Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3726/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və prosessual xərclərin tutulması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və prosessual xərclərin tutulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********3361 nömrəli qərarının ləğv edilməsi və 3000 manat məbləğində prosessul xərclərin cavabdehdən tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli qərara əsasən cavabdeh vergi orqanı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə səasən 2000 (iki min) manat məbləğində cərimə edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Qərara əsasən iddiaçının səlahiyyətli nümayəndəsi olduğu “Farel” restoranında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 (bir) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar etmişdir. Bununla da, vergi orqanı Əmək Məcəlləsinin tələblərinin pozulduğunu hesab edərək iddiaçının 2000 (iki min) manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə qərarda göstərilən fiziki şəxsin restoranda ilk iş günü olmuşdur. Belə ki, işçi kimi götürülməsi nəzərdə utulan şəxsə restoranda göstərəcəyi xidmət, onun üçün nəzərdə tutulmuş hüquq və vəzifələr izah olunması üçün əmək müqaviləsi bağlanmamışdan əvvəl iş şəraiti ilə tanış olması və işləmək istəyəcəyi təqdirdə əmək müqaviləsi bağlanması məqsədilə şərait yaradılmışdır. xx.xx.2023-cü il tarixli X3 tərəfindən verilmiş izahatdan da, aydın olur ki, restoranda ilk dəfə xx.xx.2023-cü ildə olmuşdur. Həmçinin, qeyd edilən iaşə obyektində bu vaxta qədər əmək müqaviləsindən irəli gələn münasibətlər üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmamış, hər hansı sanksiya tətbiq olunmamışdır. Restoranda ilk gün, yəni xx.xx.2023-cü il tarixdə olan faiziki şəxs əmək fəaliyyətinə başlamamışdan əvvəl əmək şəraiti ilə tanış olmuş, göstərəcəyi xidmətlər, müəssisənin daxili qaydaları ilə tanış olmuşdur. Razılaşacağı təqdirdə həmin gün və ya tərəflərin razılaşdırdığı növbəti günlərdə əmək müqaviləsi bağlanaraq işçi rəsmi qaydada əmək fəaliyyətinə başlayacaqdır. Əgər işçi həmin gündən etibarən restoranda işləməyə razı olduğunu bildirsə idi, onunla həmin günün sonunda əmək müqaviləsi bağlanacaq və xx.xx.2023-cü il tarixindən restorandakı əmək fəaliyyəti rəsmi qaydada başlayacaqdır. xx.xx.2023-cü il tarixdə işə götürülməsi planlaşdırılan fiziki şəxsin razılığı alınmamış, əmək müqaviləsi bağlanmasına məcbur edilə bilməzdi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsində də, əmək müqavilələrinin bağlanmasının sərbəstliyi prinsipi öz əksini tapmışdır. Ümumiyyətlə, əmək qanunvericilində əmək müqaviləsinin iş şəraiti, əmək müqaviləsində qeyd edilən şərtlər, hüquq və vəzifələr, tərəflərin öhdəlikləri, habelə, müəssisəddaxili qaydalarla tanış olmadan bağlanmasının məcburiliyi nəzərdə tutulmamışdır. Şəxs bütün bu hallarla tanış olduqdan sonra razılıq verərsə müqavilə sərbəst və tərəflərin razılığı ilə bağlanır. Məhkəməyə də, məlumdur ki, əmək müqavilələri üzrə yaranan münasibətlərdə praktiki olaraq da, işçi və işəgötürən arasında bütün şərtlər və hallar razılaşdırıldıqdan sonra əmək müqavilələri bağlanır və məşğulluq altsistemində qeydiyyatı aparılır. İddiaçı tərəfindən işə götürən qismində bu vaxta qədər hər hansı formada gəlirlərin gizlədilməsinə yol verilməmişdir. İlk gün əmək şəraiti ilə tanış olması üçün dəvət olunmuş fiziki şəxslə dərhal müqavilə bağlanmaması halına görə guya iddiaçının gəlirlərini gizlətmək məqsədi daşıması qənaətinə gəlinməsinin hər hansı hüquqi və faktiki əsası yoxdur. 4 nəfər müştəri (əvvəlcə onların vergi orqanının əməkdaşları olduqlarını bildirməmişlər) restorana gəlmişdir. Müştərilərə xidmət göstərildikdən sonra hesab təqdim edilmiş, nəzarət-kassa aparatının çeki və R-keeper çeki təqdim edilmişdir. Müştərilər hesabı ödədikdən sonra restorandan çıxmış, daha sonra yenidən əllərində kamera vasitəsilə restoranın video-görüntünü alaraq içəri daxil olmuşlar. Restoranda vergi ödəyicisi və ya müəssisənin səlahiyyətli nümayəndəsi həmin vaxt orada olmamışdır. Restoranda bir gündür ki, əmək fəaliyyəti ilə tanış olmaq üçün gəlmiş şəxsə özlərini təqdim etmişlər. Lakin, “Dövlət vergi orqanları tərəfindən X4 (OVN) tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 1.10-cu bəndində nəzərdə tutulmuş qaydada vergi orqanının qərarını və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışını təqdim etməmişlər (qeyd edilən hallar 019548 nömrəli, xx.xx.2023-cü il tarixli aktda vergi müfəttişləri tərəfindən qeyd şəklində göstərilmişdir). Habelə, şikayətə əlavə olunmuş 44 nömrəli əlavədə iltizamdan göründüyü kimi, iddiaçının iştirakı olmadan iltizam hazırlanmış, iddiaçının iştirak etmədiyi göstərilmişdir. Hesab edir ki, aparılmış X4 zamanı hər hansı qanun pzuntusu baş verməmiş, əksinə nəzarətdə iştirak edən vergi müfəttişləri vergi ödəyicisi qismində səlahiyyətli hər hansı şəxsə X4nin həyata keçirilməsi barədə məlumat verməmiş, habelə “Dövlət vergi orqanları tərəfindən X4 tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 1.10-cu maddəsində nəzərdə tutulmuş qaydada vergi orqanının qərarını və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışını təqdim etməmişdirlər. Həmçinin, iddiaçının və digər hər hansı səlahiyyətli nümayəndənin iştirakı olmadan vergi müfəttişləri tərəfindən restoranda foto və video çəkilişdən istifadə olunmuş, baxmayaraq ki, iddiaçı bu barədə hər hansı iltizam verməmiş və imzalamamışdır (şikayətə əlavə olunan iltizama iştirak etmədiyi göstərilir), foto və video çəkilişlər aparılmış, bununla bağlı hər hansı akt tərtib olunmamışdır. X4ndə iştirak edən vergi müfəttişləri vergi orqanının qərarını və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışını təqdim etməmişlər.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********3229 nömrəli qərarının ləğv edilməsi və 3000 manat məbləğində prosessul xərclərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, uçotbaza məlumatlarına əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi uçota alındığı və əsas fəaliyyət növünün “kafelərin fəaliyyəti” olduğu müəyyən edilmişdir. İşin halları ilə bağlı bildirirlər ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin (bundan sonra - Baş İdarə) “X4nin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3371 nömrəli qərarına əsasən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yolu 20, 2-ci km ünvanında yerləşən “Forel” restoranında xx.xx.2023-cü il tarixdə saat 14:30-da keçirilmiş X4 tədbiri zamanı 1 (bir) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2023-cü il tarixli DVX seriyalı 000841 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X4nin nəticəsi haqqında” aktla rəsmiləşdirildiyi, aktın vergi ödəyicisinin obyektdə olmaması səbəbindən tərəfindən imzalanmadığı, bir nüsxəsinin qəbul edilmədiyi müəyyən edilmişdir. Tərtib olunmuş akt Baş İdarənin xx.xx.2023-cü il tarixli **********903800 nömrəli məktubu ilə xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, elektron qutuda xx.xx.2023 -cü il tarixdə saat 17:20:26-da oxunmuşdur. Bundan əlavə vergi orqanının xx.xx.2023-cü il tarixli **********903800 nömrəli məktubu ilə vergi ödəyicinin X4 tədbirinin nəticəsinə baxılması üçün xx.xx.2023-cü il tarixə dəvət edildiyi, həmin məktubla elektron qutuda xx.xx.2023 -cü il tarixdə saat 17:20:26-da tanış olduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3229 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2023-cü il tarixli **********765200 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2023-cü il tarixdə saat 14:48:28-də oxunmuşdur. Vergi ödəyicisi tərəfindən həmin qərardan xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********212400 nömrəli) inzibati şikayət verilmiş və vergi ödəyicisinin həmin müraciəti xx.xx.2023-cü il tarixli **********566700 nömrəli məktubla cavablandırılmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, restoranda ilk gün, yəni xx.xx.2023cü il tarixdə olan fiziki şəxs əmək fəaliyyətinə başlamamışdan əvvəl əmək şəraiti ilə tanış olmuş, göstərəcəyi xidmətlər, müəssisənin daxili qaydları ilə tanış olmuşdur. Razılaşacağı təqdirdə həmin gün və ya tərəflərin razılaşdırdığı növbəti günlərdə əmək müqaviləsi bağlanaraq işçi rəsmi qaydada əmək fəaliyyətinə başlayacaqdı. Əgər işçi həmin gündən etibarən restoranda işləməyi razı olduğunu bildirəcəkdisə, onunla həmin günün sonunda əmək müqaviləsi bağlanacaq və xx.xx.2023-cü ildən restorandakı əmək fəaliyyəti rəsmi qaydada başlayacaqdır. Qeyd olunanın əksinə bildirilir ki, X2 izahatından da aydın olduğu kimi həmin fiziki şəxs OVN tədbiri zamanı artıq işə təyin edilmişdir. Belə ki, işçi X3 vergi orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli etirafedici izahatında xx.xx.2023-cü il tarixdən İddiaçı tərəfindən aşbaz vəzifəsinə işə təyin olunduğunu, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını, əmək haqqının gündəlik 25 manat təşkil etdiyini bildirmişdir. Eyni zamanda bildirirlər ki, OVN tədbiri zamanı video çəkiliş də aparılmış və həmin video çəkilişdə X3 aşbaz geyimində olmuş və əvəzedici şəxs kimi həmin gün işə cəlb edildiyini bildirmişdir (Disk etiraza əlavə edilir). Xüsusilə vurğulamaq istəyirlər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemindən əldə olunmuş məlumata əsasən İddiaçı X4 tədbirindən sonra xx.xx.2023-cü il tarixdə X3 ilə olan əmək müqaviləsi bildirişini elektron sistemə əlavə etmişdir. İddiaçı eyni zamanda iddia ərizəsində qeyd etmişdir ki, vergi orqanının əməkdaşları Dövlət vergi orqanları tərəfindən X4 (OVN) tədbirlərinin həyata keçirilməsi Qaydaları” nın 1.10-cu bəndində nəzərdə tutulmuş qaydada vergi orqanının qərarını və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışını təqdim etməmişdirlər. Bildirirlər ki, iş materialına əlavə edilmiş videodan və OVN tədbiri zamanı tərtib olunmuş xx.xx.2023-cü il tarixli DVX seriyalı 000841 nömrəli Aktda və sərbəst formada tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktda da qeyd olunduğu kimi vergi ödəyicisi OVN tədbiri zamanı obyektdə olmamış, onunla mobil telefon vasitəsilə əlaqə saxlanaraq OVN tədbiri barədə məlumatlar verilmişdir. Vergi ödəyicisinin OVN tədbiri zamanı obyektdə olmaması halında nəzarət tədbirinin keçirilməsi qanunvericliklə məhdudlaşdırılmamışdır. Əlavə olaraq bildirilmişdir ki, yuxarıda da qeyd olunduğu kimi vergi ödəyicisi obyektdə olmadığından OVN tədbirinə dair sənədlər (“X4nin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********3371 nömrəli qərar, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış, xx.xx.2023-cü il tarixli DVX seriyalı 000841 nömrəli Akt, xx.xx.2023-cü il tarixli sərbəst tərtib edilmiş akt, Əmək müqavilələrinin rəsmiləşdirilmısi haqqında Bildiriş və X2 izahatı) Baş İdarənin xx.xx.2023-cü il tarixli **********903800 nömrəli məktubu ilə xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, elektron qutuda xx.xx.2023 -cü il tarixdə saat 17:20:26da oxunmuşdur.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********3229 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2023-cü il tarixədək 2000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
9. Cavabdeh tərəfindən təqdim edilmiş icraat materiallarına əsasən: - xx.xx.2023-cü il tarixli **********3371 nömrəli “X4nin həyata keçirilməsi haqqında” Qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yolu 20, 2-ci km ünvanında yerləşən “Kafe-Restoran” obyektində X4nin həyata keçirilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli, KY231976424 nömrəli Çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2023-xx.xx.2023, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları”nın aşkar edilməsi olmuşdur. - “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X4nin nəticəsi haqqında ” DVX 000841 nömrəli xx.xx.2023-cü il tarixli akta əsasən, xx.xx.2023-cü il tarixdə saat 14:30-da təqdim olunmuş əmək müqaviləsi və baza məlumatına əsasən stomotoloji xidmətlər göstərən 1 (bir) nəfər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Akta əlavə ediliş siyahıda X2 adı qeyd edilmişdir. - Aşkar edilmiş pozuntular vergi ödəyicisinin iştirakı olmadan xx.xx.2023-cü il tarixli DVX seriyalı 019548, 008841 nömrəli aktlarla rəsmiləşdirilmiş, lakin vergi ödəyicisinin obyektdə olmaması səbəbindən tərtib edilmiş aktlarla tanış etmək, tərtib olunmuş aktlara imza etdirmək və bir nüsxəsini alması mümkün olmamışdır. - Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqaviləsi barədə məlumatda X2 adı aşkar edilməmişdir. - Vergi orqanı tərəfindən R.Əliyevdən alınmış izahatda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdən İddiaçı tərəfindən aşbaz vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi yoxdur, əmək müqaviləsi bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi təqdim edilməmiş, bir gün üçün 25 manat nağd formada rəhbər tərəfindən əmək haqqı təyin olunmuş, iş vaxtı 11:00-da başlayır, 23:00-da bitir, nahar fasiləsi 13:00-14:00, gündəlik iş saatı rejimi 11-12 saat, həftədə 7 gün, işə həmin gün (xx.xx.2023-cü il tarixində) gəlmiş, işdə yenidir. İzahatı özü yazmış, doğruluğunu imzası ilə təsdiq etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
11. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
14. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər
15. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
16. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
17. Hazırkı iş üzrə işin hallarından müəyyən edilir ki, cavabdehin xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət edilmişdir.
18. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
20. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır.
21. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
22. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
23. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
24. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
25. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
26. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü maddəsinə (Vergi orqanlarının hüquqları) 23.1. Vergi orqanının hüquqları aşağıdakılardır: - 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X4ni keçirmək; (...) Həmin Məcəllənin 50-ci maddəsinə (X4) əsasən: - 50.1. X4 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; - 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; - 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; - 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; - 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; - 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; - 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; - 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. - 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; - 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; - 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; - 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71- 1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; - 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; - 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 50.2. X4nin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: - 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; - 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; - 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; - 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; - 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. X4 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X4 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X4nin müddəti və X4ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 150.1-ci maddəsin əsasən aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: ... 150.1.2. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və xüsusi notariuslar; ... 150.1.7. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən, habelə muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə maddi yardım, mükafat, təqaüd verən hüquqi şəxslər və ya fərdi sahibkarlar. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar.
27. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar ...
8. İş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer.
9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi ...
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Maddə 43. Əmək müqaviləsinin məzmunu ... 2.Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, o cümlədən faktiki fəaliyyət göstərdiyi ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
28. Beləliklə qanunvericiliyin yuxarıda sadalanan normalarının işin faktiki halları ilə birgə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının ünvanında həyata keçirilmiş X4 qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmiş, yoxlama zamanı tərtib edilmiş aktda göstərilənlərin doğruluğu iş materiallarında olan kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmış, iddiaçı tərəfindən həmin sübutları təkzib edəcək hər hansı bir dəlil məhkəməyə təqdim edilməmiş, əksinə cavabdeh tərəfindən iş materiallarına əlavə olunmuş X2 izahatı və həmin gün vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqaviləsi barədə məlumatlarda R.Əliyevin adının aşkarlanmaması yoxlama aktında göstərilənləri bir daha təsdiq etmişdir.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
30. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
31. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
32. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva