Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3657/2025 04.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka dair məxsusluq barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka dair məxsusluq barədə arayışın verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X4 İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin Ləhiş bağlar sahəsindəki 241 saylı kooperativin nəzdində xx.xx.1992-cı il tarixli 1374 saylı qərara əsasən Ləhiş bağlar sahəsində 241 saylı BTK nəzdində 1200 kv. metr torpaq sahəsindən ibarət 351A saylı bağ sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Bakı şəhər X4 İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Ləhiş bağlar sahəsindəki 241 saylı kooperativin nəzdində xx.xx.1992-cı il tarixli 1374 saylı qərara əsasən Ləhiş bağlar sahəsində 241 saylı BTK nəzdində 1100 kv. metr torpaq sahəsindən ibarət 351A saylı bağ sahəsinin iddiaçının mərhum atası Həsənzadə Yusif İsmayıl oğluna məxsusluğunu təsdiq edən arayışın verilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X4 İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin Ləhiş bağlar sahəsindəki 241 saylı kooperativin nəzdində xx.xx.1992-cı il tarixli, 1374 saylı qərara əsasən Ləhiş bağlar sahəsində 241 saylı BTK nəzdində 0.12 ha. torpaq sahəsindən ibarət 351A saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. Həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti ilə bağlı, 3- 21-3-30/2-H-0828/2024, **********87 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı tərəfindən şərti göstərilən torpaq sahəsinin ayrıca giriş-çıxışının olmadığı müəyyən edilmişdir. Elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır və torpaq sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin İdarənin arxivində mövcud olan bağ tikinti kooperativinin sxeminə əsasən ərazinin dəqiq hansı bağ sahəsinə aid olduğunu müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, eyni sənədlər əsasında əvvəlki müraciət zamanı hazırkı sahədən kənarda fərqli sahə göstərilmişdir. Lakin, xx.xx.2021-ci il tarixli, **********29 nömrəli imtina məktubunda göstərilmişdir ki, bağ sahələrinin ardıcıllığına və sxematik xəritəyə əsasən göstərilən sahə “350” saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Eyni zamanda hüquqmüəyyənedici sənəd üzrə 1200 kv. metr, faktiki 1100 kv.metr bağ sahəsi istifadə edildiyindən, sahənin azaldılmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmişdir. Cavabdehin 2021-ci il tarixli imtina məktubunun əsası ilə 2024-cü il tarixli imtinasının əsasları fərqli olmuşdur. 2021-ci ildə faktiki sahənin 1200 deyil 1100 kv.metr olması göstərilsə də, hal-hazırkı müraciətinə mahiyyəti üzrə cavab verilməmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Yazılı etiraz onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı şərti göstərilən torpaq sahəsinin ayrıca giriş-çıxışının olmadığı müəyyən edilmişdir. Həmçinin, elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır və torpaq sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin idarənin arxivində mövcud olan bağ-tikinti kooperativinin sxeminə əsasən ərazinin dəqiq hansı bağ sahəsinə aid olduğunu müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, eyni sənədlər əsasında əvvəlki müraciət zamanı hazırki sahədən kənarda, fərqli sahə göstərilmişdir (torpaq sahəsi istifadəsində deyil). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İşin materiallarında olan: Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, № H-158/3-112/2 saylı məktubu ilə iddiaçıya təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqqında (bağ məsələləri üzrə komissiya yığıncağının xx.xx.1992-ci il tarixli, 43 №-li protokolu)” xx.xx.1992-ci il tarixli, 1374-cü il sərəncamından çıxarışdan müəyyən olunur ki, Bakı şəhər Sovet İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li qətnaməsinə əsasən X3 Ləhic ərazisində 241 №-li BTK nəzdində torpaq sahəsi ayrılmışdır. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş Bağlar sahəsində 241 №li Bağ Tikinti Kooperativi tərəfindən X3 verilmiş 15 №-li orderin surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 1374-cü il sərəncamına əsasən ona Ləhiş bağlar sahəsində 241 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 351a №li bağ sahəsi ayrılmışdır. ünvan ünvanlanmış xx.xx.2018-ci il tarixli, X-2915 saylı məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1996-cı il tarixdə vəfat etmiş Həsən-zadə Yusif İsmayıl oğlunun vərəsəsidir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən 1200 kv. metr torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi xahiş olunmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş: xx.xx.2021-ci il tarixli, **********29 №-li cavab məktubunda qeyd olunmuşdur ki, “...Hüquq sahibi X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “351 a” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, bağ nömrələrinin ardıcıllığına və sxematik xəritəyə əsasən göstərilən sahə ,,350" saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Eyni zamanda bildiririk ki, hüquqmüəyyənedici sənəd üzrə 1200.0 kv.m .faktiki 1100.0 kv.m bağ sahəsi istifadə edildiyindən sahəsinin azalmasına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi təqdim edilməmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.” xx.xx.2024-cü il tarixli, **********87 №-li cavab məktubunda qeyd olunmuşdur ki, “...Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında olan “351 a” saylı torpaq sahəsi üzərində hüquqların miras qoyan Həsən-zadə Yusif İsmayıl oğluna məxsus olması barədə arayışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim edilmiş sənədlər surətdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı tərəfinizdən şərti göstərilən torpaq sahəsinin ayrıca giriş-çıxışının olmadığı müəyyən edilmişdir. Elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır və torpaq sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Həmçinin idarənin arxivində mövcud olan bağtikinti kooperativinin sxeminə əsasən ərazinin dəqiq hansı bağ sahəsinə aid olduğunu müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, eyni sənədlər əsasında əvvəlki müraciət zamanı hazırki sahədən kənarda, fərqli sahə göstərilmişdir (torpaq sahəsi istifadənizdə deyil). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.” Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, № 3-21-3-30/2-749/2025 saylı cavab məktubunda qeyd olunmuşdur ki, 241 nömrəli BTK nəzdində Ləhiş bağ massivində 1200 kv.m torpaq sahəsi olan 350 saylı bağ sahəsinə dair sənəd idarənin arxivində aşkar edilməmişdir. 236 nömrəli BTK nəzdində Ləhiş bağ massivində yerləşən 350 saylı (0.12 hektar) bağ sahəsinə dair verilmiş 9 nömrəli order mövcuddur. Məktuba əlavə edilmiş: - xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, Bakı şəhəri, Ləhiş bağ massivi, 351A saylı bağ sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha və faktiki olaraq 0.1198 ha təşkil edir. Bağ sahəsinin sərhədləri cənub tərəfdən qonşu hasarla ayrılmışdır, şərq tərəfdən bir hissəsi hasarlanıb digər hissəsi isə şərtidir, şimal və qərb tərəfdən şərtidir. Tikili yoxdur. Bağ sahəsinin faktiki yola çıxışı yoxdur. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Yerli baxış zamanı vətəndaş bağ sahəsinin döngə nöqtələrini şərti göstərək ona aid olduğunu bildirmişdir. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş Bağlar sahəsində 236 №li Bağ Tikinti Kooperativi tərəfindən X2 verilmiş 9 №-li orderin surətindən müəyyən olunur ki, Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 14/688-ci il qərarına əsasən ona Ləhiş bağlar sahəsində 236 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 350 №li bağ sahəsi ayrılmışdır. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə təyin edilmiş məhkəmə tikninti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasi Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/1728/2025 №-li cavab məktubu ilə təqdim edilmiş ekspert rəyində göstərilmişdir ki, “...Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqqında (bağ məsələləri üzrə komissiya yığıncağının xx.xx.1992-ci il tarixli, 43 Ns-li protokolu)” xx.xx.1992-ci il tarixli, 1374-cü il sərəncamına əsasən Azərbaycan SSR Bakı İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş Bağlar sahəsində 241 Ns-li Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 15 Ns-li orderlə Ləhiş bağlar sahəsində 241 Ns-li BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 351a Ns-li bağ sahəsinin faktiki koordinatları aşağıdakı kimidir: X Y 409995.6310 4490176.1920 410001.5430 4490164.2830 410008.1520 4490141.8460 409970.6001 4490131.5708 409967.9100 4490163.6850 - Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqqında (bağ məsələləri üzrə komissiya yığıncağının xx.xx.1992-ci il tarixli, 43 Ns-li protokolu)” xx.xx.1992-ci il tarixli, 1374-cü il sərəncamına əsasən Azərbaycan SSR Bakı İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş Bağlar sahəsində 241 №-li Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 15 №-li orderlə Ləhiş bağlar sahəsində 241 №-li BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 351 a №-li bağ sahəsinin faktiki ölçüsü 1198 kv.metr təşkil edir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqqında (bağ məsələləri üzrə komissiya yığıncağının xx.xx.1992-ci il tarixli, 43 №-li protokolu)” xx.xx.1992-ci il tarixli, 1374-cü il sərəncamına əsasən Azərbaycan SSR Bakı İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş Bağlar sahəsində 241 №-li Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 15 №-li orderlə Ləhiş bağlar sahəsində 241 №-li BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 351 a №-li bağ sahəsinin faktiki koordinatları üçüncü şəxslərə aid torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqqında (bağ məsələləri üzrə komissiya yığıncağının xx.xx.1992-ci il tarixli, 43 №-li protokolu)” xx.xx.1992-ci il tarixli, 1374 №-li Sərəncamına əsasən Azərbaycan SSR Bakı İcraiyyə Komitəsinin Bağ Təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş Bağlar sahəsində 241 №-li BTK nəzdində 0.12 ha. torpaq sahəsi olan 351a №-li bağ torpaq sahəsindən təyinatı üzrə istifadə olunması hazırki vəziyyətdə mümkün deyildir. Həmin torpaq sahəsinə giriş-çıxış yolu açılmamışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsi haqqında (bağ məsələləri üzrə komissiya yığıncağının xx.xx.1992-ci il tarixli, 43 №-li protokolu)” xx.xx.1992-ci il tarixli, 1374-cü il sərəncamına əsasən Azərbaycan SSR Bakı İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş Bağlar sahəsində 241 №-li Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 15 №-li orderlə Ləhiş bağlar sahəsində 241 №-li BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 351 a №-li bağ torpaq sahəsinin faktiki koordinatlarının 241 №-li BTK-ya aid yerləşmə cizgisinə uyğun olubolmasının müəyyən edilməsi yalnız 241 №-li BTK-nın yerləşmə cizgisi və sxematik xəritəsi təqdim olunduqdan sonra müəyyən edilə bilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: ... Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: ... Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ... Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı.
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu. ... Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. ... Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Məhkəmənin mövqeyi:
Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli torpaq sahəsinə dair mərhum atasına məxsus olması barədə arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli bağ sahəsinin iddiaçının faktiki istifadəsində olmadığı, iş üzrə verilmiş ekspert rəyinə əsasən isə bağ torpaq sahəsindən təyinatı üzrə istifadə olunmasının hazırki vəziyyətdə mümkün olmadığı və həmin torpaq sahəsinə giriş-çıxış yolunun açılmadığı müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq iddiaçıdan 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev