Məhkəmə qərarları › İş №e-2-1(112)-4359/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4359/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4359/2024 27.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X8, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, orderin və çıxarışların ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə İddiaçı Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 1522 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iş üzrə X9 üçüncü şəxs qismində cəlb edilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X14 İcraiyyə Komitəsinin 6/265 №-li xx.xx.1990-cı il tarixli qərarı əsasında Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən, 200 saylı BTK-nin tərkibində olan 0,12 hektar ölçülü 1552 saylı bağ sahəsi Ərizəçiyə ayrılıb. Bu barədə ona 17 saylı order təqdim olunub. Ərizəçi həmin sahə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdehə - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edib. Cavabdeh inzibati orqan həmin ərizəyə xx.xx.2023-cü il tarixli, **********99 №-li bildirişlə cavab verib. Məktubda göstərilib: “…Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatlarına əsasən tərəfinizdən göstərilən torpaq sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, idarənin arxiv məlumatlarına əsasən eyni Bağ Tikinti Kooperativi nəzdində eyni nömrəli bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlarla yanaşı, təqdim etdiyiniz X6 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Cavabdeh inzibati orqan ümumi şəkildə 15-ci maddəyə istinad etsə də, həmin əsaslardan heç birini göstərə bilməyib, çünki Ərizəçinin hüquqlarını qeydiyyatından imtina üçün heç bir hüquqi əsas yoxdur. Cavabdeh inzibati orqan həmçinin Ərizəçinin İnsan Hüquqları və X10 haqqında Konvensiyada (Avropa Konvensiyasında) nəzərdə tutulmuş bir sıra hüquqlarını, o cümlədən Konvensiyanın 8-ci, həmin Konvensiyaya Dair 1 saylı Protokolun 1-ci maddələrinə ciddi şəkildə pozmaqdadır.

4. İddiaçının nümayəndəsinin ərizəsinə əsasən iddia tələbi “cavabdeh Azarbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Dasınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi səxsi 1 sayl Baki Ərazi İdarasinin üzərinə iddiaçi İddiaçı Baki şəhəri, Sabunçu rayonu, Ləhiş bag massivində yerləşən 1552 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə vəzifə qoyulması, Azərbaycan Respublikası Baki şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkisafı va istismarı birliyinin 200 №-li kooperativinin X4 Ləhiş bağlar sahəsindəki 1552 №-li bağın ayrılmasına dair verdiyi 47 nömrəli orderin qanunsuz va etibarsız hesab edilməsi, yaxud ləğv edilməsi, hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli; **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli; **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli; **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli; **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışların qanunsuz va etibarsız hesab edilməsi, yaxud ləğv edilməsi” kimi dəqiqləşdirilmişdir.

5. Dəqiqləşmiş iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin təqdim etdiyi və üçüncü şəxsin atasına, sonra da özünə sözügedən bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilməsinə əsas kimi göstərilib ki, guya Azərbaycan Respublikası Bakı şəhər icraiyyə komitəsinin X6 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 200 №-li kooperativin X5 1552 №-li bağın ayrılmasına dair 47 nömrəli order verilib. Həmin orderdə sahənin Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1992-ci il tarixli qərarı əsasında verilməsinə istinad edilib. İşin məhkəmənin icraatında olduğu 7 ay ərzində bir parça kağız olan 47 №-li orderdən başqa cavabdeh inzibati orqan və üçüncü şəxs məhkəməyə heçnə təqdim edə bilməyiblər. Orderi təqdim edən cavabdeh inzibati orqan, 47 №-li order üçün guya əsas götürdüyü qərarı - Bakı şəhər XDS İcraiyyə Komitəsinin qərarını təqdim edə bilməyib. Buradan iki nəticə çıxa bilər: Ya elə bir qərar mövcud olmayıb, ya da ki, olub, amma onun R.Məmmədəliyevə heç bir aidiyyəti olmayıb. Ərizəçinin bağ sahəsinin üçüncü şəxsə aid olmaması bir də onunla təsdiq edilir ki, X1 adından xx.xx.2020-ci il tarixində ərizə verilib ki, o, bağ sahəsinin 1200 kv.m-dən azaldılaraq 992 kv.m olmasına etiraz etmir. Yəni “təmənnasız” olaraq 2 sotdan artıq sahədən imtina edib. Bundan sonra onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 0,0992 ha torpaq sahəsinə tam mülkiyyət hüququna dair **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış verilib. Halbuki, həmin vaxt o artıq 42 gün idi ki, həyatda yox idi. Bundan cəmi 16 gün sonra, xx.xx.2020-ci il tarixində üçüncü şəxsə Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilib. Şəhadətnamədən görünür ki, Rövzət Məmmədəliyev xx.xx.2020-ci il tarixində vəfat edib və üçüncü şəxsin miras əmlak olan bağ sahəsindən tam pay almaq hüququ var. Burada təəccüb doğuran daha bir fakt ondadır ki, notariuslar miras qoyan vəfat etdikdən sonra azı altı ay gözləyib, sonra vərəsəyə şəhadətnamə verirlər. Burada isə heç iki ay keçməyib. Göstərilən qəribəliklərə baxmayaraq, üçüncü şəxsə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 0,0992 ha torpaq sahəsinə tam mülkiyyət hüququna dair **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarış verilib. Yəni rekord müddətdə - vərəsəlik haqqında şəhadətnamə alındıqdan cəmi 4 gün (bir iş günü) sonra. Daha sonra üçüncü şəxs bag sahəsinin iki hissəyə ayrılması və hər bir sahəyə dair ona ayrıca çıxarış verilməsi barədə ərizə verir. Ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 0,0572 ha torpaq sahəsinə tam mülkiyyət hüququna dair **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və 0,042 ha torpaq sahəsinə dair **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli iki çıxarış verilib. 2023-cü ildə üçüncü şəxs bir daha cavabdeh orqana müraciət edərək bu dəfə sahələrin birləşdirilməsi və ona vahid çıxarış verilməsini istəyir. Bundan sonra ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 0,0992 ha torpaq sahəsinə tam mülkiyyət hüququna dair **********31 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış verilib.

6. Cavabdeh iddiaçının müraciətinə imtina məktubunda qeyd etmişdir ki, “elektron kadastr məlumatlarına əsasən tərəfinizdən göstərilən torpaq sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, idarənin arxiv məlumatlarına əsasən eyni Bağ Tikinti Kooperativi nəzdində eyni nömrəli bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlarla yanaşı, təqdim etdiyiniz X6 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır.”

7. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi 1551 saylı bağ sahəsi kimi digər şəxsin adına (X7) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, idarənin arxiv məlumatlarına əsasən eyni Bağ Tikinti Kooperativi nəzdində eyni nömrəli bağ sahəsi digər şəxsin adına (X9) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, təqdim edilən X6 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır.

8. Dövlət Arxivinin Bakı Filialının məktubuna əlavə edilmiş qərarından görünür ki, Bakı şəhər XDS İK- nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli 6/265 saylı qərarında qeyd edilmişdir ki, iddiaçıya Bakı şəhərı Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 200 saylı BTK-nin tərkibində olan 0,12 ha ölçülü 1552 saylı bağ sahəsi ayrılmışdır.

9. Cavabdehin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-21492/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, idarənin arxivində İddiaçı adına 1552 saylı bağ sahəsinin ayrılmasına dair order aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla şərti göstərilən ərazi **********24 reyestr nömrəsi ilə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

10. Cavabdehin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-1737/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 1552 saylı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması barədə məlumatın, qeydiyyata alındığı təqdirdə həmin torpaq sahəsinə dair çıxarışın verilməsinə əsas olan sənədlərin, həmçinin torpaq sahəsinin yerləşdiyi yerin koordinatlarının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, 200 saylı bağ tikinti kooperativi nəzdində Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 1552 saylı bağ sahəsinin ayrılmasına dair sənəd (order) idarənin arxivində aşkar edilməmişdir. Həmçinin bildiririk ki, tədqiqat obyektinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır.

11. Bakı şəhər İcraiyyə Komitəsinin X6 və istismarı birliyinin Ləhiş bağlar sahəsindəki 200 nömrəli kooperativi tərəfindən verilmiş 47 nömrəli orderdən görünür ki, Ləhiş bağlar sahəsindəki 12 ha torpaq sahəsinə malik olan 1552 nömrəli bağın X5 ayrılmışdır.

12. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən, 0.0992 hektar torpaq sahəsi olan 1552 saylı bağ sahəsi xüsusi mülkiyyət əsasında X1 adına xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır.

13. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən, 0.0992 hektar torpaq sahəsi olan 1552 saylı bağ sahəsi xüsusi mülkiyyət əsasında X3 adına xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır.

14. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən, 0.0572 hektar torpaq sahəsi olan 1552 saylı bağ sahəsi xüsusi mülkiyyət əsasında X3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.

15. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən, 0.042 hektar torpaq sahəsi olan 1552C saylı bağ sahəsi xüsusi mülkiyyət əsasında X3 adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.

16. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən, 0.0992 hektar torpaq sahəsi olan 1552 saylı bağ sahəsi xüsusi mülkiyyət əsasında X3 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

20. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

21. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

22. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

23. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

24. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

26. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

27. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

28. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

29. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

30. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

32. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

33. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

34. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış

36. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.

37. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanda saxlanılan arxiv sənədlərində iddiaçıya bağ sahəsinin ayrılmasına dair orderin nüsxəsi yoxdur.

38. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66-ci maddəsinin birinci hissəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66-ci maddəsinin ikinci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinin dördüncü hissəsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

39. Məhkəmə qeyd edir ki, iddiaçının istifadəsinə torpaq sahəsi ayrılarkən X6 və İstismarı Birliyi tərəfindən Torpaq Məcəlləsinin yuxarıda qeyd edilən tələblərinə əməl edilməmiş, ayrılmış torpaq sahəsinin sərhədlərinin yerdə müəyyən edilməsi barədə ayrıc aktı tərtib edilməmiş, sahənin plan və ölçüsü iddiaçıya təqdim edilməmişdir. X6 və İstismarı Birliyi ləğv edilənədək bu sənədlərin əldə edilməsi üçün təşəbbüs göstərilməmişdir (iddiaçı həmin sənədlərin mövcudluğuna istinad etməmişdir).

40. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının order əsasında istifadəsinə ayrılmış torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər iddiaçıda olmadığından və arxivə təhvil verilmədiyindən iddiaçının özünün belə naturada harada yerləşdiyini bilmədiyi sahənin order ilə onun qanuni istifadəsinə ayrılmış sahə olduğunu müəyyənləşdirmək mümkün deyil.

41. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, vahid elektron kadastr baza məlumatlarına əsasən İddiaçı tərəfindən tək koordinatla şərti göstərilən ərazi **********24 reyestr nömrəsi ilə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi iddiaçının istifadəsində deyil.

42. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

43. Beləliklə, iş materiallarında olan orderdə bağ sahəsinin ölçüsü və nömrəsi qeyd edilsə də, torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər təqdim edilmədiyindən və ayrılmış torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadığından (mübahisəsiz haldır ki, torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsində deyil) həmin order özlüyündə iddiaçının torpaq sahəsinə hüququnun qeydə alınması üçün mötəbər və yetərli sübut kimi qiymətləndirilə bilməz.

44. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır.

45. Məhkəmə iddiaçının tələbinin ikinci hissəsi - Azərbaycan Respublikası Baki şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkisafı va istismarı birliyinin 200 №-li kooperativinin X4 Ləhiş bağlar sahasindəki 1552 №-li bağın ayrılmasına dair verdiyi 47 nömrəli orderin qanunsuz va etibarsız hesab edilməsi, yaxud ləğv edilməsi ilə bağlı qeyd edir ki, sözügedən hüquqlar, yəni iddiaçının hüquqlarının qeydə alınması və X2 adına verilmiş orderin ləğv edilməsi qarşılıqlı sürətdə aslıdırlar. Məhkəmə hesab edir ki, torpaq sahəsinə hüquqların qeydiyyatının təmini, eyni zamanda orderin ləğvi ilə nəticələnəkdir. Bu səbəbdən də iddia bu hissədə də rədd edilməlidir.

46. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

47. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi “cavabdeh Azarbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidməti Dasınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi səxsi 1 sayl Baki Ərazi İdarasinin üzərinə iddiaçi İddiaçı Baki şəhəri, Sabunçu rayonu, Ləhiş bag massivində yerləşən 1552 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə vəzifə qoyulması, Azərbaycan Respublikası Baki şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkisafı va istismarı birliyinin 200 №-li kooperativinin X4 Ləhiş bağlar sahəsindəki 1552 №-li bağın ayrılmasına dair verdiyi 47 nömrəli orderin qanunsuz va etibarsız hesab edilməsi, yaxud ləğv edilməsi” hissəsində rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar