Məhkəmə qərarları › İş №e-2-1(112)-387/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-387/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-387/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X5) qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi A.Neymətulla küçəsində yerləşən 300 kv.m torpaq səhəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarına və xx.xx.2003-cü il tarixli alqısatqı aktına əsasən Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi A.Neymətulla küçəsində yerləşən 300 kv.m torpaq səhəsi İddiaçı mülkiyyətinə verilmişdir. Lakin torpaq sahəsinə dair çıxarış olmadığından iddiaçı mülkiyyətçi kimi öz hüquqlarını həyata keçirə bilmir. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarına və xx.xx.2003-cü il tarixli alqı-satqı aktına əsasən iddiaçının mülkiyyətinə verilmiş Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi A.Neymətulla küçəsində yerləşən 300 kv.m torpaq səhəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarış verilməsini cavabdeh orqandan xahiş etməyinə baxmayaraq, müraciəti cavabsız qalmışdır. Göstərilən səbəbdən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, qeyd olunan məsələ ilə bağlı Sizə xx.xx.2022-ci il tarixli **********21 nömrəli məktubla ətraflı cavab verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçı Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi A.Neymətulla küçəsində yerləşən 300 kv.m torpaq səhəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim olunan “Torpaqların alqı-satqısına dair akt” əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin bildirilir ki, qeyd olunan torpaq sahəsinə yerli baxışın aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. “X2 edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilir.

5. Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında” xx.xx.2003-cü il tarixli 252 nömrəli Qərarda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhman küçəsi, ev 16-da pasport qeydiyyatında olan, hazırda Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsində öz şəxsi vəsaiti hesabına inşa etdiyi tikilidə yaşayan İddiaçı Şahbəddiıı oğlunun həmin tikilinin yerləşdiyi 300 kv.m. torpaq sahəsinin alqı-satqı yolıı ilə mülkiyyətinə verilməsi barədə xx.xx.2003-cü il tarixli ərizəsinə, bələdiyyənin Yerli büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyasının xx.xx.2003-cü il tarixli rəyinə və «X2 edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətıılla küçəsində yerləşən 300 kv.m. torpaq sahəsi əlavə edilmiş eskiz əsasında alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir (hər kv m. üçün 20800 manat, ümumi məbləğ 6 240 000 manat ödəmək şərtilə).

6. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə X5 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qaydasında cəlb edilmişdir.

7. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.1999-cu il tarixli Fərmanına əsasən “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının 812 saylı, 31,08.2000-ci il tarixli Sərəncamına uyğun olaraq M.Ə.Rəsulzadə qəsəbəsinin 501.26 ha torpaq sahəsi M.Ə.Rəsulzadə bələdiyyəsinin mülkiyyətinə təhvil verilmişdir. Eyni zamanda qeyd edilir ki, “X2 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsində göstərilir ki, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqəsinin torpaqları hesab edilir. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə sənaye, kommersiya və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri daxildir. Bununla belə həmin Məcəllənin 47-ci maddəsinə görə ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları bələdiyyənin ehtiyat fondu torpaqlarıdır və həmin torpaqlara sərəncam verilməsini, torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Odur ki, Bakı şəhəri Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2003-cü il tarixli ümumi iclasının 252 saylı qərarına əsasən M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsində yerləşən ərazidən alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmiş 300 kv.m. torpaq sahəsi-bələdiyyənin ərazi hüdudları daxilində yerləşir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2002/2023 nömrəli Qərarında qeyd olunmuşdur: “...9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 31 oktyabr 2022-ci il tarixli, e-2(001)-1182/2022 saylı qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarı ilə satılan mübahisəli torpaq sahəsinə dair təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün deyildir. İddiaçı mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun mövcud olmasını, həmin torpaq sahəsində tikililərin olmasını, həmin tikililərdən istifadə etməsini, kirayə verməsini, cavabdeh tərəfindən həmin tikililərin sökülməsini bildirsə də, bu halları və ümumiyyətlə 19 il əvvəl ona ayrılan, yalnız özünün tanıtması ilə yerini müəyyən edə bildiyi torpaq sahəsindən istifadə etməsini təsdiq edə biləcək mötəbər, təkzibolunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi, yalnız iddiaçının özünün tanıtdırdığı torpaq sahəsinə hər hansı bir hüququ yaranmadığından, mövcud olmayan hüququn pozulması da mümkün olmadığından iddiaçının həmin torpaq sahəsinə dair iddialar irəli sürməyə subyektiv hüququ yoxdur. Torpaq sahəsi üzərində hüquqlar, yalnız torpağın qanunla müəyyən olunmuş qaydada ayrılmasından və bu hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranır, belə qeydiyyatın aparılmadığı halda isə dövlət bu hüquqların müdafiəsinə təminat vermir. İddiaçının və ya digər şəxslərin tanıtması ilə deyil, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1, 139.3, 178.1 və 178.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 66, 67 və 68-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1 və 119.1-ci maddələri, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5, 6, 7-ci maddəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin mülkiyyət hüququna dair oxşar qərarlarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır... ...15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-848/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıya verilmiş torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün mötəbər sənəd rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri tərəfindən tərtib olunmuş yerin planı və ölçüsü sənədi ola bilərdi. Lakin iş materiallarında bu cür sənəd olmamışdır. Torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyənin qərar verməsi, eləcə də müvafiq torpaq şöbəsi tərəfindən mübahisəli torpaq sahəsinin yerquruluşu işlərinin aparılması müəyyən olunmur. Ona görə də birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139-1.1.1-ci, Torpaq Məcəlləsinin 66, 67 və 68-ci, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 5, 6 və 7-ci, “X2 edilməsi haqqında” Qanunun 5.1, 6.2 və 6.5-ci, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1, 13-1, 15, 16, 22 və 23-cü, MPM-nin 14.2, 77.1, 88, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.... ... 36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayəti dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

38. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq ekspert rəyinə istinad etməklə hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən bələdiyyənin qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etməyin mümkün deyildir, torpaq sahəsinin coğrafi yerləşmə yerini müəyyən etmək üçün yalnız iddiaçının tanıtmasını kifayət hesab etmək olmaz. İşdən görünür ki, iddiaçıya təklif olunan torpaq sahəsinin planı bələdiyyənin əməkdaşları tərəfindən hazırlanmışdır, cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşdiyi müəyyən edilmiş, torpaq sahəsinin mülkiyyət növünün müəyyən edilməsi isə mümkün olmamışdır. İş materiallarında həmin ərazinin bələdiyyənin mülkiyyətində olması da müəyyən edilmir. Şərh olunan hallara əsasən məhkəmə düzgün olaraq iddiaçının hazırkı iddia tələbləri ilə çıxış etməyə subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir

39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə subyektiv hüququnun olmaması əsası ilə hazırkı ididanın rədd olunması həmin torpaq sahəsinə cavabdehin hər hansı hüququnun olması və ya əmələ gəlməsi anlamına gəlmir.

40. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.”

9. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

11. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

13. X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

14. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

15. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

16. X8 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

18. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

19. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

20. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

22. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Neymətulla küçəsində yerləşən 300 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edir.

23. İddiaçı iddia tələbinin təmin edilməsi üçün əsas olaraq Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında” xx.xx.2003-cü il tarixli 252 nömrəli Qərarına istinad etmişdir. Belə ki, Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “Vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə satılması haqqında” xx.xx.2003-cü il tarixli 252 nömrəli Qərara əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsində yerləşən 300 kv.m. torpaq sahəsi əlavə edilmiş eskiz əsasında hər kv m. üçün 20800 manat, ümumi 6 240 000 manat ödəmək şərtilə alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir.

24. Məhkəmə müəyyən edir ki, hazırki iddia tələbinin predmeti olan torpaq sahəsi (Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Neymətulla küçəsində yerləşən 300 kv.m torpaq sahəsi) ilə bağlı İddiaçı və üçüncü şəxs X5 arasında mülki mübahisə mövcuddur.

25. İddiaçı cavabdeh X4 qarşı iddia tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2002/2023 nömrəli Qərarında qeyd olunmuşdur: “...9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 31 oktyabr 2022-ci il tarixli, e-2(001)-1182/2022 saylı qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarı ilə satılan mübahisəli torpaq sahəsinə dair təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün deyildir. İddiaçı mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun mövcud olmasını, həmin torpaq sahəsində tikililərin olmasını, həmin tikililərdən istifadə etməsini, kirayə verməsini, cavabdeh tərəfindən həmin tikililərin sökülməsini bildirsə də, bu halları və ümumiyyətlə 19 il əvvəl ona ayrılan, yalnız özünün tanıtması ilə yerini müəyyən edə bildiyi torpaq sahəsindən istifadə etməsini təsdiq edə biləcək mötəbər, təkzibolunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi, yalnız iddiaçının özünün tanıtdırdığı torpaq sahəsinə hər hansı bir hüququ yaranmadığından, mövcud olmayan hüququn pozulması da mümkün olmadığından iddiaçının həmin torpaq sahəsinə dair iddialar irəli sürməyə subyektiv hüququ yoxdur. Torpaq sahəsi üzərində hüquqlar, yalnız torpağın qanunla müəyyən olunmuş qaydada ayrılmasından və bu hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranır, belə qeydiyyatın aparılmadığı halda isə dövlət bu hüquqların müdafiəsinə təminat vermir. İddiaçının və ya digər şəxslərin tanıtması ilə deyil, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1, 139.3, 178.1 və 178.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 66, 67 və 68-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1 və 119.1-ci maddələri, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5, 6, 7-ci maddəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin mülkiyyət hüququna dair oxşar qərarlarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır... ...15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-848/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıya verilmiş torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün mötəbər sənəd rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri tərəfindən tərtib olunmuş yerin planı və ölçüsü sənədi ola bilərdi. Lakin iş materiallarında bu cür sənəd olmamışdır. Torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyənin qərar verməsi, eləcə də müvafiq torpaq şöbəsi tərəfindən mübahisəli torpaq sahəsinin yerquruluşu işlərinin aparılması müəyyən olunmur. Ona görə də birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139-1.1.1-ci, Torpaq Məcəlləsinin 66, 67 və 68-ci, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 5, 6 və 7-ci, “X2 edilməsi haqqında” Qanunun 5.1, 6.2 və 6.5-ci, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1, 13-1, 15, 16, 22 və 23-cü, MPM-nin 14.2, 77.1, 88, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.... ... 36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayəti dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

38. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq ekspert rəyinə istinad etməklə hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən bələdiyyənin qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etməyin mümkün deyildir, torpaq sahəsinin coğrafi yerləşmə yerini müəyyən etmək üçün yalnız iddiaçının tanıtmasını kifayət hesab etmək olmaz. İşdən görünür ki, iddiaçıya təklif olunan torpaq sahəsinin planı bələdiyyənin əməkdaşları tərəfindən hazırlanmışdır, cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidə yerləşdiyi müəyyən edilmiş, torpaq sahəsinin mülkiyyət növünün müəyyən edilməsi isə mümkün olmamışdır. İş materiallarında həmin ərazinin bələdiyyənin mülkiyyətində olması da müəyyən edilmir. Şərh olunan hallara əsasən məhkəmə düzgün olaraq iddiaçının hazırkı iddia tələbləri ilə çıxış etməyə subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir

39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə subyektiv hüququnun olmaması əsası ilə hazırkı ididanın rədd olunması həmin torpaq sahəsinə cavabdehin hər hansı hüququnun olması və ya əmələ gəlməsi anlamına gəlmir.

40. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.”

26. Məhkəmə nəzərə alır ki, tərəflər arasında mövcud olan mülki mübahisə ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya (İddiaçı) verilmiş torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün mötəbər sənəd rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri tərəfindən tərtib olunmuş yerin planı və ölçüsü sənədi ola bilərdi. Lakin iş materiallarında bu cür sənəd mövcud deyil. Belə ki, iddiaçıya Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 saylı qərarı ilə satılan mübahisəli torpaq sahəsinə dair təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Torpaq sahəsinin coğrafi yerləşmə yerini müəyyən etmək üçün yalnız iddiaçının tanıtmasını kifayət hesab etmək olmaz.

27. Məhkəmə nəzərə alır ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən (torpaq sahəsinin koordinatları göstərilməklə) cizginin iddiaçı tərəfindən təqdim edilməsi məqsədilə məhkəmə iclası təxirə salınmışdır. Buna baxmayaraq məhkəməyə torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən hər hansı cizgi təqdim edilməmişdir.

28. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən istinad olunan hüquqmüəyyənedici sənəddə (Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 252 nömrəli Qərarında) torpaq sahəsinin İddiaçı istifadəsinə verildiyi qeyd olunsa da, mübahisələndirilən torpaq sahəsi iddiaçının faktiki və qanuni istifadəsində deyil, eləcə də torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən cizgi mövcud deyildir. İddiaçı tərəfindən göstərilən torpaq sahəsinə faktiki sahiblik digər şəxslər tərəfindən həyata həyata keçirilir. Odur ki, qanunverici vətəndaşların qanuni istifadəsində olan torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini müəyyən etdiyindən və mübahisələndirilən torpaq sahəsi hazırda iddiaçının qanuni sahibliyində və istifadəsində olmadığından iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasını və üçüncü şəxsin qeyd olunan torpaq sahəsi üzərində hüquqlarının ləğvini tələb etməsi üçün “qanuni gözləntisi” yoxdur. Belə ki, hazırda iddiaçının hüquqi vəziyyəti tələbin hüquqi əsasını təşkil edən disposiziya şərtinə uyğun gəlmir.

29. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz.

30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar