Məhkəmə qərarları › İş №e-2-1(112)-3652/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3652/2022

31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3652/2022 31.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və s.” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı xx.xx.2021-ci il tarixli **********039800 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrin ləğvi, işə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********039800 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “X30 Xidmət Haqqında” Əsasnamənin 5-ci hissəsinə əsasən vergi orqanında xidmətinə xitam verilmişdir. Aşağıda göstərdiyi hallara görə hesab edir ki, xx.xx.2021-ci il tarixli **********039800 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmr qanunsuz və əsassızdır. Belə ki, dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqənin test və müsahibə mərhələlərini müvəffəqiyyətlə keçərək xx.xx.2011-ci il tarixdə ləğv edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin (hal hazırda Dövlət Vergi Xidmətinin) 6 saylı Ərazi Vergilər İdarəsinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə stajçı kimi, xx.xx.2012-ci il tarixdə həmin idarənin Bəyannamələrin kameral yoxlanması şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə stajçı kimi, xx.xx.2012-ci il tarixdə həmin idarənin Qeydiyyat və uçot şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə, xx.xx.2015-ci il tarixdə həmin idarənin Operativ nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə, xx.xx.2015-ci il tarixdə həmin şöbənin böyük dövlət vergi müfəttişi vəzifəsinə, xx.xx.2016-cı il tarixdə həmin idarənin Audit şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsinə, 01.01.201-ci il tarixdə həmin idarənin Kiçik sahibkarlıqla iş şöbəsinin Vergi qanunvericiliyinin icrasına nəzarət bölməsinin böyük dövlət vergi müfəttişi vəzifəsinə, xx.xx.2019-cu il tarixdə 6 saylı Ərazi Vergilər Departamentinin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsinə, xx.xx.2019-cu il tarixdən həmin departamentin Səyyar vergi yoxlamaları şöbəsinin rəhbəri vəzifəsinə, xx.xx.2019-cu il tarixdən 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin şöbə rəisi vəzifəsinə təyin edilib. Üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə və xidməti nöqsanlara yol verməməyə çalışmış, rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında icra edib. Bütün bunlara baxmayaraq, Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********408100 nömrəli əmri ilə “X30 Xidmət Haqqında” Əsasnamənin 41-ci maddəsinə əsasən barəsində aparılan xidməti araşdırma ilə əlaqədar vəzifədən kənar edilmişəm. Xidməti araşdırma qərəzli şəkildə aparılmış, göstərdiyim dəlillərə və ümumi problemlərə aydınlıq gətirilməmiş, işin halları barədə Dövlət Vergi Xidmətinin rəhbərliyinə qəsdən yanlış məruzə edilmişdir. xx.xx.2021-ci il tarixli **********039800 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrdə qeyd edilmişdir ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən vergi orqanında qeydiyyatda olan "xxxx" MMC-yə (VÖEN **********) himayədarlıq edilməsi barədə daxil olmuş məlumat əsasında Daxili təhlükəsizlik baş idarəsində xidməti araşdırma aparılmışdır. Xidməti araşdırmanın nəticəsi olaraq, xx.xx.2021-ci il tarixli **********039800 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “X30 Xidmət Haqqında” Əsasnamənin 5-ci hissəsinə əsasən vergi orqanında xidmətimə xitam verilmişdir. Qeyd olunan əmrin məzmunu xidməti araşdırma aparan Daxili təhlükəsizlik baş idarəsinin əməkdaşları tərəfindən işin faktiki hallarına və izahatımda göstərdiyim dəlillərə uyğun olmayaraq formalaşdırılmışdır. Bildirmək istəyir ki, onun tərəfindən "xxxx" MMC-yə (VÖEN **********) himayədarlıq edilməmiş, habelə onun qeyd olunan müəssisə və müəssisənin heç bir vəzifəli şəxsi və nümayəndəsi ilə əlaqəsi olmamış, heç bir vəzifəli şəxsini və nümayəndəsini tanımamış, eləcədə həmin müəssisənin heç bir vəzifəli şəxsi və nümayəndəsi məni tanımamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin maddənin 3-cü bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Vergi orqanlarında xidmətimə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsas götürülsə də cavabdeh qurum tərəfindən hərəkətimdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndindəki pozuntunun nədə ifadə edildiyi əsaslandırılmamışdır. Belə ki, barəsində vergi orqanlarında xidmətimə xitam verilməsi üçün əsas götürülmüş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin 2 halını özündə ehtiva edir. Onlardan biri işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, digəri isə həmin məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Hazırki halda isə barəsində qəbul edilmiş Əmrdə vergi orqanlarında xidmətimə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin hansı hissəsi ilə xitam verildiyi qeyri-müəyyəndir. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən “Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun”. Bundan başqa mübahisələndirilən Əmrdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə zidd olaraq cavabdeh orqan tərəfindən vergi orqanlarında xidmətinə xitam verilməsinin, başqa sözlə aramızda bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Bundan başqa, cavabdeh orqan tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin tələbləri də pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin yeganə şərti olaraq işçinin vəzifə borcunu yerinə yetirməməsi nəticəsində işəgötürənə hər hansı formada ziyanın dəyməsi müəyyən edilmişdir. Bu halda ortaya belə bir sual çıxır ki, hesab etsək ki tərəfimdən vəzifə borcum yerinə yetirilməmişdir, o zaman bütün bunların nəticəsində işəgötürənə hansı ziyan dəymişdir? Hazır ki halda cavabdeh orqan mənim hərəkətlərim nəticəsində hansı ziyana düşdüyünü barəmdə qəbul etdiyi əmrdə göstərməmiş, başqa sözlə vergi orqanlarında xidmətimə xitam verilməsi üçün əsas götürdüyü Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini tətbiq edərkən həmin Məcəllənin 71-ci maddəsinin 2 və 3-cü hissəsinin tələblərini açıq-aşkar pozmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Bundan başqa, cavabdeh orqan tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinin tələbləri də pozulmuşdur. Belə ki, mübahisələndirilən əmrdə intizam xətasının nə vaxt törədilməsi barədə heç bir qeyd yoxdur. Ancaq xidməti araşdırma aparılan zaman mənə bildirilmişdir ki, guya intizam xətası 2020-ci ilin iyun ayında baş vermişdir. Əgər həqiqətən də həmin pozuntu 2020-ci ilin iyun ayında baş vermişdirsə, o zaman, intizam xətasının törədildiyi gündən altı ay keçmişdir. “X30 Xidmət Haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, intizam tənbehi verilərkən vergi orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törətdiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, 6 ay müddətinə aşağı vəzifəyə keçirmə, xüsusi rütbəni bir pillə aşağı salma kimi intizam tənbehlərindən biri tətbiq edilə bildiyi halda, hansı kobud pozuntum vergi orqanlarında xidmətinə xitam verilməsinə səbəb olması əmrdə əsaslandırılmamışdır.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdə 6 saylı Ərazi Vergilər İdarəsinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş və xx.xx.2021-ci il tarixədək vergi orqanında müxtəlif vəzifələrdə çalışmış, tutduğu sonuncu vəzifə isə 6 saylı Ərazi Vergilər Baş idarəsinin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi olmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********039800 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “X30 xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən İddiaçı vergi orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, onunla bağlı aparılan xidməti araşdırma qərəzli aparılmış, "xxxx" MMC-nə himayədarlıq etməmiş və müəssisə ilə heç bir əlaqəsi olmadığı halda xx.xx.2021ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən işdən azad olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən vergi orqanında qeydiyyatda olan "xxxx" MMC-yə (VÖEN: **********) himayədarlıq edilməsi barədə daxil olmuş məlumat əsasında Daxili təhlükəsizlik baş idarəsində xidməti araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, əsas fəaliyyət növü “Kommersiya və sahibkarlıq təşkilatlarının fəaliyyəti” və hüquqi ünvanı ünvan 12019-cu il tarixdə 6 saylı ƏVBl-də vergi uçotuna alınmışdır. Vergi uçotuna alındığı tarixdən xx.xx.2020-ci il tarixədək Cəmiyyətin direktoru və təsisçisi X17, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X31 olmuş, xx.xx.2021-ci il tarixdən təsisçi X6r. Cəmiyyətin "xxxx" MMC-dən (VÖEN: **********) icarəyə götürdüyü Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsində yerləşən əsas sahəsi 75,0 kv.m olan anbar vergi orqanında xx.xx.2020-ci il tarixdə təsərrüfat subyekti kimi qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Vergi ödəyicisi X11 (VÖEN: **********) icarəyə götürülmüş Abşeron rayonu, Saray ŞTQ körpünün yaxınlığında yerləşən, əsas sahəsi 64,0 kv.m olan anbar vergi orqanında xx.xx.2020-ci il tarixdə təsərrüfat subyekti kimi qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Lənkəran şəhəri İcra hakimiyyəti başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020ci il tarixdə verdiyi arayışa əsasən Cəmiyyətin həmin kənddə yerləşən 130 kv.m anbarı vergi orqanında xx.xx.2020-ci il tarixdə təsərrüfat subyekti kimi qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarılmış, həmin arayış əsasında anbar xx.xx.2020ci il tarixdə təkrarən vergi orqanında təsərrüfat subyekti kimi qeydiyyata alınmış və xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Cəmiyyət barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində ümumilikdə külli miqdar təşkil edən 1.873.426,70 manat məbləğində vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının büdcəyə ödəməkdən yayınma faktı üzrə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən fəaliyyət göstərdiyi dövrdə Cəmiyyət tərəfindən dövlət büdcəsinə 367.909,39 manat məbləğində ödəniş edilmiş və xx.xx.2021ci il tarixə 2.892.083,86 manat ödənilməmiş vergi borcu olmuşdur. AVlS-in “İş qovluqları” alt modulunda olan sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, 6 saylı ƏVBl-nin xx.xx.2021-ci il tarixli qərarına əsasən Cəmiyyətin Abşeron rayonu, Saray qəsəbəsi, Körpünün yaxınlığı ünvanında **********-31001 kodla qeydiyyatda olan anbar tipli təsərrüfat subyektində (obyektdə) xx.xx.2021-ci il tarixdə baş idarənin əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilmiş, təsərrüfat subyektinin (anbarın) boş olduğu, heç bir tikinti materiallarının olmadığı aşkar olunmuş və bu hal xx.xx.2021-ci il tarixli DVX seriyalı 001684 nömrəli aktla rəsmiləşdirilmişdir. Uçot-baza məlumatlarında olan, 6 saylı ƏVBl-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin rəisi Ələddin Babayev tərəfindən xx.xx.2020-ci il tarixdə **********328000 nömrə ilə qeydiyyata alınmış “Mal qalığının araşdırması aktı” adlı “ZİP” fayla baxış keçirilərkən Abşeron rayonu, Saray qəsəbəsi, Körpünün yaxınlığı ünvanında yerləşən anbarın içərisi dolu şəkilləri, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra 2 saylı ƏVBİ) Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi X7 və Cəmiyyətin direktoru X18 iştirakı ilə xx.xx.2020-ci il tarixdə keçirilmiş müşahidənin nəticəsi barədə tərtib edilmiş sərbəst akt və Cəmiyyətin “İSKO" QTSC-nin Bakı filialı (VÖEN:**********) və vergi ödəyicisi X32 (VÖEN: **********) ilə bağladığı icarə müqavilələrinin surətləri aşkar olunmuşdur. Qeyd olunan ziddiyyətli məqamların araşdırılması məqsədi ilə aidiyyəti vəzifəli şəxslərdən yazılı izahatlar alınmışdır. 6 saylı ƏVBl-nin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi İddiaçı xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, işlədiyi baş idarənin rəisi Namik Bağırovun şifahi tapşırığına əsasən həmin baş idarənin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin rəisi Ələddin Babayev ona Cəmiyyətin 2 saylı ƏVBl-nin əhatə dairəsində yerləşən anbarlarında malların mövcud olması vəziyyətinin müəyyənləşdirilməsi üçün ora getməli olduğunu bildirmiş, lakin özünün həmin ünvana getmək imkanı olmadığına görə əvvəllər bir yerdə işlədiyi və şəxsi münasibətləri olduğu 2 saylı ƏVBl- nin şöbə rəisi Orxan Əsgərovdan bu işlərin görülməsini şifahi olaraq xahiş etmişdir. Bu məqsədlə Cəmiyyətə aid mobil telefon nömrəsini uçot-baza məlumatlarından əldə edərək O.Əsgərova təqdim etmiş, keçirilmiş baxış tədbirinin nəticəsi barədə tərtib edilmiş sərbəst akt və anbarın şəkilləri P.Şahbazov tərəfindən “Whatsapp” proqramı vasitəsi ilə ona göndərilmişdir. Lakin şəkillər iki obyektdə çəkildiyindən vergi orqanında qeydiyyatda olmayan obyektin də icarə müqaviləsinin Cəmiyyətin nümayəndəsindən alınmasını P.Şahbazova tapşırmış, sonuncu tərəfindən bütün sənədlər və şəkillər ona təqdim edildikdən sonra həmin sənədləri “BigAnt Messenger” proqramı vasitəsi ilə Ə.Babayevə göndərmişdir. P.Şahbazov xx.xx.2021-ci il tarixli izahatında işlədiyi şöbənin rəisi Orxan Əsgərovun şifahi tapşırığına əsasən sonuncu tərəfindən qeyd kağızına yazıb verdiyi mobil nömrəyə zəng edərək Sumqayıt şəhərində yerləşən “Daş bazan"nda özünü Cəmiyyətin rəhbəri kimi təqdim edən şəxslə görüşdüyünü, daş bazarının və Saray qəsəbəsində yerləşən tikinti materialları bazarının ərazisində həmin şəxs tərəfindən ona göstərilən yerlərin şəkillərini çəkdiyini, lakin həmin şəxsin şəxsiyyətini, onun və şəkillərini çəkdiyi obyektlərin cəmiyyətə aidiyyətini müəyyən etmədiyini, obyektlərin təsərrüfat subyekti kimi vergi orqanında qeydiyyatda olmasını araşdırmadığını, sərbəst aktın özünü Cəmiyyətin rəhbəri kimi təqdim edən şəxs tərəfindən tərtib edildiyini, Cəmiyyətin rəhbərinin ad və soyadını qeyd edərək ora imza atdığını, möhürlədiyini, obyektlərin özü tərəfindən çəkilmiş şəkillərini və icarə müqavilələrini 6 saylı ƏVBl-nin adını və mobil telefon nömrəsini xatırlamadığı əməkdaşına “Whatsapp" proqramı vasitəsi ilə göndərdiyini və gördüyü işlər barədə yalnız öz şöbə rəisinə məlumat verdiyini bildirmişdir. 6 saylı ƏVBl-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin rəisi X28 xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, Cəmiyyət 2020-ci ilin aprel ayından mallar əldə etməsinə baxmayaraq, satış həyata keçirməmişdir. Mal qalığınının müəyyən edilməsi məqsədilə operativ vergi nəzarəti tədbiri keçirilməsi üçün baş idarə rəisi N.Bağırovun qarşısında məsələ qaldırmış, sonuncu isə pandemiya ilə əlaqədar Cəmiyyətin 2 saylı ƏVBl-nin əhatə dairəsində yerləşən anbarlarında baxış keçirilməsi variantının üzərində dayanmışdır. Cəmiyyətin təsərrüfat subyektlərinin şəkilləri və sərbəst akt ona İddiaçı tərəfindən “BigAnt Messenger” proqramı vasitəsilə göndərilmiş, şəkillərdə malların mövcudluğunu görüb kifayətlənmiş, ona görə də digər halları araşdırmamışdır. Həmçinin araşdırma zamanı Cəmiyyətin iş qovluğu sənədlərinə baxış keçirilərkən Lənkəran şəhəri İcra hakimiyyəti başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Cəmiyyətin həmin kənddə 130 kv.m anbarının olması barədə xx.xx.2020-ci il tarixdə verilmiş arayışın (icra nümayəndəsi X52 və onun müavini X33 tərəfindən imzalanmışdır) mötəbərliyi şübhə doğurduğundan həmin arayışın kim tərəfindən tələb edilməsi və kimə verilməsi hallarının aydınlaşdırılması məqsədi ilə xx.xx.2021-ci il tarixdə Vilvan kənd inzibati ərazi dairəsi üzrə hazırkı nümayəndə X12 ilə telefon vasitəsilə əlaqə saxlanılmışdır. Y.Əzimzadə həmin arayışın nümayəndənin müavini G.lbayeva tərəfindən verildiyini söylədiyi üçün G.lbayeva ilə aparılmış danışıqlar zamanı o, bildirmişdir ki, həmin arayışın verilməsini ondan daha əvvəldən tanıdığı və mobil telefon nömrəsi (050) ***-**-** olan 6 saylı ƏVBl-nin Zaur adlı əməkdaşı zəng edərək xahiş etmişdir. Zaura Cəmiyyətin həmin kənddə anbarının olmadığını bildirdikdə, o “boş şeydir, narahat olma, bir-iki aylıq yaranmış müəssisədir, sonradan bağlanacaq” kimi ifadələr işlədərək arayışın verilməsini ondan təkidlə istəmişdir. Bundan sonra arayışı hazırlayaraq imzalamış, eyni zamanda keçmiş icra nümayəndəsi X22 da imza etdirmiş və Zaurun xahişinə əsasən Elnur adlı gənc bir vergi əməkdaşına təqdim etmişdir. Araşdırma zamanı G.lbayevanın adını çəkdiyi Zaur adlı şəxsin 6 saylı ƏVBl-nin Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin Vergi borclarının alınması şöbəsinin baş dövlət vergi müfəttişi X35 olduğu müəyyən edilmiş və ondan qeyd olunan xüsusatlar üzrə izahat alınmışdır. Z.Axundov araşdırmaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, 2020-ci ilin əvvələrində İddiaçı təşəbbüsü və xahişi ilə onu daha əvvəldən şəxsi münasibəti olduğu Lənkəran şəhəri İcra hakimiyyəti başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Gülnar İbayeva ilə tanış etmiş, Cəmiyyətin Vilvan kəndi ərazisində guya anbarının olması barədə verilən arayışın mətnini özü hazırlamış, həmin mətni nümayəndəliyə İddiaçı təqdim etmiş, telefon əlaqəsi yaradaraq G.lbayevadan həmin mətnə uyğun arayış verməsini xahiş edərək, Cəmiyyətin müvəqqəti yaranmış müəssisə olduğu üçün narahat olmamasını ona söyləmiş, hazırlanmış arayışı nümayəndəlikdən İddiaçı götürmüşdür. Bu xüsusat üzrə aparılmış araşdırma zamanı 6 saylı ƏVBl-nin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin xx.xx.2021-ci il tarixli **********164400 nömrəli “Təsərrüfat subyektinin ləğv edilməsi haqqında” xidməti məktubu və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli sərbəst akt və Vilvan icra nümayəndəliyinin xx.xx.2021-ciil tarixli 12-22/22 nömrəli arayışı 6 saylı ƏVBİ-nin (xx.xx.2021/**********591900) həmin baş idarənin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin böyük dövlət vergi müfəttişi X2 icrasına təqdim edildiyi və sonuncu tərəfindən sənədin icra olunduğu müəyyən olunmuşdur. İ.Dadaşov araşdırmaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında təsərrüfat subyektinin (obyektin) uçotdan çıxarılması vergi ödəyicisinin rəsmi müraciəti əsasında həyata keçirildiyi halda vergi ödəyicisindən müvafiq ərizə daxil olmadan Baş idarənin Operativ vergi nəzarəti şöbəsinin xidməti məktubu əsasında təsərrüfat subyektini (obyekti) “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”ın tələblərinə zidd olaraq qeydiyyatdan çıxardığını etiraf etmişdir. Bu hərəkətlərə (hərəkətsizliklərə) yol verməklə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin, Vergi Məcəlləsinin 31.0.1 və 31.0.2-ci yarımbəndlərinin, “X30 xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 1-ci abzasının, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 2.0.2-ci, 2.0.5-ci, 3.6.1ci və 3.6.3-cü yarımbəndlərinin, “X30 daxili xidməti intizam Qaydaları’’nın 4.1-ci, 4.2-ci, 4.3-cü və 4.9-cu bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. Həmçinin, iddiaçı öz ərizəsində bildirmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinin yeganə şərti olaraq işçinin vəzifə borcunu yerinə yetirməməsi nəticəsində işəgötürənə hər hansı formada ziyan dəyməsi müəyyən edilmişdir. Bununla bağlı iddiaçı qeyd etmişdir ki, “hesab etsək ki tərəfimdən vəzifə borcum yerinə yetirilməmişdir, o zaman bütün bunların nəticəsində işəgötürənə hansı ziyan dəymişdir?’’. Qeyd olunan sualın iddiaçının iddia ərizəsində əks olunması artıq öz-özlüyündə onun vəzifə səlahiyyətlərinə qarşı etinasız yanaşdığını və onlarla bağlı prinsipial mövqe tutmadığını göstərir. Qeyd edilir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə əsasdır. Həmin Məcəllənin 72-ci maddəsinin "e" bəndinə əsasən işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İddiaçı isə öz növbəsində vergi orqanlarında xidmətlə bağlı vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirən, nüfuzunu aşağı salan davranışlar sərgilədiyi, vəzifəsindən şəxsi maraqları üçün istifadə edərək vergi hüquqpozmalarına qarşı prinsipial mövqe tutmadığı və vergidən yayınma hallarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görmədiyi, hüquqpozmalarına qarşı prinsipial mövqe tutmaması və vergidən yayınma hallarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görməməsi xidməti araşdırma zamanı toplanmış sübutlarla təsdiqini tapmışdır. Həmçinin iddiaçı öz ərizəsində xx.xx.2021-ci il tarixli **********039800 nömrəli əmrin surəti ona Dövlət Vergi Xidməti tərəfindən deyil, işlədiyi 6 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən təqdim edilmişdir. İddiaçı gətirdiyi bu dəlili hər hansı formada əsaslandırmamışdır. Bununla bağlı bildirilir ki, həmin əmrin 4-cü bəndinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixli əmrlə tanış edilməsi və onun icrası ilə bağlı digər hərəkətlərin yerinə yetirilməsi məhz iddiaçının çalışdığı 6 saylı Ərazi Vergilər Baş idarəsinin səlahiyyətli şəxslərinə tapşırılmış və müvafiq qaydada icra edilmişdir. Beləliklə, İddiaçı yuxarıda qeyd edilən hərəkətləri ilə Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndində nəzərdə tutulmuş normanın pozulmasına yol vermiş, yəni əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən birinə aid olan əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməmişdir. Eyni zamanda İddiaçı vergi orqanlarının hüquq və vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirməməklə Vergi Məcəlləsinin 31.0.2-nin maddəsinin tələbini pozmuşdur. Bunlarla yanaşı artıq qeyd olunduğu kimi İddiaçı “X30 xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 5-ci abzasının, “X30 daxili xidməti intizam" qaydalarının 4.2-ci bəndinin, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları’’nın 2.0.2-ci, 3.2.2-ci, 3.10.1-ci və 3.10.2-ci bəndlərinin tələblərini də kobud şəkildə pozmuşdur. Belə ki, “X30 xidmət haqqında” Əsasnamənin 34-cü maddəsinin 5- ci hissəsinə əsasən vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirməyə borcludurlar. Həmçinin, "X30 daxili xidməti intizam” Qaydalarının 4.2-ci bəndinə əsasən vergi orqanlarının vəzifəli şəxsləri (və ya əməkdaşları) yüksək mənəvi keyfiyyətlərə və prinsipiallığa malik olmalı, vergi qanunvericiliyinin pozulması hallarına qarşı barışmaz mövqe tutmalı, xidməti fəaliyyətlərini düzgünlük və ədalətlilik prinsipləri əsasında qurmalıdırlar. “Dövlət vergi orqanı əməkdaşlarının etik davranış Qaydalarının” 2.0.2-ci bəndinə əsasən isə əməkdaşların etik davranış qaydaları müəyyən edilərkən rəhbər tutulan dəyərlərdən biri vicdanlılıq və dürüstlükdür, yəni vəzifə funksiyalarının şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə səmərəli yerinə yetirilməsi, onların icrası zamanı həqiqi faktların, hadisələrin və məlumatların üzə çıxarılması və aidiyyəti üzrə təqdim edilməsidir. Həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən əməkdaş dövlətin və cəmiyyətin maraqlarına ziyan vura biləcək və vergi orqanları barəsində mənfi reputasiya yarada biləcək insanlarla, idarə, müəssisə və təşkilatlarla əlaqələrdən çəkinməlidir Bununla yanaşı həmin Qaydaların 3.10.1-ci bəndinə görə əməkdaş vəzifə funksiyaları ilə şəxsi maraqlarının toqquşması halında bu maraqların vəzifə funksiyalarının obyektiv və qərəzsiz icrasına təsir göstərməsinə və ya belə təsir fikri yaratmasına yol verməməli, qanunsuz olaraq vəzifə funksiyalarından şəxsi maraqları üçün istifadə etməməli, xidməti zərurətlə bağlı olmayan hallarda vergi orqanı əməkdaşı olmasını qabartmamalıdır və 3.10.2-ci bəndinə görə əməkdaşın vəzifə funksiyaları ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi və ya yarandığı hallarda, o, həmin maraqların xarakteri barədə birbaşa rəhbərinə və ya etik davranış məsələləri üzrə səlahiyyətli şəxsə yazılı məlumat verməyə borcludur Göründüyü kimi, İddiaçı yuxarıda sadalanan normalara əməl etməmiş və onun barəsində intizam tənbehi tədbirləri görülərkən, o cümlədən vergi orqanlarında xidmətinə xitam verilərkən onun bundan əvvəl yol verdiyi intizam pozuntuları, habelə şəxsiyyəti, törətdiyi xətanın xarakteri və ağırlıq dərəcəsi nəzərə alınmışdır. Göstərilənlərə əsasən hesab edilir ki, iddia tələbinin əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi tamamilə əsassızdır və təmin olunmamalıdır.

4. İntizam tənbehi tədbirinin görülməsi barədə xx.xx.2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin "a" bəndinin, Vergi Məcəlləsinin 31.0.1 və 31.0.2-ci yarımbəndlərinin, “X30 xidmət haqqında Əsasnamə"nin 34-cü maddəsinin 1-ci abzasının, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 2.0.2-ci, 2.0.5-ci, 3.6.1-ci və 3.6.3-cü yarımbəndlərinin, "X30 daxili xidməti intizam Qaydaları”nın 4.1-ci, 4.2-ci, 4.3-cü və 4.9-cu bəndlərinin tələblərini kobud şəkildə pozduqlarını, yol verilən nöqsanların xarakterini və ağırlıq dərəcəsini nəzərə alaraq, İqtisadiyyat Nazirliyinin "Əməkdaşların Rusiya Federasiyasına ezam edilmələri haqqında" xx.xx.2021-ci il tarixli E- 95 nömrəli əmrini və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 5.5.1-ci və 5.5.6-cı yarımbəndlərinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi kiçik vergi xidməti müşaviri İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə və "X30 xidmət haqqında Əsasnamə"nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən vergi orqanında qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) himayədarlıq edilməsi barədə daxil olmuş məlumat əsasında Daxili təhlükəsizlik baş idarəsində xidməti araşdırma aparılmışdır. Araşdırma zamanı 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi, kiçik vergi xidməti müşaviri X23, böyük dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri X7, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin rəisi, baş vergi xidməti müşaviri X13, Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi, kiçik vergi xidməti müşaviri İddiaçı, İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin rəisi, vergi xidməti müşaviri X8, Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin Vergi borclarının alınması şöbəsinin böyük dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri X24, Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin rəisi, baş vergi xidməti müşaviri X3, Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin baş hüquqşünası, vergi xidməti müşaviri X14 və Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin böyük dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri X2 xidməti fəaliyyətləri zamanı, vəzifə və funksiyalarını yerinə yetirərkən kobud nöqsanlara, eləcə də vergidən yayınma hallarına şərait yaradan hərəkətlərə (hərəkətsizliyə) yol verdikləri müəyyən edilmişdir. Qeyd olunan hallarla bağlı əməkdaşlar xidməti araşdırmaya müvafiq izahatlar təqdim etmiş, lakin əsaslı səbəblər göstərə bilməmişlər.

5. Məhkəmənin sorğusuna əsasən Xidmətin Daxili təhlükəsizlik baş idarəsi tərəfindən aparılmış araşdırma zamanı İddiaçı alınmış yazılı izahatın, araşdırmanın nəticəsi barədə xidməti məruzə və “İntizam tənbehi görülməsi barədə” əmrdən çıxarışın təsdiq olunmuş surəti təqdim edilmişdir.

6. Daxili Təhlükəsizlik baş idarəsinin rəsinin araşdırmanın nəticəsi barədə xidməti məruzəsinə əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş dərəsinin (bundan sonra - 6 saylı ƏVBİ) əməkdaşları tərəfindən vergi orqanında qeydiyyatda olan "xxxx" MMC-yə (VÖEN **********) himayədarlıq edilməsi barədə daxil olmuş məlumat əsasında Daxili təhlükəsizlik baş idarəsində xidməti araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, əsas fəaliyyət növü “Kommersiya və sahibkarlıq təşkilatlarının fəaliyyəti” və hüquqi ünvanı ünvan 3rgi ödəyicisi kimi xx.xx.2019cu il tarixdə 6 saylı ƏVBl-də vergi uçotuna alınmışdır. Vergi uçotuna alındığı tarixdən xx.xx.2020-ci il tarixədək Cəmiyyətin direktoru və təsisçisi X17, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək X31 olmuş, xx.xx.2021-ci il tarixdən təsisçi X6r. Cəmiyyətin "xxxx" MMC-dən (VÖEN **********) icarəyə götürdüyü Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsində yerləşən əsas sahəsi 75,0 kv.m olan anbar vergi orqanında xx.xx.2020-ci il tarixdə təsərrüfat subyekti kimi qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Vergi ödəyicisi X11 (VÖEN **********) icarəyə götürülmüş Abşeron rayonu, Saray ŞTQ körpünün yaxınlığında yerləşən, əsas sahəsi 64,0 kv.m olan anbar vergi orqanında xx.xx.2020-ci il tarixdə təsərrüfat subyekti kimi qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bundan qaşqa, Lənkəran şəhəri İcra hakimiyyəti başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020ci il tarixdə verdiyi arayışa əsasən Cəmiyyətin həmin kənddə erləşən 130 kv.m anbarı vergi orqanında xx.xx.2020-ci il tarixdə təsərrüfat subyekti kimi qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə qeydiyyatdan çıxarılmış, həmin arayış əsasında anbar xx.xx.2020ci il tarixdə təkrarən vergi orqanında təsərrüfat subyekti kimi qeydiyyata alınmış və xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Cəmiyyət barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsində ümumilikdə külli miqdar təşkil edən 1873426,70 manat məbləğində vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının büdcəyə ödəməkdən yayınma faktı üzrə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən fəaliyyət göstərdiyi dövrdə Cəmiyyət tərəfindən dövlət büdcəsinə 367909,39 manat məbləğində ödəniş edilmiş və xx.xx.2021-ci il tarixə 2892083,86 manat ödənilməmiş vergi borcu olmuşdur. AVlS-in “İş qovluqları” alt modulunda olan sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, 6 saylı ƏVBl-nin xx.xx.2021-ci il tarixli qərarına əsasən Cəmiyyətin Abşeron rayonu, Saray qəsəbəsi, Körpünün yaxınlığı ünvanında **********-31001 kodla qeydiyyatda olan anbar tipli təsərrüfat subyektində (obyektdə) xx.xx.2021-ci il tarixdə baş idarənin əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilmiş, təsərrüfat subyektinin (anbarın) boş olduğu, heç bir tikinti materiallarının olmadığı aşkar olunmuş və bu hal xx.xx.2021-ci il tarixli DVX seriyalı 001684 nömrəli aktla rəsmiləşdirilmişdir. Uçot-baza məlumatlarında olan, 6 saylı ƏVBl-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin rəisi Ələddin Babayev tərəfindən xx.xx.2020-ci il tarixdə **********328000 nömrə ilə qeydiyyata alınmış “Mal qalığının araşdırması aktı” adlı “ZİP” fayla baxış keçirilərkən Abşeron rayonu, Saray qəsəbəsi, Körpünün yaxınlığı ünvanında yerləşən anbarın içərisi dolu şəkilləri, 2 saylı Ərazi Vergilər Baş idarəsinin (bundan sonra 2 saylı ƏVBİ) Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi X7 və Cəmiyyətin direktoru X18 iştirakı ilə xx.xx.2020-ci il tarixdə keçirilmiş müşahidənin nəticəsi barədə tərtib edilmiş sərbəst akt və Cəmiyyətin “İSKO” QTSC-nin Bakı filialı (VÖEN:**********) və vergi ödəyicisi X32 (VÖEN: **********) ilə bağladığı icarə müqavilələrinin surətləri aşkar olunmuşdur. Qeyd olunan ziddiyyətli məqamların araşdırılması məqsədi ilə aidiyyəti vəzifəli şəxslərdən yazılı izahatlar alınmışdır. P.Şahbazov xx.xx.2021-ci il tarixli izahatında işlədiyi şöbənin rəisi Orxan Əsgərovun şifahi tapşırığına əsasən sonuncu tərəfindən qeyd kağızına yazıb verdiyi mobil nömrəyə zəng edərək Sumqayıt şəhərində yerləşən “Daş bazarı"nda özünü Cəmiyyətin rəhbəri kimi təqdim edən şəxslə görüşdüyünü, daş bazarının və Saray qəsəbəsində yerləşən tikinti materialları bazarının ərazisində həmin şəxs tərəfindən ona göstərilən yerlərin şəkillərini çəkdiyini, lakin həmin şəxsin şəxsiyyətini, onun və şəkillərini çəkdiyi obyektlərin cəmiyyətə aidiyyətini müəyyən etmədiyini, obyektlərin təsərrüfat subyekti kimi vergi orqanında qeydiyyatda omasını araşdırmadığını, sərbəst aktın özünü Cəmiyyətin rəhbəri kimi təqdim edən şəxs tərəfindən tərtib edildiyini, Cəmiyyətin rəhbərinin ad və soyadını qeyd edərək ora imza atdığını, möhürlədiyini, obyektlərin özü tərəfindən çəkilmiş şəkillərini və icarə müqavilələrini 6 saylı ƏVBİ-nin adını və mobil telefon nömrəsini xatırlamadığı əməkdaşına “Whatsapp” proqramı vasitəsi ilə göndərdiyini və gördüyü işlər barədə yalnız öz şöbə rəisinə məlumat erdiyini bildirmişdir. 2 saylı ƏVBİ-nin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi X36 xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, 6 saylı ƏVBİ- -in şöbə rəisi İddiaçı Cəmiyyətin 2 saylı ƏVBİ-nin əhatə dairəsində yerləşən anbarında malların mövcud olması vəziyyətinin müəyyənləşdirilməsi barədə şifahi xahişinə əsasən rəisi olduğu şöbənin əməkdaşı P.Şahbazova İddiaçı ona verdiyi mobil -ömrələri təqdim edərək anbara baxış keçirməsini və baxışın nəticəsini sərbəst aktla -əsmiləşdirməsini tapşırmış, lakin görülmüş işlərdən, rəsmiləşdirmənin hansı formada aparılmasından, sərbəst aktın kimin tərəfindən tərtib edilməsindən və imzalanmasından, obyektlərin çəkilmiş şəkillərinin kimə və necə göndərilməsindən məlumatsız olmuşdur. 6 saylı ƏVBİ-nin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi İddiaçı xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, işlədiyi baş darənin rəisi Namik Bağırovun şifahi tapşırığına əsasən həmin baş idarənin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin rəisi Ələddin Babayev ona Cəmiyyətin 2 saylı ƏVBİ-nin əhatə dairəsində yerləşən anbarlarında malların mövcud olması vəziyyətinin müəyyənləşdirilməsi üçün ora getməli olduğunu bildirmiş, lakin özünün həmin ünvana getmək imkanı olmadığına görə əvvəllər bir yerdə işlədiyi və şəxsi münasibətləri olduğu 2 saylı ƏVBİ- nin şöbə rəisi Orxan Əsgərovdan bu işlərin görülməsini şifahi olaraq xahiş etmişdir. Bu məqsədlə Cəmiyyətə aid mobil telefon nömrəsini uçot-baza məlumatlarından əldə edərək O.Əsgərova təqdim etmiş, keçirilmiş baxış tədbirinin nəticəsi barədə tərtib edilmiş sərbəst akt və anbarın şəkilləri P.Şahbazov tərəfindən “Whatsapp” proqramı vasitəsi ilə ona göndərilmişdir. Lakin şəkillər iki obyektdə çəkildiyindən vergi orqanında qeydiyyatda olmayan obyektin də icarə müqaviləsinin Cəmiyyətin nümayəndəsindən alınmasını P.Şahbazova tapşırmış, sonuncu tərəfindən bütün sənədlər və şəkillər ona təqdim edildikdən sonra həmin sənədləri “BigAnt Messenger” proqramı vasitəsi ilə Ə.Babayevə göndərmişdir. 6 saylı ƏVBİ-nin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarəsinin rəisi X28 xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, Cəmiyyət 2020- ci ilin aprel ayından mallar əldə etməsinə baxmayaraq, satış həyata keçirməmişdir. Mal qalığınının müəyyən edilməsi məqsədilə operativ vergi nəzarəti tədbiri keçirilməsi üçün baş idarə rəisi N.Bağırovun qarşısında məsələ qaldırmış, sonuncu isə pandemiya ilə əlaqədar Cəmiyyətin 2 saylı ƏVBİ-nin əhatə dairəsində yerləşən anbarlarında baxış keçirilməsi variantının üzərində dayanmışdır. İddiaçı ora getməli olmasını baş idarə rəisinin asşnğı olduğunu ehtimal etdiyindən ona görülməli işlər barədə müəyyən tövsiyələr vermişdir. Cəmiyyətin təsərrüfat subyektlərinin şəkilləri və sərbəst akt ona İddiaçı tərəfindən “BigAnt Messenger” proqramı vasitəsilə göndərilmiş, şəkillərdə malların mövcudluğunu görüb kifayətlənmiş, ona görə də digər halları araşdırmamışdır. Ə.Babayev izatında həmin sənədləri ona təqdim edildikdən 26 gün sonra bazaya işləməsinin səbəbini əsaslandıra bilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin Analitik təhlil və monitorinq şöbəsinin baş dövlət vergi müfəttişi Natiq Məhyəddinov xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, xx.xx.2020-ci il rarixdə Cəmiyyət riskli vergi ödəyicisi olan "xxxx" MMC (VÖEN: **********) ilə əməliyyat apardığından həmin əməliyyatların real olmasının dəqiqləşdirilməsini Ə.Babayevin ziqqətinə çatdırmışdır. Ə.Babayev anbarda olan malların şəkillərini vergi ödəyicisinin özünün çəkib göndərdiyini bildirərək, həmin şəkilləri “BigAnt Messenger” proqramı vasitəsi ilə xx.xx.2020-ci il tarixdə ona göndərmişdir. Ə.Babayevə yenidən vergi ödəyicisinin obyektinə oaxış keçirilməli olduğunu bildirdikdə o, vergi ödəyicisinin obyektinin kənar ərazidə olması və oandemiya ilə əlaqədar obyektə baxış keçirilməsində müəyyən çətinliklər olduğunu söyləmişdir. Daha sonra, xx.xx.2020-ci il tarixdə Ə.Babayevdən vergi ödəyicisinin obyektinə baxışın keçirilməsi vəziyyətini soruşduqda o, vergi ödəyicisinin obyektinə həmin obyektin qeydiyyatda olduğu ərazi vergi orqanının əməkdaşı tərəfindən baxış keçirildiyini, obyektin şəkillərinin çəkilib ona göndərildiyini, şəkillərə əsasən vergi ödəyicisinin obyektində plastik boruların və digər tikinti materiallarının olmasını müəyyən etdiyini bildirərək, vergi orqanı əməkdaşı tərəfindən çəkilən şəkilləri “BigAnt Messenger” proqramı vasitəsi xx.xx.2020-ci il tarixdə saat 10:13-də ona göndərmişdir. Araşdırma zamanı Cəmiyyətin iş qovluğu sənədlərinə baxış keçirilərkən Lənkəran şəhəri İcra hakimiyyəti başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Cəmiyyətin həmin kənddə 130 kv.m anbarının olması barədə xx.xx.2020-ci il tarixdə verilmiş arayışın (icra nümayəndəsi X52 və onun müavini X33 tərəfindən imzalanmışdır) mötəbərliyi şübhə doğurduğundan həmin arayışın kim tərəfindən tələb edilməsi və kimə verilməsi hallarının aydınlaşdırılması məqsədi ilə xx.xx.2021-ci il tarixdə Vilvan kənd inzibati ərazi dairəsi üzrə hazırkı nümayəndə X12 ilə telefon vasitəsilə əlaqə saxlanılmışdır. Y.Əzimzadə həmin arayışın nümayəndənin müavini G.İbayeva tərəfindən verildiyini söylədiyi üçün G.İbayeva ilə aparılmış danışıqlar zamanı o, bildirmişdir ki, həmin arayışın verilməsini ondan daha əvvəldən tanıdığı və mobil telefon nömrəsi (050) ***-**-** olan 6 saylı ƏVBl-nin Zaur adlı əməkdaşı zəng edərək xahiş etmişdir. Zaura Cəmiyyətin həmin kənddə anbarının olmadığını bildirdikdə, o “boş şeydir, narahat olma, bir-iki aylıq yaranmış müəssisədir, sonradan bağlanacaq” kimi ifadələr işlədərək arayışın verilməsini ondan təkidlə istəmişdir. Bundan sonra arayışı hazırlayaraq imzalamış, eyni zamanda keçmiş icra nümayəndəsi X22 da imza etdirmiş və Zaurun xahişinə əsasən Elnur adlı gənc bir vergi əməkdaşına təqdim etmişdir. Araşdırma zamanı G.ibayevanın adını çəkdiyi Zaur adlı şəxsin 6 saylı ƏVBl-nin Vergi öhdəliklərinin icrasına nəzarət idarəsinin Vergi borclarının alınması şöbəsinin baş dövlət vergi müfəttişi X35 olduğu müəyyən edilmiş və ondan qeyd olunan düsusatlar üzrə izahat alınmışdır. Z.Axundov araşdırmaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, 2020-ci ilin əvvələrində İddiaçı təşəbbüsü və xahişi ilə onu daha əvvəldən şəxsi münasibəti olduğu Lənkəran şəhəri İcra hakimiyyəti başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Gülnar İbayeva ilə tanış etmiş, Cəmiyyətin Vilvan kəndi ərazisində guya anbarının olması barədə verilən arayışın mətnini özü hazırlamış, həmin mətni nümayəndəliyə İddiaçı təqdim etmiş, telefon əlaqəsi yaradaraq G.lbayevadan həmin mətnə uyğun arayış verməsini xahiş edərək, Cəmiyyətin müvəqqəti yaranmış müəssisə olduğu üçün narahat olmamasını ona söyləmiş, hazırlanmış arayışı nümayəndəlikdən İddiaçı götürmüşdür. Cəmiyyətin uçot-baza məlumatlarının təhlili zamanı həmçinin müəyyən edilmişdir ki, 6 saylı ƏVBİ tərəfindən Cəmiyyətə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********451100 nömrəli məktubda vergi ödəyicisinin xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən ona məxsus **********-26002 qeydiyyat kodlu təsərrüfat subyektinin (obyektin) qeydiyyatdan çıxarıldığı bildirilmişdir. Bu xüsusat üzrə aparılmış araşdırma zamanı 6 saylı ƏVBl-nin Operativ vergi nəzarəti idarəsinin Operativ vergi nəzarəti tədbirləri şöbəsinin xx.xx.2021-ci il tarixli **********164400 nömrəli “Təsərrüfat subyektinin ləğv edilməsi haqqında” xidməti məktubu və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli sərbəst akt və Vilvan icra nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 12-22/22 nömrəli arayışı 6 saylı ƏVBl-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsinin büdcədənkənar vəsait hesabına saxlanılan müfəttişi Mayis Mirzəyev tərəfindən 43.1 nomenklaturası ilə vergi ödəyicisindən daxil olan ərizə kimi (çatdırılma növü kimi əlbə-əl) qeydiyyata alınaraq (xx.xx.2021/**********591900) həmin baş idarənin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin böyük dövlət vergi müfəttişi X2 icrasına təqdim edildiyi və sonuncu tərəfindən sənədin icra olunduğu müəyyən olunmuşdur. İ.Dadaşov araşdırmaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında təsərrüfat subyektinin (obyektin) uçotdan çıxarılması vergi ödəyicisinin rəsmi müraciəti əsasında həyata keçirildiyi halda vergi ödəyicisindən müvafiq ərizə daxil olmadan Baş idarənin Operativ vergi nəzarəti şöbəsinin xidməti məktubu əsasında təsərrüfat subyektini (obyekti) “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”ın tələblərinə zidd olaraq qeydiyyatdan çıxardığını, həmin sənədlərin vergi ödəyicisindən daxil olan ərizə kimi qeydiyyata alınması üçün M.Mirzəyevə təqdim etdiyini etiraf etsə də, yol verdiyi nöqsanlara əsassız bəhanələr gətirərək məsuliyyətdən yayınmağa çalışmışdır. Bundan başqa araşdırma zamanı müəyyən edilmişdir ki, Cəmiyyətin “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” xx.xx.2021-ci il tarixli **********220300 nömrəli ərizəsi 6 saylı ƏVBl-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin baş hüquqşünası X29 tərəfindən nöqsana yol verilməklə icra olunmuşdur. Belə ki, vergi ödəyicisinə göndərilən xx.xx.2021-ci il tarixli **********011100 nömrəli cavab məktubunda uçot məlumatlarında müvafiq dəyişikliyin (dəyişikliklərin) edilməsinin təmin olunduğu bildirilmişdir. Lakin uçot-baza məlumatları araşdırılarkən müəyyən olunmuşdur ki, Cəmiyyətin direktoru və təsisçisi X18 özünə məxsus 100 faiz payın X1 barədə xx.xx.2021ci il tarixli “Nizamnamə kapitalının alqı-satqısı” müqaviləsi və Cəmiyyətin təsisçisinin xx.xx.2021-ci il tarixli Qərarı qeyd olunan ərizəyə əlavə olunmasına baxmayaraq, Cəmiyyətin qeydiyyat məlumatlarında rəhbər və təsisçi deyil, yalnız təsisçi dəyişikliyi edilmiş və vergi ödəyicisinə müvafiq dəyişikliyin edildiyi bildirilərək təhrif olunmuş məlumat verilmişdir. E.Bədəlov araşdırmaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında bildirmişdir ki, Cəmiyyətin xx.xx.2021-ci il tarixli rəhbər və təsisçi dəyişikliyinin edilməsi barədə ərizəsi bir neçə gün şöbə rəisi Sərraf Mövsümovun icrasında qaldıqdan və araşdırıldıqdan sonra ona icra üçün verilmişdir. Cəmiyyətin rəhbəri çoxlu sayda hüquqi şəxsin rəhbəri və təsisçisi olduğundan rəhbər dəyişikliyinin aparılması zamanı proqram təminatında xəta baş vermiş, bununla bağlı Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili şöbəsinin baş hüquqşünası Elmira Həsənova ilə danışıqlar (yazışmalar) aparmışdır. Cəmiyyətin yeni təyin olunan rəhbəri və təsisçisi riskli şəxs olduğuna görə yalnız təsisçi dəyişikliyi edilməsi barədə E.Həsənovanın “BigAnt Messenger” proqramında yazdığı qeydinə əsasən həmin ərizəni qismən icra etmişdir. Lakin E.Bədəlov izahatında bu barədə vergi ödəyicisinə əsaslandırılmış cavab verilməməsinin səbəblərini izah edə bilməmişdir. E.Həsənova araşdırmaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında Cəmiyyətin xx.xx.2021-ci il tarixli **********220300 nömrəli ərizəsinin icrası ilə əlaqədar 6 saylı ƏVBİnin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin əməkdaşları tərəfindən 2021-ci ilin mart ayı ərzində ona müraciət olunmadığını, həmin vergi ödəyicisi barədə E.Bədəlov tərəfindən ona “BigAnt Messenger” proqramı vasitəsilə ilk dəfə xx.xx.2021-ci il tarixdə müraciət edildiyini bildirmişdir. “BigAnt Messenger” proqramı vasitəsi ilə E.Həsənovaya ünvanlanmış yazışmaların araşdırılması zamanı E.Bədəlovun izahatında qeyd etdikləri təsdiqini tapmamışdır. 6 saylı ƏVBl-nin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin rəisi X19 xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli izahatlarında rəisi olduğu şöbənin əməkdaşlarının funksional vəzifələrinin icrasına nəzarəti düzgün təşkil etməməsini pandemiya ilə əlaqədar iş həcminin çoxluğu ilə əlaqələndirmiş, Cəmiyyətin qeydiyyat məsələləri ilə bağlı rəhbərlik tərəfindən ona tapşırıq verilmədiyini bildirsə də, AVlS-in “İş qovluqları” alt modulunda onun funksional vəzifələrinin icrasına aidiyyəti olmayan Cəmiyyətə məxsus sənədlərə dəfələrlə əsassız baxışlar keçirməsinin səbəblərini əsaslandıra bilməmişdir. Uçot-baza məlumatları araşdırılarkən Cəmiyyətin dövlət satınalma müsabiqələrində (tenderlərdə) iştirak üçün arayışın təqdim edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********762700 və **********193000 nömrəli müraciətlərinin qısa zaman (1 saat 15 dəqiqə) ərzində icra olunaraq razılaşdırılması üçün Xidmətin aidiyyəti baş idarəsinin vəzifəli şəxslərinə təqdim edilməsi şübhə doğurduğundan icraçı şəxs olan 6 saylı ƏVBl-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi İlqar Bağışovdan bu hal üzrə izahat alınmışdır. İ.Bağışov xx.xx.2021-ci il tarixli izahatında müraciətlərin təcili cavablandırılmasının şöbə rəisi Mübariz Salayev tərəfindən ona tapşırıldığını bildirmişdir. 6 saylı ƏVBl-nin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin rəisi X25 xx.xx.2021-ci il tarixli izahatında Cəmiyyətin dövlət satınalma müsabiqələrində (tenderlərdə) iştirak üçün arayışın alınması barədə müraciətinin tez bir zamanda cavablandırılması üçün işlədiyi baş idarənin rəhbərliyi tərəfindən ona, onun tərəfindən isə rəhbərlik etdiyi şöbənin əməkdaşı İlqar Bağışova hər hansı bir tapşırıq verilmədiyini bildirsə də, bu növ arayışların verilməsi barədə digər vergi ödəyicilərinin müraciətlərini Cəmiyyətə münasibətdə daha gec icra etməklə vergi ödəyicilərinə fərqli münasibət göstərilməsinin səbəblərini əsaslandıra bilməmişdir. 6 saylı ƏVBl-nin rəisi X26 araşdırmaya təqdim etdiyi xx.xx.2021-ci il tarixli izahatında Cəmiyyət barədə ümumiyyətlə heç bir təsəvvürünün olmadığını, rəhbərini, faktiki rəhbərini, təsisçisini tanımadığını, ondan həmin Cəmiyyətə qarşı fərqli münasibət göstərilməsi barədə heç bir vəzifəli şəxs tərəfindən xahiş edilmədiyini, Cəmiyyətin fəaliyyəti ilə maraqlanmadığını, AVİS proqram təminatının “İş Qovluqları” altmodulunda Cəmiyyətə aid olan sənədlərə ümumiyyətlə heç vaxt baxış keçirmədiyini bildirsə də, xx.xx.2020-ci il tarixdə 4 halda Cəmiyyətin AVİS proqram təminatının “İş Qovluqları” altmodulunda olan tender və obyektlə bağlı müraciətlərinə baxışlar keçirməsi ilə bağlı ona verilən sualı qeyrisəmimi cavablandırmış və baxış keçirməsi səbəblərini xatırlamadığını bildirərək müxtəlif fərziyyələr irəli sürmüşdür. N.Bağırov izahatında tabeçiliyində olan vəzifəli şəxslərin fəaliyyətinə nəzarəti lazımi səviyyədə təşkil edə bilməməsini verilən tapşırıqları bəzi əməkdaşların vaxtında və keyfiyyətlə icra edə bilməməsi və kadr islahatları aparması üçün ona adlarını izahatında qeyd etmək istəmədiyi qeyri- müəyyən rəhbər vəzifəli şəxslər tərəfindən imkan verilməməsi kimi əsassız səbəblərlə izah etməyə çalışmışdır. Həmçinin qeyd olunmalıdır ki, vətəndaş X15 İqtisadiyyat Nazirliyinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı 28 iyul, 4 və 5 avqust 2021-ci il tarixli müraciətlərində göstərilənlərlə bağlı Daxili təhlükəsizlik baş idarəsində aparılmış xidməti araşdırma zamanı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının icrası ilə bağlı 6 saylı ƏVBl-nin rəisi X26 tərəfindən bu sahə üzrə işlərin təşkilində şöbələrarası koordinasiya işlərinin, əməkdaşların xidməti və xidmətdənkənar fəaliyyətlərinə nəzarətin düzgün təşkil edilmədiyi, rəhbərlik etdiyi struktur bilavasitə bu işlərə nəzarət etməli olduğu halda, tabeliyində olan vergi əməkdaşları X4 və X20 öz ailə üzvlərinə müvafiq tələbləri pozmaqla qadağan olunan şənlik mərasimləri keçirdikləri, həmin şənlik mərasimlərində Namik Bağırovun özünün də iştirak etdiyi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan hərəkətlərə (hərəkətsizliyə) yol verməklə N.Bağırov, Ə.Babayev, İddiaçı, O.Əsgərov, P.Şahbazov, M.Salayev, Z.Axundov, İ.Dadaşov, E.Bədəlov və S.Möhsümov Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinin, Vergi Məcəlləsinin 31.0.1 və 31.0.2-ci yarımbəndlərinin, “X30 xidmət haqqında Əsasnamə”nin 34-cü maddəsinin 1-ci abzasının, “Dövlət vergi orqanları əməkdaşlarının etik davranış Qaydaları”nın 2.0.2-ci, 2.0.5-ci, 3.6.1-ci və 3.6.3-cü yarımbəndlərinin, “X30 daxili xidməti intizam Qaydaları”nın 4.1-ci, 4.2-ci, 4.3-cü və 4.9-cu bəndlərinin tələblərini kobud şəkildə pozmuşlar. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2021-ci il tarixli **********408100 nömrəli əmrlə Ə.Babayev, İddiaçı, P.Şahbazov, M.Salayev və Z.Axundov “X30 xidmət haqqında Əsasnamə”nin 41 -ci bəndinə əsasən xx.xx.2021-ci il tarixdən xidməti araşdırma başa çatana qədər tutduqları vəzifədən müvəqqəti olaraq kənarlaşdırılmışlar və hazırda 6 saylı ƏVBl-də qeydiyyatda olan digər vergi ödəyiciləri ilə bağlı analoji istiqamətlər üzrə araşdırmalar davam etdirilir. Beləliklə, 6 saylı ƏVBl-nin fəaliyyəti üzrə analoji araşdırmaların davam etdirildiyini, yol verdikləri nöqsanların xarakterini və ağırlıq dərəcəsini, həmçinin araşdırma zamanı nümayiş etdirdikləri davranışlarını nəzərə alaraq, məqsədəuyğun hesab etdiyiniz təqdirdə X10 xidməti araşdırmalar başa çatana qədər tutduğu vəzifədən kənarlaşdırılması, X16 və İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “X30 xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilməsi, X36, X27, X25 barəsində töhmət, X35, X21, X29 və X19 barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehinin tətbiq edilməsi, həmçinin M.Salayevin, P.Şahbazovun və Z.Axundovun vəzifələrinə qaytarılması üçün müvafiq əmr layihəsinin hazırlanması barədə İnsan resursları baş idarəsinə göstəriş verməsi tövsiyə olunmuşdur.

7. "xxxx" MMC-nin fəaliyyətinin araşdırılması barədə xidməti məktub tərtib olunmuş, "xxxx" MMC-də xüsusilə külli miqdarda vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi olə cinayət işi başlanmışdır.

8. Vəzifədən müvəqqəti olaraq kənar edilmə haqqında xx.xx.2021-ci il tarixli əmrə əsasən digərləri ilə yanaşı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi kiçik vergi xidməti müşaviri İddiaçı “X30 xidmət haqqında Əsasnamə”nin 41-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xidməti araşdırma başa çatana qədər tutduğu vəzifədən müvəqqəti olaraq kənar edilmişdir.

9. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Həmkarlar ittifaqının xx.xx.2021-ci il tarixli protokoluna əsasən ilə 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Səyyar vergi yoxlamaları idarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin rəisi kiçik vergi xidməti müşaviri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir.

10. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

11. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

12. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır.

14. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

16. Mübahisələndirilən qərar (inzibati akt) iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

17. Vergi Məcəlləsindən: 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur.

18. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “X30 xidmət haqqında” Əsasnamədən:

34. Vergi orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək;

41. Xidməti vəzifə ilə bağlı barəsində cinayət işi qaldıran, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən vergi orqanının vəzifəli şəxsləri istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifələrinə qaytarıldıqda onlara işdən kənarlaşdırılıldıqları müddət ərzində verilməmiş əmək haqqı ödənilir.

46. Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 5) vergi orqanlarında xidmətinə xitam verilmə.

19. Müvafiq qərar olmadan (növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması qərarı) iddiaçı səyyar vergi yoxlamaları şöbəsinin rəisi kimi vergi ödəyicisinin anbarında malların mövcud olmasının yoxlamasının həyata keçirilməsini təşkil etmişdir. Bu fakt xidməti araşdırma zamanı müəyyən edilmiş və işin mübahisəsiz halıdır. Qeyd edilən hal kənar müşahidəçidə obyektiv olaraq vəzifəli şəxsin vəzifə funksiyalarının qərəzsiz icrasına təsirlərin mövcudluğuna şübhə yarada bilər. İdarə rəisinin şifahi tapşırığına əsasən müvafiq qərar olmadan vergi nəzarətinin həyata keçirməsinə dair iddiaçının dəlili vəzifəli şəxs kimi vəzifə və funksiyalarının yerinə yetirilməməsi, eləcə də vergidən yayınma hallarına şərait yaradan hərəkətlərin əsaslandırılması kimi çıxış edə bilməz.

20. Odur ki, cavabdeh iddiaçının xidməti fəaliyyəti zamanı vəzifə və funksiyalarını yerinə yetirərkən kobud nöqsanlara, eləcə də vergidən yayınma hallarına şərait yaradan hərəkətlərə yol verməsi halı ilə bağlı mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

21. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

22. Xidməti fəaliyyəti zamanı vəzifə və funksiyalarını yerinə yetirərkən kobud nöqsanlara yol vermiş digər əməkdaşlarla müqayisədə iddiaçıya daha ağır intizam tənbeh tətbiri tətbiqinə münasibətdə məhkəmə qeyd edir ki, vəzifəli şəxs xidməti intizam qaydalarını pozduqda tətbiq edilən intizam tənbeh tədbiri diskresion səlahiyyət əsasında müəyyən edilir.

23. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

24. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar