Məhkəmə qərarları › İş №e-2-1(112)-3863/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-3863/2024

09.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3863/2024 09.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və onun vəkili X10, üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “orderin etibarsız hesab edilməsi” haqqında iddia tələbi üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli sərəncamı əsasında 25 nömrəli Ləhiş Bağlar Tikinti Kooperativindən 5832 saylı 0,12 ha bağ sahəsi ayrılmasına dair verilmiş 1 saylı orderin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli ,1977 saylı sərəncamına və həmin sərəncam əsasında verilmiş 1 nömrəli orderə əsasən X3 25 nömrəli Ləhiş Bağlar Tikinti Kooperativindən 5832 saylı 0,12 ha bağ sahəsi ayrılmışdır. xx.xx.2019-cu il tarixdə qeyd olunan bağ sahəsinə dair cavabdehin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX, ******* nömrəli çıxarış verilmişdir. Bakı ŞİH Başçısı Aparatı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, R-175-112 nömrəli arxiv arayışına əsasən, Bakı ŞİH-nin xx.xx.1997-ci il tarixli, 233 saylı sərəncamına əsasən İddiaçı Ləhiş Bağlarında 5832 saylı bağ sahəsi ayrılmış və onunla 31814 saylı, xx.xx.2003-cü il tarixli bağ sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. X2 adına verilmiş olan xx.xx.1992-ci il tarixli, 1 nömrəli order qanunsuz və əsassızdır. Belə ki, qeyd edilən orderin əsli hal hazırda mövcud deyildir. Orderin etibarsız hesab edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə rəsmi qaydada iki dəfə müraciət etmiş, lakin mahiyyəti üzrə cavablar verilməmişdir. Bakı şəhər İH-nin arxiv fondu üzrə 1992-2003-cü illərə dair arxiv sənədləri, o cümlədən xx.xx.1992-ci il tarixli, 1694 və xx.xx.2003-cü il tarixli, 381 saylı sərəncamları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Mübahisəli bağ sahəsi üzərində hüquqlarının qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş Zülfüqarlı Yeganə adı çəkilən İdarə tərəfindən xx.xx.2018ci il tarixli, **********46 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtia barədə bildirişlə idarənin arxiv əsaslarında eyni nömrəli bağ sahəsinə dair başqa şəxsin adına order mövcud olduğu və həmin ərazi ilə bağlı müraciətinin daxil olduğu, bundan başqa 5830, 5831 və 5832 nömrəli bağ sahələrinin ümumi hasar daxilində olması, ara sərhədlərinin şərti olması və mərzçəkmə işlərinin tam aparılmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası sonuncu dəfə xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh inzibati orqan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim olunmamışdır. Üçüncü şəxs tərəfindən təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, İddiaçı xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan bağ sahəsinə iddia edir və həmin bağ sahəsinin ona ayrıldığını sübut edəcək iki sənəd məhkəməyə təqdim etmişdir. 1) Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatının Abadlaşdırma və X8 departamenti Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə onun arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 31814 saylı icarə müqaviləsi, 2) Keçmiş bağlar təsərrüfatı idarəsinin Ləhiş bağları üzrə mühəndisləri tərəfindən tərtib edilmiş xx.xx.2001 -ci il tarixli akt. İddiaçı qeyd edilən sənədlər əsasında hesab edir ki, 5832 №-li bağ sahəsi ona məxsusdur və cavabdeh inzibati orqan onun qanunla qorunan hüquq və mənafelərini pozaraq adıçəkilən bağ sahəsinə dair X2 mülkiyyət hüquqlarının reyestrdə qeydə almışdır. İlk növbədə qaldırılmış iddia tələbi düzgün deyil. Belə ki, iddia tələbi verilmiş orderin etibarsız hesab edilməsindən ibarətdir. “İnzibati icraat haqqında'' Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız sayılmasının 5 əsası mövcuddur. Mübahisə predmeti olan Order Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarına əsasən inzibati akt kimi deyil texniki bir sənəd kimi qəbul edilmişdir. Bu əsasdan iddia tələbinin düzgün şəkildə irəli sürülmədiyi aşkardır. Çünki hazırkı vəziyyətdə Orderin etibarsızlığı üçün qanunvercilikdə nəzərdə tutulmuş 5 şərtin heç biri mövcud deyildir. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, qeyd edilən bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 1977 saylı Sərəncama və həmin Sərəncam əsasında verilmiş 1 nömrəli Orderə əsasən Zülfüqarlı Yeganəyə məxsus olmuş və qeyd edilən sənədlər əsasında cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixdə Zülfüqarlı Yeganənin mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almışdır. Qeyd olunamalıdır ki, hazırkı mübahisə bir dəfə mülki məhkəmə icraatı qaydasında baxılmışdır. Belə ki, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh X3 və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia əriəsi ilə məhkəməyə müraciət edərək “onun adına verilmiş ******* saylı, xx.xx.2019-cıı il tarixli çıxarışın ləğv edilməsinə dair” qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda X6 tərəfindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı İddiaçı iddia tələbinin rədd edilməsinə, habelə İddiaçı ilə Azərbycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparaatının Abadlaşdırma və X8 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanmış 05 avqust 2003-cü il tarixli müqavilənin, həmçininb 27 oktyabr 2001-ci il tarixli aktın etibarsız hesab edilməsinə, eyni zamanda mülkiyyətində olan torpaq sahəsində tikilmiş hasar və darvazanın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəsaiti hesabına sökülərək çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-151 /2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı X14-lətif qızma qarşı Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0,1177 hektardan ibarət olan 5832 nömrəli bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və X15-lətif qızının adına verilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair ilk iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X8 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilə və xx.xx.2001-ci il tarixli akt X3 aid hissədə etibarsız hesab edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0,1177 hektardan ibarət olan 5832 nömrəli bağ sahəsində tikilmiş hasar və darvazanın İddiaçı vəsaiti hesabına sökülməsi qət edilmişdir. Bundan sonra həmin qətnamədən ilk iddia üzrə İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 9691/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-151/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra adıçəkilən qətnamədən ilk iddia üzrə iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-3401/2022 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 9691/2021 nömrəli iş üzrə 16 noyabr 2021-ci il tarixli qətnaməsi qismən, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın xx.xx.2003-cü il tarixli müqavilənin, həmçinin xx.xx.2001-ci il tarixli aktın X15-lətif qızına aid hissədə etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, Bakı şəhəri, Sabunçu rayonu. Ləhiş bağları ərazisində yerləşən 0,1177 ha sahəsi olan 5832 nömrəli bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və cavabdehin adına verilmiş ******* saylı, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə ilk iddia tələbi və qarşılıqlı iddianın xx.xx.2001-ci il tarixli aktın X15-lətif qızına aid hissədə etibarsız hesab edilməsi tələbi hissəsində iş üzrə icraata xitam verilmiş, qarşılqlı iddia İddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X8 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilməmiş və qətnamə qalan hissədə, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0,1177 hektardan ibarət olan 5832 nömrəli bağ sahəsində tikilmiş hasar və darvazanın İddiaçı vəsaiti hesabına sökülməsi hissəsində, dəyişdirilmədən saxlanılmışdır. Adıçəkilən məhkəmə qərarının 68 və 69-cu bəndləri ilə hazırda mübahisə predmeti olan bağ sahəsinin Yeganə Zülfüqarlının mülkiyyətində olması öz təsdiqini tapmışdır. İddiaçının sübut kimi irəli sürdüyü xx.xx.2001-ci il tarixli aktla bağlı Ali Məhkəmə öz qərarını 62-65-ci bəndlərində belə bir hüquqi mövqe irəli sürmüşdür: 62. İs üzrə etibarsızlığı tələb edilən uzun illər istifadə edilməyən və nəzarətsiz qalan bağ sahələrini müəyyən edilməsi barədə Bağlar İdarəsinin Ləhiş bağları üzrə böyük mühəndisi və sahə mühəndislərinin imzaları ilə təsdiq etdikləri xx.xx.2001-ci il tarixli akt iş üzrə iddiaçının öz tələbini təsdiq edən sübut kimi işə əlavə etdiyi yazılı sənəddir. Həmin sənəd özü-özlüyündə (baxılan iş üzrə məhkəmənin qiymətləndirməsindən kənar) cavabdeh üçün hüquq və vəzifələr doğurmur, onun qanuni mənafelərinə xələl gətirmir. 63. Mülki prosessual qanunvericiliyin sübutlar və sübut etmə qaydaları ilə bağlı normalarına əsasən təqdim olunan sübutlar isə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu zaman cavabdeh tərəfin həmin sübutlara etiraz etmək, onların mötəbər olmaması barədə dəlillər və əks- sübutlar təqdim etmək hüququ vardır.

64. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, başqa bir is üzrə iddiaçının öz tələbini təsdiq edən sübutlar qismində istinad etdiyi istənilən sənədin, o cümlədən özüözlüvündə hüquqi nəticələrə səbəb olmayan, şəxsin hüquqlarına və ya qanunla qorunan mənafelərinə təsir etməyən (ziyan vurmayan) sənədin etibarsızlığı barədə tələb müstəqil iddianın predmeti ola və məhkəmədə baxılmalı ayrıca tələb kimi qəbul edilə bilməz. 65. Buna görə də, bu tələb üzrə apellyasiya məhkəməsinin həmin aktın is üçün əhəmiyyətli sübut hesab olunmaması əsası ilə X3 aid hissədə etibarsız hesab edilməsi hissəsində qətnamə ləğv edilməli və həmin hissə üzrə işə məhkəmədə baxılmalı olmadığından icraata xitam verilməlidir. Bundan başqa xx.xx.2001-ci il tarixdə tərtib edilmiş akt Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində və ya Bakı şəhər İcra Hakimiyyətində qeydə alınmadığından, həmin aktın da mötəbərliyi şübhə altında olmaqla, iş üçün əhəmiyyətli sübut sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasına əsasən mülkiyyət hüququ toxunulmazdır. Belə ki, mübahisə predmeti olan bağ sahəsi Zülfüqarlı Yeganəyə Bakı şəhər İHB-nın müvafiq Sərəncamı ilə verilmişdir. Həmin sərəncamın qüvvədən düşməsi ilə əlaqədar yeni bir sərəncam qəbul edilmədiyindən, eləcə də hüquqi əsası bəlli olmayan akt formasında hər hansı bir mülkiyyətçinin hüquqlarına xitam verilməsi qanunvercilikdə nəzərdə tutulmadığndan bu sənəd onun mülkiyyət hüququnun itirilməsi kimi qəbul edilə bilməz. Digər irəli sürülən sübutla bağlı qeyd olunmalıdır ki, təqdim edilmiş 31814 saylı, xx.xx.2003-cü il tarixli müqavilədə bağlanma tarixi xx.xx.2003-cü il göstərilsə də, istifadəçi İddiaçı şəxsiyyət vəsiqəsinin verilmə tarixi xx.xx.2004-cü il olaraq qeyd edilmişdir. Bu halda xx.xx.2003-cü il tarixli müqaviləyə xx.xx.2004-cü il tarixdə, yəni bir il sonra verilmiş şəxsiyyət vəsiqəsinin qeyd edilməsi həmin müqavilənin mötəbərliyini şübhə altına alır və qeyd edilən sübut haqqında şübhələrin yaranmasına əsas verməklə, mötəbər olmadığı müəyyən edilir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçın və onun vəkili X13 məhkəmə iclasında ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın mümkün sayılaraq təmin olunması barədə qərar çıxarılmasını xahiş etdilər. Üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə təqdim olunmuş yazılı etirazı müdafiə edirək məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan: Bakı şəhər İcra Hakimiyyəti tərəfindən X4 verilmiş xx.xx.2018-ci il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1992-ci ilə dair sərəncamlarında “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölməsinə dair (bağ məsələləri üzrə komissiya yığıncağının 25 noyabr 1992-ci il tarixli, 45 №-li protokolu) xx.xx.1992-ci il tarixli 1977 №-li sərəncam (çıxarış) vardır. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li, Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li qətnaməsinə əsasən X5 Ləhic, BTK 25 nəzdində bağ sahəsi ayrılmışdır. Hazırda iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli sərəncamı əsasında 25 nömrəli Ləhiş Bağlar Tikinti X1 5832 saylı 0,12 ha bağ sahəsi ayrılmasına dair verilmiş 1 saylı orderin etibarsız hesab edilməsi barədə tələb irəli sürmüşdür. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Ləhiş Bağlar Tikinti X1 5832 saylı 0,12 ha bağ sahəsinin ayrılmasına dair 1 saylı orderin verilməsinə əsas olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli sərəncamının etibarsızlığının müəyyən edildiyi və ya mübahisələndirildiyi iş üzrə materiallardan müəyyən olunmur. Göründüyü kimi, ilkin qeydiyyatın əsasında duran həmin hüquqmüəyyənedici sənəd, yəni Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli sərəncamı ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Həmin hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən göstərilməsi nəzərdə tutulan hüquqi yardım göstərilməklə, orderin verilməsinə əsas olan sərəncamın da mübahisələndirilməsi formasında iddianın dəyişdirilməsi təklif olunsa da sonuncu (və vəklili) bundan imtina edərək, iddiaya verilmiş formada baxılmaqla müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Qeyd olunanların nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı:

İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “orderin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar