Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3684/2023 17.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 20 iyun 2021-ci il tarixdə, yəni 60 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Həmin müraciətinin nəticəsi barədə 12 oktyabr 2022-ci il tarixli rəsmi cavab məktubu təqdim edilərək güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Nəzərə çatdırır ki, onun 20 iyun 2021-ci tarixdən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Həmin əmək stajının 14 (on dörd) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətini, 01 dekabr 2007-ci il tarixdən hal-hazıradək SOCAR Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X5ində respiratorçu vəzifəsində işləmişdir. O, 03 yanvar 1983-cü il tarixdən 15 mart 1983-cü il tarixə kimi X1 sürücü, 11 aprel 1983-cü il tarixdən 20 aprel 1983-cü il tarixə kimi Bakı Komissarı adına Neftqaz Hasilatı İdarəsində sürücü, 03 may 1983-cü ildən 05 oktyabr 1984-cü i tarixə kimi Azivetmetromstroyda sürücü, 10 noyabr 1984-cü il tarixdən 12 oktyabr 1988-ci il tarixdən Azivetmetromstroyda montajçı, 14 oktyabr 1988-ci il tarixdən 23 sentyabr 1991-ci il tarixədək Azərbaycan SSRİ Montaj-Tikinti İdarəsinə sürücü, 19 oktyabr 1992-ci il tarixdən 01 may 2003-cü il tarixədək Azərbaycan Respublikası DNŞ-nin X4 sürücü, 01 may 2003-cü il tarixdən gözətçi və 01 dekabr 2007ci il tarixdən hal hazıradək SOCAR Azərbaycan Respublikası Dövlət Neft Şirkəti X5inin X3 Dəstəsində respiratorçu vəzifəsində işləyirir. Onun ümumilikdə 35 (otuz beş) il 06 (altı) ay 05 (beş) gün əmək stajı vardır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) Dağ xilasedici hissələr (stansiyalar) bəndində (1.1.5) fəhlələr yarımbəndinə (a) respiratorçular vəzifəsi nəzərdə tutulmuşdur. İş materiallarına əsasən SOCAR “X5i”nin 19 avqust 2022-ci il tarixli 97 nömrəli arayışında iddiaçının xx.xx.2007xx.xx.2021-ci il tarixləri ərzində SOCAR-ın X2 Hərbiləşdirilmiş Hissəsinin Azərbaycan əməliyyat dəstəsində və “X5i”nin 1 saylı əməliyyat dəstəsində respiratorçu vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyini iddia etdiyi sahə yuxarıda qeyd olunan dağ-mədən işləri sahəsinə aid deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür.
8. İddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli **********0 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) Dağ xilasedici hissələr (stansiyalar) bəndində (1.1.5) fəhlələr yarımbəndinə (a) respiratorçular vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş SOCAR “X5i”nin 19 avqust 2022-ci il tarixli 97 nömrəli arayışında xx.xx.2007-xx.xx.2021-ci il tarixləri ərzində SOCAR-ın X2 Hərbiləşdirilmiş Hissəsinin Azərbaycan əməliyyat dəstəsində və “X5”nin 1 saylı əməliyyat dəstəsində respiratorçu vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyini iddia etdiyi sahə yuxarıda qeyd olunan dağ-mədən işləri sahəsinə aid deyil. Bu səbəbdən də, güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir.
9. НЗ seriyalı ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1979 – xx.xx.1981ci il tarixlərdə Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur.
10. ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək stajı aşağıdakı kimi olmuşdur: xx.xx.1983-xx.xx.1983, xx.xx.1983-xx.xx.1983, xx.xx.1983xx.xx.1983, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1984, xx.xx.1984-xx.xx.1985, xx.xx.1985-xx.xx.1988, xx.xx.1988-xx.xx.1991, xx.xx.1992-xx.xx.2003, xx.xx.2003-cü il tarixdən hal-hazıradək.
11. SOCAR X5i tərəfindən verilmiş 97 nömrəli 19 avqust 2022-ci il tarixli arayışa əsasən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1. Dağ-mədən işləri bölməsinin 1.1.5. Dağ xilasedici hissələr (stansiyalar) yarımbölməsinə uyğun olaraq güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. Əmək kitabçası üzrə qeydlər 26, 27, 28, 29, 30, 31. Respiratorçular – 1-ci bölmənin, 1.1.5-ci yarımbölməsinin a bəndi. Cəmi güzəştli iş stajı 14 il 08 ay 18 gün, ümumi əmək stajı 35 il 06 ay 05 gün.
12. Məhkəmənin sorğusuna əsasən SOCAR X5i tərəfindən verilmiş 06 aprel 2023-cü il tarixli 14-2-22/2-58/2023 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, halhazırda SOCAR-ın X5inin 1 saylı əməliyyat dəstəsində respiratorçu işləyən İddiaçı, xx.xx.2007-ci il tarixdən etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Təhlükəsizlik İdarəsi X2 Hərbiləşdirilmiş Hissəsinin Azərbaycan əməliyyat dəstəsinin respiratorçusu təyin edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli SOCAR**********00070020B00179 saylı X2 Hərbiləşdirilmiş Hissəsinin əmri ilə 1 saylı əməliyyat dəstəsinin respiratorçusu təyin edilmişdir. SOCAR-ın SOCAR**********00040020A00208 saylı xx.xx.2019-cu il tarixli əmrinə əsasən X2 Hərbiləşdirilmiş Hissəsinin adı dəyişdirilərək SOCAR X5i adlandırılır. İdarənin adı dəyişdirilsə də, görülən işlər, İdarədə tətbiq olunan tarif ixtisas dərəcələri, faktiki texnoloji prosseslərin əməyinin ödənilməsi şərtlərinə görə eynidir. Respiratorçu vəzifəsinin əmək funksiyaları və fəaliyyət istiqamətləri vəzifə təlimatlarına uyğun olaraq eynidir. Ona görə də, respiratorçu İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısının 1.Dağmədən işləri bölməsinin 1.1.5.Dağ xilasedici hissəslər (stansiyalar) yarımbölməsinə uyğun olaraq güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. Vəzifə təlimatları 2 nüsxədə olmaqla məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
19. Məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüddür. İddiaçının xx.xx.2021-ci il il tarixdə 60 yaşı olmuş, iddiaçının xx.xx.20201-ci il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuş, bundan əlavə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.
20. İddiaçıya məxsus əmək kitabçasına əsasən onun ümumi iş stajı 25 ildən artıqdır.
21. Hazırki mübahisənin predmeti olan güzəştli iş stajına gəldikdə isə məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, iddiaçının 14 il 08 ay 18 gün güzəştli iş stajının olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının işlədiyi müəssisə tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktubunda iddiaçının işlədiyi peşələrin bir daha güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması, bununla iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, ələrin, vəzifələrin və göstəricilərinin Siyahısının 1.Dağ-mədən işləri bölməsinin 1.1.5.Dağ xilasedici hissəslər (stansiyalar) yarımbölməsinə uyğun olaraq güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ bir daha öz təsdiqini tapmış, əlavə olaraq məhkəməyə məktubda göstərilənlərin mötəbərliyini təsdiq edən vəzifə təlimatları təqdim edilmişdir.
22. Göründüyü kimi, məhkəmə araşdırması zamanı işin yuxarıda qeyd edilən halları ilə iddiaçının güzəştli iş stajının 12 il 6 aydan artıq olması öz təsdiqini tapmışdır.
23. Məhkəmə eləcə də, iddiaçının ümumi iş stajına və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı qeyd edir ki, iddiaçının ümumi iş stajının 25 ildən artıq, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının isə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi halı işin mübahisəsiz halıdır. Sözügedən halları təkzib edəcək hər hansı bir sübut, dəlil məhkəmə araşdırması zamanı müəyyən edilməmiş və məhkəməyə təqdim edilməmişdir.
24. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbayca Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi SOCAR X5i tərəfindən verilmiş arayışlar güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir.
25. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2021-ci il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, eləcə də, bundan əlavə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir.
26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
27. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
28. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
29. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
30. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
31. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
33. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
36. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşından, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva