Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-362/2025 03.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X4 və adi cəlbetmə qaydasında üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi) qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 595 saylı Qərarı ilə ayrılmış və xx.xx.2006-cı il tarixli 682 saylı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., C.Cabbarlı küçəsində 330 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması, müvafiq texniki pasport tərib etməklə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr.,C.Cabbarlı küçəsində 330 kv.m. torpaq sahəsi Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006cı il tarixli, 595 saylı Qərarı ilə iddiaçıya ayrılmış, xx.xx.2006-cı il tarixdə 682 saylı alqısatqı müqaviləsi bağlayaraq fərdi yaşayış evi tikmək üçün torpaq sahəsini almışdır. Həmin tarixdən torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Göstərilənlərə əsasən həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını və müvafiq texniki pasport tərtib etməklə iddiaçının adına müvafiq çıxarışın verilməsinə dair cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan hərəkətsizlik göstərmiş, cavab verməmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmış torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Həmçinin elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi digər fiziki şəxsin mülkiyyətindədir. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə aid deyil və təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələri qeyd olunmamışdır. Həmçinin bildiririk ki, torpaq sahəsi yaxınlıqdan keçən yeraltı elektrik xəttinin mühafizə zolağında yerləşir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı Binəqədi rayonu Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 595 saylı qərarı ilə ona ayrılmış və xx.xx.2006-cı il tarixli, 682 saylı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr., C.Cabbarlı küçəsində 330 kv.m torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarının qeydə alınması, müvafiq texniki pasportun tərtib etməklə, adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli **********10 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqı aktı və coğrafi mövqeyini əks etdirən yerləşmə sxemi təqdim olunmamışdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş alqı-satqı müqaviləsində istinad olunan qərarın tarixi və nömrəsi fərqli qeyd olunmuşdur. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 323 kv.m təşkil edir. Torpaq sahəsinin bir tərəfindən maili (mürəkkəb) relyefli ərazi ilə həmsərhəddir, torpaq sahəsinin bir tərəfindən 9.4 m məsafədən 6 xətli, 6 stəkanlı yüksək gərginlikli elektrik hava xətti yerləşir. Elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsinin 200 kv.m hissəsi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşür. Eyni zamanda göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilir.
5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı vəsatətdə qeyd olunmuşdur ki, iş üzrə aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsinin 200 kv.m hissəsi X1 (fın : 2H3NY2S) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən qeyd edilən inzibati iş üzrə X1 3-cü şəxs qismində inzibati məhkəmə inzibati məhkəmə icraatına cəlb edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin (bundan sonra - Məcəllə) 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Yuxarıda göstərilənləri nəzərə alaraq işin hallarının obyektiv araşdırılması məqsədilə qeyd edilən inzibati iş üzrə X1 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilir.
7. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə X4 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
8. Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin “Torpaq sahəsinin alqı-satqı yolu ilə vətəndaş R.R.Məmmədovun mülkiyyətinə verilməsi haqqında” xx.xx.2004-cü il tarixli 245 nömrəli Qərara əsasən Binəqədi rayonu 9-cu mkr.. C.Cabbarlı küçəsində əlavə edilmiş cizgiyə uyğun olaraq 200 kv.m torpaq sahəsi yaşayış evinin tikintisi üçün X2 mülkiyyətinə alqısatqı yolu ilə ayrılmışdır.
9. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Cəfər Cabbarlı küçəsində yerləşən 0.02 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə X3 adına qeydiyyata alınmışdı.
10. Reyestrdə 4Ə-440 nömrə ilə qeyd olunan AN-İ ******* nömrəli xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X6 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Cəfər Cabbarlı küçəsində yerləşən 0.02 ha torpaq sahəsini alıcı X5 mülkiyyətinə vermişdir.
11. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Cəfər Cabbarlı küçəsində yerləşən 0.02 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır.
12. Reyestrdə 4Ə-497 nömrə ilə qeyd olunan AN-İ ******* nömrəli xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X8 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Cəfər Cabbarlı küçəsində yerləşən 0.02 ha torpaq sahəsini alıcı Mehriban Aslan qızının mülkiyyətinə vermişdir.
13. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Cəfər Cabbarlı küçəsində yerləşən 0.02 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə Mehriban Aslan qızının adına qeydiyyata alınmışdır.
14. Reyestrdə 4Ə-310 nömrə ilə qeyd olunan xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsinə əsasən satıcı Mehriban Aslan qızı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Cəfər Cabbarlı küçəsində yerləşən 0.02 ha torpaq sahəsini alıcı X1 mülkiyyətinə vermişdir
15. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Cəfər Cabbarlı küçəsində yerləşən 0.02 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə X1 adına qeydiyyata alınmışdır.
16. Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin “Vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli, 595 nömrəli Qərarına əsasən Binəqədi rayonu, 9 mkr., C.Cabbarlı küçəsində 330 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq vət. İddiaçı Qadir oğlu tərəfindən abadlaşdırılaraq yararlı vəziyyətə salındığını və onun tərəfindən istifadə edildiyini nəzərə alaraq (hər kv.m üçün YAN ilə 4 man. 16 qəp. ödəmək şərti ilə) onun mülkiyyətinə ayrılmışdır.
II. İddianın növü və mümkünlüyü
17. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
18. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
19. X7 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
20. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
21. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
22. X11 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
24. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
26. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
28. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Cəfər Cabbarlı küçəsində yerləşən 330 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edir.
29. İddiaçı iddia tələbinin təmin edilməsi üçün əsas olaraq Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin “Torpaq sahəsinin alqı-satqı yolu ilə vətəndaş R.R.Məmmədovun mülkiyyətinə verilməsi haqqında” xx.xx.2004-cü il tarixli 245 nömrəli Qərarına istinad etmişdir. Belə ki, Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin “Torpaq sahəsinin alqı-satqı yolu ilə vətəndaş R.R.Məmmədovun mülkiyyətinə verilməsi haqqında” xx.xx.2004-cü il tarixli 245 nömrəli Qərarına əsasən Binəqədi rayonu 9-cu mkr.. C.Cabbarlı küçəsində əlavə edilmiş cizgiyə uyğun olaraq 200 kv.m torpaq sahəsi yaşayış evinin tikintisi üçün X2 mülkiyyətinə alqı-satqı yolu ilə ayrılmışdır.
30. Məhkəmə nəzərə alır ki, iddiaçı tərəfindən mübahisələndirilən 330 kv.m torpaq sahəsinin 200 kv.m hissəsi digər şəxsin (X1) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
31. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin “Torpaq sahəsinin alqı-satqı yolu ilə vətəndaş R.R.Məmmədovun mülkiyyətinə verilməsi haqqında” xx.xx.2004-cü il tarixli 245 nömrəli Qərara əsasən Binəqədi rayonu 9-cu mkr.. C.Cabbarlı küçəsində əlavə edilmiş cizgiyə uyğun olaraq 200 kv.m torpaq sahəsi yaşayış evinin tikintisi üçün X2 mülkiyyətinə alqı-satqı yolu ilə ayrılmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Cəfər Cabbarlı küçəsində yerləşən 0.02 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə X3 adına qeydiyyata alınmışdı. - Reyestrdə 4Ə-440 nömrə ilə qeyd olunan AN-İ ******* nömrəli xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X6 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Cəfər Cabbarlı küçəsində yerləşən 0.02 ha torpaq sahəsini alıcı X5 mülkiyyətinə vermişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Cəfər Cabbarlı küçəsində yerləşən 0.02 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır. - Reyestrdə 4Ə-497 nömrə ilə qeyd olunan AN-İ ******* nömrəli xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X8 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Cəfər Cabbarlı küçəsində yerləşən 0.02 ha torpaq sahəsini alıcı Mehriban Aslan qızının mülkiyyətinə vermişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Cəfər Cabbarlı küçəsində yerləşən 0.02 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə Mehriban Aslan qızının adına qeydiyyata alınmışdır. - Reyestrdə 4Ə-310 nömrə ilə qeyd olunan xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı Mehriban Aslan qızı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Cəfər Cabbarlı küçəsində yerləşən 0.02 ha torpaq sahəsini alıcı X1 mülkiyyətinə vermişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Cəfər Cabbarlı küçəsində yerləşən 0.02 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə X1 adına qeydiyyata alınmışdır.
32. Odur ki, məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən mübahisələndirilən 330 kv.m torpaq sahəsinin 200 kv.m hissəsi X1 adına özgəninkiləşdirilmişdir. Reyestrin məzmununun qeyridəqiqliyi ilə bağlı şübhələr yoxdur, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Odur ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Cəfər Cabbarlı küçəsində yerləşən 0.02 ha torpaq sahəsinə dair üçüncü şəxsin mülkiyyət hüquqları qeydə alındığından mülkiyyət hüququnun tanınmasını tələb etmək üçün iddiaçının “qanuni gözləntisi” yoxdur.
33. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçıya (İddiaçı) verilmiş torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün mötəbər sənəd torpaq ayıran qurum tərəfindən tərtib olunmuş torpağın yerin planı və ölçüsü sənədi ola bilərdi. Lakin iş materiallarında bu cür sənəd mövcud deyil. Belə ki, Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 245 nömrəli Qərarı ilə satılan mübahisəli torpaq sahəsinə dair təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Torpaq sahəsinin coğrafi yerləşmə yerini müəyyən etmək üçün yalnız iddiaçının tanıtmasını kifayət hesab etmək olmaz.
34. Məhkəmə nəzərə alır ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən cizginin iddiaçı tərəfindən təqdim edilməsi məqsədilə məhkəmə iclası dəfələrlə təxirə salınmışdır. Buna baxmayaraq məhkəməyə torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən etibarlı cizgi təqdim edilməmişdir.
35. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz.
36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva