Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3781/2024 16.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialın nümayəndəsi X1, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh X2 qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” (ilkin iddia) və İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının a qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” (qarşılıqlı iddia) iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi
1. İlkin iddia tələbi üzrə iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək artıq ödənilmiş 2258,55 manat pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən cavabdehə 21 iyul 2005-ci il tarixindən Mərkəzi Filial tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Müvafiq araşdırma zamanı sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş cavabdehə dair məlumat vərəqinə əsasən əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı aşkar edilib. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular - AzərbaycanRespublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdanehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu Qərarının 2-ci hissəsinə əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli Qərarının 4-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar, həmin şəxslərin xidmət etdiyi orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmət edən hərbi qulluqçuların vəzifə maaşının xx.xx.2019-cu il tarixindən artırılması ilə əlaqədar pensiyası yenidən hesablanması zamanı vəzifə maaşının düzgün müəyyən edilmədiyi aşkar olunub. Bununla əlaqədar olaraq Mərkəzi Filial tərəfindən cavabdehin əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 921,21 manat məbləğində müəyyən olunmuş və bununla bağlı cavabdehə xx.xx.2023-cü il tarixli inzibati aktın qəbul edilməsi haqqında məktub ünvanlanmışdır. Bundan sonra iddiaçı tərəfindən “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-13824/2023 nömrəli Qərar qəbul olunaraq pensiyasının məbləği 993,37 manatdan 921,21 manata azaldılmışdır. Daha sonra cavabdehə qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q- 246361/2023 nömrəli məktub ünvanlanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya artıq ödənilmiş məbləğ yenidən hesablanaraq 2442,79 müəyyən edilmişdir. Həmin 2442,79 manat vəsaitinin 184,24 manat hissəsi cari ilin sentyabr və oktyabr aylarında hər ay 92,12 manat olmaqla əmək pensiysından tutularaq büdcəyə bərpa edilib. Qalıq artıq ödəmə 2258,55 manat təşkil edir.
3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə ərizə təqdim edərək əsas iddianın rədd edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-13824/2023 nömrəli Qərarının ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanaraq artırılması, qanunsuz tutulmuş 184,24 manat vəsaitinin ona ödənilməsi vəzifəsinin əsas iddia tələbi üzrə iddiaçının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək qanunsuz tutulmuş 184,24 manat vəsaitinin ona geri ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə qarşılıqlı iddia tələbi “qanunsuz tutulmuş 184,24 manat vəsaitinin Cavabdeh ödənilməsi” kimi dəyişdirilmişdir.
6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Mərkəzi Filial tərəfindən Cavabdeh ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1,-ci maddəsinə əsasən 21 iyul 2005-ci ildən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Müvafiq araşdırma zamanı sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş cavabdehə dair məlumat vərəqinə əsasən əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı aşkar edilib. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli Qərarının 4-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar həmin şəxslərin xidmət etdiyi orqan tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmət edən hərbi qulluqçuların vəzifə maaşının xx.xx.2019-cu il tarixdən artırılması ilə əlaqədar pensiyası yenidən hesablanması zamanı vəzifə maaşının düzgün müəyyən edilmədiyi aşkar olunub. Bununla əlaqədar olaraq Mərkəzi Filial tərəfindən cavabdehin əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 921,21 manat məbləğində müəyyən edilmiş və bununla bağlı cavabdehə xx.xx.2023-cü il tarixli inzibati aktın qəbul edilməsi barədə məktub ünvanlanmışdır. Bundan sonra tərəfimizdən “Əmək pensiyasının yenidən hesablanması haqqında ” xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-13824/2023 nömrəli Qərar qəbul olunaraq pensiyasının məbləği 993,37 manatdan 921,21 manata azaldılmışdır. Daha sonra cavabdehə qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q- 24636/2023 nömrəli məktub ünvanlanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son 3 il üçün tutulur. Sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya artıq ödənilmiş məbləğ yenidən hesablanaraq 2442,79 müəyyən edilmişdir. Həmin 2442,79 manat vəsaitin 184,24 manat hissəsi cari ilin sentyabr-oktyabr aylarında hər ay 92,12 manat olmaqla cavabdehin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib. Qalan artıq ödəmə 2258,55 manat təşkil edir. İddia tələbi həmin 2258,55 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsindən ibarətdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, əsas iddia tələbi əsassız, qanunsuz və ədalətsizdir. Ona görə də təmin olunmamalıdır. Cavabdeh əmək pensiyasının yenidən hesablanaraq artırılması barədə müraciətindən sonra əmək pensiyası artırılmaq əvəzinə azaldılmış, hətta artıq pensiya ödənildiyi barədə qərar qəbul etmişdir. Həmin qərarı qəbul edərkən iddiaçı (əsas iddia üzrə) “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 fevral 2022-ci il tarixli qərarının təsviri hissəsindəki müddəaya istinad etmişdir. İddiaçının (ilkin iddia üzrə) ünvanladığı məktubda deyilir: Qanunun 29.2-ci maddəsinin 1 yanvar 2023-cü ilədək qüvvədə olmuş redaksiyasına əsasən “Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə,25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, Qanunun 29.2-ci maddəsinin 1 yanvar 2023-cü ilədək qüvvədə olmuş redaksiyasına əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır. Hesab edirəm ki, iddiaçının bu qərarı tamamilə qanunsuz və əsassızdır. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsində göstərilir ki, Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1-ci maddədə isə göstərilir ki, Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Göründüyü kimi, həmin normalar əmək pensiyalarına əlavələrin və sığortaolunanların fərdi hesabında qeydə alınan pensiya kapitalının ildə bir dəfə indeksləşdirılməsinə aiddir və bu normaların işləyən pensiyaçıların pensiyalarının onların fərdi sığorta hesabına toplanmış pensiya kapitalına görə yenidən hesablanmasına heç bir aidiyyəti yoxdur. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi qanunverici tərəfindən 05 noyabr 2022-ci il tarixdə ləğv edilmişdir. Ona görə də hazırkı vəziyyətdə əmək pensiyasının sığorta hissəsi, hətta indeksləşdirmə yolu ilə artırıldıqda belə 29.2-ci maddəyə istinad edərək pensiyanın qulluq stajına görə əlavə hissəsi azaldıla bilməz. Həm də AR KMP 02 fevral 2022-ci il tarixli Qərarına istinad etmişdir. Əvvəla, həmin qərarında Konstitusiya Məhkəməsi sorğu əsasında “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu məsələsini həll etmişdir. KMP Qərarının təsviri hissəsində “Qanunun 29.2-ci maddəsinin 1 yanvar 2023-cü ilədək qüvvədə olmuş redaksiyasına əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılıb’ mülahizəsi göstərilsə də, fikrimizcə, bu fikir əmək pensiyalarının indeksləşdirilməsi halına aiddir və heç bir halda işləyən pensiyaçıların pensiyalarının fərdi sığorta hesabında toplanmış pensiya kapitalına əsasən yenidən hesablanmasına şamil edilə bilməz. Bundan başqa KM baxdığı işlər üzrə qənaətini yalnız məhkəmə qərarının nəticə hissəsində göstərir. Bu səbəbdən də hər hansı bir mübahisə həll edilərkən qərarın təsviriəsaslandırıcı hissəsində şərh edilən mülahizələrə istinad edilməsi düzgün hesab edilməməlidir. Adı çəkilən Qərarın nəticə hissəsində isə aydın şəkildə göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə əmək pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Onu da qeyd etmək lazımdır ki, qulluq stajına görə əlavələrə və fərdi sığorta hesabında toplanan pensiya kapitalına hüquqlar qanuni əsaslarla əmək fəaliyyəti nəticəsində əldə edilir. Ona görə də bu hüquqların məhdudlaşdırılması yolverilməzdir. Cavabdeh pensiyanın yenidən hesablanaraq artırılması məqsədilə müraciət edərkən pensiyanın artırılacağını gözlədiyi halda iddiaçı, pensiyası qanunsuz olaraq azaldılmış, hətta Qanunun 39-cu maddəsinə zidd olaraq onun razılığı olmadan pensiyasına qanunsuz tutmalar yönəldilmiş, onu əsassız varlanmaqda, qanunsuz olaraq büdcə vəsaitini mənimsəməkdə ittiham etmiş və bununla şərəf və ləyaqətinə xələl gətirmiş, nəticə də maddi və mənəvi ziyan vurmuşdur. İddiaçı (əsas iddia üzrə) qanunsuz hərəkətləri ilə insan hüquqlarının qorunması sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq Konvensiyaların tələblərini də pozmuşdur.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən Cavabdeh ünvanlanan “məlumatların dəqiqləşdirilməsi ilə bağlı sorğu göndərilməsi haqqında” xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən Mərkəzi Filiala göndərilməlidir. Qeyd olunanlarla əlaqədar, məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmişdir. Sorğuya cavab verildikdən sonra əmək pensiyasının yenidən hesablanması məsələsinə baxılacaqdır.
8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən Cavabdeh ünvanlanan “inzibati aktın qəbul edilməsi haqqında” xx.xx.2023cü il tarixli məktubda qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Eyni zamanda Qanunun 21.3-cü maddəsində qeyd olunanlara əsasən ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda və dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda inzibati orqan maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər. Qeyd olunanları və Qanunun 62.1-ci maddəsinin tələblərini nəzərə alaraq bildiririk ki, Mərkəzi Filial tərəfindən əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 921,21 manat məbləğində müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xidmət edən hərbi qulluqçuların vəzifə maaşının xx.xx.2019-cu il tarixindən artırılması ilə əlaqədar pensiyasının yenidən hesablanması zamanı vəzifə maaşının düzgün müəyyən edilmədiyi aşkar olunub. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, artıq ödənilmiş əmək pensiyası son üç il üzrə məhdudlaşdırılaraq 2442,77 manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq, artıq ödənilmiş 2442,77 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim edtməyi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəkdir.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən Cavabdeh ünvanlanan “Əmək pensiyasının yenidən hesablanması və artıq ödənilmiş pul vəsaiti haqqında” xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Cavabdeh 21 iyul 2005-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Əmək pensiyasının yenidən hesablanması ilə bağlı 19 may 2023-cü il tarixində müraciət edilmişdir. Müraciətlə əlaqədar, aparılan araşdırma nəticəsində əmək pensiyasının vəzifə maaşına uyğun olaraq düzgün hesablanmadığı aşkar edilib. Bununla əlaqədar, verilmiş sorğuya cavab olaraq təqdim edilmiş məlumat vərəqinə əsasən əmək pensiyası qanunvericiliyə uyğun qaydada yenidən hesablanaraq 921,21 manat məbləğində müəyyən edilib. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən son üç il üzrə yenidən hesablanaraq 2442,79 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 2442,79 manat vəsaitinin 184,24 manat hissəsi cari ilin sentyabr və oktyabr aylarında hər ay 92,12 manat olmaqla əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib. Qalıq artıq ödəmə 2258,55 manat təşkil edir. Həmin 2258,55 manat vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığın mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş edilir. Eyni zamanda bildirilir ki, sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 921,21 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla müəyyən edilib: - əmək pensiyasının sığorta hissəsi - 279,07 manat - qulluq satajına görə əmək pensiyasına əlavə - 558,39 manat; - maddi yardım - 83,75 manat. Qanunun 37.3.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 29.2-ci maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən “Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-cİ maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, Qanunun 29.2-ci maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, Qanunun 29.2-ci maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. Əlavə olaraq bildirilir ki, əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlənildiyi müddətdə fərdi hesabın sığorta hissəsində 11668,30 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh sonuncu dəfə işdən azad olunduğu tarixədək (7 yanvar 2015-ci il) topladığı sığorta kapitalı sonrakı illər üzrə indeksləşdirilməklə müəyyən edilmiş 11668,30 manat Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (11668,30:72 ay (144 ay-72 ay)=162,06 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (279,07 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 441,13 (279,07+162,06) manat müəyyən edilib. Eyni zamanda, Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (558,39 manat) həmin artım qədər (162,06 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 441,13 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği 396,33 (558,39 -162,06) manat və Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əlavə - 83,75 manat təşkil edir.
10. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli Qərara əsasən əsasən Cavabdeh hesablama tarixinə qədər pensiya məbləği 993,37 manat və yenidən hesablanma nəticəsində pensiya məbləği isə 921,21 manat məbləğində müəyyən olunmuşdur.
11. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli Qərara əsasən əsasən Cavabdeh hesablama tarixinə qədər pensiya məbləği 1024,39 manat və yenidən hesablanma nəticəsində pensiya məbləği isə 1140,09 manat məbləğində müəyyən olunmuşdur.
12. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Ximdəti tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, xx.xx.2014-cü il tarixində 330.00 (üç yüz otuz) manat vəzifə maaşı göstərilməklə məlumat vərəqi tərtib olunaraq Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmuşdur. xx.xx.2019-cu il tarixindən pensiyanın yenidən hesablanması üçün uyğunlaşdırılan vəzifə maaşı 465.00 (dörd yüz altmış bez) manat təşkil edir.
13. İlkin iddia üzrə Cavabdeh məxsus əmək kitabçasının surəti və AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tərtib olnmuş məlumat vərəqələri iş materiallarına əlavə olunmuşdur.
14. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı iclası) iştirak edən iddiaçının (ilkin iddia üzrə) nümayəndəsi ilkim iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi.
15. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı iclası) iştirak edən cavabdeh (ilkin iddia üzrə) qarşılıqlı iddianın məzmununa uyğun izhat verərək ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
16. İlkin və qarşılıqlı iddia tələbi inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir.
17. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. İddialar mümkündür.
III. Məhkəmənin mövqeyi
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan : 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.
20. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur.
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər və bu zaman inzibati icraatın lazımı qaydada aparılması tələbinə riayət edilməlidir.
22. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
23. Odur ki, pensiya təyinatı zamanı vətəndaşın ilkin təyin edilmiş pensiya məbləğinə təsir edəcək hər hansı təqsirli hərəkəti olduğu müəyyən edilmədiyindən, eləcə də müvafiq təyinat vətəndaşın məsuliyyət dairəsi ilə əhatə olmadığından artıq ödənilmiş hesab edilən məbləğ ondan tutula bilməz.
24. Digər tərəfdən şəxsin razılığı olmadığı təqdirdə inzibati orqanın öz təşəbbüsü ilə pensiyadan tutmaya dair hərəkətlərin aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Müvafiq tutulma pensiyaçının razılığı olmadığı təqdirdə məhkəmə qərarı əsasında həyata keçirilə bilər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən Cavabdeh münasibətdə son üç il üzrə ümumilikdə 2442,79 manat artıq pul vəsaitinin ödənilməsi müəyyən edilərək həmin vəsaitin 184,24 manat hissəsi 2023-cü ilin sentyabr və oktyabr aylarında hər ay 92,12 manat olmaqla Cavabdeh razılığı olmadan əmək pensiyasından tutulmuşdur, hazırda qalıq artıq ödəmə məbləği isə 2258,55 manat təşkil edir.
25. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən müəyyən edilmiş artıq ödəmənin tutulmasına dair Cavabdeh müvafiq razılığının olduğu müəyyən edilmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, əmək pensiyasından tutulmaya dair hər hansı razılığı olmamışdır və pensiyadan qanunsuz tutulmuş 184,24 manat məbləğin geri qaytarılmasını tələb edir.
26. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının pensiyadan tutulmaya dair hərəkətləri qanunsuz hesab edilməli, nəticələri aradan qaldırılaraq şəxsin (Cavabdeh) razılığı olmadan tutulmuş pensiya məbləği ona geri qaytarılmalıdır.
27. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İlkin iddia tələbi üzrə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının artıq ödənilmiş 2258,55 manat pensiya məbləğinin ilkin iddia tələbi üzrə Cavabdeh tutularaq ödənilməsi tələbi təmin edilməsin. Qarşılıq iddia tələbi üzrə iddiaçı Cavabdeh iddiası təmin edilsin. Qarşılıq iddia tələbi üzrə iddiaçı Cavabdeh əmək pensiyasından artıq ödəmənin tutulmasına dair qarşılıqlı iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilərək 184,24 manat məbləğində tutulmuş pensiya məbləği qarşılıq iddia tələbi üzrə iddiaçı Cavabdeh geri qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva