Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4313/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınaraq çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən iddiaçının şəxsi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, ümumi sahəsi 327.10 kv.m, 0.12 ha torpaq sahəsindən ibarət olan, ev 220M ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış obyekti kimi dövlət reyestrində hüquqi qeydiyyata alınaraq iddiaçının adına həmin sahəyə dair çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Resyestrində qeydiyyatdan keçmiş Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 327.10 kv.m, 3 (üç) yaşayış otağından ibarət, 0.12 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixli çıxarışa əsasən şəxsi mülkiyyət hüquqi ilə iddiaçıya məxsusdur. Bakı şəhəri Suraxanı RİH-nin 110 saylı, xx.xx.2021-ci il tarixli sərəncamı ilə göstərilən yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilmiş, bununla bağlı eyni zamanda müvafiq olaraq xx.xx.2021-ci il tarixdə “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə bildiriş”, xx.xx.2021-ci il tarixli “Texniki rəy”, xx.xx.2021-ci il tarixli (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə sahəsinə keçirilməsi haqqında) “Qəbul akt”ı verilmişdir. Cavabdehə qeyd olunan sənədərə əsasən ərizə ilə müraciət olunaraq göstərilən sahənin qeyri-yaşayış obyekti kimi dövlət reyestrində hüquqi qeydiyyata alınaraq çıxarışın verilməsi xahiş edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə göstərilən sahənin qeyri-yaşayış obyekti kimi dövlət reyestrində hüquqi qeydiyyata alınaraq çıxarışın verilməsindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız sayır və hesab edir ki, təqdim edilmiş Bakı şəhəri Suraxanı Sərəncamına, “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə bildiriş”ə, “Texniki rəy”ə, “Qəbul aktı”na əsasən göstərilən sahə qeyri-yaşayış obyekti kimi dövlət reyestrində hüquqi qeydiyyata alınaraq iddiaçının adına həmin sahəyə dair çıxarış verilməlidir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, qeyri-yaşayış binasının qeydiyyatı ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin rəyi təqdim olunmamışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər bu Məcəllənin 15.1.4-cü maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Resyestrində qeydiyyatdan keçmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Samir Əliyev küçəsi, A yaşayış sahəsi, ümumi sahəsi 327,10 kv.m, 0,12 ha torpaq sahəsindən ibarət olan, ev 220M ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış obyekti kimi dövlət reyestrində hüquqi qeydiyyata alınaraq mənim adıma həmin sahəyə dair çıxarış verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********49 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyri-yaşayış binasının qeydiyyatı ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin rəyi təqdim olunmamışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıqplanlaşdırma və konstruksiya bölmələri, mühəndiskommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər bu Məcəllənin 15.1.4-cü maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edillir.
5. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına xx.xx.2021ci il tarixdə tərtib edilmiş Texniki Pasport iş materiallarına əlavə olunmuşdur.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
7. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının “Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 110 nömrəli Sərəncamına əsasən Yeni Suraxanı qəsəbəsi, S.Əliyev küçəsi, “A” yaşayış sahəsi, ev 220M ünvanda yerləşən, vətəndaş İddiaçı xüsusi mülkiyyətində olan 1 mərtəbəli fərdi yaşayış evində yenidənqurma və yenidənplanlaşdırma işlərinin aparıldığını, həmçinin uzun illər öncə əlavə giriş qapılarının açıldığını nəzərə alaraq, evin yaşayış sahəsinin təqdim olunmuş eskiz layihəsinə uyğun olaraq qeyri-yaşayış sahəsinə mövcud qanunvericiliyin tələblərinə əsasən keçirilməsi qərara alınmışdır.
8. Suraxanı Rayon İcra Hakimiyyətinin “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli Bildirişinə əsasən Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 141,3 kv.m olan yaşayış sahəsinin ticarət obyekti məqsədi ilə qeyriyaşayış sahəsinə keçirilməsi barədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərə baxaraq
1. Sahənin: a) Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə qabaqcadan heç bir şərt qoyulmadan keçirilməsi; b) Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilərkən aşağıdakı işlərin müəyyən edilmiş qaydada aparılması şərtilə keçirilməsi - yamğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və digər tələblərə riayət olunaraq mövcud qanunvericilikdə nəzərdə tutulmuş müvafiq dövlət qurumlarının razılığı nəzərə alınsın.
9. Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli Texniki Rəyə əsasən ətəndaş İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən mənzilə baxış keçirərək aşağıdakıları müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa (reyestr nömrəsi **********81-10301) əsasən yuxarıda qeyd olunan ünvanda yerləşən, yaşayış sahəsi 141,3 kv.m, köməkçi sahəsi 185,8 kv.m, ümumi sahəsi 327,1 kv.m olmaqla 3 yaşayış otağından ibarət olan 1 mərtəbəli fərdi yaşayış evi vətəndaş İddiaçı xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evində uzun illər öncə yenidənqurma və yenidənplanlaşdırma işləri aparılaraq qeyri-yaşayış sahəsi kimi isitifadə etmək üçün uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20, 21 və 27-ci maddələrini rəhbər tutaraq komissiya hesab edir ki, vətəndaş İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində yenidənqurma və yenidənplanlaşdırma işlərinin aparıldığını, həmçinin uzun illər öncə əlavə giriş qapılarının açıldığını nəzərə alaraq, yaşayış sahəsinin mövcud vəziyyətdə qeyri-yaşayış sahəsinə keçirilməsi mümkündür.
10. Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Aparatının “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qəbul aktına əsasən Vətəndaş İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə yerində baxış keçirərək aşağıdakıları müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa (reyestr nömrəsi **********81-10301) əsasən yuxanda qeyd olunan ünvanda yerləşən vətəndaş İddiaçı xüsusi mülkiyyətində olan və ümumi sahəsi 327,1 kv.m olan fərdi yaşayış evində yenidənqurma və yenidənplanlaşdırma işləri aparılmış və təqdim olunmuş eskiz layihəsinə uyğun olaraq qeyri-yaşayış sahəsinə keçirilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20, 21 və 27-ci maddələrini rəhbər tutaraq komissiya hesab edir ki, vətəndaş İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi mövcud vəziyyətdə qeyri-yaşayış sahəsi kimi istismara hazırdır.
11. Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) Aktına əsasən torpaq sahəsi daş hasarla sərhədlənib. 3 tərəfdən yol, 1 tərəfdən boş sahə ilə sərhədlənib. Eskiz layihəyə əsasən A tikilisinin 1 və 2, 8 və 9 saylı sahələri arasında arakəsmə mövcud deyil. A tikilisnə bitişik 70.0 kv.m əlavə sahələr inşa edilmişdir. Torpaq sahəsi 1180 kv.m artıqdır. Tikili qeyri-yaşayış sahəsi (ticarət cərgəsi) kimi istifadə edilir.
12. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi haqqında” RİHB tərəfindən xx.xx.2021-ci il tarixli 11 saylı sərəncam verilmişdir və həmin sərəncam hal-hazırda qüvvədədir.
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
14. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
17. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
18. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
19. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alanaraq çıxarışın verilməsini tələb etmişdir.
20. Mənzil Məcəlləsindən: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir.
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 15. İqtisadi inkişaf və dövlət İ. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. İİ. Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Maddə 59. Azad sahibkarlıq hüququ İ. Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.https://e-qanun.az/framework/897 İİ. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.
22. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına Texniki Pasport tərtib olunmuş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak fərdi yaşayış evi (yaşayış sahəsi) kimi İddiaçı adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
23. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
24. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X2 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; - hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən mütənasiblik prinsipindən aktiv istifadə edilərək bu prinsipin anlayışına və mahiyyətinə yüksək diqqət yetirilir. Plenumun qərarlarında mütənasiblik prinsipinin mahiyyəti Konstitusiyanın və qanunların bilavasitə şərhi, həmçinin Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquq tətbiqetmə təcrübəsi əsasında açıqlanır. Konstitusiya Məhkəməsi Plenumunun X3 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
25. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış binasının qeydiyyatı ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin rəyi təqdim olunmamışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bina və qurğuların layihələndirilməsi və tikintisi zamanı tikinti ərazisinin baş planı, memarlıqplanlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblər bu Məcəllənin 15.1.4-cü maddəsində nəzərdə tutulmuş şəhərsalma və tikintiyə dair texniki normativ hüquqi aktlar əsasında müəyyən edilir.
26. Bununla bağlı məhkəmə qeyd edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
27. Məhkəmə iş materiallarına əsasən müəyyən edir: - Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının “Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsini qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 110 nömrəli Sərəncamına əsasən Yeni Suraxanı qəsəbəsi, S.Əliyev küçəsi, “A” yaşayış sahəsi, ev 220M ünvanda yerləşən, vətəndaş İddiaçı xüsusi mülkiyyətində olan 1 mərtəbəli fərdi yaşayış evində yenidənqurma və yenidənplanlaşdırma işlərinin aparıldığını, həmçinin uzun illər öncə əlavə giriş qapılarının açıldığını nəzərə alaraq, evin yaşayış sahəsinin təqdim olunmuş eskiz layihəsinə uyğun olaraq qeyri-yaşayış sahəsinə mövcud qanunvericiliyin tələblərinə əsasən keçirilməsi qərara alınmışdır. - Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli Texniki Rəyə əsasən ətəndaş İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən mənzilə baxış keçirərək müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa (reyestr nömrəsi **********81-10301) əsasən yuxarıda qeyd olunan ünvanda yerləşən, yaşayış sahəsi 141,3 kv.m, köməkçi sahəsi 185,8 kv.m, ümumi sahəsi 327,1 kv.m olmaqla 3 yaşayış otağından ibarət olan 1 mərtəbəli fərdi yaşayış evi vətəndaş İddiaçı xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evində uzun illər öncə yenidənqurma və yenidənplanlaşdırma işləri aparılaraq qeyri-yaşayış sahəsi kimi isitifadə etmək üçün uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20, 21 və 27-ci maddələrini rəhbər tutaraq komissiya hesab edir ki, vətəndaş İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində yenidənqurma və yenidənplanlaşdırma işlərinin aparıldığını, həmçinin uzun illər öncə əlavə giriş qapılarının açıldığını nəzərə alaraq, yaşayış sahəsinin mövcud vəziyyətdə qeyri-yaşayış sahəsinə keçirilməsi mümkündür. - Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Aparatının “Yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli Qəbul Aktına əsasən Vətəndaş İddiaçı məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə yerində baxış keçirərək müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışa (reyestr nömrəsi **********81- 10301) əsasən yuxanda qeyd olunan ünvanda yerləşən vətəndaş İddiaçı xüsusi mülkiyyətində olan və ümumi sahəsi 327,1 kv.m olan fərdi yaşayış evində yenidənqurma və yenidənplanlaşdırma işləri aparılmış və təqdim olunmuş eskiz layihəsinə uyğun olaraq qeyri-yaşayış sahəsinə keçirilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20, 21 və 27-ci maddələrini rəhbər tutaraq komissiya hesab edir ki, vətəndaş İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi mövcud vəziyyətdə qeyriyaşayış sahəsi kimi istismara hazırdır.
28. Məhkəmə nəzərə alır ki, Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi haqqında” RİHB tərəfindən xx.xx.2021-ci il tarixli 11 saylı sərəncam verilmişdir və həmin sərəncam hal-hazırda qüvvədədir.
29. Digər tərəfdən məhkəmə nəzərə alır ki, Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) Aktına əsasən tikili həmin vaxtdan etibarən qeyriyaşayış sahəsi (ticarət cərgəsi) kimi istifadə edilir.
30. İnzibati icraat haqqında qanundan: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur.
31. Odur ki, məhkəmə ilk növbədə hesab edir ki, cavabdeh qurumun imtinası qanuni deyil. Belə ki, buna səlahiyyətli qurumun (inzibati orqanən) qərarı (sərəncamı) ilə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilmiş, həmin inzibati akt aparılmış inzibati icraatın nəticəsini əks etdirir (o cümlədən memarlıqplanlaşdırma və konstruksiya bölmələri, mühəndis-kommunikasiya təminatı və inşaat materialları ilə bağlı yanğın təhlükəsizliyinə dair ümumi tələblərə cavab verməsini), həmin akt qüvvədədir, ləğv edilməyib, geri çağırılmayıb. Həmin sərəncamın qəbul edilməsi ilə bağlı məsuliyyəti də məhz (buna səlahiyyətli olan) yerli icra hakimiyyəti (Suraxanı RİH) daşıyır. Belə olan təqdirdə, cavabdeh inzibati orqanın vəzifəsi isə (icra hakimiyyəti orqanlarının vahidliyi prinsipindən çıxış edərək) həmin sərəncam əsasında yaranmış hüququn qeydiyyatını aparmaqdır. Hüququn qeydiyyatını aparmaq vəzifəsi olan inzibati orqan kimi cavabdehin qeyd edilən sərəncamın qəbul edilməsi zamanı aparılmış inzibati icraatı təftiş etmək, sərəncamın qəbul edilməsi üçün əsas olmuş icraatın qanuniliyinə qiymət vermək səlahiyyəti yoxdur. Qeydiyyatı aparan orqan kimi cavabdehin vəzifəsi təqdim edilən sərəncamın buna səlahiyyətli qurum tərəfindən qəbul edilməsini və qüvvədə olub-olmamasını yoxlamaqdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən qərar qüvvədədir və Mənzil Məcəlləsinə əsasən həmin inzibati aktı qəbul etmək səlahiyyəti yerli icra hakimiyyətinə aiddir.
32. Odur ki, cavabdehin imtinası qanuni deyil (bu mərhələdə məhkəmənin əsaslandırması əslində yekunlaşmalıdır). Lakin məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil, yəni tətbiq olunan vasitə qarşıya qoyulan məqsədə mütənasib deyil.
33. Cavabdeh qurumun imtinası iddiaçının vəziyyətinə mütənasib olmamaqla onun üzərinə həddən artıq yük qoymuşdur, nəticə etibarilə imtina qanuni olmamaqla yanaşı, iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunmamışdır.
34. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
35. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 327,10 kv.m olan daşınmaz əmlakın (fərdi yaşayış evinin) təyinatını qeyri-yaşayış sahəsi kimi qeyd etməklə İddiaçı yeni çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva