Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4215/2025 07.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs Dövlət Neft Şirkətinin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivi ərazisində yerləşən “M-7” saylı 0.05 ha torpaq sahəsinin mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivi ərazisində yerləşən “M-7” saylı 0.05 ha torpaq sahəsinin mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X15 Təmiri İstehsalat Birliyinin 15 may 1986-cı il tarixli protokoluna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivi ərazisində yerləşən 13.5 ha torpaq sahəsi həmin birliyin 200 nəfər işçisi üçün ayrılmışdır. Ərazinin hansı koordinatlarda yerləşməsi isə Bakı şəhər İcrakomu baş memarlıq planlaşdırma idarəsinin 1986-cı il fevral tarixli 08 nömrəli aktına əsasən təsdiqlənmişdir. Həmin ərazidə yerləşən “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinə məxsus “M-7” saylı torpaq sahəsi isə Birliyin işçisi vətəndaş X7 məxsus olmuşdur. O, həmin torpaq sahəsinə uzun illər, yəni 1990-cı ildən etibarən faktiki sahiblik və istifadə etmişdir. Həmçinin “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin 11 noyabr 2005-ci il tarixli üzvlük biletində də qeyd edilmişdir ki, “M-7” saylı 0.05 ha torpaq sahəsi cəmiyyətin üzvü İddiaçı məxsusdur. Bakı şəhər 53 saylı Notariat ofisinin notariusu Səma Ələkbərova Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivi ərazisində yerləşən “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinə məxsus “M-7” saylı torpaq sahəsinin mərhum X7 məxsus olması barərə Arayış verilməsini xahiş etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi **********83 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Cavabdehin imtinası üç əsasla olmuşdur. İlk olaraq qeyd etmişdir ki, həmin ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşir. İkinci əsası isə ondan ibarət olmuşdur ki, cəmiyyətin sədrləri arasında məhkəmə mübahisələri olmuşdur. Sonuncu imtina əsası isə torpaq sahəsinin faktiki 611 kv.m. olması olmuşdur. İlk imtina əsası ilə bağlı qeyd edilməlidir ki, həmin ərazi bağçılıq ərazisidir və 1986-cı il tarixli qərar, protokol və cizgi ilə təsdiq edilmişdir. Həmin illərdə torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ayrılması barədə hər hansı bir qərar mövcud deyildir. Həmçinin iddiaçının ətrafında olan qonşuların öz torpaq sahələrinə dair çıxarışı vardır. Bu isə burada iddiaçının etimadının qorunması prinsipinə istinad edə biləcəyini bildirir. Digər məsələ cəmiyyətin sədrləri arasında məhkəmə mübahisələri olmasıdır ki, orada mübahisələrin 2011-ci ildən etibarən başlaması göstərilir. Halbuki bağ sahəsi Ədalət Şəfiyevə 1990-cı il tarixdə ayrılmışdır. 2005-ci il tarixli üzvlük kitabçasında da BYC-nin sədrinin K.İ.Əhmədova olması və biletin onun tərəfindən təsdiq edildiyi görünür. Sonuncu imtina əsası ilə bağlı isə bildirilir ki, torpaq sahəsinin faktiki olaraq 611 kv.m. olması hazırkı iş üzrə hər hansı bir əhəmiyyət kəsb etmir. Belə ki, iddiaçı atasına məxsus məhz 500 kv.m. torpaq sahəsinə dair arayış verilməsini xahiş edir. Əlavə olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin də bu kimi hallarla bağlı analoji qərarları kifayət qədərdir. Ən son qərarlardan 2-1(102)-1607/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarda qeyd edilmişdir ki, hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədin - iddiaçıya Buzovna qəsəbəsində bağ sahəsinin ayrılması barədə H.Z.Tağıyev adına NQÇİ-nin müdiriyyətinin və "xxxx" bağçılıq birliyi üzvlərinin iclas protokolundan çıxarışın mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Qeyd olunan hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi bağçılıq-yoldaşlığına ayrılmış ayrıc aktından kənarda olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşir. Bundan başqa, iddiaçı tərəfindən təqdim olunmuş protokoldan çıxarışın verilmə tarixi qeyd edilməmiş, həmçinin möhür və imza Q.Qarayeva tərəfindən təsdiqlənmişdir. Belə ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-2693/2019 saylı qətnaməsi ilə Azərbaycan Dövlət X15çiliyi “Gəmirtəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığı Cəmiyyəti adlandırılan qurumun xx.xx.2011-ci il tarixli Nizamnaməsi ləğv edilməsi və nəticələrinin etibarsız hesab edilməsi, Azərbaycan X15çiliyi, “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılıqyoldaşlığı adlandırılan qurumun idarə heyətinin sədri səlahiyyətlərinin (funksiyaların icrası) qeyri-qanuni həyata keçirərək, adından çıxış və təmsil edib, habelə ləğv edilmiş müəssisənin möhür və ştampından istifadə edərək hazırlanan sənədlərin qəbul olunmasının cavabdeh X3 qadağan olunması, “Gəmirtəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurumun möhür, ştamp və bağçılıq-yoldaşlığına aid sənədləri xx.xx.2017-ci il tarixində AR Ədliyyə Nazirliyinin 1117-QK7-0052 saylı, Dövlət Qeydiyyatından keçmiş “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sədri X4 təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9970/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X1 apellyasiya şikayətinin təmin edilməməsi, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-2693/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 620 kv.m qeyd edilsə də, faktiki 611 kv.m təşkil edir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə “X8 Limited” şirkəti və “Gəmitəmirçi “Bağçılıq Yoldaşlıq Cəmiyyəti məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişdirlər. Üçüncü şəxs tərəfindən iddiaya münasibətdə təqdim olunmuş yazılı etiraz onunla əsaslandırılmışdır ki, qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və "X8 Limited" şirkətinin istifadəsinə verilmiş istehsalat təyinatlı ərazilərə aiddir. Həmçinin, Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə əsasən "X8 Limited" Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin cavabdehin etirazından da müəyyən edilir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi bağçılıq-yoldaşlığına ayrılmış ayrıc aktından kənarda olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşir. Bundan başqa, iddiaçı tərəfindən təqdim olunmuş protokoldan çıxarışın verilmə tarixi qeyd edilməmiş, həmçinin möhür və imza Q.Qarayeva tərəfindən təsdiqlənmişdir. Belə ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-2693/2019 saylı qətnaməsi ilə Azərbaycan Dövlət X15çiliyi "Gəmirtəmiri və Gəmiqayırma" İstehsalat Birliyinin "Gəmitəmirçisi" Bağçılıq Yoldaşlığı Cəmiyyəti adlandırılan qurumun xx.xx.2011 -ci il tarixli Nizamnaməsi ləğv edilməsi və nəticələrinin etibarsız hesab edilməsi, Azərbaycan X15çiliyi, "Gəmitəmiri və Gəmiqayırma" İstehsalat Birliyinin "Gəmitəmirçisi" bağçılıq-yoldaşlığı adlandırılan qurumun idarə heyətinin sədri səlahiyyətlərinin (funksiyaların icrası) qeyri-qanuni həyata keçirərək, adından çıxış və təmsil edib, habelə ləğv edilmiş müəssisənin möhür və ştampmdan istifadə edərək hazırlanan sənədlərin qəbul olunmasının cavabdeh X3 qadağan olunması, "Gəmirtəmiri və Gəmiqayırma" İstehsalat Birliyinin "Gəmitəmirçisi" bağçılıq yoldaşlığı adlandırılan qurumun möhür, ştamp və bağçılıq-yoldaşlığına aid sənədləri xx.xx.2017-ci il tarixində AR Ədliyyə Nazirliyinin 1117-QK7-0052 saylı, Dövlət Qeydiyyatı ndan keçmiş "Gəmitəmirçisi" Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sədri X4 təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9970/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X1 apellyasiya şikayətinin təmin edilməməsi, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-2693/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 620 kv.m qeyd edilsə də, faktiki 611 kv.m təşkil edir. Həmçinin, "Gəmitəmirçisi" bağçılıq-yoldaşlıq təsərrüfatından X7 torpaq sahəsinin ayrılmasına dair SOCAR-m Baş ofisinin Mərkəzi Arxivində hər hansı bir sənəd aşkarlanmamışdır. Göstərilənlərə əsasən üçüncü şəxs iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və ona imtina məktubu verilmişdir, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin və üçüncü şəxsin nümayəndələrinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İİİ. Tədqiq edilmiş sənədlər XDS İK-nin xx.xx.1985-ci il tarixli, 16/358 nömrəli qərarına əsasən “Gəmitərmiçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinə Hövsan bağ massivindən torpaq sahəsinin ayrılması qərara alınmışdır. Əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1977-xx.xx.1982-ci il tarixlərdə, xx.xx.1982-xx.xx.2007-ci il tarixlərdə, xx.xx.2007-xx.xx.2008-ci il tarixlərdə “Xəzərdənizgəmitəmiri” İB-də işləmişdir. “Gəmitərmiçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvlük kitabçasından görünür ki, X9 1990-cı ildən Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvüdür və ona M-7 saylı, 0,05 ha yer verilmişdir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən əsaslara istinad olunmaqla imtina olunmuşdur. Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, “Gəmitəmirçisi” bağçılıq yoldaşlığınnı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağları ərazisində yerləşəm M-7 saylı 0.05 hektar bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) İdarənin arxiv qovluğunda aşkar edilmədi. İV. Məhkəmənin mövqeyi Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinə görə, torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir; torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. 66-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.(152.4.) Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...” Hazırki işin faktiki faktiki hallarından da göründüyü kimi, iddiaçı mübahisə predmetini təşkil edən torpaq sahəsinin mərhum X6 məxsus olması baradə arayışın verilməsinə nail olmaq istəyir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin mərhuma ayrılması barədə üzvlük kitabçası mövcuddur və yuxarıda qeyd edilən Qanunun 8.0.7-ci maddəsinə əsasən həmin sənəd mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsasdır. Cavabdehin özü də mərhumun adının bağçılıq yoldaşlıq üzvlərinin siyahısında olmadığını iddia etməmiş və üzvlük kitabçasının mötəbərliyini şübhə altına almamışdır. Cavabdehin imtina dəlili torpaq sahəsinin bağçılıq-yoldaşlığa ayrılmış ayrıc aktından kənar yerləşməsi ilə əlaqədardır ki, məhkəmə hesab edir ki, mövcud inzibati praktikada tez-tez rastlanan həmin imtina əsası kompleks qiymətləndirmə tələb edir ki, məhkəmə hesab edir ki, iddiaçının xeyrinə olan işin digər faktiki halları nəzərə alınmadan belə, hər bir halda ayrıc aktından kənar olmaqla bağlı imtina dəlili mülkiyyət hüququnun realizəsinə maneə təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-301/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətindəki dəlillərlə bağlı vurğulayır ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivində “Avtonəqliyyattexnika” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında A.Qədimlinin adına 27 deyil 22 saylı bağ sahəsinin ayrılmasının qeyd olunması, həmçinin həmin bağ sahəsinin elektron kadastr məlumatlarına əsasən digər bağçılıq-yoldaşlığının – “Avtomobil Nəqliyyat Nazirliyi” təsərrüfatının ayrıc aktının daxilində yerləşməsi iddiaçının təqsiri deyil və qeyd edilən hallar torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasına maneə ola bilməz. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 360/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-778/2023nömrəli xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-1508/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-1904/2020 saylı iş üzrə xx.xx.2020-cü il qərarında da ayrıc aktına münasibətdə oxşar mövqedən çıxış edilmişdir. Lakin, məhkəmə hesab edir ki, hazırkı iş üzrə ayrıc aktından kənarda olmaya münasibətdə işin digər faktiki halları nəzərə alınmaqla qiymətləndirmə zəruridir. Belə ki, cavabdeh iddia olunan torpaq sahəsinin bir hissəsinin ayrıc aktından kənar olduğuna iddia etsə də, cavabdeh, bağçılıq yoldaşlığının ayrıc aktını məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtina üçün istinad etdiyi dəlil əsassız olmaqla, iddiaçının mərhum X5 vərəsəsi kimi hüquqlarının pozulmasına səbəb olur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Bundan başqa məhkəmə bildirir ki, cavabdeh inzibati orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur. (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivi ərazisində yerləşən “M-7” saylı 0.05 ha torpaq sahəsinin mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivi ərazisində yerləşən “M-7” saylı 0.05 ha torpaq sahəsinin mərhum X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №e-2-1(112)-4215/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4215/2025
07.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver