Məhkəmə qərarları › İş №e-2-1(112)-4301/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4301/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4301/2022 09.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə (üçüncü şəxslər X5, X8, X18, X20, X21 və X22 cəlb olunmaqla) qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5, X8, X18, X20, X21 və X9 ünvan 1 ünvanındakı mənzildən istifadə hüquqlarına xitam verilməsi öhdəliyinin Bakı şəhəri Nizami rayon Polis idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Y.Səfərov küçəsi, ev 23, m 19 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Bunu təsdiq edən qeydiyyat vəsiqəsi iddia ərizəsinə əlavə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışı əsasında məlum olmuşdur ki, onların evində ailə tərkibindən əlavə tanımadığı insanlar qeydiyyatdadır. Qeydiyyatda olan ailə üzvləri: X38 pgİu, X13, X3, X14, X15. Xəbəri olmadan onların mənzildə qeydiyyatda olan şəxslər X5, X8, X20, X22, X28 və X10r. İddiaçı hesab edir ki, ailə üzvlərindən əlavə şəxslər texniki və ya hər hansı bir səhv ucbatından onların mənzilə qeydiyyata alınmışdır. Bu insanlarla heç bir tanışlıq, qohumluq əlaqəsi yoxdur. Həmin insanların yaşadıqları evdə qeydiyyatda olması gələcəkdə problemlərə səbəb ola bilər. Bu səbəbdən iddiaçı tərəfindən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinə müraciət olunmuşdur. 08.10.2021-ci il tarixli 087-27419N-3121 saylı cavab məktubu ilə məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə (üçüncü şəxslər X5, X8, X18, X20, X21 və X22 cəlb olunmaqla) qarşı 3-cü şəxslərin iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2 ünvandan qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Bakı şəhər icra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı №062947 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu 8-ci km., qəs., Y.Səfərov küçəsində yerləşən 23 saylı evin 19 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi 29.12.2000-ci il tarixdə hüquqi qeydiyyatdan keçmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 29.10.2021-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, 23.09.1963-cü il təvəllüdlü X23, X5, 01.09.1996cı il təvəllüdlü X13, X20, X3, X14, X15, X18, İddiaçı, X6, X16, X28 və X29 ünvan 4 ünvanında qeydiyyatdadır. -Cavabdeh tərəfindən verilmiş 08.10.2021-ci il tarixli, 087-27419N-3121 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, üçüncü şəxslərin ünvan 5 ünvanından qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə araşdırması dövründə üçüncü şəxslər X1, X2, X7, X11, X12 və X9 ünvan 1 ünvanında qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq 27.12.2021-ci il tarixli 087-36837-1221 saylı cavab məktubu ilə X5, X8, X18, X20, X21 və X22 ünvan 7 ünvanına qeydiyyata alınmasına əsas olmuş sənədlərin arxivdə saxlanılma müddəti bittiyindən müvafiq qanunvericiliyə uyğun olaraq yandırılaraq məhv edildiyi bildirilmişdir. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Nizami rayonu, Y.Səfərov küçəsi ev 23, 19 nömrəli mənzilə dair bütün hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətinin, 3-cü şəxslər X5, X8, X18, X20, X21 və X9 istifadə hüquqlarının olub-olmaması barədə məlumat sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim olunan müqaviləsindən görünür ki, İddiaçı ünvan 8 ünvanında yerləşən yaşayış sahəsi 34 kv.m., olan 2 otaqlı mənzili X4 35.000.000 manat məbləğində vəsait ödəməklə ondan satın almışdır. Beləliklə işin hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, 8-ci km., Y.Səfərov küçəsi, ev 23 ünvanında yerləşən 19 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxslər X5, X8, X18, X20, X21 və X17 tanımır, hər hansı qohumluq əlaqəsi yoxdur. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxsin ona məxsus mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X5, X8, X18, X20, X21 və X22 iddiaçıya məxsus ünvan 9 ünvanında yaşamaqları halda üçüncü şəxslərin həmin ünvanda formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxsin Bakı şəhəri, Nərimanov rayonu, 1956-1989-cu məhəllə Ə.Əliyev küçəsi (keçmiş Ə.Cavad küçəsi), ev 26, mənzil 297ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 3-cü şəxslər X5, X8, X18, X20, X21 və X9 Bakı şəhəri, Nizami rayonu Y.Səfərov küçəsində yerləşən 23 saylı evin 19 saylı mənzilindən qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar