Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3730/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 204932/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2- 3/2-204938/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-204932/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-204938/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 221182/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-228882/2024 nömrəli, xx.xx.2024cü il tarixli, 3-21-2-3/2-228827/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 228833/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-221238/2024 nömrəli, xx.xx.2024cü il tarixli, 3-21-2-3/2-227393/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 221188/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” Qərarlarının ləğv edilməsi öhdəliyinin icrasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin həmin Qərarları ilə iddiaçı barəsində 2023-cü il üzrə əlavə dəyər vergisi hesablanmışdır. Cavabdeh həmin qərarlarda qeyd olunan hesablamanın əsası kimi göstərmişdir ki, aparılmış araşdırma zamanı xx.xx.2021-xx.xx.2022-ci il tarixədək olan dövr üzrə sadələşdirilmiş vergi bəyannamələrinə, kassaya daxil edilmiş nağd əməliyyatlara və bank hesablarına daxil olmuş məbləğlərə (satış əməliyyatları üzrə) əsasən dövriyyəsi 200 000 manatdan artıq olduğu müəyyən edildiyindən, qeydiyyatda olduğu vergi orqanı tərəfindən ona xx.xx.2023cü il tarixli **********797500 nömrəli ƏDV məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsi barədə bildiriş göndərilmişdir. Qanunvericiliklə müəyyən edilmiş müddətdə iddiaçı tərəfindən müvafiq ərizə təqdim edilmədiyindən vergi orqanı tərəfindən ƏDV məqsədləri üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına qoyaraq ona xx.xx.2023-cü il tarixli **********373000 nömrəli əlavə dəyər vergisi ödəyicisinin qeydiyyatı bildirişi göndərilmişdir. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır Cavabdehin bildiriş göndərdiyi tarixədək iddiaçının mükəlləfiyyəti sadələşdirilmiş vergi olmuş və vergilərin hesablanmasına əsas verən mallar iddiaçı tərəfindən elektron qaimə-faktura əsasında ədv ödənilməklə əldə olunmuşdur. Göründüyü kimi əldə olunan mallar iddiaçının sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrdə əldə olunduğundan həmçinin, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə olunduğundan və iddiaçı sadələşdirilmiş vergi ödəyicisi olduğu üçün ödəmiş olduğu ƏDVni əvəzləşdirmək hüququ olmadığından iddiaçının həmin malları təqdim etməsinə ƏDV üzrə vergi tutulan əməliyyat kimi baxılmamalıdır. Həmçinin, əgər vergi ödəyicisi mal alarkən ödədiyi ƏDV məbləğini əvəzləşdirmək (büdcədən geri qaytarmaq) hüququna malik olmamışdırsa, bu halda həmin malların satışı təkrar ƏDV-yə cəlb edilmir. Belə ki, şəxs malı alarkən 18% dərəcə ilə hesablanmış ƏDV məbləğini ödədiyindən və büdcədən geri qaytarmadığından, qanunverici onu ikinci dəfə 18% dərəcə ilə ƏDV ödəmək öhdəliyindən azad edir. İşin hallarından göründüyü kimi, iddiaçı malları alarkən ödədiyi ƏDV məbləğlərini VM-nin 175.1-ci maddəsinə əsasən əvəzləşdirmək hüququna malik olmamış və ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmədiyindən satdığı malların dəyərinə 18% dərəcə ilə ƏDV məbləği əlavə etmədiyindən, həmin satış əməliyyatları VM-nin 159.7-ci maddəsinə müvafiq olaraq ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Belə ki, iddiaçı mal alarkən ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmədiyindən (büdcədən geri qaytarmadığından), həmin malları satarkən ikinci dəfə 18% dərəcə ilə ƏDV-yə cəlb edilə bilməz. Çünki, bu halda iddiaçı 36% dərəcə ilə ƏDV ödəməli olar. Bundan başqa, ƏDV ödəyiciləri büdcəyə ödəməli olduğu ƏDV məbləğini malın dəyərinə əlavə edərək alıcıdan aldığı halda, indiki halda iddiaçı satdığı mallara hər hansı ƏDV məbləği tətbiq etməmişdir. Odur ki, iddiaçı sadələşdirilmiş verginin ödəyicisi olduğundan, ƏDV qeydiyyatdan keçmədiyi üçün satdığı malların dəyərinə hər hansı ƏDV məbləği əlavə etmədiyindən və mal alarkən ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmək hüququna malik olmadığından, yoxlanılan dövrlər ərzində satdığı mallara görə ƏDV-yə cəlb edilə bilməz. ƏDV ödəyicisnin qeydiyyata alınma bildirişindən göründüyü kimi cavabdeh xx.xx.2023-cü il tarixli bildirişlə iddiaçını xx.xx.2022-ci il tarixdə məcburi ƏDV qeydiyyatına almışdir. İddiaçı fəaliyyətini xx.xx.2023-cü il tarixdən dayandırmışdır. İddia ərizəsinə əlavə olunmuş elektron qaimə-fakturalar əsasında müəyyən olunur ki, iddiaçı həmin malları əldə edərkən ƏDV qeydiyyatında olmamış və buna müvafiq olaraq ƏDV ödəyicisi olmadığı üçün malları əvəzləşdirmək hüququ olmamışdır. Halbuki, iddiaçı daha əvvəlki tarixlərdə xəbərdar edilmiş olsaydı, ƏDV qeydiyyatından keçməklə satdığı malların dəyərinə ƏDV məbləği əlavə edə və həmin ƏDV məbləğlərini büdcəyə ödəməklə vergi yükündən xilas ola bilərdi. İşin hallarından göründüyü kimi, iddiaçı sadələşdirilmiş verginin ödəyicisi olduğundan malları alarkən əvəzləşdirmə almamış və ya əvəzləşdirmə hüququna malik olmamışdır. Bu isə o deməkdir ki, iddiaçının həmin malların satışı üzrə əməliyyatları ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, aparılmış araşdırma zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan dövr ərzində təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində olan dövriyyənin, sahibkarlıq fəaliyyəti təyinatı ilə mədaxil olmuş pul vəsaitinin və onlayn kassa üzrə nağd dövriyyənin ümumi məbləğinin 200235,67 manat təşkil etdiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200000 manatdan artıq olan vergi ödəyiciləri 10 gün ərzində əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair müvafiq ərizə təqdim etməlidirlər. Bununla əlaqədar iddiaçıya "Əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********797500 nömrəli bildiriş göndərilmiş və 10 gün ərzində ƏDV məqsədləri üçün ərizənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Əlavə dəyər vergisi məqsədləri üçün ərizə 10 gün müddətində vergi orqanına təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 157.3.1 -ci maddəsinə əsasən iddiaçının xx.xx.2022-ci il tarixdən məcburi qaydada əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata alınması təmin edilmiş və bu barədə bildiriş vergi ödəyicisinə göndərilmişdir. Uçot-baza məlumatına əsasən iddiaçının əsas fəaliyyətinin digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsindən ibarət olduğu müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı iddiaçının bank hesablarına daxil olmuş vəsaitlərin və onlayn kassa üzrə dövriyyə məbləğlərinin təhlili zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sahibkarlıq fəaliyyəti təsnifatı üzrə hesablarına mədaxil edilmiş məbləğlərin, həmin dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində müəyyən edilmiş dövriyyə məbləğlərindən çox olması aşağıdakı cədvəldə göstərilən kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə əlavə dəyər vergisi bəyannamələri üzrə müvafiq aylar üzrə əlavə vergi məbləğləri hesablanmışdır. Kameral yoxlamasının nəticəsi üzrə hesablamalar ilə bağlı qeyd edilmişdir ki, uçot baza məlumatlarına əsasən 2022-ci il iyun ayı ərzində vergi ödəyicisinin bank hesabına sahibkarlıq fəaliyyəti ilə əlaqədar 9.79,86 manat vəsaitin mədaxil edildiyi, NKA-ya isə 11275,33 manat nağd vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə ƏDV bəyannaməsi təqdim edilmədiyindən kənarlaşma yaranmışdır. Vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə 2022-ci ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə 3681,93 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar vergi ödəyicisinə göndərilmişdir. Uçot baza məlumatlarına əsasən 2022-ci il iyul ayı ərzində vergi ödəyicisinin bank hesabına sahibkarlıq fəaliyyəti ilə əlaqədar 10.258,67 manat vəsaitin mədaxil edildiyi, NKA-ya isə 12.168,05 manat nağd vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə ƏDV bəyannaməsi təqdim edilmədiyindən kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsi üzrə 4036,81 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2024-cü il tarixli qərar vergi ödəyicisinə göndərilmişdir. Uçot baza məlumatlarına əsasən 2022-ci il avqust ayı ərzində vergi ödəyicisinin bank hesabına sahibkarlıq fəaliyyəti ilə əlaqədar 13.091,32 manat vəsaitin mədaxil edildiyi, NKA-ya isə 20.399,55 manat nağd vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə ƏDV bəyannaməsi təqdim edilmədiyindən kənarlaşma yaranmışdır. 2022-ci ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 6.028,36 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar vergi ödəyicisinə göndərilmişdir. Uçot baza məlumatlarına əsasən 2022-ci il sentyabr ayı ərzində vergi ödəyicisinin bank hesabına sahibkarlıq fəaliyyəti ilə əlaqədar 12.443,14 manat vəsaitin mədaxil edildiyi, NKA-ya isə 12.380,42 manat nağd vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə ƏDV bəyannaməsi təqdim edilmədiyindən kənarlaşma yaranmışdır. 2022-ci ilin sentyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 4.468,24 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar vergi ödəyicisinə göndərilmişdir. Uçot baza məlumatlarına əsasən 2022-ci il oktyabr ayı ərzində vergi ödəyicisinin bank hesabına sahibkarlıq fəaliyyəti ilə əlaqədar 14.673,65 manat vəsaitin mədaxil edildiyi, NKA-ya isə 14.685,51 manat nağd vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə ƏDV bəyannaməsi təqdim edilmədiyindən kənarlaşma yaranmışdır. 2022-ci ilin ƏDV bəyannaməsi üzrə 5.284,65 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş xx.xx.2024- cü il tarixli qərar vergi ödəyicisinə göndərilmişdir. Uçot baza məlumatlarına əsasən 2022-ci il noyabr ayı ərzində vergi ödəyicisinin bank hesabına sahibkarlıq fəaliyyəti ilə əlaqədar 15.739,08 manat vəsaitin mədaxil edildiyi, NKA-ya isə 15.074,78 manat nağd vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə ƏDV bəyannaməsi təqdim edilmədiyindən kənarlaşma yaranmışdır. 2022-ci ilin noyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 5.546,49 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar vergi ödəyicisinə göndərilmişdir. Uçot baza məlumatlarına əsasən 2022-ci il dekabr ayı ərzində vergi ödəyicisinin bank hesabına sahibkarlıq fəaliyyəti ilə əlaqədar 19749,32 manat vəsaitin mədaxil edildiyi, NKA-ya isə 16867,21 manat nağd vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə ƏDV bəyannaməsi təqdim edilmədiyindən kənarlaşma yaranmışdır. 2022-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə 6.590,98 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar vergi ödəyicisinə göndərilmişdir. Uçot baza məlumatlarına əsasən 2023-cü il yanvar ayı ərzində vergi ödəyicisinin bank hesabına sahibkarlıq fəaliyyəti ilə əlaqədar 16.709,00 manat vəsaitin mədaxil edildiyi, NKA-ya isə 17.964,43 manat nağd vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə ƏDV bəyannaməsi təqdim edilmədiyindən kənarlaşma yaranmışdır. 2023-cü ilin yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə 6.241,22 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar vergi ödəyicisinə göndərilmişdir. Uçot baza məlumatlarına əsasən 2023-cü il fevral ayı ərzində vergi ödəyicisinin bank hesabına sahibkarlıq fəaliyyəti ilə əlaqədar 6.118,36 manat vəsaitin mədaxil edildiyi, NKA-ya isə 19.420,84 manat nağd vəsaitin mədaxil edildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə ƏDV bəyannaməsi təqdim edilmədiyindən kənarlaşma yaranmışdır. 2023-cü ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə 4.597,06 manat əlavə vergi məbləği hesablanmış və kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar vergi ödəyicisinə göndərilmişdir. Odur ki, iddiaçı barəsində qəbul edilmiş qərarlar qanuni və əsaslıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-204932/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 6.241,22 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı 2023-cü ilin yanvar ayı ərzində bank hesablarına sahibkarlıq fəaliyyəti ilə əlaqədar pul vəsaitinin mədaxil edilməsi və onlayn kassa üzrə əməliyyatların aparılmasına baxmayaraq, müvafiq dövrlər üçün ƏDV bəyannamələrində dövriyyə məbləğinin bəyan edilmədiyi müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-204938/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 4.597,06 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı 2023-cü ilin fevral ayı ərzində bank hesablarına sahibkarlıq fəaliyyəti ilə əlaqədar pul vəsaitinin mədaxil edilməsi və onlayn kassa üzrə əməliyyatların aparılmasına baxmayaraq, müvafiq dövrlər üçün ƏDV bəyannamələrində dövriyyə məbləğinin bəyan edilmədiyi müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-221182/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 3.681,93 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, azaldılmış vergi məbləği bərpa edilir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-228882/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 4.036,81 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamədə daxilolma məbləğinin azaldılmasına baxmayaraq, bununla bağlı təsdiqedici sənəd təqdim edilməmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-228833/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 4.468,24 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamədə daxilolma məbləğinin azaldılmasına baxmayaraq, bununla bağlı təsdiqedici sənəd təqdim edilməmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-221238/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 5.284,65 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, azaldılmış vergi məbləği bərpa edilir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-227393/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 5.546,49 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamədə daxilolma məbləğinin azaldılmasına baxmayaraq, bununla bağlı təsdiqedici sənəd təqdim edilməmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-221188/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 6.590,98 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, azaldılmış vergi məbləği bərpa edilir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-228827/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 6.028,36 manat əlavə vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamədə daxilolma məbləğinin azaldılmasına baxmayaraq, bununla bağlı təsdiqedici sənəd təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş iddiaçının xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə apardığı əməliyyatlar üzrə e-qaimələrdən görünür ki, iddiaçının alışında malın ƏDV-siz ümumi dəyəri 3044,95 manat, malın ƏDV məbləği 548.09 manat təşkil etmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin xx.xx.2024-cü il tarixli, 3- 21-2-3/2-204932/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-204938/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-221182/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 228882/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-228827/2024 nömrəli, xx.xx.2024cü il tarixli, 3-21-2-3/2-228833/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 221238/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-227393/2024 nömrəli, xx.xx.2024cü il tarixli 3-21-2-3/2-221188/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” Qərarlarının ləğv edilməsini xahiş edir. Həmin qərarlarla iddiaçıya əlavə vergi məbləği hesablanmış və iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmiş və qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Vergi Məcəlləsinə əsasən dövlət vergilərinə aşağıdakılar aiddir: fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); əlavə dəyər vergisi; aksizlər; hüquqi şəxslərin və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi; hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; yol vergisi; mədən vergisi; sadələşdirilmiş vergi (6.1.). Vergi Məcəlləsində həmçinin göstərilmişdir ki, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir (153.1.). ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir (154.1.). Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir (159.1.). Həmin Məcəlləyə əsasən aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200 000 manat və ondan az olan şəxslər; vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (218.1.). Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir (19.1.). Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür (221.2.). Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər (221.3.). İddiaçının əsas dəlili ondan ibbarət olmuşdur ki, o hesabat dövründə sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Bu səbəbdən onun əlavə dəyər vergisini (bundan sonra - ƏDV) əvəzləşdirmək hüququ olmamışdır. Lakin, cavabdeh onu ƏDV ödəyicisi kimi qeydiyyatdan keçirmiş və ona həmin dövr üzrə ƏDV hesablamışdır. Vergi Məcəlləsində göstərilmişdir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDVsiz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir (175.1.). Hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt (175.1.1.); hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq (175.1.2); vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir (175.1.3.). İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehin əlavə vergi məbləğini hesabladığı hesabat dövründə, yəni xx.xx.2021-xx.xx.2022-ci illəri əhatə edən dövr ərzində iddiaçı sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş və ƏDV ödəyicisi olmamışdır. Cavabdeh 2024-cü il üzrə kameral vergi yoxlaması zamanı iddiaçıın həmin dövr üzrə illik dövriyyəsinin 200 000 manat keçdiyi üçün iddiaçını xx.xx.2022-ci ildən ƏDV ödəyicisi kimi qeydiyyata salmış və onun bundan sonra apardığı əməliyyyatlara ƏDV hesablamışdır. Hazırda iddiaçı bunu mübahisələndirir. Vergi Məcəlləsində göstərilmişdir ki, ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir (157.1.). Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: məcburi qeydiyyat zamanı: ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək; bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə (157.3.1.); könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə (157.3.2.); Bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə (157.3.3.). Göründüyü kimi 2024-cü ildə cavabdeh iddiaçını xx.xx.2022-ci ildən ƏDV ödəyicisi kimi qeydiyyata salaraq onun həmin dövrdən sonrakı əməliyyatlarına ƏDV hesablamışdır. Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını ümumiləşdirilərək qeyd edilməlidir ki, ƏDV ödəyiciləri olan fiziki və hüquqi şəxslər malları və ya xidmətləri əldə edərkən onların həmin mal və ya xidmətlərin dəyərinə görə ödədikləri məbləğdən ƏDV ödənilir və onlar ödənilən ƏDV məbləğini əvəzləşdirmək hüququna mail olurlar. Onlar əldə etdikləri malları satdıqları vaxt həmin malların dəyəri olaraq əldə etdikləri məbləğdən ƏDV ödəyirlər. Yəni, bir mal və ya xidmət üzrə yalnız bir dəfə ƏDV ödənilir. Həmin mal bir neçə dəfə realizə edilərsə hər dəfə ödənilmiş ƏDV məbləği dövlət büdcəsindən əvəzləşdirilir. Eyni zamanda şəxs malları ƏDV-yə cəlb edilən əməliyyat nəticəsində əldə edibsə, yəni onun malın dəyərinə görə ödədiyi məbləğdən ƏDV ödənilibsə və həmin vaxt şəxs ƏDV-ni əvəzləşdirmək hüququna malik olmayan şəxs olubsa, onun həmin malları satarkən əldə etdiyi məbləğdən ƏDV tutulmur. Göründüyü kimi iddiaçı cavabdehin ona vergi borcu hesabladığı hesabat dövründə faktiki olarq sadələşdirilmiş vergi ödəyicisi olmuş və onun əldə etdiyi mallara görə ödənilmiş ƏDV-ni dövlət büdcəsindən əvəzləşdirmək hüququ olmamışdır. Yəni, həmin mallara görə ƏDv ödənilmişdir. Belə olan halda iddiaçının həmin malları realizə edərkən əldə etmiş olduğu məblədən ƏDV tutulması yolverilməzdir. Belə ki, bu hal artıq bir mala görə ikiqat ƏDV ödənilməsinə səbəb ola bilər ki, bu da qanunvericiliyə uyğun hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-204932/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-204938/2024, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-221182/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-228882/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 228827/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 228833/2024 nömrəli, xx.xx.2024cü il tarixli 3-21-2-3/2-221238/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 227393/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 221188/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərarları ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-204932/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-204938/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3- 21-2-3/2-221182/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-228882/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-228827/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 228833/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-221238/2024 nömrəli, xx.xx.2024cü il tarixli, 3-21-2-3/2-227393/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 221188/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” Qərarları ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-3730/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3730/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver