Məhkəmə qərarları › İş №e-2-1(112)-4267/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4267/2025

19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4267/2025 19.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, ona 60 yaşdan yəni, 11 09. 2024-ci il tarixdən pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, ona 60 yaşdan yəni, xx.xx.2024-ci il tarixdən pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur. xx.xx.1985-xx.xx.1988-ci illərdə 10 №-li X6 məktəbində təhsil almış, xx.xx.1988-ci ildən əmək fəaliyyətinə Bakı Baş Tikinti İdarəsəinin “Bakı Tikinti Mexanizasiya” trestinin xüsusiləşdirilmiş idarəsində qazelektrik qaynaqçısı vəzifəsində başlamış və həmin işdə xx.xx.1992-ci il tarixinədək işləmişdir. xx.xx.1992-ci il tarixdən köçürülmə əsasında Bakı Baş Tikinti İdarəsəinin ixtisalaşdırımış mexanizasiya idarəsidə 4 dərəcəli elektrik qaynaqşısı kimi işə başlamış və həmin işdə xx.xx.1993-cü il tarixədək işləmişdir. xx.xx.1993-cü il tarixdən köçürülmə ilə 25 №-li Baş Tikinti İdarəsində 5-ci dərəcəli qaynaqçı işinə başlamışdır. xx.xx.2001-ci il tarixdən sonra həmin idarə özəlləşdirilərək "xxxx" ASC-yə çevriləndən sonra həmin müəssisədə xx.xx.2002-ci il tarixdək həmin işdə işləməyə davam etmişdir. 06.112008-xx.xx.2010-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayon ərazisində yerləşən X4 dülgər vəzifəsində işləmişdir. xx.xx.2010xx.xx.2011-ci il tarixlərdə “Qəza Təmir Xidməti”ndə 6-cı dərəcə ilə qaz qaynaqçısı işində çalışmış, xx.xx.2013-xx.xx.2014-cü ilərdə Bakı Metropoliteninin 2 saylı Elektromexanika Xidmətinə elektrik-qaz qaynaqçısı vəzifəsində işləmiş, xx.xx.2016-xx.xx.2017-ci illərdə Bakı Metropoliteninin Elektrotexnika Xidmətində elektrik çilingəri vəzifəsində çalışmış, xx.xx.2017-ci il tarixdən bu günə kimi "xxxx" QSC-də elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir. 11 09. 2024-ci il tarixində onun 60 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün DOST xidmətinə müraciət etmiş, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Filialı tərəfindən 18 oktyabr 2024-cü il tarixdə ona imtina məktubu verilmişdir. İmtinada “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad olunaraq 12 il 6 ay ağır və zərərli işlərdə işləməli olduğu, 25 il sığorta stajının olması tələb olunduğu göstərilərək, həmin stajı toplamadığı (7 ay 12 gün stajı olmağı) qeyd olunmuşdur. İdarə bu stajın toplamamağını onunla izah edir ki, "xxxx" QSCnin ona verdiyi 20 sentyabr 2024-cü il tarixli A/283 nömrəli arayışında xx.xx.2013-15xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində və xx.xx.2017-ci il tarixindən bugünədək Bakı Metropoliteninin Elektrotexnika xidmətində elektrik qaz qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışda işlədiyi müddətdə yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan tunellərdə və yeraltı qurğularda yalnız gecə saat vaxtı yerinə, yetirilən daimi işlərdə çalışıb-çalışmadığı, həmçinin elektrik çilingəri işlədiyi müddətdə metropolitenin stansiya və tunel avadanlıqlarına xidmət göstərilməsi üzrə, avadanlıqların təmiri üzrə, metropolitenin avadanlıqlarına xidmət göstərilməsi üzrə, eskalatora xidmət göstərilməsi və təmiri üzrə işləyib-işləməməsi barədə də məlumatlar qeyd olunmamışdır. Hesab edir ki, bu imtina tamamilə əsassıs və qanunsuzdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”nın XXXİİİ. Ümumi peşələrBölməsinin-23200000— 11620 kodu altında qaz qaynaqçıları, 23200000—19906 kodu altında əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri yer almışdır. Azərbaycan Respublikkası Nazirlər Kabimnetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsində də qaz qaynaqçıları zərərli iş peşələri arasında yer almışdır. xx.xx.1988-ci ildən xx.xx.2001-ci il tarixədək Bakı Baş Tikinti İdarəsinin müxtəlif idarələrində xx.xx.2001- xx.xx.2002-ci il tarixlərdə "xxxx" ASC-də elektrik-qaz qaynaqçısı vəzifəsində işlədiyi müddət 13 il 7 ay 22 gün təşkil edir. Bundan başqa o “Qəza Təmir Xidməti”ndə 1 il 5 ay 12 gün (xx.xx.2010-xx.xx.2011-ci il), "xxxx" QSC-də bu günə qədər (xx.xx.2013-xx.xx.2014-cü illər, xx.xx.2017-ci il tarixdən bu günə kimi olan müddət 8 il 5 ay 15 gün elektrik qaz qaynaqçısı vəzifəsində işləyir. "xxxx" ASC-nin verdiyi xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, elektrik qaz qaynaqçısı AR Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 saylı qərarına əsasən zərərli sahə hesab edilir. "xxxx" QSC-nin ona verdiyi 20 sentyabr 2024-cü il tarixli A/283 nömrəli arayışından məlum olur ki, işlədiyi elektrik qaz qaynaqçısı zərərli iş hesab edilir.

3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi, yəni 60 yaş xx.xx.2024-cü il tarixdə tamam olsa belə, təqdim etdiyi sənədlərə əsasən onun güzəştli stajı pensiya təyin edilməsinə kifayət etmir. İddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (7 ay 12 gün (xx.xx.2010-xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Ali Məhkəmənin müvafiq qərarlarından da aydın olur ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən şəxsin güzəştli stajını müəyyən etmək üçün müəssisədən güzəştli staja dair məlumatlar ətraflı şəkildə əks olunmalıdır, yəni vəzifənin Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş siyahıya formal şəkildə uyğunlaşdırılması iddiaçının güzəştli staja malik olduğu anlamına gəlmir. "xxxx" QSC-nin iddiaçıya dair 20 sentyabr 2024-cü il tarixli A/283 nömrəli arayışında xx.xx.2013-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində və xx.xx.2017-ci il tarixdən bugünədək Bakı Metropoliteninin Elektromexanika xidmətində elektrik qaz qaynaqçısı, xx.xx.2016-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində isə elektrik çilingəri vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının işlədiyi müddətdə yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan tunellərdə və yeraltı qurğularda iddiaçının yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışıb-çalışmadığı, həmçinin elektrik çilingəri işlədiyi müddətdə metropolitenin stansiya və tunel avadanlıqlarına xidmət göstərilməsi üzrə, avadanlıqların təmiri və qulluğu üzrə, metropolitenin metal konstruksiyalarına xidmət göstərilməsi və təmiri üzrə, metropolitenin avadanlıqlarına xidmət göstərilməsi üzrə, eskalatora xidmət göstərilməsi və təmiri üzrə işləyib işləməməyi barədə də məlumatlar qeyd olunmamışdır. Göstərilən səbəblərdən də yuxarıda qeyd olunan dövrləri iddiaçının güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Əlavə olaraq qeyd edək ki, yuxarıda sözügedən dövrlər iddiaçının güzəştli iş stajına daxil edilsə belə, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edəcəkdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili ayrı-ayrılıqda iddia ərizəsində göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

7. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar.

“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sitemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Qusar rayonu, Avadan kəndində doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus B seriyalı 086883 №-li diplomun surətindən görünür ki, İddiaçı 1985-ci ildən 1988-ci ilədək Bakı şəhəri 10 №-li X6 Məktəbində “sanitariya texnikası çilingəri qaz qaynaqçısı” peşəsi üzrə X6 məktəbinin tam kursunu bitirərək orta təhsil almışdır. İddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1988-ci ildən xx.xx.1992-ci il tarixinədək Bakı Baş Tikinti İdarəsinin “Bakı Tikinti Mexanizasiya” trestinin xüsusiləşdirilmiş idarəsində qaz-elektrik qaynaqçısı vəzifəsində, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Bakı Baş Tikinti İdarəsinin ixtisalaşdırımış mexanizasiya idarəsidə 4 dərəcəli elektrik qaynaqşısı vəzifəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixdək köçürülmə ilə 25 №-li Baş Tikinti İdarəsində (xx.xx.2001-ci il tarixdən sonra həmin idarə özəlləşdirilərək "xxxx" ASC-yə çevrilmişdir) 5-ci dərəcəli qaynaqçı vəzifəsində işləmişdir. xx.xx.2008-xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Nərimanov rayon ərazisində yerləşən X4 dülgər vəzifəsində, xx.xx.2010-xx.xx.2011-ci il tarixlərdə “Qəza Təmir Xidməti”ndə 6-cı dərəcə ilə qaz qaynaqçısı vəzifəsində, xx.xx.2013-xx.xx.2014-cü ilərdə Bakı Metropoliteninin 2 saylı Elektromexanika Xidmətinə elektrik-qaz qaynaqçısı vəzifəsində, xx.xx.2016-xx.xx.2017-ci illərdə Bakı Metropoliteninin Elektrotexnika Xidmətində elektrik çilingəri vəzifəsində işləmişdir. xx.xx.2017-ci il tarixdən bu günə kimi "xxxx" QSC-də elektrik-qaz qaynaqçısı vəzifəsində işləyir. Bakı şəhər İcra Hakimiyyət başçısının 7-2339/17 №-li xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı Baş Tikinti İdarəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə ləğv edilərək, tabeliyində fəaliyyət göstərən bütün trest, müəssisə və təşkilatlarla birgə yeni yaradılan Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyinə verilmişdir. Sonradan, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (hazırkı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) xx.xx.2003-cü il tarixli, 001117 saylı şəhadətnaməsinə əsasən, Bakı Tikinti və Şəhərin İnkişafı İdarəsi (Departamenti) özəlləşdirildiyindən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindən çıxarılmışdır. Azərbaycan Respublikası "xxxx" QSC-nin A/283 №-li, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək Bakı metropoliteninin Elektromexanika xidmətində 24% xüsusi ağır və zərərli əmək şəraiti ilə elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək "xxxx" QSC-nin Elektromexanika xidmətində 24% xüsusi zərərli əmək şəraiti ilə elektrik qaz qaynaqçısı, xx.xx.2016-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək 12 % zərərli iş şəraiti ilə elektrik çilingəri peşələrində işləmişdir. xx.xx.2017-ci il tarixindən hal-hazıradək "xxxx" QSC-nin Elektromexanika xidmətində 24% xüsusi zərərli qaz qaynaqçısı peşəsində işləyir. İddiaçı güzəştli şərtlərlə çalışdığı elektrik qaz qaynaqçısı peşəsi üzrə əmək stajı 10 il 23 gün (on il iyirmi üç gün) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 N-li Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın

21. Nəqliyyat maddəsinin 21.5 Metropolitenlər bəndinin 21.5.1. Yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndinin əl ilə qaynaqda elektrik qaynaqçısı sətirinə aiddir. Qeyd hissəsində göstərilmişdir ki, "xxxx" QSC-də avtomatlaşdırılmış qaynaq texnologiyası və avadanlığı olmadığı üçün bütün qaynaq işləri (elektrik və qaz qaynağı) əl üsulu ilə aparılır. Azərbaycan Respublikası "xxxx" ASC-nin 13-12/2-1558/2024 №-li, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" ASC-nin xx.xx.2010-cu il tarixli 06/955 saylı əmri ilə xx.xx.2010-cu il tarixindən əmək müqaviləsinə əsasən müddətsiz olaraq Qəza Təmir Xidmətinə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə qəbul edilmişdir. Cəmiyyətin xx.xx.2011-ci il tarixli 06/465 saylı əmri ilə xx.xx.2011-ci il tarixindən Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a" bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Elektrik qaz qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007 ci il tarixli 12 saylı qərarına əsasən zərərli sahə hesab edilir: 35. elektrik qaz qaynaqçıları . Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün iş stajı 7 ay 12 gün təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2024-cü il tarixli, 3-16-17/19/2-2086/2024 №-li arayışından görünür ki, İddiaçı 1983-cü ilin sentyabr ayından 1987-ci ilin oktyabr ayınadək 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən təsərrüfat briqadasında qaynaqçı vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuş və əmək haqqı almışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli, 3-48- 2F/2-S-45xx-xx-5332/2024 №-li məktubundan görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTİ “BSTEQ” trestinin 25 №-li İxtisaslaşdırılmış Tikinti İdarəsinin natamam arxiv sənədlərinin əmr kitabında vət. Safarov (Səfərov) Şahlar Ağalar oğlunun xx.xx.1992ci il tarixli, 52k saylı əmrlə xx.xx.1992-ci il tarixdən qazanxana sahəsinə 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə işə qəbul olunması və xx.xx.1993-cü il tarixli, 6k saylı əmrlə 8 №li İMİ-yə köçürülməsi ilə əlaqədar xx.xx.1993-cü il tarixdən işdən azad olunması barədə məlumat mövcuddur. BBTİ 8 saylı İxtisaslaşdırılmış Mexanizasiya İdarəsinin 1984cü ildən sonrakı dövlərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 18 oktyabr 2024-cü il tarixli, 3-17-1/2-S-255625/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, iddiaçının mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı 12 il 6 aydan az (7 ay 12 gün (xx.xx.2010-xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər) təşkil edir; "xxxx" QSC-nin 20 sentyabr 2024-cü il tarixli A/283 nömrəli arayışında xx.xx.2013xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində və xx.xx.2017-ci il tarixindən bugünədək Bakı Metropoliteninin Elektromexanika xidmətində elektrik qaz qaynaqçısı, xx.xx.2016xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində isə elektrik çilingəri vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda işlədiyi müddətdə yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan tunellərdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışıb-çalışmadığı, həmçinin elektrik çilingəri işlədiyi müddətdə metropolitenin stansiya və tunel avadanlıqlarına xidmət göstərilməsi üzrə, avadanlıqların təmiri və qulluğu üzrə, metropolitenin metal konstruksiyalarına xidmət göstərilməsi və təmiri üzrə, metropolitenin avadanlıqlarına xidmət göstərilməsi üzrə, eskalatora xidmət göstərilməsi və təmiri üzrə işləyib-işləməməsi barədə də, məlumatlar qeyd olunmamışdır... sözügedən dövrlər güzəştli iş stajına daxil edilsə belə, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edəcəkdir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

Tətbiq edilən hüquq.

8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"na əsasən: Bölmə 35. Ümumi peşələr - qaz qaynaqçıları

Məhkəmənin mövqeyi:

10. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının, onun nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

11. “Əmək Pensiyaları haqqında” Qanun yuxarıda qeyd olunan tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: ) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması; 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 06 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması.

12. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli stajının tamam olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verəcək həddə olması gərəkdir. Yaşgörə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1964-cü il təvəllüdlü iddiaçının xx.xx.2024-ci il tarixində, yəni 60 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir.

13. İddiaçı ilə cavabdeh arasında mübahisənin yaranmasının səbəb olmuş hal ondan ibarətdir ki, cavabdeh iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olmasını göstərir (7 ay 12 gün (xx.xx.2010-xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər) qəbul edir.

14. Halbuki iddiaçı xx.xx.1988-ci ildən xx.xx.2001-ci il tarixədək Bakı Baş Tikinti İdarəsinin müxtəlif idarələrində, xx.xx.2001- xx.xx.2002-ci il tarixlərdə "xxxx" ASC-də elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir ki, həmin müddət 13 il 7 ay 22 gün təşkil edir. Həmin müddətdə də iddiaçının işlədiyi peşəsi elektrik-qaz qaynaqçısı olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahı”nın XXXİİİ. Ümumi peşələrBölməsinin- 23200000— 11620 kodu altında qaz qaynaqçıları, 23200000—19906 kodu altında göstərilən -əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə, Azərbaycan Respublikkası Nazirlər Kabimnetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsində göstərilən qaz qaynaqçıları peşəyə aiddir.

15. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

16. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.

17. Şərh olunan normaların məzmunundan da müəyyən olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmaq iddiasında olan şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu barədə işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməlidir.

18. İddiaçının əmək kitabçasından görünür ki, iddiaçının 1988-ci ildən 2002-ci ilədək əmək fəaliyyəti texniki peşə məktəbində aldığı ixtisası üzrə (qaz-elektrik qaynaqçısı, elektrik qaynaqçısı, qaynaqçı) peşə üzrə həyata keçirilmişdir. Həmin peşə isə istehsalat sahəsindən asılı olmayaraq zərərli və ağır peşələr sırasına daxil edilməklə yuxarıda qeyd edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “ümumi peşələr” bölməsində göstərilmişdir. İddiaçının işlədiyi tikinti idarələr hal- hazırda mövcud olmadığı səbəbindən pensiyanın təyin edilməsi üçün zəruri olan “güzəştli arayışın” alınması mümkün olmamışdır. Lakin iş materiallarında olan iddiaçının işlədiyi digər müəssisələrdən əldə edilmiş güzəştli arayışlar iddiaçının işlədiyi həmin peşənin zərərli peşə olmasını təsdiq edir.

19. Belə ki, "xxxx" QSC-nin iddiaçıya dair 20 sentyabr 2024-cü il tarixli A/283 nömrəli (güzəştli) arayışında xx.xx.2013-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində və xx.xx.2017-ci il tarixdən bugünədək Bakı Metropoliteninin Elektromexanika xidmətində işlədiyi elektrik qaz qaynaqçısı xüsusi zərərli peşəsi olması təsdiq edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, "xxxx" QSC- də avtomatlaşdırılmış qaynaq texnologiyası və avadanlığı üçün bütün qaynaq işləri (elektrik və qaz qaynagı) əl üsulu ilə aparılır.

20. Lakin iş materiallarına əlavə edilmiş iddiaçının işlədiyi Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş arayışda iddiaçının həmin müəssidə işlədiyi bütün işlərin, peşələrin, vəzifələrin, o cümlədən cavabdeh tərəfindən qəbul etməkdən imtina etdiyi elektrin qaz qaynaqçısı, elektrik çilingəri, elektrik qaz qaynaqçısı - zərərli əmək şəraitində işləməsini və güzəştli stajının 12 il 06 ay şərtini ödəməsini təsdiq edir.

21. Beləliklə işin faktiki halları ilə təsdiq edilir ki, iddiaçının 60 yaşı xx.xx.2024-cü ildə tamam olmuşdur, həmin tarixə ümumi iş stajı 28 il 01 ay 21 gün, güzəştli stajı isə 23 il 10 ay 22 gün təşkil edir.Yəni iddiaçıya yaşa görə əmək pensiyasının yenidən təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün əsaslar mövcuddur, halbuki cavabdeh qeyd edilən halları nəzərə almayaraq iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuşdur.

22. Məhkəmə qeyd edir ki, müvafiq dövrlər üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda iddiaçının üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır.

23. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

24. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur.

25. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

26. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir.

27. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

28. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 33, 34, 73, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar