Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3829/2025 09.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 2517/2518-ci məhəllə, ev 1, giriş 2, mərtəbə 1, ümumi sahəsi 59,81 kv.m., yaşayış sahəsi 33,04 kv.m. olan, 2 otaqlı, 50 №-li mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə 17 sentyabr 2024-cü il tarixli ərizə ilə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 2517/2518-ci məhəllə, ev 1, giriş 2, mərtəbə 1, ümumi sahəsi 59,81 kv.m., yaşayış sahəsi 33,04 kv.m. olan, 2 otaqlı, 50 №-li mənzilin onun adına özəlləşdirilməsini xahiş etmişdir. Ərizə xx.xx.2024-cü il tarixdə rəsmi olaraq cavabdeh inzibati orqanın ünvanına daxil olaraq icraata götürülmüşdür. Qanunvericiliyin tələblərinə əsasən ərizəyə 15 iş günü müddətində, yəni xx.xx.2024-cü il tarixədək baxılmalı və ərizəçiyə cavab verilməli olsa da, bugünədək inzibati orqandan heç bir cavab daxil olmamış, eləcə də ərizəyə baxış müddətinin uzadılması barədə bildiriş verilməmişdir. "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli Protokoldan Çıxarışına əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 2517/2518-ci məhəllə, ev 1, giriş 2, mərtəbə 1, ümumi sahəsi 59,81 kv.m., yaşayış sahəsi 33,04 kv.m. olan, 2 otaqlı, 50 №-li mənzilin İddiaçı məxsus olması təsdiq edilmişdir. İddiaçı hazırkı vaxtda faktiki olaraq həmin mənzildə yaşayır. Bu halı, "xxxx" MTK tərəfindən verilmiş 107 nömrəli, xx.xx.2024-cü il tarixli arayış da təsdiq edir. Həmin mənzilin iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət edilsə də, bugünədək heç bir cavab alınmamışdır. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Digər tərəfdən, mübahisəli daşınmaz əmlaka dair bütün hüquqmüəyyənedici sənədlər mövcuddur. Bundan başqa, cavabdehə müraciət edilərkən mənzilə dair heç bir borcun olmamasına dair "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli Maliyyə Arayışı da təqdim olunmuşdur. Əlavə olaraq, "xxxx" MTK-nə məxsus çoxmərtəbəli yaşayış binasında olan mənzillərin bir çoxuna cavabdeh inzibati orqan tərəfindən çıxarışlar verilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmışdır. İddiaçı tərəfindən qonşu mənzil sahiblərinə müraciətlər edilmiş və həmin binada yerləşən 21, 23 və 71 nömrəli mənzillərə dair çıxarışlar əldə edilmişdir (çıxarışların surətləri əlavə olunur). Mübahisə predmeti olan çoxmərtəbəli yaşayış binasında 96 mənzil mövcuddur və məhkəmə tərəfindən cavabdeh inzibati orqana sorğu göndəriləcəyi təqdirdə, müəyyən olunacaqdır ki, həmin mənzillərin əksəriyyətinə dair çıxarışlar mövcuddur. Mübahisə predmeti olan çoxmərtəbəli yaşayış binasında mənzil mülkiyyətçilərinin hüquqlarının tanınması ilə bağlı əvvəllər də oxşar məhkəmə mübahisələri olmuşdur. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 1(112)-5510/2023 nömrəli qərarı ilə, ünvan 1 ünvanında yerləşən 23 saylı mənzil üzərində X1 xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilmişdir. Göstərilən qərardan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilməmiş və qərar icra olunaraq X1 adına ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli elektron çıxarış verilmişdir. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3464/2024 nömrəli digər qərarı ilə, ünvan 2 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 6cı mərtəbəsində yerləşən 1 otaqdan ibarət, ümumi sahəsi 41.8 kv. metr, yaşayış sahəsi 19.7 kv. metr olan 66 saylı mənzilə dair iddiaçı X3 xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bu qərardan da cavabdeh inzibati orqan tərəfindən şikayət verilməmiş və qanuni qüvvəsini alaraq icra edilmişdir. Bundan başqa, göstərilən yaşayış binasında yerləşən mənzillərə çıxarış verilməsinə dair analoji məhkəmə mübahisələrində, məhkəmələrin sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bildirilmişdir ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023cü il tarixli İİ-02/23 (S-769/99) nömrəli tikinti obyektinin istismarına icazə sənədinin təsdiq edilmiş surəti Komitəyə təqdim edilmişdir.
3. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2025-ci il tarixli elektron məktubla bildirilmişdir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən 50 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarışın verilməsi ilə bağlı ********** qeydiyyat nömrəsi ilə müraciət etmişdir. Aparılmış inzibati icraat zamanı məlum olmuşdur ki, iddiaçının tələbi təmin olunmuş, mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Bakı İnzibati Məhkəməsinin işi üzrə icraata xitam verilməsi xahiş olunur.
4. İş materiallarına əlavə olunmuş ƏMDX DƏDKR Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən görünür ki, ünvan 3, mənzil 50 (Yeni qaydalarla AZ 1118, ünvan 4 ünvanında yerləşən mənzilə xüsusi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2024-cü il tarixdə ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etdi.
6. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə cavabdehin izahatını dinləyərək, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizəni, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.
8. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
9. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisəsi artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
10. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva