Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3774/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanındaDövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********187571 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********187571 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən İddiaçınə ümumilikdə 954244,3 manat vergi və 1329345,51 manat vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası hesablanmışdır. İddiaçı hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********187571 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qanunsuz və əsassızdır. Bildirilir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********172007 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən İddiaçındə keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********173532 nömrəli aktın imzalanmasından imtina edilmişdir. Bunun səbəbi həmin aktda cəmiyyətə əlavə vergi və maliyyə sanksiyalarının hesablanması zamanı yol verilmiş nöqsanlar və vergi qanunvericiliyinin düzgün tətbiq edilməməsi, eyni zamanda vergitutma məqsədləri üçün qəbul edilmiş heç bir qayda və normativlərə əsaslanmayan hesablama metodundan istifadə edilməsi olmuşdur. Məlumat üçün bildirilir ki, səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən cəmiyyətə; 1) 2021-ci il üzrə 62577,05 manat və 2022-ci il üzrə 103141,97 manat olmaqla, ümumilikdə 165719,02 manat əlavə mənfəət vergisi hesablanmış və vergilərin azaldılmasına görə 82859,51 manat maliyyə sanksiyası tətbiq edilmiş. 2) 2020-ci ilin aprel-dekabr ayları üzrə 248330,17 manat, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 417905,14 manat, 2022-ci ilin yanvardekabr ayları üzrə 433220,84 manat və 2023-cü ilin yanvar-mart ayları üzrə 314824,89 manat olmaqla, ümumilikdə 1414281,04 manat X26 hesablanmış və vergilərin azaldılmasına görə 707140,52 manat maliyyə sanksiyası tətbiq edilmiş, 3) 2021-ci ilin 3-cü rübü üzrə 19,54 manat, 2022-ci ilin 1-4-cü rübləri üzrə 3801,48 manat və 2023-cü ilin 1-ci rübü üzrə 698,04 manat olmaqla, ümumilikdə 4519,06 manat ödəmə mənbəyində tutulan vergi hesablanmış və vergilərin azaldılmasına görə 2259,53 manat maliyyə sanksiyası tətbiq edilmiş 4) Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 536703,55 manat maliyyə sanksiyası tətbiq edilmiş, 5) Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 382,37 manat maliyyə sanksiyası tətbiq edilmiş, 6) 2021-ci ilin 2-ci rübü üçün təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial siğorta, işsizlikdən siğorta və icbari tibbi siğorta haqqları bəyannaməsi üzrə 0,01 manat əlavə hesablama aparılmış və vergilərin azaldılmasına görə 0,01 manat maliyyə sanksiyası tətbiq edilmiş, Yoxlama zamanı yuxarıda qeyd olunanlarla yanaşı; 1) 2020-ci ilin yanvar-dekabr ayları üzrə 220657,57 manat 2021-ci ilin yanvar-dekabr ayları üzrə 286878,58 manat, 2022-ci ilin yanvardekabr ayları üzrə 44298,86 manat və 2023-cü ilin yanvar-dekabr ayları üzrə 28943,64 manat olmaqla, ümumilikdə 580778,65 manat X21 artıq hesablandığı, 2) 2020-ci il üzrə 49496,19 manat mənfəət vergisi artıq hesablandığı və 3) Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial siğorta, işsizlikdən siğorta və icbari tibbi siğorta haqqları bəyannaməsi üzrə 2020-ci il üçün 0,02 manat məbləğin artıq hesablandığı müəyyən edilmişdir.
3. Cavabdeh orqan tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçı "xxxx" MMC-nin iddia ərizəsinə dair etiraz (e-2-1(112)-14967/2024 saylı iş üzrə) İddiaçı "xxxx" MMC (VÖEN: **********) cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Vergi ödəyicisinin və ya siğortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi siğorta və sosial siğorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********187571 nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsasən iddiaçının iddia ərizəsinə etiraz edilir. İddiaçı iddia ərizəsində göstərir ki, səyyar vergi yoxlaması aktında qeyd olunur ki, “Ödəyicinin 83% pərakəndə satış təşkil edir. Online kassa məlumatları araşdıran zaman müəyyən olunub ki, bütün malların pərakəndə satış qiyməti müəyyən etmək mümkün olmamışdır, əsas səbəb adları tam və düzgün formatda göstərilməməsidir. Bu səbəbdən ortalama satış dövriyyəsini müəyyən etmək üçün öncə topdan satış miqdarı (e-qaimə ilə olan satışları) topdan satış qiymətinə vurulmaqla (e-qaimədə olan satış qiymətləri əsas götürülməklə) müəyyən olunur, sonra qalan satış miqdarı, online kassadan satış qiyməti mala uyğun müəyyən etmək olan zaman, pərakəndə satış qiyməti götürülür, onu müəyyən etmək mümkün olmayan zaman topdan satış əsas götürülür, onu da müəyyən etmək mümkün olmayan zaman orta illik maya dəyəri əsas götürülür və satış dəyəri yoxlama ilə müəyyən edilir.” Baxmayaraq ki, belə bir hesablama metodu nə Vergi Məcəlləsində, nə də hər hansı digər bir qanunvericilik aktında mövcud deyildir. İddia ərizəsini aşağıdakılara əsasən əsassız hesab edilir. Belə ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********172007 nömrəli qərarına əsasən xx.xx.2020-ciil tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr əhatə edilməklə vergi ödəyicisində növbəti səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli **********173532 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisi elektrik-məişət mallarının idxalı, topdan və pərakəndə satışı ilə məşğul olmuşdur. Yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən vergilərin və icbari ödənişlərin 1 681 709, manat (mənfəət vergisi 165 719,02 manat, ƏDV 1 414 281,04 manat, ödəmə mənbəyində tutulan vergi 101 709,07 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, Dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta 0,01 manat) azaldıldığı, 630 274,86 manat (mənfəət vergisi 49 496,19 manat, ƏDV 580 778,65 manat, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, Dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta 0,02 manat) artıq hesablandığı qeyd edilmiş, eyni zamanda Vergi Məcəlləsinin 58.7-1.6-cı maddəsinə əsasən 536 703,55 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur (Cəmi hesablama 2 428 992,43 manat (vergi 1 051 434,28 manat, maliyyə sanksiyası 1 377 558,15 manat)). Vergilərin hesablanması üzrə: Mənfəət vergisi üzrə: Səyyar vergi yoxlaması ilə 2020-ci, 2021-cu və 2022-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Vergi ödəyicisi 2020-ci, 2021-ci və 2022-ci il üzrə hesablama metodu tətbiq etmişdir. Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Yoxlamaya təqdim edilmiş sənədlərə və AVİS baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cü, 108-ci, 130-cu, 134-cüvə 135-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergi tutma obyekti onun mənfəətidir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Həmin Məcəllənin 130.2-ci maddəsinə vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Vergi Məcəlləsinin 16.1.3-cu maddəsinə əsasən qanunvercilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onlann vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Yoxlamanın əhatə etdiyi dövrdə vergi ödəyicisi tərəfindən uçotunu hesablama metoduna əsasən aparmışdır. Vergi Məcəlləsinin 134 maddəsinin müddəalarına əsasən, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Ödəyici tərəfindən hər ilin sonuna təqdim edilmiş malların qalığı və AVİS uçot bazada olan idxal məlumatları və alış e-qaimələri əsas götürülərək, yoxlama ilə mallann dövriyyə qalıq cədvəli yığılmışdır. Satış cədvəli ödəyici tərəfindən təqdim edilməmişdir və bununla bağlı xx.xx.2023-cü il tarixli **********174155 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt tərtib olunmuşdur və Aktın bir nüsxəsini vergi ödəyicisinə xx.xx.2023-cü il tarixdə əlbəəl təqdim edilmişdir. Əlavə olaraq, xx.xx.2023-cü il tarixində “Sənədlərin qismən təqdim edilməsi barədə” tərtib edilmiş aktda, həmin sənədlərin təqdim edilməməsi barədə qeyd olunmuşdur. Aktın bir nüsxəsi vergi ödəyicisinə xx.xx.2023-cü il tarixlərində təqdim edilmişdir. Bu səbəbdən ödəyici tərəfindən hər ilin sonuna olan qalıq dəyəri əsas götürülərək, 2020-ci ilin ilkin qalıq sıfır və mallann alış mənbəyi idxal olduğu (2022-ci il tarixində idxaldan başqa alış e-qaimə də nəzərə alınmışdır) üçün satış miqdarı və satışın orta illik maya dəyəri yoxlama ilə müəyyən olunmuşdur: Satış miqdarı=İlin əvvəlinə olan qalıq + Alış miqdarı - ilin sonuna olan qalıq. Ödəyicinin satışlarının 83%-ni pərakəndə satış təşkil edir. Online kassa satış məlumatları araşdıran zaman müəyyən olunub ki, bütün malların pərakəndə satış qiymətini müəyyən etmək mümkün olmamışdır, əsas səbəb adların tam və düzgün formatda göstərilməməsidir. Bu səbəbdən ortalama satış dövriyyəsini müəyyən etmək üçün, öncə topdan satış miqdarı (e-qaimə ilə olan satışları) topdan satış qiymətinə vurulmaqla (e-qaimdə olan satış qiymətləri əsas götürülməklə) müəyyən olunur, sonra qalan satış miqdarı, online kassadan satış qiyməti mala uyğun müəyyən etmək olan zaman pərakəndə satış qiyməti götürülür, onu müəyyən etmək mümkün olmayan zaman topdan satış əsas götürülür, onu da müəyyən etmək mümkün olmayan zaman orta illik maya dəyəri əsas götürülür və satış dəyəri yoxlama ilə müəyyən edilir. Nəticədə yoxlama ilə satış dövriyyəsi 2020-ci il üzrə 8745 235.61 manat, 2021-ci il üzrə 12 458 026.77 manat, 2022-ci il üzrə 7 997 215.07 manat müəyyən etmişdir. Ödəyici tərəfindən 2020-ci il üzrə 8 606 374.49 manat, 2021-ci il üzrə 12 220 521.48 manat, 2022ci il üzrə 7997215.07 manat bəyan etmişdir. Əlavə olaraq alınmış e-qaimələr və bank çıxarışları çeşidlənib yoxlanılaraq həmin illər üzrə xərclər hissəsində aşağıdakı kənarlaşmalar müəyyən etmişdir: 2020-ci il üzrə: - İcarə xərcləri (221.5 A4) üzrə ödəyici tərəfindən 19 268.00 manat bəyan edilmişdir, yoxlama ilə 11 988 manat müəyyən olunub; - Yanacaq xərcləri (221.9 A4) üzrə ödəyici tərəfindən 0.00 manat bəyan edilmişdir, yoxlama ilə 2117.80 manat müəyyən olunub; - Rabitə xərcləri (221.11 A4) üzrə ödəyici tərəfindən 1266.62 manat bəyan edilmişdir, yoxlama ilə 1769.17 manat müəyyən olunub; -Bank xidməti üzrə xərclər (221.13 A4) üzrə ödəyici tərəfindən 35 027.11 manat bəyan edilmişdir, yoxlama ilə 37373.43 manat müəyyən olunub; -Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər (221.15 A4) üzrə ödəyici tərəfindən 263.27 manat bəyan edilmişdir, yoxlama ilə 0.00 manat müəyyən olunub; -Digər xərclər (232 A4) üzrə ödəyici tərəfindən 0.00 manat bəyan edilmişdir, yoxlama ilə 437.00 manat müəyyən olunub; Nəticədə 2020-ci il üzrə ümumi gəlirdən çıxılan xərclər 8 234 000.73 manat müəyyən olunmuşdur, lakin ödəyici tərəfindən 8 236 140.33 manat bəyan edilmişdir. 2021-ci il üzrə: -İcarə xərcləri (221.5 A4) üzrə ödəyici tərəfindən 72067.38 manat bəyan edilmişdir, yoxlama ilə 60994.94 manat müəyyən olunub; -Yanacaq xərcləri (221.9 A4) üzrə ödəyici tərəfindən 11 916.77 manat bəyan edilmişdir, yoxlama ilə 12 279.58 manat müəyyən olunub; -Rabitə xərcləri (221.11 A4) üzrə ödəyici tərəfindən 3 548.46 manat bəyan edilmişdir, yoxlama ilə 3 955.21 manat müəyyən olunub; -Bank xidməti üzrə xərclər (221.13 A4) üzrə ödəyici tərəfindən 42 970.22 manat bəyan edilmişdir, yoxlama ilə 30882.32 manat müəyyən olunub; -Biləvasitə mallann təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər (221.15 A4) üzrə ödəyici tərəfindən 0.00 manat bəyan edilmişdir, yoxlama ilə 15 267.00 manat müəyyən olunub; - Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri (221.6 A4) üzrə ödəyici tərəfindən 3 330.00 manat bəyan edilmişdir, yoxlama ilə 0.00 manat müəyyən olunub; -Borca görə faizlər və onunla bağlı olan xərclər (222 A4) üzrə ödəyici tərəfindən 45 686.83 manat bəyan edilmişdir, yoxlama ilə 29947.50 manat müəyyən olunub; -Sığorta üzrə xərc (230 A4) üzrə ödəyici tərəfindən 599.57 manat bəyan edilmişdir, yoxlama ilə 225.35 manat müəyyən olunub; -Digər xərclər (232 A4) üzrə ödəyici tərəfindən 53832.63 manat bəyan edilmişdir, yoxlama ilə 5020.00 manat müəyyən olunub; Nəticədə 2021-ci il üzrə ümumi gəlirdən çıxılan xərclər 11 841 906.95 manat müəyyən olunmuşdur, lakin ödəyici tərəfindən 11 917 286.91 manat bəyan edilmişdir. 2022-ci il üzrə: -İcarə xərcləri (221.5 A4) üzrə ödəyici tərəfindən 111 065.84 manat bəyan edilmişdir, yoxlama ilə 123 540.50 manat müəyyən olunub; -Yanacaq xərcləri (221.9 A4) üzrə ödəyici tərəfindən 8042.60 manat bəyan edilmişdir, yoxlama ilə 8285.94 manat müəyyən olunub; - Rabitə xərcləri (221.11 A4) üzrə ödəyici tərəfindən 4202.94 manat bəyan edilmişdir, yoxlama ilə 4336.86 manat müəyyən olunub; -Bank xidməti üzrə xərclər (221.13 A4) üzrə ödəyici tərəfindən 28823.25 manat bəyan edilmişdir, yoxlama ilə 30882.32 manat müəyyən olunub; -Biləvasitə mallann təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər (221.15 A4) üzrə ödəyici tərəfindən 0.00 manat bəyan edilmişdir, yoxlama ilə 19 778.90 manat müəyyən olunub; -Borca görə faizlər və onunla bağlı olan xərclər (222 A4) üzrə ödəyici tərəfindən 42776.45 manat bəyan edilmişdir, yoxlama ilə 14 849.45 manat müəyyən olunub; -Sığorta üzrə xərc (230 A4) üzrə ödəyici tərəfindən 1065.93 manat bəyan edilmişdir, yoxlama ilə 182.40 manat müəyyən olunub; - Digər xərclər (232 A4) üzrə ödəyici tərəfindən 26383.92 manat bəyan edilmişdir, yoxlama ilə 26622.90 manat müəyyən olunub; Nəticədə 2022-ci il üzrə ümumi gəlirdən çıxılan xərclər 7 414 620.20 manat müəyyən olunmuşdur, lakin ödəyici tərəfindən 7 412 718.34 manat bəyan edilmişdir. Belə ki, yoxlama nəticəsində mənfəət vergisi aşağıdakı kimi müəyyən olunmuşdur: -2020-ci il üzrə yoxlama ilə 102 246.98 manat (8 745 2xx.xx-8234 000.73)*20% mənfəət vergisi. Əlavə olaraq, Koronovirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitinin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar 2020-ci il yanvann 1-dən bir il müddətinə tətbiq edilən müvəqqəti vergi rejimi nəticəsində 75 % güzəşt nəzərə alınmaqla, mənfəət vergisi 25 561.74 manat təşkil edib və ödəyici tərəfindən bəyan edildiyi mənfəət vergisi 75 057.93 (8 611 429.99- 8 236 140.33)*20% manat nəzərə alaraq, kənarlaşma 49496.19 manat təşkil etmişdir; -2021-ci il üzrə 123 223.96 manat (12 458 026.77-11 841 906.95)*20%, ödəyici tərəfindən bəyan edildiyi mənfəət vergisi 60 646.91 (12 220 521.48-11 917 286.91)*20% manat nəzərə alaraq, kənarlaşma 62 577.05 manat təşkil etmişdir. -2022-ci il üzrə 116 518.97 manat (7 997 215.07- 7 414 620.20)*20%, ödəyici tərəfindən bəyan edildiyi mənfəət vergisi 13 377.00 (7479 603.33- 7 412 718.34)*20% manat nəzərə alaraq, kənarlaşma 103 141.98 manat təşkil etmişdir. Beləliklə, yoxlama dövrü ərzində Vergi Məcəlləsinin 104-cü və 108- ci maddələrinin tələblərinin pozulmasına görə büdcəyə əlavə olaraq 116 222.83 manat məbləğində Mənfəət vergisi hesablanmışdır, o cümlədən 2020-ci il üzrə 49 496.19 manat artıq hesablamışdır, 2021-ci il üzrə 62 577.05 manat və 2022-ci il üzrə 103 141.97 manat azadılmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 165 719.02 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 82 859.52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. X26 üzrə: Səyyar vergi yoxlaması ilə ƏDV üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədəl olan dövr əhatə olunmuşdur. Vergi Məcəlləsinin 173.1-ci maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Yoxlama ilə müəyyən edilmişdir ki, müəssisə tərəfindən Vergi Məcəlləsinin 175-ci, 166 maddələrinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 175-ci maddəsinin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün mallann (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1-ci maddəsinə əsasən hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt. Vergi Məcəlləsinin 175.1ci maddəsinə əsasən idxal edilmiş mallara görə ödənilmiş ƏDV məbləği yoxlama dövrü ərzində 5743 971.76 manat təşkil etmişdir, ödəyici tərəfindən 5 743 971.76 manat əks etdirmişdir. Beləliklə kənarlaşma aşkar edilməmişdir. Elektron-qaimə ilə alınmış və ödənilmiş məbləğləri yoxlanılaraq aşağıdakı kənarlaşmalar müəyyən olunmuşdur: -2020-ci ilin dekabr ayında ödənilmiş EBAV 406613 e-qaimə ödəyici tərəfindən əvəzləşdirilməmişdir, SVY ilə 23.31 manat əvəzləşdirilmiş siyahısına daxil olunmuşdir; - 2021-ci ilin mart ayında qismən ödənilmiş EBAX 941350 ödəyici tərəfindən 27.49 manat tam əvəzləşdirilmişdir, yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 9.05 manat təşkil edib. -2021-ci ilin aprel ayında qismən ödənilmiş EBAZ 142234 ödəyici tərəfindən 26.59 manat tam əvəzləşdirilmişdir, yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 14.99 manat təşkil edib. -2021-ci ilin may ayında qismən ödənilmiş EBBA 711854 ödəyici tərəfindən 29.94 manat tam əvəzləşdirilmişdir, yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 18.24 manat təşkil edib. -2021-ci ilin iyun ayında qismən ödənilmiş EBBC 225717 ödəyici tərəfindən 27.60 manat tam əvəzləşdirilmişdir, yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 19.14 manat təşkil edib. -2021-ci ilin iyul ayında qismən ödənilmiş EBBD 843221 ödəyici tərəfindən 33.05 manat tam əvəzləşdirilmişdir, yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 24.54 manat təşkil edib. -2021-ci ilin avqust ayında qismən ödənilmiş EBBF 297562 ödəyici tərəfindən 36.10 manat tam əvəzləşdirilmişdir, yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 23.13 manat təşkil edib. -2022-ci ilin iyun ayında qismən ödənilmiş EBBX 040618 ödəyici tərəfindən 23.31 əvəzləşdirilmişdir, lakin yoxlama ilə müəyyən olunub ki həmin qaimə faktura görə 39.74 manat əvəzləşdirilməlidir. Əlavə olaraq həmin ayında EBBX 525502 qaiməyə ödəniş olmadığına görə, lakin ödəyici tərəfindən 19.07 manat əvəzləşdirilmişdir, yoxlama ilə əvəzləşdirilmiş siyahında çıxarılmışdır. - 2022-ci ilin oktyabr ayında qismən ödənilmiş EBCE 594082 ödəyici tərəfindən 34.62 manat tam əvəzləşdirilmişdir, lakin yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 20.82 manat təşkil edib. - 2022-ci ilin noyabr ayında qismən ödənilmiş EBCH 897948 ödəyici tərəfindən 51.34 manat tam əvəzləşdirilmişdir, lakin yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 26.34 manat təşkil edib. - 2022-ci ilin dekabr ayında qismən ödənilmiş EBCJ 915321 ödəyici tərəfindən 48.97 manat tam əvəzləşdirilmişdir, lakin yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 23.81 manat təşkil edib. - 2023-cü ilin yanvar ayında qismən ödənilmiş EBCL 839955 ödəyici tərəfindən 44.60 manat tam əvəzləşdirilmişdir, lakin yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 24.32 manat təşkil edib. - 2023-cü ilin fevral ayında qismən ödənilmiş EBCN 614841 ödəyici tərəfindən 42.37 manat tam əvəzləşdirilmişdir, lakin yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 29.24 manat təşkil edib - 2023-cü ilin mart ayında qismən ödənilmiş EBDA 603992 ödəyici tərəfindən 39.26 manat tam əvəzləşdirilmişdir, lakin yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 24.30 manat təşkil edib Nəticədə eldə edilmiş və ödənilmiş e-qaimələrə görə yoxlama dövrü ərzində vergi ödəyicisi tərəfindən 36 685.60 manat əvəzləşdirilmişdir, lakin yoxlama nəticəsində əvəzləşdirilmiş hissə 36 461.54 manat təşkil edib, nəticədə 224.06 manat ödəyici tərəfindən artıq göstərilmişdir. Vergi ödəyicisi tərəfindən hər ilin sonuna təqdim edilmiş malların qalığı və AVİS uçot-bazada olan idxal məlumatları və alış eqaimələri əsas götürülərək, yoxlama ilə mallann dövriyyə qalıq cədvəli yığılmışdır. Satış cədvəli ödəyici tərəfindən təqdim edilməmişdir və bununla bağlı xx.xx.2023-cü il tarixli **********174155 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt tərtib olunmuşdur və Aktın bir nüsxəsi vergi ödəyicisinə xx.xx.2023-cü il tarixdə əlbəəl təqdim edilmişdir. Bu səbəbdən ödəyici tərəfindən hər ilin sonuna olan qalıq dəyəri əsas götürülərək, 2020-ci ilin ilkin qalıq sıfır və mallann alış mənbəyi idxal olduğu (2022-ci il tarixində idxaldan başqa alış e-qaimə də nəzərə alınmışdır) üçün satış miqdan və satışın orta illik maya dəyəri yoxlama ilə müəyyən olunmuşdur: Satış miqdan=İlin əvvəlinə olan qalıq + Alış miqdan -ilin sonuna olan qalıq Ödəyicinin 83% pərakəndə satış təşkil edir. Online kassa satış məlumatları araşdıran zaman müəyyən olunub ki, bütün mallann pərakəndə satış qiymətini müəyyən etmək mümükün olmamışdır, əsas səbəb adlan tam və düzgün formatda göstərilməməsidir. Bu səbəbdən ortalama satış dövriyyəsini müəyyən etmək üçün, öncə topdan satış miqdan (eqaimə ilə olan satışları) topdan satış qiymətinə vurulmaqla (e-qaimdə olan satış qiymətləri əsas götürülməklə) müəyyən olunur, sonra qalan satış miqdan, online kassadan satış qiyməti mala uyğun müəyyən etmək olan zaman, pərakəndə satış qiyməti götürülür, onu müəyyən etmək mümükün olmayan zaman topdan satış əsas götürülür, onuda müəyyən etmək mümükün olmayan zaman orta illik maya dəyəri əsas götürülür və satış dəyəri yoxlama ilə müəyyən edilir. Nəticədə yoxlama ilə satış dövriyyəsi 2020-ci il üzrə 8745 235.61 manat, 2021-ci il üzrə 12 458 026.77 manat, 2022-ci il üzrə 7 997 215.07 manat, 2023-cü il üzrə yanvar-mart ayları üçün 1716 538.24 manat təşkil etmişdir. Əlavə olaraq bank, kassa və ƏDV depozit hesabı yoxlanılaraq aşağıdakılar müəyyən kənarlaşmalar aşkar edilmişdir. Belə ki, səyyar vergi yoxlama ilə mallann satışından 2020ci ilin aprel ayından 2023-cü ilin mart ayınadək daxilolma 30 717 817.11 manat müəyyən edilmişdir. Lakin ödəyici tərəfindən 27 351 488.66 manat bəyan etmişdir. Azadılmış ƏDV məbləği 605 939.12 (3 366 328.45*18%) manat təşkil etmişdir. Əlavə olaraq Baş İdarənin xx.xx.2023-cü il tarixli **********175031 nömrəli “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” Qərarı əsasında vergi ödəyicisinin ünvanlarında əmlakının inventarizasiyası keçirilmişdir. Vergi ödəyicisindən xx.xx.2023-cü il tarixdə alınmış iltizama əsasən cəmiyyətə məxsus mal-materiallann qalıq dəyəri 5 334 972.42 manat təşkil etmişdir. İnventarizasiya nəticəsində 4 071 976.15 manat mal aşkar edilmiş və nəticələri xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində “Əmlakın və digər qiymətlilərin inventarizasiya” Aktları ilə rəsmiləşdirilmiş, mallann siyahısı tərtib edilmiş və nəticəsi vergi ödəyicisinə təqdim edilmişdir. Nəticədə 1262 996.27 manat mal əskik gəlməsi müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal vergitutma obyekti sayılır. Yoxlama ilə əskik gəlmiş mal 1262 996.27 manat satış əməliyyatı kimi qiymətləndirilərək 227 339.33 manat ƏDV hesablanılması ilə nəticələnib. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Bu əsasa görə səyyar vergi yoxlaması ilə əlavə hesablanmış məbləğlər yoxlama ilə əhatə edilən sonuncu hesabat ayına, yəni 2023-cü ilin mart ayına 227 339.33 manat hesablanmışdır. Ümumi azaldılmış ƏDV məbləği 833 502.51 manat (605939.12+224.06+227339.33) manat, o cümlədən 2020-ci il üzrə 27 672.59 manat, 2021-ci il üzrə 131 026.60 manat, 2022-ci il üzrə 388 922.05 manat, 2023-cü il üzrə 285 881.27 manat azadılmışdır. Beləliklə, yoxlama ilə 2020-ci il üzrə ƏDV bəyannamələrində büdcəyə çatası və ya qaytarılmalı ƏDV məbləği (+; -) aşağıdakı kimi göstərilməlidir: - Aprel 2020-ci il büdcədən qaytarmalı 92 465.03 manat (-); - May 2020-ci il büdcədən qaytarmalı 113 787.95 manat (-); - İyun 2020-ci il büdcədən qaytarmalı 262 316.24 manat (-); - İyul 2020-ci il büdcədən qaytarılmalı 240 400.63 manat (-); - Avqust 2020-ci il büdcədən qaytarılmalı 39 853.31 manat (-); - Sentyabr 2020-ci il büdcədən qaytarılmalı 41 533.32 manat (-); - Oktyabr 2020-ci il büdcəyə çatası 509 485.63 manat (+); - Noyabr 2020-ci il büdcəyə çatası 16 207.22 manat (+); - Dekabr 2020-ci il büdcəyə çatası 205 021.84 manat (+); Cəmi 2020-ci il üzrə büdcədən qaytarmalı ƏDV məbləği 59 641.80 manat bəyan edilmişdir. Nəticədə azaldılmış ƏDV məbləği 2020-ci il üzrə 27 672.60 manat təşkil etmişdir. Yoxlama ilə 2021-ci il üzrə ƏDV bəyannamələrində büdcəyə çatası və ya qaytarılmalı ƏDV məbləği (+; -) aşağıdakı kimi göstərilməlidir: - Yanvar 2021-ci il büdcədən qaytarmalı 80 203.77 manat (-); - Fevral 2021-ci il üzrə büdcəyə çatası 88 415.71 manat (+); - Mart 2021-ci il büdcədən qaytarmalı 51 391.18 manat (-); - Aprel 2021-ci il büdcədən qaytarmalı 2210.75 manat (-); - May 2021-ci il büdcədən qaytarmalı 44 946.76 manat (-); - İyun 2021-ci il üzrə büdcəyə çatası 120.85 manat (+); - İyul 2021-ci il üzrə büdcəyə çatası 178 248.45 manat (+); - Avqust 2021-ci il büdcədən qaytarmalı 211 103.83 manat (-); - Sentyabr 2021-ci il büdcədən qaytarmalı 17 674.46 manat (-); - Oktyabr 2021- ci il büdcədən qaytarmalı 170 919.52 manat (-); - Noyabr 2021-ci il üzrə büdcəyə çatası 69 075.93 manat (+); - Dekabr 2021-ci il üzrə büdcəyə çatası 285 314.70 manat (+); Cəmi 2021- ci il üzrə büdcəyə çatası ƏDV məbləği 42 725.40 manat təşkil etmişdir. Nəticədə azaldılmış ƏDV məbləği 2021-ci il üzrə 131 026.56 manat təşkil etmişdir. Yoxlama ilə 2022-ci il üzrə ƏDV bəyannamələrində büdcəyə çatası və ya qaytarılmalı ƏDV məbləği (+; -) aşağıdakı kimi göstərilməlidir: - Yanvar 2022-ci il üzrə büdcəyə çatası 72 127.76 manat (+); - Fevral 2022-ci il büdcədən qaytarmalı 33 076.23 manat (-); - Mart 2022-ci il büdcədən qaytarmalı 65 559.86 manat (- ); - Aprel 2022-ci il il üzrə büdcəyə çatası 22 874.63 manat (+); - May 2022-ci il il büdcədən qaytarmalı 6472.46 manat (-); - İyun 2022-ci il üzrə büdcəyə çatası 92 979.53 manat (+); - İyul 2022-ci il büdcədən qaytarmalı 162 852.58 manat (-); - Avqust 2022-ci il büdcədən qaytarmalı 157 120.40 manat (-); - Sentyabr 2022-ci il üzrə büdcəyə çatası 25 057.14 manat (+); - Oktyabr 2022-ci il büdcədən qaytarmalı 82 763.72 manat (-); - Noyabr 2022-ci il üzrə büdcəyə çatası 114 554.32 manat (+); - Dekabr 2022-ci il üzrə büdcəyə çatası 335 537.43 manat (+); Cəmi 2022-ci il üzrə büdcəyə çatası ƏDV məbləği 155 285.61 manat təşkil etmişdir. Nəticədə azaldılmış ƏDV məbləği 2022-ci il üzrə 388 921.98 manat təşkil etmişdir Yoxlama ilə 2023-cü il üzrə ƏDV bəyannamələrində büdcəyə çatası və ya qaytarılmalı ƏDV məbləği (+; -) aşağıdakı kimi göstərilməlidir: - Yanvar 2023-cü il büdcədən qaytarmalı 167 775.16 manat (-); - Fevral 2023-cü il büdcədən qaytarmalı 117 749.90 manat (-); - Mart 2023-cü il üzrə büdcəyə çatası 123 268.95 manat (+); Cəmi 2023cü il üzrə büdcədən qaytarmalı ƏDV məbləği 162 256.12 manat təşkil etmişdir. Nəticədə azaldılmış ƏDV məbləği 2023-cü il üzrə 285 881.25 manat təşkil etmişdir Nəticədə səyyar vergi yoxlaması ilə yoxlama dövrü ərzində Vergi Məcəlləsinin 175-ci, 166-ci, 159.1-ci maddələrinin tələblərinin pozulmasına görə büdcəyə əlavə olaraq 833 502.39 manat məbləğində ƏDV hesablanmışdır. Yoxlama ilə əhatə olunan dövr üzrə ayn-ayn aylar üzrə büdcəyə çatası ƏDV-nin 1414281,04 manat azaldılması və 580778,65 manat artıq hesablanması müəyyən edilərək, ümumilikdə büdcəyə çatası ƏDV-nin 833502,39 manat olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövr üzrə X21 hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayn-ayn aylar üzrə 1 414 281.06 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 707 140.53 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan vergi üzrə: Ödəmə mənbəyində vergilər üzrə 2-ci rüb 2020-ci il tarixdən 1-ci rüb 2023- cü il tarixədək olan dövr yoxlama ilə əhatə olunmuşdur. Müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 124-cü maddələrinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 124-cü müddəalarına əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq, Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir. Lakin ödəyici tərəfindən müvafiq aylarda ödənişlərin olmasına baxmayaraq, bəyannamədə öz əksini tapmamışdır. Vergi Məcəllənin 124.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Baş İdarənin "Ekspertizanın təyin edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********175490 saylı öəranna əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə icarəyə götürülmüş daşınmaz əmlak üzrə icarə haqqının real bazar qiyməti müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının "Azərekspertiza" Birliyinin (VÖEN: **********) nümayəndəsi X9 ekspert qismində dəvət edilmişdir. xx.xx.2023-cü il tarixli **********175490 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” öərarüzrə ekspert tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli nömrəli Rəy vergi orqanına təqdim edilmişdir. Ekspert tərəfindən verilmiş rəyə əsasən müəyyən edilmişdir ki, AZ1062, Bakı Şəhəri öaradağ Rayonu, Lökbatan ŞTÖ, ev.O m.0,- ünvanında yerləşən ümumi sahəsi 900 kv.m olan anbar üzrə icarə haqqının real bazar dəyəri 1 m2 üçün 4-5 manat (https://vipemlak.az/lokbatan- qesebesi-qobu-yolu-604172.html); AZ1063, Bakı Şəhəri öaradağ Rayonu, Lökbatan Ştq, Xocahəsən Yolu ev.126 ünvanında yerləşən ümumi sahəsi 666.60 kv.m olan anbar üzrə icarə haqqının real bazar dəyəri 1 m2 üçün 4-5 manat https://vipemlak.az/lokbatan- qesebesi-qobuyolu-604172.html); AZ1040, Bakı Şəhəri Sabunçu Rayonu, Bakıxanov Ştq, Səmədbəy Mehmandarov (Bakıxanov öəs.) ev.32 m.Yeni qaydalarla: 122 A ünvanında yerləşən ümumi sahəsi 38.40 kv.m olan mağaza üzrə icarə haqqının real bazar dəyəri 1 m2 üçün 22-23 manat (https://arenda.az/kiraye-ayliq obyekt-sabuncu-rayonubakixanov- qes-bakixanov-qes-mehmandarov-7 ); AZ1063, Bakı Şəhəri öaradağ Rayonu, Lökbatan Ştq, Xocahəsən Yolu ev.126 ünvanında yerləşən ümumi sahəsi 200 kv.m olan anbar üzrə icarə haqqının real bazar dəyəri 1 m2 üçün 6-7 manat (https://arenda.az/kiraye-ayliq-obyekt- qaradag-rayonu-dairevi-yol-18 ) AZ1063, Bakı Şəhəri öaradağ Rayonu, Lökbatan öəsəbəsi Ev.Heybət D/Y St-nın Cənubu, Lökbatan - X22- Şərq Hissəsi m. ünvanında yerləşən ümumi sahəsi 30 kv.m olan mağaza üzrə icarə haqqının real bazar dəyəri 1 m2 üçün 22-25 manat (https://arenda.az/kiraye-ayliq- obyektqaradag-rayonu-); AZ1063, Bakı Şəhəri öaradağ Rayonu, Lökbatan öəsəbəsi Ev.Heybət D/Y St-Nın Cənubu, Lökbatan - X22-Şərq Hissəsi m. ünvanında yerləşən ümumi sahəsi 100 kv.m olan mağaza üzrə icarə haqqının real bazar dəyəri 1 m2 üçün 22-25 manat; AZ1063, Bakı Şəhəri öaradağ Rayonu, Lökbatan öəsəbəsi Ev.Heybət D/Y St-Nın Cənubu, Lökbatan - X22-Şərq Hissəsi m. ünvanında yerləşən ümumi sahəsi 20 kv.m olan anbar üzrə icarə haqqının real bazar dəyəri 1 m2 üçün 22-25 manat; AZ1063, Bakı Şəhəri Qaradağ Rayonu, X24.Heybət D/Y St-Nın Cənubu, Lökbatan - X22-Şərq Hissəsi m. ünvanında yerləşən ümumi sahəsi 90 kv.m olan anbar üzrə icarə haqqının real bazar dəyəri 1 m2 üçün 20-22 manat; AZ1063, Bakı Şəhəri Qaradağ Rayonu, X24.Heybət D/Y St-Nın Cənubu, Lökbatan - X22-Şərq Hissəsi m. ünvanında yerləşən ümumi sahəsi 30 kv.m olan anbar üzrə icarə haqqının real bazar dəyəri 1 m2 üçün 22-25 manat; AZ1075, Bakı Şəhəri Nərimanov Rayonu, Əhməd Rəcəbli ev.46B ünvanında yerləşən ümumi sahəsi 60 kv.m olan ofis üzrə icarə haqqının real bazar dəyəri 1 m2 üçün 14-15 manat (https://yeniemlak.az/elan/kiraye-l-otaqli-ofis-nerimanov-rayonu-nerimanov-r-nu-ehmedecebli-921665) müəyyənləşdirilmişdir. Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə əsasən vergi ödəyicilərinin təqdim olunan xidmətlərə tətbiq etdikləri qiymətlərin səviyyəsi digər fəaliyyət sahələrində 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxan olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır. AZ1062, Bakı Şəhəri Qaradağ Rayonu, Lökbatan ŞTQ, ev.O m.O,- ünvanında yerləşən ümumi sahəsi 900 kv.m olan anbar X8 icarəyə götürülmüşdür. Ödəyici tərəfindən bəyan etdiyi həmin obyekt üzrə icarədən gəliri 1976.70 manat təşkil edib. Ekspert tərəfindən sözügedən obyekt üzrə real bazar dəyəri 1 m2 üçün 4-5 manat qeyd etməsini nəzərə alaraq, 900 kv.m. üçün icarə haqqının dəyəri 3600 manat kimi qiymətləndirilmişdir, Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə əsasən vergi ödəyicilərinin təqdim olunan xidmətlərə tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox aşağı olduğuna görə AZ1062, Bakı Şəhəri Qaradağ Rayonu, Lökbatan ŞTQ, ev.O m.O ünvanında yerləşən anbarı üzrə real bazar qiymətləri əsasında vergilər hesablanmışdır. Yoxlama dövrü ərzində X10 ödənilmiş icarə haqlarına görə (29 651.16 manat) hesablanmalı ÖMV 4151.16 manat (o cümlədən 2022-ci il üzrə 23 720.90 ödəniş olunub, 3320.93 manat ÖMV hesablanmalı, 2023-cü ilin 5930.20 ödəniş olunub, hesablanmalı ÖMV 830.23 manat) təşkil etmişdir, lakin ödəyici tərəfindən ÖMV bəyannaməsində 3255.80 manat ÖMV bəyan edilmişdir (o cümlədən 2022-ci il üzrə 17441.85 ödəniş olunub, 2441.85 manat ÖMV hesablanmalı, 2023-cü ilin 5813.95 ödəniş olunub, hesablanmalı ÖMV 813.95 manat). Ekspert tərəfindən müəyyən edilmiş dəyər nəzərə alaraq hesablamalı ÖMV 7560.00 manat təşkil etməlidir (o cümlədən 2022-ci il üzrə 6048.00 manat ÖMV, 2023-cü ilin 1512.00 manat ÖMV). Beləliklə, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə görə daşınmaz əmlak üçün icarə haqqından büdcəyə əlavə olaraq 4304.20 manat (75xx.xx-3255.80) ödəmə mənbəyində vergilər hesablanmışdır. AZ1075, Bakı Şəhəri Nərimanov Rayonu, Əhməd Rəcəbli ev.46B ünvanında X3 icarəyə götürümüş mağazanın icarə haqları başqa digər ünvanlar üzrə icarə haqqının real bazar qiyməti 30 faizdən çox aşağı olmadığına görə vergilər faktiki təqdimolunma qiymətləri əsasında hesablanmışdır. Yoxlama dövrü ərzində X5 ödənilmiş icarə haqlarına görə (600.00 manat) hesablanmalı ÖMV 976.74 manat (o cümlədən 2021-ci il üzrə 2400.00 manat ödəniş olunub, 390.70 manat ÖMV hesablanmalı, 2022-ci il üzrə 3600.00 manat ödəniş olunub, 586.05 manat ÖMV hesablanmalı) təşkil etmişdir, lakin ödəyici tərəfindən ÖMV bəyannaməsində 761.85 manat ÖMV bəyan edilmişdir (o cümlədən 2021-ci il üzrə 371.16 manat ÖMV bəyan edilmişdir, 2022-ci il üzrə 390.69 manat ÖMV bəyan edildi). Beləliklə, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə görə daşınmaz əmlak üçün icarə haqqından büdcəyə əlavə olaraq 214.88 manat (976.74-761.85) ödəmə mənbəyində vergilər hesablanmışdır. Nəticədə səyyar vergi yoxlaması ilə yoxlama ilə əhatə olunan dövr üzrə 4519.06 manat (o cümlədən, 2021-ci il üzrə 19.54 manat, 2022-ci il üzrə 3801.48 manat, 2023-cü il üzrə 698.04 manat) vergi ödəyici tərəfindən ödəmə mənbəyində vergi azaldılmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 4519.06 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 2259,53 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.6-cı maddəsi üzrə: Vergi Məcəlləsinin 58.6-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən mallann dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş 764,73 manat ƏDV məbləğinin 50% miqdarında, yəni 382.37 manat maliyyə sanksiyası tədbiq edilsin. Nağdsız qaydada həyata keçirilən hesablaşmaların yoxlanılması üzrə: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu N 461-VQ nömrəsinə əsasən, nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur: - 3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar; - 3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar; - 3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar. - 3.2. Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər. - 3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Ödəyici tərəfindən 2020-ci il tarixində təsisçiyə 2 150 000 manat, o cümlədən 2020-ci ilin okyabr ayında 1300 000 manat, noyabr ayında 650 000 manat, dekabr ayında 200 000 manat, 2021-ci ilə 1 290 000 manat, o cümlədən yanvar ayında 300 000 manat, fevral ayında 350 000 manat, mart 600 000 manat, iyul ayında 40 000 manat, 2022-ci ildə - 940 000 manat, o cümlədən oktyabr ayında 240 000 manat, noyabr ayında 400 000 manat, dekabr ayında 300 000 manat, 2023-cü ildə isə 925 000 manat, o cümlədən yanvar ayında 350 000 manat, fevral 350 000 manat, mart *** **** və 127 035.50 manat həmin illərdə təsərrüfat xərclər və yanacaq xərcləri kassadan ödəniş edilmişdir. Beləliklə, Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununun 3.4.6-ci və 3.3-cü maddələrinin tələblərini pozulması aşkar edilmişdir. Ödənişi təsdiq edən ödəyici tərəfindən təqdim edilmiş kassa məxaric orderi, kassa dövriyyə qalıq cədvəli. Əlavə olaraq təsisçidən alınmış borc kassaya 2020-ci il tarixində nağd şəkildə 355 000 manat daxil olub, o cümlədən fevral ayında 50000 manat, mart ayında -185 000 manat, may ayında 85 000 manat, iyun ayında 35 000 manat. Vergi Məcəlləsinin 58.7-1.6. həmin Qanunun 3.4.6-cı maddəsinin tələblərini pozmaqla faizsiz pul vəsaitlərini nağd qaydada ödəyən və qəbul edən vergi ödəyicisinə ümumi məbləğinin, Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, təqvim ili ərzində belə hal birinci dəfə yol verdikdə 10 faizi maliyyə sanksiyası tətbiq edilməsi ilə nəticələnib. Beləliklə, Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinin şərtləri gözlənilməklə, 3.4.6-ci və 3.3-cü maddələrinin tələblərini pozulmasına görə Vergi Məcəlləsinin 58.7-1.6-ci maddəsinə əsasən 536 703.55 manat maliyyə sanksiya tətbiq edilsin, (o cümlədən nağd vəsaitin ödənilməsinə görə 501 203.55 manat ((2150 000+1290 000+940 000+925 000+127 035.55)-14*30000)*10%), nağd vəsaiti qəbul etməsinə görə 35 500.00 manat (355 000*10%). Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının iddia ərizəsində göstərilənlər tam əsassızdır və iddia ərizəsində qeyd edilənlər iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddiaçı "xxxx" MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
4. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli KY231923344 nömrəli çıxarışa əsasən yoxlanılan dövr xx.xx.2020-xx.xx.2023-cü illəri əhatə etməklə İddiaçı MMC-də növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın dayandırılması: xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinədək (18 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinədək (16 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinədək (16 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinədək (13 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinədək (16 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2023 tarixindən xx.xx.2024 tarixinədək (20 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (33 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (16 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi xx.xx.2024 tarixindən xx.xx.2024 tarixinədək (18 gün müddətinə) dayandırılmışdır. Əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi Yoxlamanın müddətinin artırılması: xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinədək (43 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması xx.xx.2023 tarixindən xx.xx.2023 tarixinədək (43 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması 13 may 2024-cü il tarixdə «Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında» qərar çıxarılmışdır. Yoxlama müddəti: 13 may 2024-cü il tarixdən 12 avqust 2024-cü il tarixinədək.
5. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********172007 nömrəli Qərara əsasən İddiaçı (VÖEN: **********) üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aprel 2020 - mart 2023 vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir.
6. xx.xx.2024-cü il tarixli **********173532 nömrəli “Səyyar vergi yoxlaması” Aktında qeyd olunmuşdur: 1.1. Yoxlama xx.xx.2023 tarixdə başlanıldı və xx.xx.2024 tarixdə başa çatdı. Yoxlama aşağıdakı qərar(lar)a əsasən müvəqqəti uzadıldı və (və ya) müvəqqəti dayandırıldı: Qərarın adı Tarixi Nömrəsi Müddəti Müddət uzadılması xx.xx.2023 **********174342 30 Müddət uzadılması xx.xx.2023 **********175842 30 Müvəqqəti dayandırma xx.xx.2023 **********177061 18 Müvəqqəti dayandırma xx.xx.2023 **********177434 16 Müvəqqəti dayandırma xx.xx.2023 **********177965 16 Müvəqqəti dayandırma xx.xx.2023 **********178364 13 Müvəqqəti dayandırma xx.xx.2023 **********178792 16 Müvəqqəti dayandırma xx.xx.2023 **********179267 20 Müvəqqəti dayandırma xx.xx.2024 **********179984 33 Müvəqqəti dayandırma xx.xx.2024 **********180851 16 Müvəqqəti dayandırma xx.xx.2024 **********181319 18 Müvəqqəti dayandırma xx.xx.2024 **********183363 60 ... 1.8. Yoxlanılan dövrdə İddiaçı faktiki olaraq ELEKTRİK-MƏİŞƏT MALLARİNİN TOPDAN SATİŞİ ilə məşğul olmuşdur. Mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyət növləri ilə məşğul olmamışdır. Təyin olunmuş səyyar vergi yoxlaması Baş İdarənin xx.xx.2023-cü il tarixli **********172007 nömrəli xidməti məlumatına əsasən təyin edilmişdir. Yoxlama ilə əhatə olunan vergi dövrü: aprel 2020 – mart 2023. İddiaçı (bundan sonra-Cəmiyyət) xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Yoxlama əhatə olunan bütün dövr ərzində müəssisənin direktoru, X12 iştirakı ilə aparılmışdır. Əsas fəaliyyət müxtəlif elektrik-məişət mallann pərakəndə topdan satışı təşkil edir. ... ... 1.9.1. Cəmiyyətə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2023-cü il tarixli **********172077 saylı Tələbnamə təqdim edilmişdir. Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilməsindən asılı olmayaraq bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə əsas götürülərək, akt tərtib edilir. Belə ki, İddiaçı MMC tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə elektron formatda müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixinədək yoxlamaya qismən təqdim edilmişdir (**********081400 nömrəli məktubla qeyd olunan sənədlər (Debitor və Kreditor borclar, ƏDV depozit hesabı, mal qalıqları, xarici təşkilatlara ödənişlər cədvəli ) təqdim edilmişdir. Sənədlərin yoxlamaya qismən təqdim edilməsi barədə xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli “Sənədlərin qismən təqdim edilməsi barədə” akt tərtib edilmişdir. Aktın bir nüsxəsi vergi ödəyicisinə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində təqdim edilmişdir. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarında (təqdim edilmiş və əldə edilmiş elektron-qaimə faktura barədə məlumatlar, gömrük məlumatları, mal müşayiət sənədləri, invoyslar və.s.), habelə təqdim edilmiş bəyannamə məlumatlarında və vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərdə vergi qanunvericiliyinin pozulması hallan olduğuna, onlann öyrənilməsinə əlavə vaxt tələb olunduğuna görə səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən Baş İdarə tərəfindən xx.xx.2023- cü il tarixli **********173824 nömrəli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Qərar çıxarılmış və xx.xx.2023-cü il tarixli **********172077 saylı Tələbnamədə qeyd olunan sənədlər tələb edilmişdir. ... ... Belə ki, cəmiyyətin direktoru X6 tərəfindən elektron formatda (“Excel, PDF formatında - **********963800, **********450800, **********359800, **********081400 AVİS nömrəli məktubları ilə) və kağız formada adlan aşağıda qeyd olunan sənədlərin təqdim edilməsi həyata keçib:
1. Mal qalıqları: xx.xx.2020 -ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il üzrə.
2. Debitor borclar üzrə cədvəlləri: xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il üzrə.
3. Kreditor borclar üzrə cədvəlləri : xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il üzrə.
4. İcarəyə verilmiş və ya icarəyə götürülmüş obyektlər üzrə siyahısı;
5. X2 ilə hesablaşma cədvəli; Elektron (“Excel, PDF formatında AVİS vasitəsilə **********963800, **********450800, **********359800, **********081400 nömrəli məktublar) formada:
1. Təsisçi ilə borc müqavilələri;
2. Nəqliyyat vəsaitin alış sənədi;
3. Nəqliyyat vəsaitin icarə müqavilələri;
4. ƏDV depozit hesabından çıxanş;
5. Əmək haqqının hesablama ödəmə cədvəlləri: xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2023- cü illər üzrə;
6. Bank hesablarından çıxarışlar PDF formatında. Həmin sənədlər yoxlamaya elektron və kağız formada təqdim edilmiş və onun iştirakı ilə xx.xx.2023-cü il tarixli **********174151 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol tərtib olunmuşdur. Protokolun bir nüsxəsisi vergi ödəyicisinə xx.xx.2023-cü il tarixdə əlbəəl təqdim edilmişdir. Yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan sənədlərin yoxlamaya natamam qaydada təqdim edilməsi barədə protokolda müvafiq qeyd aparılmışdır. Əlavə olaraq uçot excelldə aparıldığına görə hər nomentkaltura üzrə malların dövriyyə cədvəli, mallann satış cədvəli, dövriyyə qalıq cədvəli (balans) tərtib edilmədiyinə görə, ödəyici tərəfindən təqdim edə bilməmişdir. Bu səbəbdən, xx.xx.2023-cü il tarixli **********174155 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt tərtib olunmuşdur və Aktın bir nüsxəsisi vergi ödəyicisinə xx.xx.2023-cü il tarixdə əlbəəl təqdim edilmişdir. Yoxlama gedişatında kassa əməliyyatları ilə bağlı ödəyici tərəfindən kassa əməliyyatları üzrə dövriyyə qalıq cədvəli xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək, X17 və Nəsrullayev Etibar ilə borc müqavilələri ilə bağlı hesablaşma ödəmə cədvəlləri və onlara ödənişi təsdiq edən kassa məxaric orderləri xx.xx.2023-cü il tarixində yoxlamaya təqdim etmişdir və bununla bağlı “Sənədlərin qismən təqdim edilməsi barədə” akt tərtib edilmişdir. Aktın bir nüsxəsi vergi ödəyicisinə xx.xx.2023-cü il tarixlərində təqdim edilmişdir ... 1.9.2. Vergi ödəyicisinin əmlakının inventarizasiyası xx.xx.2023-cü il tarixli **********175031 nömrəli Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında qərara əsasən inventarizasiya apanldı, akt tərtib olundu . ... Belə ki, xx.xx.2023-cü il tarixli **********174155 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Aktın tərtib olunması və ödəyici tərəfindən nomenklatura üzrə mallann dövriyyə qalıq cədvəli, mallann satış cədvəli, dövriyyə qalıq cədvəli (balans) təqdim edə bilməməsi, vergi məcəlləsinin 38.5.1-ci maddəsinə əsasən inventarizasiyanın keçirilməsi əsas yaradıb. Nəticədə, Baş idarənin xx.xx.2023-cü il tarixli **********175031 nömrəli “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” Qəran əsasında vergi ödəyicisinin ünvanlarında əmlakının inventarizasiyası keçirilmişdir. Vergi ödəyicisindən xx.xx.2023-cü il tarixdə alınmış iltizama əsasən cəmiyyətə məxsus mal-materiallann qalıq dəyəri 5 334 972.42 manat, kassada nağd pul vəsaitləri 0.00 manat, əsas vəsaitlərinin qalıq dəyəri 35 369.78 manat, o cümlədən nəqliyyat vasitələrinin qalıq dəyəri 35 369.78 manat təşkil etmişdir. Ödəyiciyə məxsus olan ünvanlarda keçirilmiş inventarizasiya nəticəsində 4 07 1 976.15 manat mal, kassada nağd pul vəsaitləri 0.00 manat aşkar edilmiş və nəticələri həmin ünvanlan üzrə (AZ1062, BAKİ ŞƏHƏRİ QARADAĞ RAYONU, LÖKBATAN ŞTQ, ev.O m.0, AZ1040, BAKİ ŞƏHƏRİ SABUNÇU RAYONU, BAKİXANOV ŞTQ, SƏMƏDBƏY MEHMANDAROV (BAKİXANOV QƏS.) ev.32 m.YENİ QAYDALARLA: 122 A, AZ1063, BAKİ ŞƏHƏRİ QARADAĞ RAYONU, X24.HEYBƏT D/Y ST-NİN CƏNUBU, LÖKBATAN - X22-ŞƏRQ HİSSƏSİ (2 aribar üzrə), AZ1075, BAKİ ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ ev.46B)xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində “Əmlakın və digər qiymətlilərin inventarizasiya” Aktlan ilə rəsmiləşdirilmiş, mallann siyahısı tərtib edilmiş və nəticəsi vergi ödəyicisinə təqdim edilmişdir. ... 1.9.4. Ekspertizanın aparılması. xx.xx.2023-cü il tarixli **********175490 nömrəli nömrəli Ekspertizanın təyin edilməsi haqqında qərara əsasən ekspertiza apanldı. ... Məcəllənin göstərilən maddələrinə əsaslanaraq, eyni zamanda yoxlamaya ilkin sənədlər tam təqdim edilmədiyinə görə Cəmiyyət tərəfindən alınmış və satılmış mallann, icarə haqlarının və inventarizasiya zamanı aşkar edilmiş malların real bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə Baş İdarənin xx.xx.2023-cü il tarixli **********175490 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərar çıxarılaraq yoxlamaya “Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin eksperti X11 cəlb edilmiş və ekspert qarşısında Cəmiyyət tərəfindən alınmış, satılmış malların, icarə haqlarının və inventarizasiya zamanı aşkar edilmiş malların real bazar qiymətlərini müəyyənləşdirmək sualı qoyulmuşdur. Ekspert tərəfindən Cəmiyyət tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələrinin real bazar qiymətləri barədə xx.xx.2024-cü il tarixli Rəy verilmişdir. Rəydən vergilərin hesablanması zamanı istifadə edilmişdir. Eyni zamanda Ekspert tərəfindən Baş İdarəyə daxil olmuş xx.xx.2024-cü il tarixli Rəydə (daxil olma tarixi: xx.xx.2024-cü il tarixli **********070100 nömrəli) Ekspert araşdırması zamanı cəmiyyət tərəfindən alınmış, satılmış mallann və inventarizasiya zamanı aşkar edilmiş mallann real bazar qiymətlərini müəyyənləşdirməyin mümkün olmadığı və buna səbəb yetərli məlumat tapılmadığı göstərilmişdir. Ekspert tərəfindən təqdim olunmuş Rəyi xx.xx.2024-cü il tarixli **********518600 nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir. ... Mənfəət vergisi – Yoxlama ilə mənfəət vergisi üzrə 2020-ci, 2021-cu və 2022-ci illər əhatə olunmuşdur. Vergi ödəyicisi 2020-ci, 2021-ci və 2022-ci il üzrə hesablama metodu tətbiq etmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərə və AVİS baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cü, 108-ci, 130-cu, 134-cüvə 135-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. ... Ödəyici tərəfindən hər ilin sonuna təqdim edilmiş mallann qalığı və AVİS bazada olan idxal məlumatları və alış e-qaimələri əsas götürülərək, yoxlama ilə malların dövriyyə qalıq cədvəli yığılmışdır. Satış cədvəli ödəyici tərəfindən təqdim edilməmişdir və bununla bağlı xx.xx.2023-cü il tarixli **********174155 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt tərtib olunmuşdur və Aktın bir nüsxəsini vergi ödəyicisinə xx.xx.2023-cü il tarixdə əlbəəl təqdim edilmişdir. Əlavə olaraq, xx.xx.2023-cü il tarixində “Sənədlərin qismən təqdim edilməsi barədə” tərtib edilmiş aktda, həmin sənədlərin təqdim edilməməsi barədə qeyd olunmuşdur. Aktın bir nüsxəsi vergi ödəyicisinə xx.xx.2023-cü il tarixlərində təqdim edilmişdir. Bu səbəbdən ödəyici tərəfindən hər ilin sonuna olan qalıq dəyəri əsas götürülərək, 2020-ci ilin ilkin qalıq sıfır və malların alış mənbəyi idxal olduğu (2022-ci il tarixində idxaldan başqa alış e-qaimə də nəzərə alınmışdır) üçün satış miqdan və satışın orta illik maya dəyəri yoxlama ilə müəyyən olunmuşdur: Satış miqdan=İlin əvvəlinə olan qalıq + Alış miqdan-ilin sonuna olan qalıq Ödəyicinin 83% pərakəndə satış təşkil edir. Online kassa satış məlumatları araşdıran zaman müəyyən olunub ki, bütün malların pərakəndə satış qiyməti müəyyən etmək mümkün olmamışdır, əsas səbəb adların tam və düzgün formatda göstərilməməsidir. Bu səbəbdən ortalama satış dövriyyəsini müəyyən etmək üçün, öncə topdan satış miqdan (eqaimə ilə olan satışları) topdan satış qiymətinə vurulmaqla (e-qaimdə olan satış qiymətləri əsas götürülməklə) müəyyən olunur, sonra qalan satış miqdarı, online kassadan satış qiyməti mala uyğun müəyyən etmək olan zaman, pərakəndə satış qiyməti götürülür, onu müəyyən etmək mümkün olmayan zaman topdan satış əsas götürülür, onuda müəyyən etmək mümükün olmayan zaman orta illik maya dəyəri əsas götürülür və satış dəyəri yoxlama ilə müəyyən edilir. Nəticədə yoxlama ilə satış dövriyyəsi 2020-ci il üzrə 8745 235.61 manat, 2021-ci il üzrə 12 458 026.77 manat, 2022-ci il üzrə 7 997 215.07 manat müəyyən etmişdir. Ödəyici tərəfindən 2020-ci il üzrə 8 606 374.49 manat, 2021-ci il üzrə 12 220 521.48 manat, 2022ci il üzrə 7997215.07 manat bəyan etmişdir. Əlavə olaraq həmin illər üzrə xərclər hissəsində aşağıdakı kənarlaşmalar müəyyən etmişdir. ... Belə ki, yoxlama nəticəsində mənfəət vergisi aşağıdakı kimi müəyyən olunmuşdur: - 2020-ci il üzrə yoxlama ilə 102 246.98 manat (8 745 2xx.xx-8234 000.73)*20% mənfəət vergisi. Əlavə olaraq, Koronovirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitinin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar 2020-cı il yanvann 1-dən bir ıl müddətinə tətbiq edilən müvəqqəti vergi rejimi nəticəsində 75 % güzəşt nəzərə alınmaqla, mənfəət vergisi 25 561.74 manat təşkil edib və ödəyici tərəfindən bəyan edildiyi mənfəət vergisi 75 057.93 (8 611 429.99- 8 236 140.33) *20% manat nəzərə alaraq, kənarlaşma 49496.19 manat təşkil etmişdir; -2021 -ci il üzrə 123 223.96 manat (12 458 026.77-11 841 906.95)*20%, ödəyici tərəfindən bəyan edildiyi mənfəət vergisi 60 646.91 (12 220 521.48-11 917 286.91 )*20% manat nəzərə alaraq, kənarlaşma 62 577.05 manat təşkil etmişdir. -2022-ci il üzrə 116 518.97 manat (7 997 215.07- 7 414 620.20)*20%, ödəyici tərəfindən bəyan edildiyi mənfəət vergisi 13 377.00 (7479 603.33- 7 412 718.34) *20% manat nəzərə alaraq, kənarlaşma 103 141.98 manat təşkil etmişdir. Beləliklə, yoxlama dövrü ərzində Vergi Məcəlləsinin 104-cü və 108-ci maddələrinin tələblərinin pozulmasına görə büdcəyə əlavə olaraq 116 222.83 manat məbləğində Mənfəət vergisi hesablandı, o cümlədən 2020-ci il üzrə 49 496.19 manat artıq hesablamışdır, 2021-ci il üzrə 62 577.05 manat və 2022-ci il üzrə 103 141.97 manat azadılmışdır və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 165 719.02 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında yəni 82 859.52 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. X26 – Yoxlanılan dövrdə müəssisə tərəfindən təqdim olunmuş X26 bəyannamələrinin düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olundu: Müəssisə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni vergi orqanına təqdim etmiş və xx.xx.2020-ci il tarixli **********7 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişini almışdır. Bildiriş xx.xx.2020-ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə ƏDV üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr əhatə olundu. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində ƏDV bəyannamələri vaxtında vergi orqanına təqdim edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, müəssisə tərəfindən Vergi Məcəlləsinin 175-ci, 166 maddələrinin tələbləri pozulmuşdur. VM 175.1 maddəsinə əsasən idxal edilmiş mallara görə ödənilmiş ƏDV məbləği yoxlama dövrü ərzində 5743 971.76 manat təşkil etmişdir, ödəyici tərəfindən 5 743 971.76 manat əks etdirmişdir. Beləliklə kənarlaşma aşkar edilməmişdir. E-qaimə ilə alınmış və ödənilmiş məbləğləri yoxlanılaraq müəyyən aşağıdakı kənarlaşmalar müəyyən olunmuşdur: - 2020-ci ilin dekabr ayında ödənilmiş EBAV 406613 e-qaimə ödəyici tərəfindən əvəzləşdirilməmişdir, SVY ilə 23.31 manat əvəzləşdirilmiş siyahısına daxil olunmuşdir; - 2021-ci ilin mart ayında qismən ödənilmiş EBAX 941350 ödəyici tərəfindən 27.49 manat tam əvəzləşdirilmişdir, yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 9.05 manat təşkil edib. - 2021-ci ilin aprel ayında qismən ödənilmiş EBAZ 142234 ödəyici tərəfindən 26.59 manat tam əvəzləşdirilmişdir, yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 14.99 manat təşkil edib. - 2021-ci ilin may ayında qismən ödənilmiş EBBA 711854 ödəyici tərəfindən 29.94 manat tam əvəzləşdirilmişdir, yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 18.24 manat təşkil edib. - 2021-ci ilin iyun ayında qismən ödənilmiş EBBC 225717 ödəyici tərəfindən 27.60 manat tam əvəzləşdirilmişdir, yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 19.14 manat təşkil edib. - 2021-ci ilin iyul ayında qismən ödənilmiş EBBD 843221 ödəyici tərəfindən 33.05 manat tam əvəzləşdirilmişdir, yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 24.54 manat təşkil edib. - 2021-ci ilin avqust ayında qismən ödənilmiş EBBF 297562 ödəyici tərəfindən 36.10 manat tam əvəzləşdirilmişdir, yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 23.13 manat təşkil edib. - 2022-ci ilin iyun ayında qismən ödənilmiş EBBX 040618 ödəyici tərəfindən 23.31 əvəzləşdirilmişdir, lakin yoxlama ilə müəyyən olunub ki həmin qaimə faktura görə 39.74 manat əvəzləşdirilməlidir. Əlavə olaraq həmin ayında EBBX 525502 qaiməyə ödəniş olmadığına görə, lakin ödəyici tərəfindən 19.07 manat əvəzləşdirilmişdir, yoxlama ilə əvəzləşdirilmiş siyahında çıxarılmışdır. - 2022-ci ilin oktyabr ayında qismən ödənilmiş EBCE 594082 ödəyici tərəfindən 34.62 manat tam əvəzləşdirilmişdir, lakin yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 20.82 manat təşkil edib. - 2022-ci ilin noyabr ayında qismən ödənilmiş EBCH 897948 ödəyici tərəfindən 51.34 manat tam əvəzləşdirilmişdir, lakin yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 26.34 manat təşkil edib. - 2022-ci ilin dekabr ayında qismən ödənilmiş EBCJ 915321 ödəyici tərəfindən 48.97 manat tam əvəzləşdirilmişdir, lakin yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 23.81 manat təşkil edib. - 2023-cü ilin yanvar ayında qismən ödənilmiş EBCL 839955 ödəyici tərəfindən 44.60 manat tam əvəzləşdirilmişdir, lakin yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 24.32 manat təşkil edib. - 2023-cü ilin fevral ayında qismən ödənilmiş EBCN 614841 ödəyici tərəfindən 42.37 manat tam əvəzləşdirilmişdir, lakin yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 29.24 manat təşkil edib - 2023-cü ilin mart ayında qismən ödənilmiş EBDA 603992 ödəyici tərəfindən 39.26 manat tam əvəzləşdirilmişdir, lakin yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 24.30 manat təşkil edib Nəticədə eldə edilmiş və ödənilmiş e-qaimələrə görə yoxlama dövrü ərzində ödəyici tərəfindən 36 685.60 manat əvəzləşdirilmişdir, lakin yoxlmama nəticəsində əvəzləşdirilmiş hissə 36 461.54 manat təşkil edib, nəticədə 224.06 manat ödəyici tərəfindən artıq göstərilmişdir. ... Nəticədə yoxlama ilə satış dövriyyəsi 2020-ci il üzrə 8745 235.61 manat, 2021-ci il üzrə 12 458 026.77 manat, 2022-ci il üzrə 7 997 215.07 manat, 2023-cü il üzrə yanvarmart aylan üçün 1716 538.24 manat təşkil etmişdir. Əlavə olaraq bank, kassa və ƏDV depozit hesabı yoxlanılaraq aşağıdakılar müəyyən kənarlaşmalar aşkar edilmişdir. Belə ki, səyyar vergi yoxlama ilə mallann satışından 2020ci ilin aprel ayından 2023-cü ilin mart ayınadək daxilolma 30 717 817.11 manat müəyyən edilmişdir. Lakin ödəyici tərəfindən 27 351 488.66 manat bəyan etmişdir. Azadılmış ƏDV məbləği 605 939.12 (3 366 328.45*18%) manat təşkil etmişdir. Əlavə olaraq Baş idarənin xx.xx.2023-cü il tarixli **********175031 nömrəli “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” Qərarı əsasında vergi ödəyicisinin ünvanlarında əmlakının inventarizasiyası keçirilmişdir. Vergi ödəyicisindən xx.xx.2023-cü il tarixdə alınmış iltizama əsasən cəmiyyətə məxsus mal-materiallann qalıq dəyəri 5 334 972.42 manat təşkil etmişdir. İnventarizasiya nəticəsində 4 071 976.15 manat mal aşkar edilmiş və nəticələri xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində “Əmlakın və digər qiymətlilərin inventarizasiya” Aktlan ilə rəsmiləşdirilmiş, malların siyahısı tərtib edilmiş və nəticəsi vergi ödəyicisinə təqdim edilmişdir. Nəticədə 1262 996.27 manat mal əskik gəlməsi müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən mallann təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal vergitutma obyekti sayılır. Yoxlama ilə əskik gəlmiş mal 1.262.996,27 manat satış əməliyyatı kimi qiymətləndirilərək 227 339.33 manat ƏDV hesablanılması ilə nəticələnib. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Bu əsasa görə səyyar vergi yoxlaması ilə əlavə hesablanmış məbləğlər yoxlama ilə əhatə edilən sonuncu hesabat ayına, yəni 2023-cü ilin mart ayına 227.339,33 manat hesablanmışdır. Ümumi azaldılmış ƏDV məbləği 833 502.51 manat (605939.12+224.06+227339.33) manat, o cümlədən 2020-ci il üzrə 27 672.59 manat, 2021-ci il üzrə 131 026.60 manat, 2022-ci il üzrə 388 922.05 manat, 2023-cü il üzrə 285 881.27 manat azadılmışdır. ... Nəticədə SVY ilə yoxlama dövrü ərzində Vergi Məcəlləsinin 175-ci, 166-ci, 159.5-ci maddələrinin tələblərinin pozulmasına görə büdcəyə əlavə olaraq 833 502.39 manat məbləğində ƏDV hesablandı (o cümlədən 2020-ci il üzrə 27 672.60 manat azadılmışdır, 2021-ci il üzrə 131 026.56 manat azadılmışdır, 2022-ci il üzrə 388 921.98 manat azadılmışdır, 2023-cü il üzrə 285 881.25 manat azadılmışdır) və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayn-ayn aylar üzrə 1 414 281.06 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında yəni 707 140.53 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. ... Nağdsız qaydada həyata keçirilən hesablaşmaların yoxlanılması üzrə – Ödəyici tərəfindən 2020-ci il tarixində təsisçiyə 2 150 000 manat, o cümlədən 2020-ci ilin okyabr ayında 1300 000 manat, noyabr ayında 650 000 manat, dekabr ayında 200 000 manat, 2021-ci ilə 1 290 000 manat, o cümlədən yanvar ayında 300 000 manat, fevral ayında 350 000 manat, mart 600 000 manat, iyul ayında 40 000 manat, 2022-ci ildə - 940 000 manat, o cümlədən oktyabr ayında 240 000 manat, noyabr ayında 400 000 manat, dekabr ayında 300 000 manat, 2023-cü ildə isə 925 000 manat, o cümlədən yanvar ayında 350 000 manat, fevral 350 000 manat, mart *** **** və 127 035.50 manat həmin illərdə təsərrüfat xərclər və yanacaq xərcləri kassadan ödəniş edilmişdir. Beləliklə, Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununun 3.4.6-ci və 3.3-cü maddələrinin tələblərini pozulması aşkar edilmişdir. Ödənişi təsdiq edən ödəyici tərəfindən təqdim edilmiş kassa məxaric orderi, kassa dövriyyə qalıq cədvəli. Əlavə olaraq təsisçidən alınmış borc kassaya 2020-ci il tarixində nağd şəkildə 355 000 manat daxil olub, o cümlədən fevral ayında 50000 manat, mart ayında -185 000 manat, may ayında 85 000 manat, iyun ayında 35 000 manat. Vergi Məcəlləsinin 58.7-1.6. həmin Qanunun 3.4.6-cı maddəsinin tələblərini pozmaqla faizsiz pul vəsaitlərini nağd qaydada ödəyən və qəbul edən vergi ödəyicisinə ümumi məbləğinin, Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, təqvim ili ərzində belə hal birinci dəfə yol verdikdə 10 faizi maliyyə sanksiyası tətbiq edilməsi ilə nəticələnib. Beləliklə, Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinin şərtləri gözlənilməklə, 3.4.6-ci və 3.3-cü maddələrinin tələblərini pozulmasına görə Vergi Məcəlləsinin 58.7-1.6-ci maddəsinə əsasən 536 703.55 manat maliyyə sanksiya tətbiq edilməsi təklif olunur, o cümlədən nağd vəsaitin ödənilməsinə görə 501 203.55 manat ((2150 000+1290 000+940 000+925 000+127 035.55)- 14*30000)*10%), nağd vəsaiti qəbul etməsinə görə 35 500.00 manat (355 000*10%). ... Ödəmə mənbəyindən vergi – Ödəmə mənbəyində vergilər üzrə 2-ci rüb 2020-ci il tarixdən 1 -ci rüb 2023-cü il tarixədək olan dövr yoxlama ilə əhatə olunmuşdur. Müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 124-cü maddələrinin tələbləri pozulmuşdur. Baş İdarənin "Ekspertizanın təyin edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********175490 saylı qəranna əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə icarəyə götürülmüş daşınmaz əmlak üzrə icarə haqqının real bazar qiyməti müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin (VÖEN: **********) nümayəndəsi X9 ekspert qismində dəvət edilmişdir. xx.xx.2023-cü il tarixli **********175490 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" qərar üzrə ekspert tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli nömrəli Rəy vergi orqanına təqdim edilmişdir. Ekspert tərəfindən verilmiş rəyə əsasən müəyyən edilmişdir ki, AZ1062, Bakı Şəhəri öaradağ Rayonu, Lökbatan ŞTÖ. ev.O m.0,- ünvanında yerləşən ümumi sahəsi 900 kv.m olan anbar üzrə icarə haqqının real bazar dəyəri 1 m2 üçün 4-5 manat (https://vipemlak.az/lokbatan- qesebesi-qobu-yolu-604172.html); AZ1063, Bakı Şəhəri öaradağ Rayonu, Lökbatan Ştq. Xocahəsən Yolu ev.126 ünvanında yerləşən ümumi sahəsi 666.60 kv.m olan anbar üzrə icarə haqqının real bazar dəyəri 1 m2 üçün 4-5 manat https://vipemlak.az/lokbatan- qesebesi-qobu-yolu-604172.html): AZ1040. Bakı Şəhəri Sabunçu Rayonu, Bakıxanov Ştq. Səmədbəy Mehmandarov (Bakıxanov öəs.) ev.32 m.Yeni qaydalarla: 122 A ünvanında yerləşən ümumi sahəsi 38.40 kv.m olan mağaza üzrə icarə haqqının real bazar dəyəri 1 m2 üçün 22-23 manat (https://arenda.az/kiraye-ayliq - obyekt-sabuncu-rayonu- bakixanov- qes-bakixanov-qesmehmandarov-7 ); AZ1063, Bakı Şəhəri öaradağ Rayonu, Lökbatan Ştq, Xocahəsən Yolu ev. 126 ünvanında yerləşən ümumi sahəsi 200 kv.m olan anbar üzrə icarə haqqının real bazar dəyəri 1 m2 üçün 6-7 manat (https://arenda.az/kiraye-ayliq-obyekt-qaradag-rayonudairevi-yol-18 ) AZ1063, Bakı Şəhəri öaradağ Rayonu, Lökbatan öəsəbəsi Ev.Heybət D/Y St-nın Cənubu, Lökbatan - X22-Şərq Hissəsi m. ünvanında yerləşən ümumi sahəsi 30 kv.m olan mağaza üzrə icarə haqqının real bazar dəyəri 1 m2 üçün 22- 25 manat (https://arenda.az/kiraye-ayliq-obyekt-qaradag-rayonu-); AZ1063, Bakı Şəhəri öaradağ Rayonu, Lökbatan öəsəbəsi Ev.Heybət D/Y St-Nın Cənubu. Lökbatan - X22- Şərq Hissəsi m. ünvanında yerləşən ümumi sahəsi 100 kv.m olan mağaza üzrə icarə haqqının real bazar dəyəri 1 m2 üçün 22-25 manat; AZ1063, Bakı Şəhəri öaradağ Rayonu. Lökbatan öəsəbəsi Ev.Heybət D/Y St-Nın Cənubu, Lökbatan - X22-Şərq Hissəsi m. ünvanında yerləşən ümumi sahəsi 20 kv.m olan anbar üzrə icarə haqqının real bazar dəyəri 1 m2 üçün 22-25 manat; AZ1063, Bakı Şəhəri Qaradağ Rayonu. X24.Heybət D/Y St-Nın Cənubu, Lökbatan - X22-Şərq Hissəsi m. ünvanında yerləşən ümumi sahəsi 90 kv.m olan anbar üzrə icarə haqqının real bazar dəyəri 1 m2 üçün 20-22 manat; AZ1063, Bakı Şəhəri Qaradağ Rayonu, X24.Heybət D/Y St-Nın Cənubu, Lökbatan - X22-Şərq Hissəsi m. ünvanında yerləşən ümumi sahəsi 30 kv.m olan anbar üzrə icarə haqqının real bazar dəyəri 1 m2 üçün 22-25 manat; AZ1075, Bakı Şəhəri Nərimanov Rayonu, Əhməd Rəcəbli ev.46B ünvanında yerləşən ümumi sahəsi 60 kv.m olan ofis üzrə icarə haqqının real bazar dəyəri 1 m2 üçün 14-15 manat (https://yeniemlak.az/elan/kiraye-l-otaqli-ofis-nerimanovrayonu-nerimanov-r-nu-ehmed-ecebli-921665) müəyyənləşdirilmişdir. Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə əsasən vergi ödəyicilərinin təqdim olunan xidmətlərə tətbiq etdikləri qiymətlərin səviyyəsi digər fəaliyyət sahələrində 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxan olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır. AZ1062, Bakı Şəhəri Qaradağ Rayonu, Lökbatan ŞTQ, ev.O m.O,- ünvanında yerləşən ümumi sahəsi 900 kv.m olan anbar X8 icarəyə götürülmüşdür. Ödəyici tərəfindən bəyan etdiyi həmin obyekt üzrə icarədən gəliri 1976.70 manat təşkil edib. Ekspert tərəfindən sözügedən obyekt üzrə real bazar dəyəri 1 m2 üçün 4-5 manat qeyd etməsini nəzərə alaraq, 900 kv.m. üçün icarə haqqının dəyəri 3600 manat kimi qiymətləndirilmişdir. Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə əsasən vergi ödəyicilərinin təqdim olunan xidmətlərə tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox aşağı olduğuna görə AZ1062, Bakı Şəhəri Qaradağ Rayonu, Lökbatan ŞTQ. ev.O m.O ünvanında yerləşən anbarı üzrə real bazar qiymətləri əsasında vergilər hesablanmışdır. Yoxlama dövrü ərzində X10 ödənilmiş icarə haqlarına görə (29 651.16 manat) hesablanmalı ÖMV 4151.16 manat (o cümlədən 2022-ci il üzrə 23 720.90 ödəniş olunub, 3320.93 manat ÖMV hesablanmalı; 2023-cü ilin 5930.20 ödəniş olunub, hesablanmalı ÖMV 830.23 manat) təşkil etmişdir, lakin ödəyici tərəfindən ÖMV bəyannaməsində 3255.80 manat ÖMV bəyan edilmişdir (o cümlədən 2022-ci il üzrə 17441.85 ödəniş olunub, 2441.85 manat ÖMV hesablanmalı, 2023-cü ilin 5813.95 ödəniş olunub, hesablanmalı ÖMV 813.95 manat). Ekspert tərəfindən müəyyən edilmiş dəyər nəzərə alaraq hesablamalı ÖMV 7560,0 manat təşkil etməlidir (o cümlədən 2022-ci il üzrə 6048.00 manat ÖMV. 2023-cü ilin 1512,0 manat ÖMV). Beləliklə, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə görə daşınmaz əmlak üçün icarə haqqından büdcəyə əlavə olaraq 4304.20 manat (75xx.xx-3255.80) ödəmə mənbəyində vergilər hesablanmışdır. AZ1075, ünvan 11 ünvanında X3 icarəyə götürümüş mağazanın icarə haqları başqa digər ünvanlar üzrə icarə haqqının real bazar qiyməti 30 faizdən çox aşağı olmadığına görə vergilər faktiki təqdimolunma qiymətləri əsasında hesablanmışdır. Yoxlama dövrü ərzində X5 ödənilmiş icarə haqlarına görə (600.00 manat) hesablanmalı ÖMV 976.74 manat (o cümlədən 2021-ci il üzrə 2400.00 manat ödəniş olunub, 390.70 manat ÖMV hesablanmalı, 2022-ci il üzrə 3600.00 manat ödəniş olunub, 586.05 manat ÖMV hesablanmalı) təşkil etmişdir, lakin ödəyici tərəfindən ÖMV bəyannaməsində 761.85 manat ÖMV bəyan edilmişdir (o cümlədən 2021-ci ıl üzrə 371.16 manat ÖMV bəyan edilmişdir. 2022-ci il üzrə 390.69 manat ÖMV bəyan edildi). Beləliklə, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə görə daşınmaz əmlak üçün icarə haqqından büdcəyə əlavə olaraq 214.88 manat (976.74-761.85) ödəmə mənbəyində vergilər hesablanmışdır. Nəticədə səyyar vergi yoxlaması ilə yoxlama ilə əhatə olunan dövr üzrə 4519.06 manat (o cümlədən, 2021-ci il üzrə 19.54 manat. 2022-ci ıl üzrə 3801.48 manat, 2023-cü ıl üzrə 698.04 manat) vergi ödəyici tərəfindən ödəmə mənbəyində vergi azaldılmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 4519.06 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 2259.53 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
7. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********187571 nömrəli Qərarına əsasən: Fərq Artıq Əlavə Artıq Maliyyə Vergi qısa adı Dövr (il üzrə) Azaldılmışdır VM maddəsi Faiz hesablanmışdır sanksiyası hesablama hesablama
Mənfəət 2020 0.00 49496,19 0.00 49496.19 58.1 0.00 0.00 vergisi
Mənfəət 2021 62577.05 0.00 62577.05 0.00 58.1 31288.53 0.00 vergisi
Mənfəət 2022 103141.97 0.00 103141.97 0.00 58.1 51570.99 0.00 vergisi
X26 2020 248330.17 220657.57 27672.60 0.00 58.1 124165.09 0.00
X26 2021 417905.14 286878.58 131026.56 0.00 58.1 208952.57 0.00 X26 2022 433220.84 44298.86 388921.98 0.00 58.1 216610.42 0.00
X26 2023 314824.89 28943.64 285881.25 0.00 58.1 157412.45 0.00
Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, 2020 0.00 0.02 0.00 0.02 58.1 0.00 0.00 işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, 2021 0.01 0.00 0.01 0.00 58.1 0.01 0.00 işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)
Ödəmə mənbəyində 2021 19.54 0.00 19.54 0.00 58.1 9.77 0.00 tutulan vergi Ödəmə mənbəyində 2022 3801.48 0.00 3801.48 0.00 58.1 1900.74 0.00 tutulan vergi
Ödəmə mənbəyində 2023 698.04 0.00 698.04 0.00 58.1 349.02 0.00 tutulan vergi ƏDV məbləğinin 2020 0.00 0.00 0.00 0.00 VM 58.6 37.30 0.00 ödənilməməsinə görə
ƏDV məbləğinin 2021 0.00 0.00 0.00 0.00 VM 58.6 123.67 0.00 ödənilməməsinə görə
ƏDV məbləğinin 2022 0.00 0.00 0.00 0.00 VM 58.6 131.40 0.00 ödənilməməsinə görə
ƏDV məbləğinin 2023 0.00 0.00 0.00 0.00 VM 58.6 90.00 0.00 ödənilməməsinə görə
58.7-1-ci maddəsinə əsasən maliyyə 0.00 0.00 0.00 0.00 58.7-1 536703.55 0.00 sanksiyası
1 329 Cəmi t 584 519.13 630 274.86 1 003 740.48 49 496.21 0 345.51
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, İddiaçınə münasibətdə vergi yoxlaması xx.xx.2023-cü il – xx.xx.2024-cü il tarixləri arasında həyata keçirilmişdir, 14 ay davam etmiş və yoxlama müddəti 2 dəfə uzadılmışdır. Müvafiq dövrdə vergi yoxlaması 10 dəfə dayandırılmış, 1 dəfə vergi yoxlaması tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə satılmış malların orta bazar dəyərinin müəyyən edilməsi barədə ekspertiza təyin edilmiş, lakin xx.xx.2024cü il tarixli ekspert rəyinə əsasən qiymətlərin müəyyən edilməsi mümkün olmamışdır. Vergi orqanı tərəfindən tərtib olunmuş aktda qeyd edilmişdir ki, vergi ödəyicisinin fəaliyyətinin 83 faizini pərakəndə satış təşkil edir və onlayn kassa məlumatlarına əsasən bütün malların pərakəndə satış qiymətini müəyyən etmək mümkün olmamışdır. Bunun əsas səbəbi isə malların adlarının tam və düzgün qeyd olunmamasıdır. İddiaçı vergi orqanının tərtib edilmiş aktda əks olunan hesablama üsulu ilə razılaşmır və hesab edir ki, müvafiq texnikaların (satılmış və ya satılmamış) real qiymətini müəyyən etmək mümkün idi.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 iddia tələbinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, iddiaçıya münasibətdə hesablanmış əsas vergi məbləği mənfəət vergisi ilə bağlıdır. Belə ki, malların adlarının tam göstərilməməsi səbəbilə müəssisənin satış dövriyyəsini müəyyən etmək üçün vergi ödəyicisindən müvafiq sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi lazımi sənədləri təqdim etmədiyi üçün “sənədlərin verilməsindən imtina barədə” akt tərtib olunmuşdur. Vergi ödəyicisi daha sonra sənədlərin bir qismini təqdim etsə, həmin sənədlər əsasında vergi ödəyicisinin dövriyyəsini müəyyən etmək mümkün olmayıb. Vergi ödəyicisinin il ərzində satdığı malların miqdarını müəyyən etmək üçün ilin əvvəlinə olan qalıq malların miqdarı və malların alış miqdarı toplanmış, ilin sonuna olan qalıq malların miqdarı çıxılmışdır. Vergi ödəyicisinə münasibətdə X26 isə 3 fərqli hal üzrə hesablanmışdır: 1) müəyyən dövrlər üzrə əvəzləşdirmə məbləğində fərq yaranmışdır, vergi ödəyicisinə artıq əvəzləşdirmə həyata keçirilmiş aylar barədə məlumat verilmişdir. 2) mənfəət vergisi ilə müəyyənləşdirilmiş artıq dövriyyəyə münasibətdə ədv hesablanmışdır. 3) əmlakın inventarizasiyası ilə əlaqədar 227339 manat ƏDV hesablanmışdır. Əmlakın inventarizasiyası ilə əlaqədar vergi hesablanarkən nəzərə alınmışdır ki, vergi ödəyicisinin 1.262.996 manat məbləğində malı aşkar edilməmişdir. Əskik mal barədə hər hansı məlumat müəyyən edilmədiyi təqdirdə, bu hal təqdimetmə kimi qiymətləndirilir. Təqdimetmə kimi qiymətləndirilən mallara münasibətdə isə yayınma kimi qəbul edilərək ƏDV hesablanır. Vergi ödəyicisinin aşkar edilməyən 1.262.996 manat məbləğində malına münasibətdə 227339 manat ƏDV hesablanmışdır. Digər tərəfdən vergi ödəyicisinə münasibətdə ödəmə mənbəyində vergi hesablanarkən iddiaçı müəssisənin müxtəlif şəxslərdən icarəyə götürülmüş obyektlərinin mövcud olduğu müəyyən edilmiş, icarə haqqı məbləğinin hesablanması ilə bağlı ekspertiza təyin edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmiş məbləğlər və vergi ödəyicisinin təqdim etdiyi məbləğlər arasında ziddiyyət olduğu üçün ekspert rəyi əsasında müəyyən edilmiş məbləğlər nəzərə alınmışdır. Eyni zamanda “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulması nəticəsində vergi ödəyicisinə münasibətdə maliyyə sanksiyası da təyin edilmişdir.
10. Cavabdehin nümayəndəsi böyük dövlət Vergi müfəttişi X4 məhkəmə iclasında iştirak edərkən iddia tələbinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, vergi yoxlaması 36 ay üzrə həyata keçirilmişdir. Belə ki, aprel 2020 tarixdən başlamış və mart 2023 tarixədək olan dövrü əhatə etmişdir. Mənfəət vergisinin hesablanması zamanı malların satış cədvəli, malların dövriyyə qalıq cədvəli olmadığına (vergi ödəyicisi tərəfindən təqdim edilməmişdir) və satış hissəsində malların tam adı qeyd edilmədiyinə görə vergi orqanı vergi ödəyicisi tərəfindən idxal olunan bütün malları öz bazasında çeşidləmiş, il sonunda olan qalıq malların miqdarını nəzərə alaraq digər malları satış kimi qiymətləndirmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş malın il sonu üçün qalıq dəyəri, miqdarı hesablamanın aparılması üçün kifayət etmişdir. Belə ki, vergi orqanının bazasında malların alışı və qalıq barədə məlumat mövcuddur. Odur ki, vergi ödəyicisinin il ərzində satdığı malların miqdarını müəyyən etmək üçün ilin əvvəlinə olan qalıq malların miqdarı və malların alış miqdarı toplanır, ilin sonuna olan qalıq malların miqdarı çıxılır. Satış miqdarı = İlin əvvəlinə olan qalıq + Alış miqdarı - ilin sonuna olan qalıq. Digər tərəfdən malların dəyərini ekspertiza əsasında müəyyən etmək mümkün olmamışdır. Belə olan təqdirdə topdan satılmış malların dəyəri vergi ödəyicisi tərəfindən təqdim olunmuş elektron qaimə fakturalara əsasən hesablanmışdır. Lakin pərakəndə satılmış malların dəyəri müəyyən edilə bilmədiyindən ilkin olaraq topdan satış qiyməti, topdan satış qiyməti məlum olmadıqda isə maya dəyəri (invoys dəyəri və gömrük rüsumları) nəzərə alınmışdır. Nəticədə müəyyən edilmişdir ki, vergi ödəyicisi müvafiq malları maya dəyərindən də aşağı qiymətə satmışdır, yəni vergidən yayınma halı mövcud olmuşdur. Digər tərəfdən əmlakın inventarizasiyası ilə əlaqədar hesablanmış ƏDV məbləğinə münasibətdə bildirdi ki, səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdə bitmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023xx.xx.2023-cü il tarixləri üzrə (səyyar vergi yoxlaması ilə əhatə olunmayan dövr) bəyan edilən qalıq mal dəyəri 5.334.972,42 manat təşkil etmişdir. Buna baxmayaraq, inventarizasiya nəticəsində vergi ödəyicisinin faktiki qalıq mal miqdarının 4.071.976,15 manat məbləğində olduğu aşkar edilmişdir. Nəticədə, 1.262.996,27 manat məbləğində əksik gəlmiş mal satış əməliyyatı kimi qiymətləndirilərək 227.339,33 manat ƏDV hesablanılmışdır. Nəzərə alınmalıdır ki, inventarizasiya aktı vergi ödəyicisi tərəfindən imzalanmış və təsdiqlənmişdir. Belə ki, kənarlaşma birbaşa vergi ödəyicisi ilə birlikdə aşkar edilmişdir. Eyni zamanda bildirdi ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinin pozulması nəticəsində vergi ödəyicisinə münasibətdə maliyyə sansksiyasının hesablanmasının səbəbi təsisçi tərəfindən verilmiş borc məbləğlərinin bank hesabına daxil edilməli olduğu halda, nağd şəkildə təqdim edilməsi olmuşdur.
II. İddianın növü və mümkünlüyü
11. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
13. İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
14. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
15. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
16. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********187571 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı mübahisələndirilmişdir.
17. Məhkəmə ilk növbədə qeyd edir ki, aparılmış yoxlama barədə məlumat sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli KY231923344 nömrəli çıxarışa əsasən yoxlanılan dövr xx.xx.2020-xx.xx.2023-cü illəri əhatə etməklə İddiaçı MMC-də növbəti səyyar vergi yoxlaması keçirilmişdir.
18. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********187571 nömrəli qərara əsasən İddiaçı MMC 2020-2022-ci illər üzrə mənfəət vergisi, X26, ödəmə mənbəyində vergini ödəməkdən yayınmağa görə məsuliyyətə cəlb edilmiş, eləcə də yayındırılmış məbləğlərə və nağdsız qaydada həyata keçirilən hesablaşmalar üzrə yol verilmiş pozuntulara görə maliyyə sanksiyası tətqbi edilmişdir: - Mənfəət vergisi üzrə 2020-ci il üzrə 49.496,19 manat artıq hesablamış, 2021-ci il üzrə 62.577,05 manat və 2022-ci il üzrə 103.141,97 manat azadılmış, ümumilikdə Vergi Məcəlləsinin 104-cü və 108-ci maddələrinin tələblərinin pozulmasına görə 116 222.83 manat məbləğində əlavə hesablama aparılmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 165 719.02 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 82 859.52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - X26 üzrə Vergi Məcəlləsinin 175-ci, 166-cı, 159.1-ci maddələrinin tələblərinin pozulmasına görə 833.502,39 manat məbləğində əlavə hesablama aparılmaqla 707.140,53 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - Ödəmə mənbəyində tutulan vergi üzrə Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən 4519,06 manat əlavə hesablama aparılmaqla 2259,53 manat maliyyə sanksiyası tətbiq edilmişdir. - Nağdsız qaydada həyata keçirilən hesablaşmalar üzrə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü və 3.4.6-cı maddələrinin tələblərinin pozulmasına görə 536.703,55 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. - Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə 0.01 manat azaldılma müəyyən edilərək 0.01 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
19. Mənfəət vergisinin və ona maliyyə sanksiyasının hesablanmasına münasibətdə məhkəmə müəyyən edir ki, cavabdeh vergi orqanı vergi ödəyici tərəfindən hər ilin sonuna təqdim edilmiş malların qalığı və AVİS bazada olan idxal məlumatları və alış e-qaimələri əsas götürərərək yoxlama ilə malların dövriyyə qalıq cədvəlini yığmışdır. Satış cədvəli ödəyici tərəfindən təqdim edilməmişdir və bununla bağlı xx.xx.2023-cü il tarixli **********174155 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt tərtib olunmuşdur (Aktın bir nüsxəsi vergi ödəyicisinə xx.xx.2023-cü il tarixdə əlbəəl təqdim edilmişdir). Əlavə olaraq, xx.xx.2023-cü il tarixində “Sənədlərin qismən təqdim edilməsi barədə” tərtib edilmiş aktda, həmin sənədlərin təqdim edilməməsi barədə qeyd olunmuşdur (Aktın bir nüsxəsi vergi ödəyicisinə xx.xx.2023-cü il tarixlərində təqdim edilmişdir). Bu səbəbdən ödəyici tərəfindən hər ilin sonuna olan qalıq dəyəri əsas götürülərək, 2020-ci ilin ilkin qalıq sıfır və malların alış mənbəyi idxal olduğu (2022-ci il tarixində idxaldan başqa alış e-qaimə də nəzərə alınmışdır) üçün satış miqdarı və satışın orta illik maya dəyəri yoxlama ilə müəyyən olunmuşdur: Satış miqdarı = İlin əvvəlinə olan qalıq + Alış miqdarı - ilin sonuna olan qalıq. Vergi ödəyicinin fəaliyyətinin 83 faizini pərakəndə satış təşkil edir. Vergi orqanı tərəfindən online kassa satış məlumatları araşdırılan zaman müəyyən olunub ki, bütün mallann pərakəndə satış qiyməti müəyyən etmək mümkün olmamışdır, əsas səbəb malların adlarının tam və düzgün formatda göstərilməməsidir. Bu səbəbdən ortalama satış dövriyyəsini müəyyən etmək üçün, öncə topdan satış miqdarı (e-qaimə ilə olan satışları) topdan satış qiymətinə vurulmaqla (eqaimdə olan satış qiymətləri əsas götürülməklə) müəyyən olunur, sonra qalan satış miqdarı, online kassadan satış qiyməti mala uyğun müəyyən etmək olan zaman, pərakəndə satış qiyməti götürülür, onu müəyyən etmək mümkün olmayan zaman topdan satış əsas götürülür, onu da müəyyən etmək mümükün olmayan zaman orta illik maya dəyəri əsas götürülür və satış dəyəri yoxlama ilə müəyyən edilir. Nəticədə, vergi orqanı səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin (hazırki iş üzrə İddiaçı MMC-nin) satış dövriyyəsini 2020-ci il üzrə 8.745.235,61 manat, 2021-ci il üzrə 12.458.026,77 manat, 2022-ci il üzrə 7.997.215,07 manat müəyyən etmişdir. Vergi ödəyicisi (hazırki iş üzrə İddiaçı MMC) tərəfindən 2020-ci il üzrə 8.606.374,49 manat, 2021-ci il üzrə 12.220.521,48 manat, 2022-ci il üzrə 7.997.215,07 manat bəyan edilmişdir. Əlavə olaraq, həmin illər üzrə xərclər hissəsində kənarlaşmalar müəyyən edilmişdir. Beləliklə, yoxlama dövrü ərzində 2020-ci il üzrə 49.496,19 manat artıq hesablamış, 2021-ci il üzrə 62.577,05 manat və 2022-ci il üzrə 103.141,97 manat azadılmış, ümumilikdə, Vergi Məcəlləsinin 104-cü və 108-ci maddələrinin tələblərinin pozulmasına görə 116.222,83 manat məbləğində əlavə hesablama aparılmışdır və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 165.719,02 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 82.859,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
20. Cavabdehin nümayəndəsi böyük dövlət Vergi müfəttişi X4 məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, mənfəət vergisinin hesablanması zamanı malların satış cədvəli, malların dövriyyə qalıq cədvəli olmadığına (vergi ödəyicisi tərəfindən təqdim edilməmişdir) və satış hissəsində malların tam adı qeyd edilmədiyinə görə vergi orqanı vergi ödəyicisi tərəfindən idxal olunan bütün malları öz bazasında çeşidləmiş, il sonunda olan qalıq malların miqdarını nəzərə alaraq digər malları satış kimi qiymətləndirmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş malın il sonu üçün qalıq dəyəri, miqdarı hesablamanın aparılması üçün kifayət etmişdir. Belə ki, vergi orqanının bazasında malların alışı və qalıq miqdarı barədə məlumat mövcuddur. Odur ki, vergi ödəyicisinin il ərzində satdığı malların miqdarını müəyyən etmək üçün ilin əvvəlinə olan qalıq malların miqdarı və malların alış miqdarı toplanır, ilin sonuna olan qalıq malların miqdarı çıxılır. Satış miqdarı = İlin əvvəlinə olan qalıq + Alış miqdan - ilin sonuna olan qalıq. Digər tərəfdən malların dəyərini ekspertiza əsasında müəyyən etmək mümkün olmamışdır. Belə olan təqdirdə topdan satılmış malların dəyəri vergi ödəyicisi tərəfindən təqdim olunmuş elektron qaimə fakturalara əsasən hesablanmışdır. Lakin pərakəndə satılmış malların dəyəri müəyyən edilə bilmədiyindən ilkin olaraq topdan satış qiyməti, topdan satış qiyməti məlum olmadıqda isə maya dəyəri (invoys dəyəri və gömrük rüsumları) nəzərə alınmışdır. Nəticədə, müəyyən edilmişdir ki, vergi ödəyicisi müvafiq malları maya dəyərindən də aşağı qiymətə satmışdır, yəni vergidən yayınma halı mövcud olmuşdur.
21. Məhkəmə yoxlama materiallarını nəzərdən keçirərək müəyyən edir ki, səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən vergi ödəyicisindən müvafiq sənədlər tələb edilmiş, lakin tələb olunan sənədlər səyyar vergi yoxlamasının keçirildiyi müdətdə vergi orqanına tam təqdim edilməmişdir (“Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt və “Sənədlərin qismən təqdim edilməsi barədə” Akt iş materiallarına əlavə olunmuşdur). Belə olan təqdirdə vergi ödəyicisinin 2020-2022-ci illər üzrə satış dövriyyəsi aşağıdakı qaydada hesablanmışdır: 1) Malların miqdarı – Vergi ödəyicisi tərəfindən hər ilin sonuna malın qalıq miqdarı barədə məlumat təqdim edilir. Eyni zamanda AVİS (X1 Sistemi) proqram təminatında vergi ödəyicisi tərəfindən cari il üzrə alınmış malların miqdarı əks olunur. Vergi ödəyicisinin müvafiq il ərzində satdığı malların miqdarını müəyyən etmək üçün ilin əvvəlinə olan qalıq malların miqdarı və alış malların miqdarı toplanır, ilin sonuna olan qalıq malların miqdarı çıxılır. Satış miqdarı = İlin əvvəlinə olan qalıq + Alış miqdarı - ilin sonuna olan qalıq. Digər tərəfdən vergi ödəyicisi tərəfindən malların satışı həm topdan, həm də pərakəndə formada həyata keçirilmişdir. Topdan formada satılmış malları miqdarı birbaşa olaraq elektron qaimə-fakturalara əsasən müəyyən edilmişdir. Pərakəndə formada satılmış malların miqdarını müəyyən etmək üçün ümumi satış miqdarından topdan formada satılmış malların miqdarı çıxılmışdır. Müvafiq hesablamalar aparılarkən birbaşa vergi ödəyicisi tərəfindən təqdim edilmiş məlumatlardan istifadə olunmuşdur. Belə ki, ilin əvvəlinə və sonuna olan qalıq malların miqdarı barədə məlumat vergi orqanına məhz vergi ödəyicisi tərəfindən təqdim olunur. İl ərzindəki malların alış miqdarı və topdan formada satılmış malların miqdarı isə AVİS-də əks olunan elektron qaimə-fakturalara əsasən müəyyən olunur. 2) Malların dəyəri – Vergi ödəyicisi tərəfindən malların satışı həm topdan, həm də pərakəndə formada həyata keçirilmişdir. Topdan formada satılmış malların dəyəri birbaşa olaraq elektron qaimə-fakturalara əsasən müəyyən edilmişdir. Satışı pərakəndə formada həyata keçirilmiş malların dəyərini müəyyən etməyə imkan verən sənədlər vergi ödəyicisi tərəfindən təqdim olunmadığından həmin malların dəyərini müəyyən etmək üçün ilkin olaraq topdan satış qiymətləri nəzərə alınmış, topdan satış qiymətləri müəyyən etmək mümkün olmadıqda müvafiq malların orta illik maya dəyəri (invoys dəyəri və gömrük rüsumları əsasında) əsas götürülmüşdür. Vergi ödəyicisi tərəfindən satılmış malların adları tam və düzgün formatda göstərilmədiyindən həmin malların dəyərini ekspertiza əsasında müəyyən etmək mümkün olmamışdır. - Beləliklə, səyyar vergi yoxlaması ilə vergi ödəyicisi İddiaçı MMC-nin satış dövriyyəsi 2020-ci il üzrə 8.745.235,61 manat, 2021-ci il üzrə 12.458.026,77 manat, 2022-ci il üzrə 7.997.215,07 manat təşkil etmişdir.
22. Odur ki, məhkəmə müəyyən edir ki: - 2020-ci il üzrə yoxlama ilə 102.246,98 manat (8.745.235,61 – 8.234.000,73)*20% mənfəət vergisi koronovirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitinin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar 2020-cı il yanvann 1-dən bir il müddətinə tətbiq edilən müvəqqəti vergi rejimi nəticəsində 75 % güzəşt nəzərə alınmaqla, mənfəət vergisi 25.561,74 manat təşkil edib və ödəyici tərəfindən bəyan edildiyi mənfəət vergisi 75.057,93 (8.611.429,99 – 8.236.140,33)*20% manat nəzərə alaraq, kənarlaşma 49.496,19 manat təşkil etmişdir; - 2021-ci il üzrə 12.223,96 manat mənfəət vergisi (12.458.026,77 – 11.841.906,95)*20%, ödəyici tərəfindən bəyan edildiyi mənfəət vergisi 60.646,91 (12.220.521,48 – 11.917.286,91)*20% manat nəzərə alaraq, kənarlaşma 62.577,05 manat təşkil etmişdir. - 2022-ci il üzrə 116.518,97 manat (7.997.215,07 – 7.414.620,20)*20%, ödəyici tərəfindən bəyan edildiyi mənfəət vergisi 13.377,00 (7.479.603,33 – 7.412.718,34)*20% manat nəzərə alaraq, kənarlaşma 103.141,98 manat təşkil etmişdir.
23. Beləliklə, yoxlama dövrü ərzində büdcəyə əlavə olaraq 116.222,83 manat məbləğində mənfəət vergisi hesablanmış (2020-ci il üzrə 49.496,19 manat artıq hesablama, 2021-ci il üzrə 62.577,05 manat azalma və 2022-ci il üzrə 103.141,97 manat azadılma nəzərə alınaraq) və Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 165.719,02 manat məbləğində azaldıldığına (2021-ci il üzrə 62.577,05 manat azalma və 2022-ci il üzrə 103.141,97 manat azadılma) görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 82.859,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
24. Odur ki, məhkəmə mənfəət vergisinin və ona maliyyə sanksiyasının hesablanmasına münasibətdə cavabdeh tərəfindən təqdim edilmiş etirazın dəlilləri ilə razılaşır və qeyd edir ki, səyyar vergi yoxlaması zamanı tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədiyindən vergi orqanı müvafiq hesablamanı apararaq əlavə olaraq 116.222,83 manat məbləğində mənfəət vergisi və 82.859,52 manat məbləğində maliyyə sanksiyası hesablamaqda haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, ilbəil hesablama üzrə müvafiq cədvəllər cavabdeh vergi orqanı tərəfindən müvafiq elektron daşıyıcıda olmaqla excell fayllarda təqdim edilmş, həmin cədvəllər iddiaçının nümayəndəsi və vəkili, cavabdeh vergi orqanın nümayəndəsi və yoxlayıcının iştirakı ilə məhkəmə iclasında tədqiq edilmişdir.
25. X21 və ona maliyyə sanksiyasının hesablanmasına münasibətdə məhkəmə müəyyən edir ki, cavabdehin nümayəndəsi X18 məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, vergi ödəyicisinə (hazırki iş üzrə İddiaçı MCC-yə) münasibətdə X26 3 fərqli hal üzrə hesablanmışdır: 1) müəyyən dövrlər üzrə əvəzləşdirmə məbləğində fərq yaranmışdır, vergi ödəyicisinə artıq əvəzləşdirmə həyata keçirilmiş aylar barədə məlumat verilmişdir. 2) mənfəət vergisi ilə müəyyənləşdirilmiş artıq dövriyyəyə münasibətdə ƏDV hesablanmışdır. 3) əmlakın inventarizasiyası ilə əlaqədar ƏDV hesablanmışdır.
26. Məhkəmə birinci hala münasibətdə (əvəzləşdirilmiş ƏDV məbləğində yaranmış fərq barədə) müəyyən edir ki, e-qaimə ilə alınmış və ödənilmiş məbləğlər yoxlanılaraq aşkar olunmuşdur ki, - 2020-ci ilin dekabr ayında ödənilmiş EBAV 406613 e-qaimə ödəyici tərəfindən əvəzləşdirilməmişdir, SVY ilə 23,31 manat əvəzləşdirilmiş siyahısına daxil olunmuşdir; - 2021-ci ilin mart ayında qismən ödənilmiş EBAX 941350 ödəyici tərəfindən 27,49 manat tam əvəzləşdirilmişdir, yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 9,05 manat təşkil edib; - 2021-ci ilin aprel ayında qismən ödənilmiş EBAZ 142234 ödəyici tərəfindən 26,59 manat tam əvəzləşdirilmişdir, yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 14,99 manat təşkil edib; - 2021-ci ilin may ayında qismən ödənilmiş EBBA 711854 ödəyici tərəfindən 29,94 manat tam əvəzləşdirilmişdir, yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 18,24 manat təşkil edib; - 2021-ci ilin iyun ayında qismən ödənilmiş EBBC 225717 ödəyici tərəfindən 27,60 manat tam əvəzləşdirilmişdir, yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 19,14 manat təşkil edib; - 2021-ci ilin iyul ayında qismən ödənilmiş EBBD 843221 ödəyici tərəfindən 33,05 manat tam əvəzləşdirilmişdir, yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 24,54 manat təşkil edib; - 2021-ci ilin avqust ayında qismən ödənilmiş EBBF 297562 ödəyici tərəfindən 36,10 manat tam əvəzləşdirilmişdir, yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 23,13 manat təşkil edib; - 2022-ci ilin iyun ayında qismən ödənilmiş EBBX 040618 ödəyici tərəfindən 23,31 əvəzləşdirilmişdir, lakin yoxlama ilə müəyyən olunub ki, həmin qaimə faktura görə 39,74 manat əvəzləşdirilməlidir. Əlavə olaraq həmin ayında EBBX 525502 qaiməyə ödəniş olmadığına görə, lakin ödəyici tərəfindən 19,07 manat əvəzləşdirilmişdir, yoxlama ilə əvəzləşdirilmiş siyahında çıxarılmışdır; - 2022-ci ilin oktyabr ayında qismən ödənilmiş EBCE 594082 ödəyici tərəfindən 34,62 manat tam əvəzləşdirilmişdir, lakin yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 20,82 manat təşkil edib; - 2022-ci ilin noyabr ayında qismən ödənilmiş EBCH 897948 ödəyici tərəfindən 51,34 manat tam əvəzləşdirilmişdir, lakin yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 26,34 manat təşkil edib; - 2022-ci ilin dekabr ayında qismən ödənilmiş EBCJ 915321 ödəyici tərəfindən 48,97 manat tam əvəzləşdirilmişdir, lakin yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 23,81 manat təşkil edib; - 2023-cü ilin yanvar ayında qismən ödənilmiş EBCL 839955 ödəyici tərəfindən 44,60 manat tam əvəzləşdirilmişdir, lakin yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 24,32 manat təşkil edib; - 2023-cü ilin fevral ayında qismən ödənilmiş EBCN 614841 ödəyici tərəfindən 42,37 manat tam əvəzləşdirilmişdir, lakin yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 29,24 manat təşkil edib; - 2023-cü ilin mart ayında qismən ödənilmiş EBDA 603992 ödəyici tərəfindən 39,26 manat tam əvəzləşdirilmişdir, lakin yoxlama ilə həmin qaimə üzrə əvəzləşdirilən hissə 24,30 manat təşkil edib. Nəticədə eldə edilmiş və ödənilmiş e-qaimələrə görə yoxlama dövrü ərzində vergi ödəyicisi tərəfindən 36.685,60 manat əvəzləşdirilmişdir, lakin yoxlmama nəticəsində əvəzləşdirilmiş hissə 36.461,54 manat təşkil edib, nəticədə 224,06 manat ödəyici tərəfindən artıq göstərilmişdir.
27. Məhkəmə ikinci hala (mənfəət vergisi ilə müəyyənləşdirilmiş artıq dövriyyəyə) münasibətdə təkrarən müəyyən edir ki, cavabdeh vergi orqanı vergi ödəyici tərəfindən hər ilin sonuna təqdim edilmiş malların qalığı və AVİS bazada olan idxal məlumatları və alış eqaimələri əsas götürərərək yoxlama ilə malların dövriyyə qalıq cədvəlini yığmışdır. Satış cədvəli ödəyici tərəfindən təqdim edilməmişdir və bununla bağlı xx.xx.2023-cü il tarixli **********174155 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” Akt tərtib olunmuşdur (Aktın bir nüsxəsi vergi ödəyicisinə xx.xx.2023-cü il tarixdə əlbəəl təqdim edilmişdir). Əlavə olaraq, xx.xx.2023-cü il tarixində “Sənədlərin qismən təqdim edilməsi barədə” tərtib edilmiş aktda, həmin sənədlərin təqdim edilməməsi barədə qeyd olunmuşdur (Aktın bir nüsxəsi vergi ödəyicisinə xx.xx.2023-cü il tarixlərində təqdim edilmişdir). Bu səbəbdən ödəyici tərəfindən hər ilin sonuna olan qalıq dəyəri əsas götürülərək, 2020-ci ilin ilkin qalıq sıfır və malların alış mənbəyi idxal olduğu (2022-ci il tarixində idxaldan başqa alış e-qaimə də nəzərə alınmışdır) üçün satış miqdan və satışın orta illik maya dəyəri yoxlama ilə müəyyən olunmuşdur: Satış miqdarı = İlin əvvəlinə olan qalıq + Alış miqdarı - ilin sonuna olan qalıq. Vergi ödəyicinin fəaliyyətinin 83 faizini pərakəndə satış təşkil edir. Vergi orqanı tərəfindən online kassa satış məlumatları araşdırılan zaman müəyyən olunub ki, bütün mallann pərakəndə satış qiyməti müəyyən etmək mümkün olmamışdır, əsas səbəb adların tam və düzgün formatda göstərilməməsidir. Bu səbəbdən ortalama satış dövriyyəsini müəyyən etmək üçün, öncə topdan satış miqdarı (e-qaimə ilə olan satışları) topdan satış qiymətinə vurulmaqla (eqaimdə olan satış qiymətləri əsas götürülməklə) müəyyən olunur, sonra qalan satış miqdarı, online kassadan satış qiyməti mala uyğun müəyyən etmək olan zaman, pərakəndə satış qiyməti götürülür, onu müəyyən etmək mümkün olmayan zaman topdan satış əsas götürülür, onu da müəyyən etmək mümükün olmayan zaman orta illik maya dəyəri əsas götürülür və satış dəyəri yoxlama ilə müəyyən edilir.
28. Odur ki, vergi orqanı səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin (hazırki iş üzrə İddiaçı MMC-nin) satış dövriyyəsini 2020-ci il üzrə 8.745.235,61 manat, 2021-ci il üzrə 12.458.026,77 manat, 2022-ci il üzrə 7.997.215,07 manat, 2023-cü il üzrə yanvar-mart ayları üçün 1.716.538,24 manat müəyyən etmişdir (bax: bənd 18-20). Belə ki, səyyar vergi yoxlama ilə mallann satışından 2020-ci ilin aprel ayından 2023-cü ilin mart ayınadək daxilolma 30.717.817,11 manat müəyyən edilmişdir. Buna baxmayaraq vergi ödəyicisi tərəfindən 27.351.488,66 manat bəyan etmişdir. Nəticədə azadılmış ƏDV məbləği 605.939,12 (3.366.328,45*18%) manat təşkil etmişdir.
29. Məhkəmə üçüncü hala (əmlakın inventarizasiyası ilə əlaqədar hesablanmış ƏDV-yə) münasibətdə müəyyən edir ki, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********175031 nömrəli “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” Qərarı əsasında vergi ödəyicisinin ünvanlarında əmlakının inventarizasiyası keçirilmişdir. Vergi ödəyicisindən xx.xx.2023-cü il tarixdə alınmış iltizama əsasən cəmiyyətə məxsus mal-materiallann qalıq dəyəri 5.334.972,42 manat təşkil etmişdir. İnventarizasiya nəticəsində 4.071.976,15 manat mal aşkar edilmiş və nəticələri xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində “Əmlakın və digər qiymətlilərin inventarizasiya” Aktlan ilə rəsmiləşdirilmiş, malların siyahısı tərtib edilmiş və nəticəsi vergi ödəyicisinə təqdim edilmişdir. Nəticədə, 1.262.996,27 manat mal əskik gəlməsi müəyyən olunmuşdur. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal vergitutma obyekti sayılır. Yoxlama ilə əskik gəlmiş mal 1.262.996,27 manat satış əməliyyatı kimi qiymətləndirilərək 227.339,33 manat ƏDV hesablanılması ilə nəticələnib. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Bu əsasa görə səyyar vergi yoxlaması ilə əlavə hesablanmış məbləğlər yoxlama ilə əhatə edilən sonuncu hesabat ayına (2023-cü ilin mart ayına) 227.339,33 manat hesablanmışdır.
30. Cavabdehin nümayəndəsi böyük dövlət Vergi müfəttişi X4 məhkəmə iclasında iştirak edərkən izahatında bildirmişdir ki, səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdə bitmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixləri üzrə (səyyar vergi yoxlaması ilə əhatə olunmayan dövr) bəyan edilən qalıq mal dəyəri 5.334.972,42 manat təşkil etmişdir. Buna baxmayaraq, inventarizasiya nəticəsində vergi ödəyicisinin faktiki qalıq mal miqdarının 4.071.976,15 manat məbləğində olduğu aşkar edilmişdir. Nəticədə, 1.262.996,27 manat məbləğində əksik gəlmiş mal satış əməliyyatı kimi qiymətləndirilərək 227.339,33 manat ƏDV hesablanılmışdır. Nəzərə alınmalıdır ki, inventarizasiya aktı vergi ödəyicisi tərəfindən imzalanmış və təsdiqlənmişdir. Belə ki, kənarlaşma birbaşa vergi ödəyicisi ilə birlikdə aşkar edilmişdir.
31. Beləliklə, yoxlama dövrü ərzində büdcəyə əlavə olaraq 833.502,39 manat (əvəzləşdirilmiş ƏDV məbləğində yaranmış fərqə görə 224,06 + mənfəət vergisi ilə müəyyənləşdirilmiş artıq dövriyyəyə görə 605.939,12 + əmlakın inventarizasiyasına görə 227.339,33) X26 və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövr üzrə X21 hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən ayrı-ayrı aylar üzrə 1.414.281,06 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 707.140,53 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
32. Odur ki, məhkəmə ƏDV və ona maliyyə sanksiyasının hesablanmasına münasibətdə cavabdeh tərəfindən təqdim edilmiş etirazın dəlilləri ilə razılaşır və qeyd edir ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisi İddiaçı MMC-yə münasibətdə 833.502,39 manat məbləğində ƏDV və 707.140,53 manat məbləğində maliyyə sanksiyası hesablamaqda haqlı olmuşdur.
33. Ödəmə mənbəyində tutulan verginin və ona maliyyə sanksiyasının hesablanmasına münasibətdə məhkəmə müəyyən edir ki, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********175490 saylı qəranna əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə icarəyə götürülmüş daşınmaz əmlak üzrə icarə haqqının real bazar qiyməti müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin (VÖEN: **********) nümayəndəsi X9 ekspert qismində dəvət edilmişdir. xx.xx.2023-cü il tarixli **********175490 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" qərar üzrə ekspert tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli nömrəli Rəy vergi orqanına təqdim edilmişdir. Ekspert tərəfindən verilmiş rəyə əsasən müəyyən edilmişdir ki, AZ1062, Bakı Şəhəri Qaradağ Rayonu, Lökbatan ŞTÖ. ev.0 m.0 - ünvanında yerləşən ümumi sahəsi 900 kv.m olan anbar üzrə icarə haqqının real bazar dəyəri 1 kv.m üçün 4-5 manat (https://vipemlak.az/lokbatan-qesebesi-qobu-yolu-604172.html); AZ1063, Bakı Şəhəri Qaradağ Rayonu, Lökbatan Ştq. Xocahəsən Yolu ev.126 ünvanında yerləşən ümumi sahəsi 666.60 kv.m olan anbar üzrə icarə haqqının real bazar dəyəri 1 kv.m üçün 4-5 manat https://vipemlak.az/lokbatan-qesebesi-qobu-yolu-604172.html): AZ1040, Bakı Şəhəri Sabunçu Rayonu, Bakıxanov Ştq. Səmədbəy Mehmandarov (Bakıxanov qəs.) ev.32 m.Yeni qaydalarla: 122 A ünvanında yerləşən ümumi sahəsi 38.40 kv.m olan mağaza üzrə icarə haqqının real bazar dəyəri 1 kv.m üçün 22-23 manat (https://arenda.az/kiraye-ayliq-obyekt-sabuncu-rayonu-bakixanov-qes-bakixanov-qesmehmandarov-7); AZ1063, Bakı Şəhəri öaradağ Rayonu, Lökbatan Ştq, Xocahəsən Yolu ev. 126 ünvanında yerləşən ümumi sahəsi 200 kv.m olan anbar üzrə icarə haqqının real bazar dəyəri 1 kv.m üçün 6-7 manat (https://arenda.az/kiraye-ayliq-obyekt- qaradagrayonu-dairevi-yol-18 ) AZ1063, Bakı Şəhəri öaradağ Rayonu, Lökbatan öəsəbəsi Ev.Heybət D/Y St-nın Cənubu, Lökbatan - X22-Şərq Hissəsi m. ünvanında yerləşən ümumi sahəsi 30 kv.m olan mağaza üzrə icarə haqqının real bazar dəyəri 1 kv.m üçün 22- 25 manat (https://arenda.az/kiraye-ayliq-obyekt-qaradag-rayonu-); AZ1063, Bakı Şəhəri öaradağ Rayonu, Lökbatan öəsəbəsi Ev.Heybət D/Y St-Nın Cənubu. Lökbatan - X22-Şərq Hissəsi m. ünvanında yerləşən ümumi sahəsi 100 kv.m olan mağaza üzrə icarə haqqının real bazar dəyəri 1 kv.m üçün 22-25 manat; AZ1063, Bakı Şəhəri öaradağ Rayonu. X24.Heybət D/Y St-Nın Cənubu, X7-Şərq Hissəsi m. ünvanında yerləşən ümumi sahəsi 20 kv.m olan anbar üzrə icarə haqqının real bazar dəyəri 1 kv.m üçün 22-25 manat; AZ1063, Bakı Şəhəri Qaradağ Rayonu, X24.Heybət D/Y St-Nın Cənubu, Lökbatan - X22-Şərq Hissəsi m. ünvanında yerləşən ümumi sahəsi 90 kv.m olan anbar üzrə icarə haqqının real bazar dəyəri 1 kv.m üçün 20-22 manat; AZ1063, Bakı Şəhəri Qaradağ Rayonu, X24.Heybət D/Y St-Nın Cənubu, Lökbatan - X22-Şərq Hissəsi m. ünvanında yerləşən ümumi sahəsi 30 kv.m olan anbar üzrə icarə haqqının real bazar dəyəri 1 kv.m üçün 22-25 manat; AZ1075, ünvan 15 ünvanında yerləşən ümumi sahəsi 60 kv.m olan ofis üzrə icarə haqqının real bazar dəyəri 1 kv.m üçün 14-15 manat (https://yeniemlak.az/elan/kiraye-lotaqli-ofis-nerimanov-rayonu-nerimanov-r-nu-ehmed-ecebli-921665) müəyyənləşdirilmişdir.
34. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə əsasən Vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır.
35. Belə olan təqdirdə cavabdeh vergi orqanı İddiaçı MMC-yə münasibətdə ÖMV müvafiq qaydada hesablamışdır: - AZ1062, ünvan 16 ünvanında yerləşən ümumi sahəsi 900 kv.m olan anbar X8 icarəyə götürülmüşdür. Vergi ödəyicisi İddiaçı MMC tərəfindən bəyan edilmiş həmin obyekt üzrə icarədən gəlir 1976.70 manat təşkil edib. Ekspert tərəfindən sözügedən obyekt üzrə real bazar dəyəri 1 kv.m üçün 4-5 manat qeyd etməsini nəzərə alaraq, 900 kv.m. üçün icarə haqqının dəyəri 3600 manat kimi qiymətləndirilmişdir. Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə əsasən vergi ödəyicilərinin təqdim olunan xidmətlərə tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox aşağı olduğuna görə AZ1062, ünvan 16 ünvanında yerləşən anbarı üzrə real bazar qiymətləri əsasında vergilər hesablanmışdır. Ekspert tərəfindən müəyyən edilmiş dəyər nəzərə alınaraq X10 ödənilmiş icarə haqlarına görə hesablamalı ÖMV 7560,0 manat təşkil etməlidir (2022-ci il üzrə 6048.00 manat ÖMV. 2023-cü ilin 1512,0 manat ÖMV). Buna baxmayaraq İddiaçı MMC tərəfindən ÖMV bəyannaməsində 3255.80 manat ÖMV bəyan edilmişdir (2022-ci il üzrə 17441.85 ödəniş olunub, 2441.85 manat ÖMV hesablanmalı, 2023-cü ilin 5813.95 ödəniş olunub, hesablanmalı ÖMV 813.95 manat). Beləliklə, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə görə daşınmaz əmlak üçün icarə haqqından büdcəyə əlavə olaraq 4.304,20 manat (7.560,00-3.255,80) ödəmə mənbəyində vergilər hesablanmışdır. - Yoxlama dövrü ərzində X5 ödənilmiş icarə haqlarına görə hesablanmalı ÖMV 976,74 manat (2021-ci il üzrə 2.400,00 manat ödəniş olunub, 390,70 manat ÖMV hesablanmalı, 2022-ci il üzrə 3.600,00 manat ödəniş olunub, 586,05 manat ÖMV hesablanmalı) təşkil etmişdir. Buna baxmayaraq İddiaçı MMC tərəfindən ÖMV bəyannaməsində 761,85 manat ÖMV bəyan edilmişdir (2021-ci ıl üzrə 371,16 manat ÖMV bəyan edilmişdir. 2022-ci il üzrə 390,69 manat ÖMV bəyan edildi). Beləliklə, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə görə daşınmaz əmlak üçün icarə haqqından büdcəyə əlavə olaraq 214,88 manat (976,74- 761,85) ödəmə mənbəyində vergilər hesablanmışdır. - Nəticədə, səyyar vergi yoxlaması ilə yoxlama ilə əhatə olunan dövr üzrə 4.519,06 manat (2021-ci il üzrə 19,54 manat, 2022-ci il üzrə 3.801,48 manat, 2023-cü il üzrə 698,04 manat) vergi ödəyici tərəfindən ödəmə mənbəyində vergi azaldılmışdır.
36. Beləliklə, yoxlama dövrü ərzində büdcəyə əlavə olaraq 4.519,06 manat ödəmə mənbəyində vergi və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 4.519,06 manat məbləğində azaldıldığına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 2.259,53 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
37. Odur ki, məhkəmə ödəmə mənbəyində vergi və ona maliyyə sanksiyasının hesablanmasına münasibətdə cavabdeh tərəfindən təqdim edilmiş etirazın dəlilləri ilə razılaşır və qeyd edir ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisi İddiaçı MMC-yə münasibətdə 4.519,06 manat məbləğində ödəmə mənbəyində vergi və 2.259,53 manat məbləğində maliyyə sanksiyası hesablamaqda haqlı olmuşdur.
38. Nağdsız qaydada həyata keçirilən hesablaşmaların yoxlanılmasına münasibətdə məhkəmə müəyyən edir ki, İddiaçı MMC tərəfindən 2020-ci il tarixində təsisçiyə 2.150.000 manat, o cümlədən 2020-ci ilin okyabr ayında 1.300.000 manat, noyabr ayında 650.000 manat, dekabr ayında 200.000 manat, 2021-ci ilə 1.290.000 manat, o cümlədən yanvar ayında 300.000 manat, fevral ayında 350.000 manat, mart 600.000 manat, iyul ayında 40.000 manat, 2022-ci ildə - 940.000 manat, o cümlədən oktyabr ayında 240.000 manat, noyabr ayında 400.000 manat, dekabr ayında 300.000 manat, 2023-cü ildə isə 925.000 manat, o cümlədən yanvar ayında 350.000 manat, fevral ayında 350.000 manat, mart ayında 225.000 və 1.27.035.50 manat həmin illərdə təsərrüfat xərclər və yanacaq xərcləri kassadan ödəniş edilmişdir. Əlavə olaraq təsisçidən alınmış borc qismində 355 000 manat kassaya 2020-ci il tarixində nağd şəkildə daxil olmuşdur (fevral ayında 50000 manat, mart ayında 185 000 manat, may ayında 85 000 manat, iyun ayında 35 000 manat).
39. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu (16 dekabr 2024-cü il tarixli 100-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilən tarixədək qüvvədə olan redaksiya): 3.1. Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur: 3.1.1. bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar; 3.1.2. ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar; 3.1.3. birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar. 3.2. Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər. 3.3. Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. 3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: 3.4.6. faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;
40. Məhkəmə müəyyən edir ki, vergi ödəyicisi (İddiaçı MMC) tərəfindən təqvim ayı ərzində 30.000 manatdan artıq məbləğdə nağdsız hesablaşmalar həyata keçirilmişdir. Belə olan təqdirdə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü və 3.4.6-cı maddələrinin tələblərinin pozulmasına görə Vergi Məcəlləsinin 58.7-1.6-ci maddəsinə əsasən nağd vəsaitin ödənilməsinə görə 501 203.55 manat ((2.150.000+1.290.000+940.000+925.000+127.035,55)-14*30000)*10%), nağd vəsaitin qəbul edilməsinə görə 35 500.00 manat (355 000*10%), nəticədə ümumilikdə 536.703,55 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
41. Məhkəmə qeyd edir ki, qeyd edilən hesablamadan da göründüyü kimi cavabdeh tərəfindən maliyyə sanksiyası “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinə uyğun olaraq məhz 30.000 manatdan yuxarı məbləğə münasibətdə tətbiq edilmişdir.
42. Odur ki, məhkəmə nağdsız qaydada həyata keçirilən hesablaşmaların yoxlanılmasına münasibətdə cavabdeh tərəfindən təqdim edilmiş etirazın dəlilləri ilə razılaşır və qeyd edir ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisi İddiaçı MMCyə münasibətdə 536.702,55 manat məbləğində maliyyə sanksiyası hesablamaqda haqlı olmuşdur.
43. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
44. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
45. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.
46. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
47. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
48. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
49. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva