Məhkəmə qərarları › İş №e-2-1(112)-3651/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3651/2025

28.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3651/2025 28.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X22 İsgəndər qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: X8 ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, övladları xx.xx.2006-ci il təvəllüdlü İddiaçı və xx.xx.2007-ci il təvəllüdlü X11 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası "məcburi köçkün”’ statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Övladları xx.xx.2006-cı il təvəllüdlü İddiaçı və xx.xx.2007-ci il təvəllüdlü X9 atası Əli Qəhrəmanov məcburi köçkün statusuna malik olmadığından onlara məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Bundan sonra iddiaçı X8 cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx xxxx 2006-cı il təvəllüdlü İddiaçı və 22 may 2007-ci il tarixli X11 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı X8 xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, onun əsl İddiaçı ilə əvəz edilməsini, İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. II. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının anası X8 (bundan sonra - İddiaçı) qeydiyyat və yaşayış yeri olan Cəbrayıl rayonu, Horovlu kəndinin 1993-cü ildə işğal olunmasından sonra məcburi köçkün olaraq Bakı şəhərinə köçürülmüşdür. Bundan sonra, Cəbrayıl rayonunda doğulmuş və qeydiyyatda olmuş vətəndaş X10 ilə qeyri-rəsmi nikah münasibətlərində olmuş, bu münasibətdən xx xxxx 2006-cı il təvəllüdlü İddiaçı və 22 may 2007-ci il tarixli X15 adlı övladları dünyaya gəlmişdir. İddiaçının vətəndaş Ə.Qəhrəmanov ilə olan qeyri-rəsmi nikah münasibətləri 2008-ci ildən etibarən pozulduğundan övladlar həmin tarixdən etibarən iddiaçının anasının himayəsində yaşamaqdadırlar. Bu vaxta kimi, uşaqların atası tərəfindən ona heç bir aliment ödənişi edilməmiş, ümumiyyətlə Ə.Qəhrəmanov tərəfindən uşaqların qayğısına qalınmamışdır. Keçən bu dövr ərzində iddiaçının anası uşaqlarının bütün ehtiyaclarını təkbaşına ödəmiş, onların təhsil və tərbiyə almaları ilə şəxsən təkbaşına məşğul olmuşdur. İddiaçının anası himayəsində olan övladlarının məcburi köçkün olaraq qeydiyyata alınmaları və onlara məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə (bundan sonra - Cavabdeh) müraciət ünvanlamışdır. Cavabdehin 08 oktyabr 2024-cü il tarixli, 3-36-3/2-M-126xx-xx/2024/12789 saylı məktubu ilə xx xxxx 2006-cı il təvəllüdlü İddiaçı və 22 may 2007- ci il tarixli X9 ataları Ə. Qəhrəmanovun məcburi köçkün statusuna malik olmaması səbəbindən onların məcburi köçkün olaraq qeydiyyata alınmasından və onlara məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsindən imtina edildiyi bildirilmişdir. Cavabdehin istinad etdiyi qaydalarla müəyyən olunmuş tələblər Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan tələbləri ilə ziddiyyət təşkil edir. Belə ki, övladlara məcburi köçkün vəsiqəsinin verilməsi ilə əlaqədar müraciətlərə baxılması zamanı atanın məcburi köçkün olaraq statusunun nəzərə alınması birmənalı olaraq cinsi ayrıseçkiliyə gətirib çıxarmaqdadır. Vətəndaş Ə.Qurbanovla iddiaçının anası arasında heç vaxt rəsmi nikah olmamış, birgə qeyri-rəsmi nikahdan doğulan övladları doğulduğu vaxtdan onun himayəsində və qayğısı altında olmuşdur. Ümumiyyətlə, vətəndaş Ə.Qurbanovun hazırda da harada olması barədə dəqiq məlumatları yoxdur. Göründüyü kimi, yuxarıda qeyd olunan hüquq norması əsasən rəsmi nikahda olan valideynlərə şamil edilməli, onunla vətəndaş Ə.Qurbanov arasında olan qısa müddətli qeyri-rəsmi ailə münasibətlərinə şamil edilməməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazda iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçının anasının "övladına məcburi köçkün vəsiqəsinin verilməsi" barədə Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, "Azerbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu ve onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar'ın 4.1.6-Cİ yarımbəndinin tələblərinə əsasən, valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azerbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. xx.xx.2006cı il təvəllüdlü İddiaçı atası Əli Qəhrəmanov məcburi köçkün statusuna malik olmadığından övladınıza məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. İddiaçı atası Əli Qəhrəmanov məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir; Əlı Qəhrəmanov ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; İddiaçı anası X8 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir; X1 rayonu Horovlu ərazi dairəsi, Horovlu kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı atası Əli Qəhrəmanov məcburi köçkün statusuna malik olmadığından və yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon deyil, “Bakı şəhəri” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”-ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. O uşaqlara mecburi köçkün statusu verilir ki: 1. Valideynlərindən atası "məcburi köçkün" statusuna malik olsun. 2. Her iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzre işğal olunmuş rayon (şəhər) 3. Azerbaycan Respublikasının şexsiyyet vəsiqəsini almış olsun. İddiaçının bacısına münasibətdə yuxarıda sadalanan üç şərtdən ikisi ödənilmədiyindən ona məcburi köçkün statusu ve onu təsdiq edən vəsiqə verilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin imtinasını aldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan AZ-İ serialı 786801 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixində Moskvada doğulmuşdur. X4, anası X6r. AZ-İ serialı 956724 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2006-cı il tarixində Bakıda doğulmuşdur. X4, anası X6r. AA2033081 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1970-ci il tarixdə doğulmuşdur . AA seriyalı 272554 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X1 rayonunu 1993-ci ildə tərk etmişdir, cavabdehin xx.xx.2012-ci il tarixli qərarına əsasən ona məcburi köçkün statusu verilmişdir. Cəbrayıl rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-40/2-638/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, Cəbrayıl rayonundan məcburi köçkün xx.xx.1974-cü il təvəllüdlü X1 rayonunun pasport qeydiyyatında olsa da, Bakı şəhəri, Binəqədi rayon sakini ilə ailə həyatı qurduğu üçün ona vahid aylıq müavinət ödənilmir, İ.Mikayılovanın övladları İddiaçı və X15 isə məcburi köçkün statusu olmadığı üçün vahid aylıq müavinət almırlar. X2 rayon sakini deyil və vahid aylıq müavinət almır. Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli 3-36-3/2-4687/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı, X3 məcburi köçkünlərin vahid elektron bazasında ünvan 4 ünvanında məcburi köçkün kimi qeydiyyatdadır. X20 idarəetmə və status şöbəsinin 2007-2024-cü illəri əhatə edən elektron məlumat bazasında onlara məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi barədə qeyd aşkar edilməmişdir. X1 rayonundan məcburi köçkündür. X10 məcburi köçkün statusuna malik deyil. Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-32870/24 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdən hazırədək Cəbrayıl rayonu, Horovlu kəndində; xx.xx.2007-ci il təvəllüdlü X15 xx.xx.2015-ci il tarixdən hazırədək Cəbrayıl rayonu, Horovlu kəndində; xx.xx.1970-ci il təvəllüdlü X8 xx.xx.1992-ci il tarixdən hazırədək Cəbrayıl rayonu, Horovlu kəndində; xx.xx.1966-cı il təvəllüdlü X7 xx.xx.1988-ci il tarixdən hazırədək ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-48506/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, X5 adına Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, 12, giris D mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, giriş D, mənzil 12 X5 xüsusi mülkiyyətindədir. İddiaçı hazırda valideynlərindən anasının məcburi köçkün statusuna malik olmasına istinad edərək, ona da məcburi köçkün statusunun verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə 14. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Tətbiq edilən və yuxarıda sadalanan normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin xx.xx.2013cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6cı yarımbəndinə görə “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir. Bununla bağlı Məhkəmə qeyd edir ki, iddiaçının anası İ.Mikayılova qeydiyyat ünvanını dəyişməsə də, onun mülkiyyətində yaşayış sahəsi olmaqla, yaşayış yeri ilə təmin olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, İ.Mikayılovanın ayrıca yaşayış sahəsi əldə etməsi və həmin yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınması səbəbindən cavabdeh tərəfindən iddiaçıya məcburi köçkün statusu verilməsi Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.2.6-cı bəndinə ziddir və bu halda cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin 2-1(102)-2113/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarını əsas gətirir. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “iddiaçının arvadı, onun 2002-ci il təvəllüdlü qızı hələ anadan olmamışdan əvvəl, yəni, 2002-ci il tarixədək ayrıca yaşayış sahəsi əldə etdiyi və həmin yaşayış sahəsinin onun mülkiyyətində olduğu, iddiaçı və arvadı 2002-ci il tarixdən həmin mənzildə qeydiyyatda düşdüyü səbəbindən cavabdeh tərəfindən iddiaçının qızına məcburi köçkün statusu verilməsi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə ziddir və bu halda cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur.” Göründüyü kimi kassasiya instansiya məhkəməsi oxşar iş üzrə eyni mövqeyi nümayiş etdirərək hesab etmişdir ki, məcburi köçkün statusunun verilməsini tələb edən şəxsin valideynlərindən biri əmlak sahibi olarsa, bu zaman həmin şəxsin məcburi köçkün statusunu tələb etmək hüququ yaranmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. X24

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar