Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3825/2024 07.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********4055100 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. Onun Azərbaycan Respublikasının xəzinədarlığında büdcə hesabı var. Onun barəsində 2020-ci ildən hal-hazırki dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Fiziki şəxs eyni analoji iş və xidmətləri aparılması ilə məşğul olmuş və fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. Onun şəxsi hesab vərəqəsinə Bakı şəhəri LGBİ tərəfindən xx.xx.2023-cü il tarixli № **********055100 qərarla 2023-cü il üçün 120581,80 AZN (bir yüz iyirmi min beş yüz səksən bir min, 80 q.) manat əlavə dəyər vergisi hesablanmışdır və müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir. Kameral hesablama barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən, vaxtında müvafiq tələb olunan sənədlərin vergi orqanına göndərilməsinə baxmayaraq hesablamalar qanunsuz olaraq aparılmışdır. Belə ki, fiziki şəxs tərəfindən vergi orqanına müvafiq müraciətlər ünvanlanaraq, sənədlər təqdim edilərək obyektiv araşdırmanın aparılması xahiş edilmişdir. Bunlara baxmayaraq, xx.xx.2023-cü il tarixdə yuxarıda göstərilən kameral məbləğ vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmişdir. Eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə edilmiş müraciətlə əlaqədar 4 sentyabr 2023-cü il tarixli **********059900 saylı qərarla onun kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmişdir, xx.xx.2023-cü il tarixli **********055100 qərar dəyişdirilmədən saxlanılmışdır. Dövlət Vergi Xidmətinin 4 sentyabr 2023-cü il tarixli № **********059900 saylı qərarından İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət edilmişdir. Apellyasiya Şurasının 13 oktyabr 2023-cü il 73 saylı qərarı ilə onun inzibati şikayəti təmin edilməmişdir, Bakı şəhəri LGBİnin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” 30 may 2023-cü il tarixli **********055100 nömrəli və inzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 4 sentyabr 2023-cü il tarixli **********059900 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır. O, müraciətində Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən malların maya dəyərinin onun idxalda invoys dəyəri, daşıma xərci və rüsumlardan ibarət olduğunu, malların idxal olunanda gömrük orqanı tərəfindən gömrük ödənişləri hesablanarkən malların real invoys dəyərindən deyil, daha yuxarı statistik dəyərdən hesablandığını, təqdim edilmiş gəlir vergisi bəyannaməsində malların maya dəyərinin statistik dəyərlə deyil, real olan invoys dəyəri ilə hesablandığını, malın invoys dəyəri ilə hesablanmış maya dəyərinin üzərinə ticarət əlavəsi gələrək satış qiyməti müəyyən edildiyini qeyd etmişdir. Bundan əlavə fərdi sahibkar ƏDV ödəyicisi olduğu üçün satış qiymətinin üzərinə ƏDV gələrək müştəriyə nəzarət kassa aparatının çekini təqdim edildiyini və müştəri tərəfindən real satış qiyməti ilə birlikdə ƏDV məbləğinin fərdi sahibkara ödədiyini qeyd etmişdir. Kameral vergi yoxlaması zamanı malların dəyərinin statistik dəyər olaraq qəbul edildiyini, büdcəyə ƏDV-nin hesablanması məqsədləri üçün satış dövriyyəsinin real dövriyyədən deyil, statistik dəyər nəzərə alınmaqla hesablamanının əsassız olduğunu, vergi ödəyicisinin 2020-ci ilin sonuna mal qalığının 227754.68 manat, 2021-ci il idxalın 153270.44 manat, 2021-ci il qaimə faktura ilə alışının 59023.48 manat, 2022-ci il üzrə idxalın 56787.22 manat, 2023-cü ildə həyata keçirilmiş operativ vergi yoxlaması dövrünə qədər olan idxalın invoys dəyəri ilə 27944.80 manat, ümumi malların dəyərinin ilin əvvəlinə qalıqla birlikdə 524780.62 manat olduğunu, əvvəlki illər üzrə isə ümumi satışın 78885.72 manat təşkil etdiyini, 78885.72 manatlıq ümumi satışın maya dəyərinin isə 65738.10 manat olduğunu, mühasibat sənədlərinə əsasən anbarda olan malların maya dəyərinin 524780.62 (227754,68+153270,44 + 59023, 48+ 56787,22 + 27944,80) manat olduğunu, mədaxil dəyərindən satışın maya dəyəri olan 65738.10 manatı çıxdıqdan sonra 45904.52 manat məbləğində mal qalığının müəyyən edildiyini, vergi ödəyicisi 20 % ticarət əlavəsi ilə çalışdığı nəzərə alınmaqla hesablanmalı ƏDV məbləğinin 61988.33 manat təşkil etdiyini qeyd edərək, 2023-cü ilin aprel ayına kameral vergi qeydiyyatına alınması, xx.xx.2020 - xx.xx.2023-cü il tarixlərə qədər elektron alış aktı üzrə 0,0 manat, elektron qaimə-faktura üzrə alınmış malların 59023,48 manat dəyəri, yük görmüş bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə alınmış malların 753719,94 manat dəyərində gömrük dəyəri, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən 172059,48 manat dəyərində sənədli mal qalığı məlumatı, malların təqdim edilməsi zamanı tətbiq edilən 17,5 % orta (15 % - 20 % ) ticarət əlavəsi, vergi nəzarəti tədbirinə qədər ƏDV bəyannamələrində əks etdirilmiş elektron qaimə-faktura, ixrac və kassa üzrə 82904,69 manat satış dövriyyəsi nəzərə alınmaqla yaranmış kənarlaşmaya əsasən apararaq müəyyən etmişdir. Qeyd olunanları əsas götürərək vergi orqanı 2023-cü ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə 120581,8 manat (753719,94 + 59023,48 - 172059,5 ) x 1.175 - 82904,69 = 669898,92 x 18 % = 120581,8) vergi məbləği hesablamışdır. 2023-cü il aprel ayı üçün tərəfindən təqdim edilmiş ƏDV bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablanmışdır ki, hesablamaya əsas idxal etdiyi malları statistik dəyər, yəni gömrük dəyəri ilə qiymətləndirilib, operativ vergi yoxlaması zamanı müəyyən edilmiş mal qalığını çıxaraq qalan məbləğə ticarət əlavəsi tətbiq etməklə təqdim etdiyi bəyannamələrdəki dövriyyələrlə müqayisə edilməsi olmuşdur. Vergi Məcəlləsində ümumiyyətlə malların gömrük dəyəri ilə qiymətləndirilməsi nəzərdə tutulmamışdır. Onlar idxal etdikləri malları invoys dəyəri ilə mədaxil edirlər ki, bunu da 2020-2021-2022-ci illər üçün təqdim etdikləri gəlir vergisi bəyannamələrində bəyan etmişdirlər. Eyni zamanda keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı da ticarət əlavələrinin 15 % - 20 % təşkil etdiyini qeyd etmişdir, 2021 və 2022-ci illər üçün təqdim etdikləri gəlir vergisi bəyannaməsinə nəzər yetirdikdə məlum olur ki, uçotu invoys dəyəri ilə aparmış və ticarət əlavəsi ortalama 20 % təşkil edir. Belə ki, 2021-ci ildə gəlirləri 71052 manat, gəlirin əldə edilməsi ilə bağlı malların dəyəri üzrə xərcləri 59210 manat təşkil edir ki, bu da ticarət əlavəsinin əlavəsinin 20 % (71052/59210) olduğu deməkdir. Həmçinin 2022-ci ildə gəlirlər 7993,17 manat, silinmiş malların dəyəri üzrə xərclər 6528,1 manat, beləliklə ticarət əlavəsi 22 % (7993, 17/6528,1) təşkil edir. Göstərilənlərdən göründüyü kimi fiziki şəxsin idxalı vergi orqanı tərəfindən invoys dəyəri ilə deyil, statistik dəyərlə 753719,94 manat götürülməklə, 120581,80 manat kameral vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan Bakı şəhəri LGBİ tərəfindən təqdim olunmuş iddiaya dair **********017000 saylı xx.xx.2023-cü il tarixli yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, uçot-baza məlumatlarına əsasən iddiaçının xx.xx.2020-ci il tarixdə vergi uçotuna alınması, xx.xx.2020-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “ixtisaslaşdırılmış mağazalarda mebellərin, işıqlandırıcı avadanlıqların və digər məişət cihazlarının pərakəndə satışı”ndan ibarət olduğu və ünvan 1 ünvanında “mebel mağazası” adlı təsərüfat subyektinin (obyektinin) vergi orqanında xx.xx.2020-ci il tarixdən qeydiyyatda olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı iddiaçının xx.xx.2020-ci il tarixində ƏDV qeydiyyatına alındığı, xx.xx.2020-xx.xx.2023-cü il tarixlərə qədər elektron alış aktı üzrə 0,0 manat, elektron qaimə-faktura üzrə 59023,48 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 753719,94 manat mal alışının olduğu, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 172059,48 manat dəyərində sənədli mal qalığının qaldığı və vergi nəzarəti tədbirlərinə qədər ƏDV bəyannamələrində əks etdirilmiş elektron qaimə-faktura, ixrac və kassa üzrə satış dövriyyə məbləğinin 36394,44 manat təşkil etdiyi üçün kənarlaşmanın olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********154600 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş uyğunsuzluqla məktublarına əsaslandırılmış münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin sentyabr ayı üzrə 120581.8 manat əlavə dəyər vergisi məbləğləri hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********055100 nömrəli qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. İddiaçının faktiki mal qalığının müəyyənləşdirilməsi üçün “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” vergi orqanının xx.xx.2023-cü il tarixli **********8014 nömrəli qərarı ilə fərdi sahibkarın sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 2 ünvanında yerləşən əsas sahəsi 400 kv m. olan “Mebel mağazası” adlı təsərüfat subyektində (obyektində) “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin sahibliyində alış qiyməti ilə 240163.89 manat dəyərində mal qalığının olması, elektron qaimə faktura təqdim edilməli olduğu halda 68104.41 manat dəyərində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsinin tələblərinin pozularaq elektron qaimə-faktura, yük gömrük bəyannaməsi, elektron alış aktı, invoys olmadan alınması müəyyən edilmiş və operativ vergi nəzarəti tədbirinin nəticəsi xx.xx.2023- cü il tarixli DVX seriyalı 006553 nömrəli akt rəsmiləşdirilmiş, akt hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmışdır. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********6361 nömrəli qərarı ilə Cəmiyyətə 6810.44 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı fərdi sahibkarın səlahiyyətli nümayəndəsi X3 təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışda malların 15-20 % ticarət əlavəsi ilə satıldığını qeyd etmişdir. Kameral vergi yoxlaması ilə hesablamanın fərdi sahibkarın xx.xx.2020-ci il tarixində ƏDV qeydiyyatına alınması, xx.xx.2020-xx.xx.2023-cü il tarixlərə qədər elektron alış aktı üzrə 0,0 manat, elektron qaimə-faktura üzrə alınmış malların 59023,48 manat dəyəri, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə alınmış malların 753719,94 manat dəyərində gömrük dəyəri, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən 172059,48 manat dəyərində sənədli mal qalığı məlumatı, malların təqdim edilməsi zamanı tətbiq edilən 17,5 % orta (15%-20%) ticarət əlavəsi, vergi nəzarəti tədbirinə qədər ƏDV bəyannamələrində əks etdirilmiş elektron qaimə-faktura, ixrac və kassa üzrə 82904,69 manat satış dövriyyəsi nəzərə alınmaqla yaranmış kənarlaşmaya əsasən aparıldığı müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla 2023-cü ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə 120581,8 manat ((753 719,94+59023,48-172059,5 ) x 1.175 - 82904,69 = 669 898,92 x 18%=120581,8) vergi məbləği hesablanmışdır. Dövlət Gömrük Komitəsindən vergi orqanına təqdim edilmiş elektron baza məlumatlarına əsasən fərdi sahibkar tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 753719,94 manat (ƏDV-siz) məbləğində idxal əməliyyatlarının (müxtəlif mebəllər, qaz sobaları və s.) aparıldığı, idxal əməliyyatları zamanı ödənilmiş ƏDV məbləğini təqdim edilmiş ƏDV bəyannamələrində tam əvəzləşdirdiyi, qeyd edilən dövr üzrə elektron qaimə-fakturalara əsasən X1 (VÖEN **********) 59023,48 manat dəyərində mallar əldə etdiyi, elektron alış aktları əsasında mallar almadığı, ƏDV qeydiyyatına alındığı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əhatə edən hesabat dövrləri üçün təqdim etdiyi ƏDV bəyannamələrində 82904,69 manat (ƏDV-si 14922,84 manat) dövriyyə məbləği bəyan etdiyi, fəaliyyəti dövründə dövlət büdcəsinə 107,0 manat vergi məbləği ödədiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə görə vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 50.6cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş mübahisələndirilən inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində yəni, xx.xx.2023-cü il tarixdə, müraciət etmişdir. İddia mümkündür.
Faktiki hallar və sübutlar:
Bakı şəhər LGBİ tərəfindən İddiaçı (VÖEN: **********) ünvanlanmış (cavabdeh inzibati orqan tərəfindən təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmiş nüsxədə məktubun çıxış nömrəsi və tarixi qeyd olunmamışdır) xx.xx.2020-xx.xx.2023-cü illər üzrə əlavə dəyər vergisi üzrə- “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub”da vergi ödəyicisinə bildirilmişdir ki, xx.xx.2020-ci il tarixində ƏDV qeydiyyatı qüvvəyə minmiş, xx.xx.2020 - xx.xx.2023-cü il tarixlərə qədər elektron alış aktı üzrə 0 manat, elektron qaimə-faktura üzrə 59023,48 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 753719,94 manat mal alışı qeydə alınmışdır. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 172059,48 manat dəyərində sənədli mal qalığı müəyyən edilmişdir. ƏDV bəyannamələrində əks etdirilmiş vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura, ixrac və kassa üzrə satış dövriyyə məbləği 36394,44 manat təşkil etdiyindən, 2023-cü ilin aprel ayı üzrə 128953,65 manat vergi məbləği qədər malların əskik gəlməsi istiqamətində kənarlaşmalar yaranmışdır. Müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannamələrinin, əsaslandırılmış izahatı və zəruri təsdiqedici sənədləri 5 (beş) gün ərzində vergi orqanına təqdim etməsi tələb olunmuşdur. Bakı şəhər LGBİ-nin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********055100 №-li, xx.xx.2023-cü il tarixli qərarla İddiaçı barəsində aprel 2023-cü il əlavə dəyər vergisi üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı - 9249,70 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı-111332,01 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 120581,80 manat vergi borcu müəyyən edilmişdir. Hesablamaya səbəb - xx.xx.2020-ci il tarixində ƏDV qeydiyyatı qüvvəyə minmiş, xx.xx.2023-cü il tarixlərə qədər elektron alış aktı üzrə 0 manat, elektron qaimə üzrə 59023,48 manat, yük gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə 753719,94 manat mal alışı qeydə alınmışdır. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 172059,48 manat dəyərində sənədli mal qalığı müəyyən edilmişdir. ƏDV bəyannamələrində əks etdirilmiş vergi nəzarəti tədbirlərinə qədər elektron qaimə-faktura, ixrac və kassa üzrə satış dövriyyə məbləği 82904,69 manat təşkil etdiyindən, 2023-cü ilin aprel ayı üzrə 120581,81 manat vergi məbləği qədər malların əksik gəlməsi istiqamətində kənarlaşmalar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********059900 №-li, xx.xx.2023-cü il tarixli qərarla Dövlət Vergi Xidmətinin İnzibati Şikayətlərə baxılması baş idarəsinin rəisi, baş vergi xidməti müşaviri X5, İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli, **********130800 nömrəli, xx.xx.2023-cü il tarixli **********130800 nömrəli və xx.xx.2023-cü il tarixli, **********130800 nömrəli) inzibati şikayətlərinin araşdırılmasının nəticəsinə əsasən- İddiaçı kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayətin təmin edilməməsi, Bakı şəhəri LGBİ-nin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********055100 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 73 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə fiziki şəxs İddiaçı inzibati şikayətinin təmin edilməməsi, Bakı şəhəri LGBİ-nin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 may 2023-cü il tarixli **********055100 nömrəli və İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 4 sentyabr 2023-cü il tarixli **********059900 nömrəli qərarlarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Vergi Məcəlləsi. Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar. ... 13.2.4. vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. ... Maddə 37. Kameral vergi yoxlaması. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. ... Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. ... Maddə 72. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası. 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir. 72.6. Vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir: 72.6.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; 72.6.2. vergi dövrü əks olunmadıqda; 72.6.3. vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; 72.6.4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda. 72.6.5. Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələlərinə uyğun olmadıqda. 72.7. Bu Məcəlləyə və ya digər qanunvericilik aktlarına müvafiq olaraq vergi orqanına təqdim edilmiş vergi hesabatı bu Məcəllənin 72.6.1-72.6.5-ci maddələrində müəyyən edilmiş hallarda qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər aradan qaldırılaraq vergi orqanına təqdim edilməsi barədə bildiriş göndərilir. ... Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması. 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; ... 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada)
143. Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır. 162.1. Vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. 162.2. Bu Məcəllənin 171.2-ci maddəsinə uyğun olaraq idxalın bir hissəsi kimi sayılan xidmət göstərildikdə, onun ƏDV nəzərə alınmadan dəyəri bu Məcəllənin 162.1-ci maddəsində göstərilən dəyərə əlavə edilir. 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi.
Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının mübahisləndirdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********055100 №-li, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iddiaçının xx.xx.2020-ci il tarixində ƏDV qeydiyyatına alınması, xx.xx.2020-xx.xx.2023-cü il tarixlərə qədər elektron alış aktı üzrə 0,0 manat, elektron qaimə-faktura üzrə alınmış malların 59023,48 manat dəyəri, yük-gömrük bəyannamə məlumatına əsasən isə idxal əməliyyatları üzrə alınmış malların 753719,94 manat dəyərində gömrük dəyəri, keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən 172059,48 manat dəyərində sənədli mal qalığı məlumatı, malların təqdim edilməsi zamanı tətbiq edilən 17,5 % orta (15%-20%) ticarət əlavəsi, vergi nəzarəti tədbirinə qədər ƏDV bəyannamələrində əks etdirilmiş elektron qaimə-faktura, ixrac və kassa üzrə 82904,69 manat satış dövriyyəsi nəzərə alınmaqla yaranmış kənarlaşmaya əsasən aparıldığı müəyyən edilmiş, qeyd olunanlar nəzərə alınmaqla 2023-cü ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsinə 120581,8 manat ((753 719,94+59023,48-172059,5 ) x 1.175 - 82904,69 = 669 898,92 x 18%=120581,8) vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır (müəyyən edilmişdir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. İstinad olunan qanunvericilik normaları ilə birmənalı, konkret olaraq müəyyən edilir ki, Vergi Məcəlləsinin 67.1-ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Həmin maddədən göründüyü kimi, qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Vergi orqanı vergi məbləğini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya bilər. Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmçinin, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər daxil edilir. Qanunvericiliyin tələblərinə görə vergitutma məqsədləri üçün mallar invoys dəyəri ilə uçotda əks etdirilməlidir. Lakin cavabdeh göstərilən normaların tələblərinə zidd olaraq malların alışını invoys dəyəri ilə nəzərə almamışdır. Həmçinin, iddiaçının idxal etdiyi mallar araşdırılarkən müxtəlif çeşiddə malların mövcud olduğu müəyyən edilmişdir. Belə olan halda, bütün malların üzərinə ayrı-ayrı dövrlər üzrə bazar qiyməti müəyyən edilmədən 17,5 orta (15%-20%) faiz ticarət əlavəsinin tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə ziddir. Qeyd olunmalıdır ki, malın invoys dəyərinin əsas götürülməsi ilə bağlı oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi qərarlarında da belə əsaslandırılmışdır (2-1(102)- 1239/2022 saylı xx.xx.2022-ci il tarixli və 2-1(102)- 2025/2022 saylı xx.xx.2022-ci il tarixli qərarlar). Beləliklə, hazırkı mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, vergi ödəyicisinə əlavə verginin hesablanması haqqında mübahisələndirilən qərar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Vergi Məcəlləsinin: - 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 24.0 və 24.1-ci maddələrinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. - 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması olduqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı (VÖEN: **********) barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 may 2023-cü il tarixli, **********055100 saylı qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev