Məhkəmə qərarları › İş №e-2-1(112)-3616/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3616/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3616/2024 13.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən J-18 saylı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun mərhum əri X6 məxsus olmasına dair arayış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri 03 iyul 1938-ci il təvəllüdlü X10 Nord Bağçılıq cəmiyyətinin idarə heyətinin 31 may 1993-cü il tarixli qərarı ilə “Nord” Bağçılıq Cəmiyyətinin üzvlüyünə qəbul edilmiş və ona Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən J-18 saylı torpaq sahəsi ayrılmışdır. Bundan sonra həmin bağ sahəsi mərhum əri X6 təhvil verilmiş və həmin evdə yaşamAğa başlamışlar. 2011-ci ildə isə əri həmin torpaq sahəsinə dair X7 Komitəsindən “Torpaq sahəsinin planı və ölçüsü”nü almışdır. Mərhum əri X10 04 aprel 2023-cü il tarixdə Almaniya Federativ Respublikasında ölmüş, orada onun ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilmişdir. Bundan sonra notariusa müraciət edərək, həmin bağ sahəsinə dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmiş, bununla əlaqədar notariusda vərəsəlik işi açılmış və notariusun məktubu ilə birlikdə Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X11 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək həmin bağ sahəsinə dair hüquqların əri 03 iyul 1938-ci il təvəllüdlü X6 məxsus olması barədə arayış verilməsini xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X11 1 saylı Bakı Ərazi İdarəsinin 17 oktyabr 2023cü il tarixli bildirişi ilə iddiaçının müraciətindən imtina etmiş, əsas kimi isə Nord Bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının aşkar edilməməsi, eyni zamanda 01 saylı, 31 may 1993-cü il tarixli protokoldan Çıxarışda torpaq sahəsinin ölçüsünün qeyd olunmaması, sənədlər arasında ərinin ata adında uyğunsuzluq olması göstərilmişdir. Belə ki, Nord Bağçılıq cəmiyyətinin idarə heyətinin 31 may 1993-cü il tarixli qərarı ilə X2 “Nord” Bağçılıq Cəmiyyətinin üzvlüyündən çıxarılmış və əri X10 həmin cəmiyyətə üzv seçilmişdir. Bu səbəbdən 1993-cü ildən əvvəl olan Arxiv sənədlərində ərinin adının siyahıda olmaması başa düşüləndir. Çünki ərinin adı həmin siyahıya 1993-cü ildə salınmış və həmin siyahını da iddiaçı cavabdehə təqdim etmişdi. 01 saylı, 31 may 1993-cü il tarixli protokoldan Çıxarışda torpaq sahəsinin ölçüsünün qeyd olunmamasına münasibətdə bildirir ki, həmin bağ sahəsinin ölçüsü digər sənədlərlə sübuta yetir və həmin ölçünün protokolda göstərilməsi mütləq hal deyildir. Çünki protokolda bağın nömrəsi göstərilmiş və həmin bağın sahəsinin nə qədər olması isə digər sənədlərdə göstərilmişdir. Cavabdehin imtinasının sənədlər arasında ərinin ata adında uyğunsuzluq olması hissəsinə münasibətdə bildirir ki, protokolda səhvən ərinin ata adı “İsakoviç” deyil “İskakoviç” yazılmış, yəni bir “k” hərfi artıq olmuş, bu halın isə texniki səhv olması digər sənədlərə münasibətdə müəyyən edilir. Yəni bu texniki səhv onun müraciətindən imtina edilməsi üçün əsas deyildir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründyü kimi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən J-18 saylı torpaq sahəsinə dair Nord Bağçılıq cəmiyyətinin idarə heyətinin 31 may 1993-cü il tarixli qərarı həmin torpaq sahəsinin üzərində ərinin hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 15-ci bəndinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər: Lakin iddiaçının Əmlak Məsələləri Dövlət Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X11 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciətindən imtina üçün belə bir əsaslar olmamış, cavabdeh Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 15-ci bəndində göstərilməyən əsaslarla müraciətindən imtina etmişdir.

3. İddiaçının hüquqlarının qeydə alınmasından imtina onunla əsaslandırılmışdır ki, “idarənin arxivində saxlanılan “Nord" bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adınız aşkar edilməmişdir. Eyni zamanda təqdim olunmuş 01 saylı, xx.xx.1993-cu il tarixli protokoldan çıxarışda torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin, təqdim olunmuş sənədlər arasında mərhumun ata adında uyğunsuzluq mövcuddur. Belə ki, vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda hüquq sahibi kimi “X10” qeyd olunsa da, protokoldan çıxarışda hüquq sahibi “X8” kimi göstərilmişdir.”

4. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, İdarənin arxivində saxlanılan “Nord” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Eyni zamanda təqdim olunmuş 01 saylı, xx.xx.1993-cu il tarixli protokoldan çıxarışda torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin, təqdim olunmuş sənədlər arasında mərhumun ata adında uyğunsuzluq mövcuddur. Belə ki, vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda hüquq sahibi kimi “X10” qeyd olunsa da, protokoldan çıxarışda hüquq sahibi “X8” kimi göstərilmişdir.

5. “Nord” Bağçılıq cəmiyyətinin idarə heyətinin 01 nömrəli xx.xx.1993-cü il tarixli iclas protokoluna əsasən vətəndaş X3 “Nord” BC üzvlüyünə qəbul etmək və ona J-18 sahəsinin ayrılması qərara alınmışdır.

6. “Nord” Bağçılıq cəmiyyəti tərəfindən cavabdehə ünvanlanan məktubda bildirilmişdir ki, “Nord” Bağçılıq cəmiyyəti tərəfindən vətəndaş X6 J-18 sahəsinin ayrılması barədə “Nord” Bağçılıq cəmiyyətinin idarə heyətinin iclas protokolunda X4 adı səhvən “X5” kimi göstərilmişdir. Hal-hazırda həmin iclas protokolunda həmin səhv düzəldilərək, protokoldan Çıxarış Sizə təqdim edilir. “Nord” Bağçılıq cəmiyyətinin idarə heyətinin 01 nömrəli xx.xx.1993-cü il tarixli iclas protokolundan çıxarışa əsasən vətəndaş X9 “Nord” BC üzvlüyünə qəbul etmək və ona J- 18 sahəsinin ayrılması qərara alınmışdır.

7. “Nord” Bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin xx.xx.2012-ci il tarixli siyahısına əsasən J-18 sahəsi - X4 adı 107-cı sırada qeyd olunmuşdur.

8. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfində tərtib edilən A 366726 saylı plan və ölçüyə əsasən Bakı şəhər XDS İK-nın xx.xx.1987-ci il tarixli 17/310 saylı qərarı və “Nord” b/y-nın xx.xx.1993-cü il tarixli protokolu ilə X6 Xəzər rayonu, Zirə bağ massivində J-18 saylı bağ evin tikintisi üçün 500 kv.m torpaq sahəsi ayrılmışdır.

9. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktına əsasən: - Bağ sahəsinin ölçüsü 500 kv.m-dir. - Göstərilən sahə hasar daxilindədir. - Sahədə bir mərtəbəli ev və köməkçi tikililər var. - Bağ sahəsinə dair ləğv edilmiş DT və XK-nin tərəfindən X4 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və sahəsi 500.0 kv.m kimi göstərilimişdir.

10. 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı Əhmədova X1 Leonid İsakoviçin vərəsəsidir.

11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı, koordinatlar qeyd olunmuş yerləşmə mövqeyinin sxemi, ortofoto görüntüsü və sənəd surətləri məhkəməyə təqdim edilmişdir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək edən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünküyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

18. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən J-18 saylı torpaq sahəsi “Nord” Bağçılıq cəmiyyətinin idarə heyətinin 01 nömrəli xx.xx.1993-cü il tarixli iclas protokolundan çıxarış əsasında mərhum X6 ayrılmışdır, həmin şəxs xx.xx.2023-cü il tarixdə vəfat etmişdir, 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin cavabdehə ünvanlanmış 21 sentyabr 2023-cü il tarixli məktubuna əsasən iddiaçı vəfat etmiş şəxsin varisidir. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş adamın adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

21. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsindən: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

24. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

25. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

26. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

27. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

29. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

30. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, “Nord” bağçılıqyoldaşlıq cəmiyyətinin iclas protokolundan çıxarışda hüquq sahibi “X10” kimi deyil, “X8” kimi göstərilmiş, torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Həmçinin, “Nord” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir.

31. “Nord” Bağçılıq cəmiyyətinin idarə heyətinin iclas protokolunda iddiaçının mərhum əri X4 adının “X8” kimi yazılması texniki səhv olmuşdur. Belə ki, “Nord” Bağçılıq cəmiyyətinin məktubundan görünür ki, X4 adı səhvən “X8” kimi göstərilmiş, daha sonra həmin iclas protokolunda həmin səhv düzəldilərək, “Nord” BC üzvlüyünə qəbul edilən və J-18 sahəsinin ayrıldığı şəxs kimi “X10” qeyd olunmuşdur.

32. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, Nord Bağçılıq cəmiyyətinin idarə heyətinin 31 may 1993-cü il tarixli 01 nömrəli iclas protokolu ilə iddiaçının mərhum əri X10 “Nord” Bağçılıq Cəmiyyətinin üzvlüyünə qəbul edilmiş və ona Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən J-18 saylı bağ sahəsi ayrılmışdır. Həmin bağ məhz “Nord” bağçılıq-yoldaşlıq cəmiyyətinin nəzdindədir və “Nord” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasında 107-ci sırada X4 adı var, bağların bölgü sxemində bağ sahəsinin yeri müəyyən edilmişdir, həmin torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunmuşdur. (cizginin əsli iş materiallarında mövcuddur).

33. Müayinə aktından görünür ki, J-18 saylı bağ sahəsinə dair keçmiş DT və XK-nin tərəfindən X4 adına 500.0 kv.m bağ sahəsi ayrılaraq buna dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin plan və ölçü iş materiallarına mövcuddur və hüquqi sahibi X10, J-18 saylı bağ evinin tikintisi üçün torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsinə əsas Bakı şəhər XDS İK-nın xx.xx.1987-ci il tarixli 17/310 saylı qərarı və “Nord” b/y-nın xx.xx.1993-cü il tarixli protokolu olmuşdur.

34. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.

35. Beləliklə məhkəmə hesab edir ki, inzibati orqan iddiaçının J-18 saylı (hüquq müəyyənedici sənəd üzrə 500 kv.m) bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.

36. Bundan başqa qeyd edilməlidir ki, qanunvericiliklə dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1.-ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

37. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;

38. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia təmin edilməlidir.

39. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmAğa haqlı deyildir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən J-18 saylı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun İddiaçı mərhum əri X6 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar