Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3775/2025 24.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin 03 oktyabr 2024-cü il tarixli, 3-21-2- 3/2-168269/2024 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin 03 oktyabr 2024-cü il tarixli, 3-21-2-3/2-168269/2024 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının ləğv edilməsi” barədə iddia ərizələri ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə vəsatət təqdim edərək e-2-1(112)-3775/2025 saylı işi e-2-1(112)- 3025/2025 işə birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-82520/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda e-2-1(112)- 13873/2024 nömrəli inzibati iş üzrə icraat Bakı İnzibati Məhkəməsində davam etdirilir. Eyni zamanda İddiaçı tərəfindən cavabdehin 03 sentyabr 2024-cü il tarixli, 3-21-2-3/2- 107930/2024 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə və 03 oktyabr 2024-cü il tarixli, 3-21-2-3/2-168269/2024 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlarının ləğv edilməsinə dair iddia ərizələri ilə də Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Belə ki, eyni hüquqi və faktiki hallara əsaslanan e-2- 1(112)-14287/2024 və e-2-1(112)-3775/2025 nömrəli inzibati işlər də məhkəmənin icraatındadır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəmənin icraatında olan eyni iddiaçının eyni cavabdehə qarşı, eyni predmet və hüquqi əsasla qaldırılmış iddialar üzrə inzibati işlərə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə bir icraatda birləşdirilməsi məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin vəsatəti təmin edilməli, bir icraatda baxılması və vahid qərar qəbul edilməsi məqsədilə hazırkı e-2-1(112)- 3775/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı e-2-1(112)-3205/2025 nömrəli işlə inzibati iş üzrə icraata birləşdirilməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30.1, 37, 56.1 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı MMC-nin vəsatəti təmin edilsin. e-2-1(112)-3775/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı e-2-1(112)- 3205/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilsin. Bu qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №e-2-1(112)-3775/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-3775/2025
24.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver