Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4120/2024 12.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinə qarşı “X8 verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X17 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinə qarşı “X8 verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinə qarşı qəyyumu olduğu X2 adına olan ********** saylı telefonun X8 aktivləşdirilməsi üçün X8 verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X4 qəyyum təyin edilmişdir. Odur ki, onun adından hər hansı bir rəsmi işi görmək üçün (məsələn: bank əməliyyatlarını idarə etmək və nəzarət etmək, pensiya hesabına nəzarət, FİN kodu üzrə digər müraciətlər üzrə və bu kimi qəbildən olan işləri görmək üçün) X5ması məcburiyyəti vardır. X15 üçün Dövlət Vergi Xidmətinə müraciət etdikdə heç bir əsas olmadan imtina etdilər. İmtina məktubunda X10 zərurət olmadığını bildirirlər. Halbuki, X2 qəyyumu olaraq dövlət onu təyin etmişdir. Belə olan halda ona nəyin zəruri olub-olmadığına o, qərar vermək səlahiyyətindədir. Dövlət Vergi Xidmətinə isə belə bir səlahiyyət verilməmişdir. Dövlət Vergi Xidmətinin vəzifəsi vətəndaşın (bu halda müraciət edən qəyyum kimi onun) müraciəti əsasında X11 verməkdir. Hər kəs hər hansı bir elektron imza, o cümlədən X9madan öz rəsmi işlərini görməkdən məhrum olur. Odur ki, hər hansı bir elektron imza, o cümlədən X15 hazırda bir məcburiyyətdir. Cavab məktubunda bildirirlər ki, onun qəyyum olduğu X2 adından hər bir əqdi imzalamaq səlahiyyəti vardır, lakin, X15 müraciətindən imtina etməklə öz-özlərini inkar etmiş olurlar. Necə olur da bütün əqdləri imzalaya bilir, yalnız X12 almaq əqdini imzalaya bilmir. Onu da, qeyd edir ki, X15 bir dəfə üç il müddətinə verilmişdir, hal-hazırda müddət bitdiyi üçün yeni sertifikat almaq lazımdır. Necə olur ki, üç il əvvəl ASAN imza verilir, lakin, indi verilmir. Görəsən dəyişən nədir?. Odur ki, X8 verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, “Asan” imza sertifikatı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən imza sahiblərinə təqdim olunan, onu identikləşdirmək üçün nəzərdə tutulan və elektron imzanı yoxlama məlumatlarının imza sahibinə məxsus olması barədə Mərkəzin verdiyi kağız və ya elektron sənəddir. X15 ilə əlaqədar məsələlər xx.xx.2004-cü il tarixli “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun 1.1.6-cı maddəsinə görə, Elektron imza sahibi (bundan sonra - imza sahibi) öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxs nəzərdə tutulur. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən imza sahibi imza yaratmaq və müvafiq vasitələrdən istifadə etmək qabiliyyətinə malik olmalıdır. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən imza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Bunlar üzərində nəzarət itirildikdə və ya buna təhlükə yarandıqda imza sahibi müvafiq Mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir. İddia ərizəsindən görünür ki, iddiaçı özü üçün deyil, fəaliyyət qabiliyyətini itirmiş övladı adından müəyyən əməliyyatların həyata keçirilməsi üçün “X15 əldə etmək məqsədilə vergi orqanına müraciət etmişdir. Bu baxımdan şəxsin həmin sertifikatın əldə olunması ilə bağlı mülki hüquq fəaliyyət qabiliyyətinin olmamasına məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 33.5-ci maddəsinə əsasən qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Bundan əlavə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.4-cü maddəsinin müddəalarına əsasən imza sahibi qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətini itirmiş hesab edildikdə sertifikat Sertifikat xidmətləri mərkəzləri tərəfindən ləğv edilə bilər. Göründüyü kimi, qanunvericiliyin sadalanan normalarının təhlili onu deməyə əsas verir ki, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır və həmin əqdləri qəyyum öz imzası ilə imzalayır. Bu baxımdan qeyd etmək istəyir ki, qəyyumun öz adına X15 alaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş oğlunun adından əqdləri imzalaya bilmək imkanı olduğu halda, fəaliyyət qabiliyyəti olmayan oğlunun adına vətəndaş tipli X8 verilməsi üçün müraciətini icra etmək mümkün olmamışdır.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “Müraciətə baxılması barədə” məktuba əsasən iddiaçının “ASAN” imza sertifikatının verilməsindən imtina edilməsi barədə məktuba əsasən cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən Mülki Məcəllənin 28.1-ci, 28.8-ci, 33.5-ci və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü, 20.2-ci, 20.3-cü maddələrinə istinad edilməklə imtina edilmişdir. Cavabdeh hesab etmişdir ki, qanunvericiliyin sadalanan müddəaları onu deməyə əsas verir ki, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin aıdndan əqdləri onun qəyyumu bağlayır və həmin əqdləri qəyyum öz imzası ilə imzalayır. Eyni zamanda qəyyumun öz adına X15 alaraq məhkəməin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X2 adından əqdləri imzalaya biləcəyini nəzərə alaraq, fəaliyyət qabiliyyəti olmayan şəxsin adına vətəndaş tipli X8 verilməsinə zərurətin olmadığını bildirirlər.
8. 24 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilmiş Elektron İmza üçün Sertifikatın surətindən görünür ki. X4 24 yanvar 2020-23 yanvar 2023-cü il tarixləri üçün X15 verilmişdir.
9. Azərbaycan Respublikası vətəndaşının AA3760418 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X7 xx.xx.1997-ci il tarixdə anadan olmuşdur.
10. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1968-ci il tarixdə anadan olmuşdur.
11. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 213 nömrəli 14 noyabr 2016-cı il tarixli “X4 qəyyum təyin edilməsi barədə” sərəncama əsasən ünvan 2 ünvanında yaşayan İddiaçı xx.xx.1997-ci il təvəllüdlü oğlu X4 qəyyum təyin edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
17. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
18. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı qəyyumu olduğu oğlu, X7 fəaliyyət qabiliyyəti olmayan şəxs olduğundan ona Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 213 nömrəli 14 noyabr 2016-cı il tarixli sərəncamına əsasən İddiaçı qəyyum təyin edilmişdir. N.Quluzadəyə Azərbaycan Respublikası Vergilər Nazirliyi Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə Elektron İmza üçün Sertifikat verilmişdir. Həmin sertifikatın müddəti 23 yanvar 2023-cü il tarixdə bitdiyindən onun qəyyumu İddiaçı tərəfindən yenidən X8 əldə edilməsi məqsədilə cavabdehə müraciə edilmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən Mülki Məcəllənin 28.1-ci, 28.8-ci, 33.5-ci və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü, 20.2-ci, 20.3-cü maddələrinə istinad edilməklə imtina edilmişdir. Cavabdeh hesab etmişdir ki, qanunvericiliyin sadalanan müddəaları onu deməyə əsas verir ki, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır və həmin əqdləri qəyyum öz imzası ilə imzalayır. Eyni zamanda qəyyumun öz adına X15 alaraq məhkəməin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X2 adından əqdləri imzalaya biləcəyini nəzərə alaraq, fəaliyyət qabiliyyəti olmayan şəxsin adına vətəndaş tipli X8 verilməsinə zərurətin olmadığını bildirirlər.
19. İddiaçı hazırda həmin imtina məktubunu mübahisələndirir və hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.
20. Məhkəmə aşağıdakı qanunvericiliyin normalarına əsasən hesab edir ki, iddiaçı tələbində haqlıdır.
21. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar.
24. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1.4.Elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlərdir. 1.1.6. Elektron imza sahibi (bundan sonra - imza sahibi) - öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. 1.1.18. Sertifikatlaşdırılmış elektron imza vasitələri - müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza vasitələridir. 14.1.4.İmza sahibi vəfat etdikdə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətini itirmiş hesab edildikdə sertifikat Mərkəzlər tərəfindən ləğv edilə bilər. 20.2. İmza sahibi imza yaratmaq və müvafiq vasitələrdən istifadə etmək qabiliyyətinə malik olmalıdır. 20.3. İmza sahibi elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Bunlar üzərində nəzarət itirildikdə və ya buna təhlükə yarandıqda imza sahibi müvafiq Mərkəzə dərhal xəbər verməli və sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir.
25. Hazırki iş üzrə mübahisənin yaranmasına səbəb cavabdeh tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxsə elektron imza sertifikatının verilməsindən imtina edilməsi olmuşdur.
26. Məhkəmə qeyd edir ki, cavabdeh bu qənaətə gələrkən qaydaların normalarını səhv tətbiq etmişdir.
27. Yuxarıda sadalanan qanunvericiliyin normalarının işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, iddiaçı qəyyumu olduğu X2 adına X5masının məcburiyyətini onunla əsaslandırmışdır ki, onun qəyyumu olduğu oğlunun X3 pensiya hesabına nəzarət edilməsi, bank əməliyyatlarını idarə etməsi, fərdi indentifikasiya nömrəsi ilə edilməli olan digər müraciətlər üzrə əməliyyatları X9madan etməsi qeyrimümkün olur. Məhkəmə hesab edir ki, iddiaçı bu əsaslandırmasında haqlıdır. Belə ki, “Elektron Hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır. Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “Elektron Hökumət” portalı tətbiq edilir. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. “Elektron Hökumət” portalı Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsinin yüksəldilməsi və onlardan istifadə imkanlarının sadələşdirilməsi; Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyinin artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi; İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə yetirilmə prosedurlarının sadələşdirilməsi; Elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi; İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması; İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadənin mümkünlüyü baxımından əhəmiyyətlidir. “Elektron Hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.
28. Məhkəmə hesab edir ki, iddiaçının qəyyumu olduğu fəaliyyət qabiliyyəti olmayan oğlu da, “Elektron Hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə etmək, ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsindən yararlanmaq hüququna malikdir və bu hüquqlarının realizəsi üçün onun fərdi indentifikasiya nömrəsi ilə “Elektron Hökumət” portalında qeydiyyatdan keçərək həmin virtual məkanın imkanlarından istifadə zamanı X10 malik olması zəruridir.
29. Cavabdeh tərəfindən iddiaçının qəyyumu olduğu oğlunun bu hüququnun təmin edilməsini istisna edən norma kimi, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinə istinad edilsə də, məhkəmə bununla bağlı qeyd edir ki, istinad edilən norma imperativ deyil, dizpozitiv normadır. Yəni normada “ləğv edilir” ifadəsindən deyil, “ləğv edilə bilər” ifadəsindən istifadə edilmişdir. Bundan başqa sözagedən Qanununda fiziki şəxslərə elektron imza sertifikatının verilməsindən imtinanın əsasları müəyyən edilməmişdir.
30. Məhkəmə eləcə də, qeyd edir ki, iş materiallarına əlavə olunmuş Elektron İmza üçün Sertifikatdan görünür ki, iddiaçının oğluna cavabdeh tərəfindən 24 yanvar 2020-ci il tarixdə, 3 il ərzində qüvvədə olan X6 qəyyumu İddiaçı imza etdirilməklə verilmişdir ki, həmin imza sertifikatının müddəti bitdikdən sonra, yeni X8 verilməsindən cavabdehin imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci (İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır), 13.1-ci (İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur) və 13.2-ci (İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur) tələblərinə zidd olmuşdur.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
33. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
34. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı qəyyumu olduğu X2 adına olan ********** nömrəli mobil nömrəyə X8 verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva