Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4119/2024 30.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********83 nömrəli Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişin əsassız hesab edilməsi, həmin cavabdeh orqanın üzərinə iddiaçıya vərəsə kimi Bakı şəhəri Xəzər rayonu Türkan bağlar massivində 131b/21 saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi (iddianın dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********83 nömrəli Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildirişin əsassız hesab edilməsi, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və İstismarı birliyinin 27 mart 1990-cı il tarixli 1/44 saylı Qərarına və 03 oktyabr 1990-cı il tarixli 06 nömrəli orderə əsasən X7 ayrılmış Bakı şəhəri Xəzər rayonu Türkan bağlar massivində yerləşən 131b/21 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə İPM 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və istismarı birliyinin 27 mart 1990-cı il tarixli 1/44 saylı Qərarına və 03 oktyabr 1990-cı il tarixli 06 nömrəli orderə əsasən X7 ayrılmış Bakı şəhəri Xəzər rayonu Türkan bağlar massivində yerləşən 131b/21 saylı bağ sahəsinin mərhum X7 məxsusluğu barədə arayışın (elektron çıxarış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixində Qusar rayonunda doğulmuşdur. Onun doğma valideyinləri - 1934-cü il təvəllüdlü atası X11 və 1925-ci il təvəllüdlü anası X8r. Belə ki, onun doğum haqqında şəhadətnaməsinin ana qrafasında onun anasının adı məhz X12 olması kimi qeyd edilmişdir. Həmçinin iddiaçının valideyinlərinin evlənmək haqqında şəhadətnaməsində iddiaçının anasının adı məhz ilkin olaraq atalıq soyadı Mailova olmaqla, sonradan X12 olması kimi qeyd edilmişdir. Bundan başqa, iddiaçının anasına 03 iyul 1946-cı ildə verilmiş X19 dövründə əmək Veteranı vəsiqəsində də anasının X13ması kimi adı qeyd edilmişdir. Onun Azərbaycan SSR Bakı şəhər icraiyyə Komitəsinin X3 və istismarı birliyinin 27 mart 1990-cı il tarixli 1/44 saylı Qərarına uyğun olaraq, 03 oktyabr 1990-cı il tarixli 06 nömrəli orderə əsasən, Türkan bağlar sahəsindən 163 nömrəli BTK-nın nəzdində olan bağ torpaq sahəsindən 0,12 ha torpaq sahəsi olmaqla 131b/2 nömrəli bağ sahəsi ayrılmışdır. Həmin orderdə də onun anasının tam adı X12 olması kimi göstərilmişdir. Onun anası X12 10 aprel 1999-cu il tarixində vəfat etmişdir. Onun hazırkı ölüm haqqında şəhadətnaməsində də adı X1 göstərilmişdir. Onun doğma anasının ölümündən sonra Bakı şəhəri 35 saylı notariat ofisinə vərəsə kimi ərizə ilə müraciət edərək, anasının sağlığında ayrılmış qeyd edilən bağlı miras olaraq onun tərəfindən qəbul edilməsini bildirmiş və bununla əlaqədar həmin notariat orqanında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Bu fakt Bakı şəhəri 35 saylı notariat ofisinin məktubu ilə tam müəyyən olunur. Onun rəsmi müraciətinə əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından alınmış 22 avqust 2022-ci il tarixli cavab məktubuna əlavə edilmiş keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli 1/44 saylı qərarından təsdiq edilmiş 2 vərəqdən ibarət arxiv çıxarışından müəyyən edilmişdir ki, 163 nömrəli Türkan bağ-tikinti kooperativi üzvlərinin siyahısında onun anasının adı X1 deyil, ümumiyyətlə səhvən X2 qeyd edilmişdir. Məhz əldə edilmiş həmin sənədlər əsasında onun tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri Xəzər rayonu Türkan bağlar massivində 131b/21 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət edilmişdir. Lakin həmin orqan təqdim olunmuş sənədlər arasında onun mərhum anasının adında uyğunsuzluqların olmasına, yəni notariat orqanının məktubunda hüquq sahibinin adının X12, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və istismarı birliyinin 27 mart 1990-cı il tarixli 1/44 saylı Qərarına uyğun olaraq, 03 oktyabr 1990-cı il tarixli 06 nömrəli orderin özündə hüquq sahibinin adının X12, arxiv arayışında isə həmin şəxsin adının ümumiyyətlə X2 qeyd olunmasına, həmçinin qeyd olunan torpaq sahəsinin nömrəsinin idarənin arxivində mövcud olan bağların bölgüsünə dair sxematik xəritədə aydın müşahidə olunmadığından, ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin naturada yerləşməsinin düzgünlüyünü aydınlaşdırmağın mümkün olmamasını və nəhayət təqdim edilmiş orderin nüsxəsinin idarənin arxivində aşkar olunmamasına əsaslanaraq iddiaçının xahişini həmin orqan icra etməkdən imtina etmişdir. Keçmiş Bakı şəhər XDS İK-nin arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli 1/44 saylı qərarında yalnız indiki Bakı şəhər İcra Hakimiyyəti səlahiyyəti olan orqan kimi düzəlişlər edə bilərdi. Bununla bağlı tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinə də müraciət edilmiş, lakin həmin orqanda özünün xx.xx.2023-cü il tarixli cavab məktubu ilə mümkünsüz olduğunu bildirmişdir İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 15 dekabr 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: xx.xx.2024-cü il tarixdə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə idarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********83 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsinin nömrəsi idarənin arxivində mövcud olan bağların bölgüsünə dair sxematik xəritədə aydın müşahidə olunmadığından, həmçinin ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin naturada yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır. Bundan əlavə, təqdim olunmuş sənədlər arasında mərhumun adında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim olunmuş vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda hüquq sahibi kimi “X14” qeyd olunsa da, X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderdə “X21”, arxiv arayışında isə “X17” kimi göstərilmişdir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş order mərhum X6 adına verilmişdir və orderin arxiv nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi nəzərdə tutulmuşdur. Mərhuma məxsus daşınmaz əmlaka dair çıxarış tərtib edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək və iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X15 məhkəmə iclasında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 27 mart 1990-cı il tarixli 1/44 saylı qərarına 4 №-li əlavə - 163 №-li Türkan bağ-tikinti kooperativi üzvlərinin siyahısının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, siyahıda Bakı şəhəri, Hövsan qəsəbəsi, ev 30, mənzil 40 ünvanında yaşayan X6 (qərarda X17) adı 6-cı sıra nömrəsi ilə ümumi növbə СП-6566 qeyd edilmişdir. Azərbaycan SSR Bakı şəhər İcraiyyə komitəsinin X3 və istismarı birliyi Türkan bağlar sahəsindəki 163 №-li Bağ Tikinti Kooperativi tərəfindən verilmiş 6 №-li orderin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Bakı şəhər icraiyyə komitəsinin 27 mart 1990-cı il tarixli 1/44 №-li qərarına əsasən X7 Türkan bağlar sahəsində 163 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 131b/21 bağ sahəsi ayrılmışdır. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 356959 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X12 xx.xx.1999-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1999-cu ilin 04-cü ayının 16-cı günündə 59 № ilə qeyd edilmişdir. Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi idarəsinə ünvanlanmış 509 №-li, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, mərhum X4 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə Bakı şəhəri 35 saylı notariat ofisinə vərəsəsi İddiaçı tərəfindən müraciət olunmuşdur. X6 10 aprel 1999-cu il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işinin açılması zərurəti ilə əlaqədar mərhum X6 adına olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 163 №-li Türkan bağtikinti kooperativi ünvanı ərazisində yerləşən torpaq sahəsinə dair çıxarış verilməsi üçün köməklik göstərilməsi xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 3-52/2-M-691-091/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhər X10 İcraiyyə Komitəsinin 27 mart 1990-cı il tarixli 1/44 saylı Qərarında düzəliş edilməsi barədə müraciətinə cavab olaraq bildirilir ki, ərizəsinə əlavə edilmiş və Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş Bakı şəhəri XDS İK-nin xx.xx.1990-cı il tarixli 1/44 saylı Qərarında hər hansı şəxsə dair müddəa nəzərdə tutulmamışdır. Qərar müvafiq idarə tərəfindən təqdim edilən siyahının təsdiq edilməsini əks etdirir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********39 №-li, xx.xx.2004-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 2592,0 kv. metr təşkil edir. Sahə üzərində yaşayış evi mövcuddur (bir mərtəbəli yarımzirzəmili yarımçıq tikili). Vahid elektron baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Məktuba əlavə olunmuş Daşınmaz əmlakın texniki vəziyyətlərini əks etdirən xx.xx.2014-cü il tarixli müayinə (baxış) aktının surətindən müəyyən olunur ki, Türkan bağ massivində yerləşən 131B/21 saylı bağ sahəsinin yerləşdiyi torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,12 ha, faktiki sahəsi 0,2592 ha, (1392 kv.m artıq) olduğu qeyd edilmişdir. Eyni zamanda bağ sahəsinin sərhədlərinin iki tərəfdən qonşu hasarlarla ayrıldığı, yol tərəfdən mişar daşı ilə hasarlandığı, dalan tərəfdən çox hissəsinin mişar daşı ilə hasarlandığı, bir qismi isə şərti olduğu, darvazanın olmadığı, giriş hissəsinin sərbəst olduğu qeyd edilmişdir. Bağ sahəsində A-1 mərtəbəli, yarım-zirzəmili yarımçıq bağ evi var. Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından, bağın naturada yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 18/2-9210/24 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, F.Bayramov küçəsi, ev 30, mənzil 40-da, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, N.İsmayılov küçəsi, ev 5, mənzil 67-də, xx.xx.2018-ci il tarixdən hazırki vaxtadək ünvan 4 ünvanında qeydiyyatdadır.1925-ci il təvəllüdlü X6 Azərbaycan Respublikası ərazisində qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 3-16-5/4-13-2243/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1963-cü ildə Xaçmaz rayonunun Nabran icra nümayəndəliyində tərtib edilmiş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən atasının 1934-cü il təvəllüdlü Məmməd İddiaçı oğlu, anasının isə 1925-ci il təvəllüdlü X16 olduğu məlum olmuşdur. İddiaçı xx.xx.1985-ci ildə Xəzər rayon qeydiyyat şöbəsində xx.xx.1966-cı il təvəllüdlü Məmmədova (Mayılova) Xanimana Cəbrayıl qızı ilə bağlanmış nikahından xx.xx.1986-cı ildə Leyla Məmmədova, 18.11,1988-ci ildə Anar Məmmədov doğulmuşdur. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılarkən İddiaçı ölümü, soyadının, adının və ata adının dəyişdirilməsi haqqında hər hansı məlumat aşkar edilməmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********83 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağlar massivində 131 b/21 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Qeyd olunan torpaq sahəsinin nömrəsi İdarənin arxivində mövcud olan bağların bölgüsünə dair sxematik xəritədə aydın müşahidə olunmadığından, həmçinin ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin naturada yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır. Bundan əlavə, təqdim olunmuş sənədlər arasında mərhumun adında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim olunmuş vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda hüquq sahibi kimi “X14” qeyd olunsa da, X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderdə “X21”, arxiv arayışında isə “X17” kimi göstərilmişdir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə)
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.
İnzibati-Prosessual Məcəllə:
58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...
68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndinin həmin dövrdə qüvvədə olan redaksiyasına görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2023-cü il tarixli, 202 nömrəli Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 iyun 2023-cü il, “Xalq” qəzeti, 24 iyun 2023-cü il, № 133) ilə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir. Yeni redaksiyaya görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qeyd edilən normanın məzmununa əsasən, mərhum X12 mübahisələndirilən bağ sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2- ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə (iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan redaksiyada) əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. İddiaçının istinad etdiyi, Bakı şəhər İcraiyyə Komitəsinin 27 mart 1990-cı il tarixli 1/44 №-li qərarına əsasən 163 №-li BTK tərəfindən verilmiş 6 №li “order” dir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İddiaçının mərhum anasına 1990-ci ildən məxsus olmaqla, istifadəsində olmuş mübahisəli torpaq sahəsi hazırda iddiaçının faktiki istifadəsindədir. Daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatının həyata keçirilməsi ilə bağlı torpaq sahələrinin inventarlaşdırma işlərinin aparılması və texniki sənədlərin, torpaq sahələrinin planının və ölçüsünün tərtib edilməsi cavabdeh inzibati orqanın vəzifələrinə aiddir. Məhkəmə hesab edir ki, qeyd olunan torpaq sahəsinin nömrəsi idarənin arxivində mövcud olan bağların bölgüsünə dair sxematik xəritədə aydın müşahidə olunmadığından, həmçinin ərazidə hasarlanma işləri sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin naturada yerləşməsinin düzgünlüyünü aydınlaşdırmağın mümkün olmamaması, təqdim olunmuş vərəsəlik işinin açılması və vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunda hüquq sahibi kimi “X14” qeyd olunsa da, X3 və İstismarı Birliyi tərəfindən verilmiş orderdə “X21”, arxiv arayışında isə “X17” kimi göstərilməsi, təqdim edilmiş orderin mərhum X6 adına verilməsi və orderin arxiv nüsxəsi idarənin arxivində aşkar edilməməsi iddiaçının müraciətindən imtina üçün qanunla müəyyən edilmiş əsaslardan hesab oluna bilməz. Belə ki, torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq cavabdeh inzibati orqanın vəzifəsidir. Həmçinin Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə, ünvan 5 ünvanlanmış məktubda (vərəsələrin müəyyən olunması ilə bağlı) və Bağ Tikinti Kooperativi tərəfindən mübahisəli bağa dair verilmiş orderdə iddiaçının mərhum anasının adı X1 qeyd olunduğundan, belə olan halda Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 27 mart 1990-cı il tarixli 1/44 saylı qərarına 4 №-li əlavə - 163 №-li Türkan bağ-tikinti kooperativi üzvlərinin siyahısında sonuncunun adının səhvən X2 yazılması hazırki iddianın təmin olunmaması üçün əsas hesab oluna bilməz. Bundan əlavə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 27 mart 1990-cı il tarixli 1/44 saylı qərarına 4 №-li əlavə - 163 №-li Türkan bağ-tikinti kooperativi üzvlərinin siyahısında adı qeyd olunmuş “X9” (X12) yaşayış yeri üzrə ünvanı ünvan 6diyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan da göründüyü kimi, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü İddiaçı da yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanı xx.xx.2010-cu il tarixdən xx.xx.2016-cı il tarixədək, məhz Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, F.Bayramov küçəsi, ev 30, mənzil 40 olmuşdur ki, bu hal da bir daha mübahisəli bağ torpaq sahəsinin qeyd olunan qərarla məhz iddiaçının anası olan mərhum X7 ayrıldığını subut edir. Beləliklə cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Beləliklə məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və istismarı birliyinin 27 mart 1990-cı il tarixli 1/44 saylı Qərarına və 03 oktyabr 1990-cı il tarixli 06 nömrəli orderə əsasən X7 ayrılmış Bakı şəhəri Xəzər rayonu Türkan bağlar massivində yerləşən 131b/21 saylı bağ sahəsinin mərhum X7 (xx.xx.1999-cu ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1999-cu ilin 04-cü ayının 16-cı günündə 59 № ilə qeyd edilmiş) məxsusluğu barədə arayışın (elektron çıxarış) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev