Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3938/2023 11.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X28 Ağa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı X8 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 3798 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində mərhum anası X13 məxsus olması barədə arayışın (çıxarışın) və verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 3798 saylı bağ sahəsi keçmiş X6 və İstismarı Birliyi ilə mərhum anası X15 arasında bağlanmış “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1992-ci il tarixli 15435 nömrəli müqaviləyə əsasən əvəzsiz olaraq mərhum anası X9 mülkiyyətinə verilmişdir. Qeyd edir ki, uzun müddətdir ki, müvafiq bağ sahəsi təyinatına uyğun olaraq tərəflərindən mübahisəsiz olaraq istifadə olunur, vergi və ödənişlər vaxtlı-vaxtında tərəfindən ödənilir və həmin bağ sahəsi onun faktiki mülkiyyətindədir. Eyni zamanda, Bakı şəhəri 42 saylı Notariat Ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 31 nömrəli məktubla sözügedən bağ sahəsinə dair X9 adına daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüuqunu təsdiq edən çıxarışın verilməsi xahiş edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********98 nömrəli məktubla imtina edilərək bildirilmişdir ki, X6 və İstismarı Birliyi tərəfindən verilmiş 15435 nömrəli, xx.xx.1992-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair Müqavilənin İdarənin arxivində saxlanılan nüsxəsində həmin Birliyin təsdiqedici möhürünün olmadığını, həmçinin torpaq sahəsinin İdarənin arxivində saxlanılan yerləşmə cizgisində qeyd olunan perimetrik ölçüləri və konfiqurasiyası ilə faktiki vəziyyəti arasında uyğunsuzluğun mövcud olduğu, eyni zamanda torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə tam şərait yaradılmaması, qeyd olunanlarla yanaşı, şərti olaraq göstərilən torpaq sahəsinin təqdimedilmiş müqavilənin arxiv nüsxəsində 2500 kv.m göstərilsə də, faktiki olaraq 2152 kv.m təşkil etdiyi əsas gətirilərək ərizəsinin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, müvafiq bağ sahəsi ayrılan zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Cavabdehin imtinasının əsasları mövcud qanunvericilikdə, o cümlədən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də, cavabdehin imtinası qanuna uyğun əsaslandırılmamış, yalnız məsələyə aidiyyəti olmayan formal mülahizə ilə kifayətlənmişdir.
3. Sonradan iş üzrə iddiaçı X8 əsl İddiaçı ilə əvəz edilmiş, “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 3798 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində mərhum anası X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3798 saylı, ölçüsü 2152.0 kv.m olan bağ sahəsinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində mərhum anası X2 adına qeydiyyata alınması və həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2022-ci il tarixli ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, X6 və İstismarı Birliyi tərəfindən verilmiş 15435 nömrəli, xx.xx.1992-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin İdarənin arxivində saxlanılan nüsxəsində həmin Birliyin təsdiqedici möhürü yoxdur. Həmçinin torpaq sahəsinə dair arxiv cizgisində qeyd olunan perimetrik ölçülər və konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Əlavə olaraq bildirilmişdir ki, İdarənin arxiv məlumatlarına əsasən X3 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 0.25 hadan ibarət 3798 saylı bağ sahəsinə istifadə hüquqlarının tanınmasına dair Sabunçu Rayon Məhkəməsinin 2(008)-5617/2012 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi daxil olmuşdur. Həmçinin, bağ nömrəsinin dəyişməsinə dair İdarənin arxivində akt mövcuddur. Bundan əlavə bağ sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən göstərilən bağ sahəsi şərti olaraq göstərilmişdir və təqdim edilmiş müqavilənin arxiv nüsxəsində 2500 kv.m göstərilsə də, faktiki olaraq 2152 kv.m təşkil edir.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və dəqiqləşmiş ərizələrə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. cavabdeh tərəfindən X4 müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli **********98 nömrəli məktuba əsasən Bağlar Təsərrüfatı və İstismarı Birliyi tərəfindən verilmiş 15435 nömrəli xx.xx.1992-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin idarənin arxivində saxlanılan nüsxəsində həmin birliyin təsdiqedici möhürü yoxdur. Həmçinin, torpaq sahəsinin İdarənin arxividnə saxlanılan yerləşmə cizgisində qeyd olunan perimetrik ölçüləri və konfiqurasiyası ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Eyni zamanda torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Qeyd olunanlarla yanaşı, şərti olaraq göstərdiyi torpaq sahəsinə təqdim edilmiş müqavilənin arxiv nüsxəsində 2500 kv.m göstərilsə də, faktiki olaraq 2152 kv.m təşkil edir.
10. cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli **********64 3-21-3-30/2-A0721-8/2023 nömrəli məktuba əsasən sözügedən torpaq sahəsi üzərində hüquqların məhrum X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Eyni zamanda, istinad edilən X6 və İstismarı Birliyi tərəfindən verilmiş 15435 nömrəli, xx.xx.1992-ci il tarixli bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə əsasında X10 vərəsəsinin idarəyə müraciəti daxil olmuş və hal-hazırda onun iddiası əsasında Bakı İnzibati Məhkəməsində inzibati iş mövcuddur. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman tərəflərindən şərti olaraq göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmamışdır. Həmçinin torpaq sahəsinin sənəd üzrə ölçüsü 2500 kv.m qeyd olunsa da, faktiki 2152 kv.m təşkil edir.
11. X6 vəİstismarı Birliyi ilə X15 arasında bağlanmış “Bağın icarəyə verilməsi haqqında” 15435 nömrəli xx.xx.1992-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 3798 saylı bağ sahəsi X9 istifadəsinə ayrılmışdır.
12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********65 3-21-3-30/2-2065/2023 nömrəli məktubla X6 və İstismarı Birliyi ilə X15 arasında bağlanmış “Bağın icarəyə verilməsi haqqında” 15435 nömrəli xx.xx.1992-ci il tarixli müqavilənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
13. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3819/2011 saylı 20 iyul 2011-ci il tarixli qətnaməsinə əsasən Ağalrova (Nuriyeva) Məsumə Əli qızının Ağalarova (Nuriyeva) X21 ilə eyni şəxs olmaqla ərizəçi X2 doğma bacısı olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir.
14. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5617/2012 saylı 13 dekabr 2012-ci il tarixli qətnaməsinə əsasən X2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 0.25 ha ibarət 3798 saylı bağ sahəsinə istifadə hüququ tanınmışdır. Məhkəmə hesab etmişdir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı İdarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edildiyindən, bununla da, iddiaçı X7 3798 saylı bağ sahəsinə dair 15435 nömrəli müqavilədən irəli gələn, onunla icarə müqaviləsi bağlamaq hüququnu başqa vasitələrlə həyata keçirə bilmədiyindən sonuncu, hüquqlarının həyata keçirilməsi və müdafiəsi üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında toplanmış sübutlarla təsdiq olunmuşdur ki, iddiaçı X7 mərhum bacısının icarəsində olmuş bağ sahəsinə sahiblik və istifadə hüququnu həyata keçirməklə bağ sahəsinə istifadə hüququnu qəbul etdiyini şəksiz nümayiş etdirmiş, bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə üzrə hüquq və ödhəlikləri qəbul etmişdir. Məhkəmə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3798 saylı bağ shaəsinə dair iddiaçının mərhum bacısı Ağalarova (Nuriyeva) Məsumə Əli qızı ilə icarə müqaviləsi bağlandığını, sonuncunun 10 sentyabr 2003-cü il tarixdə vəfat etdiyini, iddiaçının adı çəkilən bağ sahəsinə vicdanlı sahibliyi həyata keçirdiyini və X6 və İstismarı Birliyinin xx.xx.2007-ci il tarixdə ləğv edilməsi nəticəsində iddiaçının öz adına icarə müqaviləsini bağlanmasını təmin etmək imkanına malik olmadığını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, X2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3798 saylı bağ sahəsinə istifadə hüququ tanınmalıdır.
15. Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 vərəsəsi İddiaçı olmaqla, o, miras əmlakdan tam hissədə pay almaq hüququna malik olmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
23. İşin hallarından göründüyü kimi, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X6 və X18 ərazisindəki 3798 nömrəli bağın istifadəyə verilməsi haqqında 15435 saylı xx.xx.1992-ci il tarixli müqaviləyə əsasən X14 istifadəsinə ayrılmış bağ sahəsinə dair iddiaçının mərhum anası X7 tərəfindən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən müqavilə üzrə hüquq və öhdəlilər qəbul edildiyindən, o, torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydiyyata alınması barədə ilk öncə cavabdehə sonra isə məhkəməyə müraciət etmişdir.
24. Cavabdeh tərəfindən torpaq sahəsinin ayrılması barədə müvafiq müqavilə mübahisələndirilsə də, məhkəmə araşdırması zamanı sözügedən müqaviləsinin arxiv nüsxəsi cavabdeh İdarənin arxivində aşkar olunduğundan cavabdehin imtinasında qeyd olunan əsaslarla (müqavilənin arxiv nüsxəsində möhürün olmaması) mübahisə predmetinə dair ilkin hüquqmüəyyənedici sənəd olan müqavilənin mötəbər qiymətləndirilməməsi üçün hər hansı bir əsas müəyyən edilməmişdir.
25. Belə ki, cavabdeh İdarənin özü tərəfindən icra edilməli olan (müqaviləyə möhür vurulması) öhdəliklərin hazırki halda iddiaçının hesabına aradan qaldırılması yol verilməzdir.
26. Ümumiyyətlə məhkəmə hazırki halda iddaçının mərhum anasının mübahisəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasının əsası olaraq qeyd edir ki, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir ki, X2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 0.25 ha ibarət 3798 saylı bağ sahəsinə istifadə hüququ tanınmışdır. Məhkəmə hesab etmişdir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı İdarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edildiyindən, bununla da, iddiaçı X7 3798 saylı bağ sahəsinə dair 15435 nömrəli müqavilədən irəli gələn, onunla icarə müqaviləsi bağlamaq hüququnu başqa vasitələrlə həyata keçirə bilmədiyindən sonuncu, hüquqlarının həyata keçirilməsi və müdafiəsi üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında toplanmış sübutlarla təsdiq olunmuşdur ki, iddiaçı X7 mərhum bacısının icarəsində olmuş bağ sahəsinə sahiblik və istifadə hüququnu həyata keçirməklə bağ sahəsinə istifadə hüququnu qəbul etdiyini şəksiz nümayiş etdirmiş, bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə üzrə hüquq və ödhəlikləri qəbul etmişdir. Məhkəmə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3798 saylı bağ sahəsinə dair iddiaçının mərhum bacısı Ağalarova (Nuriyeva) Məsumə Əli qızı ilə icarə müqaviləsi bağlandığını, sonuncunun 10 sentyabr 2003-cü il tarixdə vəfat etdiyini, iddiaçının adı çəkilən bağ sahəsinə vicdanlı sahibliyi həyata keçirdiyini və X6 və İstismarı Birliyinin xx.xx.2007ci il tarixdə ləğv edilməsi nəticəsində iddiaçının öz adına icarə müqaviləsini bağlanmasını təmin etmək imkanına malik olmadığını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, X2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3798 saylı bağ sahəsinə istifadə hüququ tanınmalıdır. 27.Göründüyü kimi, sözügedən məhkəmə qətnaməsinə əsasən iddiaçının mərhum anasının sözügedən bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə üzrə hüquq və öhdəlikləri qəbul etməsi, bağ sahəsinə sahiblik və istifadə hüququnu həyata keçirməklə bağ sahəsinə istifadə hüququnu qəbul etməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir.
28. Cavabdehin iddiaçının mübahisələndirdiyi bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının digər əsasları isə bağ sahəsinin sxematik xəritəyə uyğun hasarlanmaması, qonşu torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşməsi və torpaq sahəsinin faktiki ölçüsünün 2500 kv.m deyil, 2152 kv.m təşkil etməsi olmuşdur ki, bağ sahəsinin sxematik xəritəyə uyğun hasarlanmaması və qonşu torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşməsi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Belə ki, bağ sahəsinin sxematik xəritəyə uyğunlaşdırılması vəzifəsi də, bir başa cavabdeh inzibati orqanın öz öhdəliyidir. Bağ sahəsinin faktiki ölçüsünün 2152 kv.m təşkil etməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisəli bağ sahəsi üzərində yalnız faktiki 2152 kv.m ölçüdə hüquqların qeydə alınması xahiş edildiyindən, həmin hissədə də, mübahisə aradan qalxmış olur.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.
30. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü və 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının mərhum anasının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.
31. Məhkəmə eləcə də, qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).
33. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və mərhum X3 vərəsəsi İddiaçı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış (çıxarış) verilməlidir.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
36. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən ümumi sahəsi 2152.0 kv.m təşkil edən 3798 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması haqqında arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva