Məhkəmə qərarları › İş №e-2-1(112)-3870/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3870/2025

18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3870/2025 18.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 18 sentyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X2 (bundan sonra – iddiaçı) ilkin olaraq xx.xx.2024-cü il tarixində ümumi xəstəliklər səbəbi ilə 2 il müddətinə, orqanizm funksiyalarının pozuntusu faizi 60%, diqnozun mətni: Əsas diaqnoz G20 Parkinson xəstəliyi. Parkinson xəstəliyi. Əsmə-rigid forma.XEN sşalası üzrə 4 bal, meyar: 6.6.1.1-ci bənd, XBT kodu: G20 6.Sinir sistemi xəstəlikləri=>Ekstrapiramid və digər hərəki pozğunluqlar=>Parkinson xəstəliyi=>ümumən hərəkətin mülayim pozulması, dönmə zamanı tarazlığın pozulması (Hoehh və Yahr şkalası üzrə xəstəliyin İİİ mərhələsi)=> əlillik təyin edilmişdir. İddiaçı ona təyin edilmiş əlilliyin dərəcəsinin dəyişdirilməsi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçını xx.xx.2024-cü il tarixdə əyani müayinə edərək xx.xx.2024-cü il tarixli qərarla iddiaçıya xx.xx.2024-cü il tarixdə eni diaqnozla orqanizm funksiyalarının 60% pozulması ilə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xahiş edirlər iddiaçıya 2-ci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilib) Tələb onunla əsaslandırılmışdır ki, 2013-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkir. Azərbaycanda bir çox xəstəxanalarda müalicə olunmuşdur. Amma xəstəliyinə dair düzgün diaqnoz ala bilməmişdir. 2018-ci ildə ailə üzvlərinin maddi köməkliyi ilə Rusiya Fedarasiyasına müalicə olunmağa və xəstəliyinin dəqiq müəyyən edilməsi üçün getmişdir. Nəhayət Rusiyada bilinmişdir ki, onun xəstəliyinin adı Parkinsondur. 2018-ci ildən 2023-cü ilədək ölkəmizdə müxtəlif xəstəxanalarda müalicələr almışdır. Lakin, bütün bu müalicələrin heç bir faydası olmamışdır. 2023-cü ildə isə yenə ailə üzvlərinin maddi köməkliyi ilə Türkiyə Respublikasında həmin xəstəliyə görə əmiliyyat olunmuşdur. Bütün bu müalicə və əməliyyatlara baxmayaraq sağlıq vəziyyəti yenə də ağır olaraq qalmaqdadır. Hətta günü gündən daha da ağırlaşmaqdadır. Əl və ayaqları demək olar ki, işləmir, dili tutulur, danışa və sərbəst hərəkət edə bilmir, həmçinin ümumi əmək qabiliyyətinin demək olar ki, 100 faiz yararsız haldadır. Müstəqil olaraq özü ayağa qalxa bilmir və yeriyə bilmir. Həmçinin şəkərli diabet və yüksək qan təzyiq xəstəliyi də ona əlavə ağrılar verir. Bu səbəbdən 2023-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müraciət edərək ona birinci qrup əlilliyin təyin edilməsi üçün xahiş etmişdir. Amma parkinson xəstəliyinə dair diaqnoz 2019-cu ildə müəyyən olunmuşdur. Cavabdeh qurum əyani müayinə və lazımı ekspertiza keçirmədən ona 31 iyul 2024-cü il tarixdən 3-cü dərəcəli əllilik təyin etmişdir. Lakin, o bununla razılaşmamışdır. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Ona 3-cü qrup təyin edilmiş əlilliyin dərəcəsi düzgün müəyyən edilməmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının xəstəliyinin diaqnozunu “G20 Parkinson xəstəliyi, Parkinson xəstəliyi.Rigid-akinetik forma.XEN-YAN şkalası üzrə lll-İV dərəcə” təşkil edir. Qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.6.1.1-ci bəndi ilə yəni, ümumən hərəkətin mülayim pozulması, dönmə zamanı tarazlığın pozulması (Hoehn və Yahr şkalası üzrə xəstəliyin İİİ mərhələsi) uyğunluq təşkil etmişdir. Hoehn və Yahr şkalası üzrə xəstəliyin İİİ mərhələsinin xüsusiyyətləri tarazlıq problemlərindən, hərəkət zamanı kömək olmadan çətinliklə müstəqil dura bilməkdən ibarətdir. İddiaçının əlillik vəziyyəti həm tibbi sənədlər, həm də əyani müayinə əsasında qeyd edilən meyarla uyğunluq təşkil etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin işirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarla ona təyin edilmiş əlillik dərəcəsinin dəyişdirilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçıya əlillik təyin edilməsi ilə bağlıdır və iddiaçı həmin qərarlar qismən, yəni orqanizmin funksiyalarının pozulma faizi ilə razılaşmır ki, onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddianın növünün mübahisələndirmə haqqında iddia olması, həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən məhkəmələrə göndərilən icmal məktubunda da qeyd edilmişdir. Belə ki, icmal məktubuna əsasən “əlilliyi müəyyən edilmiş şəxslərin sosial təminat hüquqları məhz əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi), səbəbi və müddətindən asılı olaraq fərqləndirildiyindən, həmin komponentlər mütləq qaydada əlilliyin müəyyən edilməsi barədə inzibati aktda qeyd edilir. Sosial təminat hüquqlarının praktiki reallaşdırılmasına birbaşa təsir etdiyindən, bəzi hallarda əlillliyi müəyyən edilmiş şəxslərin əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi), səbəbi və müddəti ilə razılaşmamaqla onların dəyişdirilməsi barədə müraciətləri məhkəmə mübahisəsinin predmetinə çevrilir. Əlilliyin müəyyən edilməsi barədə qərarın dəyişdirilməsi mübahisələndirmə növündə iddia olmaqla, mübahisələndirmə haqqında digər iddialarda olduğu kimi, məhkəməyə bu məzmunlu iddia ilə müraciət hüququ da müddətlə bağlı məhdudiyyətlərə tabedir (bənd 60-62)” İddiaçıya əlillik xx.xx.20024-cü il tarixli qərarla təyin edilmişdir və iddiaçı həmin qərarla müəyyən edilmiş əlilliyin dərəcəsinin dəyişdirilməsi ilə bağlı məhkəməyə xx.xx.2024-cü ilı tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı xx.xx.2024-cü il tarixli Bakı Baş Səhiyyə İdarəsi tərəfindən tərtib edilən göndəriş əsasında əlilliyin qiymətləndirilməsi üçün müraciət etmişdir. Həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixində əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlilliyin təyin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçının müraciəti əsasında xx.xx.2024-cü il tarixində əyani müayinə həyata keçirilmiş, nəticədə 2 il müddətinə orqanizmin funksiyalarının 60% pozulması barədə qərar qəbul edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli Bakı Baş Səhiyyə İdarəsi tərəfindən tərtib edilən göndəriş əsasında təkrar müraciət etmişdir. xx.xx.2024-cü il tarixində əlillik vəziyyəti göndəriş əsasında qiymətləndirilmiş və müddətsiz orqanizmin funksiyalarının 60% pozulması barədə qərar qəbul edilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ona 2-ci dərəcə (yəni orqanizmin funksiyalarının 61-80% pozulması ilə) əlilliyin təyin edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. [9] 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Baxılan işin hallarına əsaəsn iddiaçı barəsində rəsmiləşdirilmiş göndərişdə diqanozun mətnu - XBT 10 kodu: Əsas diaqnoz: G20-parkinson xəstəliyi, rigid-akinetik forma, XEN- YAN şkalası üzrə İİİ-İV dərəcə. Ağırlaşma: R26-hərəkətin və yerişin pozulmaları, kordinator funksiyanın pozğunluğu. Yanaşı xəstəliklər: El 1.9-insulindən asılı olmayan şəkərli diabet, ağırlaşmalarsız, şəkərli diabet tip İİ, H35.2-digər proliferativ retinopatiya, OU-Qeyriproliferativ diabetik retinopatiya, VisOD=0,4 k/e (onda dörd), VisOS=0,3 k/e (onda üç), H25.0-başlanğıc qocalıq kataraktarası, OU-başlanğıc katarakta, VisOD=0,4 k/e (onda dörd), VisOS=0,3 k/e (onda üç), F48.0-nevrasteniya, essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİ mərhələ, İ67.2-serebral ateroskleroz” qeyd edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Patalogiya Anatomoiya Birliyi publik hüquqi şəxsinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş T 555/2025 №-li tarixli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçınm əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: G20-parkinson xəstəliyi, rigid-akinetik forma, XEN- YAN şkalası üzrə İİİ-İV dərəcə. Ağırlaşma: R26-hərəkətin və yerişin pozulmaları, kordinator funksiyanın pozğunluğu. Yanaşı xəstəliklər: El 1.9-insulindən asılı olmayan şəkərli diabet, ağırlaşmalarsız, şəkərli diabet tip İİ, H35.2-digər proliferativ retinopatiya, OU-Qeyri-proliferativ diabetik retinopatiya, VisOD=0,4 k/e (onda dörd), VisOS=0,3 k/e (onda üç), H25.0-başlanğıc qocalıq kataraktarası, OU-başlanğıc katarakta, VisOD=0,4 k/e (onda dörd), VisOS=0,3 k/e (onda üç), F48.0-nevrasteniya, essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİ mərhələ, İ67.2-serebral ateroskleroz” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Əyani müayinəsi zamanı ünsiyyətə çətin qoşulur, suallara aydın cavab vermir, çox asta danışır. Əyraflanm hərəkət etdirməsi istənildikdə ayaqlarını hərəkət etdirə bilmədi. Sol qolunu sağ qolun köməkliyi ilə qaldırdı. Ümumən hərəkətləri çox yavaşdır. Əlil arabasındadır. Həmçinin həmin diaqnozların iddiaçıda olması cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda da etiraf edilmişdir və mübahisələndirilmir. Lakin cavabdeh iddiaçının orqanizmin funksiyalarının pozulma faizini düzgün müəyyən etməmişdir. Belə ki, cavabdeh iddiaçıda olan əsas diqanozla müəyyən edilmiş faiz dərəcəsinə, iddiaçıda qeyd edilən yanaşı xəstəliyin faiz dərəcəsini əlavə etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti İddiaçının əsas diaqnozu – XBT kodu – G 20.0 parkinson xəstəliyi. 6.6.1.1. ümumən hərəkətin mülayim pozulması, dönmə zamanı tarazlığın pozulması (Hoehn və Yahr şkalası üzrə xəstəliyin İİİ mərhələsi) – 40-60% Hazırkı işdə cavabdeh qeyd olunan əsas diaqnoz üzrə iddiaçının əlilliyi Meyarların 6.6.1.1-ci bəndinə uyğun olaraq OFP 60% müəyyən etmiş, həmin faizin üzərinə üzə iddiaçıda olan yanaşı xətsəlikə bağlı diaqnozu, yəni insulindən asılı olmayan şəkərli diabetə görə 10% əlavə etməmişdir. Belə olan halda, cavabdeh iddiaçının əsas diaqnozunu OFP faizini 60% deyil, yanaşı xəstəliklərinə görə isə, 10% əlavə edilməklə İİ dərəcə əlillik, yəni OFP 61-80% müəyyən edilməli idi. İddiaçıda olan yanaşı diqanozlar: Yanaşı xəstəlik – XBT kodu – E11 insulindən asılı olmayan şəkərli diabet 11.2.1. - insulindən asılı olmayan şəkərli diabet İddiaçıda olan əsas diqanoz və yanaşı xəstəliklərin hazırda da iddiaçıda müşahidə edilməsi cavabdeh tərəfindən bu diqaqnozların iddiaçıda olması və əlillik təyinatına əsas verməsini mübahisələndirməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Normanın məzmunundan da bəlli olur ki, şəxsdə əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal olduqda hər bir hal ayrılıqda qiymətləndirilir. Qaydaların normalarını hazırkı isə tədbiqi zamanı müəyyən edilir ki, cavabdeh iddiaçıya 2 dərəcə (OFP 61-80%) əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; ... Belə olan halda, cavabdeh iddiaçının əsas diaqnozunu OFP faizini 60% deyil, 61- 80% arası müəyyən etməli idi. İddiaçıda olan əsas diqanoz və yanaşı xəstəliklərin hazırda da iddiaçıda müşahidə edilməsi ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Normanın məzmunundan da bəlli olur ki, şəxsdə əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal olduqda hər bir hal ayrılıqda qiymətləndirilir. Beləliklə iddiaçıda olan əsas diqanoz 60% (Meyarlara əsasən 40-60%-dır.) + 10% yanaşı xəstəliyə görə = OFP 70%. Qaydaların normalarını hazırkı isə tədbiqi zamanı müəyyən edilir ki, cavabdeh iddiaçıya 2 dərəcə (OFP 61-80%) əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-921/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərardadlarında (məhkəmə təcrübəsinin vahidliyi ilə bağlı cavabdehin orqanın kassasiya şikayətinin mümkünsüz hesab edilməsinə dair) məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1428/2024 nömrəli; 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-1148/2024 nömrəli, 2- 1(102)-522/2024 nömrəli; 2-1(102)- 2378/2023 nömrəli; 2-1(102)-2458/2024 nömrəli; 2- 1(102)-2702/2024 nömrəli; 2-1(102)-2636/2024 nömrəli qərardadları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Əlavə olaraq, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-764/2024 nömrəli, 2-1(102)- 671/2024 nömrəli; 2-1(102)-437/2024 nömrəli; 2-1(102)-2500/2023 nömrəli; 2-1(102)-2378/2023 nömrəli qərarları; 2-1(102)-2458/2024 nömrəli; 2-1(102)- 2636/2024 nömrəli; 2-1(102)-2702/2024 nömrəli; 2-1(102)-2950/2024 nömrəli; 2-1(102)- 3098/2024 nömrəli qərardadları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Hazırkı iş üzrə göndərişdə göstərilmiş, apellyasiya məhkəməsinin qərarında sadalanmış iddiaçıya məxsus tibbi sənədlərdə mövcud olan və ekspert rəyində də təsdiqlənmiş diaqnoz əlillik təyinatına əsas verir” Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı təyin edilmiş 3-cü dərəcə əlilliyin dəyişdirilərək 2-ci dərəcə əlillik (orqanizmin funksiyalarının 61-80% pozulması) təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar