Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3964/2023 13.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililımn üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-ci il tarixdə anadan olmuşdur. xx.xx.1978-cu ildən əmək fəaliyyətinə başlamışdır. Ümumilikdə 40 ildən çox əmək stajı var. Ümumi əmək stajının 24 ildən çoxunu zərərli peşələrdə çalışmışdır. İşlədiyi iş yerləri üzrə peşəsinin zərərli sahə olmasını, ümumi və xüsusi sahədə olan iş stajını və yaşını nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixli ********** saylı imtina məktubunda qeyd edilmişdir ki, “Mərkəzi filiala təqdim etdiyiniz 7 dekabr 1978ci il tarixli İT-10362859 nömrəli əmək kitabçanızda xx.xx.1981-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində Bakı şəhər İcra Hakimiyyətinin “Bakıyaşayıştikinti” trestinin 300 və 303 saylı Tikinti idarələrində işlədiyiniz qeyd edilmişdir. Dövlət Arxivində və Bakı şəhər İcra Hakimiyyətinin Arxivində həmin müəssisəyə aid arxiv sənəd məlumatlarının saxlanılmaması səbəbindən sosial sığorta stajınızın doğruluğunu yoxlamaq mümkün olmamışdır. Buna görə də xx.xx.1981- xx.xx.2004-cü il tarixləri arasındakı dövrü iş stajınıza daxil etmək mümkün olmamışdır.Eyni zamanda təqdim etdiyiniz xx.xx.1978-ci il tarixli Əmək Kitabçanızda xx.xx.2004-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyiniz qeyd olunmuşdur. Adı çəkilən müəssisədə işlədiyiniz dövrün dəqiqləşdirilməsi məqsədi ilə “Sığorta Alt Sistemi (monitoring)” proqram təminatında araşdırma aparılaraq, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Bu Səbəbdən də Sizin iş stajınız 25 ildən az(9 il 1 ay 8 gün) təşkil edir”. Cavabdehin imtinası tamamamilə qanunsuz və əsassızdır. Belə ki, o xx.xx.1978-ci ildə Bakı şəhər Yaşıllaşdırma İdarəsində əmək fəaliyyətinə başlamışdır. xx.xx.1979-cu ildə həqiqi hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad olunmuşdur. Hərbi xidməti başa vurub qayıtdıqdan sonra xx.xx.1981-ci ildə “Bakıyaşayıştikinti” Trestinin 303 saylı Tikinti idarəsində işləməyə başlamışdır. Həmin idarədə müxtəlif vəzifələrdə, həmçinin iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.1991-ci ildən 303 saylı Tikinti idarəsi yenidənqurma nəticəsində adı dəyişdirilərək 300 saylı Tikinti idarəsi adlandırılmış və o, xx.xx.1991-ci iltarixdən xx.xx.2004-cü il tarixə qədər “Bakıbaşyikinti” Trestinin 300 saylı tikinti idarəsində iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.2004-cü il tarixdə həmin idarədən öz xahişi ilə işdən azad olunaraq xx.xx.2004-cü il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-də, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixə qədər "xxxx" MMC-də, xx.xx.2014-cüxx.xx.2015-ci il tarixdə "xxxx"MMC-də, xx.xx.2016-xx.xx.2016 tarixlərdə "xxxx" MMC də iş icraçısı, xx.xx.2016-03.072017-ci il tarixlərdə "xxxx"ASC-də iş icraçısı, xx.xx.2017-ci ildən "xxxx"MTK-da iş icraçısı vəzifəsində işləyir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14449/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alı ilə əvəz edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı iş stajı 25 ildən az (9 il 1 ay 8 gün (xx.xx.1978-xx.xx.1979- cu il, xx.xx.1979-xx.xx.1981-ci il tarixləri arasındakı dövrlər və 2006-2022-ci il tarixləri arasındakı dövr üzrə 6 il 6 ay)) təşkil etmişdir. Belə ki, 2006-2022-ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə 79 ay (xx.xx.2005-xx.xx.2011-ci il illər üzrə, 2017-ci ilin 6 ayı üzrə və 2020-ci ilin 3 ayı üzrə) sığorta ödənişi öz əksini tapmamışdır. Əlavə olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabln sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 9187,39 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında" Qanunun 1,0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İş materiallarına əlavə edilmiş iddiaçının 7 dekabr 1978-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1981-xx.xx.2004-cü il tarixləri arasındaki dövr ərzində Bakı şəhər İcra Hakimiyyətinin “Bakıyaşayıştikinti” trestinin 300 və 303 saylı Tikinti İdarələrində işlədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 6 iyul 2022-ci il tarixli BA-04099-2022 nömrəli və Bakı şəhər İcra Hakimiyyətinin 17 avqust 2022-ci il tarixli 7-3736/17 nömrəli iddiaçıya dair arayışlarında həmin müəssisəyə aid arxiv sənəd materiallarının saxlanılmaması səbəbindən sosial sığorta stajın doğruluğunu yoxlamaq mümkün olmamışdır. Buna görə də, xx.xx.1981-xx.xx.2004cü il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil etmək mümkün olmamış, həmçinin həmin dövr üzrə güzəştli iş stajını müəyyən etmək olmamışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş iddiaçının 7 dekabr 1978-ci il tarixli l/İT- İ ******* nömrəli əmək kitabçasında xx.xx.2004-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində "Falez Memarlıq” MMC-də işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılaraq, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də, iddiaçının ümumi iş stajı 25 ildən az (9 il 1 ay 8 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il tarixləri arasındakı dövrlər və 2006-2022-ci il tarixləri arasındakı dövr üzrə cəmi 6 il 6 ay)) təşkil edir. Belə ki, 2006- 2022-ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində həmin dövr üzrə 79 ay (xx.xx.2006xx.xx.2011-ci illər üzrə, 2017-ci ilin 6 ayı üzrə və 2020-ci ilin 3 ayı üzrə) sığorta ödənişi öz əksini tapmamışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Əlavə olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 9187,39 manat təşkil edir. Yuxarıda qeyd edilənləri, AR İPM-nin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı" güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi"nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün pensiyanın hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1979-cu ildə hərbi xidmətə çağırılmış, xx.xx.1981-ci ildə tərxis edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 07 dekabr 1978-ci il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1978-ci ildə Tİ -3 “Zelenostroy” U.Z.X.-da 1-ci dərəcəli bağ fəhləsi kimi işə qəbul edilmişdir, xx.xx.1978-ci ildə Tİ -2 “Zelenostroy”-a köçürülmüş, xx.xx.1978-ci ildə Tİ -2 “Zelenostroy” U.Z.X.-də müvəqəti olaraq 26 Bakı Komissarları rayonunda 1-ci dərəcəli bağ fəhləsi kimi işə qəbul edilmiş, xx.xx.1979-cu ildə Daimi işə köçürülmüş, xx.xx.1979-cu ildə Sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırışla əlaqədar olaraq işdən azad edilmidir. xx.xx.1981ci ildə S. Vurğun adına kolxozda kolxoçu işləmiş, xx.xx.1981-ci ildə işdən azad edilmişdir. xx.xx.1981-ci ildə Azərbaycan SSR zəhmətkeş deputatlar şurasının Bakı şəhər soveti icraiyyə komitəsinin “Qlavbakstroy” “Vısotjilstroy” trestinin Tİ № 303-də 1-ci dərəcə üzrə fəhlə kimi qəbul edilmiş, xx.xx.1983-cü ildə Fəhləliyin 2-ci dərəcəsi verilmiş, xx.xx.1985-ci ildə Bənnalığın 3-cü (üçüncü) dərəcəsi verilmiş, xx.xx.1987-ci ildə Tikinti ustası kimi köçürülmüş, xx.xx.1988-ci ildə Prorab kimi köçürülmüş, xx.xx.1991-ci ildə Yeni təsis edilmiş 300 saylı tikinti idarəsinə köçürülmə ilə əlaqədar alaraq işdən azad edilmişdir. xx.xx.1991-ci ildə PPSO “Bakjilstroy” 300 saylı tikinti idarəsində Tİ № 303-dən köçürülmə ilə prorab vəsifəsinə qəbul edilmiş, xx.xx.2004-cü ildə işdən azad edilmişdir. xx.xx.2004-cü ildə "xxxx" MMC-də inşaat işləri üzrə sahə briqadiri qəbul edilmiş, xx.xx.2005-ci ildə "xxxx" MMC-də inşaat mühəndisi vəzifəsinə keçirilmiş, xx.xx.2011-ci ildə işdən azad edilmişdir. xx.xx.2011-ci ildə "xxxx" MMC-nin inşaat mühəndisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2011-ci ildə işdən azad edilmiş, xx.xx.2014-cü ildə işçi "xxxx" MMC-yə sahə rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci ildə işdən azad edilmişdir. xx.xx.2016-cı ildə "xxxx" MMC-də iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2016-cı ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2016-cı ildə "xxxx" ASC-nə iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2017-ci ildə "xxxx" MTK-a iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu ildə işdən azad edilmişdir. xx.xx.2019-cu ildə "xxxx" MTK-a iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu ildə işdən azad edilmiş, xx.xx.2019-cu ildə "xxxx" MTK-ya iş icraçısı təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli, BA-04099-2022 nömrəli məktubunda bildirilmişdir ki, 5 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli müraciətinizə cavab olaraq bildiririk ki, BBTİ 303 saylı Tikinti idarəsinin 1981-1991-ci illər və 300 saylı Tikinti idarəsinin 1991-2004-cü illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfati Departamentinin xx.xx.2022-ci il tarixli, 835 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.1981-ci tarixdən xx.xx.2004-cü ilədək “Bakıyaşayıştikinti” tirestinin 300 saylı Tikinti İdarəsində hansı vəzifələrdə işləməsi ilə bağlı arayışın verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətindən daxil olmuş müraciətinizə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin tabeliyində “Bakıyaşayıştikinti” tirestinin 300 saylı Tikinti İdarəsi fəaliyyət göstərmədiyi üçün sorğuda qeyd edilən məlumatların təqdim edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin 7-3736/17 nömrəli 17 avqust 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2022-ci il tarixli, 1024 nömrəli sorğunuza tərəfimizdən baxılmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, sorğuda qeyd olunan vətəndaş Şıxəliyev ‘ Cavad Cəmil oğlunun 1981-2004-cü illərdə işlədiyi Bakı Şəhər İcra Hakimiyyətinin “Bakıyaşayıştikinti” trestinin 300 saylı Tikinti İdarəsinin sənədləri BŞİH-nin arxivinə təhvil verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 07 mart 2023-cü il tarixli, 3-21-3/2- 2814/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işlə əlaqədar “Bakıyaşayıştikinti” trestinin 300 və 303 saylı Tikinti İdarələrinin fəaliyyəti barədə, özəlləşdirilib-özəlləşdirilməməsi, ləğv edilib-edilməməsi və ya hüquqi varisliyin müəyyən olunub-olunmaması, həmçinin iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “Bakıyaşayıştikinti” trestinin 300 saylı Tikinti İdarəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Bakıyaşayıştikinti" trestinin 303 saylı Tikinti İdarəsində işləməsini təsdiq edən məlumatın verilməsi ilə bağlı sorğunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, müraciətinizdə qeyd olunan “Bakıyaşayıştikinti” Layihə Sənaye Tikinti Birliyinin 300 saylı Tikinti İdarəsi keçmiş Dövlət Əmlakı Nazirliyinin 3 avqust 2000-ci il tarixli, 130 nömrəli əmri ilə özəlləşdirilməyə açıq elan edilmiş, həmin Nazirliyin digər 19 fevral 2001-ci il tarixli, 38 nömrəli əmri ilə “özəlləşdirilmə perspektivinin olmaması” səbəbi ilə özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin siyahısından çıxarılaraq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində saxlanılması məqsədəuyğun hesab edilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, sorğuda qeyd olunan 303 saylı Tikinti İdarəsi barədə və digər hallarla bağlı Əmlak Məsələləri Dövlət Xidmətində hər-hansı məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli, **********034400 nömrəli məktubunda qeyd edilmişdir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə dair daxil olmuş müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bununla əlaqədar bildiririk ki, İdarədə olan reyestrdə "Bakıyaşayıştikinti" trestinin 300 və 303 saylı Tikinti İdarələri adlı kommersiya qurumları aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxslərə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verməyiniz xahiş edirik. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3-48-2F/2-01456/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli, 2-1(112)-3964/2023 saylı sorğunuza cavab olaraq bildiririk ki, “Bakıyaşayıştikinti” trestinin 303 saylı Tikinti İdarəsinin 1981-1991-ci illər və “Bakıyaşayıştikinti” trestinin 300 saylı Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin 17 iyul 2023-cü il tarixli, 3-52/2-2814/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikası Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin 2-ci Dövlət proqramı” na uyğun olaraq, keçmiş Dövlət Əmlak Nazirliyinin müvafiq əmrləri ilə Bakı Şəhər İcra Hakimiyyətinin özəlləşdirilməyə açıq elan edilmiş struktur bölmələrinin tabeliyində olan bütün podrat idarə və təşkilatlar, həmçinin “Bakıyaşayıştikinti” Layihə Sənaye Tikinti Birliyinin 300 saylı Tikinti İdarəsi həmin Nazirliyin (hazırda iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) sərəncamına götürülmüşdür. Yuxarıda göstərilən Dövlət Proqramına əsasən, müəssisələrin özəlləşdirilməsi barədə qərar qəbul edildiyi andan etibarən, müvafiq yerli icra hakimiyyətləri orqanlarının həmin müəssisələr üzərində səlahiyyətləri (kadr, maliyyə və digər məsələlərə dair) öz qüvvəsini itirmişdir. Bununla əlaqədar bildiririk ki, sorğunuzda göstərilən idarə hal-hazırda BŞİH-nin struktur tabeliyində olmadığından, onun haqqında hər hansı bir məlumatın məhkəməyə təqdim edilməsi imkanımız xaricindədir. İnzibati icraat materiallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********1 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 22 sentyabr 2022- ci il tarixində daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9 1 ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin hemin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun V dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəliı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bır növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası nın 4 1 20-ci yarımbəndınə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan İşlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cı il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş. tutduğunuz vəzifə və məlik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret hallan (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi emək pensiyasının sığorta hissəsinin hesablanması uçun nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası huququnun müəyyən edilməsı zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərhlə) ve eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə gorə şəxsin müvafiq iş hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyvən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının Ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyiniz 7 dekabr 1978-cı il tarixli HT-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1981-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində Bakı şəhər İcra Hakimiyyətinin “Bakıyaşayıştikinti” trestinin 300 və 303 saylı Tikinti İdarələrində işlədiyiniz qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 6 iyul 2022-ci il tarixli BA-04099-2022 nömrəli və Bakı şəhər İcra Hakimiyyətinin 17 avqust 2022-ci il tarixli 7-3736/17 nömrəli sizə dair arayışlarında həmin müəssisəyə aid arxiv sənəd materiallarının saxlanılmaması səbəbindən sosial sığorta stajınızın doğruluğunu yoxlamaq mümkün olmamışdır. Buna görə də, xx.xx.1981- xx.xx.2004-cü il tarixləri arasındakı dövrü iş stajınıza daxil etmək mümkün olmamış, həmçinin həmin dövr üzrə güzəştli iş stajınızı müəyyən etmək olmamışdır. Eyni zamanda təqdim etdiyiniz 7 dekabr 1978-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.2004-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyiniz qeyd olunmuşdur. Adıçəkilən müəssisədə işlədiyiniz dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” oroqram təminatında araşdırma aparılaraq, həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunah kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü sizin iş stajınıza daxil etmək mümkün deyil. Bu səbəbdən də, sizin ümumi iş stajınız 25 ildən az (9 il 1 ay 8 gün (xx.xx.1978-xx.xx.1979- cu il, xx.xx.1979-xx.xx.1981 -ci il tarixləri arasındakı dövrlər və 2006-2022-ci il tarixləri arasındakı dövr üzrə cəmi 6 il 6 ay)) təşkil edir. Belə ki, 2006-2022-ci illərdə işlədiyiniz müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabınızın sığorta hissəsində həmin dövr üzrə 79 ay (xx.xx.2006-xx.xx.2011 -ci illər üzrə, 2017-ci ilin 8 ayı üzrə və 2020-ci ilin 3 ayı üzrə) sığorta ödənişi öz əksini tapmamışdır. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla). Əlavə olaraq bildiririk ki, sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 9187,39 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının iddia tələbi ilə bağlı cavabdehə etdiyi ilkin müraciət və verilmiş imtina cavabı iş materiallarına əlavə edilmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia, mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hazırkı iş üzrə iddiaçının tələbi ona 60 yaşdan deyil, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğu üçün məhkəmə hazırkı iddia tələbini ƏPQ-nun 9.8-ci maddəsi və xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq qiymətləndirir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı 57 yaş həddinə çatmalı, xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməlidir ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2017-ci il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Hazırkı iş üzrə iddiaçının hərbi bilet və əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.1979- xx.xx.1981-ci ilədək hərbi xidmət dövrü 01 il 11 ay 01 gün, əmək fəaliyyəti dövrü xx.xx.1978- xx.xx.1979-cu ilədək 08 ay 09 gün, xx.xx.1981- xx.xx.1991-ci ilədək 09 il 03 ay 29 gün, xx.xx.1991- xx.xx.2004-cü ilədək 13 il 04 ay 09 gün, xx.xx.2004tələb olunan xx.xx.2006-cı il tarixədək 01 il 04 ay olmaqla ümumilikdə 26 il 07 ay 18 gün təşkil edir. Cavabdeh imtinasında iddiaçının xx.xx.1981-xx.xx.2004-cü il tarixləri arasındakı dövrün arxiv sənədləri əsasında təsdiq edilməli olduğunu qeyd etsə də sözügedən əmək fəaliyyəti dövrlərinin əmək kitabçası ilə təsdiq olunduğu halda əlavə olaraq arxiv sənədlərinin tələb edilməsinin zəruriliyini əsaslandıra bilməmişdir. Halbuki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən əmək haqqı cədvəlləri nəzərə alına bilər. Başqa sözlə, qanunvericilikdə xx.xx.2006-cı il tarixədək iş stajının hesablanması zamanı işçinin işlədiyi dövrün sığorta stajına daxil edilməsi üçün əmək kitabçası olduğu halda əmək kitabçası ilə yanaşı həmin dövrə əmək haqqı cədvəllərinin təqdim edilməli olmasına dair imperativ tələb yoxdur. Əmək kitabçası bilavasitə işçi kimi müəssisə, idarə və təşkilatda işləyən şəxs barəsində, onun əmək fəaliyyətinin əsas dövrləri qeyd edilməklə tərtib edilir. İşçinin əmək fəaliyyəti dövrü onun işə başlaması və işdən çıxması tarixləri arasındakı fərqlə müəyyən edilir. İddiaçıya aid əmək kitabçasına xx.xx.1981-ci ildə Azərbaycan SSR zəhmətkeş deputatlar şurasının Bakı şəhər soveti icraiyyə komitəsinin “Qlavbakstroy” “Vısotjilstroy” trestinin Tİ № 303-də 1-ci dərəcə üzrə fəhlə kimi qəbul edilməsi, xx.xx.1983-cü ildə Fəhləliyin 2-ci dərəcəsi verilməsi, xx.xx.1985-ci ildə Bənnalığın 3-cü (üçüncü) dərəcəsi verilməsi, xx.xx.1987-ci ildə Tikinti ustası kimi köçürülməsi, xx.xx.1988-ci ildə Prorab kimi köçürülməsi, xx.xx.1991-ci ildə Yeni təsis edilmiş 300 saylı tikinti idarəsinə köçürülmə ilə əlaqədar alaraq işdən azad edilməsi, xx.xx.1991-ci ildə PPSO “Bakjilstroy” 300 saylı tikinti idarəsində Tİ № 303-dən köçürülmə ilə prorab vəsifəsinə qəbul edilməsi, xx.xx.2004-cü ildə işdən azad edilməsi barədə əmrlərin nömrəsi, tarixi, müəssisələrin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş qeydlər daxil edilmişdir. Əmək kitabçaında əmək fəaliyyəti qeydlərinin, səhifələrin ardıcıllığı pozulmamışdır. Həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala isə məhkəmə icraatında rast gəlinməmişdir. Başqa sözlə, nə qədər ki, iddiaçının mübahisələndirilən dövr üzrə fəaliyyəti əmək kitabçasında olan qeydlərdə öz əksini tapmış və həmin qeydlərin mötəbərliyini şübhə altına alacaq sübut təqdim edilmədiyi nəzərə alındıqda, o zaman əmək kitabçası əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən iş stajı faktına dair həqiqi vəziyyəti dəqiq əks etdirməklə özü-özlüyündə şübhə doğurmur. Bundan əlavə mübahisələndirilən xx.xx.1981-xx.xx.2004-cü il dövrü üzrə işləmiş olduğu Bakı Baş Tikinti idarəsinin 300 və 303 saylı tikinti idarələrinin arxiv sənədlərinin əldə edilməsi ilə bağlı məhkəmə icraatı gedişində müvafiq qurumlara sorğular göndərilmiş və müəyyən edilmişdir ki, “Bakıyaşayıştikinti” trestinin 303 saylı Tikinti İdarəsinin 1981- 1991-ci illər və “Bakıyaşayıştikinti” trestinin 300 saylı Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Eyni zamanda həmin müəssisələrdən 300 saylı Tikinti İdarəsi keçmiş Dövlət Əmlakı Nazirliyinin 3 avqust 2000-ci il tarixli, 130 nömrəli əmri ilə özəlləşdirilməyə açıq elan edilmiş, lakin həmin Nazirliyin 19 fevral 2001-ci il tarixli, 38 nömrəli əmri ilə “özəlləşdirilmə perspektivinin olmaması” səbəbi ilə özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin siyahısından çıxarılaraq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində saxlanılmışdır. Hazırkı halda isə adları çəkilən 300 və 303 nömrəli tikinti idarələri BŞİH-nin struktur tabeliyində olmadığından, Bakı şəhər İcra Hakimiyyətində həmin müəssisələr, o cümlədən iddiaçının işlədiyi dövrlə bağlı arxiv sənədləri mövcud deyil. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi 300 və 303 saylı tikinti idarələrinə dair arxiv sənədlərinin saxlanılmaması və ya həmin idarələrə aid arxiv sənədlərinin saxlanıldığı idarənin məlum olmaması iddiaçının ziyanına təfsir və tətbiq edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – İİQ) 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Eyni zamanda İİQ-nin 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İİQ-nin 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, bununla iddiaçının işləməsi, həm də sənədlərlə iş yerinin mövcudluğu təsdiq edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, bəhs edilən dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməli, bununla əlaqədar həddindən artıq sübutetmə yükü iddiaçının üzərinə qoyulmamalıdır. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmin Qaydaların 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000b b) rəhbərlər və mütəxəssislər bəndində 2290000b—23419 tikinti və quraşdırma işlərinin ustaları və 2290000b—24441 iş icraçıları zərərli peşə kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının Bakı şəhər soveti icraiyyə komitəsinin “Bakıyaşayıştikinti” Layihə Sənaye Tikinti Birliyinin trestinin 300 nömrəli tikinti idarəsində xx.xx.1987-xx.xx.1988-ci ilədək tikinti ustası, xx.xx.1988-ci ildən xx.xx.1991-ci ilədək prorab (iş icraçısı), daha sonra xx.xx.1991-ci ildən xx.xx.2004-cü il tarixədək 303 nömrəli tikinti idarəsində prorab (iş icraçısı) vəzifəsində işlədiyi dövr iddiaçının həm də güzəştli iş stajına daxil edilməlidir. Adıçəkilən 300 və 303 saylı tikindi idarələri hazırkı halda fəaliyyət göstərmədiklərindən və həmin müəssisələrin hüquqi varisi aşkar olunmadığından iddiaçının işlədiyi qeyd edilən dövrə aid güzəştli arayış əldə etmək mümkün olmasa da məhkəmə hesab edir ki, həmin dövrlərə aid arayışın təqdim edilə bilməməsi həmin vəzifələrdə iş dövrünün güzəştli iş stajı kimi qəbul edilməsinə mane hesab olunmamalıdır. İddiaçının əmək kitabçasında qeyd edilən Bakıyaşayıştikinti” trestinin 300 və 303 saylı Tikinti idarələri adlarından da göründüyü kimi tikinti ilə məşğul olan idarələrdir və əmək kitabçasında işlədikləri vəzifələrin adları bilavasitə Siyahıda 2290000b—23419 tikinti və quraşdırma işlərinin ustaları və 2290000b—24441 iş icraçıları vəzifələrinə uyğundur. Beləliklə, iddiaçının xx.xx.1987-xx.xx.1988-ci ilədək, xx.xx.1988-ci ildən xx.xx.1991ci ilədək və xx.xx.1991-ci ildən xx.xx.2004-cü ilədək işlədiyi nəzərə alınmaqla xx.xx.2006cı il tarixədək cəmi güzəştli iş stajı 16 il 10 ay 12 gün təşkil edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin İddiaçı 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova