Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3797/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot ürzə Mərkəzi Filialının nümayəndələri X1 və Nümayəndə iştirakları ilə, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot ürzə Mərkəzi Filialına qarşı X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “işçiyə baş vermiş bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirdiyi qanunvericiliklə müəyyən edilmiş dövr üçün (ilk 14 gün istisna olmaqla) ödənilmiş müavinət məbləğinin gələcək ödənişlərdə nəzərə alınaraq əvəzləşdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialında Quyuların əsaslı və yeraltı təmiri sexinin 5-ci dərəcəli qazmaçısı vəzifəsində işləyən X5 xx.xx.2023-cü il tarixdə baş vermiş bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirdiyi dövr üçün qanunvericiliklə müəyyən edilmiş dövr üçün (ilk 14 gün istisna olmaqla) məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasında Kürovdağ neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin (bundan sonra - Saziş) 8-ci maddəsinə uyğun olaraq əməliyyat şirkəti qismində fəaliyyət göstərir. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edildikdən sonra qanun statusunu almış və Sazişin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası hökuməti tərəfindən iddiaçıya Saziş ərazisi daxilində neft hasilatı ilə məşğul olmaq üçün müstəsna səlahiyyət verilmişdir. İddiaçı ilə əmək müqaviləsi bağlamış işçiləri - quyuların əsaslı və yeraltı təmiri sexinin 5-ci dərəcəli qazmaçısı X7 və Texnoloji nəqliyyat sexinin qaldırıcı maşinisti X13 07 aprel 2023-cü il tarixdə 2137 saylı neft quyusuna gəlmişlər. Onlar quyuların əsaslı və yeraltı təmiri sexinin böyük ustası X3 təlimat aldıqdan sonra işə başlamışlar. H.Qardaşov onlara quyu ağzından UPA-60/80 markalı, H-025-753 nömrəli qaldırıcı qurğunun endiriləcək digər qaldırıcı qurğunu montaj etmək tapşırığını vermişdir. Əvvəlcə, qaldırıcı qurğunun üst qülləsinin alt qüllənin içinə yığılmaqla endirilməsinə başlanılmışdır. Üst qüllə endirilərkən elektrik dalma nasosunun elektrik kabelini quyuya buraxan zaman həmin elektrik kabelini istiqamətləndirən istiqamətləndirici diyircəyin burazı (həmin buraz istiqamətləndirici diyircəyi qurğuya bağlayan metal tərtibatın bir hissəsidir) üst qüllə ilə alt qüllənin arasında pərçimlənmiş və bu səbəbdən üst qüllənin enməsi mümkünsüz olmuşdur. Qaldırıcı qurğunun endirilməsinin mümkün olmaması barədə böyük usta H.Qardaşova mobil telefonla məlumat verilmişdir. H.Qardaşov istiqamətləndirici diyircəyin burazı qaldırıcı qurğudan açdıqdan sonra qülləni endirmək barədə telefonla göstəriş vermişdir. Bu zaman, İ.Mahmudov qülləyə qalxaraq istiqamətləndirici diyircəyi qaldırıcı qurğuya bağlayan metal burazı pərçimlənib ilişdiyi hissədən fiziki güc tətbiq etməklə ayırmışdır. O, istiqamətləndirici diyircəyi qaldırıcı qurğunun talı vasitəsilə, həmçinin xüsusi tərtibatla qaldırıcı qurğudan ayırıb endirməyin təhlükəsiz üsulu olduğunu bildiyi halda, istiqamətləndirici diyircəyi qeyri-standart üsulla, yəni iş meydançasında olan kran-manipulyatorla (AROK nəqliyyat vasitəsi) ayırmağa cəhd göstərmişdir. Belə ki, sənaye üsulu ilə hazırlanmayan, əl ilə düzəldilmiş, təxminən 600 qram çəkisi olan 16 mm diametrli dəmirdən hazırlanmış metal qarmaq vasitəsilə istiqamətləndirici diyircəyi havadan asılı vəziyyətdə kran-manipulyatora (AROK nəqliyyat vasitəsi) bağlamaqla aşağı salmaq qərarına gəlmişdir. Havada asılı vəziyyətdə olan istiqamətləndirici diyircək yellənərək qarmaqdan çıxmış və yerə düşmüşdür. İstiqamətləndirici diyircəklə eyni anda yerə düşən metal qarmaq Texnoloji nəqliyyat sexinin qaldırıcı maşinisti Ş.Şükürovun başına düşərək onun başını yaralamışdır, zərbə nəticəsində Ş.Şükürov qaldırıcının üst qülləsini tərpənməz vəziyyətdə saxlayan əyləci buraxmış, bunun nəticəsində üst qüllə zərblə aşağı enərək alt qüllənin içinə yığılmışdır. Üst qüllədə olan quyuların əsaslı yeraltı təmiri sexinin 5-ci dərəcəli qazmaçısı İ. Mahmudov üst qüllənin qəfildən enməsi nəticəsində zədə almış, sol əlinin İİ və İİİ barmaqlarının uc hissələri və sol ayağının bütün barmaqları iki qüllənin arasında sıxışaraq travmatik amputasiya olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 saylı qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları"na müvafiq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin müvafiq əmri əsasında yaradılmış Komissiya tərəfindən təhqiqat aparılarkən bədbəxt hadisə zamanı zərərçəkmiş İ.Mahmudov və Ş.Şükürovdan alınmış izahatlarında istiqamətləndirici diyircəyi tal və ya xüsusi tərtibat vasitəsi ilə aşağı salmalı olduqları halda bunlardan istifadə etmədiklərini etiraf etmiş və bununla bağlı izahatları təhqiqat materiallarına əlavə edilmişdir. X12 Xidmətinin əmri əsasında yaradılmış Təhqiqat Komissiyasının tərtib etdiyi təhqiqat aktının 4-cü bəndində bədbəxt hadisənin səbəbləri qeyd edilmişdir. Təhqiqat aktına əsasən bədbəxt hadisənin baş verməsinə səbəb məhz zərərçəkən şəxslərin əməyin mühafizəsi və texniki Təhlükəsizlik üzrə vəzifə təlimatlarına əməl etməməsi qeyd edilmişdir. İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işçisi, quyuların əsaslı və yeraltı təmiri sexinin 5-ci dərəcəli qazmaçısı X4 əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı qanunvericiliklə tələb edilən müavinətinin ödənilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə 3-17-1/2-240001/2023 nömrəli, 13 oktyabr 2023-cü il tarixli məktubla müavinəti ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə həmin Məcəllənin 47 və 49-cu maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-28684/2024 saylı iddiaya dair yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etirazda məhkəmədən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3797/2024 saylı qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot ürzə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3797/2024 saylı qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim olunaraq, X5 baş vermiş bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirdiyi qanunvericiliklə müəyyən edilmiş dövr üçün (ilk 14 gün istisna olmaqla) iddiaçının ödədiyi müavinət məbləğinin iddiaçı tərəfindən cavabdehə gələcək ödənişlərində nəzərə alaraq əvəzləşdirilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3797/2024 saylı qərardadı ilə İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh DSMF Sosial Sığorta və Fərdi Uçot ürzə Mərkəzi Filialına qarşı X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot ürzə Mərkəzi Filialının adından Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş 25 iyun 2024-cü il tarixli ərizədə məhkəmədən iddianın mümkün sayılmaması xahiş olunmuşdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib - edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması; İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi; prosessual həmiştirakçılığın yol verilənliyi; tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci hissəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1360- VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 aprel 1997-ci il tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən 1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. İddiaçının təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, onun tələbi gələcəkdə müəssisə tərəfindən ödəniləcək məcburi dövlət sosial sığorta haqlarının əvəzləşdirilməsi ilə bağlıdır. Lakin hal-hazırda məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Buna görə də, cavabdeh iddiaçının hal-hazırkı tələbinə cavab verməli deyil. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27-ci Fəslinin 3-cü paraqrafına əsasən, qarşılıqlı tələblərin əvəzləşdirilməsi öhdəliyə xitam verilməsi əsaslarından biridir. Həmin Məcəllənin 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Belə ki, hal-hazırda iddiaçının iddia tələbinin əsasını məhz tələblərin əvəzləşdirilməsi təşkil edir. Məcəllənin 545.1-ci maddəsinə əsasən əgər tələb, Azərbaycan Respublikasının və ya bələdiyyənin tələbidirsə; digər tərəfin qarşılıqlı əvəzləşdirmə tələbi hansı orqanın vəsaitindən ödənilməlidirsə, öhdəliyin də həmin orqanın xeyrinə icra edilməli olduğu hallarda öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir. Göründüyü kimi, iddiaçının hal-hazırda əvəzləşdirilməsini istədiyi tələb (məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər) Azərbaycan Respublikasının adından tələb edildiyindən, onun əvəzləşdirilməsinə qanunvericiliklə yol verilmir. İddiaçının iddia tələbi həmdə ona görə mümkün sayılmamalıdır ki, Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir. Bununla yanaşı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 29 aprel 2019-cu il tarixli Qərarında qeyd edilir ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə qərara gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. İnzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallardır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, aydın olur ki, hal-hazırkı iş üzrə İddiaçı şirkətinin Azərbaycandakı Filialı ödədiyi müavinət məbləğinin iddiaçı tərəfindən cavabdehə gələcək ödənişlərində nəzərə alınaraq əvəzləşdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Lakin qeyd edildiyi kimi, 1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Hal-hazırki baxılan inzibati iş üzrə cavabdah inzibati orqanın bununla bağlı səlahiyyəti yoxdur. Həmçinin qanunvericilikdə məcburi dövlət sosial sığorta haqlarının əvəzləşdirilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə 3cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot ürzə Mərkəzi Filialının nümayəndələri X2 və Nümayəndə məhkəmə iclasında verdikləri izahatlarında iddianı qəbul etməyərək və yazılı etiraza (ərizə) uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X7 izahatında xəsarət alması ilə bağlı, işə çıxmadığı müddət ərzində təqdim etdiyi xəstəlik vərəqələrinə əsasən iddiaçı müəssisə tərəfindən ona müavinət ödənildiyini bildirərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 04 may 2023-cü il tarixli, 3-17-5/3-2-231/2023 nömrəli əmri ilə təyin edilmiş komissiya tərəfindən aparılmış 05 may 2023-cü il tarixdən 06 iyun 2023-cü il tarixədək İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialının qaldırıcı maşinisti X9 və qazmaçısı X4 07 aprel 2023-cü il tarixdə saat 20:50 radələrində xəsarət almaları ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı nəticəsində tərtib olunmuş “Təhqiqat aktı”ndan görünür ki, “Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi” aşağıdakı kimi olmuşdur: Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialının Quyuların əsaslı təmiri sexinin qazmaçısı X4 ehtiyatsızlığını, 4.2-ci bəndinə əsasən Texnoloji nəqliyyat sexinin maşinisti X9 ehtiyatsızlığını, 4.3-cü bəndinə əsasən “Quyuların əsaslı yeraltı təmiri” sexinin böyük ustası X6 cavabdehliyini müəyyən etmişdir. X7 və X13 ilə baş vermiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq istehsalatda baş vermiş bədbəxt hadisə kimi İZ formalı aktla rəsmiləşdirilməli və İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialında uçota alınmalıdır. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot ürzə Mərkəzi Filialı tərəfindən onlara ünvanlanmış 13 oktyabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Sığorta" (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə (bundan sonra - altsistem) daxil edilmiş, sığortaolunan X5 (SSN: **********539) aid xx.xx.2023-cü il tarixdən 31,07.2023-cü il tarixədək olan dövrü əhatə edən SN 00008 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında (bundan sonra - Filial) yenidən baxılmışdır. Araşdırma zamanı, tərəfinizdən altsistemə daxil edilmiş İ.Mahmudova aid əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin qanunvericiliyə uyğun emal edilərək əsaslı-səbəb göstərilməklə geri qaytarıldığı aşkar olunmuşdur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 4-cü və 6-cı maddələrinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi sosial sığorta hadisəsi hesab olunur və sosial sığorta hadisəsi baş verdikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilir. Qanunun 16-cı maddəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 74-cü maddəsinin qeydinə müvafiq olaraq məcburi dövlət sosial sığortası üzrə müavinətlərin hesablanması, təyin edilməsi və verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"yə (bundan sonra - Əsasnamə) uyğun olaraq həyata keçirilir. Əsasnamənin 107-ci hissəsinə əsasən müəssisənin mühasibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün müavinətin hesablanmış məbləğini sığortaedənin vəsaiti hesabına ödəyir. Əgər işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır. Qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir. Məcəllənin 239.1-ci maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Müavinət sənədlərinə baxış keçirilən zaman əmək qabiliyyətinin müvəqqəti itirilməsi halının bədbəxt hadisə nəticəsində baş verdiyi və həmin bədbəxt hadisənin istehsalatla əlaqəli olduğu aşkar olunmuşdur. Sonrakı haqqhesab cədvəlinə əlavə edilmiş Nazirlik yanında X12 Xidmətinin (bundan sonra - Xidmət) təhqiqat və bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktlarında hadisədə sığortaolunanın ehtiyatsızlığı ilə yanaşı Texnoloji nəqliyyat sexinin maşinisti X9 ehtiyatsızlığı, “Quyuların əsaslı yeraltı təmiri” sexinin böyük ustası X6 cavabdehliyi müəyyən edilmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə sığortaolunana veriləcək müavinətin ödəmə mənbəyinin müəyyən edilməsi məqsədilə Fond tərəfindən Xidmətə 22 sentyabr 2023-cü il tarixdə rəsmi məktub ünvanlanmışdır. 06 oktyabr 2023-cü il tarixli cavab məktubunda Xidmət tərəfindən sözügedən hadisənin işəgötürənin (sığortaedənin) təqsiri səbəbindən baş verməsi kimi qiymətləndirilmişdir. Yuxanda qeyd olunanlara əsasən bildirilmişdir ki, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sığortaolunanan əmək qabiliyyətini müvəqqəti olaraq itirdiyi bütün dövr üçün hesablanmış müavinət məbləği sığortaedənin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: - İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 15 fevral 2024-cü il tarixli 89/02 saylı məktubda göstərilmişdir ki, hazırda məhkəmənin icraatında olan e-2-1(112)-3797/2024 saylı iş üzrə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən iddiaçının əməkdaşı X4 xəsarət alması ilə bağlı, işçinin işə çıxmadığı müddət ərzində təqdim etdiyi xəstəlik vərəqələrinə əsasən iddiaçı tərəfindən işçiyə müavinət qismində aşağıdakı ödənişlər həyata keçrilmişdir: 1) 01.05.2023 - cü il tarixdən xx.xx.2023- cü il tarixədək 2171.00 manat, 2) xx.xx.2023 -cü il tarixdən xx.xx.2023-cü il tarixədək isə 1750.00 manat, 3) 01.08.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1762.60 manat, 4) 10.09.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1792.00 manat, 5) 20.10.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 1828.60 manat Cəmi: 9304.20 AZN (doqquz min üç yüz dörd manat, iyirmi qəpik) ödənilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 29 mart 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq X12 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən İ.Mahmudovun xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə təhqiq edilmiş, hadisə İZ formalı aktla rəsmiləşdirilərək Filial tərəfindən uçota alınmışdır. Qeyd olunan hadisənin araşdırılması zamanı məlum olmuşdur ki, Filialın “Quyuların əsaslı yeraltı təmiri” sexinin böyük ustası X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər prokurorluğunun “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərarına Şirvan Şəhər Məhkəməsində baxılmış və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 3(032)-739/2023 nömrəli Qərarı (qərar məktuba əlavə olunmuşdur) ilə H.Qardaşov təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Tətbiq edilən hüquq, iddianın mümkünlüyü və buna dair məhkəmənin mövqeyi: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankın ərizələrinə. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş idda ərizəsi İPM-nin 2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hər hansı birinə aid deyil. Belə ki, iş materiallarından da göründüyü kimi, iddiaçı ilk öncə Quyuların əsaslı və yeraltı təmiri sexinin 5-ci dərəcəli qazmaçısı vəzifəsində işləyən X5 xx.xx.2023-cü il tarixdə baş vermiş bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirdiyi dövr üçün qanunvericiliklə müəyyən edilmiş dövr üçün (ilk 14 gün istisna olmaqla) məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə tələb irəli sürdüyü halda, sonradan iddia tələbini dəyişdirərək, X5 baş vermiş bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirdiyi qanunvericiliklə müəyyən edilmiş dövr üçün (ilk 14 gün istisna olmaqla) iddiaçının ödədiyi müavinət məbləğinin iddiaçı tərəfindən cavabdehə gələcək ödənişlərində nəzərə alaraq əvəzləşdirilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir ki, qeyd olunan tələb yuxarıda sadalanan iddia növlərindən heç birinə uyğun deyil. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə gələcəkdə məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər həyata keçiriləcəyi və iddiaçının bildirdiyi kimi ödədiyi müavinət məbləğinin həmin məbləğlərlə əvəzləşdirilməyəcəyi təqdirdə yaranmış mübahisə üzrə hazırki iddia ilə məhkəməyə müraciət oluna bilər. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ilkin tələbində göstərildiyi kimi, Quyuların əsaslı və yeraltı təmiri sexinin 5-ci dərəcəli qazmaçısı vəzifəsində işləyən X5 xx.xx.2023-cü il tarixdə baş vermiş bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirdiyi dövr üçün qanunvericiliklə müəyyən edilmiş dövr üçün (ilk 14 gün istisna olmaqla) məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqan tərəfindən həyata keçirilməli olub- olmaması barədə mübahisə həll olunduqdan sonra, iddiaçı tərəfindən X5 baş vermiş bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirdiyi qanunvericiliklə müəyyən edilmiş dövr üçün (ilk 14 gün istisna olmaqla) iddiaçının ödədiyi müavinət məbləğinin iddiaçı tərəfindən cavabdehə gələcək ödənişlərində nəzərə alaraq əvəzləşdirilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə tələb irəli sürülə bilər. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1360- VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 7 aprel 1997-ci il tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən 1 yanvar 2019-cu il tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot ürzə Mərkəzi Filialına qarşı X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “işçiyə baş vermiş bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirdiyi qanunvericiliklə müəyyən edilmiş dövr üçün (ilk 14 gün istisna olmaqla) ödənilmiş müavinət məbləğinin gələcək ödənişlərdə nəzərə alınaraq əvəzləşdirilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot ürzə Mərkəzi Filialına qarşı X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “işçiyə baş vermiş bədbəxt hadisə ilə bağlı əmək qabiliyyətini itirdiyi qanunvericiliklə müəyyən edilmiş dövr üçün (ilk 14 gün istisna olmaqla) ödənilmiş müavinət məbləğinin gələcək ödənişlərdə nəzərə alınaraq əvəzləşdirilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-3797/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-3797/2024
25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver