Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3883/2023 20.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi (hüquq idarəsinin məhkəmə işlərinin təşkili şöbəsinin baş hüquqşünası) X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 22 sentyabr 2022-ci il tarixli, **********740300 nömrəli və 22 fevral 2022-ci il tarixli **********860100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasf İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********740300 nömrəli və xx.xx.2022-ci il tarixli, **********860100 nömrəli qərarına əsasən, İddiaçınə 2021-ci ilin iyul ayı üçün 48.033,87 manat, avqust ayı üçün 74.955,1 manat məbləğində ƏDV üzrə kameral qaydada vergi hesablanmışdır. Belə ki, İddiaçı xx.xx.2021-ci ildə "X3” MMC ilə 266.854,85 manat (ƏDV-si 48.033,89 manat), xx.xx.2021-ci ildə "Gomen Group” MMC ilə 246.289,86 manat (ƏDV-si 44.332,17 manat) və xx.xx.2021-ci ildə "Karma Servis” MMC ilə 170.127,4 manat (ƏDV-si 30.622,93 manat) məbləğində alqı-satqı müqaviləsi bağlamışdır. Elektron qaimə-faktura əsasında "X3” MMC (VÖEN: **********) tərəfindən "konteynerlər” , "çadır dəstləri", "dəmir seyflər”, "kovrolitlər" və s. mallar, "Gomen Group” MMC (VÖEN: **********) tərəfindən "iki mərtəbəli dəmir çarpayılar", "dəmir karkaslı oturacaqlar", "dəmir karkaslı masalar", "dəmir çarpayılar döşək ilə” və s. mallar və "Karma Servis” MMC (VÖEN: **********) tərəfindən "dəmir steHajlar”, "yazı löhvələri”, "kreslolar (müxtəlif növdə)”, "dəmir karkaslı masalar", "dəmir çarpayılar döşək ilə” və s. mallar təqdim edilmişdir. Qeyd olunan müəssisələrlə bağlanmış müqavilə üzrə ödənişlər cari bank hesabında ƏDV depozit hesabına ödənilmişdir. Daha sonra aparılmış əməliyyatlar üzrə ƏDV əvəzləşdirilmələri yerinə yetirilmişdir. Lakin bir müddət sonra vergi orqanı aparılan əməliyyatlar üzrə ƏDV əvəzləşdirilmələrini nəzərə almamış, 2021-ci il üçün iyul ayı üzrə əvəzləşmə üçün təqdim edilmiş EBBE seriyalı, 448424 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi və qeyd edilən elektron qaimə-faktura üzrə ƏDV məbləğinin əvəzləşdirdiyini nəzərə alaraq 2021-ci ilin iyul ayı üçün 48.033,87 manat məbləğində, 2021-ci il üçün avqust ayı üzrə əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı, 860842 nömrəli, EBBG seriyalı 169103 nömrəli, EBBG seriyalı, 166217 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi və qeyd edilən elektron qaimə- fakturalar üzrə ƏDV məbləğlərinin əvəzləşdirildiyini nəzərə alaraq 2021-ci ilin avqust ayı üçün 74.955,1 manat məbləğində kənarlaşmanın olması vergidən yayınma halı kimi qiymətləndirilmişdir. İddiaçı hesab edir ki, inzibati orqan tərəfindən 2021-ci il üçün iyul ayı üzrə əvəzləşmə üçün təqdim edilmiş EBBE seriyalı, 448424 nömrəli elektron qaimə-faktura üzrə, 2021-ci il üçün avqust ayı üzrə EBBG seriyalı, 860842 nömrəli, EBBG seriyalı, 169103 nömrəli, EBBG seriyalı, 166217 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatların riskli hesab olunması tamamilə absurddur və heç bir hüquqi əsası yoxdur. İlk növbədə onu qeyd edilir ki, AR VM-in 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Vergi orqanı hesab etmişdir ki, İddiaçı 2021-ci ilin iyul və avqust aylarında qeyd olunan adda malları alması müəyyən edilməmiş və bu səbəbdən yuxarıda qeyd edilən əməliyyatlar əmtəəsiz əməliyyatlardır. Halbuki həmin mallar iddiaçıya təqdim edilmiş və öz növbəsində malların dəyəri həmin şirkətlərə ödənilmişdir. Təsdiq edilmiş elektron qaimələrə və təhvil-təslim aktlarına əsasən, qeyd olunan mallar İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi HC-də yerləşən anbarına təhvil verilmişdir. Məhkəmənin diqqətinə çatdırılmışdır ki, "X3" MMC, "xxxx" MMC və "Gomen Group” MMC-dən alınmış həmin mallar daha sonra iddiaçı tərəfindən AR DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsi (VÖEN **********) və Ədliyyə Nazirliyinin Pentensiar Xidmət (VÖEN **********) ilə bağlanmış müqaviləyə əsasən satılmışdır. Bununla da bağlı mühisabatlıq sənədləri vergi orqanına təqdim edilmişdir. İnzibati orqan qərarlarında bunu digər tərəflərin ("X3” MMC, "Karma Servis” MMC və "xxxx" MMC-nin) riskli vergi ödəyiciləri olması ilə əsaslandırsa da, xüsusilə qeyd etmişdir ki, iddiaçı ilə həmin müəssisələr arasında aparılmış əməliyyatlar onların riskli vergi ödəyiciləri siyahısına salınmasından əvvəl olmuşdur. Bu barədə məlumat əldə etdikdən sonra həmin şirkətlərlə əməliyyatlar dayandırılmışdır.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 sentyabr 2021-ci il tarixli, **********740300 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2021-ci ilin iyul ayı üçün təqdim edilmiş ƏDV hesabatına əsasən 48.033,98 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, ƏDV bəyannaməsində (07.2021) əvəzləşmə üçün təqdim edilmiş EBBE seriyalı 448424 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 48.033,87 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 48.033,87 manat kənarlaşma yaranmışdır.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 fevral 2022-ci il tarixli, **********860100 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2021-ci ilin avqust ayı üçün təqdim edilmiş ƏDV hesabatına əsasən 74.955,10 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, ƏDV bəyannaməsində (08.2021) əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 860842 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 30.622,93 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 30.622,93 manat kənarlaşma yaranmışdır.ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı 169103 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaimə faktura üzrə 30.030,09 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 30030.09 manat kənarlaşma yaranmışdır. İddiaçı tərəfindən ƏDV bəyannaməsində əvəzlənmə üçün təqdim olunmuş EBBG seriyalı 166217 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 14.302,08 manat ƏDV məbləğinin İddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 14.302,08 manat kənarlaşma yaranmışdır.
5. Həmin qərardan İddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə verilmiş inzibati şikayət Xidmətin 06 iyun 2022-ci il tarixli, **********701100 nömrəli qərarı ilə təmin edilməmişdir. Qərar onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən Şirkətin xx.xx.1997-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2001-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı, ərizəsinə əsasən əsas fəaliyyət növünün "sair mebellərin istehsalından ibarət olduğu, ünvan 1 ünvanında yerləşən əsas sahəsi 1000,0 kv.metr olan “İstehsal” adlı təsərrüfat obyektinin vergi orqanında xx.xx.2005-ci il tarixdən qeydiyatda olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı Şirkət tərəfindən 2021-ci il üçün iyul ayı üzrə əvəzləşmə üçün təqdim edilmiş EBBE seriyalı, 448424 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi və qeyd edilən elektron qaimə-faktura üzrə ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq 2021-ci ilin iyul ayı üçün 48033,87 manat məbləğində kənarlaşmanın olması vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Eyni zamanda 2021-ci il üçün avqust ayı üzrə əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı, 860842 nömrəli, EBBG seriyalı 169103 nömrəli, EBBG seriyalı, 166217 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdiriİməyə əsas vermədiyi və qeyd edilən elektron qaimə-fakturalar üzrə ƏDV məbləğlərinin əvəzləşdirildiyini nəzərə alaraq 2021-ci ilin avqust ayı üçün 74955,1 manat məbləğində kənarlaşmanın olması vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********795700 nömrəli və xx.xx.2022-ci il tarixli **********799700 nömrəli məktublar göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, müvafiq dəqiqləşdirilmiş bəyannamə və uyğunsuzluq barədə əsaslandırılmış izahat təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin iyul ayı üçün 48033,98 manat, 2021ci ilin avqust ayı üçün 74955,1 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********740300 nömrəli və xx.xx.2022-ci il tarixli **********860100 nömrəli qərarlar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Araşdırma zamanı Şirkət ilə "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında elektron qaimə-faktura əsasında 2021ci ilin iyul ayı ərzində 266854.85 (ƏDV-si 48033,89 manat) məbləğində “Konteynerlər”, “Çadır dəstləri", “Dəmir seyflər", "Kovrolitlər” və.s adlı mallar təqdim edildiyi, təqdim edilmiş elektron qaimə- fakturalar əsasında əvəzləşdirmə əməliyyatının aparıldığı müəyyən edilmişdir. Eyni zamanda 2021-ci ilin avqust ayı ərzində elektron qaimə-fakturalar əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında 246289,86 manat (ƏDV-si 44332,17 manat) məbləğində “İki mərtəbəli dəmir çarpayılar”, “Dəmir karkaslı oturacaqlar”, “Dəmir karkaslı masalar”, "xxxx" və.s adlı mallar və "KARMA SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında 170127,4 manat (ƏDV-si 30622,93 manat) “Dəmir stellajlar”, “Yazı lövhələri", “Kreslolar (müxtəlif növdə)", “Dəmir karkaslı masalar", “Dəmir çarpayılar döşək ilə" və sair Şirkətin mallar aldığı, əldə edilmiş elektron qaimə-fakturalar əsasında ƏDV məbləğlərinin əvəzləşdirildiyi müəyyən edilmişdir. Elektron qaimə-faktura məlumatlarına əsasən Şirkət tərəfindən "X3" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Konteynerlər”, “Çadır dəstləri", “Dəmir seyflər”, “Kovrolitlər”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “İki mərtəbəli dəmir çarpayılar", “Dəmir karkaslı oturacaqlar”, “Dəmir karkaslı masalar”, "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Dəmir stellajlar”, “Yazı lövhələri”, “Kreslolar(müxtəlif növdə)”, “Dəmir karkaslı masalar”, "xxxx"və.s mallar alınmasına baxmayaraq həmin vergi ödəyicilərinin 2021-ci ilin iyul və avqust aylarında qeyd olunan adda mallar alması müəyyən edilməmiş və bu səbəbdən yuxarıda qeyd edilən əməliyyatlar əmtəəsiz əməliyyat hesab edilmişdir. "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və KARMA SERVİS” Məhdud Məsuliyyətli CəmiyyətiNİN fəaliyyələrinin araşdırılması zamanı aldıqları və təqdim etdikləri malların vergi ödəyicilərinin iqtisadi göstəricilərinə uyğun olmadığı, yəni çeşid fərqi yarandığı müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”na uyğun olaraq vergi orqanın xx.xx.2021-ci il tarixli **********724500 nömrəli, xx.xx.2021-ci il tarixli **********824100 nömrəli və xx.xx.20212-ci il tarixli **********963100 nömrəli qərarları ilə riskli vergi ödəyiciləri hesab edilmişdir. Beləliklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti hesab etmişdir ki, Lokal Gəlirlər Baş idarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********740300 nömrəli və xx.xx.2022-ci il tarixli **********860100 nömrəli qərarları dəyişdirilmədən saxlanılmalıdır.
6. Dövlət Vergi Xidmətinin qeyd edilən qərarından iddiaçı tərəfindən verilmiş inzibati şikayət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası tərəfindən eyni əsaslarla xx.xx.2022-ci il tarixli qərarla dəyişdirilmədən saxlanmışdır.
7. İddiaçı tərəfindən iddia tələbində mübahisələndirilən qərarın tarixinə dair yol verilmiş formal xəta aradan qaldırılmışdır.
8. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, kameral vergi yoxlaması zamanı şirkət tərəfindən 2021-ci il üçjn iyul ayı üzrə əvəzləşmə üçün təqdim edilmiş EBBE seriyalı, 448424 nömrəli elektron caimə-faktura üzrə aparı ın əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi və qeyd ediləı elektron qaiməfaktura üzrə ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq 2021-ci ilin iyul ayı üçün 48033,87 manat məbləğində kənarlaşmanın olması vergidən yayınma halı kimi qiynK Jəndirilmişdir. Eyni zamanda 2021-ci il üçün avqust ayı üzrə əvəzləşmə üçün təqdim edilmiş EBBG seriyalı, 860842 nömrəli, EBBG seriyalı 169103 nömrəli, EBBG seriyal 166217 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzi əvəzləşdirilməyə əsas vermədiyi və qeyd edilən elektron qaimə-fakturalar üzrə ƏDV məbləğlərinin əvəzləşdirildiyini nəzərə alaraq 2021-ci ilin avqust ayı üçün 74955,1 manat məbləğində kənarlaşmanın olması vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********95700 nömrəli və xx.xx.2022-ci il tarixli **********799700 nömrəli məktublar göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, müvafiq dəqiqləşdirilmiş bəyannamə və uyğunsuzluq barədə əsaslandırılmış izahat təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin iyul ayı üçün 48.033,98 manat, 2021-ci ilin avqust ayı üçün 74955,1 manat vergi məbl ği hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesa lanması barədə” xx.xx.2021-ci il tarixli **********740300 nömrəli və xx.xx.2022-ci il tarixli **********860100 nömrəli qərarlar qəbul edilərək vergi ödəyicisinə ç öndərilmişdir. Araşdırma zamanı şirkət ilə "X3" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında elektron qaimə-faktura əsasında 2021-ci ilin iyul ayı ərzində 266854,85 manat (ƏDV-si 48.033,89 manat) məbləğində “Konteynerlər” “Çadır dəstləri”, "Dəmir seyflər”, “Kovrolitlər” və s. adlı mallar təqdim edildiyi, təqdim edilmiş elektron qaimə- fakturalar əsasında əvəzləşdirmə əməliyyatının aparıldığı müəyyən edilmişdir. Eyni zamanda 2021-ci ilin avqust ayı ərzində elektron qaimə-fakturalar əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında 246289,86 manat (ƏDV-si 44.332,17 manat) məbləğində “İki mərtəbəli dəmir çarpayılar, “Dəmir karkaslı oturacaqlar”, “Dəmir karkaslı masalar”, "xxxx" və s. adlı mallar və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) arasında 170.127,4 mana (ƏDV-si 30.622,93 manat) “Dəmir stellajlar”, “Yazı lövhələri”, “kreslolar (müxtəlif növdə), “Dəmir karkaslı masalar”, "xxxx" və sair Şirkətin mallar aldığı, əldə dilmiş elektron qaimə-fakturalar əsasında ƏDV məbləğlərinin əvəzləşdirildiyi müəyyən edilmidir. Elektron qaimə-faktura məlumatlarına əsasən şirkət tərəfindən "X3" Məhdud Məsuliyyətli Cəmiyyətindən “Konteynerlər”, “Çadır dəstləri”, “Dəmir seyflər", “Kovrolitlər”, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “İki mərtəbəli dəmir çarpayılar”, “Dəmir karkaslı oturacaqlar”, “Dəmir karkaslı masalar”, "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən "Dəmir stellajlar", “Yazı lövhələri”, “Kreslolar (müxtəlif növdə)”, “Dəmir karkaslı masalar”, "xxxx" və s. mallar alınmasına baxmayaraq həmin vergi ödəyicilərinin 2021-ci ilin yul və avqust aylar ıda qeyd olunan adda mallar alması müəyyən edilməmiş və bu subəbdən yuxarıda qeyd idilən əməliyyatlar əmtəəsiz əməliyyat hesab edilmişdir. “X3" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətlərinin araşdırılması zamanı aldıqları və təqdim etdikləri malların vergi ödəyicilərinin iqtisadi göstəricilərinə uyğun olmadığı, yəni çeşid fərqi yarandığı müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Мeyarları”nа uyğun olara vergi orqanının xx.xx.2021-ci il tarixli **********724500 nömrəli xx.xx.2021-ci il tarixli **********824100 nömrəli və xx.xx.2021-ci il tarixli **********963100 nömrəli qərar ırı ilə riskli vergi ödəyiciləri hesab edilmişdir.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı ilə vergi ödəyicisi “X3" MMC (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
11. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC (VÖEN **********1) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
12. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
13. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
14. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. Mübahisələndirilən aktlar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
16. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarlar üzrə iddiaçı yuxarı inzibati orqana müraciətlər etmiş, yuxarı inzibati orqanın apellyasiya şurasının yekun xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. Həmin qərar iddiaçıya poçt vasitəsilə xx.xx.2022-ci ildə çatdırılmışdır. İddiaçı məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir.
17. Vergi orqanının mübahisələndirilən qərarları eyni əsaslara söykənməklə fərqli dövrlərə (2021-ci ilin və avqust ayları) aiddir. Odur ki, mübahisələndirilən qərarlar bir-biri ilə əlaqədardır, bir cavabdehə yönəlib və eyni məhkəməyə aiddir, odur ki, həmin tələblər bir iddiada birləşdirilə bilər.
18. İPM-in 37-ci maaddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.
19. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
20. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 sentyabr 2021-ci il tarixli, **********740300 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2021-ci ilin iyul ayı üçün təqdim edilmiş ƏDV hesabatına əsasən 48.033,98 manat əlavə vergi hesablanmışdır
21. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 fevral 2022-ci il tarixli, **********860100 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2021-ci ilin avqust ayı üçün təqdim edilmiş ƏDV hesabatına əsasən 74.955,10 manat əlavə vergi hesablanmışdır.
22. İddiaçının 2021-ci ilin iyul və avqust ayları hesabat dövrü üzrə təqdim etdiyi bəyannaməyə əsasən malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə 48.033,98 və 74.955,10 manat əlavə vergi məbləği (əlavə dəyər vergisi) hesablanmışdır.
23. Mübahisənin yaranmasının səbəbi "xxxx" MMC, “X3" MMC və "xxxx" MMC ilə aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
24. Dövlət Vergi Xidməti tərəfindən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********824100 nömrəli, “X3" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********724200 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********963100 nömrəli qərarlar qəbul edilmişdir.
25. Həmin əməliyyatlar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır.
26. Cavabdeh tərəfindən riskli hesab edilən vergi ödəyiciləri “"xxxx" MMC, “X3" MMC və "xxxx" MMC riskli əməliyyat apardığı tarix aralıqlarında məhz İddiaçınə təqdim etdikləri mallar (iş, xidmət) üzrə elektron qaimə-fakturalarda qeyd olunan malların e-qaimə üzrə alışında müəyyən edilməməsi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı halının konkret olaraq iddiaçıya münasibətdə müəyyən edilməsinə dair sübutlar təqdim edilməmişdir.
27. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
29. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC (VÖEN **********), “X3" MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********1) riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin ("xxxx" MMC, “X3" MMC və "xxxx" MMC) digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.
30. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
31. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
32. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
33. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 sentyabr 2021-ci il tarixli, **********740300 nömrəli və 22 fevral 2022-ci il tarixli, **********860100 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva