Məhkəmə qərarları › İş №e-2-1(112)-3949/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3949/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3949/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri X6 və X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-204123/2024 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********187412 nömrəli xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-204123/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi” kimi dəqiqləşdirilmişdir.

3. İddiaçının vəkilinin ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********187412 nömrəli xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi” kimi dəqiqləşdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra “Cavabdeh” adlanacaq) xx.xx.2022-ci il tarixli **********166471 saylı “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” qərarına əsasən “X3” MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama dekabr 2019- noyabr 2022-ci illəri əhatə etmişdir. Yoxlamanın nəticəsi olaraq cəmiyyətin barəsində **********166550 nömrəli xx.xx.2024-cü il tarixli “Səyyar vergi yoxlaması AKTİ” haqqında akt tərtib etmişdir. Bundan sonra, cavabdeh tərəfindən **********187412 nömrəli xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Qeyd olunan qərara əsasən cəmiyyətə 916 916.5 manat əlavə vergi hesablanılmış, 458 498.26 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisi - Dövr (il üzrə) 2019 - Əlavə Hesablama 326 957.26 - VM Maddəsi 58.1 - Maliyyə sanksiyası 163 478.64; Mənfəət vergisi - Dövr (il üzrə) 2020 - Əlavə Hesablama 419 626.61 - VM Maddəsi 58.1 - Maliyyə sanksiyası 209 813.31; Mənfəət vergisi - Dövr (il üzrə) 2021 - Əlavə Hesablama 170 235.40 - VM Maddəsi 58.1 - Maliyyə sanksiyası 851 117.70; Əmlak vergisi - Dövr (il üzrə) 2021 - Əlavə Hesablama 97.22 - VM Maddəsi 58.1 - Maliyyə sanksiyası 48.61; Vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə m/s - Dövr (il üzrə) 2019 - Əlavə Hesablama 0.00 - Maliyyə sanksiyası 40.00 ; Cəmi - Əlavə Hesablama 916 916.5 - Maliyyə sanksiyası 458 498.26. Qeyd olunan səyyar vergi yoxlaması aktı və onun nəticəsində qəbul edilmiş məsuliyyətə cəlb etmə barədə qərar çoxsaylı maddi və prosesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İşin mahiyyəti barədə: 1.Səyyar vergi yoxlamasının təyin edilməsi barədə (VM 38.3.5) - cavabdehin xx.xx.2022-ci il tarixli **********166471 saylı “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” qərarına əsasən “X3” MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi əsası kimi qeyd edilmişdir ki, “Vergi orqanlarında mövcud uçot-baza məlumatlarına əsasən bəyan edilmiş iqtisadi məlumatların bazarda bərabər iqtisadi göstəriciyə malik olan, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi fəaliyyətini göstərən analoji vergi ödəyiciləri ilə müqayisədə daha az olması; risk(lər)in təsviri - Vergi orqanlarında mövcud uçot-baza məlumatlarına əsasən 2019-cu ildə xərclər çıxılmaqla əldə edilmiş 234387,43 manat mənfəət, bərabər iqtisadi göstəriciyə malik olan, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi fəaliyyətini göstərən digər analoji vergi ödəyicilərinin bəyan etdiyi mənfəət göstəricilərindən daha az olduğu müəyyən edilmişdir.) Qeyd olunan mövqe səyyar vergi yoxlamasının özündə təkzib olunmuşdur. Belə ki, svy aktının 10-cü səhifəsində qeyd olunur ki, VM-nin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicilərinin müəyyənləşdirilməsi barədə müvafiq idarəyə xx.xx.2023-cü il tarixli **********383600 nömrəli məktub ilə müraciət edilmiş və həmin idarənin xx.xx.2023cü il tarixli **********76300 saylı məktubuna əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin müəyyən edilmədiyi bildirilmişdir. Yəni ki, inzibati orqan tərəfindən özü özünü təkzib etməklə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi əsasları şübhə altına alınmışdır. Digər tərəfdən isə yalnız 2019-cü il üzrə mənfəətin digər vergi ödəyicilərinə nisbətdə az göstərilməsi iddia olunsa da, qərarda nəzərdə tutulmayan 2020 və 2021-ci illərin mənfəət vergisi, həmçinin digər tədiyyələr üzrə də yoxlama aparılmışdır ki, bu da maddənin tələbinə və mövcud məhkəmə təcrübəsinə ziddir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-1801/2024 saylı qərarında qeyd edilmişdir ki, “46. Yəni, əgər inzibati orqan mənfəətin (gəlirin) gizlədilməsi ilə bağlı mənbəyi bəlli olan məlumat əsasında növbədənkənar səyyar vergi yoxlaması təyin edibsə, birmənalı olaraq yalnız konkret vergitutma obyektinin gizlədilmiş dövrü üzrə mənfəət (gəlir) vergisi yoxlanıla bilər”. Bildiririk ki, VM-nin 38.3.5-ci maddəsinin tətbiqi ilə bağlı Ali Məhkəmənin çoxsaylı qərarları və buna uyğun olaraq da formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Qeyd olunan hal ilə bağlı Ali Məhkəmənin çoxsaylı analoji qərarları mövcuddur: -Sədrlik edən və məruzəçi hakim K.Bədəlov-xx.xx.2023, 22-1(102)-2258/2023 saylı qərar- vahid məhkəmə təcrübəsi formalaşdıran: -S/e və M/H-X.Məmmədov -xx.xx.2024-cü il tarixli, 2-1(102)-751/2024saylı, -S/e və M/H-X.Məmmədov -xx.xx.2023-cü il tarixli, 2-1(102)-1534/2023 saylı, -S/e və M/H- Z.Quliyev - xx.xx.2024-cü il tarixli, 2-1(102)-1801/2024 saylı, -S/e və M/H-S.Kərimovxx.xx.2023-cü il tarixli, 2-1(102)-1632/2023 saylı, -S/e və M/H-S.Kərimov - xx.xx.2022-cü il tarixli, 2-1(102)-669/2022 saylı, -S/e və M/H-R.Nəbizadə-xx.xx.2023-cü il tarixli, 2-1(102)- 610/2023 saylı, -S/e və M/H-Z.Quliyev - xx.xx.2022-cü il tarixli, 2-1(102)-1356/2022 saylı, - S/e və M/H-Z.Quliyev - xx.xx.2024-cü il tarixli, 2-1(102)-392/2024 saylı, -S/evə M/H- R.Nəbizadə-xx.xx.2022-cü il tarixli,2-1(102)-2486/2022 saylı, -S/e və M/H-R.Nəbizadəxx.xx.2023-cü il tarixli, 2-1(102)-610/2023 saylı, -S/e və M/H-R.Nəbizadə-xx.xx.2023-cü il tarixli, 2-1(102)-155/2023 saylı. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-1578/2024 saylı qərardadına (növbədənkənar səyyar vergi yoxlaması (VM 38.3.5); aktın tərtibi müddətinin uzadılması barədə qərarın reyestrdə qeydə alınmaması; Vergi Məcəlləsinin 67.16-cı maddəsi; kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) əsasən isə oxşar məhkəmə təcrübəsinin olması səbəbindən cavabdeh tərəfindən verilmiş kasassiya şikayəti icraata qəbul edilmədən geri qaytarılmışdır.

2. Qərarların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması qaydalarının pozulması barədə: İş materialları ilə müəyyən olunur ki, cavabdehin xx.xx.2023-cü il tarixli qərarına əsasən yoxlama müddəti 30 gün müddətinə uzadılmışdır. Lakin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, qeyd olunan qərar reyestrdə 4 gün sonra xx.xx.2024cü il tarixində qeydiyyata alınmışdır. İş materialları ilə müəyyən olunur ki, cavabdehin xx.xx.2024-cü il tarixli qərarına “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında” qərar qəbul edilmiş və aktın tərtibi müddəti 30 gün uzadılmışdır. Qeyd olunan qərar ekspertizanın keçirilməsi və mütəxəssis tərəfindən rəy verilməsi zərurəti ilə əsaslandırılmışdır. Göründüyü kimi, həmin qərara əsasən faktiki oaraq yoxlama aparılmışdır. Lakin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, qeyd olunan qərar reyestrdə ümumiyyətlə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2011- ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 3.4.16-cı bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat Reyestrə daxil edilməli məlumatlara aid edilmişdir. Nəzərə alınmalıdır ki, yoxlama xx.xx.2022-ci il tarixdə başlanmışdır. Yoxlama müddətində cavabdeh 13 dəfə yoxlamanın dayandırılması barədə, 2 dəfə yoxlama müddətinin uzadılması barədə, 1 dəfə isə (05.02.202ü-cü il tarixdə) aktın tərtibi müddətinin uzadılması, 1 dəfə isə əlavə yoxlama tədbirlərinin keçirilməsi haqqında (xx.xx.2024-cü il tarixli) barədə qərarlar qəbul etmişdir. Yoxlama müddətinin uzadılması, yoxlamanın dayandırılması və əlavə yoxlama tədbirlərinin keçirilməsi haqqında barədə qərarlar Reyestrə daxil edilsə də, aktın tərtibi müddətinin uzadılması barədə qərar Reyestrə daxil edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda yazılmışdır ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır (3.1). Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz (bax: Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)- 1578/2024 saylı qərardadı)

3. Səyyar vergi yoxlamasının 9 dəfə dayandırılmasının və aktin tərtibi müddətinin uzadılmasının əsassızlığı barədə: Səyyar vergi yoxlaması prosesində vergi orqanının xx.xx.2023-cü il tarixli **********169865 saylı “Mütəxəssis dəvət edilməsi haqqında” qərarına əsasən "xxxx" MMC-nin nümayəndəsi X8 mütəxəssis qismində dəvət edilmiş və Mütəxəssis qarşısında İddiaçı MMC-də (VÖEN **********) tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə yerinə yetirilmiş tikinti quraşdırma işlərinin tərkibində mal-material (taxta, armatur, beton, elektrik malları, sement) sərfiyyatının həcmini və əmək haqqı xərclərinin müəyyən edlməsi sualı qoyulmuşdur. SVY aktının 6-cı səhifəsində qeyd edilmişdir ki, mütəxəssis tərəfindən sənədlər tam təqdim edilməməsi səbəbindən rəy verilməsindən imtina edilmişdir. Lakin tərəfimizdən xx.xx.2024-cü il tarixində "xxxx" MMC-nə müraciət edilərək tərtib edilmiş mütəxəssis 6 rəyinin təqdim edilməsi xahiş edilmişdir. "xxxx" MMC tərəfindən isə xx.xx.2024-cü il tarixli məktub əsasında MB 16-0925 saylı, xx.xx.2023-cü il tarixli “Mütəxəssis rəyi” müəssisəyə təqdim edilmişdir. Rəydən və ona əlavə olunmuş məktubdan görünür ki, “Mütəxəssis rəyi” xx.xx.2023-cü il tarixində cavabdeh Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilmişdir. Lakin rəyin yoxlayıcı orqana təqdim edilməsinə baxmayaraq həmin tarixdən sonra VM-nin 38.3.7-ci maddəsinə əsasən “vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ekspertiza keçirilməsi” səbəbi göstərilməklə, xx.xx.2023-cü il tarixində 16 gün, xx.xx.2023cü il tarixində 14 gün, xx.xx.2023-cü il tarixində 32 gün, xx.xx.2023-cü il tarixində 16 gün, xx.xx.2023-cü il tarixində 30 gün, xx.xx.2023-cü il tarixində 32 gün, xx.xx.2023-cü il tarixində 31 gün xx.xx.2023-cü il tarixində 31 gün, xx.xx.2024-cü il tarixində 8 gün olmaqla, cəmi 9 dəfə, 210 gün yoxlama əsassız olaraq dayandırılmış, eyni əsasla isə xx.xx.2024-cü il tarixində aktın tərtibi müddəti uzadılmışdır. Göründüyü kimi, mütəxəssis rəyi xx.xx.2023cü il tarixindən cavabdehə təqdim edilməsinə baxmayaraq, qanunvericiliyin tələbi kobud şəkildə pozularaq yoxlama dayandırılmışdır. Belə ki, VM-nin 38.7.3-ci maddəsinə əsasən “vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək”; yoxlama dayandırıla bilər. Mövcud halda rəy təqdim edilməsinə baxamayaraq, yoxlama əsassız olaraq dayandırılmışdır.

4. Mənfəət vergisinin hesablanılması barədə: 2019, 2020 və 2021-ci illər üzrə müəssisənin faktiki xərcləri nəzərə alınmadan Vergi Məcəlləsinin 83.9 və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik prinsipi tətbiq edilməklə 916 819.28 manat mənfəət vergisi hesablanılmış və buna uyğun olaraq da 50% məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Şərti rentabelliyin tətbiq edilməsi əsasi kimi yoxlama aktında qeyd edilmişdir ki, “vergi ödəyicisi tərəfindən sənədlər, malmaterialın layihələr üzrə silgi sənədləri, alınmış iş və xidmətlərin layihələr üzrə bölgüsü, xərclərin dövrlər üzrə gəlirin əldə edilməsi ilə bağlı olmasını təsdiq edən sənədlər və gəlirlərin illər üzrə açıqlaması” təqdim edilməmişdir. Bildiririk ki, svy aktında şərti rentabellyin tətbiqinə əsas kimi göstərilmiş “mal-materialın layihələr üzrə silgi sənədləri, alınmış iş və xidmətlərin layihələr üzrə bölgüsü, xərclərin dövrlər üzrə gəlirin əldə edilməsi ilə bağlı olmasını təsdiq edən sənədlər və gəlirlərin illər üzrə açıqlaması” barədə sənədlər cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********166561 saylı tələbnamədə, xx.xx.2023-cü il tarixli **********167530 saylı sənədlərin və nümunə kimi əşyalarin götürlməsi barədə qərarda, **********286600 saylı xx.xx.2023-cü il tarixli məktubda, **********365600 saylı xx.xx.2023-cü il tarixli məktubda, **********432000 saylı, xx.xx.2023cü il tarixli məktublarda tələb edilməmişdir. Bundan əlavə olaraq yoxlama zamanı sənədlər tam şəkildə online kargüzarlıq sistemi vasitəsi ilə vergi orqanına təqdim edilmişdir. xx.xx.2023-cü il tarixində yoxlayıcı tərəfindən “sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib edilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, təqdim edilən elektron sənədlər oxunaqlıdır, zədələnməmişdir və qənaətbəxşdir. Bundan əlavə olaraq müəssisə tərəfindən təqdim olunan digər sənədlər xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli Protokollar ilə götürülmüşdür (bax: svy aktı - səh 5). Təqdim edilmiş sənədlərin tərkibindən görünür ki, yoxlama ilə əhatə olunan dövr üzrə bütün bank hesablarından çıxarışlar, əmək haqqı cədvəlləri, əmrlər, qərarlar, çıxarışlar, lisenziyalar, şəxsiyyət vəsiqələrinin surətləri, Müqavilələr, razılaşma protokolları, alış-satış sənədləri, Forma-2, Forma-3 lər və s. yoxlamaya təqdim edilmişdir. Eyni zamanda alış və satışı təsdiq edən elektron qaimə fakturalar, yük gömrük bəyənanmələri, qarşılıqlı əlaqələri təsdiq edən digər sənədlər isə vergi orqanın elektron informasiya sisteminə mövcud olmuşdur. Səyyar vergi yoxlaması aktına əsasən müəyyən olunur ki, təqdim edilmiş sənədlər əsasında müəssisənin gəlirləri dəqiqləşdirilmiş, ikili mövqe nümayiş etdirilərək, həmin sənədlər gəlirin əldə olunması ilə bağlı xərc kimi qəbul edilməmişdir. Belə ki, mal, iş və xidmətlərin əldə olunması ilə bağlı 2019-cu il ərzində e-qf üzrə 12 369 588.87 manat, dəyərində, 2020-ci il ərzində e-qf üzrə 10 411 634.24 manat dəyərində, 2021-ci il ərzində isə e-qf üzrə 3 130 135.02 manat dəyərində mal, iş və xidmətlər əldə etmişdir. xx.xx.2023cü il tarixli **********423000 saylı məktuba əsasən tərəfimzidən bildirilmişdir ki, “səyyar vergi yoxlaması (SVY) başladığı gündən bu günə kimi elektron qaydada İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq altsistemi vasitəsi ilə Cəmiyyətimiz tərəfindən təqdim olunmuş mal, iş və xidmətlərə aid sənədlər, eləcə də Cəmiyyətimizə təqdim olunmuş mal, iş və xidmətlərə aid sənədlərin böyük bir hissəsi təqdim olunmuşdur. Sənəd dövriyyəsinin həddindən artıq çox olması və İnternet Vergi İdarəsinin onlayn kargüzarlıq altsistemində məktuba ümumi həcmi 10 MB-dan artıq sənədləri göndərmək mümkün deyildir. Dəfələrlə tərəfimizdən yoxlamanı həyata keçirən vergi orqanının əməkdaşına "Səyyar vergi yoxlamasının keçirilməsi" Qaydalarının 6.9-cu bəndinə əsasən yoxlamanı vergi ödəyicisinin ofisində həyata keçirməsini xahiş və tələb etməyimizə baxmayaraq, SVYnı həyata keçirən vergi orqanının əməkdaşı SVY başladığı gündən etibarən üst-üstə 10 iş günündən artıq Cəmiyyətimizə gəlməmişdir. Bu günə qədər təqdim olunmuş sənədlər üzrə hər hansı bir kənarlaşmanının olub-olmadığı barədə vergi orqanından məlumat ala bilməmişik. Qeyd edilənlərlə əlaqədar yoxlamanı həyata keçirən vergi orqnanın əməkdşının yoxlamanı onların ofisində davam etdirməyi barədə müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirik”. xx.xx.2023-cü il tarixli **********962800 saylı məktuba əsasən tərəfimizdən bildirilmişdir ki, “Şifahi sorğunuza cavab olaraq bildiririk ki, malmaterial dəyərlilərinin qalığı xx.xx.2019-cu il tarixə - 2 077 243,17 AZN; xx.xx.2019-cu il tarixə - 2 232 072,00 AZN; xx.xx.2020-ci il tarixə - 2 325 140,91 AZN; xx.xx.2021-ci il tarixə - 2 668 056,75 AZN; xx.xx.2022-ci il tarixə - 1 961 155,93 AZN; xx.xx.2022-ci il tarixə - 236 038,90 AZN təşkil edir. Debitor borclar xx.xx.2019-cu il tarixə - 101 140,54 AZN; xx.xx.2022-ci il tarixə - 197 835,00 AZN təşkil edir. Alınmış avanslar xx.xx.2019-cu il tarixə - 2 516 846,17 AZN təşkil edir. Yoxlanılan dövr ərzində kassa mədaxil qəbz orderi sifariş verilməmiş və istifadə olunmamışdır. Nəzərə almağınız xahiş olunur”. xx.xx.2023-cü il tarixli **********788200 saylı məktuba əsasən tərəfimzidən bildirilmişdir ki, “Yazıb bildiririk ki, cari yoxlanılan dövr üzrə mənfəət vergisi bəyannamələrinin (2019-2020-2021-ci illər) gəlirlər hissəsi tərəfimizdən təqdim olunmuş VHF və elektron qaimələrin cəmi dövriyyə məbləğindən məbləğindən formalaşmışdır. Nəzərə almağınızı xahiş edirik.”

5. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində vergi orqanı tərəfindən səyyar vergi yoxlamasının təyin edilməsi və yoxlama zamanı bir sıra prosessual pozuntulara yol verilməsi, həmçinin yoxlamanın keçirilməsi üçün zəruri sənədlərin təqdim edilməsinə baxmayaraq əsasız olaraq Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən vergilərin hesablanması ilə əsaslandırmışdır. İddia ərizəsini aşağıda göstərilən əsaslara görə əsassız hesab edirik. Mənfəət vergisi üzrə: Səyyar vergi yoxlaması ilə 2019-cu, 2020-ci və 2021-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cü maddəsinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 104-cü maddəsinin tələbinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlər və məlumatlar əsasında müəssisənin gəlirləri və xərcləri, habelə gəlirin və xərcin çəkilməsi vaxtı müəyyən edilərək mənfəət vergisi üzrə məlumatların dürüstləşdirilməsi təmin edilmişdir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Qeyd olunmalıdır ki, İddiaçı MMC (VÖEN **********) tərəfindən müxtəlif ərazilərdə təmir-tikinti fəaliyyətindən görülmüş işlər üzrə ödənilməli olan vergilərin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyənləşdirilməsi barədə müvafiq İdarəyə xx.xx.2023-cü il tarixli **********383600 nömrəli məktubla müraciət olunmuş və xx.xx.2023-cü il tarixdə **********763000 nömrəli cavab məktubunda analoji fəaliyyətlə məşğul olan oxşar vergi ödəyicisi müəyyənləşdirilməmişdir. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Yoxlama ilə əhatə olunan dövr üzrə vergi ödəyicisi tərəfindən sənədlər, mal-materialların layihələr üzrə silgi sənədləri (məlumatları), alınmış iş və xidmətlərin layihələr üzrə bölgüsü, xərclərin dövrlər üzrə gəlirlərin əldə edilməsi ilə bağlı olmasını təsdiq edən sənədlər (məlumatlar), gəlirlərin illər üzrə açıqlaması təqdim edilmədiyi üçün 2019, 2020-ci və 2021-ci illər üzrə mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (əlavə dəyişikliklər nəzərə alınmaqla) şərti rentabellik səviyyəsi 20 % götürülərək hesablanmışdır. Belə ki, yoxlama ilə vergi ödəyicisinin gəlirlərinin azaldılması müəyyən edilmiş və eyni zamanda illər üzrə bəyan edilmiş gəlirlər ilə yoxlama nəticəsində illər üzrə müəyyənləşdirilmiş gəlirlər arasında fərq yaranmışdır. Müəssisənin Forma-2 və E-qaimələr üzrə 2019,2020 və 2021-ci illərdə təqdim etdiyi təmir-tikinti işlərindən və tikinti materiallarının satışından aşağıdakı kimi mənfəət dövriyyəsi müəyyən edilmişdir. "X2 Company" MMC-nin (VÖEN **********) sifarişi əsasında 2019-cu ildə e-qaimə üzrə 83350.0 manat dəyərində tikinti malları təqdim edilmiş və dövriyyə kimi müəyyən edilmişdir. "xxxx" ASC-nin (VÖEN **********) sifarişi əsasında 2019-cu ildə Forma -2 üzrə 11131692,81 manat, e-qaimə üzrə 11944987,24 manat dəyərində iş təqdim olumuşdur, 2020-ci ildə Forma -2 üzrə 4461458,06 manat, e-qaimə üzrə 3702802,95 manat dəyərində iş təqdim olumuşdur, 2021-ci ildə Forma-2 üzrə 377604,31 manat, e-qaimə üzrə 740184,59 manat dəyərində iş təqdim olumuşdur, yoxlama ilə həmin müəssisə üzrə 2019-cu il üzrə 11131692,81, 2020-ci il üzrə 4461458,06, 2021-ci il üzrə 377604,31 manat dəyərində təqdim edilmiş iş əsas götürülərək dövriyyə kimi müəyyən edilmişdir. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (VÖEN **********) sifarişi əsasında 2019-cu ildə Forma -2 təqdim olunmamış, eqaimə üzrə 1537889,83 manat dəyərində iş təqdim olumuşdur, 2020-ci ildə Forma -2 üzrə 10316295,45 manat, e-qaimə üzrə 9493946,10 manat dəyərində iş təqdim olumuşdur, 2021-ci ildə Forma -2 üzrə 5433011,66 manat, e-qaimə üzrə 2133955,17 manat dəyərində iş təqdim olumuşdur, yoxlama ilə həmin müəssisə üzrə 2019-cu il üzrə 0.0, 2020-ci il üzrə 10316295,45, 2021-ci il üzrə 5433011,66 manat dəyərində Forma-2 üzrə təqdim edilmiş iş əsas götürülərək dövriyyə kimi müəyyən edilmişdir. "xxxx" MMC-nin (VÖEN **********) sifarişi əsasında 2019-cu ildə e-qaimə üzrə 129980,00 manat dəyərində tikinti malları təqdim edilmiş və dövriyyə kimi müəyyən edilmişdir. Beləliklə, "xxxx" ASC (VÖEN **********) və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (VÖEN **********) sifarişləri əsasında təqdim edilmiş eyni işlərə görə Forma-2 üzrə cəmi 31720062,29 manat, E-qaimə üzrə 29553765,88 manat dəyərində dövriyyə göstərilmişdir. Müəssisənin Forma-2 üzrə 31720062,29 manat dövriyyə yoxlama ilə təsdiqlənmişdir. "X2 Company" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) sifarişləri əsasında E-qaimə üzrə cəmi 213.330,00 manat dəyərində mal-material təqdim olunmuş və yoxlama ilə həmin dövriyyə öz təsdiqin tapmışdır. Yoxlama ilə aşağıda göstərilən hesablamalar aparılmışdır: 2019-cu il üzrə: Müəssisənin 2019-cu il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində kameral münasibət göstərilməklə ümumi dövriyyə ********.42 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər ********.99 manat olmaqla vergiyə cəlb olunan mənfəət 234387,43 (********.42 - ********.99) manat, vergi məbləği 46877.49 (234387.43 *20%) manat olmaqla bəyan edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş sənədlərə və digər mənbəyi bəlli olan sənədlərə əsasən mənfəət dövriyyəsi 2019-cu ildə 11215042,81 manat müəyyən edilmişdir. Belə ki, Forma-2 ilə təqdim olunmuş təmir-tikinti işləri üzrə 11131692,81 manat, e-qaimə ilə təqdim olunmuş tikinti materiallarının satışı üzrə 83350,00 manat dövriyyə müəyyən edilmişdir. Ml = 11215042,81/(100+20) x 20 = 1869173,80 Yoxlama ilə hesablanmış 1869173,80 manat vergiyə cəlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 373834.76 manat (1869173,80*20%) mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2019-cu ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 46877.49 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət vergisinin 326957.27 (3738xx.xx-46877.49) manat azaldılması müəyyən edilmişdir. 2020-ci il üzrə: Müəssisənin 2020-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində kameral münasibət göstərilməklə ümumi dövriyyə ********.05 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər ********.21 manat olmaqla vergiyə cəlb olunan mənfəət 364825.84 (********.05 -********.21) manat, vergi məbləği 72965.17 (364825.84*20%) manat olmaqla bəyan edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş sənədlərə və digər mənbəyi bəlli olan sənədlərə əsasən mənfəət dövriyyəsi 2020-ci ildə 14777753,51 manat müəyyən edilmişdir. Belə ki, həmin dövriyyə Forma-2 ilə təqdim olunmuş təmir-tikinti işlərindən yaranmışdır. Ml = 14777753,51 /(100+20) x 20 = 2462958.92 Yoxlama ilə hesablanmış 2462958.92 manat vergiyə cəlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 492591.78 manat (2462958.92*20%) mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2020-ci ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 72965.17 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət vergisinin 419626.61 (4925xx.xx- 72965.17)manat azaldılması müəyyən edilmişdir. 2021-ci il üzrə: Müəssisənin 2021-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində kameral münasibət göstərilməklə ümumi dövriyyə 5929542.73 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 5790620.40 manat olmaqla vergiyə cəlb olunan mənfəət 138922.33 (5929542.73 - 5790620.40) manat, vergi məbləği 27784.47 (138922.33 *20%) manat olmaqla bəyan edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş sənədlərə və digər mənbəyi bəlli olan sənədlərə əsasən mənfəət dövriyyəsi 2021-ci ildə 5940595,97 manat müəyyən edilmişdir. Belə ki, Forma-2 ilə təqdim olunmuş təmir-tikinti işləri üzrə 5810615.97 manat, e-qaimə ilə təqdim olunmuş tikinti materiallarının satışı üzrə 129980,00 manat dövriyyə müəyyən edilmişdir. Ml = 5940595,97/(100+20) x 20 = 990099.33 Yoxlama ilə hesablanmış 990099.33 manat vergiyə cəlb edilən mənfəətdən 20% vergi dərəcəsi ilə 198019.86 manat (990099.33*20%) mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2021-ci ilin yekunu üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 27784.47 manat mənfəət vergisi hesablanması nəzərə alınmaqla mənfəət vergisinin 170235.40 (1980xx.xx-27784.47) manat azaldılması müəyyən edilmişdir. Beləliklə, yoxlanılan dövr üzrə (2019,2020 və 2021-ci illər) 916819.28 (326957.27 +419626.61 +170235.40 ) manat mənfəət vergisinin azaldıldığı müəyyən edilmiş və. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 916819.28 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 458409.64 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Əmlak vergisi üzrə: Səyyar vergi yoxlaması ilə 2019-cu, 2020-ci və 2021-ci illər əhatə olunmuşdur. Yoxlanılan dövrdə müəssisə əmlak vergisinin ödəyicisi olmuşdur. Vergi məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri vergitutma obyektidir. Müəssisə vergi orqanına təqdim etdiyi bəyannamələrə əsasən 2019-ci ildə 295.03 ((30722.93+28282.24)/2*l%) manat, 2020-ci ildə 282.82 ((28282.24+28282.24)/2*l%) manat, 2021-ci ildə 185.60 ((21211.68+15908.76)/2*l%) manat əmlak vergisinin hesablanmasını bəyan etmişdir. Səyyar vergi yoxlaması ilə müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdə və təqdim edilmiş əmlakın qalıq dəyəri ilə bağlı cədvəl məlumatına əsas vəsaitin 2020-ci və 2021-ci illər üzrə amortizasiyasının hesablanmadığı və eyni zamanda əsas vəsaitin satış əməliyyatı olmadığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 202-ci maddəsinin tələbləri gözlənilməklə müəssisəyə 2021-ci il üzrə 282.82 ((28282.24+28282.24)/2*l%) əmlak vergisi hesablanmışdır. Yoxlama ilə müəssisə tərəfindən 2021-ci il üzrə hesablanmış 185.6 manat vergi məbləği nəzərə alınmaqla 97.22 (282.82-185.6) manat əlavə əmlak vergisi hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əmlak vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 97.22 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 48.61 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının iddia ərizəsində göstərilənlər tam əsassızdır və iddia ərizəsində qeyd edilənlər iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddiaçı "X5" MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra cavabdeh iddiaçının dəqiqləşdirilmiş iddiasına dair yazılı etiraz verərək qeyd etmişdir ki, İddiaçı MMC (VÖEN: **********) cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, xx.xx.2025-ci il sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3 /2-204123/2024 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Vergilərin, sosial siğorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-342120/2024 nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi İddiaçı MMC-nin iddia ərizəsinə əlavədə göstərilənlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bildiririk ki, kameral vergi yoxlaması zamanı vergi ödəyicisi İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 2024-ci ilin iyul ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində elektron uyğunsuzluqlar müəyyən olunmuşdur. Elektron uyğunsuzluqlar “ 1. Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAS seriyalı 916701 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) 277.42 manat ƏDV məbləği ödənilmədiyi üçün bu elektron qaimə-fakturası (VHF-si) üzrə əvəzləşdirmə aparıla bilməz. 2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBAJ seriyalı 042658 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. 3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBAM seriyalı 028660 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. 4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBAR seriyalı 077791 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. 5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBAM seriyalı 030412 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. 6. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBAN seriyalı 069952 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyükdür. 7. Təqdim etdiyiniz bəyannamənin 308-ci "VM 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesabfakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ" sətrində 47.260,95 manat ƏDV məbləği göstərilməsinə baxmayaraq, həmin bəyannaməyə əlavə edilmiş elektron qaiməfakturalar (e-VHF) barədə məlumatın 308 kodlu sətri üzrə ödənilmiş ƏDV məbləğlərinin cəmi 46.180,69 manat göstərildiyi üçün kənarlaşma yaranmışdır.” məzmunlu uyğunsuzluqdan ibarət olmuşdur. EBAS seriyalı 916701 nömrəli, EBAJ seriyalı 042658 nömrəli, EBAM seriyalı 028660 nömrəli, EBAR seriyalı 077791 nömrəli, EBAM seriyalı 030412 nömrəli, EBAN seriyalı 069952 nömrəli eqaimə fakturalar əvvəlki dövrlərdə də əvəzləşməyə salındığından 6517,97 manat ( 5437,71+1080, 26 ) kənarlaşma yaranmışdır. Kənarlaşma ilə bağlı vergi ödəyicisinə 3-21-2-3/2-319496/2024 nömrəli “********** - Əlavə dəyər vergisi - İyul 2024 Elektron kameral üçün uyğunsuzluq məktubu” göndərilmiş, təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinidən kənarlaşmalar kameral vergi yoxlaması zamanı aradan qaldırılmış və vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********174000 nömrəli “********** ƏDV İyul 2024 Elektron kameral hesablama barədə Qərar” göndərilmişdir. Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmus vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayısın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 is günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. 37.3-cü maddəsinə əsasən, vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.3-cü maddəsində isə göstərilir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Yuxarıda qeyd olunanlara əsasən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlarla hesablanmış vergi məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Əlavə olaraq bildiririk ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1-ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 5 X1 Sistemi İmzalayan şəxs: Eldəniz Əhmədov / Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini / baş vergi xidməti müşaviri Qeyd: <> Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir, elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Sənədin elektron yüklənmə ünvanı: https://etaxes.gov.az/mydocs/index.html?fileid=20250224_KARG-Outgoing_19_654545f8-5cad- 4777-ac3d-9d1f2ddb1bfb&docid=**********237500 Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddiaçının iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********166471 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarda qeyd edilmişdir ki, İddiaçı MMC-də dekabr 2019 - noyabr 2022 vergi dövrü üzrə səyyar vergi yoxlaması təyin edilməsi qərara alınmışdır.

8. 19.03.2024-cü il tarixli **********166550 nömrəli səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2022-ci il tarixli **********166471 saylı qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin Təmir-tikinti sahəsinin auditi şöbəsinin baş dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X9 tərəfindən "X4" MMC-i (VÖEN **********) üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə 4-cü Rüb 2019 - 3-cü Rüb 2022-ci il üzrə Sadələşdirilmiş vergi, 4-cü Rüb 2019-ci il üzrə muzdla işləyənləri işə götürən sığortaedənlər, 2019-cu il - 2021-ci il üzrə mənfəət vergisi 2019-cu il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, Dekabr 2019-Noyabr 2022-ci il üzrə mədən vergisi, 1-ci Rüb 2020 - 3-cü Rüb 2022-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, 4-cü Rüb 2019-cu il üzrə Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) MDSS - Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112), 4-cü Rüb 2019 - 3-cü Rüb 2022-ci il üzrə ödəmə mənbəyində tutulan vergi, 4-cü Rüb 2019-ci il üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi, Dekabr 2019 - Noyabr 2022-ci il üzrə əlavə dəyər vergisi, 2020-ci il üzrə torpaq vergisi, 2019-cu il - 2021-ci il üzrə yol vergisi, 2019-cu il - 2021-ci il üzrə əmlak vergisi və Dekabr 2019 - Noyabr 2022-ci il üzrə aksiz vergisi vergi məcəlləsinin 38.3.5 maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlamanın nəticələri üzrə 2019-cu il mənfəət vergisi üzrə 326957.27 manat azaldılması, 326957.27 manat əlavə hesablanması, 163478.64 manat maliyyə sanksiyası, 2020-ci il mənfəət vergisi üzrə 419626.61 manat azaldılması, 419626.61 manat əlavə hesablanması, 209813.31 manat maliyyə sanksiyası, 2021-ci il mənfəət vergisi üzrə 170235.40 manat azaldılması, 170235.40 manat əlavə hesablanması, 85117.70 manat maliyyə sanksiyası, 2021-ci il əmlak vergisi üzrə 97,22 manat azaldılması, 97,22 manat əlavə hesablanması, 48.61 manat maliyyə sanksiyası, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 916819.28 manat azaldılmasına görə 50% məbləğində, yəni 458409.64 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əmlak vergisinin bəyannamədə göstəriləli məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 97.22 manat azaldılmasına görə 50% məbləğində, yəni 48.61 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 1 ədəd hesabat vaxtında təqdim edilmədiyi üçün 40.0 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Vergi və digər hüquq pozuntularına dair müəyyən edilmiş digər faktlar haqqında ümumiləşdirilmiş məlumatlar Səyyar vergi yoxlaması “Auditin təşkili və icra" şöbəsinin **********976500 saylı xx.xx.2022-ci il tarixli Xidməti məlumatına və Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli K.Y221879488 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı”na əsasən təyin olunmuşdur. Qərarda qeyd olunan bütün vergilər yoxlama ilə əhatə olundu və yoxlama zamanı mənfəət vergisi üzrə verginin azaldıldığı müəyyən edilmiş, digər vergilər üzrə kənarlaşma aşkar edilməmişdir. Mühasibat uçotunda kənarlaşma aşkar olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə protokol tərtib olunmamışdır. Aşkar edilmiş vergi və digər hüquq pozuntularının aradan qaldırılmasına dair yoxlayıcıların təklifləri Qeyd: Aktda hər bir verginin və ya icbari tibbi sığorta, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının yoxlanıldığı dövr göstərilməklə ayrı-ayrı vergilərə və ya icbari tibbi sığorta, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına dair vergi orqanı tərəfindən əlavə hesablamanın (həmçinin vergi orqanının müəyyən etdiyi artıq hesablamanın) səbəbləri və onları təsdiq edən sənədlər, əlavə verginin (və ya artıq hesablamanın) hesablanması qaydası (mexanizmi), istinad olunan normativ hüquqi aktların adı, maddəsi, bəndi, habelə vergi ödəyicisinin və ya sığortaedənin izahatı, izahatda istinad olunan hallar və həmin halların təkzib edilməsi əsasları barədə və ya belə faktların olmaması, bəyannamələrin Azərbaycan Respublikasının Vergi Məcəlləsi, habelə hesabatların "Tibbi sığorta haqqında", "Sosial sığorta haqqında" və ya "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilən müddətdə verilməsi haqqında məlumatlar göstərilir.

9. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndələri iddia tələbinə təqdim edilmiş yazılı etirazı müdafiə etdilər.

İİ. İddianın növü və mümkünlüyü

11. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. Mübahisələndirilən qərar inzibati aktdır. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

13. İddia tələbi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********187412 nömrəli xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsidir.

14. "X4" MMC barəsində səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilmiş, həmin maddəyə uyğun olaraq yoxlamanın təyin edilməsi əsası kimi göstərilmişdir ki, vergi organlarında mövcud uçot-baza malumatlarına əsasən bəyan edilmiş iqtisadi məlumatların bazarda bərabər iqtisadi göstəricilərə malik olan, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, istehsalat, işlərin görülməsi və xidmətlərin göstərilməsi fəaliyyətini göstərən analoji vergi ödəyiciləri ilə müqayisədə daha az olmasi; risk(lər)in təsviri; vergi organlarında mövcud ucot-baza məlumatlarına əsasən 2019-cu ildə xərclər çıxılmaqla əldə edilmiş 234387,43 manat mənfəət, bərabər iqtisadi göstəriciyə malik olan, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi fəaliyyətini göstərən digər analoji vergi ödəyicilərinin bəyan etdiyi mənfəət göstəricilərindən daha az oldugu müəyyən edilmişdir. Lakin hansı mənbəyi bəlli məlumat əsasında əldə edildiyi yoxlamanın təyin edilməsi barədə qərarda əsaslandırılmamışdır.

15. Bununla yanaşı qeyd edilməlidir ki, 2019-cu il üzrə mənfəətin digər vergi ödəyicilərinə nisbətdə az olduğu qeyd edilsə də, yoxlama 2020 və 2021-ci illər üzrə mənfəətin və digər tədiyyələr üzrə aparılmışdır.

16. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə;

17. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində nəzərdə tutulan vergi orqanının əldə etdiyi mənbəyi bəlli məlumat dedikdə, yoxlamaların vahid məlumat reyestrində qeydiyyat aparılmadan hər hansı vergi ödəyicisinin əməliyyatlarının vergi orqanı tərəfindən emal olunaraq bunun əsasında yoxlama təyin edilməsini deyil, digər məlumat mənbələrini nəzərdə tutur. Vergi orqanının hər hansı əsas olmadan öz təşəbbüsü ilə səyyar vergi yoxlamasının təyin edilməsi üçün “növbəti” yoxlama növü mövcuddur. Təsadüfi deyildir ki, “Yoxlamaların vahid məlumat reyestri və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.14-cü bəndinə görə, reyestrə daxil edilməli məlumatlardan biri də yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olduğu halda onun təyin edilməsi üçün əsaslardır.

18. Vergi orqanının reyestrdə qeydə alınmış yoxlama olmadan öz daxili bazası əsasında araşdırma apararaq hələ yoxlamanın başlanması üçün əsas yaratması isə öz-özlüyündə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin mahiyyətinə uyğun deyildir.

19. Növbədənkənar səyyar vergi yoxlamasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə müəyyən olunan mənbəyi bəlli məlumat olmadan həyata keçirilməsi dəfələrlə kassasiya instansiyasının qərarlarında pozuntu kimi qiymətləndirilərək qərarın ləğv olunmasının əsası kimi göstərilmişdir. İddiaçının ərizədə qeyd etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-751/2024 saylı (sədrlik edən X.Məmmədov), xx.xx.2023-cü il tarixli 2-1(102)-1534/2023 saylı (sədrlik edən X.Məmmədov), xx.xx.2024-cü il tarixli 2-1(102)-1801/2024 saylı (sədrlik edən Z.Quliyev), xx.xx.2023-cü il tarixli 2-1(102)-1632/2023 saylı (sədrlik edən S.Kərimov) və s. qərarlarında yoxlamanın təyin edilməsinin əsaslandırılmamasına görə keçirilən inzibati icraatın qanunsuz olduğunu müəyyən edilmişdir.

20. Səyyar vergi yoxlaması aktının 2-ci səhifəsində aktın tərtibi müddətinin uzadılması ilə əlaqədar xx.xx.2024-cü il tarixli qərar qəbul edildiyi göstərilmişdir. Lakin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, qeyd olunan qərar reyestrdə qeydiyyata alınmamışdır.

21. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə görə, yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə aşağıdakı hallarda uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda.

22. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması va aparılması qaydası haqqında Əsasnamə"nin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarliq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 3.4.16-cı bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat Reyestrə daxil edilməli məlumatlara aid edilmişdir.

23. Məhkəmə qeyd edir ki, yoxlama xx.xx.2022-ci il tarixdə baslanmışdır. Yoxlama müddətində cavabdeh 13 dəfə yoxlamanın dayandırılması barədə, 2 dəfə yoxlama müddətinin uzadılması barədə, 1 dəfə (xx.xx.2024-cü il tarixdə) aktın tərtibi müddətinin uzadılması, 1 dəfə əlavə yoxlama tədbirlərinin keçirilməsi haqqında (xx.xx.2024-cü il tarixli) barədə qərarlar qəbul etmişdir. Yoxlama müddətinin uzadılması, yoxlamanın dayandırılması və əlavə yoxlama tədbirlərinin keçirilməsi barədə qərarlar Reyestrə daxil edilsə də, aktın tərtibi müddətinin uzadılması barədə qərar Reyestrə daxil edilməmişdir.

24. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən İddiaçı MMC 2019-2021-ci illər üzrə mənfəət vergisi, əmlak vergisini ödəməkdən yayınmağa görə məsuliyyətə cəlb edilmişdir.

25. Mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən şərti rentabellik tətbiq edilməklə 2019-cü il üzrə 326957,26 manat əlavə hesablama aparılmaqla 163478,64 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2020-ci il üzrə 419626,61 manat əlavə hesablama aparılmaqla 209813,31 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2021-ci il üzrə 170235,40 manat əlavə hesablama aparılmaqla 851117,70 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

26. Məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

27. Mənfəət vergisinin və ona maliyyə sanksiyasının hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh hazırkı mübahisəyə münasibətdə şərti rentabellik norması tətbiq edərək özünün yuxarıda qeyd edilən şəkildə təyin etdiyi xərc məbləğinə istinadən vergiyə cəlb olunmalı dövriyyəni və mənfəəti müəyyən etmiş və bunun üzərindən birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli Qərarına əsasən iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Bu zaman cavabdeh həmin qaydanın tətbiqini vergi qanunvericiliyinin (VM-nin 67-ci maddəsinin) tələbləri baxımından əsaslandırmamış və yalnız özünün qiymətləndirməsinə söykənmişdir.

28. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad etməklə hesablamaq hüququ vardır. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. İnzibati orqan Vergi Məcəlləsinin 67.17-ci maddəsinə istinad edərək həmin Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq etmək hüququna əsaslanmışdır. Belə ki, 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə yeni məzmunda 67.17-ci maddə əlavə edilmişdir. Lakin məhkəmə qeyd edir ki, qeyd edilən normanın əlavə edilməsi inzibati orqanı 67.1-ci maddəsində göstərilən halları, yəni vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmamasını əsaslandırmaq vəzifəsinin olmadığı demək deyildir, yəni vergi orqanı hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.

29. Vergi Məcəlləsinin istinad olunan 67.1-ci maddəsinin yoxlama aparılan dövrdə qüvvədə olan redaksiyasının məzmunundan göründüyü kimi, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği ilk əvvəl əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır. Lakin cavabdeh iddiaçının sənədlərlə təsdiqini tapmayan xərclərin müəyyən olunmasına səy göstərməmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, yoxlama ila əhatə olunan dövr üzrə bütün bank hesablarından çıxarışlar, əmək haqqı cədvəlləri, əmrlər, qərarlar, çıxarışlar, lisenziyalar, şəxsiyyət vəsiqələrinin surətləri, müqavilələr, razılaşma protokolları, alış-satış sənədləri, Forma-2, Forma-3 lər va s. yoxlamaya təqdim edilmişdir. Eyni zamanda alış və satışı təsdiq edən elektron qaimə fakturalar, yük gömrük bəyananmələri, qarşılıqlı əlaqələri təsdiq edən digər sənədlər isə vergi organın elektron informasiya sistemində mövcud olmuşdur. Həmin sənədlər qanunvericiliklə qoyulan tələblərə, o cümlədən, ciddi hesabat sənədlərinin forması və rekvizitləri baxımından tam cavab verir. Bu səbəbdən iddiaçının gəlirin əldə edilməsi ilə bağlı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır və həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi hesablama metodunun tələblərinə uyğundur.

30. Bundan başqa, Vergi Məcəlləsinin 67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin yoxlama dövründə qüvvədə olan redaksiyasına görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; fəaliyyət göstərilən ərazi. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Vergi Məcəlləsinin istinad edilən həmin normalarından (67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinin 2020-ci ildə qüvvədə olan redaksiyasından) göründüyü kimi, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini şərti rentabellik norması əsasında deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Qanunverici yuxarıda qeyd edilən qaydalar əsasında verginin müəyyən edilməsinin mümkün olmadığı hallarda, son zəruri tədbir qismində şərti rentabellik normasının tətbiqini, yəni şərti vergi məbləğinin (20 faiz ticarət əlavəsi) hesablanması qaydasını nəzərdə tutmuşdur.

31. VM-nin 67-ci maddəsi bu məqsədlər baxımından təfsir olunmalıdır. İstinad edilən normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Hazırkı mübahisəyə münasibətdə VM-in 67-ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin tələblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, yoxlama zamanı ümumiyyətlə həmin istiqamətdə hər hansı araşdırma aparılmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. Odur ki, qeyd edilən hissədə məhkəmə təkrarən inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmənin inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımadığını qeyd edir.

32. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Halbuki, istinad olunan normaların tətbiqinə dair Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi vardır.

33. Qeyd edilənlər mənfəət vergisi vergisinin hesablanmasının (eləcə də ona tətbiq edilmiş maliyyə sanksiyası) əsassız olmasını hesab etmək üçün yetərlidir.

34. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********187412 nömrəli xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı əsassız olduğundan ləğv edilməlidir.

35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********187412 nömrəli xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar