Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4123/2025 26.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkil və nümayəndəsi Nümayəndə və üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə (üçüncü şəxslər: X9, X10, X11, X12) qarşı “göstəriş və qeydiyatın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə qarşı “göstəriş və qeydiyatın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mülkiyyətində oln Hyundai İX-35 markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması barədə göstəriş verilmiş, göstərişin verilməsi üçün elektron sistemdə 6446/46 xx.xx.2023 BAM icra vərəqəsi 2(103)- 10021/2021 03 .12.2021 D/O 3-13-16/1-56675/2023 xx.xx.2023 (xx.xx.2021 tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilsin) qeydiyyatı əsas kimi qeyd edilmişdir. Halbuki, icra vərəqəsinin onun alqı-satqısına və ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilinə heç bir aidiyyəti yoxdur. Həmin qeydiyyatlar ** TX *** qeydiyyat nişanlı avtomobillə bağlıdır. İddiaçı hesab edir ki, mülkiyyətində olan avtomobilə heç bir aidiyyəti olmayan sənədlər əsasında məhdudiyyət qoyulmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Qeydiyyat şəhadətnaməsindən görünür ki, Hyundai İX-35 minik markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. Elektron sistemdən çıxarışdan görünür ki, həmin avtomobil üzərində 6446/46 xx.xx.2023 BAM icra vərəqəsi 2(103)-10021/2021 xx.xx.2021 D/O 3-13-16/1-56675/2023 xx.xx.2023 (xx.xx.2021 tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin) istinadən məhdudiyyət müəyyən edilmişdir. Elektron sistemdən çıxarışdan və ona əlavə edilən sənədlərdən görünür ki, həmin avtomobil ** TX *** qeydiyyat nişanı ilə ilkin mülkiyyətçi kimi X3 adında olmuş sonradan X4 mülkiyyətində olmuş, X5 etibarnamə verilmişdir. Sonradan iddiaçı ilə alqı-satqı zamanı qeydiyyat nişanı ** ZY *** qeydiyyat nişanına dəyişdirilmişdir. Yasamal Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qətnaməsindən görünür ki, X2 X10, X6 cavabdeh olduğu iş üzrə adıçəkilən avtomobillə bağlı bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi barədə tələb həmin hissədə təmin edilmişdir. Qətnamə göstərilən hissədə onunla əsaslandırılır ki, Qurbanova Nairə avtomobili nikah münasibətlərinin pozulduğu ərəfədə bacısı olan digər cavabdeh X1, satılan günü Nairə Qurbanovaya uzun müddətli etibarnamə verilmişdir. Müqavilə görünüş üçün bağlanılmışdır. Adıçəkilən hissədə mövqe yuxarı instansiya məhkəməsinin qərarları ilə təsdiqini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin 03 aprel 2024-cü il tarixli qərardadından görünür ki, Yasamal Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Belə ki, iddiaçı yuxarıda adıçəkilən işin onun maraqlarına toxunduğunu bildirmiş şikayət vermiş, şikayət, buraxılmış prosessual müddətin bərpa edilməməsi qərara alınmışdır. Qərardadın məzmunu onunla əlaqədardır ki, qərar qanuni qüvvəsini almışdır ki, iddiaçı maraqlarına toxunan şəxs kimi Ali məhkəmənin Plenumuna müraciət etməli idi. Müddətin bərpasına dair ərizənin geri qaytarılması qanuni və əsaslıdır. Ali Məhkəmənin 25 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, X9 cavabdeh X8 iddia qaldırmış, iddia bir hissədə avtomobilin satış pulunun yarı hissəsinin tutulması ilə əlaqədar olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, avtomobil birgə nikah dövründə əldə edilmiş, hazırda başqa şəxsə məxsusdur və mülkiyyətində tərəflərin olmadığından onun satışından əldə olunan pulun bölünməsində iddiada iddiaçı haqlıdır. Yuxarı instansiya məhkəmələri həmin mövqe ilə razılaşmışdır. 03 dekabr 2021-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin icra vərəqəsindən görünür ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilə mülkiyyət hüququnun bərpa edilməsi üzrə də icra vərəqəsi verilmişdir. İcraata başlamaq haqqında 04 iyul 2022-ci il tarixli qərardan görünür ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üzrə də icra sənədi üzrə icraatın başlanılması qərara alınmışdır. Belə ki, müqavilə etıbarsız hesab edilmiş, avtomobil üzərində X3 mülkiyyət hüququnun bərpa edilməsi qərara alınmışdır. Ali Məhkəmənin 11 iyun 2024-cü il tarixli qərardadından görünür ki, əlavə kassasiya qaydasında iddiaçı tərəfindən verilmiş qətnamənin ləğvinə dair ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. “İcra haqqında” Qanunun: 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 4. Yol hərəkəti sahəsində dövlət vəzifələri Yol hərəkəti sahəsində dövlətin aşağıdakı vəzifələri vardır: 21) nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək; 29) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək. Maddə 29. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı İ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərində və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. İİİ. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir. “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə Təlimatın” 1.1. Bu Təlimat “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına və Azərbaycan respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnaməyə (bumdan sonra “Əsasnamə”) müvafiq olaraq Azərbaycan Respublikası DİN X19 İdarəsinin qeydiyyat-imtahan hissələrində (bundan sonra “qeydiyyat məntəqələri) sənədlərin qəbulu: rəsmiləşdirilməsi: dövlət qeydiyyat nişanlarının: nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi: onların uçotunun aparılması: digər qeydiyyat hərəkətlərinin və kargüzarlıq işinin həyata keçirilməsi qaydalarının müəyyən edir. 2.16. Hüquq-mühafizə, o cümlədən məhkəmə, istintaq, digər dövlət orqanları tərəfindən nəqliyyat vasitəsinə mülkiyyət hüququnun dəyişdirilməsi üzrə qoyulmuş müvəqqəti qabağa və məhdudiyyətlərin uçotu müvafiq jurnalda və kompüter bazasında aparılır və uçot kartoçkasında məhdudiyyətin səbəbi göstərilir. 5.2. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ya çıxdaş edilməsi ilə əlaqədar olaraq uçotdan çıxarılması işi, bu Təlimatın 2.15 və 2.16-ci bəndlərində göstərilən məhdudiyyət və qadağalar olmadıqda görülə bilər. Mülki Məcəllənin: 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsi üzərində saxlanılma barədə göstəriş və həmin avtomobillə bağlı alqı-satqı müqaviləsinin etibarsızlığına dair məhkəmə qərarı əsasında verilmiş icra sənədi üzrə qeydin ləğv edilməsi ilə əlaqədardır. İddianın dəlillərindən də göründüyü kimi iddiaçı hesab edir ki, icra vərəqəsinin onun avtomobili ilə əlaqəsi yoxdur, məhkəmə qərarı və icra sənədində onunla bağlanılmış alqısatqı müqaviləsinə münasibət bildirilməmiş, onun mülkiyyət hüququ mübahisə predmeti olmamışdır. Məhkəmə həmin dəlillə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, nəqliyyat vasitəsinin qeydiyyat nişanının dəyişdirilməsi, həmin nəqliyyat vasitəsi, ona hüquq, onunla bağlı məhdudlaşdırma və məhrumiyyətlərlə bağlı hər hansı dəyişikliyə səbəb olmamaqdadır. İşin faktiki hallarından da göründüyü kimi avtomobil ** TX *** qeydiyyat nişanı ilə ilkin mülkiyyətçi kimi X3 adında olmuş sonradan X4 mülkiyyətində olmuş, X5 etibarnamə verilmişdir. Sonradan iddiaçı ilə alqı-satqı zamanı qeydiyyat nişanı ** ZY *** qeydiyyat nişanına dəyişdirilmişdir. X2 X10, X6 cavabdeh olduğu iş üzrə adıçəkilən avtomobillə bağlı bağlanılmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun bərpa edilməsi barədə tələbin qanuniliyi və əsaslılığı məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, qətnamə onunla əsaslandırılmışdır ki, Qurbanova Nairə avtomobili nikah münasibətlərinin pozulduğu ərəfədə bacısı olan digər cavabdeh X1, satılan günü Nairə Qurbanovaya uzun müddətli etibarnamə verilmişdir. Müqavilə görünüş üçün bağlanılmışdır. Adıçəkilən hissədə mövqe yuxarı instansiya məhkəməsinin qərarları ilə təsdiqini tapmışdır. İş materiallarından da göründüyü kimi göstəriş və icra vərəqəsi üzrə qeydiyyat hərəkətlərinin aparıldığı məhdudiyyətlərin müəyyən edildiyi avtonəqliyyat vasitəsi halhazırda iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsidir və mülkiyyət hüququn bərpasına dair icra vərəqəsinin icra edilməsi ilə əlaqədar cavabdehin saxlanılma barədə göstəriş verməsi, müvafiq qeydlərin edilməsi qanuni və əsaslı olmuş, məhkəmə qərarının icrası ilə əlaqədar məhkəmə və icra orqanının göstərişlərinin icrasına yönəlmişdir. Bu zaman qeydiyyat nişanında dəyişiklik iddianın təmininə dəlalət etməməkdədir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-4123/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4123/2025
26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver