Məhkəmə qərarları › İş №e-2-1(112)-3648/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3648/2025

21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3648/2025 21.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "X3" MMC) “qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "X3" MMC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğvi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 1 saylı Bakı Ərazi İdarəsi cavabdeh qismində tanınmış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "X3" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər (adi cəlbetmə). Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən "xxxx" MMC-nin adına alınmış xx.xx.2022ci il tarixli, ********** qeydiyyatın və həmin qeydiyyatla bağlı çıxarış qanunsuz əldə olunduğu üçün ləğv edilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017-ci il tarixli, GMPE1- 47/2017 saylı müqaviləyə əsasən "xxxx" MMC-nin adından xx.xx.2016-cı il tarixli etibarnamə əsasında çıxış edən “X3” MMC-dən Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 129, 133 və Hüseyn Cavid küçəsi 194, 196, 198, 200, 202 ünvanlarında (əvvəlki ünvan: ünvan 1cu mərtəbə, 47 nömrəli, ümumi satış sahəsi 122.87 olan 2 otaqlı mənzili əldə etmişdir. Belə ki, həmin müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 89, E1 bloku, 47 nömrəli mənzilin qiyməti 122.870 AZN təşkil edir. Hal-hazırda iddiaçı müqaviləyə əsasən alıcı olaraq öz üzərinə düşən vəzifələrini tam yerinə yetirmişdir. Müqaviləyə görə iddiaçının üzərinə 50.000 AZN ilkin ödəniş, sonra isə hər ay 1215 AZN ödəniş etmək vəzifəsi qoyulmuşdur. İddiaçı 50.000 AZN məbləğində ilkin ödənişi xx.xx.2017-ci il tarixində ödəmişdir. Növbəti aylıq ödənişləri isə MilliÖn ödəniş terminalı vasitəsilə həyata keçirmişdir. Odur ki, hal-hazırda iddiaçının "xxxx" MMC-yə, etibarnamə ilə onun səlahiyyətlərini həyata keçirən “X3” MMC-yəBakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 89, E1 bloku, 47 nömrəlimənzil ilə bağlı hər-hansı borcu qalmamışdır. Lakin iddiaçının öz öhdəliklərini yerinə yetirməyinə baxmayaraq, “X3” MMC öz öhdəliyindən boyun qaçırmış və onun Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 89, E1 bloku, 47 nömrəli mənzili ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindəçıxarış əldə etməyimə şərait yaratmamışdır. Əlavə olaraq, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 129, 133 və Hüseyn Cavid küçəsi 194, 196, 198, 200, 202 ünvanlarında (əvvəlki ünvan: ünvan 1cu mərtəbə, 47 nömrəli, ümumi satış sahəsi 122.87 olan 2 otaqlımənzilə dair "xxxx" MMC-nin adına xx.xx.2022-ci il tarixində ********** qeydiyyat nömrəli çıxarış alınmışdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Müvafiq ünvanda yerləşən mənzil "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çoxmənzilli yaşayış binasının tərkib hissəsi olmuş, daha sonra MMC tərəfindən edilmiş müraciət əsasında mənzilə dair ********** nömrəli, **********40-05301-093476 reyestr nömrəli çıxarış təqdim edilmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilənin predmeti “Gilan MMC (onun adından “X3” MMC) tərəfindən Bakı şəhəri, ünvan 2 ünvanında (əvvəlki ünvan: ünvan 3iş inşa edilmiş E1 bloku, 19-cu mərtəbə, 47 nömrəli, ümumi sahəsi 122,87 kv.m, 1 ədəd, 2 otaqdan mənzili bu müqavilənin 1 saylı əlavəsində qeyd edilmiş texniki şərtlərlə uyğun qaydada İddiaçı satılmasından, İddiaçı ilə öz növbəsində satıcıya bu müqavilənin 2 saylı əlavəsində qeyd olunan qaydalara uyğun ödənişi etməsindən ibarətdir. Kassa mədaxil orderindən görünür ki, mənzilin dəyərinə görə 50.000 manat ödənilmişdir. Ödəniş məlumatlarından görünür ki, mənzilin dəyərinə görə 122.870 manat ödəniş edilmişdir. Müqavilə üzrə borc qalmamışdır. Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 194, 196,198, 200, 202, mənzil 47 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 194, M19, m2) ünvanında yerləşən mənzil üzərində "xxxx" MMC xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. Texniki pasportdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 194, 196,198, 200, 202, mənzil 47 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 194, M19, m2) ünvanında yerləşən mənzilin texniki parametrləri müəyyən olunmuşdur. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Mülki Məcəllənin: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyas Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə diqqətə çatdırır ki, iddia tələbi "xxxx" MMC-nin adına daşınmaz əmlakın – konkret olaraq, xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış mənzilə dair hüquqların ləğv edilməsi və bu qeydiyyat əsasında verilmiş çıxarışın ləğv olunmasından ibarətdir. İş materiallarından göründüyü kimi, iddiaçı "xxxx" MMC ilə həmin mənzilə dair alqı-satqı müqaviləsi bağlamış və bu müqavilə əsasında mənzilin dəyərini tam şəkildə ödəmişdir. Bu ödənişləri təsdiqləyən qəbzlər, həmçinin, iddiaçı tərəfindən mənzilin alınmasına dair imzalanmış müqavilə də təqdim olunmuşdur. Bu hallara əsasən, iddiaçının mənzilin faktiki sahibi olması şübhə doğurmur. Bununla belə, mənzilə dair hüquqların "xxxx" MMC-nin adına dövlət qeydiyyatına alınması iddiaçı tərəfindən mübahisələndirilir. Bu xüsusda, mübahisəli qeydiyyatın qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmadığının qiymətləndirilməsi zəruridir. Belə ki, AR Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Mülki qanunvericiliyin müvafiq normalarına əsasən, çoxmənzilli yaşayış binalarında yerləşən mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün ilkin mərhələdə həmin binanın ümumilikdə MTK və ya MMC-nin mülkiyyətində olması və bu hüquqların qeydiyyata alınması tələb olunur. Daha sonra isə mənzillər üzrə fərdi mülkiyyət hüquqları bağlanmış müqavilələr əsasında payçılar və ya alıcıların adına qeydiyyata alınmalıdır. Bu hüququn əsası ondan irəli gəlir ki, mülki qanunvericiliyin tələblərinə görə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. (Oxşar mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-991/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında da əks olunmuşdur) Göstərilən səbəbdəndir ki, binanın ümumi olaraq "xxxx" MMC-nin adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə cavabdehin hərəkətləri, vermiş olduğu çıxarış mübahisələndirilməmişdir. Belə ki, yuxarıda istinad edilən qərar və qanunvericiliyin tələbləri ilə də müəyyən edilir ki, MMC ilk növbədə binanın mülkiyyətçisi kimi tanınmalı, ondan sonra ayrı-ayrı şəxslərə həmin yaşayış və qeyri-yaşayış sahələrinin keçidini həyata keçirməlidir. Hazırkı halda da, üçüncü şəxsin adına binaya dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Lakin, bundan sonra cavabdeh və üçüncü şəxs nəzərə almamışdır ki, mübahisəli mənzilə dair MMC və iddiaçı arasında müqavilə münasibəti mövcud olmuş, həmin mənzil iddiaçıya ayrılmışdır. Cavabdeh isə həmin halı nəzərə almadan, üçüncü şəxs də buna dair cavabdehə hər hansı sənəd təqdim edilmədiyindən, iddiaçıya satılmış həmin əmlaka üçüncü şəxsin adına qanunsuz və əsassız olaraq mülkiyyət hüququna dair qeydiyyat aparılmışdır. Hazırki işdən görünür ki, "xxxx" MMC tərəfindən daşınmaz əmlakın dövlət qeydiyyatı mənzil üzrə aparılmış, lakin həmin mənzilin məhz "xxxx" MMC-yə məxsusluğunu sübut edən hüquqmüəyyənedici sənədlər olması müəyyən olunmamışdır. Əksinə, iddiaçı tərəfindən təqdim olunmuş müqavilə və ödəniş sənədləri əsasında müəyyən edilir ki, mənzilin faktiki alıcısı və kapital qoyuluşu edən tərəf iddiaçıdır. İddiaçı bağlanmış müqavilə əsasında mənzilə dair öhdəlikləri icra etmiş, mənzilə dair pul vəsaitini tam şəkildə ödəyərək mülkiyyət hüququnun əsasını təşkil edən münasibətləri formalaşdırmışdır. Başqa sözlə, iddiaçı həmin mənzilin tikintisi zamanı kapital qoyuluşu həyata keçirmiş, bu isə onu müvafiq yaşayış sahəsinin investoru (payçısı) statusunda çıxış edən şəxs kimi hüquqi cəhətdən tanımağa əsas verir. Bu baxımdan, həmin mənzilə dair qeydiyyatın "xxxx" MMC-nin adına olması, faktiki olaraq iddiaçının gözlənilən mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən aparılmış qeyd əsassız olmuşdur. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən "xxxx" MMC-nin adına alınmış xx.xx.2022-ci il tarixli, ********** qeydiyyatın və həmin qeydiyyatla bağlı çıxarış qanunsuz əldə olunduğu üçün ləğv edilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar