Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3827/2023 23.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin verilməsi" haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh Başçısının “Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud bağ sahələrinin sənədləşdirilməsi barədə” xx.xx.1994-cü il tarixli 3601 saylı sərəncamına əsasən mərhum X2 adına olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin və və onun yerləşdiyi torpaq sahəsinin yerləşmə sxeminin verilməsi öhdəliyininin Cavabdehnə həvalə edilməsinə barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum əri X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Cavabdeh Başçısının “Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud bağ sahələrinin sənədləşdirilməsi barədə” xx.xx.1994-cü il tarixli 3601 saylı sərəncamına əsasən Badamdar qəsəbəsində fərdi evlər tikintisi üçün torpaq sahəsi ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinin 3/104 saylı xx.xx.1991-ci il tarixli sərəncamına və rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsindəki nümayəndəliyi tərəfindən tərtib olunmuş akt və yerləşmə cizgisinə istinad edərək, X2 “Köhnə bağlar” sahəsinin sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.1994-cü il tarixli 3601 saylı sərəncamının icrası ilə əlaqədar həmin torpaq sahəsində bütün kommunal şəraitli ev inşa edilmiş və 28 ildir ki, istifadədədir. X3 xx.xx.2022-ci il tarixdə vəfat etdikdən sonra Bakı şəhəri 45 saylı Notariat Ofisi tərəfindən müvafiq müraciətimə, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında mərhum ərinin adına vərəsəlik işi açılmışdır. Bundan sonra Bakı şəhəri 45 saylı Notariat Ofisi tərəfindən 192 saylı xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edilərək, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq mərhum X2 adına olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair reyestrdən çıxarış verilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən isə iddiaçıya bildirilmişdir ki, bütün sənədlər qaydasındadır, yalnız Cavabdeh tərəfindən həmin fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin cizgi planı (yerləşmə sxemi) təqdim edildikdən sonra reyestrdən çıxarışın verilməsi təmin edilə bilər. Qeyd edilənləri nəzərə alıb, Bakı şəhəri Cavabdeh Başçısının “Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud bağ sahələrinin sənədləşdirilməsi barədə” xx.xx.1994-cü il tarixli 3601 saylı sərəncamına əsasən mərhum əri X2 adına olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin və və onun yerləşdiyi torpaq sahəsinin cizgi planının (yerləşmə sxeminin) tərtib edilib təqdim edilməsi üçün Bakı şəhəri Cavabdehnə xx.xx.2022-ci il tarixli müraciət etmişdir və müvafiq sənədləri təqdim etmişdir. Lakin həmin fərdi yaşayış evinə və və onun yerləşdiyi torpaq sahəsinə heç bir baxış keçirilmədən Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə bundan imtina edilmişdir. Həmin imtina onunla əsaslandırılmışdır ki: “xx.xx.1994-cü il tarixli 3601 saylı Cavabdeh Başçısının sərəncamı və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) Cavabdeh arxivində aşkar edilməmişdir”. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. Belə ki, Cavabdehnə xx.xx.2022-ci il tarixli müraciətinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, Bakı şəhəri Cavabdeh Başçısının “Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud bağ sahələrinin sənədləşdirilməsi barədə” xx.xx.1994-cü il tarixli 3601 saylı sərəncamına əsasən Badamdar qəsəbəsində fərdi evlər tikintisi üçün torpaq sahəsi ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinin 3/104 saylı xx.xx.1991-ci il tarixli sərəncamına və rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsindəki nümayəndəliyi tərəfindən tərtib olunmuş akt və yerləşmə cizgisinə istinad edərək, X2 “Köhnə bağlar” sahəsinin sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilmişdir. Göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyətinin 3/104 saylı xx.xx.1991-ci il tarixli sərəncamı və rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsindəki nümayəndəliyi tərəfindən tərtib olunmuş akt və yerləşmə cizgisi mövcud olmuş və məhz həmin sənədlərə istinad edilərək, X2 “Köhnə bağlar” sahəsinin sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilmişdir. İddiaçı bu səbəbdən məhkəməyə müraciət etmişdir.
3. Cavabdeh orqan məhkəməyə etiraz təqdim edərək (dəftərxana vasitəsilə) bildirmişdir ki, İddiaçı Bakı şəhəri Cavabdeh başçısının Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud bağ sahələrinin sənədləşdirilməsi barədə" xx.xx.1994-cü ıl tarixli, 3601 saylı Sərəncamına əsasən Badamdar qəsəbəsində fərdi evlər tikintisi üçün torpaq sahəsi ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyətinin 3/104 saylı, 27 03.1991-ci il tarixli Sərəncamına və Səbail Rayon icra Hakimiyyəti başçısının Badamdar qəsəbəsindəki nümayəndəliyi tərəfindən tərtib olunmuş akt və yerləşmə cizgisinə istinad edərək, X5 oğlunun “Köhnə bağlar" sahəsinin sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verildiyini və həmin torpaq sahəsində kommunal şəraitli ev inşa edildiyini bildirmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra iddiaçı mərhumun adına olan Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin cizgi planının (yerləşmə sxeminin) tərtib olunub təqdim edilməsi üçün Cavabdehnə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etdiyini göstərmişdir. Lakin həmin fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə heçbir baxış keçirilmədən Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə imtina edildiyini qeyd etmişdir. Həmin imtina onunla əsaslandırılmışdır ki, 01.11 1994-cü il tarixli, 3601 saylı Bakı şəhəri Cavabdeh başçısının Sərəncamı və onun tərkib hissələri olan digər sənədlər (sxem və s.) Səbail Rayon İcra olunmadığı qeyd edilmişdir. “Badamdar qəsəbəsində “Köhnə bağlar" ərazisində mövcud bağ sahələrinin sənədləşdirilməsi barədə” Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli, 3601 saylı Sərəncamının surətindən görünür ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/104 saylı Sərəncamına və Rayon İcra icra Hakimiyyəti başçısının Badamdar qəsəbəsindəki nümayəndəliyi tərəfindən tərtib olunmuş akt və yerləşmə cizgizinə istinad edərək X1 bağ sahəsinin sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi, eləcə də tikinti işlərinin ciddi olaraq təsdiq edilmiş tipləşdirilmiş layihə əsasında aparılması qeyd edilmişdir. Vətəndaşın ərizəsinə əlavə etdiyi keçmiş Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 3/104 saylı Qərarında isə keçmiş “26 Bakı Komissarları” adına rayonun (893 saylı, xx.xx.1990-cı il məktubu) xahişi nəzərə alınaraq, Badamdar qəsəbəsində fərdi azmərtəbəli yaşayış evlərinin tikilməsi üçün boş torpaq sahələrinin ayrılmasının təmin edilməsi, Arxitektura və şəhərsalma baş idarəsi tərəfindən layihələrin müəyyən olunmuş qaydada və müddətdə yerinə yetirilməsi və eləcə də arxitektura və planlaşdırma müəssisəsinin ərazi və həmin obyektlərin layihə qərarlarının Arxitektura və Şəhərsalma Baş İdarəsi ilə müəyyən olunmuş başplana müvafiq qaydada və müddətdə razılaşdırılması və sair qərara alınmışdır. İddiaçı RİH-ə ünvanladığı ərizəyə əlavə etdiyi Bakı şəhəri Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli, 3601 saylı Sərəncamının və ona əlavə edilmiş ərizənin arxiv çıxarışlarının kserosurətlərini, eləcə də sözügedən torpaq sahəsinin yerləşmə cizgisini RİH-ə təqdim etməmişdir. Bildiririk ki, Səbail rayonu, Badamdar qəsəbəsi geniş ərazidir və sözügedən torpaq sahəsinin təsdiqlənmiş yerləşmə cizgisi yoxdur. Həmçinin 1994-cü ildən keçən müddət ərzində torpaq sahəsinə cizgi planının (yerləşmə sxeminin) tərtib edilib verilməsi ilə bağlı mərhum X3 müraciət etməmişdir. Mərhumun həyat yoldaşı İddiaçı məsələ ilə bağlı 2022-ci ildə RİH-ə müraciət etmişdir. İddiaçı tərəfindən sözügedən Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) iddiaçının xüsusi mülkiyyət hüququnun (payı tam) daşınmaz əmlakın reyestrində qeydiyyata alınıbalınmaması barədə sənəd təqdim olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrindəndir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Həmin Məcəllənin 238.1-ci maddəsinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məcəllənin 240.1-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Cavabdeh orqan qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iddiaçının nümayəndəsi (vəkili) iştirak edir. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etmir.
II. İddianın geri götürülmüş sayılması
5. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
6. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
7. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).
8. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
9. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
10. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
11. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
12. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
13. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
14. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
15. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
16. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
17. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
18. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.
19. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
20. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva