Məhkəmə qərarları › İş №e-2-1(112)-3915/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-3915/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3915/2025 09.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil, üçüncü şəxsin nümayəndəsi, vəkil Nümayəndə iştirakı, X1 tərcüməçiliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs – X5) “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və çıxarışın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 97 saylı evin 38 saylı mənzilinin 1/10 hissəsi üzərində mərhum X4 mülkiyyət hüquqlarının qeydə alınması barədə ********** saylı, xx.xx.2020-ci il tarixli qeydin və həmin qeyd əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum anası Rakiya Alimova xx.xx.1996-cı il tarixdə özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 97 saylı evin 38 nömrəli mənzilini iddiaçıya vəsiyyət etmişdir. X6 4 oğlu - Vitaliy, Viktor, Boris və İddiaçılar olmuşdur. X2 01 iyul 2002-ci il tarixdə vəfat etmişdir. xx.xx.2016cı il tarixdə Bakı şəhəri 38 saylı xüsusi notariat ofisi tərəfindən V-15 nömrəli vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işi üzrə notarial orqan tərəfindən xx.xx.2016-cı il tarixli, 2V-42 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərək qeyd olunan miras əmlakın 7/10 hissəsi üzərində iddiaçının, 1/10 hissəsi üzərində Vitaliy Alimovun, 1/10 hissəsi üzərində Viktor Alimovun vərəsəlik hüquqları tanınmış, yerdə qalan miras əmlakın 1/10 hissəsi üzərində isə məcburi payda hüququ olan Boris Alimovun adına açıq pay saxlanılmışdır. Daha sonra X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Boris Alimovun özünə və vərəsələrinə aid edilən qanunla nəzərdə tutulan müddətlər bitdikdən sonra iddiaçı notariat ofisinə müraciət edərək Boris Alimovun adına açıq saxlanılmış 1/10 hissənin də ona verilməsini xahiş etmişdir. 38 saylı xüsusi notariat ofisi xx.xx.2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, Alimov Boris miras əmlakı faktiki qəbul etdiyindən, həmin 1/10 hissəyə vərəsəlik şəhadətnaməsinin iddiaçıya verilməsi mümkün deyildir. Bundan sonra iddiaçı Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 97 saylı evin 38 nömrəli mənzilində mərhum X4 adına açıq saxlanılmış 1/10 hissədə payın onun vərəsəlik payına əlavə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2776/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 97 saylı evin 38 nömrəli mənzilində mərhum X4 adına açıq saxlanılmış 1/10 hissədə payın iddiaçının payına əlavə edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilmiş və iddiaçının adına həmin paya dair vərəsəlik şəhadətnaməsi verilmiş, daha sonra isə cavabdeh tərəfindən mülkiyyət hüquqları tanınaraq reyestrdən çıxarış verilmişdir. Bundan sonra Boris Alimovun arvadı Marina Popova həmin qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə 9 saylı Notariat Kontoruna müraciət edərək mərhum ərinin mülkiyyətində olan 97 saylı evin 38 nömrəli mənzilinin 1/10 pay hissəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır və daha sonra həmin pay üzərində onun mülkiyyət hüquqları qeydə alınmışdır. Həqiqətən də, mülki işin məhkəmədə araşdırılması zamanı həmin mənzillə bağlı sənədlər təqdim edildikdə məlum olub ki, xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən mərhum X3 adına sözügedən mənzilin 1/10 hissə üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Cavabdeh mərhum Boris Alimovun adına mülkiyyət hüquqlarını qeydə alarkən kobud səhvə yol vermişdir. Belə ki, digər mülki işdə müəyyən olunmuşdur ki, Boris Alimov heç bir zaman anasından qalan miras əmlakın qəbulu üçün notarial orqana müraciət etməmiş, bununla bağlı hər hansı ərizəsi və müraciəti olmamışdır. Boris Alimov notarial orqana öz iradə ifadəsini bildirməmiş, miras əmlakı qəbul edibetməyəcəyi barədə hər hansı ərizə verməmişdir. Beləliklə, Qanun üzrə Vərəsəlik Şəhadətnaməsi almadan, onun adına açıq saxlanılmış 1/10 hissədə payın birbaşa mülkiyyətinə verilməsini qanunsuz və əsassızdır. İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixli müraciət ünvanlayaraq Boris Alimovun adıçəkilən mənzilin 1/10 hissəsi üzərində qeydə alınmış mülkiyyət hüququ haqqında xx.xx.2020-ci il tarixli reyestr qeydinin ləğv edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd olunur ki, guya mərhum B.Alimov inzibati orqana ərizə ilə müraciət edərkən 2V-42 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni təqdim etmiş və həmin şəhadətnamə əsasında mənzilin 1/10 hissəsi üzərində onun mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarından göründüyü kimi, X7 heç bir zaman vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Cavabdehin istinad etdiyi şəhadətnamə Boris Alimova deyil, iddiaçıya verilmişdir. Həmçinin həmin şəhadətnamədə Boris Alimovun pay qəbul etməsi barədə hər hansı qeyd yoxdur. Boris Alimov 2020-ci ildə cavabdehə hər hansı ərizə vermiş olsa idi, 2022-ci ildə Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə hakim sorğusuna cavab olaraq göndərilmiş sənədlər paketində həmin ərizənin surəti olmalı idi. Həmin elektron çıxarışın QR kodunu oxumaq istəyərkən “məlumat tapılmadı” qeydi görünür. Bu da o deməkdir ki, həmin çıxarışın qanuni qüvvəsi yoxdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş Nərimanov rayon Məhkəməsinin 2(005)-2776/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi rəsmi qaydada 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamış, həmçinin qeyd olunan qətnamə ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bundan başqa, X9 xx.xx.2020-ci il tarixdə, ********** qeydiyyat nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və ərizəyə əlavə edilən 2V-42 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzilin 1/10 hissəsi üzərində ərizəçinin mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sonradan Nərimanov Rayon Məhkəməsinin 2(005)-2776/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən verilmiş 2V-123 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən yuxarıda göstərilən 1/10 hissə İddiaçı payına əlavə edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 97 saylı evin 38 saylı mənzilinin 8/10 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınmışdır. Mütəxəssislər tərəfindən yerində müayinə aparmaq istəyərkən vətəndaşın şifahi verdiyi məlumata görə mübahisələndirilən əmlak sökülmüş, həmin əmlakın yerində inşa edilmiş çoxmərtəbəli yaşayış binasından iddiaçıya mənzil verildiyi məlum olmuşdur. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, Boris Alimovun adına reyestr qeydi mövcuddur. Belə ki, həmin qeydə əsaslanan onun həyat yoldaşı olan üçüncü şəxs mənzil üzərində hüququnun olduğunu iddia edir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın mümkün sayılmasını və mahiyyəti üzrə baxılaraq təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, onunla oxşar məzmunlu izahat verdi və iddianın mümkün sayılmasını və mahiyyəti üzrə baxılaraq təmin edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iddaya etiraz edərək bildirdi ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2776/2022 saylı qətnaməsi ilə iddiaçının Boris Alimovun payının onun payına əlavə edilməsi barədə iddiası təmin edilsə də, sonradan həmin qətnamə Konstitusiya Məhkəməsinin vərəsəliklə bağlı müvafiq qərarından sonra yuxarı məhkəmələr tərəfindən ləğv edildi. Bununla da üçüncü şəxsin miras pay üzərində hüquqları yaranmış oldu. Lakin, həmin qətnamə hələ icra olunmayıb. Bundan sonra isə iddiaçı başqa yol tapmayaraq hazırkı iddianı qaldırıb. Qeyd edilənlərə əsasən nümayəndə iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmiş halları ondan ibarətdir ki, X2 01 iyul 2002-ci il tarixdə vəfat etdikdən sonra xx.xx.2016-cı il tarixdə vərəsəlik işi açılmış və vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən əmlakın 7/10 hissəsi üzərində iddiaçının, 1/10 hissəsi üzərində Vitaliy Alimovun, 1/10 hissəsi üzərində Viktor Alimovun vərəsəlik hüquqları tanınmış, yerdə qalan miras əmlakın 1/10 hissəsi üzərində isə məcburi payda hüququ olan Boris Alimovun adına açıq pay saxlanılmışdır. Sonradan daşınmaz əmlakın dövlət reyestrindən 336494 saylı çıxarışa əsasən həmin mənzilin 1/10 hissəsi Boris Alimovun adına qeydiyyatdan keçmişdir. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək həmin mənzilin Boris Alimovun adına açıq saxlanmış 1/10 hissəsinin də öz payının üzərinə əlavə edilməsini xahiş etmişdir. Həmin iddia Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2776/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin etiraz məktubunda da göstərildiyi kimi həmin qətnamə əsasında verilmiş icra vərəqəsi icra olunması üçün cavabdehə göndərilmiş və 1/10 hissə iddiaçının payına əlavə edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 97 saylı evin 38 saylı mənzilinin 8/10 hissəsi üzərində iddiaçının mülkiyyət hüququ tanınmışdır. İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda olan xx.xx.2022-ci il tarixli, ********** saylı qeyddən də həmin mənzilin 8/10 hissəsinin iddiaçının mülkiyyətində olduğu və Boris Alimovun mənzilin payçısı olmadığı görünür. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-2776/2022 saylı qətnaməsinin sonradan ləğv edildiyini bildirsə də, həmin qətnamənin icrasında dönüş edilməsi ilə bağlı materiallarında hər hansı sübut yoxdur. Əksinə cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, X9 xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və ərizəyə əlavə edilən 2V-42 reyestr nömrəli, xx.xx.2016cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzilin 1/10 hissəsi üzərində ərizəçinin mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sonradan Nərimanov rayon Məhkəməsinin 2(005)-2776/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən verilmiş 2V-123 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən yuxarıda göstərilən 1/10 hissə İddiaçı payına əlavə edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 97 saylı evin 38 saylı mənzilinin 8/10 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınmışdır. Göründüyü kimi Boris Alimovun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2020-ci il tarixli qeyd sonradan ləğv edilmişdir. Yəni, iddiaçı artıq mövcud olmayan (sonradan ləğv edilmiş) qeydi mübahisələndirir. Bu səbəbdən iddiaçının hazırkı iddiası hər hansı hüquqi nəticə yaratmır. Yaranmış vəziyyət isə işə mahiyyəti üzrə baxılmasını qeyrimümkün edir. Qeyd edilməlidir ki, inzibati mübahisələrə dair işlər üzrə verilən iddialarda yuxarıda da qeyd edildiyi kimi iddiaçı öz hüquqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın təmin edilməsi iddiaçının inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi, faktiki xarakterli hərəkət və hərəkətsizlik nəticəsində pozulmuş hüquqlarının bərpasına səbəb olmalı, yəni hər hansı hüquqi nəticə yaratmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 97 saylı evin 38 saylı mənzilinin 1/10 hissəsi üzərində mərhum X4 mülkiyyət hüquqlarının qeydə alınması barədə ********** saylı, xx.xx.2020-ci il tarixli qeydin və həmin qeyd əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar