşıq-baldır oynağının 6-7 dərəcəyə qədər) ilə); əhəmiyyətli təzahür edən statodinamik pozuntular; (65-80% müddətsiz) 6.5.1.5. mülayim tetraparez (əzələ gücünün 3 bala qədər azalması, yuxarı və (və ya) aşağı ətraf oynaqlarında aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsək oynağında 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, bud-çanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi (baş barmağın distal falanqasının 4-cü barmağın əsası səviyyəsində olması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması) ilə); əhəmiyyətli təzahür edən statodinamik pozuntular; (65-80% - müddətsiz) 6.5.1.6. əhəmiyyətli təzahür edən tetraparez, əhəmiyyətli təzahür edən triparez, hemiplegiya, triplegiya, tetraplegiya (əzələ gücünün 1 bala qədər azalması, müstəqil yerdəyişmənin, əllərdən istifadə etmək qabiliyyətinin qeyri-mümkünlüyü, yatağa məhkum olma); əhəmiyyətli təzahür edən statodinamik pozuntular; (85-100% müddətsiz) Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə - Əsas diaqnoz: “M54.1 Radikulopatiya, Diskogen bel-oma radikulopatiyası, davamlı kökcük ağrı sindromu ilə (sol bel nahiyyəsində 1991-ci ildə Şuşanın müdafiəsi zamanı qəlpə yarası”; Ağırlaşma: “G83.1 Aşağı ətrafların monoplegiyası, sol aşağı ətrafın monoparezi”; Yanaşı xəstəliklər: “J45.8 Qarışıq astma, bronxial astma, qarışıq forma, nəzarət olunmayan hormonal anaslı; Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hərbi əməliyyatlar nəticəsində digər növ partlayışla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sol qalca qanadı səviyyəsində və ağ ciyərin yuxarı payında metal yad cismlər; İ10 Essensial hipertenziya, hipertoniya xəstəliyi İİ dərəc; M42 Onurğanın osteoxondrozu, onurğanın yayılmış osteoxondrozu” qeyd olunmuşdur. İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında baxılmış və diaqnozun əlillik təyin etməməsi əsasında əlilliyin təyinindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə əsas diaqnoz və ağırlaşması kimi göstərilmiş xəstəlik yuxarıda istinad edilən əsasnamənin bəndlərində təsbit edilmişdir və onların əlilliyin təyininə əsas verəcək ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinin iddiaçıda olması iş materiallarında olan sənədlər və ekspert rəyi ilə təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün və iddiaçı barəsində verilən tibbi göndərişdə göstərilmiş əsas diaqnoz və ağırlaşmanın hazırda təsdiqini tapıb-tapmamasının müəyyən edilməsi (şəxs əyani müayinə olunmaqla) üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş T 604/2025 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı “Diskogen, bel-oma radikulopatiyası. Onurğanın yayılmış osteoxondrozu. Davamlı kökcük ağrı sindromu. Sol aşağı ətrafın monoparezi, yerişin pozulması. Sol bud nahiyəsində qəlpə yaralanmasından sonrakı vəziyyət. Karpal tunel sindromu. Hipertoniya xəstəliyi İİİ dərəcə, İV mərhələ. Ürək çatmamazlığı F.S.İ. Ü.l.X. İnfarktdan sonrakı vəziyyət. AKŞ əməliyyatından sonrakı vəziyyət. Səyrici aritmiya” diaqnozu ona stasionarda müayinə və müalicə zamanı klinik, laborator instrumental müayinələr əsasında qoyulmuşdur. Ekspert rəyindən də göründüyü kimi göndərişdə olan əsas xəstəlik və onun ağırlaşmaları kliniki, laborator və funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, əsas diaqnoz - M54.1 kod altında olan diaqnoz Meyarlarda həmin kod ilə birbaşa öz əksini tapmasa belə, ən azından onun ağırlaşması olan G83.1 kodlu xəstəlik, əlilliyin təyini ilə əlaqəli olan müvafiq meyarlarda öz əksini tapır. Qeyd olunmalıdır ki, təqdim olunan tibbi sənədlər və ekspert rəyi əsasında onda qeydə alınmış sol aşağı ətrafın monoparezi, hərəkət və yerişin pozulması kompleks şəkildə orqanizmə sistemli təsir göstərmiş və davamlı xarakter daşıyan funksional pozuntulara səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, sol aşağı ətrafda müşahidə olunan monoparez, əzələ tonusunun azalması və yeriş pozuntuları iddiaçının orqanizmin dayaq-hərəkət sisteminə dair disfunksiyanın göstəricisidir. Qeyd olunan funksional pozuntuların xarakteri və davamlılığı, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.1-ci bəndində nəzərdə tutulan "ayrı-ayrı ətrafların parezləri ilə müşayiət olunan davamlı hərəkət məhdudiyyətləri" meyarına tam şəkildə cavab verir. Məhkəmə onu da qeyd edir ki, iddiaçıda olan xəstəliyin hətta ən aşağı faizlə əlilliyin təyininə (40 faiz, 1 il) əsas olması üçün, yəni iddianın uğurlu olması üçün ən azı Əsasənamənin 6.5.1.1-ci bəndində göstərilən ağırlıq dərəcəsi (ayrı-ayrı ətrafların parezləri ilə müşayiət olunan davamlı hərəkət məhdudiyyətləri) müəyyən edilməlidir ki, bu xəstəlik həm tibbi göndərişdə, həm də məhkəmə tibbi ekspertizasının həyata keçirilməsi prosesində müayinəsi nəticəsində öz təsdiqini tapmışdır. Son olaraq Məhkəmə onu da diqqətə çatdırmağı zəruri hesab edir ki, əlilliyin təyinatı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar həyata keçirilməlidir. Belə ki, iddiaçının hal-hazırkı sağlamlıq vəziyyəti, xüsusilə də 17 dekabr 1991-ci il tarixdə aldığı "Sol bel nahiyəsinin qəlpə yarası" yaralanmasından sonra yaranmış patoloji ağırlaşmalarla bağlıdır və bu, onun mövcud əlilliyinin birbaşa səbəbidir. Bu səbəbdən, iddiaçının əlilliyinin müəyyən edilməsi zamanı, yalnız onun tibbi vəziyyəti deyil, həm də həmin xəsarətin hərbi travma olduğunu nəzərə alaraq, bu vəziyyətin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi məqsədilə xidmət etdiyi dövrdə meydana gəldiyi xüsusi diqqətə alınmalıdır. Beləliklə, iddiaçının əlilliyinin təyini, onun aldığı travmanın və yaranmış patoloji vəziyyətin məhz həmin dövrdəki hərbi xidmətlə əlaqəli olduğunu nəzərə alaraq,Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2024-cü il tarixli, E00190113ASL nömrəli göndəriş əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 40 % orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyin təyin olunması vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixli, E00190113ASL nömrəli göndəriş əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 40 % orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyin təyin olunması vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(112)-3567/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3567/2025
21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver