Məhkəmə qərarları › İş №e-2-1(112)-3953/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3953/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3953/2024 16.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili X5 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə 16 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş pensiya məbləğinin (son üç il üzrə 8872,25 manat) cavabdehdən tutularaq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 departamenti tərəfindən araşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş"Güzəştli şərtlərlə yaşa görə Ərizəni imzalayan şəxs haqqında məlumat: əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın Tibb və sosial təminat müəssisələri bölməsində (19-cu bölmə) tauna qarşı müəssisələrdə məşğul olan işçilər nəzərdə tutulmuşdur. Qanunun 24.0.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilir. Vaxtilə cavabdehə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərə əsasən 5 sentyabr 1983-cü il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunananlara əsasən cavabdeh xx.xx.1983-cü il tarixindən xx.xx.1990cı il tarixinədək Respublika Taun Əleyhinə X4 Əleyhinə şöbəsində zooloq işlədiyi dövr iki qat ölçüdə hesablanaraq yalnız ümumi iş stajına daxil edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq həm ümumi, həm güzəştli iş stajına iki qat ölçüdə daxil edildiyi aşkar olunmuşdur. Buna görə də cavabdehin güzəştli iş stajı 12 il 6 aydan az, yəni 6 il 3 ay 27 gün olduğundan xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Buna görə də, cüzam və taun əleyhinə stansiyalarda iş müddəti ikiqat ölçüdə hesablanaraq yalnız ümumi iş stajına daxil edilir. Yuxarıda qeyd olunan hüquqi mövqe Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli 2-1(112)- 1576/2021 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin 1 iyul 2017-ci il tarixli 2-1(103)-1842/2021 nömrəli qərarlarında da ifadə olunub. Eyni zamanda, həmin qərarların əsaslandırılması zamanı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarı”na da istinad olunub. Həmin Qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, fasiləsiz xidmət illərinə güzəştli xidmət müddətinin yenidən daxil edilməsi pensiya təyin edilərkən nəzərə alınan güzəştli dövrün təkrarən tətbiqinə şərait yaratmış olar. Belə ki, güzəştli xidmət illərinin bir daha fasiləsiz xidmət illərinin tərkibində hesablanması müvafiq güzəştin pensiya təyinatı zamanı ikinci dəfə təkrarlanması ilə nəticələnər. Yəni qanunvericilikdə taun əleyhinə müəssisələrdə xidmət müddəti həmin müəssisələrdə azı 12 il 6 ay çalışmış kişilərə (qadınlara münasibətdə isə 10 il) güzəştli iş stajı kimi nəzərə alınmaqla daha erkən pensiya hüququ verir. Bu cür hüququn yaranmadığı, yəni həmin müəssisələrdə 12 il 6 aydan (10 ildən) az iş müddəti olduqda isə mövcud iş müddəti ikiqat ölçüdə hesablanaraq ümumi sığorta stajına əlavə edilməklə güzəşt tətbiq olunur. Həmin güzəştin eyni zamanda həm ümumi, həm də güzəştli iş stajlarının hesablanması zamanı nəzərə alınması qanunla müəyyən edilmiş bir güzəştin ikinci dəfə təkrarən tətbiqinə şərait yaratmış olar. Eyni zamanda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, cavabdehə vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, cavabdehin pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 16 iyun 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmişdir. Lakin cavabdeh Qəbul Mərkəzinə gəlməmiş və hər hansı mülahizəsini təqdim etməmişdir. Daha sonra inzibati icraat çərçivəsində cavabdehə vaxtilə pensiya təyin edilməsi haqqında qəbul edilmiş qərarın ləğvi haqqında qərar qəbul edilib. Eyni zamanda, ona pensiya ödənişinin dayandırılması haqqında inzibati akt qəbul edilib. Göründüyü kimi, İdarə tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Sözügedən maddənin tələbləri nəzərə alınmaqla cavabdehə artıq ödənilmiş pul vəsaiti son üç il üzrə 8872,25 manat təşkil edir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh nümayəndəsi və vəkili X9 tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh pensiyasının dayandırılması üçün ilk öncə iddiaçı tərəfindən “Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının Cavabdeh əmək pensiyasının təyin edilməsi haqqında Qərarın ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli,. **********4 nömrəli Qərar qəbul edilmişdir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, Cavabdeh əmək pensiyası ödənişi dayandırılsın və artıq ödənilmiş pensiya məbləği müəyyən edilsin. Qərarın 3-cü bəndində göstərilirmişdir ki, artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliklə tələblərinə uyğun qaydada tədbirlər görülsün. Bundan sonra Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-15279/2023 nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” Qərar qəbul edilmiş və həmin qərarda Cavabdeh 8872,25 manat məbləğində artıq pensiyanın ödənildiyi təsbit edilmişdir. Hazırkı iddia tələbi üzrə də Cavabdeh tələb edilən 8872,25 manat məbləğində artıq ödənilmiş pensiya məbləği həmin qərar əsasında müəyyən edilmişdir. “Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının Cavabdeh əmək pensiyasının təyin edilməsi haqqında Qərarın ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli, **********4 nömrəli Qərarı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14030/2023 saylı inzibati iş üzrə xx.xx.2023-cü il tarixli Qərarı ilə ləğv edilmişdir. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan narazı qalaraq xx.xx.2023-cü il tarixdə apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1 (103)-1386/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli Qərarı ilə həmin apelyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin Qərarı qüvvədə saxlanılmışdır. xx.xx.2023-cü il tarixli Qərar isə Bakı İnzibati Məhkəməsi tərəfindən ləğv edilmiş, Bakı İnzibati Məhkəməsinin Qərarı isə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Beləliklə də artıq pensiya ödənişinin müəyyən edildiyi xx.xx.2023-cü il tarixli Qərarın qəbul edilməsi üçün əsas olmuş xx.xx.2023-cü il tarixli Qərar məhkəmə qaydasında ləğv edildiyindən artıq pensiya ödənişinin müəyyən edildiyi xx.xx.2023-cü il tarixli Qərar da artıq heç bir hüquqi əhəmiyyət kəsb etmir. “İnzibati icraat haqqında” AR Qanunun 64.2-cü maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.4cü maddəsinə əsasən, etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X9 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdehə müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Məhkəmənin müvafiq sorğusuna əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Nəsimi rayon şöbəsi tərəfindən açılmış Cavabdeh aid pensiya işinin materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin əmək pensiyasını təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli, 05 № Qərarının təsdiq edilmiş surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə kimi və xx.xx.2017-ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir xx.xx.2018-ci il tarixdə şəxsi hesab açılmışdır. - DSMF-nin Daxili nəzarət və struktur bölmələrlə iş şöbəsi tərəfindən DSMF-yə ünvanlanmış “Fondun Nəsimi rayon şöbəsində “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 20-ci maddələrinə əsasən təyin olunmuş pensiya işlərinin araşdırılması barədə” xx.xx.2020-ci il tarixli, **********5 №-li Xidməti Məruzəsində (təsdiq edilmiş surəti) qeyd olunmuşdur ki, araşdırma zamanı Fondun Nəsimi rayon şöbəsi tərəfindən təyin olunmuş 21 pensiya işinin bu Qanunun 9 və 20-ci maddələri əsasında deyil, ümumi əsaslarla təyin olunduğu aşkarlanmışdır. Həmiçinin şöbə tərfindən təyin olunmuş 1 pensiya işinin bu qanunun 20-ci maddəsi ilə əmək pensiyası hüququnun olmadığı, ümumi əsaslarla pensiya məbləği 709.39 manatdan 233.20 manata endirilmiş və 48144.31 manat artıq ödəmə aşkarlanmışdır (cədvəl əlavə olunur). Həmiçinin şöbə tərfindən təyin olunmuş 2 pensiya işinin bu qanunun 9-cu maddəsi ilə əmək pensiyası hüququnun olmadığı və 43666.97 manat artıq ödəmə aşkarlanmışdır (cədvəl əlavə olunur). Əlavə olaraq bildirilmişdir ki, şöbə tərfindən təyin olunmuş 28 iş üzrə 157568.96 manat artıq ödəmə aşkarlanmışdır. Qeyd olunanları nəzərə alaraq, 061111 saylı pensiya işinin ümumi əsaslarla təyin olunması barədə Sosial Ödənişlərin Təyinatı Mərkəzi İdarəsinə, həmin pensiya işi üzrə yaranmış artıq ödəmənin pensiya məbləğindən tutulması barədə Mərkəzi Maliyyə və Mühasibatlıq idarəsinə və aşkar olunmuş artıq ödəmələrin vətəndaşların pensiya məbləğindən tutulmas, pensiya hüququ ləğv olunmuş pensiya işləri üzrə artıq ödəmənin bərpa olunması barədə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. - Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2020-ci il tarixli, **********4 №-li Qərarının təsdiq edilmiş surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2016-cı il tarixdən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası DSMF-nin Daxili Nəzarət və struktur bölmələrlə iş şöbəsinin **********5 №-li xidməti məruzəsi əsası ilə dayandırılmışdır. Yenidən hesablanmış pensiya məbləği 241,76 manat və sonuncu yenidən hesablanmış pensiya məbləğinin ödənildiyi dövr: xx.xx.2020-xx.xx.2020-ci il müəyyən edilmişdir. - Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Cavabdeh ünvanlanmış “Əmək peniyasının dayandırılması haqqında” xx.xx.2020-ci il tarixli, **********9 №-li məktubun surətində göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 24.0.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən ona 24.11,2016-cı il tarixində 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən pensiya işinə dair sənədlər araşdırılmışdır. Nəticədə 5 sentyabr 1983-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1983-cü il tarixindən xx.xx.1990-cı il tarixinədək Respublika Taun Əleyhinə X4 Əleyhinə şöbəsində zooloq işlədiyi dövr iki qat ölçüdə hesablanaraq yalnız ümumi iş stajına daxil edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq həm ümumi, həm güzəştli iş stajına iki qat ölçüdə daxil edildiyi aşkar olunmuşdur. Buna görə də onun güzəştli iş stajı 12 il 6 aydan az, yəni 6 il 3 ay 27 gün olduğundan xx.xx.2016- xx.xx.2020-ci İİ tarixləri arasındakı dövr ərzində ona 8459,41 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar Dövlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyasının dayandırılması və artıq ödənilmiş vəsaitinin büdcəyə bərpa edilməsi tapşırılmışdır. Ona artıq ödənilmiş 8459,41 manat pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması xahiş olunmuşdur. Əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən DSMF-yə ünvanlanmış “Dayandırılmış pensiya ödənişlərinin bərpa edilməsinə dair məhkəmə qərarlarının icrası haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-1-29782/2023 №-li Xidməti məruzədə qeyd olunmuşdur ki, Cavabdeh Fondun Nəsimi rayon şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Fondun Daxili nəzarət departamenti tərəfindən vətəndaşa vaxtilə pensiya təyin edilərkən güzəştli iş stajının olmadığı müəyyən olunduğundan onun əmək pensiyası Mərkəzi Filialın xx.xx.2020-ci il tarixli **********4 nömrəli “əmək pensiyasının dayandırılması haqqında” Qərarına əsasən dayandırılmışdır. Şəxsin sonuncu pensiya ödənişinin aylıq məbləği 241,76 təşkil edib. Cavabdeh onun xx.xx.2020-ci il tarixindən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və hazırkı vaxta qədər ödənilməmiş pensiyanın ona ödənilməsi tələbi ilə Mərkəzi Filiala qarşı məhkəmədə iddia qaldırıb. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1 (112)-1576/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin yalnız əmək pensiyası hüququ verən sığorta stajına (əmək fəaliyyəti dövrlərinin ümumi müddətinə) güzəştli şərtlərlə daxil edildiyindən, iddiaçının güzəştli iş stajının təqvim üzrə 12 il 6 aydan az, yəni 6 il 3 ay 27 gün olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçının güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkət edilmədiyinə görə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01,07.2021-ci il tarixli 2-1(103)-1842/2021 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021 -ci il tarixli 2-1(102)-1798/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-920/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş “Cavabdeh əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2020-ci il tarixli **********4 nömrəli qərar ləğv edilmiş iddiaçının xx.xx.2020-ci il tarixindən dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, pensiya işindən də göründüyü kimi, iddiaçının əmək pensiyasının dayandırılması barədə qərar qəbul edilərkən inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğunluğunu müəyyən edilməmişdir. İdarə Tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-206/2023 nömrəli qərarı ilə sözügedən qərar qüvvədə saxlanmışdır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-10061/2023 №-li Qərarının təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə Cavabdeh təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa olunmuşdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Cavabdeh ünvanlanmış “Əmək pensiyası hüququna baxılmasında mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət olunması” barədə xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ş-128932/2023 saylı məktubda (surəti) göstərilmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinə çatdırırlar ki, ona vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü madddəsinin bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 24.0.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən ona xx.xx.2016-cı il tarixində 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən pensiya işinə dair sənədlər araşdırılmışdır. Nəticədə 5 sentyabr 1983- cü il tarixli ИТ-İ 019501 1 nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1983-cü il tarixindən xx.xx.1990-cı il tarixinədək Respublika Taun Əleyhinə X4 Əleyhinə şöbəsində zooloq işlədiyi dövrün iki qat ölçüdə hesablanaraq yalnız ümumi iş stajına daxil edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq həm ümumi, həm güzəştli iş stajına iki qat ölçüdə daxil edildiyi aşkar olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, ona vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 16 iyun 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməsi xahiş olunmuşdur. - Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-14761/2023 №-li Qərarından (təsdiq edilmiş surəti) müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə Cavabdeh təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırılmışdır. - Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının Cavabdeh əmək pensiyası təyin edilməsi edilməi haqqında Qərarının ləğv olunması haqqında” xx.xx.2023cü il tarixli, 3-17-1/3-3-14764/2023 №-li Qərarında (təsdiq edilmiş surəti) göstərilmişdir ki:

1. X3 Şükürova əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilsin.

2. Adıçəkilən şəxsə əmək pensiyasının ödənişi dayandırılsın və ona artıq ödənilmiş pensiyanın məbləği müəyyən edilsin.

3. İnzibati icraat haqqında” Qanununun 67.13-cü maddəsinin tələblərinə uyğun qaydada şəxsə məlumat verilsin.

4. Artıq ödənilmiş pensiya məbləğinin dövlət büdcəsinə bərpa edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülsün. Qərarın “Ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlunat” adlanan 11-ci bölməsində Cavabdeh tutulmalı olan pensiyanın məbləği aşağıda qeyd olunan qaydada hesablanmışdır: başlanğıc tarixi son tarix məbləğ (manatla) xx.xx.2017 – xx.xx.2020 – 7445,49 xx.xx.2023 - xx.xx.2023 - 1426,76 Yekun: 8872,25 - Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-15279/2023 №-li Qərarında (təsdiq edilmiş surəti) qeyd olunur ki, xx.xx.2016-cı il tarixdə Cavabdeh təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası aparılmış İnzibati icraat əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1 maddəsinə əsasən dayandırılmışdır. - Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Cavabdeh ünvanlanmış “İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi və artıq ödənilmiş əmək pensiyasının büdcəyə bərpası haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ş-189137/2023 saylı məktubunda (surəti) göstərilmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinə çatdırılmışdır ki, ona vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 24.0.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən sizə 24.11,2016-cı il tarixində 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən pensiya işinizə dair sənədlər araşdırılması nəticəsində 5 sentyabr 1983-cü il tarixli ИТ- İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1983-cü il tarixindən xx.xx.1990-cı il tarixinədək Respublika Taun Əleyhinə X4 Əleyhinə şöbəsində zooloq işlədiyi dövr iki qat ölçüdə hesablanaraq, yalnız ümumi iş stajınıza daxil edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq həm ümumi, həm güzəştli iş stajınıza iki qat ölçüdə daxil edildiyi aşkar olunmuşdur. Bununla əlaqədar olaraq, onun güzəştli iş stajı 12 il 6 aydan az, yəni 6 il 3 ay 27 gün təşkil edir. Lakin buna baxmayaraq, ona Fondun Nəsimi rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanlara əsasən, pensiya hüququna yenidən baxılması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində mülahizələrinin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət olunmağı barədə ona tərəflərindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ş-128932/2023 məktub göndərilmişdir. Lakin məktubda qeyd olunan tarixədək Mərkəzi Filala gəlməmiş və ya pensiya hüququ ilə bağlı hər hansı mülahizəni təqdim etməmişdir. Daha sonra sözügedən Qanunun tələblərinə uyğun qaydada ona əmək pensiyasının təyin olunması haqqında qərarın ləğv olunması və pensiya ödənişinin dayandırılması haqqında inzibati akt qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Sözügedən maddənin tələbləri nəzərə alınmaqla ona artıq ödənilmiş pul vəsaiti 8872,25 manat təşkil edir. Həmin artıq ödənilmiş vəsaitin könüllü şəkildə 15 gün müddətində büdcəyə qaytarmağı və bu barədə bizə məlumat verməsi xahiş olunmuşdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-61382/2023 №-li Qərarından (təsdiq edilmiş surəti) görünür ki, xx.xx.2016-cı il tarixdə Cavabdeh təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məhkəmə qərarına əsasən bərpa edilmişdir. Qərarın “Ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlunat” adlanan 11-ci bölməsində Cavabdeh tutulmalı olan pensiyanın məbləği aşağıda qeyd olunan qaydada hesablanmışdır: başlanğıc tarixi son tarix məbləğ (manatla) xx.xx.2020 – xx.xx.2023 – 10085,84 : 40=252,14 İş materiallarından müəyyən olunur ki: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14030/2023 saylı iş üzrə çıxartdığı xx.xx.2023-cü il tarixli qərarı ilə “Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının Cavabdeh əmək pensiyasının təyin edilməsi haqqında Qərarın ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli, **********4 nömrəli Qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiysının 2-1(103)-1386/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli Qərarı ilə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-14030/2023 saylı iş üzrə çıxartdığı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

... Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları

... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.

Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:

... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;

.... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət .... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.

... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. … Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

… Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. … Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. … Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. … Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

Məhkəmənin mövqeyi.

Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə ilkin olaraq iddia tələbi ilə bağlı onu qeyd edir ki, hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olubolmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də cavabdeh belə bir razılığının olmadığını və bəyan etmədiyini bildirir. Həmçinin məhkəmə bildirir ki, inzibati orqanın hazırki davranışı etimad hüququnun qorunması prinsipinə ziddir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur. Qeyd edilməlidir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Göründüyü kimi, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir və bu hal iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın qərarını və hərəkətlərini qanunsuz hesab edir. Beləliklə, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyildirsə və iddiaçı etimadın qanunla qorunması hüququna malikdirsə, inzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə iddiaçıdan pul məbləğinin geri tələb edilməsini istisna edir. İddiaçıdan asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv hesablanması zamanı bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Göründüyü kimi inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Məhkəmə bi daha vurğulayır ki, əmək pensiyasının təyin edilməsi barədə qərar vətəndaşın ziyanına şərh olunacağı halda belə, yəni əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv olunması, əmək pensiyasının bərpa edilməsi barədə cavabdeh tərəfindən iddia qaldırılmamaması və ya qaldırılmış iddianın uğurlu olmaması halında belə, bu, həmin aktın əlverişli inzibati akt hesab edilməsini aradan qaldırmır və hazırkı faktiki hallar nəzərə alınmaqla pensiyaçıya münasibətdə etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı iddia tələbi əsassızdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, analoji işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi və məhkəmə təcrübəsi də iddiaçı tərəfindən nəzərə alınmalı və həmin təcrübəyə əməl olunmalıdır. Nəzərə almaq lazımdır ki, artıq ödənildiyi iddia edilən pensiya məbləğinin geri qaytarılmasına dair mübahisələr üzrə Ali Məhkəmə tərəfindən xeyli sayda qərarlar qəbul olunmuş, həmin qərarlarla iddiaçının davranışı qanunsuz və əsassız hesab edilmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyasının bərpa edilməsi” tələbinə dair 2-1(102)-206/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında məhkəmə göstərmişdir ki: Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh iddiaçıya pensiya ödənişinin dayandırılması barədə qərar qəbul edərkən “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsində təsbit edilmiş tənzimləmənin yalnız əmək pensiyasının onun tərəfindən təyin olunduğu hallara şamil olunduğunu nəzərə almalıdır. Başqa sözlə, “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsində təsbit olunmuş qayda inzibati orqanın qərarı ilə təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı halları tənzimləyir. Bu mənada həmin tənzimləmənin nəzərdə tutulduğu norma yalnız inzibati orqanın qərarı ilə əmək pensiyasının təyin edildiyi hallara tətbiq mənasında təfsir olunmalıdır və məhkəmə qərarı ilə təyin olunmuş əmək pensiyası üzrə ödənişin dayandırılması hallarına şamil edilə bilməz (bənd 37). Qeyd olunmalıdır ki, iddiaçıya əmək pensiyasının məhkəmə qərarı ilə təyin olunduğu, həmin məhkəmə qərarının qüvvədə və beləliklə də etibarlı olduğu müddətdə, məhkəmə qərarı əsasında təyin olunmuş əmək pensiyası ödənişinin cavabdeh tərəfindən dayandırılması, xüsusilə də hər hansı icraat aparmadan dayandırılması yolverilməzdir. Belə davranış dövlətin adından qəbul edilmiş məhkəmə qərarının hüquqi qüvvəsinə və etibarlığına ciddi ziyan vurardı (bənd 38). Bu baxımdan, cavabdeh iddiaçıya pensiya ödənişinin dayandırılması barədə məsələni həll edərkən yuxarıda qeyd olunan yanaşmanı nəzərə almağa və ona uyğun davranmağa borcludur (bənd 39). Hazırkı mübahisəyə münasibətdə yuxarıda istinad olunan normaların qeyd edilən tələblərinə iddiaçı inzibati orqan tərəfindən riayət olunduğu iş üzrə materiallarla təsdiq olunmur. Bununla yanaşı iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsində hazırda cavabdehdən tələb olunan artıq ödənilmiş pensiya məbləğinin (son üç il üzrə 8872,25 manat) hesablanmasına əsas olmuş Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının Cavabdeh əmək pensiyası təyin edilməsi edilməi haqqında Qərarının ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-14764/2023 №-li Qərarı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14030/2023 saylı iş üzrə çıxartdığı xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv olunmuş və qeyd olunan məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. İddiaçı orqan tərəfindən sonradan İnzibati icraat aparılsa da belə aparılmış inzibati icraat nəticəsində qəbul olunmuş qərar “Əmək pensiyasının yenidən hesablanması haqqında” olmaqla, qeyd olunan qərarla iddiaçıya təyin olunmuş pensiya bərpa olunmuş və həmin qərarın “Ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlunat” adlanan 11-ci bölməsində Cavabdeh tutulmalı olan pensiyanın dövrü (xx.xx.2020 – xx.xx.2023) və məbləği (10085,84 manat) hazırki iddia ərizəsində tələb olunan dövrdən və məbləğdən tam fərqlidir. İPM-nin 52-ci maddəsinə əsasən Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar