Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4329/2023 28.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən təyin olunmaqla hesablanaraq ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən təyin olunmaqla hesablanaraq ödənilməsi, habelə xx.xx.2022-ci il tarixdən başlayaraq 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1958-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuşdur. Onun əri X2 hərbi qulluqçu olmuş və 2004-cü il tarixdə vəfat etmişdir. O, 2009-cu ildən başalayaraq yaşa görə əmək pensiyası hüququ əldə etmiş və 2019-cu ilin iyun ayının 20-dən etibarən qanunvericiliyin tələblərinə əsasən onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmışdır. 2019-cu ilin mart ayından başlayaraq Azərbaycanda COVİD-19 pandemiyası ilə əlaqədar elan olunmuş qapanmalar ilə bağlı iddiaçı əmək pensiyasının təyin edilməsi ilə bağlı vaxtında müraciət edə bilməmiş, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə cavabdehə 31 mart 2022-ci il tarixdə müraciət etmişdir. Buna müvafiq olaraq, cavabdeh ona 01 aprel 2022-ci il tarixdən başlayaraq müvafiq təminat xərcliyinin (822,75 manat) 80 faizi - 658,20 manat məbləğində pensiya məbləği təyin etmişdir. Bundan sonra, 19 sentyabr 2022-ci il tarixdə cavabdehə müraciət edərək əmək pensiyası məbləğinin 10 faizi miqdarında aylıq maddi yardımın və əmək pensiya hüququnun yarandığı dövrdən başlayaraq pensiya məbləğinin ödənilməsini tələb etmişdir. Cavabdehin **********8 saylı 12 sentyabr 2022-ci il tarixli məktubu ilə müraciətinin təmin edilməsindən imtina olunmuşdur. 543-VQD nömrəli, 10 mart 2017-ci il tarixli "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qəbul edilmiş Azərbaycan Respublikasının Qanununa, həmin Qanununun 01 iyul 2017-ci il tarixdə qüvvəyə minməsindən sonra "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 904-İİİQD nömrəli, 27 oktyabr 2009-cu il tarixli "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qəbul edilmiş Azərbaycan Respublikasının Qanununa əsasən 111-VİQD nörməli, xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qəbul edilmiş Azərbaycan Respublikasının Qanununa kimi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsi yeni redaksiya verilərək ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə, 240-VİQD nömrəli, 29 dekabr 2020-ci il tarixli "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qəbul edilmiş Azərbaycan Respublikası Qanununu, həmin Qanununun 01 yanvar 2021-ci il tarixdə qüvvəyə minməsinə kimi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. 543-VQD nömrəli 10 mart 2017-ci il tarixli "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qəbul edilmiş Azərbaycan Respublikasının Qanununa, həmin Qanunun 01 iyul 2017-ci il tarixdə qüvvəyə minməsindən və 1362-VQD nömrəli 2018-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qəbul edilmiş Azərbaycan Respublikasının Qanununa, həmin Qanununun 01 yanvar 2019-cu il tarixdə qüvvəyə minməsindən sonra “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının ilk öncə, yəni 2009-cu ilin iyun ayının 20-də yaşa görə əmək pensiyası növü üzrə hüququ yaranmış, sonrakı dövrdə isə yəni 2019-cu ilin iyun ayının 20-də isə ailə başçısını itirməyə görə əmək pensiyası növü üzrə hüququ yaranmışdır. Qanunvericilik vətəndaşa hüququn yarandığı vaxtdan müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün cavabdeh orqandan ödənilməsini tələb etmək hüququnun olmasını imperativləşdirilmişdir. Onun ailə başçısını itirməyə görə əmək pensiyası növü üzrə hüququ 2019-cu ilin iyul ayının 20-də yaranmış, lakin onun tərəfindən həmin növ üzrə pensiya məbləğinin təyin olunması və ödənilməsi barədə müraciəti cavabdehə 31 mart 2022-ci il tarixdə olmuşdur. Bu səbəbdən cavabdeh ona həmin növ üzrə pensiya məbləğini 20 iyul 2019-cu il tarixdən təyin etməklə hesablamalı və ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməli idi. Cavabdehin ********** nömrəli 12 oktyabr 2022-ci il tarixli məktubu ilə onun həmin hissəyə dair tələbinə münasibətdə cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə istinad etməklə imtina etməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, qeyd olunan maddi hüquq norması vətəndaşa pensiya məbləğinin ödənilməsi vaxtını, yəni əmək pensiyası üzrə payın ayrılmasına dair münasibətləri müəyyən edir. Həmin maddi hüquq norması pensiya təyin edilməsi müddətini müəyyən etmir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ********** nömrəli 12 oktyabr 2022-ci il tarixli məktubu ilə iddiaçının əmək pensiyasının məbləğinin 10 faizi miqdarında aylıq maddi yardımın ödənilməsi hissəsinə dair tələbinə münasibətdə cavabdeh “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 3173 nömrəli 04 mart 2022-ci il Sərəncamının 1 və 1.1-ci bəndlərində qeyd olunan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsinin təmin edilməsi qoyulmuş, bu səbəbdən onun ailə başçısını itirməyə görə əmək pensiyası növü üzrə hüququ 01 aprel 2022-ci il tarixdən təyin olunduğundan iddiaçıya münasibətdə həmin hüquq yaranmadığı üçün aylıq maddi yardımın ödənilməsindən imtina olunmuşdur. Bununla bağlı olaraq, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası növü üzrə hüququ cavabdehin qeyd etdiyi kimi 01 aprel 2022-ci il tarixdən deyil, məhz 20 iyun 2019cu il tarixdən yaranmışdır. Bu səbəbdən həmin Fərmanın müddəaları iddiçayı birbaşa şamil olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1 və 2.2.2-ci maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 3.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********8 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, iddiaçı 31 mart 2022-ci il tarixdə Mərkəzi Filiala mərhum X1 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün müraciət etmişdir. Mərkəzi Filialın sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 18 aprel 2022-ci il tarixli **********1 nömrəli məktubunda iddiaçıya yaşa görə əmək pensiyasının 31 mart 2022-ci il tarixədək ödənildiyi qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Sözügedən Qanunun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarının 13 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə, yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Bununla əlaqədar olaraq, iddiaçıya Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsinə uyğun olaraq 01 aprel 2022-ci il tarixdən müvafiq təminat xərcliyinin (822,75 manat) 80 faizi - 658,20 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilir. Eyni zamanda, “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 04 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım 01 yanvar 2022-ci il tarixədək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına ödənilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası və əmək pensiyasına qulluq stajına görə əlavələr 01 yanvar 2022-ci il tarixdən əvvəl deyil, 01 aprel 2022-ci il tarixdən təyin edildiyindən müraciətində göstərdiyi maddi yardımın iddiaçıya ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Sözügedən Qanunun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan: - 18 yaşına çatmamış övladları; - 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları; - təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları (ən çoxu 23 yaşına çatanadək); - həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaşına (hazırda qadınlar üçün 62 il 6 ay) çatmış, yaxud İ və ya İİ dərəcə əlil atası, anası, əri (arvadı); - həmçinin, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun bu normasından aydın olur ki, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün müəyyən kriteriyalar mövcuddur. 543-VQD nömrəli 10 mart 2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qəbul edilmiş Azərbaycan Respublikasının Qanununa, həmin Qanununun 01 iyul 2017-ci il tarixdə qüvvəyə minməsindən sonra “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. **********8 nömrəli, 12 sentyabr 2022-ci il tarixli “əmək pensiyası məbləğinin 10 faizi miqdarında aylıq maddi yardımın ödənilməməsi haqqında” məktubda iddiaçının 31 mart 2022-ci il tarixdə Mərkəzi Filiala mərhum X1 ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün müraciət etməsi qeyd olunmuşdur. Mərkəzi Filialın sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 18 aprel 2022-ci il tarixli **********1 nömrəli məktubunda iddiaçıya yaşa görə əmək pensiyasının 31 mart 2022-ci il tarixədək ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarının 13 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Eyni zamanda, “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 04 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım 01 yanvar 2022-ci il tarixədək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına ödənilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası və əmək pensiyasına qulluq stajına görə əlavələr 01 yanvar 2022-ci il tarixdən əvvəl deyil, 01 aprel 2022-ci il tarixdən təyin edildiyindən müraciətdə göstərilən maddi yardımın iddiaçıya ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən cavabdehin imtinası qanunidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi şəhər (rayon) şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 1392 saylı xx.xx.2009-cu il tarixli qərarına əsasən İddiaçı yaşa görə (qocalıq) – 3 uşaq anası olaraq xx.xx.2009-cu il tarixdən 75,00 manat pul məbləğində pensiya təyin edilmişdir. AZ-İ seriyalı 095624 saylı xx.xx.2004-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2004-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən iddiaçıya təqdim edilmiş 05/Q-995/69 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı dair xx.xx.2022-ci il tarixədək aparılmış yoxlamaya əsasən onun mərhum əri – X2 xx.xx.2004-cu il tarixdə ölmüşdür. İki uşağı – qızı X4 (xx.xx.1980) və oğlu X6 (xx.xx.1983) var. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək bildirmişdir ki, onun əri hərbçi olmuşdur. 2004-cü ildə qəza nəticəsində faciəvi şəkildə vəfat etmişdir. Vəfat etmədən öncə pensiyaya çıxmışdır. Ona 3 il bundan öncə yaşa görə pensiya təyin edilmişdir. Pandemiya dövrünə düşdüyünə və onlayn sistemlə işləməyi bacarmadığına görə vaxtında müraciət edərək ailə başçısını itirməyə pensiyanı dəyişdirərək ala bilməmişdir. 2022-ci ilin aprel ayında müraciət etmişdir və ona ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Lakin əvvəlki 3 ilin pensiyasını və qulluq stajına görə 10% hər ay maddi yardımı ona vermirlər. Bu barədə köməklik göstərilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən iddiaçıya təqdim edilmiş 05/Q-129/70 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı dair xx.xx.2022-ci il tarixədək aparılmış yoxlamaya (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qeydiyyat orqanlarında olan məlumata) əsasən, o, xx.xx.1979-cu il tarixdə (akt qeydi nömrə - 32), Şərur rayon Dərvişlər icra nümayəndəliyində X3 ilə nikaha daxil olmuş və sonuncunun xx.xx.2004-cü il tarixdə ölməsi ilə bağlı həmin nikaha xitam verilmişdir (ölüm xx.xx.2004-cü il tarixdə 461 saylı akt qeydi ilə Nəsimi rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır). xx.xx.2004-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində İddiaçı nikahı haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi iddiaçının nümayəndə və vəkilinin ərizəsinə əsasən “ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən təyin olunmaqla hesablanaraq ödənilməsi” kimi dəyişdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Belə ki, X9 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Məhkəmə hesab edir ki, Ailə başçısını itirməyə görə əmək pensiyası təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (həmin qanun xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir) “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddə yeni redaksiyada verilmişdir. 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Əvvəlki redaksiyada deyilirdi: Maddə 34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası onun 61 yaşdan – xx.xx.2019-cu il tarixdən yaranmış və “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının hüququnun yarandığı vaxt (xx.xx.2019cu il) qüvvədə olan redaksiyasına əsasən, ailə başçısını itirməyə görə pensiya əmək pensiyasının təyin edilməsi müvafiq müraciətin edildiyi tarixdən deyil (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş redaksiyadan fərqli olaraq), məhz vətəndaşın hüququnun yarandığı vaxdan təyin edilməli və hesablanmalıdır. Bu qənaət “Əmək pensiyaları haqqında” Qanunun 14.1, 14.1.2-ci maddələri ilə yanaşı, həmin Qanunun 31.1-ci və 32.1-1-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, 31.1-ci maddəsinə “əmək pensiyası hüququ olan şəxslər” müddəası o cümlədən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan şəxsləri, Qanunun 32.1-1-ci maddəsində “əmək pensiyaları” müddəası isə, həmçinin “ailə başçısını itirməyə görə əmək pensiyası”nı da ehtiva edir. İddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası xx.xx.2022-ci il tarixdə təyin edilmişdir. Həmin tarixə qədər o, 3 uşaq anası olaraq yaşa görə pensiya almışdır. İddiaçının əmək pensiyasının pensiya növü (yaşa görə əmək pensiyasından ailə başçısının itirilməsinə görə pensiyaya keçirilməklə) həmin tarixdən dəyişdirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı (həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq) ona hüququnun yarandığı 20 iyun 2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəzərə alınmalıdır ki, xx.xx.2019-xx.xx.2022-ci il tarixlər arasında ötən dövr üçün hesablanan pensiya fərqinin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən təyin olunmaqla hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №e-2-1(112)-4329/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4329/2023
28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver