Məhkəmə qərarları › İş №e-2-1(112)-3829/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3829/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3829/2023 10.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «iddiaçıya müalicə ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «iddiaçıya müalicə ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 9 fevral N18-ci il tarixdən 1 noyabr N19-cu il tarixədək Dövlət Sərhəd Xidmətində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Xidmət müddəti dövründə Xidmətin Sərhəd Nəzarəti 3300 saylı Hərbi hissəsinin Biləsuvar X1 zabit nəzarətçi vəzifəsində xidmət keçmişdir. Həmin vəzifə də N yanvar N19-cu il tarixədək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə aid olan vəzifələr sıyahısında olmuşdur. Dövlət Sərhəd Xidməti rəisinin 15 fevral N19-cu il tarixli 0016 nömrəli əmrinə əsasən N yanvar N19-cu il tarixdən etibarən 3300 saylı Hərbi hissəyə şamil edilmiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti əlavələri qüvvədən düşmüşdür. Bununla bağlı digər məhkəmə mübahisəsi üzrə işdə DSX-nın məhjkəmə sorğusuna 18 iyul N22-ci il tarixli cavab məktubu var. «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun N.7-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavilət verilir. İddiaçı N18-ci ildə məzuniyyətə çıxarkən ona həmin müavinət ödənilməmişdir. İddiaçı 30 sentyabr N22-ci il tarixdə cavabdeh Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət edərək, N18-ci il üçün nəzərdə tutulmuş «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Qanunun N.7-ci maddəsində qeyd olunmuş (kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq pul təminatı məbləğində) birdəfəlik müavilətin ödənilməsini xahiş etmişdir. Dövlət Sərhəd Xidmətinin 19 oktyabr N22-ci il tarixli məktubu ilə məsələnin həllindən imtina olunmuş və bildirilmişdir ki, Xidmət rəisinin 3 may N18-ci il tarixli əmrinin 3-cü bəndinə əsasən «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Qanunun N.7-ci maddəsi qeyd olunan vəzifələrə şamil edilməmişdir. Lakin həmin məktubda Xidmət rəisinin əmrinin nömrəsi qeyd edilməmiş və əmrin istinad olunan 4-cü bəndinin mətni əks olunmamışdır. İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinin imtinası ilə razılaşmır. Belə ki, «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Qanunda həmin Qanunun N.7-ci bəndində qeyd olunmuş birdəfəlik müavinətin hər hansı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinə, yaxud hər hansı konkret vəzifəyə şamil edilməməsi barədə istisna hal qeyd olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-308/N22 saylı iş üzrə 26 sentyabr N22-ci il tarixli qərarı ilə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti əlavələrinin onun (hazırkı iddiaçının) xidmət etdiyi vəzifəyə şamil olunması müəyyən olunmuş (sübuta yetirilmiş) və N18-ci il üçün kəşfiyyat və əks-kəşfiyyat subyektlərinə hər il məzuniyyətə çəxarkən 2 aylıq pul təminatı məbləğində verilən müavinətin müvafiq qaydada hesablanaraq ona birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə olunmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı bəndinə əsaslanaraq, N18-ci il üçün «Kəşfiyyat və əks-kəşfiyyat haqqında» Qanunun N.7-ci maddəsində nəzərdə tutulmuş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularına müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq pul təminatı məbləğində birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 13 iyun N23-cü il tarixli məktubunda (yazılı etirazında) bildirilir ki, iddiaya dair etiraz İddiaçı Sərhəd Nəzarəti “Biləsuvar” X1 xidmət etmiş olduğu zabit nəzarətçi vəzifəsinin «Kəşfiyyat və əks kəşfiyyat haqqında» Qanunun N.7-ci maddəsinin təsir dairəsinə düşməməsi və ona hesablanmış faiz əlavəsinin Qanunun N.10-cu maddəsinə əsasən vəzifə maaşına artım qismində nəzərə alınması kimi mötəbər sübutla əsaslandırılır. İddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçusu kimi xidmətdə olduğu müvafiq dövrdə “müalicə olunması ilə əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət”in verilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq raportla müraciət etməsini təsdiq edən yetərli sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçən hərbi qulluqçuların müxtəlif müavinət və pul təminatı kimi digər ödənişlər almaq hüquqları olsa da, mövcud inzibati praktikada bu hüquqlardan istifadə hərbi qulluqçuların xidmətinin müvafiq dövründə bununla bağlı aidiyyəti üzrə müraciəti tələb olunur. İddiaçı Sərhəd Nəzarətində xidmət etdiyi müddət ərzində «Kəşfiyyat və əks kəşfiyyat haqqında» Qanunun N.7-ci maddəsinə əsasən “müalicə olunması ilə əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət”in verilməsi ilə bağlı aidiyyəti üzrə raportla müraciət edib-etməməsi barədə məlumatın, müraciət etdiyi halda isə raport əsasında görülmüş tədbirlərin nəticəsi barədə məlumatların təqdim olunması barədə DSX-nın Sərhəd Nəzarətinə 26 aprel N23-cü il tarixdə sorğu göndərilmişdir. Qoşmaya əlavə olunmuş Sərhəd Nəzarətindən daxil olmuş 4 may N23-cü il tarixli cavab məktubunda İddiaçı xidmət etdiyi müddət ərzində həmin Qanunun N.7-ci maddəsinin şamil olunmadığı qeyd edilmişdir. Bunun başlıca səbəbi isə, yuxarıda qeyd olunduğu kimi, İddiaçı hesablanmış 25% vəzifə maaşına əlavə sözügedən Qanunun N.7-ci maddəsi üzrə hesablanan faiz əlavəsi deyil, həmin Qanunun N.10-cu maddəsinə əsasən vəzifə maaşına artım kimi nəzərə alınmışdır. Odur ki, İddiaçı xidmət etdiyi vəzifəyə həmin Qanunun N.7-ci maddəsi şamil olunmadığı üçün o, “müalicə olunması ilə əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət”in verilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq raportla müraciət etməmişdir. «Kəşfiyyat və əks kəşfiyyat haqqında» Qanunun N.7-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. Həmin Qanunun N.10cu maddəsinə əsasən məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların miqdarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bu səbəbdən də, iddiaçı sabiq hərbi qulluqçu İddiaçı həmin Qanunun N.7-ci maddəsinə əsasən pul təminatının ödənilməsi tələbinə dair iddiası əsassız hesab olunur. Qeyd olunanlara əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 2-ci maddəsinin birinci hissəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Qanunun N.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi «Hərbi qulluqçuların statusu haqqında», «Əmək pensiyaları haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. Həmin Qanunun N.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. Həmin Qanunun N.7-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. Həmin Qanunun N.10-cu maddəsinə görə məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların miqdarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: (28.1.1) fiziki və ya hüquqi şəxsin ərizəsi; (28.1.2) inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; (28.1.3) inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Hazırkı iş üzrə İddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti kimi çıxış etməsi tərəflər arasında mübahisələndirilən haldır, lakin bununla bağlı məhkəmə qeyd edir ki, Dövlət Sərhəd Xidmətinin (Xidmətin İstintaq və Təhqiqat İdarəsinin) digər məhkəmə mübahisəsi ilə bağlı xx.xx.N22-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissəyə şamil edilmiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti əlavələri DSX rəisinin xx.xx.N19-cu il tarixli əmrinə əssən xx.xx.N19-cu il tarixdən qüvvədən düşmüşdür. Bundan başqa nəzərə alınmışdır ki, cavabdeh inzibati orqan Dövlət Sərhəd Xidməti İddiaçı «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Qanunun N.10-cu maddəsində müəyyən edilmiş “məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımları” aldığını bəyan edir. Qeyd olunanlar İddiaçı xidmət etdiyi müvafiq hərbi hissədə xidmətinin N yanvar N19-cu il tarixədək olan dövründə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti olmasını nəinki təkzib etmir, əksinə təsdiqləyir. Bununla yanaşı məhkəmə vurğulayır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçən hərbi qulluqçuların ayrı-ayrı müavinət və pul təminatı qismində digər ödənişlər almaq hüquqları olmasına baxmayaraq, mövcud inzibati praktikada bu hüquqlardan istifadə hərbi qulluqçuların xidmətinin müvafiq dövründə aidiyyəti üzrə müvafiq müraciəti tələb olunur. Hazırkı işin hallarına münasibətə gəldikdə də məhkəmə qeyd edir ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin hüquqi əsasını təşkil edən normativ hüquqi aktların müddəalarında bu xüsusat birbaşa qoyulmasa da, xidmətdə olan hərbi qulluqçunun müvafiq raportla (raporta aidiyyəti tibb müəssisiəsinin müvafiq sənədi əlavə olunmaqla) müraciət etməsi, müavinətin təyinatı baxımından onun müalicəyə ehtiyacının və bununla bağlı istifadə olunacaq pul təminatına zərurətin olmasını bəyan edən hal kimi şərtləndirilir. Məhkəmə həmçinin diqqətə çəkir ki, hazırkı məhkəmə icraatında İddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçusu kimi xidmətdə olduğu müvafiq dövrdə “müalicə olunması ilə əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət”in verilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq raportla müraciət etməsi bu barədə yetərli sübut təqdim edilmədiyndən, öz təsdiqini tapmır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı sabiq kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçusu kimi müalicə ilə əlaqədar müvafiq müavinətin verilməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmur. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «iddiaçıya müalicə ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «iddiaçıya müalicə ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar