Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4081/2025 01.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X5 kаtibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi dövrün 1 ayını 2 ay kimi, xx.xx.1997-xx.xx.2000 və xx.xx.2001-xx.xx.2009-cu illərin 1 ayını ay yarım kimi, 3 il 4 ay təhsil müddətinin 1 il 8 ay kimi nəzərə alaraq yeni məlumat vərəqinin tərtib edilməsi və yeni məlumat vərəqinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi dövrün 1 ayını 2 ay kimi, xx.xx.1997-xx.xx.2000-ci illərin və xx.xx.2001-xx.xx.2009-cu illərin 1 ayını ay yarım kimi, 3 il 4 ay təhsil müddətinin isə 1 il 8 ay kimi nəzərə alaraq yeni məlumat vərəqinin tərtib edilməsi və yeni məlumat vərəqinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, “Hərbi xidmətkeçmə haqqında” Qanunun 18-ci maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən DSX rəisinin 599 şh №-li əmri ilə xx.xx.2009-cu il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı məlumat vərəqinin tərtib olunması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “iddiaçı 01 iyul 2009-cu il tarixində “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən təqvim xidmət ili 15 il 05 ay 19 gün təşkil etmişdir. Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən təqvim xidmət ili 20 təqvim ili təşkil etmədiyindən qanunauyğun olaraq ona xidmət illərinə görə deyil, əlilliyə görə pensiya təyin olunmuşdur”. Hesab edir ki, cavabdehin imtinası əsassız olmuş və iddiaçını hərbi qulluqçu kimi pensiyadan yararlanmaq hüququndan məhrum etmişdir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 10-cu maddəsinə əsasən “kapitan” rütbəsi zabit heyətinə mənsub rütbədir. Həmin şəxslərin pensiya hüququnun yaranması müvafiq xidmət illərinin hesablanması ilə müəyyən olunur ki, bu sahədə hüquqi tənzimləmə “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə aparılır. Həmin Qərarın 2-ci bəndinə görə zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı iki ay sayılmaqla döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti; respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 2500 metr və daha çox hündürlükdə; reaktiv və turbovintli aviasiyada uçuş işində - Müdafiə Nazirliyinin müəyyən etdiyi şərtlərlə; su altında və barokameralarda yüksək təzyiq şəraitində xeyli qalmaqla iş aparan dalğıc vəzifələrində - müdafiə və daxili işlər nazirliklərinin habelə Dövlət Sərhəd Xidmətinin müəyyənləşdirdiyi şərtlər sayılmaqla: b) xidmətin bir ayı ayyarım sayılmaqla: bütün ad və ixtisaslardan olan dalğıc vəzifələrində (bu qərarın 2-ci bəndinin “b” yarımbəndində göstərilən dalğıclardan savayı); müdafiə, daxili işlər, ədliyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyat xidmətinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə; iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət – Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə; sırada olan, bilavasitə Azərbaycan Respublikası sərhədlərinin keşiyində duran dəniz sərhəd gəmilərində və katerlərində; sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarəti məntəqələrində); respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə; sualtı qayıqlarda onların sırada olduğu dövrdə, minatutan gəmilərdə döyüş minalarını tutma dövründə - Müdafiə Nazirliyinin müəyyənləşdirdiyi şərtlərlə; Azərbaycan Respublikası ali hakimiyyət və idarəetmə orqanlarının təhlükəsizliyi idarəsində - bilavasitə post xidməti aparan operativ heyət üçün - idarə rəisinin təsdiq etdiyi vəzifə siyahısı üzrə; cəmiyyətə zidd kütləvi təzahürlərlə bağlı fövqəladə vəziyyətlərdə ictimai asayişi və dövlət təhlükəsizliyini qorumaq vəzifələri yerinə yetirilərkən – respublikanın qanunverici orqanlarının müəyyən etdiyi dövrlərdə; müvafiq nazirlik, xidmət və baş idarə rəhbərlərinin təqdimatı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi vəzifə siyahısı üzrə hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Qərarın 2-ci bəndinin 1 may 1997-ci il tarixədək qüvvədə olan redaksiyasına görə, Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrdə xidmət müddətinin bir ayı iki ay sayılmaqla zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətdən artıq xidmətdə qalan hərbi qulluqçulara daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin olunması üçün uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir. Normanın məzmunundan göründüyü kimi, burada, şəxsin bilavasitə döyüş bölgələrində xidməti və ya döyüş əməliyyatlarında iştirakı məcburi şərt kimi nəzərdə tutulmur. Həmin normanın tətbiqi Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrdə xidmət etmənin özü ilə şərtlənir. Bu səbəbdəndir ki, həmin normanın (a) yarımbəndində Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında alınan yaralar, kontuziya, şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti (b) yarımbəndində göstərilənlərdən fərqli olaraq xidmətin bir ayının üç ay sayılması təsbit olunmuşdur. Göründüyü kimi hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan norma xidmət müddətinin bir ay iki ay kimi hesablanmasını şəxsin Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrdə xidmətindən asılı etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (baş komandir, baş köməkçi, komandirin müavini) və xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək (döyüş hissəsinin komandiri, gəmi komandiri) Azərbaycan Respublikası Silahlı Qüvvələrdə xidmət etmiş, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək isə N nömrəli hərbi hissənin X2 işləmişdir. Göründüyü kimi həmin hesablamalar nəticəsində iddiaçının ümumi hərbi xidmət müddətinin 16 il 9 ay 8 gün təşkil etdiyi müəyyən olunur. Lakin nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir ki, həmin dövrun 01 may 1997-ci il tarixədək olan hissəsi ona “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2-ci bəndinə əsasən bir ayın iki ay kimi hesablanması hüququnu verir. Belə olan halda iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrü ümumilikdə 04 il 07 ay 28 gün təşkil edir ki, yuxarıda adıçəkilən Qanunun tələblərinə görə həmin müddət ikiqat ölçüdə (bir ay iki ay kimi nəzərə alınır), yəni 09 il 03 ay 16 gün təşkil edir. İddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, həmçinin xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək (döyüş hissəsinin komandiri, gəmi komandiri) Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət dövrlərinin bir ayı ayyarım kimi hesablanmalıdır. Nəzərə alınmalıdır ki, yuxarıda adıçəkilən qərarın 2-ci bəndinin “b” bəndinə əsasən müdafiə, daxili işlər, ədliyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyat xidmətinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə bir ay ayyarım olaraq hesablanmalıdır. Həmin müddəti nəzərə aldıqda müəyyən olunur ki, həmin dövrlərin cəmi 11 il 9 gün təşkil edir ki, bu müddətin bir ayı ay yarım hesablandıqda müəyyən olunur ki, həmin dövrə münasibətdə iddiaçının xidmət illəri 11 il 9 gün + 5 il 06 ay = 16 il 06 ay 9 gün təşkil edir. O da qeyd olunmalıdır ki, iddiaçının xidmət illərinə həmçinin təhsil müddəti də həmin Qərara uyğun hesablanmalıdır. Həmin Qərarın 1-ci bəndinə əsasən zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. İddiaçının təhsil müddəti 3 il 4 ay təşkil etdiyindən həmin dövr 1 ili 8 ay sayılmaqla müəyyən olunur ki, bu müddət 20 ay, yəni 1 il 08 ay təşkil edir. Bunun nəticəsində isə iddiaçının xəstəliyə görə ehtiyata buraxıldığı gün üçün xidmət illəri 20 ildən çox təşkil edir. Göründüyü kimi cavabdeh məlumat vərəqəsində səhv məlumatları göstərmiş, bununla da iddiaçının pensiya təminatı hüquqlarını pozmuşdur.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu 2-ci dərəcəli kapitan İddiaçı -1 iyul 2009-cu ildə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən silahlı qüvvələrin ehtiyatına buraxılarkən təqvimi xidmət illəri 15 il 05 ay 19 gün təşkil etmişdir. İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən təqvimi xidmət illəri 20 təqvim ili təşkil etmədiyindən ona xidmət illərinə görə deyil, əlilliyə görə pensiya təyin olunmuşdur. Pensiyanın təyin olunması üçün tələb olunan məlumat vərəqi hazırlanaraq 17 iyun 2010cu il tarixli məktubla DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın öhdəliyinin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yeri və cavabdehin olduğu yeri Bakı şəhəri olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Сavabdehin nümayəndəsi Nümayəndə1 iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İddiaçının diplomuna əsasən iddiaçı 1982-ci ildən 1985-ci ilə qədər Bakı dənizçilik məktəbində təhsil almışdır, Dövlət Attestasiya Komissiyasının xx.xx.1985-ci il tarixli qərarı ilə ona texniki-gəmi sürücüsü ixtisası verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilə qədər N nömrəli hərbi hissənin X2 işləmişdir, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli, 185 nömrəli əmri ilə xx.xx.2000-ci ildən X3 “Lada” kabel gəmisinə şturman döyüş hissəsinin komandiri vəzifəsinə işə götürülmüş, xx.xx.2000-ci ildən müvəqqəti olaraq X3 “T-750” “Naxçıvan” gəmisinin baş komandir köməkçisi vəzifəsinə keçirilmişdir, xx.xx.2000ci ildən X3 “T-752” (MVT-68) gəmisinin təchizat üzrə komandir köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci ildən X3 “T-752” gəmisinin komandir köməkçisi vəzifəsinə keçirilmişdir, xx.xx.2001-ci ildən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndinə əsasən (hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq) tutduğu vəzifədən azad edilmişdir. 195 nömrəli, xx.xx.2009-cu il tarixli xəstəlik şəhadətnaməsinə əsasən iddiaçının sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması qərara alınmışdır, səbəbi “Travmadır, hərbi xidmət dövründə alınmışdır” göstərilmişdir. Cavabdehin imtina məktubuna əsasən iddiaçıya həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən təqvimi xidmət ili 15 il 05 ay 19 gün təşkil etmişdir.Pensiya təyin edilməsi üçün məlumat vərəqi hazırlanaraq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. "xxxx" QSC-nin X4 xx.xx.2021-ci il tarixli arayışına əsasən İddiaçı həqiqətən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1986-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək matros, kapitanın 3-cü köməkçisi vəzifələrində işləmişdir.Onun işlədiyi vəzifələr və çalişdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzintisəyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir.İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 06 il 07 ay 12 gün təşkil edir.Qeyd edilən is staji Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 N-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2-ci bəndinin "b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21-iyun 1993-cü il tarixli, 320 N-li qərarı ilə təstiq edilmiş 2 N-li siyahının XXYİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 154 N-li Qərarına əsasən X7 Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi adlandırılmışdır.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 6 N-li və xx.xx.2014-cü il tarixli, 213 N-li sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X6 yenidən təşkili yolu ilə “Azərbaycan X7" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə kecmisdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış xx.xx.2022ci il tarixli məktubuna əsasən iddiaçının xx.xx.2006-cı il tarixinə qədər güzəştli iş stajı 12 il 6 aydan az olduğu üçün güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdehin tərtib etdiyi məlumat vərəqinə əsasən iddiaçının iş stajı 15 il 7 ay 19 gün göstərlmişdir, güzəştli xidmət illəri məlumat vərəqində 8 il 7 ay 25 gün göstərilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubuna əsasən Müdafiə Nazirliyinin Səxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi"nə əsasən Azərbaycan Ordusundan ehtiyata buraxılmış 3-cü dərəcəli kapitan İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Hərbi Dəniz Qüvvələrində zabit qismində həqiqi hərbi xidmət kecmişdir."Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli, 631 nömrəli Qərarının 2-ci hissəsinin “b” bəndinin 1 may 1997-ci il tarixədək qüvvədə olmuş birinci abzasının müddəalarına əsasən Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləsmələrdə 1 may 1997-ci il tarixədək olan xidmət müddətinin bir ayı iki ay kimi sayılır.Qeyd olunanlara əsasən, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu 3-cü dərəcəli kapitan İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək həmin hərbi hissədə həqiqi hərbi xidmətdə olduğu dövrün xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan müddətinin bir ayı iki ay kimi hesablanaraq güzəştli qaydada sayılır. İddiaçı N nömrəli hərbi hissədə xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək hərbi xidmətdə olduğu müddət yalnız təqvim hesabı ilə (bir ay bir ay kimi) sayılır. Belə ki, sözügedən Qərara əsasən həmin dövr ərzində İddiaçı xidmət etdiyi vəzifələrdə xidmət illərinin güzəştli qaydada sayılması nəzərdə tutulmamışdır.Odur ki, İddiaçı xidmət illəri təqvimlə 07 il 07 ay 27 gün. Xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət 04 il 7 ay 27 gün, ümumi xidmət illəri 12 il 03 ay 24 gün təşkil edir. İddiaçının hərbi biletinə əsasən iddiaçı xx.xx.1992-ci ildən xx.xx.2000-ci ilə qədər Hərbi Dəniz Qüvvələrində, xx.xx.2001-ci ildən xx.xx.2009-cu ilə qədər Sərhəd Qoşunlarında xidmət etmişdir. İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.1986-cı ildən xx.xx.1992-ci ilə qədər Xəzər dəniz gəmiçiliyində matros, kapitanın 3-cü köməkçisi,xx.xx.2000-ci ildən xx.xx.2001ci ilə qədər HDG-də N nömrəli hərbi hissədə “Lada” divizion təminat gəmisində şturman hərbi hissəsinin komandiri, komandirin böyük köməkçisi, gəmi kapitanının köməkçisi, xx.xx.2001-ci ildən xx.xx.2009-cu ilə qədər MTN Sərhəd Qoşunlarında 3-cü dərəcəli gəmi komandirinin baş köməkçisi, 2-ci dərəcəli gəminin komandiri, xx.xx.2010-cu ildən xx.xx.2012-ci ilə qədər X9 X1 Neft Donanması İdarəsində kapitanın böyük köməkçisi,xx.xx.2012-ci ildən xx.xx.2021-ci ilə qədər "xxxx" QSC-də kapitanın böyük köməkçisi işləmişdir. Məhkəmənin mövqeyi. 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 10-cu maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. Həmin Qanunun 10-cu maddəsinin 5-ci bəndinə əsasən Hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına qida məhsulları və əşya əmlakı alır, qida məhsulları və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1-ci bəndində deyilir: Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Həmin Qərarın 2-ci hissəsinin “b” bəndinin 1 may 1997-ci il tarixinə qədər qüvvədə olan redaksiyasına əsasən Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrdə xidmət müddətinin bir ayı iki ay sayılmaqla zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətdən artıq xidmətdə qalan hərbi qulluqçualra daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin olunması üçün uzun müddət xidmətə güşəştli şərtlərlə aid edilmişdir. Həmin Qaydaların 2-ci bəndində qeyd edilir: b) xidmətin bir ayı ayyarım sayılmaqla: bütün ad və ixtisaslardan olan dalğıc vəzifələrində (bu qərarın 2-ci bəndinin “b” yarımbəndində göstərilən dalğıclardan savayı);müdafiə, daxili işlər, ədliyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyat xidmətinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə;iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət – Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə;sırada olan, bilavasitə Azərbaycan Respublikası sərhədlərinin keşiyində duran dəniz sərhəd gəmilərində və katerlərində;sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarəti məntəqələrində); respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə;sualtı qayıqlarda onların sırada olduğu dövrdə, minatutan gəmilərdə döyüş minalarını tutma dövründə - Müdafiə Nazirliyinin müəyyənləşdirdiyi şərtlərlə;Azərbaycan Respublikası ali hakimiyyət və idarəetmə orqanlarının təhlükəsizliyi idarəsində - bilavasitə post xidməti aparan operativ heyət üçün - idarə rəisinin təsdiq etdiyi vəzifə siyahısı üzrə;cəmiyyətə zidd kütləvi təzahürlərlə bağlı fövqəladə vəziyyətlərdə ictimai asayişi və dövlət təhlükəsizliyini qorumaq vəzifələri yerinə yetirilərkən – respublikanın qanunverici orqanlarının müəyyən etdiyi dövrlərdə;müvafiq nazirlik, xidmət və baş idarə rəhbərlərinin təqdimatı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi vəzifə siyahısı üzrə hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Hal-hazırda iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilə qədər olan dövrün 1 ayının 2 ay kimi, xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilə qədər və xx.xx.2001-ci ildən xx.xx.2009-cu illərə qədər olan dövrün 1 ayının ayyarım kimi, təhsil aldığı müddətin isə 1 il 8 ay kimi nəzərə alınaraq yeni məlumat vərəqinin xüsusi şərtlərlə pensiya təyin edən inzibati orqana cavabdeh tərəfindən göndərilməsinə nail olmaqdan ibarətdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı iddia tələbində göstərdiyi xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilə qədər olan dövrdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində suüstü gəmidə komandir, baş köməkçi vəzifələrində hərbi xidmət etmişdir, habelə 1982-1985-ci illərdə 3 il müddətində Bakı dəniz yolları məktəbində əyani formada təhsil almışdır, belə olan halda yuxarıda istinad edilən “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələblərinə əsasən iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilə qədər xidmət etdiyi müddətin bir ayı iki ay kimi, təhsil müddətinin hər bir ilinin isə 6 ay kimi, cəmi 1 il 6 ay kimi sayılması üçün həmin məlumatlar məlumat vərəqinə daxil edilməli olduğu halda cavabdeh tərəfindən bu qaydaya əməl edilməmişdir, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunun tələbləri, nəticədə qanunvericiliyin tələblərinə uyğun olaraq pensiya almaq hüququ olan iddiaçının hüquqları pozulmuşdur. İddiaçının iddiasının xx.xx.1997-xx.xx.2000-ci illərin və xx.xx.2001-xx.xx.2009-cu illərin 1 ayının ay yarım məlumat vərəqinə qeyd edilməsi hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianı əsaslı hesab etmir, belə ki, iddiasının xidmət etdiyi xx.xx.1997-xx.xx.2000ci və xx.xx.2001-xx.xx.2009-cu illərə münasibətdə “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 2-ci bəndinin xx.xx.1997-ci ildən sonra qüvvədə olan redaksiyasındakı hallar mövcud deyildir, habelə iddiaçının təhsil aldığı müddət 1982-ci ildən 1985-ci ilə qədər, yəni 3 il təşkil etdiyi üçün həmin müddətin 1 il 8 ay kimi hesablanması qeyri-mümkündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən - 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilə qədər olan müddətdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etdiyi dövrün 1 ayının 2 ay kimi, 3 il təhsil müddətinin isə 1 il 6 ay kimi hesablanması və yeni məlumat vərəqinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmalıdır, iddia tələbi qalan hissədə rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cı, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilə qədər olan müddətdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etdiyi dövrün 1 ayının 2 ay kimi, 3 il təhsil müddətinin isə 1 il 6 ay kimi hesablanması və yeni məlumat vərəqinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №e-2-1(112)-4081/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4081/2025
01.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver