Məhkəmə qərarları › İş №e-2-1(112)-4008/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4008/2023

09.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4008/2023 09.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binаsındа аçıq şifahi məhkəmə baxışı iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********004900 nömrəli qərarının 251 917,57 manat dəyişdirilmədən saxlanılması hissəsində və Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 noyabr 2022-ci il tarixli **********978700 saylı Qərarının ləğv edilməsi və "xxxx" MMC-yə hesablanmış 251 917,57 manat vergi borcunun silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********004900 nömrəli qərarının 251 917,57 manat dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 01 noyabr 2022-ci il tarixli **********179200 saylı Qərarından görünür ki, İddiaçınə 251 917,57 manat məbləğində vergi borcu hesablanan zaman Vergi orqanı inzibati araşdırma nəticəsində Cəmiyyətin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (VÖEN: **********) malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar 1989-2014-cü maliyyə illəri üzrə xx.xx.2021-ci il tarixə 1257782,44 manat kreditor borcunun olduğuna, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 noyabr tarixli 649s nömrəli Sərəncamı ilə 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan və xx.xx.2021-ci il tarixə mövcud olan ümidsiz debitor borcların silindiyinin müəyyən edilməsinə istinad etmişdir. Halbuki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (ADY) ilə 1989- 2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan, indiyədək ödənilməyən və 2021-ci il yanvarın 1-nə olan 1 257 782,44 manat məbləğində debitor borcu olmamış, "xxxx" MMC heç bir zaman öz bəyannamələrində belə bir borcun olmasını göstərməmişdir. Belə ki, Vergi orqanı İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə debitor borcunun olmasına əsaslanırsa, bu zaman bu barədə hər hansı bir sübuta istinad etməli, ən azından "xxxx" MMC-nin əvvəlki bəyannamələrində bu borcun olub-olmamasını müəyyən etməli idi. Yəni əgər "xxxx" MMC-nin hər hansı bir debitor borcu olsa idi, bu, Cəmiyyətin mənfəət vergisinin bəyannamələrinin əlavələrində öz əksini tapar, ödənilməyən borc kimi ildən-ilə keçərdi. Verdikləri bəyannamələrdən də görünür ki, heç bir zaman onların belə bir borcu olmamışdır. Vergi orqanı onların belə bir məbləğdə borcunun olmasına istinad edirsə, yəni onların əvvəlki vergi hesabatlarının səhv olmasına istinad edirsə, bu zaman Vergi Məcəlləsinin 94.0.1-ci maddəsinə əsasən bunu sübut etmək onun vəzifəsidir. Belə ki, Vergi Məcəlləsinin 94.0.1-ci maddəsinə əsasən vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vergi orqanının vəzifəsidir. Hətta inzibati araşdırma zamanı vergi orqanı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məktub göndərilərək kreditor borc ilə bağlı təsdiqedici sənədlərin (müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, üzləşmə aktları və s.) təqdim edilməsini xahiş etmiş, "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli **********396500 nömrəli cavab məktubu ilə borcun öz aktuallığını itirdiyi və sənədlərin saxlama müddətinin bitdiyi üçün sənədlərin vergi orqanına verilməsinin mümkün olmaması göstərilmişdir. Yəni ümumiyyətlə "xxxx" MMC-nin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə borclu olmasını sübut edən heç bir sənəd yoxdur. Hətta "xxxx" MMC-nin 1989-2014-cü illərin müqavilələrinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə borcu olsa idi də belə, sonuncu borcun 2014cü ildən olmasını nəzərə alaraq, 2017-ci ildən qanunvericiliyə müvafiq həmin borc iddia müddəti keçmiş debitor borc məbləği hesab edilir. Bu zaman həmin borc üçün gəlir vergisi 2017-ci ildən hesablanmalı idi ki, bu dövrdən də verginin hesablamaq üçün nəzərdə tutulan 3 illik müddət və verginin hesablanmış (yenidən hesablanmış) məbləğini tutmaq üçün 5 illik müddət ötmüşdür. Bundan əlavə Vergi orqanı 1989-2014-cu illər üçün "xxxx" MMC-nin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə borclu olmasını göstərsə də, nəzərə almamışdır ki, "xxxx" MMC xx.xx.2001-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi ümumiyyətlə "xxxx" MMC-nin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə borcunun yaranmasının tarixi belə məlum deyildir. Eyni zamanda, xx.xx.2017-ci il tarixli **********100641 saylı X7 aktına əsasən 2014-cü ilin yekunları üzrə təqdim edilmiş X4 SVY ilə təsdiq edilmiş və heç bir kənarlaşma aşkar edilməmişdir. Təsdiq edilən MVB üzrə 1 nömrəli Əlavənin “kapital və öhdəliklər” bölməsinin 2.2.1.5-ci “sair kreditor borcları” sətrində hesabat dövrünün sonuna ümumi borc məbləğinin 9 582 388,14 manat olması göstərilmişdir. O cümlədən həmin bölmənin 2.2.1.5.1-ci “Xarici borclar” sətrində borc məbləği 6 012 161,02 manat təşkil etmişdir. Təqdim edilmiş kreditor siyahısında isə ADY QSC-nə 2014-cü ilin sonuna hər hansı bir borcun olması öz əksini tapmamışdır. Belə bir borcun olması X8 ilə də müəyyən edilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, uçotbaza məlumatına əsasən Cəmiyyətin xx.xx.2001-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, xx.xx.2001-ci ildən etibarən ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı və əsas fəaliyyətinin “dəmir yolu vasitəsi ilə yük daşınması”ndan ibarət olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma nəticəsində, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin debitor borclarının tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2021-ci il tarixli, 649s nömrəli sərəncamına əsasən İddiaçı MMC ilə "xxxx" QSC arasında 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan və indiyədək ödənilməyən və 2021-ci il yanvarın 1-nə olan 1 257 782,44 manat məbləğində ümidsiz debitor borcların silinməsi qərara alınmağına baxmayaraq, iddiaçı tərəfindən 2021-ci il üzrə təqdim edilmiş X4nin 208-ci sətrində (İddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş borclar üzrə gəlir) müvafiq məbləğ göstərilməmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşmalarla bağlı vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********361300 nömrəli, xx.xx.2022-ci il tarixli **********307300 nömrəli və xx.xx.2022-ci il tarixli **********783800 nömrəli məktublar göndərilərək müvafiq dövr üzrə dəqiqləşmiş bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd edilənlərlə bağlı əsaslandırılmış cavab təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci ilin X4 üzrə ümumilikdə 301 269,74 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********004900 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 111.2-ci maddəsinə uyğun olaraq kredit borclar mühasibat kitablarında silindiyi vaxt ümidsiz borc kimi silinir. Buna uyğun olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin debitor borc məbləğləri 2021-ci il üzrə mənfəət bəyannaməsində silindiyi üçün iddiaçı tərəfin kreditor borcu da o vaxt silinməlidir. Vergi ödəyicisi tərəfindən təqdim edilən mənfəət vergisi bəyannamələrində debitor borc məbləğləri göstərilmişdir. Həmçinin vergi ödəyicisinin özünün təqdim etdiyi 2021-ci il üzrə “Vergi ödəyicisinin debitor və kreditor borcları haqqında” təqdim etdiyi məlumat formasında QSC-yə borcun qaldığını təsdiq etmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, vergi ödəyicisi tərəfindən gətirilən dəlillər qanunvericiliyə uyğun deyildir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin debitor borclarının tənzimlənməsi barədə 11 noyabr 2021-ci il tarixli, 649s nömrəli Sərəncamına əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sərəncamın əlavəsində müəyyən edilən 1989-2014-cü maliyyə illəri üzrə 2021-ci il yanvarın 1-nə olan 57 630 486,38 manat məbləğində ümidsiz debitor borclarının silinməsi qərara alınmışdır. Sərəncama əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 1989-2014-cü maliyyə illəri üzrə ümidsiz debitor borclarının Siyahısında İddiaçı 1.257.782,44 manat stansiya və yükdaşıma borcunun olduğu göstərilmişdir. İşdə olan cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********004900 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh iddiaçıya 2021-ci il üzrə 301.269,74 manat əlavə mənfəət vergisi hesablamışdır. Qərar bununla əsaslandırılmışdır ki, ƏDV və MV bəyannamələri arasında 1805,39 manat dövriyyə fərqi yarandığından, 239 954,94 manat xərc məbləği baza üzrə öz təsdiqini tapmadığından, 2021-ci il ərzində Pramdi 2020 MMC-dən (VÖEN: **********) 3 210,0 manat, X3 (VÖEN: **********) 3 649,2 manat olmaqla, ümumilikdə 6 805,92 manat məbləğində əldə edilmiş elektron qaimə-fakturalar vergi orqanının qərarlarına əsasən əmtəəsiz hesab edildiyindən, "xxxx" QSC-nin debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2021-ci il tarixli, 649s nömrəli sərəncamına əsasən Azertrans LTD MMC ilə Azərbaycan Dəmir Yolları QSC arasında 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan və indiyədək ödənilməyən və 2021-ci il yanvarın 1-nə olan 1 257 782,44 manat məbləğində ümidsiz debitor borcların silinməsi qərara alındığından kameral vergi yoxlaması ilə hesablama aparılır. İşdən görünür ki, iddiaçı bu qərardan yuxarı inzibati orqana xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli inzibati şikayətlər verərək, 2021-ci il üçün X4 üzrə hesablanmış vergi məbləğinin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” **********179200 nömrəli 01 noyabr 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli inzibati şikayətləri qismən təmin edilmiş, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********004900 nömrəli qərarı 49 352,17 manat hissədə ləğv edilmiş, 251 917,57 manat dəyişdirilmədən saxlanılmışdır. Qərar 251 917,57 manat əlavə vergi məbləğinin hesablanması ilə bağlı bununla əsaslandırılmışdır ki, “İnzibati araşdırma nəticəsində Cəmiyyətin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (VÖEN: **********) malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar 1989-2014-cü maliyyə illəri üzrə xx.xx.2021-ci il tarixə 1 257 782,44 manat kreditor borcunun olduğu, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 noyabr tarixli 649s nömrəli Sərəncamı ilə 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan və xx.xx.2021-ci il tarixə mövcud olan ümidsiz debitor borcların silindiyi müəyyən edilmişdir. Eyni zamanda Cəmiyyət tərəfindən inzibati araşdırmaya "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə aparılmış əməliyyatlar üzrə təhvil-təslim və üzləşmə aktlarının təsdiq olunmuş surətini təqdim etməmişdir. Araşdırma zərurəti ilə əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixli **********629500 nömrəli “Sənədlərin təqdim edilməsi haqqında” məktub göndərilərək kreditor borc ilə bağlı təsdiqedici sənədlərin (müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, üzləşmə aktları və s.) təqdim edilməsi xahiş edilmiş, "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli **********396500 nömrəli cavab məktubunda borcun öz aktuallığını itirdiyi və sənədlərin saxlama müddətinin bitdiyi bildirilmişdir. ... Beləliklə, inzibati araşdırmanın vergi orqanının uçot-baza məlumatları, bəyannamə göstəriciləri və təqdim edilmiş sənədlərə əsasən aparıldığını, araşdırmaya iltizamın təqdim edildiyini, bəyannamə göstəricilərinin təqdim edilmiş sənədlərdəki göstəricilərlə uyğun gəldiyini, Cəmiyyətin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (VÖEN: **********) malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar 1989-2014-cü maliyyə illəri üzrə xx.xx.2021-ci il tarixə 1 257 782,44 manat kreditor borcunun olduğu, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 noyabr tarixli 649s nömrəli Sərəncamı ilə 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan və xx.xx.2021-ci il tarixə mövcud olan ümidsiz debitor borcların silindiyini, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə aparılmış əməliyyatlar üzrə təhvil-təslim və üzləşmə aktlarının təsdiq olunmuş surətini təqdim inzibati araşdırmaya təqdim etmədiyini, 2021-ci il üçün təqdim edilmiş dəqiqləşmiş X4nin 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 30 513 726,00 manat + 201-ci (Amortizasya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətrində 1 942 994,60 manat + 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində 4 665 320,00 manat, cəmi qeyd olunmuş sətirlərdə 37 122 040,60 manat məbləğ bəyan etməsinə baxmayaraq, 2021-ci il üçün təqdim edilmiş ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə cəmi) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarında (dəqiqləşdirilən dövriyyələr nəzərə alınmaqla) 37 123 845,99 manat qeyd edilməsi nəticəsində 1 805,39 manat dövriyyə fərqinin olduğunu, xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün təqdim edilmiş dəqiqləşmiş X4ndə riskli vergi ödəyiciləri olan "xxxx" MMC-dən 3 210,0 manat və fərdi sahibkar X3 3 649,2 manat olmaqla, ümumilikdə 6 859,20 manat məbləğində əldə edilmiş elektron qaimə-fakturaların dəyərini gəlirin əldə edilməsi bağlı xərclərə daxil edilmədiyini, "xxxx" ASC tərəfindən 2021-ci il ərzində göstərilmiş xidmətlər üzrə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş, dəyəri 67 584,93 manat (ƏDV-siz) olan EBBP seriyalı 156367 nömrəli elektron qaimə-fakturanın 2021-ci ildə gəlirin əldə edilməsi ilə bağlı xərclərə daxil edildiyini, "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci ilə qədər olan dövr üzrə göstəriləcək xidmətlərə görə elektron qaimə-fakturanın xx.xx.2020-ci il tarixdə (seriyası: EBAN, nömrəsi : 360488) Cəmiyyətə təqdim edildiyini, 65 490,00 manat dəyərində əməliyyatın 2021-ci ildə həyata keçirildiyini və buna görə də 2021-ci il üçün təqdim edilmiş X4ndə gəlirin əldə edilməsi ilə bağlı xərclərə daxil edildiyini, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən İnzibati araşdırmaya təqdim edilmiş sənədlərdə 2021-ci ilin dekabr ayında göstərilmiş xidmətlər üzrə elektron qaimə-fakturanın Cəmiyyətə xx.xx.2022-ci il tarixdə təqdim edildiyi, 53 167,47 manat dəyərində xammal və materialların Cəmiyyətin balansında olan əsas vəsaitlərin təmirində istifadə edildiyi üçün norma daxilində xərcə daxil edildiyini, "xxxx" MMC tərəfindən 2021-ci ildə göstərilmiş rabitə xidmətləri üzrə xx.xx.2022-ci il tarixli EBBP seriyalı 180959 nömrəli elektron qaimə-faktura üzrə 77,12 manat (ƏDV-siz) dəyərində, "xxxx" MMC tərəfindən 2021-ci ildə təqdim edilmiş yanacağa görə xx.xx.2022-ci il tarixli EBBP seriyalı 184219 nömrəli elektron qaimə- faktura üzrə 743,24 manat (ƏDV-siz) dəyərində, "xxxx" MMC 2021-ci ildə göstərilmiş kuryer xidmətləri üzrə xx.xx.2022-ci il tarixli EBBP seriyalı 323037 nömrəli elektron qaimə- faktura üzrə 265,50 manat (ƏDV-siz) dəyərində, "xxxx" MMC tərəfindən 2021-ci ildə təqdim edilmiş mallara görə xx.xx.2022-ci il tarixli EBBP seriyalı, 318000 nömrəli elektron qaimə-faktura üzrə 177,00 manat (ƏDV-siz) dəyərində, fərdi sahibkar olan X2 tərəfindən 2021-ci ildə göstərilmiş kompüter xidmətləri üzrə xx.xx.2022-ci il tarixli EBBP seriyalı 169759 nömrəli elektron qaimə-faktura üzrə 600,00 manat (ƏDV-siz) dəyərində əməliyyatların faktiki olaraq 2021-ci ildə Cəmiyyətə təqdim edildiyi üçün 2021-ci il üçün təqdim edilmiş X4ndə gəlirin əldə edilməsi bağlı xərclərə daxil edildiyini nəzərə alaraq, Cəmiyyətin inzibati şikayətləri qismən təmin edilməli və Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********004900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 49 352,17 manat hissədə ləğv edilməli, 251 917,57 manat hissədə dəyişdirilmədən saxlanılmalı və Cəmiyyət tərəfindən təqdim edilmiş ƏDV və mənfəət vergisi bəyannamələrində bəyan edilmiş dövriyyə, gəlir və xərc məbləğlərinin düzgün olub- olmadığının, Cəmiyyət tərəfindən bank hesablarında aparılan əməliyyatların yoxlanılmalı olduğunu, habelə malların təqdim edilməsi zamanı tətbiq edilmiş ticarət əlavəsinin müəyyən edilməsi məqsədi ilə ekspert rəyinin alınmalı olduğunu, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yerində yoxlanılması məqsədi ilə Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti üzrə səyyar vergi yoxlaması təyin edilməlidir.” İşdən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********978700 nömrəli qərar qəbul etmiş, həmin qərarla **********04900 nömrəli qərarını ləğv etmiş və iddiaçıya 2021-ci il üzrə 251.917,57 manat əlavə mənfəət vergisi hesablamışdır. Həmin qərar bununla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********714200 nömrəli İnzibati şikayətin qismən təmin edilməsi haqqında Qərarına əsasən Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********004900 nömrəli qərarının 49 352,17 manat məbləğ olan hissəsi ləğv edilmiş, 251 917,57 manat məbləğ olan hissəsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda cavabdehin bu qərarını mübahisələndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri satışdankənar gəlirlər hesab edilir. Həmin Məcəllənin 13.2.16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən, 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilmiş əsas vəsaitlərin təqdim edilməsindən, xərclərin 141-ci maddəsinə uyğun olaraq kompensasiya edilməsindən və ya ehtiyatların azalmasından gəlir Azərbaycan mənbəyindən əldə edilmiş gəlirə aid edilmişdir. Məcəllənin 111.1-ci maddəsinə əsasən əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir. Qanunvericiliyin qeyd olunan normalarından bəlli olur ki, vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsi satışdankənar gəlir hesab edilir və bu gəlirin tarixi vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt kimi qiymətləndirilir. Cavabdeh hazırda qeyd olunan normalara istinad edərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin debitor borclarının tənzimlənməsi barədə 11 noyabr 2021-ci il tarixli, 649s nömrəli Sərəncamına əsasən iddiaçının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan 1989-2014-cü maliyyə illəri üzrə yaranmış 1.257.782,44 manat stansiya və yükdaşıma üzrə ümidsiz debitor borclarının silinməsinə istinad edərək, həmin borcun silindiyi 2021-ci il tarixə iddiaçıya 251556,49 manat əlavə mənfəət vergisi hesablamışdır. Lakin işin halları ilə iddiaçının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə belə bir borcunun olması müəyyən edilmir. Belə ki, məhkəmə sorğusuna cavab olaraq "xxxx" QSC xx.xx.2023-cü il tarixli məktubunda göstərmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) mühasibat hesabatlarında İddiaçı debitor qalığı şəklində borcu mövcud olmuşdur. Lakin İddiaçı 1989- 2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan debitor borcunun heç bir müvafiq təsdiqedici sənədi müəyyən edilməmişdir. Bu səbəbdən ümidsiz debitor borcların silinməsi üçün müvafiq sənədlər əlavə edilməklə 29 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilmişdir. Təsdiqedici sənədlər olmadığından bu borclar ümidsiz hesab olunaraq “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2021-ci il tarixli 649s nömrəli sərəncamı ilə silinmişdir. Həmin məktuba əlavə edilmiş “Dentons Europe (Central Asia) Limited” şirkətlərinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2021-ci il tarixli Memorandumunda qeyd edilmişdir ki, təqdim olunmuş Siyahıda qeyd olunmuş müqavilələr ("Müqavilələr") üzrə iddia müddətinin keçdiyi qənaətinə gəlinir (bu Memorandumun ll-ci hissəsində qeyd edilmiş ehtimallar nəzərə alınmaqla). Bu da öz növbəsində, həmin Müqavilələr üzrə borcun tələb edilməsi ilə bağlı hər hansı məhkəmə mübahisəsinin ADY üçün uğurlu olma ehtimalının son dərəcə aşağı olacağına işarə edir. Yəni, əgər ADY Müqavilələr üzrə borcun tələbi ilə bağlı məhkəməyə müraciət edərsə, həmin işdə uğur qazanmaq ehtimalı çox azdır, çünki qarşı tərəf iddia müddətinin tətbiqi üçün ərizə verərsə, məhkəmə iddianı rədd edəcək. ADY-nin üzləşəcəyi digər çətinlik (bu Memorandumun lll-cü hissəsində qeyd edilmiş ehtimallar nəzərə alınmaqla) ödənilməmiş borclarla bağlı müvafiq təsdiqedici sübutların olmaması və ya onların yetərsiz olmasıdır. Belə olan halda, açılmış məhkəmə mübahisəsində (qarşı tərəf, iddia müddətinin tətbiqi üçün ərizə verməsə belə) uğur qazanmaq ehtimalı xeyli azalır. Beləliklə, qeyd edilən əsaslara görə borcların məhkəmə qaydasında tələb edilməsi ADY üçün müəyyən maliyyə və vaxt sərfinə səbəb olmaqla yanaşı, borclar üzrə məhkəmədə uyğur əldə etmək perspektivi xeyli aşağı qiymətləndirilir. Memorandumda qeyd edilmişdir ki, Siyahı ilə tanış olarkən, diqqət çəkən məqam odur ki, orada qeyd olunmuş Müqavilələrin ən yenisi 2015-ci ilədək olan dövrü əhatə edir. Bu da onu deməyə əsas verir ki, (yuxarıdakı ehtimallar nəzərə alınmaqla və iddia müddətləri axımının dayandırılması və kəsilməsi üçün hər hansı əsasları mövcud deyilsə), Müqavilələr üzrə iddia müddəti keçmişdir... Yəni, əgər ADY məhkəməyə borcun tutulması ilə bağlı müraciət edərsə, bu halda, qanunvericiliyin tələbinə əsasən, o, borcun mövcud olmasını və onun məbləğini sübut etməli olacaq. Lakin, ehtimal etsək ki, Müqavilələr üzrə (o cümlədən yaranmış borcun ödənilməsi ilə bağlı) heç bir sənəd və ya sübut mövcud deyildir, həmin məhkəmə mübahisəsində uğur əldə etmək ehtimalı çox azdır. Eyni zamanda "xxxx" QSC xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, ADY tərəfindən "xxxx" MMC-yə müraciət zamanı müvafiq olaraq debitor borclarının siyahısı təqdim edilmişdir. Debitor borc siyahısında İddiaçı MMC-nin ADY-yə olan debitor borcunu təsdiq edən sənədlər mövcud olmadığından “KPMG Audit Azərbaycan" MMC-yə təqdim edilməsi mümkün olmamışdır. Göründüyü kimi, "xxxx" QSC 1984-2014-cü illərə aid tarixlərdə iddiaçının ona 1.257.782,44 manat stansiya və yükdaşıma borcunun olması əsası ilə həmin borcun ümidsiz debitor borcu kimi silinməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etsə də, iddiaçının belə bir borcunun olması müvafiq təsdiqedici sənədlərlə müəyyən edilmir. Həmçinin cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMC və "xxxx" QSC arasında aparılan əməliyyatlara dair təqdim edilmiş məlumatdan görünür ki, iddiaçı 2014-cü ildən əvvəl 2009-2011-ci illərdə cəmi bir neçə əməliyyat aparılmış, həmin əməliyyatlar üzrə zəruri vergilər ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”na əsasən: - Bənd 2.3. Mühasibat uçotu subyektinin bütün aktivləri və öhdəlikləri onların olduğu yerlərdən asılı olmayaraq inventarizasiya olunmalıdır. - -bənd 2.7. İnventarizasiyanın aparılmasında əsas məqsəd mühasibat uçotu subyektində aktivlərin və öhdəliklərin faktiki mövcudluğunu aşkar etməkdən, onların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini yoxlamaqdan ibarətdir. - Bənd 9.1. İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan debitor borclarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir: 9.1.1. əmlakın (qiymətlilərin) uçot kartları; 9.1.2. aktivlər üzrə uçot kitabı. - bənd 9.2. Mühasibat uçotu subyekti tərəfindən debitor borclarının inventarizasiyası zamanı aşağıdakılar yoxlanılmalıdır: 9.2.1. alıcılar və sifarişçilərin uzunmüddətli və qısamüddətli debitor borclarını təsdiq edən sənədlər; 9.2.2. törəmə (asılı) müəssisələrin uzunmüddətli və qısamüddətli debitor borclarını təsdiq edən sənədlər; 9.2.3. əsas idarəetmə heyətinin uzunmüddətli və qısamüddətli debitor borclarını təsdiq edən sənədlər; 9.2.4. icarə üzrə uzunmüddətli və qısamüddətli debitor borclarını təsdiq edən sənədlər; 9.2.5. tikinti müqavilələri üzrə uzunmüddətli və qısamüddətli debitor borclarını təsdiq edən sənədlər; 9.2.6. faizlər üzrə uzunmüddətli və qısamüddətli debitor borclarını təsdiq edən sənədlər; 9.2.7. digər uzunmüddətli və qısamüddətli debitor borclarını təsdiq edən sənədlər. -bənd 9.3. Debitor borcları inventarizasiya olunarkən komissiya bu aktivlərə baxış keçirməli və inventarizasiya siyahılarında onların tam adını, yaranma tarixini, təyinatını, miqdarını, məbləğini qeyd etməlidir. -bənd 9.5. Mühasibat uçotu registrlərində və yaxud debitor borcları üzrə digər sənədlərdə fərq və çatışmazlıqlar aşkar olunarkən müvafiq düzəlişlər və dürüstləşdirmələr aparılmalıdır. İstinad olunan normalardan görünür ki, vergi ödəyicisi debitor borclarının inventarizasiyasını aparmalı və mühasibat uçotu registrlərində həmin inventarizasiyaya uyğun düzəlişlər etməlidir. İnventarizasiya isə zəruri sənədlər əsasında həyata keçirilir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti mühasibat uçotu sənədlərində ümidsiz borc kimi iddiaçının 1.257.782,44 manat debitor borcunun olduğunu bildirsə də, bu borcu sübut edən heç bir sənədə malik olmamışdır. Belə olan halda aydındır ki, iddiaçının 2014-cü il tarixə QSC-yə həmin məbləğdə borcunun olmasını müəyyən etmək mümkünsüzdür. Məhkəmə qeyd edir ki, VM-in 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Eyni zamanda VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: - 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Məhkəmə hesab edir ki, İddiaçının "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə 2014-cü ilə qədər ödənilməmiş borcunun olması iş materialları ilə sübut edilmir. Əgər cavabdeh iddiaçının belə bir borcunun olmasını iddia edirsə, bununla bağlı konkret faktlar və bu faktları təsdiq edən sübutlar təqdim etməlidir. Lakin belə bir sübut təqdim edilmədiyindən, mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlavə vergi hesablanması barədə qərarı qanuni sayıla bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin debitor borclarının tənzimlənməsi barədə 11 noyabr 2021-ci il tarixli, 649s nömrəli Sərəncamınım məcburi hüquqi qüvvəsinə gəldikdə, məhkəmə qeyd edir ki, həmin konkret (birdəfəlik) sərəncamverici tədbirin həyata keçirilməsi məqsədi ilə qəbul edilmiş qeyri-normativ hüquqi akt olmaqla, iddiaçıya münasibətdə hər hansı bir tənzimləni nəzərdə tutmamış, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 1989-2014-cü maliyyə illəri üzrə 2021-ci il yanvarın 1-nə olan 57 630 486,38 manat məbləğində ümidsiz debitor borclarının silinməsi ilə bağlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, cavabdehin 1.257.782,44 manat stansiya və yükdaşıma borcun silinməsinə görə iddiaçıya 2021-ci il üzrə 251556,49 manat əlavə vergi hesablaması qanunsuz və əsasız olmuşdur. Buna görə də 10 noyabr 2022-ci il tarixli qərar həmin hissədə ləğv edilməlidir. İddiaçıya hesablanmış 361,08 manat vergi borcuna gəldikdə, işdən görünür ki, cavabdeh iddiaçı tərəfindən 2021-ci il üçün təqdim edilmiş dəqiqləşmiş X4nin 200-cü (Malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir) sətrində 30 513 726,00 manat + 201-ci (Amortizasya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir) sətrində 1 942 994,60 manat + 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətrində 4 665 320,00 manat, cəmi qeyd olunmuş sətirlərdə 37 122 040,60 manat məbləğ bəyan etməsinə baxmayaraq, 2021-ci il üçün təqdim edilmiş ƏDV bəyannamələrinin 305-ci (Əməliyyatlar üzrə cəmi) sətirlərinin "Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)" sütunlarında (dəqiqləşdirilən dövriyyələr nəzərə alınmaqla) 37 123 845,99 manat qeyd edilməsi nəticəsində 1 805,39 manat dövriyyə fərqinin olduğunu aşkar edərək, həmin məbləğə 361,08 manat əlavə vergi hesablamış, iddiaçı bununla bağlı hər hansı bir dəqiqləşmə, əksini sübut edən sənəd təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********978700 nömrəli qərarı iddiaçıya 2021-ci il üzrə 361,08 manat əlavə mənfəət vergisi hesablanması hissəsində əsaslıdır və iddia həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********978700 nömrəli qərarı İddiaçınə 2021-ci il üzrə 251556,49 manat əlavə mənfəət vergisi hesablanması hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar