Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4140/2025 14.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X9 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs X12 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı üçüncü şəxs X17 cəlb olunmaqla “cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 6 saylı evin 126 saylı mənzilinə dair X12 adına verdiyi xx.xx.1995 və onunla əlaqəli xx.xx.1995-ci il tarixli, 395 saylı Sərəncamlarının ləğv edilməsi barədə” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 6 saylı evin 126 saylı mənzilinə dair X12 adına verdiyi xx.xx.1995 və onunla əlaqəli xx.xx.1995-ci il tarixli, 395 saylı Sərəncamlarının ləğv edilməsi barədə ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli Qərardadı ilə X17 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçının ana nənəsi X6 xx.xx.1990-cı ildə rəhmətə getmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 6 saylı evin 123 saylı mənzilinə dair Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən 1986cı il tarixdə onun adına order verilmişdir. Daha sonra həmin mənzil onunla qonşusunun şifahi razılığına əsasən 126-ya dəyişdirilmiş, bu barədə müvafiq orqan tərəfindən nənəsinin pasportuna möhür də vurulmuş, nənəsi rəhmətə gedənə qədər həmin ünvanda qeydiyyatda olmaqla yaşamışdır. İddiaçının nənəsi rəhmətə gedəndən sonra həmin mənzil məlum hadisələrlə əlaqədar məcburi köçkünlər tərəfindən tutulmuş və məlum vəziyyətə görə hər hansı hərəkət etməyərək, dözmüşlər. Torpaqlar artıq işğaldan azad olunduğu üçün mənzilin artıq geri yiyəsinə-yəni iddiaçıya təhvil verilməsi ilə maraqlanan zaman məlum olmuşdur ki, həmin mənzil necəsə üçüncü şəxs tərəfindən alqı-satqı yolu ilə alınmışdır. Həmin ərəfədə sənədləşmə işləri zamanı ona məlum olmuşdur ki, valideynləri tərəfindən nənəsinin ölüm haqqında şəhadətnaməsi vaxtında alınmamışdır. Həmin vaxt iddiaçının yaşı az olduğundan sənədləşmə və sair işlərdən kənarda qalmışdır. Bu halı bilən kimi iddiaçı mülkiyyət hüquqlarının müdafiə edilməsi məqsədilə əvvəlcə nənəsinin ölüm haqqında şəhadətnaməsini almaq üçün “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-6627/2023 saylı qətnaməsi ilə iddiaçının ərizəsi təmin edilərək, nənəsi xx.xx.1925-ci il təvəllüdlü X2 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilmişdir. İddiaçı tərəfindən həmçinin həm cavabdeh orqana, həm də Dövlət Notariat Arxivinə müraciət edilmiş və alınmış sənədlərlə müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2000-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Yuxarıda qeyd edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçı nənəsinin ölüm haqqında şəhadətnaməsini əldə etdi və cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 6 saylı evin 126 saylı mənzilinə dair xx.xx.2000-ci il tarixdə X7 adına verilmiş həmin qeydiyyat vəsiqəsinin ləğv edilməsi və bununla bağlı dövlət reyestrində aparılmış qeydiyyatın da ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdi. Həmin iddiasına baxılması dövründə məhkəmə tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmiş sənədlərlə müəyyən edilmişdir ki, mübahisəli mənzilin X14 əvəzsiz qaydada verilməsinə dair cavabdeh tərəfindən xx.xx.1995 və xx.xx.1995-ci il tarixli, 395 saylı Sərəncamlar verilmiş, bunlara əsasən xx.xx.1995 ci il tarixdə onunla cavabdehin Mənzil Təsərrüfat İdarəsi arasında müqavilə bağlanmışdır. Bundan sonra mənzil onun tərəfindən xx.xx.1996-cı il tarixdə alqı-satqı müqaviləsinə əsasən X8, onun tərəfindən xx.xx.1999-cu il tarixdə alqı-satqı müqaviləsinə əsasən X16, xx.xx.2000-ci ildə onun tərəfindən X10, onun tərəfindən isə xx.xx.2012-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən X1 və hal-hazırda da onun mülkiyyətindədir. Həmin ərəfələrdə Order əsasında qeydiyyat vəsiqəsinin verilməməsinə səbəb kimi mənzilin məcburi köçkünlər tərəfindən zəbt edilməsi göstərilirdi və deyilirdi ki, onlar mənzillə təmin olunduqdan sonra çıxarışlar veriləcəkdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş: SSRİ vətəndaşının pasportunun kserosurətinə əsasən X2 yaşayış yeri üzrə ünvan 1 ünvanda pasport qeydiyyatında olması qeyd edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-6627/2023 saylı xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə İddiaçı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsinin təmin edilməsi, ərizəçi İddiaçı nənəsi xx.xx.1925-ci il təvəllüdlü X2 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməs qət edilmişdir. İddiaçıya məxsus Vİ-ЖГ № 362649 doğum haqqında şəhadətnaməyə əsasən, ana qrafasında X15 qeyd edilmişdir. X11 məxsus 450 saylı xx.xx.1951-ci il tarixdə tərtib edilmiş akt qeydinə əsasən, onun anası X4r. AZ-İİ nömrəli 050642 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X15 xx.xx.2019-cu ildə ölmüşdür. 26 Bakı Komissarı adına rayonun X13 İcraiyyə Komitəsinin 07 may 1986 -ci il tarixli 54/4345 nömrəli “ R.M.Bağırovaya orderin verilməsi barədə” qərara əsasən, X3 1-otaqlı mənzilə, Bakı şəhəri, Naxçıvani küçəsi, 3022/3078 -ci məhəllədə, ev 6, mənzil 123-ə ; X11 3-otaqlı, mənzil 114-ə orderlərin verilməsi qərara alınmışdır. Binəqədi rayon İcra Hakimiyyəti başçısının 126 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamına əsasən, vət. M.F. Quliyevin M.F.Ə.Naxçıvani küçəsi, ev 6, 125 nömrəli mənzilə pasport qeydiyyatına alınması barədə qərar verilmişdır. Binəqədi rayon İcra Hakimiyyəti başçısının “Vət. X14 mənzilin mülkiyyətə verilməsi haqqında” 395 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamına əsasən, Ə.Naxçıvani küçəsi, ev 6, 126 nömrəli mənzil X12 mülkiyyətə verilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə uyğun olaraq, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt); 32.3. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, 9-cu bəndinə görə, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. İddia tələbindən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 6 saylı evin 126 saylı mənzilinə dair X12 adına verdiyi xx.xx.1995-ci il və 395 saylı xx.xx.1995-ci il tarixli sərəncamlarının ləğv edilməsini tələb edir. İddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında iddiaçının nənəsi X2 xx.xx.1990-cı ildə vəfatından sonra iddiaçı və onun ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 6 saylı evin 126 saylı mənzilində yaşaması və ya həmin mənzildən istifadə etmələri müayyən edilmir. Bundan başqa iddiaçının nənəsi X2 həmin mübahisəli mənzildən istifadə və sahiblik hüquqlarına dair hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edilməmişdir. İş materiallarından göründüyü kimi, iddiaçının nənəsi X3 məxsus orderində göstərilən mənzilin nömrəsi 123-dür; R.M.Bağırovanın 126 nömrəli mənzilə köçürülməsi barədə səlahiyyətli orqanının inzibati aktının mövcud olması barədə məlumat verilməmişdir. Məhkəmə hazırki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının ləğv edilməsini istədiyi sərəncamların qəbul edilməsi dövrlərdə isə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları 1964- cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan SSR-nın MPM-nin müddəaları əsasında həll olunurdu. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 24- 1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. İddiaçı həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, yeni qanuna istinadla həmin inzibati aktlar mübahisələndirilə bilməz. İş materiallarından iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 410/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının 30-cu bəndində qeyd edilmişdir ki, “məhkəməyə müraciət edən şəxs qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddia qaldıra bilməz; belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.” Hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə mənzilə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Odur ki, qərarın mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, qeyd edilən dəlil prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir. Göstərilənlərə əsasən, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı Binəqədi Rayon İcra Hakimiyyətinə məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 6 saylı evin 126 saylı mənzilinə dair X12 adına verdiyi xx.xx.1995 və onunla əlaqəli xx.xx.1995-ci il tarixli, 395 saylı Sərəncamlarının ləğv edilməsi barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №e-2-1(112)-4140/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4140/2025
14.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver