Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4204/2024 26.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndələri X6 və X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi və s.” barədə ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 62905,27 manat məbləğində vergi borcunun silinməsi, qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələrindən kənara çıxan vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi, MMC-nin fəaliyyətinin məhdudlaşdırılması ilə MMC-yə dəymiş zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq məhkəmənin icraatına qəbul edilərək iş üzrə məhkəmə hazırlıq icraatı başlanılmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə, elektron qaydada iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli **********089100 saylı qərarının ləğv edilməsini və əsassız hesablanmış 2.002.930,74 manat məbləğində vergi borcunun silinməsi barədə məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi X4 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirmiş və imtinanın qəbul edilməsini xahiş etmişdir. Ərizəsində qeyd etmişdir ki, o, Hövsan qəsəbəsində yaşayır. O, İddiaçı MMC-də rəsmi olaraq direktor vəzifəsinə cəlb edilmişdir. Hərdən bəzi tanımadığı şəxslər onunla telefon əlaqəsi saxlayaraq bildirirdilər ki, bir sıra sənədlərə imza etməlisən və həmin sənədlərin mahiyyətini, məzmununu başa düşmədən imzalamışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qaldırılan iddia ərizəsinin, vəkilə təqdim edilən etibarnamənin mahiyyətindən xəbəri olmamışdır və ona onun məzmununu izah etmədən imzalatmışdırlar. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qaldırılan bütün iddia tələblərinin məzmunundan və mahiyyətindən xəbəri olmadığından həmin iddia tələblərindən imtina edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 “iddiadan imtina” barədə ərizəsinin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddiaçının nümayəndəsinin “iddiadan imtina” barədə ərizəsinin qəbul edilməsinə etiraz etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsi və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddiaçının “iddiadan imtina” barədə ərizəsi qəbul edilməlidir. Belə ki, kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən İddiaçı (VÖEN **********) qanuni təmsilçisi X2r. Bu da o deməkdir ki, hazırkı iddianı müdafiə etmək və ya ondan imtina etmək hüququ X3 məxsusdur. İPM-in: 15.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər; 26.2-ci maddəsinə əsasən dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. 31.2-ci maddəsinə əsasən prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır; 55.2-ci maddəsinə əsasən, şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir; 55.4-cü maddəsinə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir; 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Sadalanan inzibati prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, inzibati məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Hətta iddiadan imtina ilə bağlı iddiaçının imkanları inzibati məhkəmə icraatında daha da irəli gedərək, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər olan dövrü də əhatə edir. Məhkəmə hesab edir ki, həmin ərizənin müsbət həlli üçün, yəni onun qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi üçün qanunvericiliyin yuxarıda göstərilən tələbləri ödənilir. Odur ki, iddiaçının “iddiadan imtina” barədə ərizəsi qəbul edilməlidir. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Həmin Məcəllənin 83.3 və 83.3.6-cı maddələrinə əsasən, bu Məcəllənin 21.5-ci, 24.7-ci, 28.4-cü, 54.3-cü, 55.4-cü və 77.2-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Məhkəmə həmçinin vurğulayır ki, yuxarıda da qeyd edildiyi kimi, iddiadan iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Göstərilənlərə əsasən və İPM-in 55, 80, 81 və 85.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “iddiadan imtina” barədə ərizəsi qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi və s.” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan müstəqil şəkildə şikayət verilə bilməz. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(112)-4204/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4204/2024
26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver