Məhkəmə qərarları › İş №e-2-1(112)-429/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-429/2025

12.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-429/2025 12.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, iddiaçının nümayəndəsi qismində vəkili Vəkil və X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “fərdi yaşayış evinə və onun altında yerləşən torpaq sahəsinə dair çıxarışın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və onun altında yerləşən torpaq sahəsinə dair İddiaçı adına Çıxarışın verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə öhdəlik kimi qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zağulba küçəsi,ev 76 ünvanında yerləşən fərdi yaşayış evi ünvan 3-cü il tarixli Sərəncamına əsasən İddiaçı adına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 20597 nömrəli reyestr kitabında 174 nömrəli inventar işi kimi xx.xx.2002ci il tarixdə qeydə alınmışdır. İddiaçı tərəfindən qeyd olunan fərdi yaşayış evində artırmalar aparılmış və bununla bağlı məlumatlandırma icraatı çərçivəsində Xəzər rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli məktubla məlumatlandırılmışdır. Daha sonra Cavabdeh orqana müraciət edilmiş və mövcud olan hüquqların qeydiyyatının yeni tikiliyə yaranmış hüquqlara uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alınması xahiş edilmişdir. Cavabdeh orqanının xx.xx.2023-cü il tarixliməktubu ilə hüquqların qeydiyyata alınmasından imtina edilmişdir. Səbəb kimi isə Abşeron rayon X3 rayon İcra Hakimiyyətinin 770 saylı 22 noyabr 1993-cü il tarixli Sərəncamı əsasında verilmiş Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Buzovna Tərəvəzçilik-Südçülük Soxvozunun 78/K saylı, xx.xx.1993-cü il tarixli Əmrinə əlavə edilmiş adlı siyahıda İddiaçı adının aşkar edilməməsi göstərilmişdir. Qeyd olunan imtina tamamilə əsassızdır. Belə ki, İddiaçı adına olan və qüvvədə olan Qeydiyyat Vəsiqəsindən göründüyü kimi onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı hüquqları qeydiyyata alınmışdır. Abşeron rayon Dövlət Arxivində bununla bağlı əvvəldən və ya sonradan hər-hansısa arxiv sənədlərinin məhv olunması və ya aşkar olunmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Həmin arxiv sənədlərini qoruyub saxlamaq müvafiq dövlət orqanlarının səlahiyyətindədir. Hətta qeyd olunan fərdi yaşayış evinin texniki pasportu cavabdeh orqanın arxivində mövcud olmuşdur. Bununla bağlı xx.xx.20218-ci il tarixli möhürlü texniki pasortun sürəti təqdim olunmuşdur. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə iş üzrə iddia tələbi dəqiqləşdirilərək, ünvan 1 ünvanında yerləşən 209.7 kv.metr sahəsi olan fərdi yaşayış evinə və onun altında yerləşən 0.1 ha torpaq sahəsinə dair iddiaçının hüquqlarının qeydiyyata alınması barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi icraata qəbul olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına əsas olmuş Abşeron Rayon İcra Hakimiyyəti başçısının 770 saylı, xx.xx.1993-cü il tarixli Sərəncamı və Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun 78/K saylı, xx.xx.1993-cü il tarixli Əmri əsasında hüquq sahibinə torpaq sahəsinin ayrılıb-ayrılmaması ilə bağlı Abşeron Rayon Dövlət Arxivinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq T/634 saylı, xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 770 saylı, xx.xx.1993-cü il tarixli Sərəncamı əsasında verilmiş Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun 78/K saylı, xx.xx.1993-cü il tarixli Əmrinə əlavə edilmiş adlı siyahıda İddiaçı adı aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və onun altında yerləşən torpaq sahəsinə dair İddiaçı adına çıxarışın verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə öhdəlik kimi qoyulması barədə iddiası etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və iddiaçıya xx.xx.2023-cü il tarixli, **********27 saylı məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildiririk ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına əsas olmuş Abşeron Rayon İcra Hakimiyyəti başçısının 770 saylı, xx.xx.1993-cü il tarixli Sərəncamı və Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun 78/K saylı, xx.xx.1993-cü il tarixli Əmri əsasında hüquq sahibinə torpaq sahəsinin ayrılıb-ayrılmaması ilə bağlı Abşeron Rayon Dövlət Arxivinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq T/634 saylı, xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 770 saylı, xx.xx.1993-cü il tarixli Sərəncamı əsasında verilmiş Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun 78/K saylı, xx.xx.1993-cü il tarixli Əmrinə əlavə edilmiş adlı siyahıda İddiaçı adı aşkar edilməmişdir. İddiaçı tərəfindən qeyd edilən torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən texniki pasportda qeyd edilən ölçülər ilə faktiki sahənin perimetrik ölçülərində uyğunsuzluq mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1- ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qismində vəkili və oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh nümayəndəsi ilkin məhkəmə iclasında işirak edərək etirazın məzmununa uyğun izahat vermiş, iddianın təmin edilməməsini xahiş etmişdir. Sonrakı məhkəmə iclaslarında cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. İİİ. Tədqiq edilən sübutlar və faktiki hallar Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 770 nömrəli Sərəncamından Çıxarışa əsasən vətəndaş İddiaçı 0.10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun Əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 9 noyabr 1993-cü il tarixli 12 №-li birgə qərarı və sovxozun 11 noyabr 1993-cü il tarixli 78/k nömrəli əmri nəzərə alınmışdır. Vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0.10 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Buzovna tərəvəzçilik-südçülük sovxozu rəhbərliyi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 677 nömrəli Arayışda qeyd olunmuşdur ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 770 nömrəli qərarına əsasən Buzovna südçülük sovxozu ərazisində fərdi yaşayış evi inşa etmək üçün İddiaçı 0.10 ha torpaq sahəsi verilmişdir. Vətəndaş İddiaçı göstərilən torpaq sahəsindən yaşayış evi inşa etmiş və hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Evin başı bağlı deyil və məhkəmə mübahisəsi yoxdur. Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən Əzizbəyov rayonu Buzovna qəsəbəsi Zağulba küçəsində 76 saylı yaşayış sahəsi 51,8 kv.m, köməkçi ahəsi 68,2 kv.m olan 3 otaqdan ibarət yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında ünvan 3-cü il tarixli sərəncamına əsasən qeydə alınmışdır. 20597 №-li reyestr kitabında yazılmışdır. 174 №-li inventar 23 aprel 2002-ci il. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına tərtib olunmuş Texniki Pasport iş materiallarına əlavə olunmuşdur. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətinə əsasən ümumi sahə 1180,0 kv.m., tikililər altı – 144,2 kv.m., torpaq sahəsi 1035,8 kv.m. təşkil edir. Mənzillərin sayı - 1, yaşayış otaqların sayı - 3, ümumi sahə 120,0 kv.m., yaşayış sahəsi – 51,8 kv.m., köməkçi sahə - 68,2 kv.m. İddiaçı tərəfindən Xəzər rayon İcra Hakimiyyətinə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədə qeyd olunmuşdur ki, İddiaçı mülkiyyətində (istifadəsində) olan torpaq sahəsində ünvan 6 ünvanında yerləşən sahəsi 210 kv.m, hündürlüyü 3,150 m, mərtəbəliliyi İ olan fərdi yaşayış evi inşa etmişdir. “X4 və Ekspertiza Mərkəzi” MMC tərəfindən məhkəmənin sorğusuna əsasən 193 nömrəli, 03 noyabr 2023-cü il tarixli məktubu ilə göndərilmiş mütəxəssis rəyinə əsasən ünvan 3-cü il tarixli sərəncamı əsasında Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun 78 K saylı, xx.xx.1993-cü il tarixli əmrinə əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı istifadəsinə verilmiş ünvan 1 ünvanında yerləşən 10 ha torpaq sahəsi yaşayış məntəqəsinin torpaqlarına aiddir, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir, tikililərin mövqeyində hər hansı uyğunsuzluq yoxdur, sahəsi 0,1143 hektardır, Buzovna Tərəvəzçilik-Südçülük Sovxozuna aid olan ayrıc aktının daxilində yerləşir. Məhkəmənin hazırki iş üzrə tarixli Qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli Mütəxəssis Rəyində qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.1 ha olsa da, faktiki olaraq 0.112 ha təşkil edir. Torpaq sahəsi üzərində mövcud olan (qeydiyytadan keçən) fərdi yaşayış evinin sənəd üzrə ümumi sahəsi 210.7 kv.m qeyd olunsa da, faktiki olaraq ümumi sahəsi 209.7 kv.m (6 otaq yaşayış sahəsi 93.0 kv.m ) təşkil edir. Torpaq sahəsinin üzərində əlavə tayvar və köməkçi tikili mövcuddur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən izahlı sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə X1 sovxozunun sərhədləri daxilindədir. Bundan əlavə olaraq bildiririk ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına əsas olmuş Abşeron Rayon İcra Hakimiyyəti başçısının 770 saylı, xx.xx.1993-cü il tarixli Sərəncamı və Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Buzovna Tərəvəzçilik- Südçülük Sovxozunun 78/K saylı, xx.xx.1993-cü il tarixli Əmri əsasında hüquq sahibinə torpaq sahəsinin ayrılıb-ayrılmaması ilə bağlı Abşeron Rayon Dövlət Arxivinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq T/634 saylı, xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 770 saylı, xx.xx.1993-cü il tarixli Sərəncamı əsasında verilmiş Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun 78/K saylı, xx.xx.1993-cü il tarixli Əmrinə əlavə edilmiş adlı siyahıda İddiaçı adı aşkar edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 0.1 ha olsa da, faktiki olaraq 0.112 ha təşkil edir. Torpaq sahəsi üzərində mövcud olan (qeydiyytadan keçən) fərdi yaşayış evinin sənəd üzrə ümumi sahəsi 210.7 kv.m qeyd olunsa da, faktiki olaraq ümumi sahəsi 209.7 kv.m (6 otaq yaşayış sahəsi 93.0 kv.m ) təşkil edir. Həmçinin qeyd olunan 174 invertar nömrəli, 20597 qeyd nömrəli fərdi yaşayış evinə dair verilmiş texniki pasportda torpaq sahəsi 0.118 ha göstərilmişdir. Torpaq sahəsinin üzərində əlavə talvar və köməkçi tikili mövcuddur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən izahlı baş plan rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə keçmiş X1 sovxozunun sərhədləri daxilindədir. Sahənin yaxınlığından 70.0-108.0 mm-lik yerüstü orta təzyiqli qaz xətti keçir. Faktiki torpaq sahəsi ilə texniki pasport arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bundan əlavə texniki pasportda 43.7 metr yazılan tərəf (qonşu kimi göstərilən hissə) baş planda və naturada yoldur. IV.İddianın növü və mümkünlüyü Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkündür. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddiaçı ünvan 1 ünvanında yerləşən 209.7 kv.metr sahəsi olan fərdi yaşayış evinə və onun altında yerləşən 0.1 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 139-1.1.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısından:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci hissəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə ünvan 6 ünvanında yerləşən torpaq sahəsinə münasibətdə müəyyən edir ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 770 nömrəli Sərəncamından Çıxarışa əsasən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun Əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 9 noyabr 1993-cü il tarixli 12 №-li birgə qərarı və sovxozun 11 noyabr 1993-cü il tarixli 78/k nömrəli əmri nəzərə alınaraq İddiaçı 0.10 hektar torpaq sahəsi ayrılmışdır. Odur ki, Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Buzovna Tərəvəzçilik- Südçülük Sovxozunun 78/K saylı, xx.xx.1993-cü il tarixli Əmri Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 770 nömrəli Sərəncamı ilə tamamlanmaqla iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən ilkin sübutu təşkil edir. Cavabdeh imtinanın əsası olaraq bildirmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 770 saylı, xx.xx.1993-cü il tarixli Sərəncamı əsasında verilmiş Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun 78/K saylı, xx.xx.1993-cü il tarixli Əmrinə əlavə edilmiş adlı siyahıda İddiaçı adı aşkar edilməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının adının əmrə əlavə edilmiş siyahıya daxil edilməməsi iddiaçının məsuliyyət sferası ilə əhatə olunmur. Bu zaman məhkəmənin nəzərə aldığı hallar hazırkı işdə olduğu kimi torpaq sahəsinə dair iddiaçıya məxsus olan sənədlərin mötəbərliyinin hər hansı şübhə doğurmaması və torpaq sahəsinin iddiaçının faktiki sahibliyində və istifadəsində olmasıdır. Məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli Mütəxəssis Rəyində vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin X1 sovxozunun sərhədləri daxilində yerləşdiyi qeyd edilmişdir və Buzovna tərəvəzçilik-südçülük sovxozu rəhbərliyi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 677 nömrəli Arayışda torpaq sahəsinin iddiaçıya ayrılması faktı təsdiq edilmişdir. Belə ki, müvafiq Arayışda qeyd olunmuşdur ki, “Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 770 nömrəli qərarına əsasən Buzovna südçülük sovxozu ərazisində fərdi yaşayış evi inşa etmək üçün İddiaçı 0.10 ha torpaq sahəsi verilmişdir. Vətəndaş İddiaçı göstərilən torpaq sahəsindən yaşayış evi inşa etmiş və hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. Evlə bağlı məhkəmə mübahisəsi yoxdur”. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçıya məhz torpaq sahəsinin ayrılması barədə Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 770 nömrəli Sərəncamına istinad olunaraq Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi tərtib olunmuşdur. Odur ki, torpaq sahəsinin 1993-cü il tarixdən (Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 770 nömrəli Sərəncamı qəbul edildiyi andan) etibarən iddiaçının faktiki sahibliyində və istifadəsində olması məhkəmədə hər hansı şübhə yaratmır. Məhkəmə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə iş materiallarını araşdıraraq müəyyən edir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına 2002-ci ilin aprel ayında Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportu tərtib olunmuşdur (ümumi sahə 1180,0 kv.m., tikililər altı – 144,2 kv.m., torpaq sahəsi 1035,8 kv.m.; mənzillərin sayı - 1, yaşayış otaqların sayı - 3, ümumi sahə 120,0 kv.m., yaşayış sahəsi – 51,8 kv.m., köməkçi sahə - 68,2 kv.m). Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2002-ci il tarixli Qeydiyyat Vəsiqəsi tərtib olunmuşdur (20597 №-li reyestr kitabı, 174 №-li inventar 23 aprel 2002-ci il). Məhkəmə nəzərə alır ki, Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli Qeydiyyat Vəsiqəsi İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəddir və daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 8.0.5-ci maddəsi vaxtilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələrini əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edir. Qanunun qeyd edilən maddəsində əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələrinin hüququn qeydə alınması üçün əsas hesab edildiyi qeyd edilsə də, artıq qeydə alınmış hüququn təkrar qeydiyyatının aparılması özlüyündə hüquq müəyyənliyi və şəxsin dövlətə olan etimadı ilə bir araya sığmır. Odur ki, qeyd edilən qeydiyyat sənədlərinin mövcudluğu təkrar qeydiyyat aparılmaqla deyil, daşınmaz əmlaka dair çıxarışın verilməsi ilə nəticələnməli və şəxsə müvafiq çıxarışın verilməsindən imtina edilməməlidir. Məhkəmə qeyd edir ki İddiaçı ərizə ilə Xəzər Rayon İcra Hakimiyyətinə fərdi yaşayış evinin inşa edilməsi və sonrakı vəziyyəti ilə bağlı məlumat vermişdir (xx.xx.2023-cü tarixli ərizə əsasında). Odur ki, məlumatlandırma icraatına riayət edilmişdir. Cavabdeh tərəfindən imtinanın digər əsası olaraq bildirmişdir ki, sahənin yaxınlığından 70.0-108.0 mm-lik yerüstü orta təzyiqli qaz xətti keçir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydaları: 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. 2.8. Boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Göründüyü kimi, qaz boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh inzibati orqanın məlumatlandırma icraatı qaydasında inşa edilmiş fərdi yaşayış evinə dair hüquqların qeydiyyatının aparılması zamanı araşdırma predmeti icra hakimiyyəti orqanları arasında səlahiyyətlər bölgüsü baxımından həmin icraata (məlumatlandırma) riayət edilməsi və inşa edilmiş fərdi yaşayış evinin texniki parametrlərinin (hündürlüyü, aşırımlarının uzunluğu və mərtəbəliliyi) Şəhəsalma və Tikinti Məcəlləsinə tələblərinə uyğunluğunun yoxlanması ilə məhdudlaşır. Hazırki işin hallarında görə məhkəmə müəyyən edir ki, cavabdeh tərəfindən qeyd edilən uyğunsuzluq (məlumatlandırma icraatına riayət edilməməsi və tikilinin texniki parametrləri ilə bağlı normativləri aşma) aşkar edilməmişdir. Belə ki, qeyd edilən ərazidə fərdi yaşayış evinin inşasına etiraz etməyə səlahiyyətli qurum məhz yerli icra hakimiyyəti orqanıdır. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; “Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı, və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında" Azerbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi" yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilatı xarakterli tədbirlər başa çatdırıldıqdan sonra "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, ünvan 4 ünvanında yerləşən 209.7 kv.metr sahəsi olan fərdi yaşayış evi və onun altında yerləşən 0.1 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı: İddia təmin edilsin. ünvan 4 ünvanında yerləşən 209.7 kv.metr sahəsi olan fərdi yaşayış evi və onun altında yerləşən 0.1 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar