Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3724/2022 14.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1967-ci ildə Zəngilan rayon Ağalı kəndində anadan olmuşdur. O, könüllü olaraq müharibədə iştirak etmək üçün N may N-ci il tarixdə N nömrəli hərbi hissəyə xidmət keçmək üçün göndərilmiş, daha sonra Müdafiə Nazirinin əmrinə əsasən N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə xidmətini davam etdirmək üçün göndərilmişdir. xx.xx.N-cü il tarixdən xx.xx.1996-cı il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. Xidmət dövrü ərzində müharibə zamanı döyüş əməliyyatları icra olunan zaman döyüş şəraitində “Döş qəfəsinin kor güllə yarası” xəsarətini alaraq, xx.xx.1994-cü il tarixdə hospitala təxliyyə olunmuşdur. xx.xx.1994-cü il tarixdə hospitaldan xəstəliyi ilə əlaqədar 45 (qırx beş) günlük məzuniyyətə buraxılmışdır. Məzuniyyətdən xidməti yerinə N nömrəli hərbi hissəyə qayıtmış, yenidən N (o beş) günlük məzuniyyətə buraxıldıqdan sonra məzuniyyətdən xidməti yerinə qayıtmışdır. Daha sonra atəşkəs olmuşdur. O, yenə də, xidməti yerində olmuşdur. Xidməti yerini hər hansı özbaşına tərk etmə faktı olmayıb. xx.xx.1995-ci il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında döyüş əməliyyatları zamanı aldığı xəsarətə görə əməliyyat olunaraq döş qəfəsində olan güllə çıxarılmışdır. xx.xx.1996-cı il tarixli, N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə Ordu Sıralarından tərxis olunmuşdur. Uzun illərdir “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün dəfələrlə müraciət etməsinə baxmayaraq, Müdafiə Nazirliyi qanunsuz olaraq ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh qanunsuz olaraq ona müharibə veteranı adı və vəsiqəsini verməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz (münasibət) təqdim edilərək bildirilmişdir ki, iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığını yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Həmin Qərara dəyişiklər edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 №-li Qərarına əsasən” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində ‘‘hərbi biletlər”sözlərindən sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) sözləri əlavə edilmişdir. Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı”, və “Əmək veteranı” adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 15 yanvar 2016-cı il tarixli arayışına əsasən İddiaçı N nömrəli hərbi hissədə N dekabr N-cü il tarixdən hərbi xidməti və müalicə olunaraq 14 fevral 1994-cü il tarixdən 30 mart 1994-cü il tarixədək xidməti barədə məlumat aşkar olunmamışdır və eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən hesab edirlər ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsaslı və qanuni olaraq imtina etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada lazımi şəkildə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 531 nömrəli, xx.xx.2016-cı il tarixli Qərarın surətindən görünür ki, Zəngilan RHK tərəfindən N-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2016-cı il tarixli məktubunda barəsində təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı, xx.xx.1994-cü ildən, xx.xx.1994-cü ilə kimi X3 Cərrahiyyə Mərkəzində müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Döş qəfəsinin kor güllə yarası" və 02.11,1995-ci ildən 22.11,1995ci ilə kimi Müdafiə Nazirliyini Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Hemopnevmotoraks ilə döş qəfəsinin sag yarısının odlu silahla kor güllə yaralanması nəticəsində diafraqmanın sağ hissəsinin yad cismi” (Azərbaycan Respublikası SHXÇDX-nin Zəngilan rayon bölməsinin xx.xx.2016-ci il tarixli 437 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 207 nömrəli arayışı, X3 Cərrahiyyə Mərkəzindən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHKH-dan verilmiş xx.xx.1995-ci il tarixli çıxarş epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli 1577 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 9/2-274 nömrəli arxiv arayışından görünür ki, Xətai RHK-dan çağrılmış, 1967-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin N may N-ci il tarixli 160 №-li (əsas: § 1. sıra - 1.) əmrilə İddiaçı taburun tərkibinə daxil olunmuşdur, Azərbaycan Respublikası Müdafiə Nazirinin 24.12.93-cü il tarixli müvafiq saylı əmrinə əsasən N №-li hərbi hissə komandirinin N №-li (Əmrdə tarix yazılmamışdır. 281 №-İi əmr 24,12.N'Cü il tarixdə yazılmışdır.) əmrilə bir qrup hərbi mükəlləfiyyətlilər hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. Əmrdə adlı siyahı yazılmadığı üçün İddiaçı xidmətini əmr üzrə təsdiq edə bilmirlər. Azərbaycan Respublikası Müdafiə Nazirinin 25.12.93-cü il tarixli sərəncamına əsasən N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına gəlmiş kiçik çavuş İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 364 №-li ( əsas: səh, 414. § 27. sıra - 62.) əmrilə şəxsi heyət siyahısına və bütün təminat növlərinə qoyulmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrin BQR-nin 27.06 95-ci il drektivinə əsasən 25 və yuxarı özbaşına tərk etdiyinə görə N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 40 №-li (əsas: səh.83, § 7, sıra – 429) əmrilə sıravi İddiaçı şəxsi heyət siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İİİ Müdafiə Nazirinin Katibliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 413-802 nömrəli məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış, 764 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmiş və sənədləri geri qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1/71-9110 nömrəli məktubdan görünür ki, iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.2016-cı il tarixli, 9/2-274 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə xx.xx.N-cü il tarixdən sonrakı dövrdə xidmət keçməsi və müalicə aldıqdan sonra xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə xidməti barədə məlumat olmadığına görə ona “Müharibə vetearnı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İşdə olan Füzuli Hərbi Prokurorluğu tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli, 17/1844 nömrəli məktubdan görünür ki, xx.xx.2016-cı il tarixli, 411 nömrəli məktuba əsasən bildirilmişdir ki, İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE – 01 seriyalı arayışdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X4 xx.xx.2008-ci il tarixli, 3437 nömrəli müayinə aktına əsasən müayinə olunaraq, müddətsiz Azərbaycan Respublikasının Ərazi Bütövlüyü ilə əlaqədar olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. İşdə olan 14 fevral 1994-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə hospitala təxliyyə olmuş, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək 45 (qırx beş) gün müddətinə məzuniyyətə buraxılmışdır. İşdə olan hərbi bilet əvəzi arayışdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü atıcı İddiaçı xx.xx.1985-ci il tarixli çağırışla hərbi xidmətə çağırılmış, xx.xx.1987-ci il tarixdə təxris olunmuş, 01.01.994-xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə xidmətdə olmuşdur. İşdə olan N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçusu cavuş İddiaçı həqiqətən xx.xx.1994-cü il tarixdən “döş qəfəsinin kor güllə yarası” diaqnozu ilə N saylı hərbi hissənin tibb rotasiyasına daxil olmuş və həmin tarixdə müaicə məqsədi ilə Bakı şəhərinə təxliyyə olunmuşdur. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 03 fevral 2022-ci il tarixli, 4/2-666 nömrəli cavab məktubundan görünür ki, N №li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 160 №-li əmrilə (əsas: § 1) İddiaçı batalyonun tərkibinə daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 164 №-li əmrində (əsas: § 3, sıra 4, əmrdə atasının adı yazılmamışdır) İddiaçı müqavilə əsasında batalyonun tərkibinə daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 1N №-li əmrində (əsas: § 1, sıra 8, əmrdə atasının adı yazılmamışdır) İddiaçı Şayıflı postuna ezam olunması barədə məlumat vardır. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş 1967-ci il təvəllüdlü kiçik çavuş İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 364 №-li əmrilə (əsas: səh 414, § 27, sıra 62) BMO-nun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 27 №-li əmrilə (əsas: səh 147, § 3, sıra 11) İddiaçı yaralanaraq hospitala göndərildiyi üçün BMO-nun qazan təminatından çıxarılmışdır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün yuxarı yaş hədli, 1967-ci il təvəllüdlü sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.1995-ci il tarixli müvafiq Direktivinə əsasən N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 40 №-li əmrilə (əsas: səh 83, § 7, sıra 429) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Qeyd edirlər ki, N №-li hərbi hissə komandirinin dekabr N-cü il tarixli, N №-li hərbi hissə komandirinin fevral-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, məzuniyyətə getməsi və qayıtması barədə məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3124 nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissənin sabiq əsgəri İddiaçış (stasionar kitabda vətəndaşın ata adı Əli deyil Əliş qeyd edilmişdir) oğlu həqiqətən xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Döş qəfəsinin odlu silah yaralanması, ağciyərin və qara ciyərin sol payının və diafraqmanın zədələnməsi (diaqnoz fərqli rəngli qələmli yazılmışdır və qaralanmışdır). Əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 1994-cü ilə məxsus 5 nömrəli “Stasionar xəstələrin qeydiyyatı” kitabının 39-cu səhifəsində olan 4680-ci (sıra sayında 80 rəqəmi qaralanmışdır) sayındakı qeyd. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün hərbi bileti arxiv arayışları ilə birgə, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayış, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahı (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) təqdim etməlidir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan tələblərini işin faktiki hallarına tətbiq edərək qeyd edir ki, işin hallarından göründüyü kimi, N nömrəli hərbi hissədən gəlmiş 1967-ci il təvəllüdlü kiçik çavuş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 364 nömrəli əmrilə (əsas: səh 414, §27, sıra 62) BMO-nun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 27 №-li əmrilə (əsas: səh 147, § 3, sıra 11) İddiaçı yaralanaraq hospitala göndərildiyi üçün BMO-nun qazan təminatından çıxarılmışdır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün yuxarı yaş hədli, 1967-ci il təvəllüdlü sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.1995-ci il tarixli müvafiq Direktivinə əsasən N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 40 №-li əmrilə (əsas: səh 83, § 7, sıra 429) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin dekabr N-cü il tarixli, N №-li hərbi hissə komandirinin fevral-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, məzuniyyətə getməsi və qayıtması barədə məlumat aşkar edilməmişdir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarına əsasən məhkəmə belə bir qənaətə gəlir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş hərbi qulluqçulara hərbi biletlə yanaşı, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim edilməli olduğundan, iddiaçının isə döyüş əməliyyatları aparılan hərbi hissədə xidmət etməsi barədə hərbi hissənin nizami hissə üzrə əmrlərin olması işin halları ilə sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-3724/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3724/2022
14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver