Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-4334/2025 10.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Local Gəlirlər Baş idarəsi tərəfindən 01 noyabr 2024-cü il tarixli, 3-21-2-3/2- 273416/2024 saylı qərarının ləğv edilməsinə dai barədə qərar qəbul edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Birlik-23 MMC ilə xx.xx.2023-cü il tarixində B/M954-321 saylı xidmətlərin göstərilməsinə dair müqavilə bağlamışdır. Daha sonra tərəflər arasında xx.xx.2023-ccü il tarixli 1 saylı, xx.xx.2023-cü il tarixli 2 saylı, xx.xx.2023-cü il tarixli 3 saylı və xx.xx.2023-cü il tarixli 4 saylı qiymətlərə dair protokollar imzalanmışdır. Müqaviləyə dair xidmət göstərildikdən sonra tərəflər arasında 23 noyabr 2023-cü il atrixli 1 saylı, 24 noyabr 2023-cü il tarixli 2 saylı, 27 noyabr 2023-cü il tarixli 3 saylı və 29 noyabr 2023-cü il tarixli 4 saylı Təhvil-Təslim aktları imzalanmışdır. İşlər görüldükdən sonra Birlik-23 MMC tərəfindən iddiaçı Mirai Technology MMC-yə xx.xx.2023cü il tarixində EBDT seriyalı 424160 saylı, xx.xx.2023-cü il tarixində EBDT sariyalı 478699 saylı, xx.xx.2023-cü il tarixində EBDT seriyalı 971448 saylı və xx.xx.2023-cü il tarixində isə EBDT seriyalı 974938 saylı xidmətlərin göstərilməsinə dair elektron qaimə göndərmişdir. Bundan sonra X4 Məsuliyyətli Cəmiyyəti tərəfindən Birlik-23 MMC-yə xx.xx.2023-cü il tarixində 151136 manat, xx.xx.2023-cü il tarixində 94740 manat, xx.xx.2023-cü il tarixində 85616 manat və xx.xx.2023-cü il tarixində isə 93375 manat ümumilikdə 424867 manat əsas məbləğ köçürülmüşdür. Eyni zamanda X4 Məsuliyyətli Cəmiyyəti tərəfindən Birlik-23 MMC-nin ƏDV hesabına yuxarıda qeyd edilmiş məbləğlərə dair 76476.06 manat ƏDV ödənilmişdir. Sonuncu ödəniş xx.xx.2023-cü il tarixində həyata keçirirlmişdir. Qeyd edilməlidir ki, Vergi Xidməti 2023-cü ilə dair təqdim edilmiş bəyannaməni qəbul etmiş və buna dair hər hansı etiraz bildirilməmişdir. xx.xx.2024-cü il tarixində Vergi Xidməti **********982700 saylı qərarı ilə Birlik-23 MMC-ni riskli Vergi ödəyicisi siyahısına əlavə etmişdir. Daha sonra Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Kameral yoxlama təyin etmiş və onun nəticəsində isəİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş idarəsin tərəfindən 01 noyabr 2024-cü il tarixli, 3-21-2- 3/2-273416/2024 saylı qərar qəbul etmişdir. Həmin qərarla iddiaçı tərəfindən təqdim edilmiş EBDT seriyalı 424160 saylı xx.xx.2023-cü il tarixili, EBDT seriyalı 478699 saylı xx.xx.2023-cü il tarixli, EBDT seriyalı 971448 saylı xx.xx.2023-cü il tarixli və EBDT seriyalı 974938 saylı xx.xx.2023-cü il tarixli qaimələrə dair ödənişlər riski hesab edilmiş və onların əvəzləşdirilməsi ləğv edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclası təyin olunaraq bu barədə tərəflərə bildiriş ünvanlanmışdır.Tərəflər məhkəmə iclasında iştirak etmişdirlər. Cavabdeh xx.xx.2024-cü il tarixli vəsatət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı (VÖEN **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-273416/2024 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bildirilir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-273416/2024 nömrəli qərar ləğv olunduğundan, yəni mübahisələndirilən iddia predmeti mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə mübahisələndirilən dövr üzrə (sentyabr 2024) yenidən hesablamalar apararaq dəqiqləşmələr təqdim edilmiş və beləliklə də xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-273416/2024 nömrəli qərar öz qüvvəsini itirmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-273416/2024 nömrəli Qərar ləğv olunmuşdur və hazırda qüvvədə deyildir. AR İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vegilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-273416/2024 saylı xx.xx.2024-cü il tarixli (bəyannamə və hesabat dövrü: əlavə dəyər vergisi 2024 sentyabr) qərarına əsasən İddiaçınə 76476,06 manat əlavə vergi və ya sığorta haqqı məbləği hesablanmışdır (Sair: Vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDVnin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 76476,06 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir). Cavabdeh tərəfindən təqdim edilmiş Dövlət Vergi Xidməti X1 sistemindən çıxarışdan görünür ki, yeni sənəd nömrəsi 3-21-2-3/2-273416/2024, köhnə nömrəsi isə **********560200-dır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vegilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-342221/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına (bəyannamə və hesabat dövrü: əlavə dəyər vergisi 2024 sentyabr) əsasən İddiaçınə 76476.06 manat əlavə vergi və ya sığorta haqqı məbləği hesablanmışdır. (Sair: ƏDV bəyannaməsində(11.203) əvəzləşmə üçün təqdim edilmiş EBDT seriyalı 424160 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 27204.48 manat ƏDV (məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin |0.0 manat olması nəticəsində 27204.48 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində ( 11.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDT seriyalı 478699 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 17053.2 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 17053.2 manat kənarlaşma yaranmışdır. Tərəfindən- ƏDV bəyannaməsində ( 11.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDT seriyalı 971448 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 16807.5 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 16807.5 manat kənarlaşma yaranmışdır. Tərəfindən ƏDV bəyannaməsində ( 11.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDT seriyalı ******* nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron-faktura üzrə 15410 88 manat ƏDV məbləğinin tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması, nəticəsində 15410.88 manat kənarlaşma yaranmışdır.) Bu qərara əsasən ləğv edilmiş əvvəlki qərar barədə məlumat (**********560200, ********) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vegilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-175967/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına (bəyannamə və hesabat dövrü: əlavə dəyər vergisi 2024 sentyabr) əsasən İddiaçınə 76476.06 manat əlavə vergi və ya sığorta haqqı məbləği hesablanmışdır. (Sair: Vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 76476,06 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir). Bu qərara əsasən ləğv edilmiş əvvəlki qərar barədə məlumat (**********278500, ********) İddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə (hakim Ceyhun Quliyev) xx.xx.2025-ci il tarixli e-2-1(112)-7464/2025 nömrəli “cavabdeh İqtisadiyyat yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərərəfindən xx.xx.2025-ci il tarixli 3-21-2-3/2- 175967/2025 saylı qərarın ləğv edilməsi barədə” iddia ərizəsi daxil olmuşdur. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 1(112)-7464/2025 nömrəli sərəncamından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixdə saat 12:30-a təyin edilmişdir. Məhkəmə iclasında AR İPM-nin 13-cü maddəsinə əsasən iddiaçının vəkili və nümayəndəsinə hüquqi yardım göstərərək hazırda mübahisələndirilən qərar cavabdeh qurum tərəfindən ləğv edilərək eyni vergi dövrü və borcu üzrə eyni məzmunlu yeni qərar qəbul edildiyindən iddia tələbinin “Vegilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-175967/2025 saylı xx.xx.2025-ci il tarixli qərarın mübahisələndirilməsi kimi dəyişdirilməsi barədə ərizənin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddia tələbinin dəqiqləşdirməsindən imtina edir, çünki cavabdeh qurum tərəfindən qəbul edilmiş Vegilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-175967/2025 saylı xx.xx.2025-ci il tarixli qərar hazırda iddiaçı tərəfindən ayrıca iddia icraatı qaydasında mübahisələndirilmişdir və məhkəmənin icraatında baxılır. Bu səbəbdən də hazırki iş üzrə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh yazılı vəsatətə uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə mübahisələndirilən 01 noyabr 2024-cü il tarixli, 3-21-2-3/2- 273416/2024 saylı qərar cavabdeh qurum tərəfindən Vegilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-342221/2024 saylı xx.xx.2024-cü il tarixli qərara əsasən ləğv edilmiş, daha sonra isə həmin qərar da 3-21-2- 3/2-175967/2025 saylı xx.xx.2025-ci il tarixli qərara əsasən ləğv edilmişdir. Hər üç qərar iddiaçının 2024-cü ilin sentyabr ayı üzrə 76476,06 manat ƏDV borcu məbləğinin hesablanması barədə olmaqla və hər biri özündən əvvəlki qərarı ləğv etməklə hazırda sonuncu 3-21-2-3/2-175967/2025 saylı xx.xx.2025-ci il tarixli qərar qüvvədədir. İşin materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vegilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2- 175967/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı (bəyannamə və hesabat dövrü: əlavə dəyər vergisi 2024 sentyabr) hazırda iddiaçı tərəfindən mübahisələndirilmişdir və məhkəmənin icraatında baxılır. İddiaçı hazırki iş üzrə iddia tələbinin həmin qərarın mübahisələndirilməsi kimi dəqiqləşdirilməsindən imtina edir. Belə olan halda məhkəmə nəzərə alır ki, iddiaçı tərəf hazırki iş üzrə iddia tələbini dəyişmədən yeni iddia tələbi ilə cavabdeh qurumun mövcud mübahisə ilə bağlı qəbul etdiyi yeni qərarını müstəqil şəkildə mübahisələndirdiyindən, hazırki iddia tələbi üzrə mübahisələndirilən qərar isə cavabdeh qurum tərəfindən ləğv edildiyindən və artıq mövcud olmadığından hazırki işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1, 67.3, 83.1 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №e-2-1(112)-4334/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-4334/2025
10.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver