Məhkəmə qərarları › İş №e-2-1(112)-4161/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4161/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4161/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı X8ına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X8ına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X8ının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı X8ına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X8ına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı X8ına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X8ına qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat X8ı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı X8ına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun dayandırılması haqqında qərarın ləğv edilməsi, əvəzləşdirilmə nəticəsində tutulmuş məbləğin ona geri ödənilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun bərpa olunması haqqında qərar qəbul edilməsi öhdəliyinin” cavadehlərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X8ına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı X8ına üzərinə öhdəliyin qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2008-ci ildən zərərli işdə işləməsi bağlı güzəştli şərtlərlə yaşa görə əmək pensiya almasına dair ərizə ilə müraciət etmişdir. 2006-cı ildən artıq hesablamağa başlayıblar və o, həmin işlədiyi müddətdə də, 2023-cü ilin avqust ayına kimi güzəştli pensiyanı almışdır. Artıq 2023-cu il avqust ayında onu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin çağıraraq bildirmişlər ki, ona güzəştli pensiya düşmür, indiyə kimi isə səhv hesablanıb. 07 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-C-205174/2023 nömrəli məktubla imtina gəlmişdir. Onun dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Abşeron DOST Mərkəzində və Bakı DOST Mərkəzinə müraciətləri olub. Xüsusi Şərtlərlə pensiyanın verilməsinə müraciəti olub və onlar ondan daha əvvələ müraciət edərək onun kapitalında 97000 olduğu halda ona 66000 kapital hesablanmışdır. O, dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra-Nazirlik) tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyininə müraciət etsə də, ona düzgün informasiya verilmir. Məktuba əsasən məhkəməyə müraciət etməsinə zərurət yaranmışdır. İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X8ı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17- 1/2-C-245928/2024 nömrəli məktubla imtina edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı X8ının 07 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-C- 205174/2023 nömrəli məktubundan görünür ki, Fondun Xüsusi Şərtlərlə Təyinat X8ının xidməti məktubuna əsasən məlum olmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda, iddiaçı 2008-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək pensiyası təyin edilərək ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat X8ının 07 sentiyabr 2023-cü il tarixli, 3-17-1/2-C-205174/2023 nömrəli “İddiaçı əmək pensiyasının dayandırılması haqqında” məktubundan görünür ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Qeyd olunanlara əsasən bildirirlər ki, yaşa görə əmək pensiyanın məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat X8ı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri Təyinatı X8ına (bundan sonra birlikdə - “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun dayandırılması haqqında qərarın ləğv edilməsi, əvəzləşdirilmə nəticəsində tutulmuş məbləğin ona geri ödənilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun bərpa olunması haqqında qərar qəbul edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçıya 2008-ci il tarixdən etibarən Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat X8ı tərəfindən iddiaçıya 07 sentyabr 2023-cü il tarixli məktublar təqdim edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna müraciət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin rəsmi səhfəsindən görünür ki, dövlət reyestrində "Xırdalan Pivə" Zavodu adlı kommersiya qurumu aşkar edilməmişdir. Qeyd edilmişdir ki, Carlsberg Azerbajan" Məhdud Məsuliyyətli Cəmiyyəti 31 iyul 2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı ünvan 2qi şəxsinin hüquqi varisləri sayılan, “Azeri-BGİ”/”Azəri-Castel” MMC/"xxxx" MMC davam etdirmişdir. Bildirilmişdir ki, cavabdeh Xüsusi Şərtlərlə Təyinat X8ın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı səhvə yol verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd olunmuş vəzifələrə müvafiq vəzifələrdəki iş stajı nəzərə alınmamışdır. Belə ki, "Xırdalan pivə zavodunda (indiki Carlsberg Azerbaijan") " MMC ilə birgə hazırlanmış akt əsasında iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (8 il 7 ay 16 gün) olaraq hesablanmışdır. İddiaçı 1969-cu il ildən 2022-ci illə kimi Xırdalan pivə zavodunda (indiki Carlsberg Azerbaijan" MMC də) işlədiyi sahələr 1. 1969-1970-ci illər pivə gicqırma sexində usta (zərərli) 2. 1970 -1972-ci il tarixdə hərbi xitmət 3. 1972-1974-ci il tarixdə Arpa sexində Texnoloq (torlu-zərərli) 4. 1974-1975-ci il tarixdə Arpa sexində V dərəcəli maşinist (torlu-zərərli) 5. 1975-1977-ci il tarixdə İİİ dərəcili transparttivşik (tozlu-zərərli) 6. 1977-1981-ci il tarixdə Arpa sexində rəis əvəzedicisi 7. 1981-1986-ci il tarixdə Arpa sexində rəis 8. 1986-1987-ci il tarixdə V dərəcəli maşinist (zərərli iş) 9. 1987-1989-ci il tarixdə İİİ dərəcəli maşinist+Karbon gazı sexi (Zərərli) 10. 1989-1991-ci il tarixdə Arpa cücərtmə sexində usta rəis 11. 1991-1993-cü il tarixdə İİİ dərəcəli Şüşə qəbul edici (Zərərli) 12. 1993-1996-cü il tarixdə Boş şuşə qabları sexində usta (Zərərli) 13. 1996-1997-cü il tarixdə Boş şuşə qabları sexində rəis müavini (Zərərli) 14. 1997-1999cü il tarixdə Pivə gabalaşdırma sexində paddan yükləyici (zərərli iş) 15. 1999-2006-cü il tarixdə Butulka sexində fəhlə -X7 Fəhlə (zərərli iş) 2006-2021-ci illərdə Pivə Bişirmə sexində pivə bişirən - D-50 -60 C (zərərli iş) tarixlərdə muxtəlif vəzifələrində işləmişdir. Bütün illər ərzində zərərli maddələrlə işlədiyi üçün (sovet vaxtı)-süd verirdilər Pivənin qıcqırılması vaxt-karbon gazı xaric olunur, Sexlərdə -2,-3 C Soyuqluq, nəmişlik qabların yuyulması vaxtı kaustik soda və kislatalardan istifadə olunurdu ki, bunlar hamsi insan orqanizmə zərərlidir (Sovet vaxtı zavodda şərait yox). Lakin cavabdeh tərəfindən tərtib olunan Aktda qeyd edilən dövrlərdəki iş stajı nəzərə alınmamışdır. Bu səbəbdən də ona olunan pensiya ödənişi əsassız olaraq dayandırılmışdır. Qeyd edilən məzmunda müraciətə həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də cavabdeh Xüsusi Şərtlərlə Təyinat X8ı tərəfindən 07 sentyabr 2023-cü il tarixdə eyni məzmunlu cavab məktubu ilə münasibət bildirilmişdir. Lakin müraciətdə əks olunmuş iddiaçının nəzərə alınmamış iş stajlarının hansı səbəbdən "xxxx" MMC ilə cavabdeh Xüsusi Şərtlərlə Təyinat X8ı arasında tərtib edilmiş yuxarıda qeyd edilən birgə Akta hansı səbəbdən daxil edilməməsinə münasibət bildirilməmişdir. Həmçinin, iddiaçıya son üç il üzrə 97000 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edildiyi qeyd edilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 16, 38-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Gashi Xorvatiyaya qarşı” iş üzrə 13 dekabr 2007-ci il tarixli və “Stolyarova Rusiya Federasiyasına qarşı” iş üzrə 29 yanvar 2015-ci il tarixli Qərarlarına, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1, 9.8, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.8, 13.5, 67.5, 67.6, 72.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli “X.Mustafayevanın şikayəti ilə bağlı” Qərarına, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2, 8.1, 32, 33, 38-ci maddələrinə istinad olunmuşdur.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı X8ının 3- 17-1/3-3-16524/2023 saylı, xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının dayandırılması haqqında” qərarının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X8ın xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli “Ümumi əsaslarla əmək pensiyasını yenidən hesablanması barədə” qərarlarının ləğv edilməsi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2023-cü il tarixdən bərpa edilməsi, tutulmuş (ödənilməmiş) pul məbləğinin ödənilməsi cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehlərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı X8ı tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar bildirirlər ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən, 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li Siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Araşdırma zamanı, vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə "xxxx" ATSC-də xx.xx.1988-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində usta, rəis, boş şüşə qəbul edici və “Azeri-Kastel” LLC-də xx.xx.1997-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində rəis, yükləyici maşinist vəzifələrində işlədiyi qeyd olunduğu müəyyən edilib. Bununla əlaqədar olaraq, Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, onun işlədiyi yükləyici maşinist, boş şüşə qəbul edici, usta, rəis vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Siyahılarda nəzərdə tutulmadığı müəyyən edilib. Bu fakt "xxxx" MMC tərəfindən birgə Aktla da təsdiq edilib. Qeyd olunan səbəblərdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 ay 25 gün (xx.xx.1996xx.xx.1997-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya xx.xx.2006-cı il tarixindən Abşeron rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda bildirilmişdir ki, iddiaçının pensiya işinə dair sənədlərə əlavə etdiyi şəxsiyyət vəsiqəsinin surətlərində uyğunsuzluqlar aşkar edilib. Belə ki, 5 sentyabr 2008-ci il tarixində yaşa görə əmək pensiyasının təyinatı üçün Fondun Abşeron rayon şöbəsinə müraciət edərkən iddiaçının təqdim etdiyi AZE № 02535566 seriyalı şəxsiyyət vəsiqəsinin surətində doğum tarixi xx.xx.1949-cu il göstərilsə də, 1 noyabr 2017-ci il tarixli müraciətində təqdim etdiyi AZE № 07700860 seriyalı şəxsiyyət vəsiqəsinin surətində doğum tarixi xx.xx.1949-cu il göstərilmişdir. Həmçinin 19 iyun 1969-cu il tarixli əmək kitabçasının surətində də doğum tarixi xx.xx.1949-cu il olaraq qeyd olunmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi doğum haqqında şəhadətnaməsi ilə doğum tarixinin xx.xx.1949-cu il olduğu təsdiq edilib. Yuxarıda qeyd edilənlərlə əlaqədar iddiaçının iştirakı ilə 16 avqust 2023-cü il tarixində qəbul keçirilərək qanunvericiliyin tələbləri və göstərilən qanunazidd hallar barədə ona ətraflı məlumat verilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunub. Məlumat üçün bildirirlərki, iddiaçıya müvafiq qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılması üçün pensiya işinə aid sənədlər Fondun Sosial Ödənişlərin Təyinatı X8ına göndərilib.

6. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X8ı tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçıya xx.xx.2006-cı il tarixindən Fondun Abşeron rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bildiririk ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar bildiririk ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Fondun Xüsusi Şərtlərlə Təyinat X8ı tərəfindən araşdırılmışdır. Araşdırma nəticəsində iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (4 ay 25 gün (xx.xx.1996- xx.xx.1997-ci il tarixləri arasındakı dövr)) olduğu, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda ona qanunvericiliyə zidd olaraq əmək pensiyası təyin edilərək ödənildiyi məlum olmuş və bu səbəbdən xx.xx.2023-cü il tarixinədək ona ödənilmiş yaşa görə əmək pensiyası xx.xx.2023-cü il tarixindən dayandırılmış, eyni zamanda artıqödəmə (Xüsusi Şərtlərlə Təyinat X8ın xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-80828/2023 nömrəli məktubuna əsasən "Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən iddiaçıya xx.xx.2020-ci il tarixindən pensiya ödənişinin dayandırıldığı xx.xx.2023-cü il tarixinədək ümumilikdə 62441,51 manat məbləğində pul vəsaiti ödənilib) müəyyən edilmişdir. Bundan sonra iddiaçıya müvafiq qaydada əmək pensiyasının təyin edilməsi üçün onun pensiya işinə aid sənədlər Fondun Xüsusi Şərtlərlə Təyinat X8ı tərəfindən Fondun Sosial Ödənişlərin Təyinatı X8ına göndərilmişdir. Buna müvafiq olaraq Fondun Sosial Ödənişlərin Təyinatı X8ı tərəfindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya xx.xx.2012-ci il tarixindən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmiş və hazırda 1497,41 manat olmaqla ödənişi davam etdirilir. Belə ki, Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajina görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanlara əsasən iddiaçının pensiya işindəki sənədlərin surətlərində olan və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1966-cı il tarixindən xx.xx.1969-cu il tarixinədək əyani təhsil aldığı illər, xx.xx.1970-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət və 1999-2006-cı illərdə əmək fəaliyyəti dövrləri zamanı adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 37 il 4 ay 28 gün sığorta stajı, xx.xx.2006-cı il tarixindən xx.xx.2012-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 12618,66 manat (2012-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, pensiya təyin olunduğu tarixdən sonra 6 il və daha çox işlədiyi üçün xx.xx.2012-ci il tarixinden xx.xx.2021-ci il tarixinədək 42311,93 manat (2021-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2022-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 6601,19 manat (2022-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (1497,41 manat) dəyişiklik olmamışdır. Əlavə olaraq bildirilir ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1999-cu il tarixindən xx.xx.2006cı il tarixinədək "xxxx" MMC-də olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının "xxxx" MMC ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən sözügedən müəssisədə əmək fəaliyyəti zamanı iddiaçıya 1999cu il üzrə 4 ay, 2000-ci il üzrə 9 ay, 2001-ci il üzrə 2 ay, 2002-ci il üzrə 1 ay, 2003-cü il üzrə 2 ay, 2005-ci il üzrə 1 ay əməkhaqqı hesablanmamışdır. Bu səbəbdən sözügedən ayların sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bildirilir ki, Qanunun 9-cu maddəsinin tələblərinə əsasən hüququ olmadığı halda iddiaçıya xx.xx.2006-cı il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilərək ödənildiyindən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixindən (artıqödəmə ilə bağlı qərardan 3 il əvvəl) xx.xx.2023-cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. İnzibati orqan iddiaçının ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Bununla bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-1/2-C-248742/2023 nömrəli məktub ünvanlanaraq artıq ödənilmiş 26004,06 (iyirmi altı min dörd manat 06 qəpik) manat məbləğində təşkil edən artıq ödənilmiş vəsaitin qanunvericiliyə uyğun olaraq iddiaçının razılığı ilə əmək pensiyasından hər ay tutularaq bərpa olunması üçün Fondun müvafiq regional filialına və ya "DOST” Mərkəzlərinə yaxınlaşaraq ərizə ilə müraciət etməyini və yaxud həmin vəsaiti müvafiq rekvizitlərlə Fondun Maliyyə və Mühasibatlıq X8ının hesabına bərpa etməyi xahiş edilmişdir. Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya X2 məlumatlara əsasən artıq ödənilmiş vəsait iddiaçının xx.xx.2023 tarixli 3-17-1/1-С227745/2023 nömrəli ərizəsinə əsasən hər ay 10% olmaqla əmək pensiyasından tutulur. Həmçinin nəzərə alınmalıdır ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Göründüyü kimi, Sosial Ödənişlərin Təyinatı X8 tərəfindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun və "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə tam olaraq riayət edilmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı X8ının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı X8ının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. Azərbaycan Respublikası vətəndaşının AA******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1949-cu il tarixdə anadan olmuşdur.

10. İş materiallarına iddiaçının əmək kitabçası, “Əmək pensiyasının dayandırılması barədə” cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktub, “Yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında” məktub, "xxxx" MMC tərəfindən verilmiş əmək fəaliyyəti barədə arayış, "xxxx" ASC tərəfindən verilmiş “Güzəştli arayış”, "xxxx" MMC tərəfindən verilmiş “Güzəştli arayış” əlavə edilmişdir.

11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X8ı tərəfindən 23 dekabr 2024-cü il tarixli, 3-17-1/2-315606/2024 nömrəli məktubla İddiaçı pensiya işinin surəti və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemindən çıxarış təqdim olunmuşdur.

12. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirdiyi qərarlar və tərtib olunmuş aktlar məhkəməyə təqdim edilmişdir.

13. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC tərəfindən 51 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla iddiaçının əmək fəaliyyəti barədə “güzəştli arayış” məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

20. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:

21. Belə ki, məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə hər iki cavabdehin prosessual həmiştirakçı qismində tanınması məsələsinə münasibətdə də mümkünlük şərtinin ödənilməsi qənaətindədir. Bununla bağlı aşağıdakıların qeyd edilməsi zəruridir.

22. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

23. Göründüyü kimi, prosessual həmiştirakçılığın (hazırkı işdə birgə iddiaçı qismində iştirak) yolverilənliyi iddianın mümkünlüyü komponentlərindən biridir.

24. Prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü ilə bağlı isə qeyd edilməlidir ki, AR İPM-nin 30-cu maddəsinə əsasən bir iş üzrə bir neçə birgə iddiaçının və ya cavabdehin iştirakının mümkünlüyü müəyyən edilmişdir.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.

26. Göründüyü kimi inzibati prosessual qanunvericiliklə hansı hallarda birgə iddiaçıların və ya cavabdehlərin bir iddia tələbində qeyd edilməsinin, bundan əlavə bir-neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsinin mümkünlüyünə qiymət verilmişdir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən, həmçinin mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da birgə cavabdeh qismində prosessual həmiştirakçılığı, mümkün hesab edilir.

27. Hazırkı iş üzrə də ən azından uyğun faktiki və hüquqi əsaslara söykənən iki tələbin mövcudluğu və həmin tələblərin cavabdehlərin qəbul etdiyi qərarların hüquqi nəticəsindən əmələ gəlməsi aşkardır. Belə ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Cavabdehlərdən biri olan Xüsusi Şərtlərlə Təyinat X8ının “Əmək pensiyasının dayandırılması” və “Əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv edilməsinə dair” qərarına əsasən həmin pensiya dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X8ının qərarları ilə iddiaçıya adi qaydada pensiya təyinatının aparılması həyata keçirilmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının qərar əsasında ləğv edilməsi qanunsuz sayılıb, onun həmin növdə pensiyasının bərpa olunması ilə bağlı məhkəmə qərarı qəbul olunsa belə, həmin məhkəmə qərarının icrası şəxs barəsində bu iş üzrə inzibati orqan kimi çıxış etməyən başqa inzibati orqan tərəfindən qəbul edilmiş qərarlara əsasən mümkün olmayacaqdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, adı çəkilən və hazırda DSMF-nun Sosial Ödənişlərin Təyinatı X8ı adlandırılan orqan tərəfindən iddiaçıya ümumi əsaslarla pensiya təyinatı barədə qərar qəbul olunmuşdur. Hazırda həmin qərar ləğv edilməyib, etibarsız sayılmayıb və qüvvədə olduğu üçün bu hal iddiaçının ona dövlət qulluqçusunun ailə üzvü kimi təyin edilmiş pensiyasının bərpa olunması barədə qəbul ediləcək məhkəmə qərarının icrasını mümkünsüz edir.

28. Bu səbəbdən də uyğun faktiki və hüquqi əsaslara söykənən həmin tələblərin bir yerdə baxılması, həmçinin prosessual qənaət prinsipləri baxımından da əhəmiyyətlidir. Əks halda isə, iddiaçı ilk növbədə ümumi əsaslara görə əmək pensiyasının ləğvinə nail olmalı, həmin icraat bitdikdən sonra isə dövlət qulluğuna görə təyin edilmiş əmək pensiyasının ləğvinə dair iddia qaldırmalıdır ki, ikinci tələbin birinci tələbə baxılmadan baxıla bilməməsi, yəni qərarın icrasız qalması aydın görünür. Məhkəmə hesab edir ki, əksi qaydası olduqda da iddiaçı hüquqi marağına uyğun nəticə əldə edə bilməz. Bu səbəbdən də, hazırkı iddialara bir icraatda bir-neçə cavabdehə baxılması məqsədəuyğundur. Bundan əlavə, o da qeyd edilməlidir ki, hazırkı halda cavabdehlər hər ikisi Dövlət Sosial Müdafiə Fondunun tərkibinə daxil olan Filiallardır və hüquqi şəxsin müxtəlif məsələlər üzrə qərarları qəbul etmək səlahiyyətinin müxtəlif Filiallarına verməsi iddiaçının məhkəməyə hər iki qərarın bir icraatda ləğv edilməsi barədə müraciət hüququna müdaxilə ilə nəticələnə bilməz.

29. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

30. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: -fiziki və ya hüquqi şəxsin ərizəsi; -inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; -inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 31.Hazırda iddiaçının əmək pensiyasının ləğv edilməsi barədə qərarın ləğv edilməsi və onun hüquqi nəticələrinin aradan qaldırılması ilə bağlıdır ki, həmin hüquqi nəticələr, həmçinin də digər cavabdeh tərəfindən qəbul edilmiş qərarların da qüvvədən salınmasını ehtiva edir

32. Məhkəmə ı qeyd edir ki, cavabdeh əmək pensiyasının ləğv edilməmişdən öncə, inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilibgözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.

33. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir.

34. “İnzibati icraat haqqında” Qanunun: 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

35. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

36. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

37. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan əmək pensiyasının ləğv edilməsi barədə qərar qəbul etsə də, həmin qərar “İnzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Bir daha qeyd olunur ki, cavabdeh iddiaçının dinləmə hüququ lazımi qaydada təmin etməli olduğu halda, onun inzibati araşdırmaya dəvət etsə də, onun tərəfindən sübutların təqdim edilməsi ilə bağlı vaxt verilməmiş, lazımi şərait yaradılmamış, əlavə olaraq, inzibati orqan özü də, öz təşəbbüsü ilə bununla bağlı zəruri addımlar atmamışdır. Bu səbəbdən Məhkəmə hesab edir ki, əmək pensiyasının ləğv edilməsi haqqında qərar prosessual baxımından əsassız olduğundan və eləcə də, iddiaçının etimad hüququnun pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır.

38. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması və əmək pensiyasının təyin edilməsi barədə qərarın ləğv edilməsinə əsas onun güzəştli iş stajının olmaması olmuşdur. Bununla bağlı məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisələrə ünvanlanmış sorğulara daxil olmuş cavab məktubları ilə də, bir daha təsdiq edilmişdir ki, iddiaçının "xxxx" ATSC-də və "xxxx" MMC-də işlədiyi peşələr güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşələrdir və həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq Siyahılarda öz əksini tapmışdır. Sözügedən arayışlar həmin müəssisələr tərəfindən əsaslandırılmaqla tərtib edildiyindən məhkəmə tərəfindən mötəbər qiymətləndirilmişdir.

39. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, yuxarıda göstərilən qiymətləndirmə və məhkəmənin hüquqi mövqeyi digər cavabdehin ümumi əsaslarla pensiya təyinatı və yenidən hesablamaları barədə qərarların ləğvi üçün də əsasdır. Nə qədər ki, “Əmək pensiyasının dayandırılması barədə” qərar ləğv edilmişdir, deməli ümumi əsaslarla pensiya təyinatının da düzgünlüyündən söhbət gedə bilməz. Bu səbəbdən də, “Əmək pensiyasının dayandırılması barədə” qərar ləğv edilərək şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpası onun hüquqi marağına xidmət etdiyindən, sonradan ümumi əsaslarla aparılmış pensiya təyinatı da, qanunsuz və əsassız hesab edilməli, qərarlar ləğv edilməlidir.

40. Tutulmuş (ödənilməmiş) pul məbləğinin ödənilməsinin cavabdehlərə həvalə edilməli olmasına da münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır.

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı X8ının 3-17-1/3-3- 16524/2023 saylı, xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının dayandırılması haqqında” qərarı ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X8ının xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli “Ümumi əsaslarla əmək pensiyasını yenidən hesablanması barədə” qərarı ləğv edilsin. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2023-cü il tarixdən bərpa edilməsi, tutulmuş (ödənilməmiş) pul məbləğinin ödənilməsi öhdəliyi cavabdehlər Sosial Ödənişlərin Təyinatı X8ı və Xüsusi Şərtlərlə Təyinat X8ına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar