Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3620/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikasının X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “müsahibənin nəticəsi ilə bağlı cavabdehin hərəkətlərinin (hərəkətsizliyin) qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikasının X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “müsahibənin nəticəsi ilə bağlı cavabdehin hərəkətlərinin (hərəkətsizliyin) qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 27 noyabr 2018-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və Audit şöbəsinin icra və əmək intizamına nəzarət sektorunun müdiri vəzifəsinin tutulması məqsədi ilə elan edilmiş ümumi müsahibəni müvəffəqiyyətlə keçərək, iddia etdiyi vəzifəyə uyğun hesab edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müsahibənin nəticəsi ilə bağlı hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1983-cü il təvəllüdlü Əliyev X6 İmtahan Mərkəzi tərəfindən keçirilmiş müsabiqə üzrə müsahibədə iştirak etmiş və xx.xx.2019-cu il tarixdə onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və Audit şöbəsinin icra və əmək intizamına nəzarət sektorunun müdiri vəzifəsinə uyğun hesab edilməsi barədə məlumat dərc edilmişdir. Lakin İddiaçı uyğun hesab edildiyi vəzifəyə təyin edilməmişdir. Bununla bağlı X4 müraciət edilmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, İddiaçı müsahibə sənədləri təyinat məsələsinə baxılması üçün X7 tərəfindən 6 fevral 2019-cu il tarixli, 01/xx-xx/0328 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmiş, lakin müsahibənin nəticələri ilə bağlı qəbul edilmiş qərar barədə X4 heç bir məlumat daxil olmamışdır. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, məlumat verilməsini xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ərizəni imzalayan şəxs haqqında məlumat: Sosial Müdafiəsi Nazirliyi isə müraciətinə cavab olaraq bildirmişdir ki, X3 6 fevral 2019-cu il tarixli, 01/xx-xx/0328 nömrəli məktubuna xx.xx.2019-cu il tarixli, **********5 nömrəli məktubla müvafiq cavab verilmişdir. Yenidən X4 müraciət edərək, 6 fevral 2019-cu il tarixli, 01/xx-xx/0328 nömrəli məktubuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixli, **********5 nömrəli məktubla cavab verilib-verilməməsi, cavab verilmişdirsə həmin cavabın nədən ibarət olması, qeyd edilən cavabda İddiaçı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyinin nədən ibarət olması barədə cavab verilməsini xahiş etmişdir. X7 müraciətinə cavab olaraq bildirmişdir ki, həqiqətən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə 27 noyabr 2018-ci il tarixdə elan edilmiş və 2019-cu ilin 21-1 yanvar tarixlərində keçirilmiş ümumi müsahibədə uğur qazanan namizədlərin müvafiq vəzifələrə təyin edilməsi barədə məlumatlar Nazirliyin 7 mart 2019-cu il tarixli **********5 nömrəli məktubu ilə Mərkəzə təqdim edilmişdir. Həmin məktubda İddiaçı barədə hər hansı məlumat qeyd edilməmişdir. Göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının, Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının və digər normativ aktların tələbləri kobud şəkildə pozulmuşdur. Məlumat üçün bildirirlər ki, İddiaçı 2019-cu ilin avqust ayından istintaq təcridxanasında saxlanılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri üçüncü şəxsə təqdim olunaraq, iddiaya qarşı öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə təqdim etmək təklif olunmuşdur. Üçüncü şəxs - Azərbaycan Respublikasının X3 iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddia tələbinə dair yazılı etirazı və iddianın mümkün sayılmaması barədə vəsatəti məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etiraz və vəsatəti): Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-17/2-883/2025 №-li iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, müsahibə vasitəsi ilə inzibati vəzifənin tutulması “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 29-cu maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli, 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydaları”na (bundan sonra - Qaydalar) əsasən həyata keçirilməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun İddiaçı ümumi müsahibədə iştirak etdiyi dövrdə, yəni 2019-cu ildə qüvvədə olan redaksiyasında 29.3-cü maddəsinin 3-cü hissəsinə əsasən daxili müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin müvafiq qərarı əsasında bu Qanunun 29.4- 29.9-cu maddələrinə uyğun olaraq bu maddənin birinci hissəsində nəzərdə tutulmuş digər şəxslərin iştirakını nəzərdə tutan müsahibə (ümumi müsahibə) və ya bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə keçirilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən şəxsin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən edilir. Bu Qanunun 29.10-cu maddəsinə əsasən müsahibənin nəticələrinə görə müvafiq inzibati vəzifənin tutulması barədə qərar qəbul edilir. Qaydaların 1.4.3-cü bəndində əsasən ümumi müsahibə vakant vəzifənin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması məqsədilə keçirilən müsahibədir. Qanunun 29-cu maddəsindən göründüyü kimi inzibati vəzifənin ümumi müsahibə və ya daxili müsahibə vasitəsi ilə tutulması dövlət qulluçuları, eləcə də dövlət qulluqçusu olmuş şəxslər üçün imtiyaz kimi nəzərdə tutulmuş, lakin işəgötürənlər üzərinə məcburi öhdəlik kimi qoyulmamışdır. Başqa sözlə ümumi müsahibədən uğurla keçən namizədin vakant vəzifəyə təyin edilib-edilməməsi dövlət orqanının rəhbərinin diskresion səlahiyyətləri ilə bağlı idi. Qaydaların 1.2-ci bəndindən göründüyü kimi müsahibədə namizədin vakant vəzifə üzrə bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü ilə yanaşı vakant vəzifə üçün zəruri olan keyfiyyətləri də yoxlanılmalıdır. Qaydaların 5.9-cu bəndinə əsasən müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün beş iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Bu zaman İddiaçı müsahibədən keçdiyi vəzifənin əhəmiyyəti nəzərə alınaraq araşdırma apardıqda aşağıda qeyd edilən faktlar aşkar edilmişdir: İddiaçı 2006-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun keçmiş Bakı şəhəri Səbail rayon, 2013-2015-ci illərdə isə keçmiş Suraxanı rayon şöbələrinin pensiya təyinatı sektorunda işləmiş, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2015-ci il tarixli, 1387/k N-li əmri ilə xx.xx.2015- ci il tarixdən “vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verdiyinə görə” “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı və 33.1.6-cı maddələrinə əsasən tutduğu vəzifəsindən azad edilməklə dövlət qulluğuna xitam verilmişdir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun keçmiş Bakı şəhəri Səbail və Suraxanı rayon şöbələrində işləyərkən xidməti vəzifələrinin icrası zamanı özü və ailə üzvləri, yaxın qohumları, dostları və üçüncü şəxslər üçün qanunsuz üstünlük, maddi və sair nemətlər əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən, təsir imkanlarından qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi, tamah və sair şəxsi niyyətlərlə rəsmi sənədlərə və Dövlət Sosial Müdafiə Fondunun informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil etməsi, əmək pensiyası hüququ yaranması üçün müvafiq sənədlərdə və informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlər (saxtakarlıqlar) etməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə xüsusilə külli miqdarda mühüm zərərlər vurmaqla çoxsaylı korrupsiya hallarına yol vermiş, oxşar qanunsuz hərəkətlərini işdən azad olunduqdan sonrakı dövrdə daha da genişləndirmiş, özünün çirkin əməllərinin ifşa edilməsinin qarşısını almaq üçün qabaqcadan əlbir olmaqla mütəşəkkil dəstə yaradaraq sifarişlə hakimiyyət nümayəndələrinə xüsusi üsullarla onların həyat və sağlamlıqlarına ağır təhlükəli xəsarətlər yetirilməsini və onların bilavasitə yaxın qohumlarına qarşı zor tətbiq etmə hədəsi ilə hədələnməsini təşkil etmişdir. Bununla əlaqədar, Fondun müvafiq qurumlarında işləyərkən İddiaçı bilavasitə iştirakı, vasitəçiliyi və istiqaməti ilə təyin edilərək ödənişi aparılmış pensiya təyinatları üzrə, habelə hüquq- mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İddiaçı və ailəsinə məxsus mənzillərdə və ofisdə digər vətəndaşlara aid aşkar edilmiş sənədlər və maddi sübutlar üzrə müvafiq araşdırmalar aparılmış və müəyyən olunmuş faktlara hüquqi qiymət verilməsi məqsədilə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi təmin edilmişdir. Qeyd edilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 126.2.2, 32.3, 29 ,126.2.3, 32.3,315-ci maddələri ilə Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarətmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli iş № 1(101)-77/2022 üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 iyun 2021-ci il tarixli qərarı ilə İddiaçı qəti olaraq təyin edilmiş 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, yəni cinayətlərin məcmusu qaydasında təyin olunmuş cəzaya qismən toplama yolu ilə birləşdirilmiş və İddiaçı qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Qeyd edilən qərar apelyasiya və kassasiya instansiyalarında iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı 13 (on üç) il müddətə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Dövlət orqanının rəhbərinin diskresion səlahiyyəti haqqında: Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında” Əsasnamənin 5.5.6-cı bəndinə əsasən, nazir Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6-1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür. “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinə görə diskresyon səlahiyyətlər- qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. İPM-nin 73.3.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququnun həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə praktikası haqqında. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Analoji məhkəmə işi X5 ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı dövlət qulluqçusu kimi onun təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsində iddia tələbi təmin edilməmiş, eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)- 2461/2019 nömrəli Qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Ali Məhkəmənin inzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)- 857/2020 nömrəli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən Qərarı dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-2461/2019 nömrəli Qərarının “Müəyyən etdi” hissəsinin 15-ci abzasında “Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının dövlət qulluqçusu kimi nazirliyə işə götürülməsi cavabdehin öz səlahiyyətləri daxilində diskresion səlahiyyətinə aid olan məsələdir və cavabdehin üzərinə məhkəmə tərəfindən dövlət qulluqçusu kimi işə qəbul edilməsi öhdəliyi qoyula bilməz. Birinci instansiya məhkəməsi tərəfindən yalnız cavabdehin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl edibetməməsi və diskresion hüquqununonun səlahiyyətlərinin məqsədinə uyğun şəkildə həyata keçirilib- keçirilməməsi yoxlanıla bilər.” qeyd edilmişdir. Həmçinin Ali Məhkəmənin inzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-857/2020 nömrəli Qərarının “Əsaslandırma” hissəsinin 21-ci abzasında "Məhkəmə kollegiyası nəzərə alır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır” qeyd edilmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq şikayət ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddianın mümkün sayılmaması barədə vəsatəti onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 27 noyabr 2018-ci il tarixdə elan edilmiş və 22 yanvar 2019-cu il tarixində keçirilmiş ümumi müsahibədə iştirak etmiş, lakin iddia etdiyi vəzifə üzrə (Daxili nəzarət və audit şöbəsinin icra və əmək intizamına nəzarət sektorunda sektor müdiri) dövlət qulluqçusu kimi təyin edilməsi ilə bağlı qərar qəbul edilməmişdir. Hesab edirlər ki, iddiaçı qanunla müəyyən edilmiş prosessual müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası’ nın 5.9-cu bəndinə əsasən, müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün beş iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbərinin qəbul etdiyi qərar barədə X4 məlumat verilir. Ümumi müsahibənin nəticələri haqqında dövlət orqanının rəhbərinin qəbul etdiyi qərar barədə məlumat 7 mart 2019-cu il tarixli **********5 nömrəli məktubla X4 göndərilmişdir. Bildirilir ki, İddiaçı Nazirliyə ünvanladığı 12 mart 2019-cu il tarixli **********7 nömrə, 1 aprel 2019-cu il tarixli **********6 nömrə ilə qeydiyyata alınan müraciətləri və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 12 mart 2019-cu il tarixli 21/Ə-2612- 061 nömrəli, 27 mart 2019-cu il tarixli 21 /Ə-2612/2-061 /2 nömrəli, 29 mart 2019-cu il tarixli 10/Ə/2948 nömrəli, 3 aprel 2019-cu il tarixli 10/Ə/2948/1 nömrəli, 8 aprel 2019-cu il tarixli 10/Ə/2948/2 nömrəli, 8 aprel 2019-cu il tarixli 21/Ə- 2612/3-061/3 nömrəli, 9 aprel 2019-cu il tarixli 10/Ə/2948/3 nömrəli, 13 aprel 2019-cu il tarixli 21/Ə-2612/4-061/4-t/1 nömrəli, 15 aprel 2019-cu il tarixli 10/Ə/2948/5 nömrəli, 3 may 2019-cu il tarixli 10/Ə/2948/6 nömrəli, 14 may 2019-cu il tarixli 21/Ə-2612/5-062 nömrəli məktublarla daxil olmuş müraciətləri Nazirlik tərəfindən 13 mart 2019-cu il tarixli **********1 nömrəli, 8 aprel 2019-cu il tarixli **********5 nömrəli, 15 aprel 2019-cu il tarixli **********9 nömrəli, 9 iyul 2019-cu il tarixli **********6 nömrəli məktublarla cavablandırılmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Yuxarıda qeyd olunan normadan irəli gələrək mövcud məhkəmə praktikasına istinadən bildirilir: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı üzrə: Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır; Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir; Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur; Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir; Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikasının “inzibati Prosessual Məcəlləsinin 22.1 -ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən, müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında göründüyü kimi iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin, aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-nin müddəaları tətbiq oluna bilər. Qeyd olunan Məcəllənin 130.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilənlərə əsasən iddia müddətinin ötürülməsi səbəbi ilə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılması və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndələri ayrı-ayrılıqda tərəflərindən təqdim olunmuş vəsatətə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”: 1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. .. 5.5. Nazir: ... .5.6. Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6-1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür; 5.5.6-1. Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir; “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. ... Maddə 14.Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. İnzibati Prosessual Məcəllə. ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ... Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi. Məhkəmə ilk öncə iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi) İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Prosessual qanunvericiliyin aşkar tələbindən də göründüyü kimi məhz qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut edilməli, inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırılmalı, konkret halda hüquqi müdafiəyə ehtiyacının olub müəyyən edilməlidir. Belə ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 noyabr 2018-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və Audit şöbəsinin icra və əmək intizamına nəzarət sektorunun müdiri vəzifəsinin tutulması məqsədi ilə elan edilmiş ümumi müsahibədn müvəffəqiyyətlə keçərək iddia etdiyi vəzifəyə uyğun hesab edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müsahibənin nəticəsi ilə bağlı hərəkətlərinin (hərəkətsizliytinin) qanunsuz hesab edilməsinə nail olmaq istəyir. Məhkəmə iddia tələbinə münasibətdə ilkin onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəmədən sadəcə cavabdehin müsahibənin nəticəsi ilə bağlı hərəkətlərinin (hərəkətsizliytinin) qanunsuz hesab edilməsini xahiş edir. Belə ki, cavabdehin onun barəsində hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi işin hazırki mərhələsində iddiaçıya heç bir nəticə və ya üstünlük vermir. Başqa sözlə desək, iddiaçının hazırki iddia tələbilə bağlı məhkəməyə müraciət etməkdə çatmağı arzuladığı məqsədin nədə ibarət olması qeyri-müəyyəndir və cavabdeh hərəkət və ya hərəkətsizliyi məhkəmə tərəfindən müəyyən olunub təsdiq olunduğu halda iddiaçının cavabdeh inzibati orqana münasibətdə hər hansı üstünlük əldə etməsi müəyyən olunmur. Məhkəmə qeyd edir ki, iddia tələbinin “hərəkətlərin qanunsuz hesab edilməsi” formasında iddianın təmin etməsi qeyri-müəyyənlik yaratmaqla düzgün iddia növünün seçilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, AR İPM-2.2.4 maddəsi inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) aiddir ki, iddiaçı inzibati akt olmadığından cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi eləcə də qadağanedici tədbirin tətbiqinə aid olmayan ayrılıqda tələb kimi hər hansı hüquqi nəticəsi olmayan təkcə “hərəkətlərin qanunsuz hesab edilməsi” formasında iddianın mahiyyəti üzrə qiymətləndirilməsi məhkəmə hesab edir ki, mümkünlük şərtlərini ödəməmişdir. Nəzərə alınmalıdır ki, hazır iddia tələbi təmin olunacağı təqdirdə həmin məhkəmə qərarı iddiaçının çatmaq istədiyi məqsəd baxımından hər hansı nəticə doğurmamaqla faktiki olaraq icrası mümkün olmayan, qeyri-dəqiq nəticə hissəsində ibarət olacaqdır. Belə olduqda məhkəmə hesab edir ki, iddianın nəticə hissəsinin ifadə tərzi işə mahiyyəti üzrə qiymətləndirilməsinə, iddiaçının hüquqi marağının konkret olaraq nədən ibarət olmasına imkan vermir. İddiaçının məhkəmədən tələbi ehtimallarla bağlı olmuş, xəyali pozuntu ehtimalına əsaslanmaqla hazırkı tələblə müraciət edilmişdir. Belə ki, iddiaçının hazırki gözləntisinin nədən ibarət olunduğu müəyyən edilmir və hüquqi marağının aydın olmadığını göstərir. Belə ki, iddiaçının hazırki iddia tələbi üzrə hüquqi marağın mövcudluğu müəyyən edilmədiyindən, iddia tələbi mümkünlük şərtlərini ödəmir. Məhkəmə həm də onu qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və Audit şöbəsinin İcra və əmək intizamına nəzarət sektorunun müdiri vəzifəsinin tutulması məqsədilə 27 noyabr 2018-ci il tarixində elan edilmiş ümumi müsahibə üzrə 4 namizədin müraciəti qeydə alınmışdır. Namizədlərdən 2-si müsahibədə iştirakdan imtina etmiş, 1 namizəd müsahibədə uğur qazana bilməmiş, iddiaçı isə müsahibədən müvəffəqiyyətlə keçərək iddia etdiy vəzifəyə uyğun hesab edilmiş, lakin onun müvafiq vəzifəyə təyinatı ilə bağlı qərar qəbul olunaraq, Azərbaycan Respublikasının X4 təqdim olunmamışdır. Bu isə onu sübut edir ki, iddiaçının müvafiq vəzifəyə təyin olunması və ya təyin olunmasından imtina barədə hər hansı hüquqi nəticəsi olan inzibati akt qəbul edilməmişdir. Belə olduqda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müvafiq vəzifəyə təyin olunması və ya təyin olunmasından imtina barədə müəyyən hüquqi nəticələr yaradan inzibati akt qəbul edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilərək dövlət qulluqçusu kimi vəzifəyə təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edə bilərdi ki, bu isə işin hazırki mərhələsində mümkünsüzdür. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı barəsində qanuni qüvvəyə minmiş hökm əsasında o, 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Əlavə olaraq məhkəmə həm də onu qeyd etməyi zəruri hesab edir ki, “Dövlət qulluğu haqqında” Qanunun 29.3-cü maddəsinin 3-cü hissəsinə əsasən daxili müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin müvafiq qərarı əsasında bu Qanunun 29.4-29.9-cu maddələrinə uyğun olaraq bu maddənin birinci hissəsində nəzərdə tutulmuş digər şəxslərin iştirakı nəzərdə tutan müsahibə (ümumi müsahibə) və ya Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə keçirilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən şəxsin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən edilir. Bu Qanunun 29.10-cu maddəsinə əsasən müsahibənin nəticələrinə görə müvafiq inzibati vəzifənin tutulması barədə qərar qəbul edilir. Məhkəmə nəzərə alır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Məhkəmə, həmçinin nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir. Məhkəmə işin qeyd olunan hallarından çıxış edərək hesab edir ki, inzibati orqana diskresion səlahiyyət əsasında vakant vəzifəyə təyin olunma barədə qərar qəbul etmək, onun özünün qiymətləndirməsinə əsasən seçim etmək imkanı vermişdir. Məhkəmə həm də onu qeyd edir ki, iddiaçı 2006-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun keçmiş Bakı şəhəri Səbail rayon, 2013-2015-ci illərdə isə keçmiş Suraxanı rayon şöbələrinin pensiya təyinatı sektorunda işləmiş, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2015-ci il tarixli, 1387/k N-li əmri ilə xx.xx.2015- ci il tarixdən “vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verdiyinə görə” “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı və 33.1.6-cı maddələrinə əsasən tutduğu vəzifəsindən azad edilməklə dövlət qulluğuna xitam verilmişdir. Beləliklə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı Azərbaycan Respublikasının X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “müsahibənin nəticəsi ilə bağlı cavabdehin hərəkətlərinin (hərəkətsizliyin) qanunsuz hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev