Məhkəmə qərarları › İş №e-2-1(112)-4244/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4244/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4244/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 10 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli 204 №-li Qərarına əsasən Bakı şəhəri, Nəsimi RHK tərəfindən 1993cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə 1998-ci ildə aldığı, xx.xx.2004-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın cərrahiyyə profili hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı və xx.xx.2010-cu ildə məhkəmə-tibbi ekspertizası tərəfindən təyin edilmiş travmanın nəticələri - diaqnoz: “Travmatik mənşəli, təbil boşluğunun qranulyasiyaları ilə müşayiət olunan, soltərəfli xroniki irinli mezotimpanit. Sağtərəfli xroniki adheziv orta otit. İkitərəfli konduktiv davamlı ağır eşitmə, pıçıltı nitqini sağ qulaqla 1 m-ə qədər məsafədən, sol qulaqla 2 m-ə qədər məsafədən eşiməsi ilə” (Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.2004-cü il tarixli 1715 nömrəli xəstəlik haqqında şəhadətnamə, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2010-cu il tarixli 112/KEŞ saylı ekspert rəyi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(006)-2187/2010 saylı qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisi-otorinolarinqoloqun rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Hərbi Xidmət vəzifələrini (Xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”. İddiaçıya xx.xx.2006-cı il tarixdə 1 il müddətinə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmişdir. X1: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09-Ürəyin xroniki revmatik xəstəlikləri => İ05- Mitral qapağın revmatik xəstəliyi=> İ05.1- Mitral qapağın revmatik mənşəli çatmamazlığı, Diaqnozun mətni: Revmatizm aktiv baza İİ dərəcə qeyd edilmişdir. İddiaçıya xx.xx.2014-cü il tarixdə 1 il müddətinə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar olması səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. X1: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09-Ürəyin xroniki revmatik xəstəlikləri => İ05- Mitral qapağın revmatik xəstəliyi=> İ05.1- Mitral qapağın revmatik mənşəli çatmamazlığı, Diaqnozun mətni: Revmatizm aktiv baza İİ dərəcə yarım kəskin gedişli. Qayıdan revmokardit. Mitral qapaq çatmamazlığı İ dərəc. QDÇ İİ qeyd edilmişdir. İddiaçıya xx.xx.2015-ci il tarixdə 1 il müddətinə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar olması səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. X1: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09-Ürəyin xroniki revmatik xəstəlikləri => İ05- Mitral qapağın revmatik xəstəliyi=> İ05.1- Mitral qapağın revmatik mənşəli çatmamazlığı, Diaqnozun mətni: Revmatizm, aktiv faza İİ dərəcəli, yarımkəskin gedişli. Revmatik poliartrit. Qayıdan revmokardit. Mitral qapaq çatmamazlığı qeyd edilmişdir. İddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar olması səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. X1: İX Sinif – Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09-Ürəyin xroniki revmatik xəstəlikləri => İ05- Mitral qapağın revmatik xəstəliyi=> İ05.1- Mitral qapağın revmatik mənşəli çatmamazlığı, Diaqnozun mətni: Revmatizm, aktiv faza İİ dərəcəli, yarımkəskin gedişli. Revmatik poliartrit. Qayıdan revmokardit. Mitral qapaq çatmamazlığı qeyd edilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AAD58 nömrəli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Əsas Başqa həzm orqanlarının digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı zədələnmələri, Xr.qastrit Burun arakəsməsinin yerdəyişməsi, burun çəpərinin əyriliyi [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİ mərh Ezofaqit, eroziv ezofaqit. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: Əlavə müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir. İddiaçının əlillik vəziyyətinə Bakı 5 nömrəli Şəhər Poliklinikasının və Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il, xx.xx.2024-cü il tarixli göndərişləri əsasında əlavə əyani müayinəsi həyata keçirilməklə yoxlanmış və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2024-cü il tarixli X00200654FNN nömrəli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Əsas diaqnoz: H93.3 Eşitmə sinirinin xəstəlikləri. Yanaşı xəstəliklər - E11. İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet İİ tip, İ05.1 Mitral qapağın revmatik mənşəli çatışmamazlığı MQ-1 dər. İ07.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı), TÇ min -1 dərəcə. İ11.9 (Durğunluq) ürək çatışmamazlılığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziya (hipertoniya) xəstəliyi, Hipertoniya xəstəliyi İİ dər. Ağırlaşma – H90.3 Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, Saq qulaqda İV dərəcə, sol qulaqda İV dərəcə neyrosensor tip ağıreşitmə. Həmin göndəriş əsasında iddiaçıya diqanozun əlillik təyin etməməsi barədə imtina qərarı verilmişdir. İmtina səbəbi diaqnoz əlillik əlaməti təyin etməməsi qeyd edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli göndərişə əsasən Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının Qərarı əsasında hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalalarının pozulması nəzərə alınaraq hərbi travmadır, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrini) yerinə yetirərkən aldığı xəsarətə görə orqanizmin funksiyalarının pozulmasının 61-80% dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən 1998-ci ildə travma almışdır. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün cavabdeh Agentliyinə xx.xx.2024 tarixli göndəriş verilmişdir. Lakin cavabdeh qurum imtina ilə cavab vermişdir. Belə ki, imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçıya qoyulan diaqnoz əlillik səbəbi təyin etmir. Lakin qeyd olunmalıdır ki, cavabdehin bu imtinası tamamilə qanunsuz və əsassızdır. Hansı ki, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış əlilliyi təyin etmək üçün qanunvericiliyin tələb etdiyi bütün hüquqi sənədlər cavabdehə təqdim olunmuşdur. Lakin cavabdeh qanunsuz olaraq iddiaçıya əlilliyin təyin edilməsindən imtina edir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının ilkin əlillik vəziyyətinə Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2005-ci il tarixli göndərişi əsasında baxılmış və Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar səbəbilə 1 il müddətinə 3-cü dərəcə əlillik təyin edilmişdir. Növbəti illərdə iddiaçının əlillik vəziyyəti tibbi yoxlanışlar nəticəsində 2016-cı ilədək hər il 1 il müddətinə olmaqla təyin edilmişdir. Sonuncu dəfə 2016-cı ildə elektron qaydada 5 il müddətinə uzadılmışdır. Əlillik müddətinin bitməsi ilə əlaqədar Bakı 5 nömrəli Şəhər Poliklinikasının və Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2024-cü il tarixli göndərişləri əsasında əlavə əyani müayinəsi həyata keçirilməklə yoxlanmış və Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçının əyani müayinəsi aparılaraq müəyyən olundu ki, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 204 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Travmatik mənşəli təbil boşluğunun qranulyasiyaları ilə müşayiət olunan, sol tərəfli xroniki irinli mezotimpanit. Sağtərəfli xroniki adheiv orta otit. İkitərəfli konduktiv davamlı ağıreşitmə, pıçıltı nitqini sağ qulaqla 1 m-ə qədər məsafədən, sol qulaqla 2 m-ə qədər məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2021-ci il tarixində, xx.xx.2022-ci il tarixində DTSERAda əyani müayinələrdə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı qulağında eşitmənin zəif olmasından və ürəyində olan ağrılardan, A/T yüksək olmasından şikayətlənmiş, əyani müayinə zamanı auskultasiyada ürək tonları aydın, aşağı ətraflarda periferik ödemlər izlənilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı travma nəticəsində sol qulağının təbil pərdəsinin cırıldığını, digər qulağında da eşitmə məhdudluğu olduğunu bildirmiş, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Medikamentoz preparatlardan Medforix, Tripliksam, Kardiomagnil qəbul etdiyini söyləmişdir. Eşitmə cihazı istifadə etdiyi müşahidə edilmiş, 5 metr aralı məsafədə otursa da, orta tonla danışıqları eşitmişdir. Müayinə zamanı arterial təzyiqi dərman fonunda 200/100 mm.cv.st olmuşdur. Azərbaycan Tibb Universitetinin xx.xx.2024-cü il tarixli BERA testinin nəticəsi “Sağ qulaqda 4-cü dərəcə, sol qulaqda 3-4-cü dərəcə neyrosensor tip ağıreşitmə təsbit edilmişdir” kimi qeyd olunmuşdur. DTSERA-da xx.xx.2024-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq 45 db, sol qulaq 80 db” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. DTSERA-da xx.xx.2024cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Çıxan aorta genişlənib (3.5 sm). Sol mədəciyin konsentrik hipertrofiyası (1.2 sm-1.4 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət qüsuru qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF-61%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıllıb (HR=102)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏMAS-da vətəndaşa dair Mühəndis, kimi aktiv əmək müqaviləsi qeyd edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçıya ilkin olaraq xx.xx.2006-cı il tarixdə 1 il müddətinə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar olması səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmiş, iddiaçıya eyni səbəblə xx.xx.2014-cü il tarixdə üçüncü dərəcə, xx.xx.2015-ci il tarixdə və xx.xx.2016-cı il tarixdə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AAD58 nömrəli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Əsas Başqa həzm orqanlarının digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı zədələnmələri, Xr.qastrit Burun arakəsməsinin yerdəyişməsi, burun çəpərinin əyriliyi [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİ mərh Ezofaqit, eroziv ezofaqit. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 5 nömrəli Şəhər Poliklinikasının və Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il, xx.xx.2024-cü il tarixli göndərişləri əsasında əlavə əyani müayinəsi həyata keçirilməklə yoxlanmış və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2024-cü il tarixli X00200654FNN nömrəli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Əsas diaqnoz: H93.3 Eşitmə sinirinin xəstəlikləri. Yanaşı xəstəliklər - E11. İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet İİ tip, İ05.1 Mitral qapağın revmatik mənşəli çatışmamazlığı MQ-1 dər. İ07.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı), TÇ min -1 dərəcə. İ11.9 (Durğunluq) ürək çatışmamazlılığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziya (hipertoniya) xəstəliyi, Hipertoniya xəstəliyi İİ dər. Ağırlaşma – H90.3 Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, Saq qulaqda İV dərəcə, sol qulaqda İV dərəcə neyrosensor tip ağıreşitmə. Həmin göndəriş əsasında iddiaçıya diqanozun əlillik təyin etməməsi barədə imtina qərarı verilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi səbəb əlaqəsi ilə aldığı travma ilə bağlı, orqanizmin funksiyalarının 61-80 % pozulması ilə bağlı əlillik təyin edilməsini cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası isə əsassızdır. İlk növbədə ona görə ki, iddiaçıya əvvəllər təyin edilmiş əlilliyin dərəcəsi ikinci dərəcə (hazırda qüvvədə olan Meyarlara əsasən orqanizmin funksiyalarının 61-80% pozulması) və səbəb əlaqəsi, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar aldığı hərbi travma olmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1908/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli və 2-1(102)-1637/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadlarında (məhkəmə təcrübəsinin vahidliyi ilə bağlı cavabdehin orqanın kassasiya şikayətinin mümkünsüz hesab edilməsinə dair) məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi, habelə ötən müddət ərzində xəstəliyinin ağırlaşması, eyni zamanda, iddiaçıya həmin diaqnoz əsasında müvafiq əlillik dərəcəsinin artıq bir neçə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır”. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Patalogiya Anatomoiya Birliyi publik hüquqi şəxsinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş T 115/2025 №-li tarixli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə yuxu altında aparılan Bera testi zamanı “Sağ qulaqda 4-cü dərəcə, sol qulaqda 3-4-cü dərəcə neyrosensor tip ağır eşitmə müəyyən olundu ki, o, hazırda da qeyd edilən xəstəlikdən əziyyət çəkir (xx.xx.2011-ci il tarixli, 204 nömrəli Qərar). Vətəndaş İddiaçı xx.xx.2006, xx.xx.2014, xx.xx.2015 və xx.xx.2016-cı il tarixlərdə əlillik təyinatı zamanı onda mövcud olan diaqnozların hazırda da müşahidə edilməsini tibbi nöqteyi nəzərdən inkar etmək olmaz. Belə ki, xəstəliklər müalicə yolu ilə reabilitasiya olunmadığından xroniki dövrə keçir və insan yaşa dolduqca get-gedə ağırlaşır, müalicə daha da ağırlaşmasın və digər ağırlaşmalar olmasın deyə aparılır. Vətəndaş İddiaçı adına müvafiq tibb müəsissəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli, X00200654FNN nömrəli göndərişdə (Forma 88) olan diaqnozlar (həm əsas, həm də ağırlaşmalar) iddiaçıya əvvəlki illərdə əlillik təyinatı zamanı aparılmış diaqnozlarda eynilik təşkil etsə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2011-ci il tarixli, 204 №-li qərarında qeyd edilən xəstəliklərdə (travmalar) eynilik təşkil etmir. Belə ki, əlillik təyinatı zamanı olan diaqnozlar hərbi xidmət dövründə alınmış travma ilə eynilik təşkil etmir. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir. Ekspert rəyindən də göründüyü kimi, iddiaçıya əvvəllər əlillik təyinatı aparılmasına əsas olmuş diaqnozlar hazırda da, iddiaçıda mövcuddur və həmin xəstəliklərin müalicə yolu ilə reabilitasiya olunması mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. [9] 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Məhkəmə qeyd edir ki, iddiaçıya əlillik təyin edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı qüvvədə olduğundan həmin Qaydaların normalarına əsasən əlillik təyin edilmişdir. Lakin sonradan, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının ona 2-ci dərəcə əlillik təyin edilməsi ilə bağlı müraciəti zamanı “Əlilliyin müəyyən olunması meyarları” qüvvədə olduğundan, iddia tələbinin əsaslı olub-olmaması müəyyən edilərkən həmin Meyarların tələbləri yoxlanılmalıdır. İddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2024-cü il tarixli X00200654FNN nömrəli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Əsas diaqnoz: H93.3 Eşitmə sinirinin xəstəlikləri. Yanaşı xəstəliklər - E11. İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet İİ tip, İ05.1 Mitral qapağın revmatik mənşəli çatışmamazlığı MQ-1 dər. İ07.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı), TÇ min -1 dərəcə. İ11.9 (Durğunluq) ürək çatışmamazlılığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziya (hipertoniya) xəstəliyi, Hipertoniya xəstəliyi İİ dər. Ağırlaşma – H90.3 Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, Saq qulaqda İV dərəcə, sol qulaqda İV dərəcə neyrosensor tip ağıreşitmə. Qeyd edilən əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklərin iddiaçıda olması iş materiallarında olan ekspert rəyi ilə öz təsdiqini tapır. Eyni zamanda, həmin diqanozlar yuxarıda qeyd olunan Meyarlarda təsbit edilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-921/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərardadlarında (məhkəmə təcrübəsinin vahidliyi ilə bağlı cavabdehin orqanın kassasiya şikayətinin mümkünsüz hesab edilməsinə dair) məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1428/2024 nömrəli; 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-1148/2024 nömrəli, 2- 1(102)-522/2024 nömrəli; 2-1(102)- 2378/2023 nömrəli; 2-1(102)-2458/2024 nömrəli; 2- 1(102)-2702/2024 nömrəli; 2-1(102)-2636/2024 nömrəli qərardadları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Əlavə olaraq, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-764/2024 nömrəli, 2-1(102)- 671/2024 nömrəli; 2-1(102)-437/2024 nömrəli; 2-1(102)-2500/2023 nömrəli; 2-1(102)-2378/2023 nömrəli qərarları; 2-1(102)-2458/2024 nömrəli; 2-1(102)- 2636/2024 nömrəli; 2-1(102)-2702/2024 nömrəli; 2-1(102)-2950/2024 nömrəli; 2-1(102)- 3098/2024 nömrəli qərardadları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Hazırkı iş üzrə göndərişdə göstərilmiş, apellyasiya məhkəməsinin qərarında sadalanmış iddiaçıya məxsus tibbi sənədlərdə mövcud olan və ekspert rəyində də təsdiqlənmiş diaqnoz əlillik təyinatına əsas verir” Cavabdeh iddiaçının əyani müayinənin nəticələrinə dair 18 oktyabr 2024-cü il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Tibb Universitetinin xx.xx.2024-cü il tarixli BERA testinin nəticəsi “Sağ qulaqda 4-cü dərəcə, sol qulaqda 3-4-cü dərəcə neyrosensor tip ağıreşitmə təsbit edilmişdir” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Audimetriya müayinəsinin nəticəsi “Sağ qulaq 45 db, sol qulaq 80 db” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Çıxan aorta genişlənib (3.5 sm). Sol mədəcəyin konsentrik hipertrofiyası (1.2 sm-1.4 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət qüsuru qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF-61 %). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonduna aparılıb (HR=102)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. İş materiallarında müəyyən edilir ki, cavabdehin həkim komsiyyası tərəfindən keçirilmiş əyani müayinə xarici görünüşə əsaslanan formal əyani müayinədən ibarət olmuşdur. TSEK-in əyani müayinənin nəticəsi lazımi qaydada, xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi və xarici görünüşə əsaslanan formal əyani müayinənin nəticələrinə əsaslanmışdır. Halbuki iddiaçıda olan diaqnozlar olub-olmaması əyani (vizual) müayinə nəticəsində müəyyən edilməsi mümkün deyildir. İddiaçıya təyin edilmiş diaqnozlar instrumental müayinələrin nəticələrinə əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, TSEK-in əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi qərarı lazımi qaydada, şəxsin xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi ifadələrdən istifadə edilməklə inkar olunmuşdur. Əyani müayinənin nəticəsində qəbul edilən qərarlara münasibətdə nəzərə alınmalıdır ki, sözügedən müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verən şəkildə aparılmalıdır. Bu zaman çıxarılan qərarlar şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələrinə, mütəxəssislərin ətraflı obyektiv məlumatlarına, aparılmış müalicə tədbirləri və onların səmərəliliyinə, klinik proqnozlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti

9. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri Qeyd. Qulağın və məməyəbənzər çıxıntının funksiyalarının xəstəlik, zədə və çatışmazlıqlara görə davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən ən yaxşı eşidən (yeganə) qulağın eşitmə funksiyasının pozulması dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: xəstəliyin gedişatının forması və mərhələsi, eşitmə çatışmazlığının əmələgəlməsi vaxtı, ona qarşı adaptasiya dərəcəsi, fəsadlaşmaların növləri və xüsusiyyətləri, nitq və psixi funksiya çatışmazlıqları ilə yanaşı olması və daha dərin müayinələrə ehtiyac olduğu halda elektrofizioloji və digər morfofunksional müayinə üsullarından istifadə olunur (audiometriya, otoakustik emissiya, törədilmiş eşitmə potensialları).

9.1. Qulağın və məməyəbənzər çıxıntının H60-H95 xəstəlikləri Qulağın eşitmə pozuntusu törədən Q16 anadangəlmə inkişaf qüsurları Qiymətləndirmə 9.1.3. eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, 40 5 il digər tərəf üzrə İV dərəcə 9.1.4. eşitmə zəifliyi İV dərəcə, ikitərəfli 50 müddətsiz İddiaçının əsas diqanozu eşitmə sinirinin xəstəlikləri, həmçinin ağırlaşması eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, Saq qulaqda İV dərəcə, sol qulaqda İV dərəcə neyrosensor tip ağıreşitmə kimi qeyd edilmişdir ki, Meyarların 9.1.4-cü bəndinə əsasən OFP faizi 50 faiz, əlilliyin müddəti isə müddətsiz qeyd edilmişdir. İddiaçıda müşahidə olunan yanaşı xəstəliklər isə (E11. İnsulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet İİ tip, İ05.1 Mitral qapağın revmatik mənşəli çatışmamazlığı MQ-1 dərəcə, İ07.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı), TÇ min-1 İ11.9 (Durğunluq) ürək çatışmamazlılığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziya (hipertoniya) xəstəliyi, Hipertoniya xəstəliyi İİ dərəcə) Meyarlarda aşağıdakı kimi təsit edilmişdir:

11. Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları Qeyd. Orqanizmin endokrin sisteminin xəstəlik, zədə və çatışmazlıqlar səbəbindən əmələ gəlmiş davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi simtomatikanın təzahür dərəcəsinin və xarakterinin, klinik və instrumental müayinə üsullarının nəticələrinin, eləcə də müasir reabilitasiya üsullarının tətbiqi ilə pozulmuş funksiyaların kompensasiya edilməsi imkanlarının qiymətləndirilməsinə əsaslanır. Qeyd. Şəkərli diabet səbəbindən orqanizmin funksiyalarının davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi şəkərli diabetin ən geniş yayılmış endokrin patologiyası olaraq xroniki əlillik vəziyyətinə çatdıran fəsadlaşmalara gətirən xəstəlik olduğunun nəzərə alınması ilə aparılır. Şəkərli diabetin ağırlaşmalarına kamorbidliyin yüksək göstəriciləri ilə səciyyələnən diabetik mikro və makro angiopatiyalar aid edilir.

11.2.1. insulindən asılı şəkərli diabet E10 insulindən asılı olmayan şəkərli diabet E11

2. Qan dövranı sisteminin xəstəlikləri Qeyd. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinikfunksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması.

.9. İ05 - Xroniki revmatik xəstəlikləri İ09 İ30 - Digər ürək xəstəlikləri İ52

İddiaçıda olan yanaşı xəstəliklərin hazırda da iddiaçıda müşahidə edilməsi ekspert rəyi ilə öz təsdiqini tapmış, həmçinin iş materiallarına və ekserpt rəyinə əsasən müəyyən edilmişdir ki, həmin diaqnozlar iddiaçıya əvvəlki əlillik təyinatlarına əsas vermişdir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Normanın məzmunundan da bəlli olur ki, şəxsdə əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda hər bir hal ayrılıqda qiymətləndirilir. İddiaçıda mövcud olan diaqnozlara Nazirlər Kabinetinin 187 № li qərarı ilə təsdiq edilmiş Meyarların tələbi baxımından nəzər yetirdikdə müəyyən etmək olur ki, Meyarların 9.1.4-cü bəndinə əsasən 50%, digər diqanoz üzrə yanaşı xəstəlillərin hər biri üzrə 5% əlavə edildikdə (ümumilikdə 20%) iddiaçıda OFP faizi 70% müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi qaydalarını sadalanan normalarının tələbinə əsasən, faiz göstəriciləri fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla faiz götürülür, həmçinin əlilliyin müəyyən edilməsinə əsas verən digər diaqnozların hər birindən 5 faiz götürülməklə əlillik təyinatı aparılır. Qaydaların normalarını hazırkı isə tədbiqi zamanı müəyyən edilir ki, cavabdeh iddiaçıya 2 dərəcə (OFP 61-80%) əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: ... 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; İddiaçının təqdim etdiyi tibbi sənədlərdən Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından müəyyən edilir ki, iddiaçı xx.xx.2004-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın cərrahiyyə profilli hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı və xx.xx.2010-cu ildə məhkəmə-tibbi ekspertizası tərəfindən təyin edilmiş travmanın nəticələri – diaqnoz: “Travmatik mənşəli, təbil boşluğunun qranulyasiyaları ilə müşayiət olunan, soltərəfli xroniki irinli mezotimpanit. Sağtərəfli xroniki adheziv orta otit. İkitərəfli konduktiv davamlı ağıreşitmə, pıçıltı nitqini sağ qulaqla 1 m-ə qədər məsafədən, sol qulaqla 2 m-ə qədər məsafədən eşitməsi ilə” kimi qeyd olunmuş, “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏT VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR”. Göründüyü kimi, iddiaçının hərbi xidmət vəzifələrinin icrası ilə bağlı aldığı travmanın diqanozu bir sıra xəstəliklərlə yanaşı həmçinin ağıreşitmə ilə əlaqədar olmuşdur. Odur ki, iddiaçıya təyin edilmiş əlilliyin səbəb əlaqəsi – hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar aldığı hərbi travma kimi müəyyən edilməlidir. Bu nəticəyə gələrkən məhkəmə təkrar olaraq qeyd edir ki, iddiaçının əvvəlki əlillik təyinatlarının səbəb əlaqəsi də hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar aldığı hərbi travma olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixli göndərişə əsasən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrini) yerinə yetirərkən aldığı hərbi travmaya görə orqanizmin funksiyalarının pozulmasının 61-80% dərəcəsi ilə əlilliyin müəyyən edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar