Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4186/2022 15.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə , İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli **********597900 nömrəli qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********977200 saylı “Vergilər,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı metal qalıqları - qırıntıları yığıb, onları müxtəlif metal qırıntı məntəqələri və metal əritmə zavodlarına təqdim etmişdir. Alıcılar bu işlərin vergi tərəfi ilə bağlı bildirmişlər ki, metal qırıntıları toplayıb satan şəxslərin vergi öhdəliyi alıcı tərəfindən ödəmə mənbəyində 2% məbləğində vergi tutulmaqla icra olunur. Həmçinin 195 çağrı mərkəzindən və vergi ödəyicilərinə xidmət mərkəzlərindən də eyni məlumat verilmişdir. İddiaçı da fəaliyyətini buna uyğun qurmuşdur. Buna baxmayaraq, bu yaxınlarda Bakı şəhəri X2 üzrə Baş İdarəsindən iddiaçıya məktub gəlmişdir ki, iddiaçını öz ərizəsi olmadan, məcburi olaraq xx.xx.2021- ci il tarixdə ********** saylı şəhadətnamə ilə vergi uçotuna alınmışdır. Daha sonra isə, heç bir xəbərdarlıq etmədən xx.xx.2021-ci il tarixli **********977200 saylı "Vergilər,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 5288,11 manat məbləğində gəlir vergisi hesablanılmışdır. Qərarın əsaslandırılmasında qeyd olunur ki, “Vergi Məcəlləsinin müddəalarına əsasən Sizə Gəlir vergisi bəyannaməsi təqdim etmədiyinizə görə əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablanılmışdır”. Halbuki, iddiaçını xx.xx.2021-ci il tarixində vergi uçotuna alıblar və vergi öhdəliyini də bundan sonraki dövrə yarana bilərdi. Vergi orqanı isə hesablamanı vergi ödəyicisi kimi uçotda olmadığı 2020-ci ilə dair aparmışlar. 2020-ci ildə iddiaçı heç bir fəaliyyətinin olmaması barədə “fiziki şəxsin gəlir vergisi bəyannaməsi" təqdim etsə də vergi orqanı gəlir vergisi hesablanılmışdır. İddiaçı Dövlət Vergi Xidmətinə inzibati şikayətlə müraciət etsə də Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021 tarixli 21 **********35200 saylı qərarı ilə inzibati şikayəti təmin edilməmişdir.
3. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilən (dəftərxana vasitəsilə) məktubda bildirilmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən elektron qaimə faktura təqdim edilməli olduğu halda vergi orqanında qeydiyyata durmadan sahibkarlıq fəaliyyəti göstərməklə 2020-ci il ərzində elektron alış aktları əsasında 105762,27 manat dəyərində malların (xidmətlərin) təqdim edilməsinə baxmayaraq 2020-ci il gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********148400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının “hesablanması barədə" Qərarı göndərilmişdir. Sonradan vergi ödəyicisi tərəfindən hər hansı bir təsdiqedici sənəd və əsaslı məlumat təqdim etmədən xx.xx.2021-ci il tarixdə 2020-ci il üzrə boş (göstəricisiz) Gəlir vergisi bəyannaməsi təqdim edildiyinə görə kameral vergi yoxlaması ilə hesablanmış məbləği vergi ödəyicisinin bəyannaməsinə bərpa edilərək xx.xx.2021-ci il tarixli **********977200 nömrəli Qərar qəbul olunmuşdur. Bildiririk ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixində 2020-ci il üzrə dəqiqləşdirilmiş “Gəlir vergisinin bəyannaməsi” təqdim edilmiş və nəticədə xx.xx.2021-ci il tarixli **********977200 nömrəli Qərar üzrə hesablanmış 5.288,11 manat vergi məbləği şəxsi hesab vərəqəsindən azaldılmış, həmin qərar ləğv edilmişdir. Cavabdeh orqan qeyd edilənlər nəzərə alınaraq, mübahisələndirilən qərarın ləğv olunduğunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi və vəkilinin məhkəməyə təqdim etdiyi ərizə əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi xx.xx.2021-ci il tarixli **********597900 saylı qərarın ləğv olunması” olaraq dəyişdirilmişdir.
5. Cavabdeh orqanın məhkəməyə təqdim etdiyi (dəftərxana vasitəsilə) etirazda bildirilmişdir ki, vergi orqanında mövcud olan uçot-baza məlumatlarına əsasən İddiaçı tərəfindən 2020-ci il ərzində tərtib edilmiş elektron alış aktı üzrə 105762,27 manat dəyərində mal və ya xidmət təqdim edildiyi müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2021-ci il tarixdə vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “materialı lazerlə, ultrasəslə və analoji üsullarla emal etmək üçün dəzgahlarin istehsalı”ndan ibarət olduğu və vergi orqanında qeydiyyata alınmış aktiv təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2020-ci il ərzində 105762,27 manat dəyərində alış aktları əsasında "X4" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) əlvan metal tullantılarının satıldığı, lakin qanunvericiliyə uyğun olaraq vergi orqanında uçota durmaması və 2020-ci il üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********251600 nömrəli məktub (poçt vasitəsi ilə) göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə, araşdırma üçün zəruri olan sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2020-ci il üçün 5288,11 manat gəlir vergisi hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********148400 nömrəli Qərar qəbul olunmuşdur. Sonradan vergi ödəyicisi tərəfindən hər hansı bir təsdiqedici sənəd və əsaslı məlumat təqdim etmədən xx.xx.2021-ci il tarixdə 2020-ci il üzrə boş (göstəricisiz) Gəlir vergisi bəyannaməsi təqdim edildiyinə görə kameral vergi yoxlaması ilə hesablanmış məbləğ vergi ödəyicisinin bəyannaməsinə bərpa edilərək xx.xx.2021-ci il tarixli **********977200 nömrəli Qərar qəbul olunmuşdur. Fərdi sahibkar tərəfindən vergi orqanının hesablamasından xx.xx.2021-ci il tarixli **********173200 nömrəli inzibati qaydada şikayət verilmiş və xx.xx.2021-ci il tarixli **********435200 nömrəli Qərar ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməyərək vergi orqanının xx.xx.2021-ci il tarixli **********977200 nömrəli Qərarı qüvvədə saxlanılmışdır. İnzibati araşdırma zamanı fərdi sahibkar tərəfindən "X4" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) xx.xx.2020-ci il tarixdə 12442,62 kiloqram (ümumi dəyəri 105762,27 manat) olmaqla malların alış aktı (elektron) ilə müxtəlif növ metal tullantılarının (mis qırıntıları) təqdim edildiyi müəyyən edilmişdir. İnzibati araşdırma dövründə vergi ödəyicisinin işçi qüvvəsinin, nəqliyyat vasitəsinin, cəlb olunmuş nəqliyyat vasitəsinin və ya metal tullantılarının toplanması (tədarük edilməsi), daşınması üçün hər hansı resursların olması müəyyən edilməmişdir. Həmçinin, uçot baza məlumatlarına əsasən İddiaçı "X4" MMC-də xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək müqaviləsi əsasında yığım üzrə ixtisassız fəhlə vəzifəsində çalışdığı müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixində vergi ödəyicisi tərəfindən yenidən 2020-ci il üzrə boş (göstəricisiz) dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsi təqdim edilmiş və nəticədə kameral vergi yoxlaması ilə hesablanmış məbləğ vergi ödəyicisinin bəyannaməsinə bərpa edilərək xx.xx.2021-ci il tarixli **********597900 nömrəli Qərar qəbul olunmuşdur. Vergi ödəyicisinin böyük mal partiyaları ilə metal tullantılarını təqdim etmiş, toplanmış metal tullantılarının qısa müddətdə əlavə resurslar (münbit ərazi, işçi qüvvəsi, cəlb olunmuş texniki və nəqliyyat vasitələri) olmadan yığılmasını inzibati araşdırma zamanı səlahiyyətli nümayəndəsinin iddia etməsinə baxmayaraq qeyd olunanların mümkünlüyünü əsaslandıra bilməmiş, qeyd olunanları nəzərə alaraq fiziki şəxsin metal tullantıların qəbulu (tədarükü) ilə məşğul olmasını şərtləndirmiş, habelə metal tullantıların qəbulunun “İstehsalat və məişət tullantıları haqqında” 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununda sahibkarlıq subyektlərinin həyata keçirə bilməsi qeyd olunmuşdur ki, alış aktları ilə iri həcmdə mal partiyası şəklində təqdim olunmuş metal qırıntılarına görə fiziki şəxs Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməli idi. “İstehsalat və məişət tullantıları haqqında” 30 iyun 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 12-2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantılarının idarə olunması və onların özgəninkiləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirə bilər. Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi qaydaları və onların əldə edilmə mənbəyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən, fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan, habelə radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsi, həmçinin qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsi məsuliyyətə səbəb olur. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Həmin Məcəllənin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər əsasında keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Cavabdeh orqan qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
6. Cavabdeh məhkəməyə (dəftərxana vasitəsilə) vəsatət təqdim edərək bildirilmişir ki, işin halları ilə bağlı bildiririk ki, vergi orqanında mövcud olan uçot-baza məlumatlarına əsasən İddiaçı tərəfindən 2020-ci il ərzində tərtib edilmiş elektron alış aktı üzrə 105762,27 manat dəyərində mal və ya xidmət təqdim edildiyi müəyyən edilmişdir. Uçotbaza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2021-ci il tarixdə vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “materialı lazerlə, ultrasəslə və analoji üsullarla emal etmək üçün dəzgahlarin istehsalı”ndan ibarət olduğu və vergi orqanında qeydiyyata alınmış aktiv təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən 2020-ci il ərzində 105762,27 manat dəyərində alış aktları əsasında "X4" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) əlvan metal tullantılarının satıldığı, lakin qanunvericiliyə uyğun olaraq vergi orqanında uçota durmaması və 2020-ci il üçün gəlir vergisi bəyannaməsini təqdim etməməsi vergidən yayınma kimi qiymətləndirilmişdir. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********251600 nömrəli məktub (poçt vasitəsi ilə) göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə, araşdırma üçün zəruri olan sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2020-ci il üçün 5288,11 manat gəlir vergisi hesablanaraq, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********148400 nömrəli Qərar qəbul olunmuşdur. Sonradan vergi ödəyicisi tərəfindən hər hansı bir təsdiqedici sənəd və əsaslı məlumat təqdim etmədən xx.xx.2021-ci il tarixdə 2020-ci il üzrə boş (göstəricisiz) Gəlir vergisi bəyannaməsi təqdim edildiyinə görə kameral vergi yoxlaması ilə hesablanmış məbləğ vergi ödəyicisinin bəyannaməsinə bərpa edilərək xx.xx.2021-ci il tarixli **********977200 nömrəli Qərar qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixində vergi ödəyicisi tərəfindən yenidən 2020-ci il üzrə boş (göstəricisiz) dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsi təqdim edilmiş və nəticədə kameral vergi yoxlaması ilə hesablanmış məbləğ vergi ödəyicisinin bəyannaməsinə bərpa edilərək xx.xx.2021-ci il tarixli **********597900 nömrəli Qərar qəbul olunmuşdur. Bildirilmişdir ki, vergi orqanının xx.xx.2022-ci il tarixli **********371000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” Qərarı ilə vergi ödəyicisinə hesablanmış 5288,11 manat vergi məbləği azaldılmış və iddiaçının şəxsi hesab vərəqəsində müvafiq düzəliş olunmuşdur. Cavabdeh orqan qeyd edilənlər nəzərə alınaraq, mübahisələndirilən qərarın ləğv olunduğunu nəzərə alaraq, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
8. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********71000 nömrəli qərara əsasən (6-cı bənd) mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərar ləğv edilmiş, hesablanmış 5288,11 manat vergi məbləği azaldılmışdır.
9. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin qurum olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
10. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva