Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3920/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh nümayəndəsi (direktoru) X1 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx/xx/2024 tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 2984,72 manat məbləğində borcunun Ərizəni imzalayan şəxs haqqında məlumat: ödənilməsinin təmin edilməsi məqsədi ilə 3000 manat məbləğində siyahıya alınmış əmlakın ticarət şəbəkələrində satılması barədə qərar qəbul edilməsi xahiş etmişdir (2-1(112)-15151/2024 nömrəli inzibati iş).
2. İddiaçı daha sonra məhkəməyə növbəti iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx/xx/2024 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 6566,89 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 6700 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsi xahiş etmişdir (2-1(112)-15762/2024 nömrəli inzibati iş).
3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə 2-1(112)-15762/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatı 2-1(112)-15151/2024 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2024 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2024 tarixə yaranan 2984,72 manat borcuna görə 3000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2024 tarixli **********2 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2024 tarixə yuxarıda qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fondu 2984,72 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, «Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur». Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir.
5. xx.xx.2024-cü il tarixində vergi borclarını ödəməyən Cavabdeh (VÖEN:**********) barəsində “Əmlakın siyahıya alınması haqqında” **********2 nömrəli Qərar qəbul edilmişdir.
6. Əmlakın siyahıya alınması haqqında xx.xx.2024-cü il tarixli **********2 nömrəli protokola əsasən, Cavabdehnə məxsus ümumilikdə 3000 manat dəyərində əmlak siyahıya alınmışdır.
7. xx.xx.2024-cü il tarixində vergi borclarını ödəməyən Cavabdeh (VÖEN:**********) barəsində “Əmlakın siyahıya alınması haqqında” **********4 nömrəli Qərar qəbul edilmişdir.
8. Əmlakın siyahıya alınması haqqında xx.xx.2024-cü il tarixli **********4 nömrəli protokola əsasən, Cavabdehnə məxsus ümumilikdə 6700 manat dəyərində əmlak siyahıya alınmışdır.
9. Vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2024-cü il tarixli qərarlar əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixdə əmlakların siyahıya alınması haqqında protokollar və digər sənədləri vergi ödəyicisi imzalamış, həmin sənədlərin bir nüsxəsi ona təqdim edilmiş və eyni tarixli aktlarla siyahıya alınmış əmlaklar vergi ödəyicisinə məsul saxlanmaya verilmişdir.
10. Şəxsi hesab vərəqəsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixə işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər üzrə 19.280,15 manat; xx.xx.2024-cü il tarixə icbari tibbi sığorta üzrə 3.080,00 manat; xx.xx.2024-cü il tarixə muzdla işləyənləri işə götürən sığortaedənlər (MDSS) üzrə 30.462,10 manat, muzdla işləyənləri işə götürən sığortaedənlər (işsizlik) üzrə 1.032,79 manat; xx.xx.2024-cü il tarixə vergilər üzrə 5.725,75 manat borcu var.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (direktoru) iddia tələbinin təmin edilməməsini xahiş etdi və borcun ödənilməsi üçün əlavə vaxt tələb etdi.
II. İddianın növü və mümkünlüyü
12. Məhkəmə hesab edir ki, tələb inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla vətəndaş arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir.
13. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir.
16. Məhkəmə hesab edir ki, qeyd edilən tələb üzrə məhkəmənin araşdırmalı olduğu məsələ borcun mübahisəsiz olaraq mövcudluğunun, həmin əmlakın vergi ödəyicisinə məxsusluğunun və borcun siyahıya alınmış əmlakın dəyərinə mütənasibliyinin müəyyən edilməsidir.
17. Beləliklə, məhkəmə müəyyən edir ki, vergi ödəyicisinin xx.xx.2021-ci il tarixə işəgötürənlərmuzdla işləyənləri əmək müqaviləsi ilə işəgötürən hüquqi şəxslər üzrə 19.280,15 manat; xx.xx.2024-cü il tarixə icbari tibbi sığorta üzrə 3.080,00 manat; xx.xx.2024-cü il tarixə muzdla işləyənləri işə götürən sığortaedənlər (MDSS) üzrə 30.462,10 manat, muzdla işləyənləri işə götürən sığortaedənlər (işsizlik) üzrə 1.032,79 manat; xx.xx.2024-cü il tarixə vergilər üzrə 5.725,75 manat borcu var. Odur ki, qeyd edilən borcun ödənməsi məqsədilə iddia tələbinin təmin edilməsi yolverilən hesab edilməlidir. Məhkəmə bu qənaəti yuxarıda qeyd edilən yanaşmaya uyğun hesab edir (borc mövcuddur, əmlak vergi ödəyicisinə məxsusdur (özünə məsul saxlanmaya verilib və sonuncu tərəfindən qəbul edilib) və borc siyahıya alınmış əmlakın dəyərinə mütənasibdir). Məhkəmə qeyd edilən müddətdə borcun ödənilməsi üçün cavabdehə vaxt vermiş, lakin məhkəmə tərəfindən verilmiş müddətdə borcun qismən də ödənilməsi təmin edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia siyahıya alınmış əmlak cavabdehin fəaliyyət göstərməsi üçün zəruri ola bilən avadanlıqlar olsa da, təmin edilməlidir. Belə ki, qeyd edilən müddətdə cavabdeh borc məbləğinin qismən də olsa, ödənilməsini təmin etməmişdir.
18. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
19. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 9700 manat məbləğində siyahıya alınmış əmlakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva