Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-361/2025 25.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxslərin nümayəndələri X5 və Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “X10” şirkəti) qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində ayrılmış torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********55 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər toplusunda olan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 523 saylı qərarına əsasən iddiaçıya Binəqədi rayon Biləcəri Bələdiyyəsinin ərazisində ayrılmış 300 (üç yüz) kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq reyestrdən çıxarışın, həmçinin həmin torpağın plan ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 523 saylı qərarına əsasən Binəqədi rayon Biləcəri Bələdiyyəsinin ərazisində tikdirdiyi fərdi yaşayış evinin altında və ətrafındakı əlavə olunmuş cizgi əsasında 300 (üç yüz) kv.m. torpaq sahəsi alqı-satqı müqaviləsi yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir. Bundan sonra Biləcəri Bələdiyyəsi ilə iddiaçı arasında yuxarıda qeyd etdiyi qərara uyğun “torpaqların alqı-satqısına dair” akt tərtib olunmuşdur. Həmin akta əsasən Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 523 saylı qərarına uyğun olaraq, Bakı şəhəri Binəqədi rayon Biləcəri Bələdiyyəsinin inzibati ərazisində 300 kv.m torpaq sahəsinə görə Bələdiyyənin kassasına pul ödəmişdir. Bələdiyyə tərəfindən vergiyə cəlb olunmuş və bu günə qədər də həmin vergini vaxtlı-vaxtında ödəmişdir. Bələdiyyə tərəfindən ona ayrılan torpaq sahəsinin cizgi sxemi çəkilərək təqdim olunmuşdur. Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 523 saylı qərarına əsasən ona ayrılmış torpaq sahəsi hasarla əhatə olunaraq üzərində yaşayış evi inşa edilsə də, sonradan həmin ev “X10”nın tapşırığı ilə AR Dövlət Neft Şirkətinin Binəqədi üzrə 5 saylı Mühafizə Xidmətinin əməkdaşları tərəfindən texnika cəlb olunaraq dağıdılmışdır. İddiaçı bununla bağlı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə müraciət etsə də, iddiası təmin olunmamışdır. Həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilsə də, həmin şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın müvafiq qətnaməsindən verdiyi kassasiya şikayəti əsasında həmin məhkəmənin xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə geri göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)- 550/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, AR Dövlət Neft Şirkəti Təhlükəsizlik İdarəsindən 1322,60 manat məbləğində maddi ziyanın iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. Qeyd olunan torpaq sahəsi 2004-cü ildən, yəni 19 ilə qədər bir müddətdə iddiaçının istifadəsindədir. Hər hansı fıziki və hüquqi şəxsin həmin torpaq sahəsinə hər hansı bir iradı olmamışdır. İddiaçıya təqdim olunan torpaq cizgi sxemindən də görünür ki, həmin torpaq sahəsinin sərhədləri şərti deyil və hər hansı şəxsin torpağı ilə üst-üstə düşmür. Qeyd edilən torpaq sahəsi zəbt olunmamış, yerli özünü idarəetmə orqanı olan bələdiyyə tərəfındən onun balansında olan torpaqlardan verilmişdir. Həmçinin bu torpaq sahəsinə görə iddiaçı bələdiyyənin büdcəsinə pul ödəmiş və iddiaçıya ödəniş qəbzi təqdim olunmuşdur. Cavabdehin “Elektron məhkəmə” informasiya Sistemi vasitəsi ilə iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, təqdim edilən sənədlər toplusunda olan torpaqların alqısatqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmamışdır. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 513 kv.m təşkil edir və bu sahənin 231 kv.m hissəsi 110 KV-lıq yüksək gərginlikli elektrik xəttinin mühafizəsində,108 kv.m hissə isə Azərsu ASC-yə məxsus su boru xəttinin mühafizəsində yerləşir. İdarənin elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla bütövlükdə ARDNŞ ərazisidir. Təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən, torpaq sahəsinin mövqeyini müəyyənləşdirmək mümkün olmamışdır. Üçüncü şəxs qismində çıxıs edən “X11” şirkətinin Azərbaycan Respublikasındakı filialı iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ, məlum "xxxx" saziş və “Birgə Əməliyyat” sazişi imzalanmamışdan da öncə, Dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsində olmuş və məlum Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədilə “X10” şirkətinin qanuni istifadəsinə verilmişdir. İddiaçının onun mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsi ARDNŞ-nin balansında olmuş, sonradan "xxxx" Saziş əsasında Şirkətin qanuni sahiblik və istifadəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2004-cü il tarixli, 150 saylı qərarı ilə Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (e) bəndində Saziş ərazisi üzərindəki hüquqların qəsb edilməsinin qadağan olunması qeyd olunur. Müvafiq toıpaq sahəsi üzərində mülkiyyət hüququnun X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması isə Şirkətin hüquq və təminatlarının - istifadə hüququnun pozulmasına səbəb olacaqdır. “Hasilatın pay bölgüsü haqqında" Saziş əsasında əməliyyatlarını həyata keçirmək hüququnu əldə etdiyi andan Şirkət paralel olaraq Saziş ərazisində inşa edilmiş özbaşına tikililərə qarşı da daima mübarizə aparmış, qanunsuz tikililərin sökülməsi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının sərəncamlarının etibarsızlığının tanınması tələbi ilə bağlı aidiyyatı qurumlara müraciət elmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin 523 saylı, 03 may 2004-cii il tarixli qərarına əsasən, tikdirdiyi fərdi yaşayış evinin altında və ətrafındakı əlavə olunmuş cizgi əsasında 300 kvadrat metr torpaq sahəsi onun adına sənədləşdirilmişdir". İddiaçı tərəfindən təqdim olunmuş Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin 523 saylı, 03 may 2004-ci il tarixli qərarı özü-özlüyündə etibarsız inzibati aktdır. Vətəndaş İddiaçı adına torpaq sahəsinin sənədləşdirilməsi haqqında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri bələdiyyəsinin 03 may 2004-cü il tarixli, 523 saylı qərarı 1 saylı Bakı İnzibali-İqtisadi Məhkəməsinin 2 inz(81)-376/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə etibarsız hesab edilmişdir. 1 saylı Bakı İnzibali-İqtisadi Məhkəməsinin qərarından narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-977/2012 saylı, 23 oktyabr 2012-ci il tarixli qərardadı ilə, 1 saylı Bakı İnzibali- İqtisadi Məhkəməsinin 2inz (81)-376/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibali-İqtisadi Məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzbati-İqtisadi Məhkəməsinin 2inz(81)-646/2013 saylı, 07 may 2013-cü il tarixli qərarı ilə Şirkətin iddiası təmin olunaraq, Bakı şəhəri X2 Eldar Qəhrəman oğluna torpaq sahəsinin ayrılması haqqında 523 saylı, 03 may 2004-cii il tarixli qərarı etibrasız hesab edilmişdir. X2 Eldar Qəhrəman oğluna torpaq sahəsinin ayrılması haqqında 523 saylı, 03 may 2004-cü il tarixli qərarı maddi hüquq normalarının tələblərini pozmaqla qəbul edilmişdir. Məhkəmə hesab etmişdir ki, Biləcəri Bələdiyyəsi həmin qərarla “X10" şirkətinin istifadəsində olan torpaq sahəsini İddiaçı satmaqla mülki və torpaq qanunvcrciliyinin tələblərini pozmuş və dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsini faktiki olaraq özgəninkiləşdirmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibali- İqtisadi kollegiyasının 2-1inz (103)-1093/2013 saylı 06 sentyabr 2013-cü il tarixli qərarı ilə 1 saylı Bakı İnzibali-İqtisadi Məhkəməsinin 2inz(81)-646/2013 saylı 07 may 2013-cü il tarixli qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2inz (81)-646/2013 saylı, 06 sentyabr 2013-cü il tarixli qərarından üçüncü şəxs İddiaçı tərəfindən kassasiya şikayəti verilərək, məhkəmə qərarının ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 1281/2013 saylı, 20 dekabr 2013-cü il tarixli qərarı ilə üçüncü şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmadan, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 06 sentyabr 2013-cü il tarixli, 2-1inz(103)-1093/2013 saylı qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Beləliklə, iddiaçının öz iddia ərizəsində istinad etdiyi Biləcəri Bələdiyyəsinin 523 saylı, 03 may 2005-ci il tarixli qərarının etibarsız olması məhkəmənin hər üç qərarında öz əksini tapmışdır. Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsi 1 saylı mədənin 5-ci sahəsində yerləşən 151254, 151261, 151340 saylı neft quyularının, neft xəttinin, qaz xəttinin və 110 kv yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağı daxilində yerləşir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, qeyd edilən torpaq sahəsi SOCAR-ın daimi isitifadəsində olan, neftqaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. Məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsi AR DNŞ-nin daimi istifadəsində olan Binəqədi OYL ƏŞ-nin kontrakt sahəsinin Şabandağ və Sulutəpə Blokunun xəritəsindən (Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2013 ildə təsdiq edilmişdir) görünür ki, Biləcəri Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsi Biləcəri Bələdiyyəsinin mülkiyyətində olmayıb, torpaq sahəsi uzun illər ərzində SOCAR-ın daimi istifadəsində olmuş, daha sonra Azərbaycan Respublikası 29 aprel 2005-ci il tarixli 901-İİ Q nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Siansor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, “X10” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudlarına daxil edilmişdir. SOCAR-ın daimi istifadəsində olan, neft-qaz əməliyyatları aparılan torpaq sahələri yalnız təyinatı üzrə istifadə edilə biləcəyi nəzərə alınmalıdır. Həmçinin, torpaq sahəsinin 74 metr məsafəsində 151254 saylı ləğv edilmiş neft quyusu mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin və üçüncü şəxslərin nümayəndələri hər biri ayrı-ayrılıqda təqdim etdikləri etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Göründüyü kimi, qanunverici bələdiyyəyə məxsus əmlakın özgəninkiləşdirilməsinə dair aktı, daşınmaz əmlaka hüququn dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən etmişdir. İşdə olan Bakı şəhəri Binəqədi rayon Biləcəri bələdiyyəsinin 523 nömrəli, xx.xx.2004cü il tarixli qərarından görünür ki, BRİH-ti memarının X6 Su Cəmiyyəti Biləcəri Su Təchizatı və X1 müəssisəsinin, Binəqədi rayon Qİİ-nin 2 saylı QXS-nın və "xxxx" Azərbaycan Elektirik Şəbəkəsi MMC Binəqədi rayonu Biləcəri İS-nın razılığını nəzərə alaraq, Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində tikdirdiyi evin altındakı və ətrafındakı əlavə olunmuş cizgi əsasında 300,0 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Torpaqların alqı-satqısına dair xx.xx.2016-cı il tarixli aktdan görünür ki, ünvan 1 ünvanda yaşayan İddiaçı Biləcəri bələdiyyə ərazisində 300.0 kv.m torpaq sahəsi satılması barədə xx.xx.2004-cü il tarixli 523 nömrəli qərarı qəbul edilmiş, İddiaçı bank hesabına 33630000 manat haqq ödəmişdir. İddiaçı hazırda Biləcəri bələdiyyəsinin 523 nömrəli, xx.xx.2004-cü il tarixli qərarına istinad edərək, həmin qərarla ona ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Lakin işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 20 dekabr 2013-cü il tarixli, 2-2(102)-1281/2013 nömrəli qərarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2013-cü il tarixli, 2inz(81)-646/2013 saylı qərarı ilə iddiaçı “X10” şirkətinin cavabdeh Binəqədi rayon Biləcəri Bələdiyyəsinə və üçüncü şəxs İddiaçı qarşı iddia tələbi təmin edilərək, cavabdehin üçüncü şəxsə torpaq sahəsinin ayrılması haqqında 03 may 2004-cü il tarixli, 523 saylı qərarı etibarsız hesab edilmiş, ekspertiza tədqiqatının dəyəri 80 manat cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 06 dekbar 2013cü il tarixli, 2-1inz(103)-1093/2013 saylı qərarı İlə üçüncü şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 may 2013-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 06 sentyabr 2013-cü il tarixli qərarından üçüncü şəxs İddiaçı və onun vəkili Hacıyeva Səbirə Sabir qızı kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin həmin qəraraı ilə Bakı Apellyasiya Məhkəməsi İnzibatı-İqtisadi Kollegiyasının 06 sentyabr 2013-cü il tarixli, 2-1inz(103)- 1093/2013 saylı qərarı dəyişdirilmədən saxlanılmış, kassasıya şikayəti təmin olunmamışdır. Məhkəmə qərarında göstərmişdir ki, “...Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X13 Bİ.Vi.şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixdə “Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmaq Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş imzalanmış və 15 may 2005-ci il tarixdən qüvvəyə minmiş, saziş üzrə əməliyyat şirkəti qismində “X12” şirkəti fəaliyyət göstərir, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin 03 may 2004-cü il tarixli, 523 sayh qərarı ilə Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində əlavə olunmuş cizgi əsasında tikdirdiyi evin altındakı və ətrafındakı 300 kv.m, torpaq sahəsi İddiaçı alqı-satqı yolu ilə satılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin. 23 aprel 2012-ci il tarixli, 6606 saylı, rəyinə görə İddiaçı ayrılmış torpaq sahəsində inşa olunmuş tikilinin “X10” şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində, eləcə də tikinti aparılan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin imzaladığı 29 aprel 2005-ci il tarixli, 901-İİQD saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Suiu-Təpə, Masazır, Fatmayı, Şabandağ və Şianşor neft haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli, 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi, koordinatları daxilində yerləşdiyi müəyyən olunur. Apellyasiya məhkəməsi haqlı, olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən üçüncü şəxsə torpaq sahəsinin ayrılması barədə 03 may 2004-cü il tarixli, 523 saylı qərarı qanunvericiliyin, tələbləri pozulmaqla, qəbul edilmiş, belə ki, Binəqədi rayon Biləcəri Bələdiyyəsi həmin qərarla “X12” şirkətinin istifadəsində olan torpaq sahəsini İddiaçı satmaqla mülki və torpaq qanunvericiliyinin tələblərini pozmuş, dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsini faktiki olaraq özgəmnkiləşdirmiş, beləliklə, Bələdiyyənin müvafiq qərarı “X10” şirkətinin icarəsində olan torpaqlardan maneəsiz istifadə hüququnu məhdudlaşdırmışdır. ... Mübahisəli torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin iddiaçının tapşırığı ilə dağılması ilə onun mülkiyyət hüquqlarının pozulması və ona külli miqdarda ziyan vurulması halının məhkəmələr tərəfindən nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda məhkəmələr yalnız Bələdiyyə qərarının mübahisələndirilrnəsi ilə bağlı mübahisəyə baxmışlar. 3-cü şəxs İddiaçı yaşayış evinin dağıdılması, oradakı əmlakların məhv edilməsi nəticəsində ona vurulmuş maddi zərərin bu işləri həyata keçirmiş hüquqi və fiziki şəxslərdən tutulması barədə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.” Göründüyü kimi, iddiaçının hazırda mübahisəli torpaq sahəsinə mülkiyəyt hüququnun qeydə alınması üçün təqdim etdiyi hüquqmüəyyənedici əsas olan Biləcəri Bələdiyyəsinin 03 may 2004-cü il tarixli, 523 saylı qərarı qanuni qüvvəsini almış məhkəmə qərarı ilə etibarsız hesab edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə görə etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Məhkəmə iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədin yararsız olmasını və hər hansı bir hüquqi nəticə yaratmamasını nəzərə alaraq hesab edir ki, həmin sənədə əsasən iddiaçının hazırkı məzmunda iddiası təmin edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçının hüquqların dövlət qeydiyyatı üçün təqdim etdiyi sənəd həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş sənədlərə uyğun olmamışdır. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №e-2-1(112)-361/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-361/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver