Məhkəmə qərarları › İş №e-2-1(112)-3826/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3826/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3826/2024 27.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Qanununda dəyişikliklər edilməsi barədə xx.xx.2022-ci il tarixli Qanunun 9.6.1-ci tələbləri nəzərə alınmaqla daxili işlər orqanı işçisi kimi iddiaçıya pensiyanın xx.xx.2022-ci il tarixdən yenidən hesablanaraq ödənilməsi vəzifəsinin, xx.xx.2023-cü il tarixdən etibarən təminat xərcliyinin 112 faizi həcmində iddiaçıya pensiyanın yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “xx.xx.2023-cü il tarixindən etibarən təminat xərcliyinin 112 faiz həcmidə iddiaçıya pensiyanın yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 20 il 1 ay 4 gün güzəştli şərtlərlə olmaqla 12 il 5 ay təqvim ili ilə xx.xx.2000-ci il tarixindən yaşa görə pensiyaya çıxmışdır, təminat xərcliyinin 50 faiz miqdarında qulluq stajına görə əlavə almaqda davam edirdi. Sonradan, yəni xx.xx.2002-ci il tarixdən yenidən xidmətə cəlb olunmuş və X2 xx.xx.2021-ci il tarixli Ə1560Ş/H-001-21 nömrəli əmri ilə xx.xx.2021-ci il tarixindən isə daxili işlər orqanından tərxis olmuşdur. Təxris tarixinə 39 il 4 ay 13 gün güzəştli şərtlərlə olmaqla 34 il 2 ay 11 gün təqvim ili iş stajı mövcuddur (X2 xx.xx.2021-ci il tarixli Ə1560Ş/H-001-21 nömrəli əmrinin surəti əlavə edilir). “Əmək pensiyaları haqqında” Qanununda dəyişikliklər edilməsi barədə 530-VİQD nömrəli xx.xx.2022-ci il tarixli Qanunla müəyyən edilmiş dəyişikliklərə uyğun olaraq təminat xərcliyi yenidən hesablanması, yenidən hesablanmış pensiya ödənilməsi təmin edilmiş və 1395.75 manat (təminat xərcliyinin 100 %-i həcmində) pensiya xx.xx.2022-ci il tarixdən hesablanaraq təyin edilmişdir. Yenidən hesablanmış pensiya xx.xx.2022-ci il tarixdən deyil, xx.xx.2022-ci il tarixdən hesablanaraq ödənilməli idi Hüquqi vəziyyətini yaxşılaşdıran Qanun, yəni 9.6.1-ci maddəni nəzərdə tutan “Əmək pensiyaları haqqında” Qanununda dəyişikliklər edilməsi barədə 530-VİQD nömrəli Qanun xx.xx.2022ci il tarixdə deyil,xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir. Bu baxımdan əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanması xx.xx.2022-ci il tarixdən təmin edilməli idi. Yenidən hesablanmış pensiya xx.xx.2023-cü il tarixdən etibarən təminat xərcliyinin 112 faizi həcmində ödənilməlidir. Bundan başqa, pensiya xx.xx.2023-cü il tarixdən etibarən təminat xərcliyinin 112 faizi həcmində ödənilməli idi. Çünki “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyasının 20.15-ci maddəsinə əsasən Qanunun 20.14-cü maddəsində göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin (Ə[2]-S[3]) əmək pensiyası ilə birlikdə məbləği (Ə- S+S=P[4]) müvafiq təminat xərcliyindən (T) artıq ola bilməzdi. Həmin Qanunun xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyasının 20.15-ci maddəsində “məbləği” sözündən sonra “təyinat tarixində” sözləri əlavə edilmiş, bununla da xx.xx.2023-cü il tarixdən etibarən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin (vergi, gömrük və polis orqanı işçilərinin) əmək pensiyasına əlavənin (Ə-S) əmək pensiyası (S) ilə birlikdə məbləğinin (Ə-S+S=P) pensiyanın yenidən hesablanması tarixindən müvafiq təminat xərcliyindən artıq ola bilməsinin mümkünlüyü müəyyən edilmişdir. Belə ki, pensiya təyinatı ilə pensiyanın yenidən hesablanması fərqli anlayışlardır və məhz bu səbəbdən əmək pensiyasının yenidən hesablanması Qanunun 7-ci fəslində, əmək pensiyasının təyin edilməsi isə 8-ci fəslində ayrıca təsbit edilmişdir. Qanunun 20.15-ci maddəsinin xx.xx.2023-cü il tarixdən sonrakı redaksiyasını pensiya təyinatı və pensiyanın yenidən hesablanması anlayışlarının işığında şərh etdikdə, aydın olur ki, xx.xx.2023-cü il tarixədək istər təyin edilən pensiyaların, istərsə də yenidən ərizəni imzalayan şəxs haqqında məlumat: hesablanan pensiyaların məbləği təminat xərcliyinin məbləğindən artıq ola bilməzdisə (T%+S-S<=T), xx.xx.2023-cü il tarixdən sonra yenidən hesablanan pensiyaların məbləği təminat xərcliyinin məbləğindən artıq ola bilər (T%+S-S>T). Həmin müddəaları onun vəziyyətinə tətbiq etdikdə, bu nəticəyə gəlmək olur ki, pensiyası xx.xx.2023-cü il tarixdən etibarən təminat xərcliyinin 112 faizi ((1395.75*1.12)+S- S=1395.75*1.12=1563.24 manat) həcmində ödənilməlidir.

4. İddiaçının müraciətinə verilmiş imtinada bildirilimişdir ki, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən sizə 21 dekabr 2000-ci il tarixində 20 il 1 ay 1 gün xidmət müddətinə görə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 27624 nömrəli məlumat vərəqinə əsasən ona əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 28 iyun 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.6.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablana bilər. “Əmək pensiyaları haqqında" Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilir. Qanunun 20.15-ci maddəsinə görə sözügedən Qanunun 20.14cü maddəsində göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği təyinat tarixində müvafiq təminat xərcliyindən artıq ola bilməz. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 772 nömrəli yeni məlumat vərəqinə əsasən, "Əmək pensiyaları haqqında" Qanunun 9.6.1-ci, 20.14.1-ci və 20.15-ci maddələrinə uyğun olaraq əmək pensiyanız 39 il 4 ay 13 gün xidmət müddətinə görə yenidən hesablanaraq təminat xərcliyinizin (1.395,75 manat) 100 faizi – 1.395,75 manat məbləğində müəyyən edilib, eyni zamanda 29 iyun 2022-ci il tarixindən yenidən hesablanıb. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyanız üzrə keçmiş müddət üçün hesablanmış ümumilikdə 4.697,53 manat fərq məbləğinin 4.274,77 manat hissəsi xx.xx.2022 - xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində “Əmək pensiyaları haqqında" Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə pensiya üzərinə əlavə olunmaqla ona ödənilib, qalan 422,76 manat hissəsinin isə cari ilin iyun ayında müvafiq kart hesabınıza köçürülməsi nəzərdə tutulub. “Əmək pensiyaları haqqında" Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiya həmin tarixdən 1.535,33 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 1.761,02 manata artırılaraq ödənilir.”

5. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Buna uyğun olaraq, Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-7231/2023 nömrəli qərarı ilə iddiaçının pensiyası yenidən hesablanmış və xx.xx.2023-cü il tarixli 3-17-1/2-E-110208/2023 nömrəli məktubla İddiaçı bu barədə məlumat verilmişdir. Beləliklə, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində (1) əmək pensiyasının xx.xx.2022-ci il tarixdən yenidən hesablanaraq ödənilməsini və (2) əmək pensiyasının xx.xx.2023-cü il tarixdən təminat xərcliyinin 112 faizi həcmində yenidən hesablanaraq ödənilməsini tələb etmişdir. İşin faktiki hallarından məlum olur ki, iddiaçıya xx.xx.2000-ci il tarixdə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Əmək pensiyası təyin olunduqdan sonra iddiaçı hərbi xidmətə yenidən qəbul olunmuş və xidmətdə olmanın son yaş həddinə çatdığına görə xx.xx.2021-ci il tarixdən tərxis olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli 772 nömrəli yeni məlumat vərəqinə əsasən, iddiaçının 39 il 4 ay 13 gün xidmət müddəti mövcuddur. İddia tələbinin birinci hissəsi ilə bağlı qeyd etmək lazımdır ki, “Əmək pensiyaları haqqında Qanunda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Qanunla “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Buna əsasən, həmin maddədə sadalanan dörd kateqoriya üzrə şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir. Qanunun 9.6.1-ci maddəsinə görə, istisna edilən hərbi qulluqçuların kateqoriyasına hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər də daxildir. Qeyd edilən dəyişiklik xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş və iddiaçının əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq təminat xərcliyinin (1395,75 manat) 100 faizi məbləğində müəyyən edilmişdir, İddiaçı isə həm Mərkəzi Filiala ünvanladığı ərizədə, həm də iddia ərizəsində həmin məbləğin xx.xx.2022-ci il tarixdən deyil, xx.xx.2022-ci il tarixdən ödənilməsini tələb etmişdir. Normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edən “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 85.1-ci maddəsinə əsasən, qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. “Əmək pensiyaları haqqında Qanunda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Qanunda isə həmin aktın qüvvəyə minmə tarixi müəyyən edilməmişdir. Qeyd olunan Konstitusiya Qanununun 82.2-ci maddəsinə əsasən, normativ hüquqi aktların rəsmi dərc edilməsi dedikdə onların mətninin rəsmi dövri mətbu nəşrdə dərc edilməsi, rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi yolu ilə, ictimai radio və televiziya kanallarında səsləndirilməsi yolu ilə ümumi diqqətə çatdırılması nəzərdə tutulur. Normativ hüquqi aktların ictimai radio və televiziya kanallarında səsləndirilməsi onların rəsmi dövri mətbu nəşrdə dərc edilməsini və rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsini əvəz etmir. “Əmək pensiyaları haqqında Qanunda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Qanun isə xx.xx.2022-ci il tarixdə rəsmi dövri mətbu nəşr olan “Azərbaycan” qəzetində dərc edilmişdir. Beləliklə, sözügedən Qanun rəsmi dərc edildiyi gündən, yəni xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı eyni zamanda nəzərə alınmalıdır ki, həmin qanunun keçid müddəalarına görə, bu qanunla “Əmək pensiyaları haqqında” Qanunun yeni redaksiyada verilmiş 9.1-9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsi üzrə İddiaçı əmək pensiyası yalnız xx.xx.2022-ci il tarixdən yenidən hesablana bilər. İddiaçı iddia tələbinin ikinci hissəsinə gəldikdə isə, Mərkəzi Filialın İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-E- 110208/2023 nömrəli məktubunda da qeyd olunduğu kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.6.1-ci, 20.14.1-ci və 20.15-ci maddələrinə uyğun olaraq iddiaçının əmək pensiyası 39 il 4 ay 13 gün xidmət müddətinə görə yenidən hesablanaraq təminat xərcliyinin (1395,75 manat) 100 faizi - 1395,75 manat məbləğində müəyyən edilmiş, eyni zamanda xx.xx.2022-ci il tarixdən yenidən hesablanmışdır. Məlumdur ki, hüquq normasının düzgün, dəqiq və eyni cür başa düşülməsi və tətbiq edilməsi üçün normanın hərfi mənası ilə yanaşı, mahiyyəti və qəbul edilmə məqsədi də aşkar olunmalıdır. Bu zaman qanunverici orqanın niyyəti təhrif edilməməlidir. Belə ki, normanın məzmununu və təyinatını obyektiv şəkildə aydınlaşdırmaq üçün onun qəbul edildiyi konkret şəraiti və qəbul edilməsini zəruri edən halları nəzərə almaq lazımdır. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 40-cı maddəsində də qeyd olunduğu kimi, normayaratma prosesinin mərhələlərindən biri normativ hüquqi aktın layihəsinin hazırlanmasıdır. Normativ hüquqi aktın layihəsində həmin aktın qəbul olunması zərurəti əsaslandırılmalı, layihənin hazırlanma məqsədləri qeyd olunmalıdır. xx.xx.2022-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinin Xİ sessiyası iclasında baş tutmuş "Əmək pensiyaları haqqında Qanunda dəyişiklik edilməsi barədə” Qanun layihəsinin birinci oxunuşunda həmin layihənin hazırlanma məqsədləri qeyd olunmuşdur. Həmin sessiyanın iclas protokolundan da məlum olur ki, sözügedən layihə Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2022-ci il tarixli Sərəncamından irəli gələn məsələlərin həlli məqsədilə hazırlanmışdır. Həmin Sərəncamda qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının əmək pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminə, habelə həmin şəxslərə 2022-ci ildə maddi dəstək göstərilməsinə dair təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi vəzifəsi müəyyən edilmişdir. Belə ki, layihənin təqdim edildiyi tarixdə qüvvədə olan qanunvericiliyə əsasən, ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq əmək pensiyalarının indeksləşdirilməsi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına şamil edilmirdi. Nəticədə hazırkı iş üzrə İddiaçı da daxil olmaqla həmin pensiyaçılar indeksasiya ilə əlaqədar pensiyaya edilən artımlardan kənarda qalırdılar. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 12.2-ci maddəsinə əsasən, normativ hüquqi aktların kolliziyasına yol verməmək məqsədilə qanun layihələri ilə yanaşı onların qəbul olunması ilə əlaqədar ləğv, dəyişikliklər edilməli və hazırlanmalı olan qanun layihələri də eyni zamanda təqdim edilməlidir. Qeyd edilən pensiyaçılara münasibətdə indeksləşdirmə ilə əlaqədar mexanizmin tətbiq olunması mövcud qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsini zəruri edirdi. Bu səbəbdən “Əmək pensiyaları haqqında Qanunda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Qanunla həmin qanunun 1-ci, 6-ci, 20-ci, 26-ci, 29cu və 45-ci maddələri yeni redaksiyada qəbul edilmiş və xx.xx.2023-cü il tarixdən qüvvəyə minmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli Qanunla “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə edilən dəyişikliyə əsasən, təminat xərcliyinin (pul təminatının) anlayışından “(sonrakı artımlar da nəzərə alınmaqla)” sözləri çıxarılmış, beləliklə də hərbi qulluqçuların pensiyasının onların aylıq vəzifə maaşına edilən sonrakı artımlara əsasən yenidən hesablanması istisna edilmişdir. Həmin qanunun 20.14.1-ci maddəsinə edilmiş dəyişikliklə “əlavələr” sözündən sonra “pensiya təyinatı tarixinədək" sözləri əlavə edilmişdir. Nəticədə bu maddənin yeni redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla.” Göstərilən dəyişikliyin qüvvəyə minməsi isə əmək pensiyasına əlavələr müəyyən edilərkən yalnız pensiya təyin olunan tarixədək təminat xərcliyində baş vermiş artımların nəzərə alınmasını mümkün etmişdir. Həmin qanunla edilən dəyişikliklə 20.15-ci maddəyə “məbləği” sözündən sonra “təyinat tarixində” sözləri əlavə edilmişdir. Hazırda qüvvədə olan 20.15-ci maddəyə əsasən, bu Qanunun 20.14-cü maddəsində göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği təyinat tarixində müvafiq təminat xərcliyindən artıq ola bilməz. Qanunun 20.15-ci maddəsinin köhnə redaksiyasına əsasən, əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği müvafiq təminat xərcliyindən artıq ola bilməzdi. Lakin xx.xx.2022-ci il tarixli Qanunda nəzərdə tutulan qaydada əmək pensiyalarının indeksləşdirilməsi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarının təminat xərcliyindən artıq məbləğdə pensiya almasına səbəb olacağından həmin maddəyə dəyişiklik edilməsi zərurəti yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış ümumilikdə 4697,53 manat fərq məbləğinin 4274,77 manat hissəsi xx.xx.2022 - xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla iddiaçıya ödənilmiş, qalan 422,76 manat hissəsinin isə cari ilin iyun ayında müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Həmçinin, Mərkəzi Filialın İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda da qeyd olunduğu kimi, iddiaçının əmək pensiyasının indeksləşdirmə ilə əlaqədar artırılaraq ödənilməsi təmin edilmişdir. Beləliklə, İddiaçı əmək pensiyası xx.xx.2022-ci il tarixdən deyil, yalnız xx.xx.2022-ci il tarixdən yenidən hesablana bilər. Həmçinin, iddiaçının pensiyası onun aylıq vəzifə maaşına edilən sonrakı artımlara əsasən yenidən hesablana və müvafiq təminat xərcliyindən artıq ola bilməz.

6. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.

7. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmAmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1 Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

11. İddiaçının hazırki tələbi xx.xx.2023-cü il tarixindən etibarən təminat xərcliyinin 112 faiz həcmidə iddiaçıya pensiyanın yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsidir.

12. Bununla bağlı məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: hal hazırda olan redaksiyasıdır. 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—65 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.14.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—55 faizi və 30 ildən yuxarı ümumi iş stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.14.4. hərbi xidmətdə 15 il stajı olan və Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 50 faizi və 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. 20.15. Bu Qanunun 20.14-cü maddəsində göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği təyinat tarixində müvafiq təminat xərcliyindən artıq ola bilməz. 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

13. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında Qanunda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Qanunla həmin Qanunun 1-ci, 6-ci, 20-ci, 26-ci, 29-cu və 45-ci maddələri yeni redaksiyada qəbul edilmiş və xx.xx.2023-cü il tarixdən qüvvəyə minmişdir.

14. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə edilən dəyişikliyə əsasən, təminat xərcliyinin (pul təminatının) anlayışından “(sonrakı artımlar da nəzərə alınmaqla)” sözləri çıxarılmışdır. Bu da hərbi qulluqçuların pensiyasının onların aylıq vəzifə maaşına edilən sonrakı artımlara əsasən yenidən hesablanması istisna edilmişdir.

15. Həmin Qanunun 20.14.1-ci maddəsinə edilmiş dəyişikliklə “əlavələr” sözündən sonra “pensiya təyinatı tarixinədək" sözləri əlavə edilmişdir. Həmin maddənin yeni redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, - yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, - 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla.”

16. Göründüyü kimi həmin dəyişikliyin qüvvəyə minməsi əmək pensiyasına əlavələr müəyyən edilərkən yalnız pensiya təyin olunan tarixədək olan təminat xərcliyində baş vermiş artımlar nəzərə alınmışdır. Sözügedən qanunun 20.15-ci maddəyə “məbləği” sözündən sonra “təyinat tarixində” sözləri əlavə edilmişdir.

17. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununda qüvvədə olan 20.15-ci maddənin tələblərinə görə bu Qanunun 20.14-cü maddəsində göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği təyinat tarixində müvafiq təminat xərcliyindən artıq ola bilməz.

18. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. İddia tələbi əsassız olduğundan rədd edilməlidir.

19. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

20. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar